Məhkəmə qərarları › İş №2-2(102)-319/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-319/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-319/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər:əmtəə nişanından qanunsuz istifadə, istehsalın dayandırılması, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı ASC-nin cavabdehə qarşı “əmtəə nişanından qanunsuz istifadə, istehsalın dayandırılması və zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə id diaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 2-2(103)-137/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarına olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – “Komitə”) tərəfindən verilmiş "A" əmtəə nişanına dair 2013 1665 N-li şəhadətnamənin surətindən görünür ki, 30-cu sinif (qənnadı məlumatları), 35-ci sinif (malların satışı üzrə xidmətlər), 39-cu sinif (malların qablaşdırılması, daşınması və saxlanması üzrə xidmətlər) üzrə hüquqlar İddiaçı ASC-yə (bundan sonra – “ASC”) məxsusdur.

2. İş materiallarına olan Komitənin 2013-cü il 17 dekabr tarixli qərarının surətindən görünür ki, ASC dövlət reyestrində "A " əmtəə nişanının sahib kimi qeydə alınmışdır.

3. İş materiallarına olan ASC-nin 2019-cu il 14 avqust tarixli pretenziya məktubundan görünür ki, "A" əmtəə nişanından qanunsuz istifadə və "B" konfetlərinin satışının 3 gün müddətində dayandırılması cavabdehə şəxsə(bundan sonra –“Cavabdeh”) xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. ASC 2019-cu il 2 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehnin ona məxsus "A" əmtəə nişanından qanunsuz istifadəsinin və "B" adlı şokolad konfetlərinin istehsalının dayandırılması, əmtəə nişanından qanunsuz istifadə etdiyinə görə 50.000 manat məbləğində maddi zərərin, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 100.000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan ASC-nin nümayəndəsi tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək irəli sürülən tələblərlə yanaşı, Cavabdeh tərəfindən "A" adı ilə istehsal edilən, lakin ASC-yə məxsus "B" şokaladının reseptura və forması ilə eyni formada istehsal etdiyi şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlərin istehsalının və satışının Cavabdehə qadağan edilməsi, habelə Cavabdeh tərəfindən haqsız rəqabətə yol verilməsi nəticəsində ASC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 100.000 manat, haqsız rəqabət nəticəsində ASC-nin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olara q 100.000 manat məbləğində pulun Cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Komitə tərəfindən ASC-yə 30, 35 və 39-cu siniflər üzrə Çinar” əmtəə nişanına dair 2013 1665 N-li şəhadətnamə verilmişdir. Əmtəə nişanının ilkinlik tarixi 2013-cü il 2 dekabr, dövlət reyestrində qeyd olunma tarixi isə 2013-cü il 20 dekabrdır. Komitə tərəfindən "A" əmtəə nişanının qeydiyyata alınması haqqında 2013-cü il 17 dekabr tarixli qərar qəbul edilmişdir. "B" konfetləri uzun illərdir ki, ASC tərəfindən istehsal edilir, həmin konfetlər Azərbaycan Respublikasının ərazisində kifayət qədər tanınmış və dadlı, ləzzətli olmasına görə istehlakçıların marağına səbəb olmuş, rəğbətini qazanmışdır. Lakin bir müddət əvvəl ASC-yə məlum olm uşdur ki, Cavabdeh tərəfindən "A" əmtəə nişanı qanunsuz istifadə edilməkdədir. Belə ki, əsasən Gəncə şəhərində olmaqla bir sıra mağazalarda ASC-nin istehsal etdiyi "B" adlı şokolad konfetlərin eynisi olan və Cavabdeh tərəfindən istehsal edilən konfetlər satılır. Cavabdeh tərəfindən istehsal edilən "B" konfetləri ASC tərəfindən istehsal edilən "B" konfetlərindən keyfiyyət cəhətdən aşağı olduqlarına görə istehlakçılarda mənfi rəy yaradır. Halbuki "A" əmtəə nişanının iddiaçıya məxsus olması barədə kifayət qədər hüquq müəyyənedici sənədlər vardır. Çoxsaylı müraciətlərə baxmayaraq Cavabdeh ASC-yə məxsus əmtəə nişanından qanunsuz istifadəni dayandırmamış, "B" adlı şokolad konfetlərini istehsal etməyə və mağazalara satmağa davam etmişdir. Cavabdehnin istehsal etdiyi “şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlər "B" adı ilə istehsal edilsə də, həm görünüş, həm də paketləmə qablaşdırma baxımından ASC-nin istehsal etdiyi "B" konfetlərinin eynisidir. Cavabdeh "B" adından qanunsuz istifadə etməklə yanaşı, ASC-nin istehsal etdiyi B" konfetlərinə formaca, reseptura ilə xarici görünüşcə və tərkibcə oxşar "C" adlı konfetlər istehsal edərək "B" adı ilə satmaqla, "B" adı ilə “İnstaqram” sosial şəbəkədə reklam etməklə istehlakçılarda çaşqınlıq yaradır. Bundan başqa, Cavabdehin istehsal etdiyi şokalad konfetlər əksər mağazalarda "B" adı altında mağazalara satılır, məhsul alınarkən üzərindəki barkodda və piştaxtalarda "B" adı qeyd olunur və Cavabdehnin rəsmi instaqram səhifəsində də istehsal etdiyi şokalad konfetlər "B" adı ilə reklam olunur. İstehlakçılar sosial şəbbəkənin Cavabdehyə məxsus səhifəsinin rəy bölməsində konfetlərin "B" adı ilə reklam edildiyini, lakin əslində bu konfetlərin "C" konfetləri olduğunu qeyd edirlər. Göründüyü kimi, Cavabdeh bazar subyekti kimi, sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyekti olan ASC-yə zərər vura, onun işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlər törətmiş və törətməkdə də davam edir. Cavabdeh ASC-yə məxsus "A" əmtəə nişanından istifadə etməklə, həmçinin özünün "B" konfetlərini "C" adı ilə satmaqla və reklam etməklə, faktiki olaraq haqsız rəqabətə yol verməklə ASC-yə külli miqdarda maddi zərər və işgüzar nüfuzuna ziyan vurmuşd ur.

7. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 7, 10, 28, 34, 37-ci, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6, 8, 10-cu maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

8. ASC 2020-ci il 12 iyun tarixində e-məhkəmə sistemi vasitəsi ilə vəsatətlə məhkəməyə müraciət edərək ekspertizanın keçirilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 iyun tarixli e-2-2(113)-720/2020 saylı qərardadı ilə ASC-nin nümayəndəsinin vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılma sı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoylmuşdur: 9.1. ASC-nin istehsal etdiyi "C" konfetləri ilə Cavabdehin istehsal etdiyi B konfetlərinin hazırlanma resepti və texnikası eynidirmi? Həmin konfetlərin tərkibi bir-birindən nə dərəcədə fərqlənir? 9.2. ASC-nin istehsal etdiyi "C" konfetləri ilə Cavabdehin istehsal etdiyi "B" konfetləri xarici görünüş və ya qabladırma baxımından oxşaqlıq, eynilik təşkil edirmi? 9.3. "C" konfetlərinin Cavabdeh tərəfindən istehsal edilməsi ASC-yə məxsus əmtəə nişanına dair hüquqların pozulması sayılırmı? 9.4. Cavabdehin istehsal etdiyi "C" konfetlərinin qablaşdırılması, xarici görünüşü, “instagram” səhifəsində və marketlərdə, barkodlarda və satış piştaxtalarında "B" k onfetləri kimi qeyd edilərək satılması istehlakçıları yanıltma sayılırmı? Bu oxşarlıqlara görə Cavabdehnin hərəkətərini ASC-yə məxsus əmtəə nişanından qanunsuz istifadə etməsi kimi qəbul etmək olarmı? 9.5. ASC-nin istehsal etdiyi "B" konfetləri ilə Cavabdehin istehsal etdiyi "C" konfetləri görünüş və paketləmə-qablaşdırma baxımından bir-birindən fərlənirmi, bir-birinə oxşayırmı, istehlakçını yanıldırmı?

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 2020-ci il 23 iyul tarixli 9/2526 nömrəli ekspertizanın aparılmasından imtina haqqında məlumatı ilə verilən sualların məhkəmə əmtəəşünaslıq ekspertinin zəruri biliyindən kənara kənara çıxdığı bildirilmişdir.

