Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-316/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdeh X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (məruzəçi), Bəhman Fərhad oğlu Qəribov və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsindən Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş real zərərə görə 197.851 manat və əldən çıxmış fayda olaraq 217.500 manat, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu olmaqla cəmi 416.055,85 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsin in qətnaməsi qismən, 118.039 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən, cavabdehdən 25.100 manat və 67.880 manat, ümumilikdə 92.980 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 21 yanvar tarixli 2-2(102)85/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şik ayəti qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi və şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunun göstərilməməsi səbəbindən geri qaytarılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(104)-171/2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(104)-171/2024 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilmiş və iş qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə birlikdə kassasiya qaydasında baxılması üçün Ali Məhkəmə yə qaytarılmışdır. İİ. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.5. Bu Məcəllənin 408.1.1–408.1.5 və 408.1.7-ci maddələrin də göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər...” “Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən kassasiya şikayətinin qanunvericiliklə müəyyə n olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir.
8. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
9. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
10. Hazırkı halda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti formal olaraq (cəd vəl forması və s.) MPM-ə 3 saylı əlavədə müəyyən edilən qaydada tərtib edilsə də, məzmun baxımından həmin əlavədə nəzərdə tutulan tələblərə əməl edilməmiş, şikayətin “maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər” hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri və işin faktiki halları sadalanmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamış, Ali Məhkəmənin 2025-ci il 21 yanvar tarixi ilə qeyri-mümkün sayılaraq geri qaytarılmış kassasiya şikayəti ilə tamamilə eynilik təşkil etmişdir.
11. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən dəfələrlə vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə on a gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (bax, misal üçün, № 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).
12. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması gözlənilə bilməz (ibid., § 29, müvafiq istinadlarla).
13. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. X4 Məhkəməsinin Kommersiya kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
14. Qeyd edilənlərə əsasən kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsindən Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.