Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı borc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-139/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə Cavabdeh arasında 2009-cu il 12 mart tarixli 161 nömrəli, 2011-ci il 1 sentyabr tarixli 68 nömrəli “Birgə fəaliyyət haqqında” müqavilələr və 2009-cu il 12 mart tarixli 56 nömrəli “Enerji təchizatı və kommunal xidmətlər üzrə” müqavilə bağlanmışdır. 2. 2009-cu il 12 mart tarixli və 2011-ci il 1 sentyabr tarixli “Birgə fəaliyyət haqqında” müqavilələr üzrə Cavabdeh MMC zavodun karbon qazı və buxara olan tələbatını ödəmək üçün zavod ərazisində olan karbon qazı istehsal sahəsini işlətməyi, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna istismar xərci olaraq aylıq 1.093 manat ödəməyi öhdəsinə götürmüşdür. 3. 2009-cu il 12 mart tarixli 56 nömrəli “Enerji təchizatı və kommunal xidmət lər üzrə” müqavilə Cavabdeh MMC-nin fəaliyyət göstərən zaman istifadə etdiyi kommunal ödənişlərin ödənilməsi ilə bağlıdır. 4. 2014-cü ilin dekabr ayında göndərilmiş və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş məktubla Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 2010-2012-ci illər ərzində zavoda istifadə haqqı, istismar və kommunal xidmətlərə görə cəmi 47.490,62 manat borcunun olduğunu etiraf etmişdir. 5. 2015-ci il 6 aprel tarixli üzləşmə aktına əsasən, Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 47.490,62 borcunun olduğunu etiraf etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 9 iyun tarixində məhkəməyə müraciət edərək, istismar xərci üzrə 20.767 manat, enerji təchizatı və kommunal xidmətlər üzrə 26.723,62 manat olmaqla, cəmi 47.490,62 manat debitor borcun, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcinin və 33 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2009-cu il 12 mart tarixli 161 nömrəli “Birgə fəaliyət haqqında” (daha sonralar 2011-ci il 1 sentyabr tarixli 68 nömrəli müqavilə ilə əvəz edilmişdir) və 2009-cu il 12 mart tarixli 56 nömrəli “Enerji təchizatı və kommunal xidmətlər üzrə” müqavilələr bağlanmışdır. Cavabdeh tərəfindən öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbindən onun 2012-ci il 12 dekabr tar ixinə birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 20.767 manat və enerji təchizatı və kommunal xərclərə görə 26.723,62 manat olmaqla, cəmi 47.490,62 manat məbləğində borcu yaranmışdır.
8. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli e-2-2(113)-3492/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – K.Hüseynov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012-ci ilin dekabr ayınadək olan tarixi əhatə edir və cavabdeh tərəfindən sonuncu dəfə borcun etiraf edilməsinə yönəlmiş hərəkət 2015-ci il 6 aprel tarixli üzləşmə aktını imzalamaqla edilmişdir. İddiaçının mediasiyanın tətbiqi barədə təklifi isə 2023-cü il 23 mart tarixində, yəni qeyd edilmiş borcun hesablandığı tarixdən təxminən 11 il sonra, sonuncu etirafedici hərəkətdən isə 8 il sonra edilmişdir. Belə olan halda, borcun hesablandığı və cavabdeh tərəfindən edilmiş sonuncu etirafedici hərəkət tarixindən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçmişdir. İddiaçı tərəfin məhkəmə iclasında səsləndirdiyi 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi isə iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas vermir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etməsi, iddia müddətinin axımının dayandırılması və kəsilməsi hallarının mü əyyən olunmaması, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilməməsi və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi nəzərə alınaraq, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 373.3, 375.2, 390.1, 390.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-139/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunverici iddia müddətinin axımının kəsilməsinə əsas verən borcun etiraf edilməsini göstərən hərəkətlərin kreditor tərəfindən deyil, borclu şəxs tərəfindən edilməsini nəzərdə tutmuşdur. Bu mənada iddiaçı tərəfindən 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi iddia müddətinin kəsilməsinə səbəb olmamışdır.
16. İddia əsaslı olduğu halda məhkəmə tərəfindən iddia müddətinə istinad edilərək, iddianın rədd edil məsinin qanunsuz və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddia müddətinin ötürülübötürülməməsi yalnız iddia əsaslı olduğu halda yoxlanılır. İddia əsassız olduğu halda iddia müddətinin ötürülüb-ötürülməməsi yoxlanılmır, çünki belə hallarda iddia əsassız olduğuna görə rədd olunur. İddia müddətinin keçməsinin iddianın rədd edilməsi üçün əsas olması isə MM-in 375.2-ci maddəsində aydın şəkildə müəyyən olunmuşdur və iddia müddəti keçdiyi, habelə mübahisə tərəfi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia təmin edilə bilməz. Əks yanaşma iddia müddəti institutunun mahiyyətini əhəmiyyətsiz edər.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 379.1.1, 380.1 və 700.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
19. MM-in 5.3, 373, 425.1-ci maddələri üzrə - İşin mübahisəsiz halı kimi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan borcu 47.490,62 manat təşkil edir və bu hal cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin məhkəmə iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd olunması qənaətinə gəlmiş, iddiaçı tərəfindən təqdim edilən sübutlara qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, MM-in 377.1-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya b ilməli olduğu gündən başlanır. İddiaçı cavabdeh tərəfindən borcun ödənilmədiyini və cavabdehi tapa bilmədiyini, bununla da hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının cavabdehə çatımlılığı olmamış, cavabdehə göndərilən pretenziya məktubları, üzləşmə aktı çatdırılmamış geri qaytarılmışdır. Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeləri hazırkı mübahisəyə tətbiq etdikdə görünən odur ki, iddiaçının cavabdehdən tələb etdiyi cəmi 47.490,62 manat məbləğində borcun mövcudluğu işin mübahisəsiz halı olmaqla, cavabdeh tərəfindən etiraf edilmiş, mötəbərliyinin yoxlanılması çətin deyildir, hər hansı qeyri-mümkün sübuta istinad e dilmir. Belə olan halda, məhkəmə tərəfindən sırf iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi qanuni və ədalətli hesab edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 220-ci maddələri üzrə - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, məhkəmə tərəfindən sübutlara obyektiv, tam, hərtərəfli baxılmamış, iddia müddətinin axımının başlanmasına təsir göstərən amillər araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən h ər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqe yi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
28. Hazırki işin də aşağı instansiya məhkəmələri tərəfindən mübahisəsiz qaydada müəyyən olunan hallarına görə iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012-ci ilin dekabr ayınadək olan tarixi əhatə edir və cavabdeh tərəfindən sonuncu dəfə borcun etiraf olunmasına yönəlmiş hərəkət 2015-ci il 6 aprel tarixli üzləşmə aktını imza edilməklə edilmişdir. Lakin iddiaçı mediasiyanın tətbiqi barədə təklifi 2023-cü il 23 mart tarixində, yəni qeyd edilmiş borcun hesablandığı tarixdən 10 il sonra, sonuncu etirafedici hərəkətdən isə 8 il sonra ed ilmişdir. İddiaçı tərəfindən 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi isə iddia müddətinin kəsilməsinə əsas vermir. Çünki qanunverici iddia müddətinin axımının kəsilməsinə əsas verən borcu etiraf etməsini göstərən hərəkətlərin kreditor tərəfindən deyil, borclu şəxs tərəfindən edilməsini nəzərdə tutmuşdur.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr mübahisəni həll edərkən iddiaya münasibətdə iddia müddətini düzgün olaraq tətbiq emişlər.
30. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün ol mayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, ape llyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
32. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-139/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.