11. Daha sonra ASC vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə ekspertizasının təyin olunmasını, mü vafiq mütəxəssis və ekspert rəyinin verilməsi üçün işin Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – “ƏMA”) göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 avqust tarixli 2-2(113)-720/2020 saylı qərarı ilə ASC-nin nümayəndəsinin vəsatəti qismən təmin edilmiş, ƏMA-dan mütəxəssis rəyinin alınması qərara alınmışdır.

13. ƏMA-nın tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2020-ci il 22 sentyabr tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir. 13.1. Təqdim olunmuş əmtəə nişanlarının fotoşəkillərinə vizual baxış zamanı ASC-yə məxsus kombinasiyalı işarələr ilə Cavabdehyə məxsus kombinasiyalı işərənin müqayisəsi zamanı söz elementləri arasında fonetik oxşarlıq müəyyən edilməmişdir, onlar qra fik (görünüş) baxımdan birbirindən fərqlənir, eyni və ya oxşar təssəvvür yaratmır. Müqayisə edilən obyektlərin adı altında istehsal oluna məmulatların istehsal resepturası, texnikası, satış şəraiti ƏMA-nın səlahiyyətləri xaricindədir. Eyni zamanda bildiririk ki, hər üç işarə ƏMA tərəfindən əmtəə nişanı kimi qeydiyyata alınmamışdır. 13.2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə görə, həmin Qanunun 25 və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 oktyabr tarixli 2-2(113)-720/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).

15. Birinci instansiya məhkəmə sinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 15.1. İddianın əsaslandırıldığı hallardan biri kimi qeyd olunmuşdur ki, Cavabdehnin istehsal etdiyi şokalad konfetlər "B" adı altında mağazalara satılır, məhsul alınarkən üzərindəki barkodda və piştaxtalarda "B" adı qeyd olunur. Lakin qeyd olunan xüsusatı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. 15.2. Digər bir əsas ondan ibarətdir ki, şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlər "C" adı ilə istehsal edilsə də, həm görünüş baxımından, həm də paketləmə - qablaşdırma baxımından zahiri görünüşünə görə ASC-nin istehsal etdiyi "B" konfetlərinin eynisidir. Lakin qeyd olunan hal da haqsız rəqabət və əmtəə nişanı barədə qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. 15.3. Zərərin ödənilməsinə gəldikdə isə, həmin zərərin ümumiyyətlə real zərər və ya əldən çıxmış fayda olduğu əsaslandırılmamış, zərərin mövcudluğunu təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə bu qənaətini MM-in 21.1, 21.2-ci, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 25, 26, 32-ci, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 3, 9-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

17. ASC 2020-ci il 27 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat

18. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 2-2(103)137/2021 saylı qətnaməsi ilə (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova): 18.1. ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; 18.2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 oktyabr tarixli e-2-2(113)-720/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh tərəfindən ASC-yə məxsus "A" əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş; 18.3. qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 19.1. Cavabdeh tərəfindən ASC-yə məxsus əmtəə nişanından sonuncunun razılığı ol madan istifadə etməsi müəyyən olunmuşdur. 19.2. Belə ki, “İnstaqram” sosial şəbəkəsində Cavabdehin adına qeydiyyatdan keçmiş “_un_məmulatlari” adlı səhifədə "C" adı ilə istehsal edilən konfetlər "B" adı ilə reklam edilmişdir (i/v 251 və 267). 19.3. Məhkəmə iclasında Cavabdeh etiraf etmişdir ki, həmin səhifə ona məxsusdur və səhifəni onun işçiləri idarə edir. Həmin yazıları da onun işçiləri yazıb və onun bundan məlumatı olmamışdır. Yalnız məhkəmə baxışı zamanı bundan xəbərdar olmuş və hazırda həmin yazılar artıq silinmişdir. 19.4. Apelyasiya baxışı zamanı “İnstaqram” sosial şəbəkəsində _un_məmulatlari” adlı həmin səhifəyə baxış keçirilmiş və həmin yazıların mövcud olmadığı müəyyən edilmişdir. 19.5. Sonuncu hal Cavabdeh tərəfindən ASC-yə məxsus əmtəə nişanından sonuncunun razılığı olmadan is tifadə etməsi halını aradan qaldırmır, həmçinin gələcəkdə də bu hallara yol verə biləcəyini istisna etmir. 19.6. ASC ona məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunmasını tələb etməkdə haqlıdır və ona görə də həmin iddia tələbi təmin edilməlidir. 19.7. Bununla yanaşı, "C" adlı şokolad konfetlərinin istehsalının dayandırılması hissəsində iddia təmin edilə bilməz. Çünki Cavabdeh öz şokolad konfetlərini "B" deyil, "C" adı altında istehsal edir və bu işin mübahisəsiz halıdır. Ona görə də həmin tələb özü-özlüyündə əsassızdır. 19.8. Cavabdeh tərəfindən "B" adı ilə istehsal edilən, lakin ASC-yə məxsus "xxxx" şokoladının reseptura və forması ilə eyni formada istehsal etdiyi şokoladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli poma da və balda xırdalanmış qoz şəklində olan konfetlərin istehsalının və satışının Cavabdehyə qadağan edilməsi hissəsində iddia təmin edilə bilməz. 19.9. Belə ki, həmin tələb məhsulun üzərindəki (adındakı) əmtəə nişanı ilə deyil, onun hazırlanma qaydası, tərkibi və keyfiyyəti ilə bağlıdır. 19.10. Halbuki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu istehsal edilən məhsulların hazırlanma qaydasını, tərkib və keyfiyyət məsələlərini deyil, yalnız əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 19.11. Qanunun tələblərindən də göründüyü kimi, qanunverici əmtəə nişanının sahibinə yalnız ona məxsus əmtəə nişanından qanunsuz üçüncü şəxslərin istifadəsinin qadağan olunması tələb et mək hüququnu vermişdir. 19.12. ASC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilməsi də əsassızdır. Belə ki, həmin qanunda təqlid etmə hərəkətlərinə əmtəənin forması, qablaşdırılması, xarici tərtibatı və texniki xassələri aid edilməmişdir. 19.13. Heç bir qanunda əmtəənin qeyd olunan xüsusiyyətlərinə müstəsna hüquq tanınmır. 19.14. Həmin iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. 19.15. Zərərin əvəzinin ödənilməsi hissəsində də iddia təmin edilə bilməz. Çünki ASC ona 100.000 manat dəyərində maddi zərərin dəydiyini bildirsə də, ümumiyyətlə zərərin mövcud olmasının, yəni Cavabdeh tərəfindən ASC-yə məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində ASC-nin həmin əmtəə nişanına aid məhsullarının satışının aşağı düşməsi və ya zərərin digə r şəkildə dəyməsinin təsdiqi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 19.16. ASC tərəfindən irəli sürülmüş işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin zərərin mövcudluğu, yəni Cavabdeh tərəfindən ASC-yə məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində ASC-nin həmin əmtəə nişanına aid məhsullarının keyfiyyəti ilə bağlı əldə etdiyi işgüzar nüfuzun aşağı düşməsi də hər hansı sübutla təsdiq edilmir.

20. Məhkəmə bu qənaətini MM-in 21.2, 1096, 1097-ci, MPM-in 77.1, 385.1.1, 385.1.2-ci, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 32, 34-cü, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanu nunun 3, 4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. ASC 2021-ci il 1 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən - iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini və işin həmin hissədə təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. Ayrı-ayrı mübahisələr üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir ki, "xxxx" əmtəə nişanından uzun illərdir ki ASC istifadə edir və həmin əmtəə nişanı ona məxsusdur. "xxxx" əmtəə nişanından əlavə olaraq çinar konfetlərinin texniki göstəriciləri də həmin qətnamələrlə müəyyən edilmişdir. Bu hallar işin mübahisəsiz hallarıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 13 mart tarixli qətnaməsi ASC-yə məxsus "xxxx" əmtəə nişanlı şokolad konfetlərinin Azərbaycan Respublikasında istehsal edilməsi və satılması "xxxx" MMC-yə qadağan edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 15 mart tarixli qətnaməsi ilə "xxxx" MMC-nin "xxxx" əmtəə nişanından qanunsuz istifadəsi, istehsalı və satışına görə 20.000 manat məbləğində kompensasiya və həmin əmtəə nişanın qanunsuz istifadəsi nəticəsində ASC-nin işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 5.000 manat pulun "xxxx" MMC-dən tutularaq ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 9 avqust tarixli qərarı ilə həmin qətnamə dəyişdi rilmədən saxlanılmışdır (MPM-in 82.3-cü maddəsi).

23. ASC-nin istehsal etdiyi şokoladın xarici görünüşü ilə Cavabdehnin "xxxx" adı ilə istehsal etdiyi konfetlərin xarici görünüşü eynilik təşkil edir. Göründüyü kimi, Cavabdeh geniş kütlə arasında artıq rəğbət qazanmış və tanınmış "xxxx" konfetlərinin xarici görünüşü ilə eyni görünüşdə konfetlər istehsal edərək satışa buraxmaqla, istehlakçıları aldadır, habelə "xxxx" konfetlərinin satışına təsir göstərir, bununla da "xxxx" əmtəə nişanının adına xələl gətirir. Cavabdeh "xxxx" adından qanunsuz istifadə etməklə yanaşı, ASC-nin istehsal etdiyi "xxxx" konfetlərinə formaca, reseptura ilə xarici görünüşcə və tərkibcə oxşar "xxxx" adlı konfetlər istehsal edərək "xxxx" adı ilə satmaqla, “İnstaqram” sosial şəbəkədə (rəsmi instaqram səhifəsində) reklam etməklə istehlakçılarda çaşqınlıq yaradır. Cavabdeh tərəf məhkəmə iclaslarında da etiraf etmişdir ki, həqiqətən həmin sayt və instaqram səhifəsi, oradakı fotoşəkillər və paylaşımlar ona məxsusdur, həmin səhifədə reklam olunan "xxxx" adı ilə reklam edilən konfet "xxxx" konfetidir. Sözügedən İnstaqram səhifəsində edilmiş paylaşımla bağlı səhifənin təqibçiləri aldıqları konfetlərin məhz "xxxx" konfeti olduğunu və sair barədə şərhlər yazmışlar. Cavabdeh isə onun istehsal etdiyi konfetlərin "xxxx" olduğunu nəinki inkar etmiş, hətta bu şərhlərin altında məmnunluq işarələri qoyaraq, həmin konfetlərin Araz, Spar, Favorit, Neptun, Bolmart, Grandmärt, Rahat,Fresco, Səbət, Meqastor, San və M+5 şəbəkə marketlərində satıldığını, habelə bu məhsulun ünvanlara çatdırılma xidmətinin də mövcud olduğunu bil dirməklə, özünün istehsal etdiyi konfetləri "xxxx" adı ilə reklam etmiş və hazırda da etməkdə davam edir. Bundan başqa, Cavabdehnin istehsal etdiyi şokolad konfetlər onun göstərişi ilə əksər mağazalarda "xxxx" adı altında satılır, məhsul alınarkən üzərindəki barkodda, qiymət yarlıqlarında və piştaxtalarda "xxxx" adı qeyd olunur. İstehlakçılar sosial şəbəkənin Cavabdehyə məxsus səhifəsinin rəy bölməsində konfetlərin "xxxx" adı ilə reklam edildiyini, lakin əslində bu konfetlərin "xxxx" konfetləri olduğunu qeyd edirlər. Göründüyü kimi, Cavabdeh bazar subyekti kimi, sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyekti olan ASC-yə zərər vura bilən, onun işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlər törətm iş və törətməkdə də davam edir. Cavabdeh ASC-yə məxsus "xxxx" adlı əmtəə nişanından istifadə etməklə, həmçinin özünün "xxxx" konfetlərini "xxxx" adı ilə satmaqla və reklam etməklə, faktiki olaraq haqsız rəqabətə yol verməklə ASC-yə külli miqdarda maddi zərər və işgüzar nüfuzuna ziyan vurmuşdur. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində ASC MPM-ə əməl edərək, öz iddiasının əsaslı olmasını, yəni ASC-yə məxsus "xxxx" adlı əmtəə nişanından Cavabdehnin qanunsuz istifadə etməsi, özünün "xxxx" konfetlərini "xxxx" adı ilə satması və reklam etməsini, faktiki olaraq haqsız rəqabətə yol verməklə ASC-yə külli miqdarda ziyan vurmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Cavabdehnin ASC-yə aid əmtəə nişanından qanunsuz istifadəsi nəticəsində ASC-nin maddi gəlirləri zəifləyir, ümumi dövriyyə dərəcəsi aşağı düşür. Bakı Apelyasiya Məhkəməsi dolayısı yolla Cavabdehnin ASC-yə məxsus "xxxx" əmtəə nişanından qanunsuz istifadəsini qəbul etmiş, lakin buna baxmayaraq, bu qanunsuz istifadə ilə bağlı ASC-yə vurulmuş zərərin ödənilməsi hissəsində iddianı rədd etmişdir.

24. Bunlardan başqa, hazırki iş üzrə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin verdiyi rəydə konfetlərin yalnız üz kağızlarında olan yazı və işarələrin fərqləndiyini müəyyən etmiş, lakin konfetlərin resepturasının, texnikasının və satış şəraitinin səlahiyyətləri xaricində olmasına əsaslanaraq, həmin hissəyə münasibət bildirməmişdir. Bakı Kommersiya Məhkəməsinin ekspert qarşısında qoyduğu suallar, tərəflər arasındakı mövcud mübahisənin həllinə yönəlməmişdir. Belə ki, "xxx x" və "xxxx" konfetlərinin üz kağızlarında olan yazı və işarələrin fərqləndiyi tərəflər arasında heç vaxt mübahisə doğurmamışdır. Lakin buna baxmayaraq, iş üzrə ekspertiza təyin etmiş birinci instansiyası məhkəməsi, ekspert qarşısında bununla bağlı formal sual qoymuş, işin nəticəsinə mühüm təsir göstərə biləcək sualın - “hər iki konfetlərin üz kağızı olmadan xarici görünüşlərinin eyni olub-olmaması” barədə sualı isə məhkəmə qərardadında öz əksini tapmamışdır. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin rəyi natamam olduğuna və işdə olan digər sübutlarla bir birini təkzib etdiyinə görə, habelə tərəflər arasındakı mövcud iqtisadi mübahisənin düzgün və ədalətli həlli məqsədi ilə ASC tərəfindən iş üzrə məhkəmə ekspertizasının təyin olunması, ekspert qarşısında digər suallarla yanaşı “ hər iki konfetlərin üz kağızı olmadan xarici görünüşlərinin eyni olubolmaması” barədə sualın qoyulması, işin Əqli Mülkiyyət Agentliyindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi barədə qərardad qəbul edilməsi barədə məhkəməyə təqdim edilmiş vəsatət Bakı Kommersiya Məhkəməsi əsassız olaraq rədd edilmiş, işin düzgün və ədalətli həlli üçün əlavə və ya təkrar ekspertiza təyin edilməmişdir.

25. Kassator kassasiya şikayətini MM-in 21.1, 21.2, 21.3-cü, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 101.2, 101.3, 102.2, 103.1, 103.2, 386, 417, 418-ci, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29, 34, 37-ci, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 3, 9, 13-cü maddələrinə istinad etməklə əsasland ırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən - iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzi nin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bi lər.”

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

88. Sübutları n qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;...” 33. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsa s anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir; kollektiv nişan — ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır; transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir.” “Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Maddə

26. Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istif adə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə da ir özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyət i orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.” “Maddə

32. Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Tərkibində coğrafi göstərici saxlayan şərab və spirtli içkilər üçün əmtəə nişanından nişan sahibinin razılığı olmadan istifadə qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Göstərilən mənşəyə dəxli olmayan şərablar və spirtli içkiləri müəyyənləşdirən coğrafi göstəricidən ibarət əmtəə nişanının qeydə alınmasından maraqlı tərəfin tələbi ilə imtina edilir və ya qeydiyyat etibarsız sayılır. Coğrafi göstərici məlum olarsa, mənşə adından tərcümə edilərs ə, “cins”, “tip”, “təqlid” və başqa ifadələrlə birgə işlənərsə, eləcə də şəhadətnaməsi olmayan şəxslər tərəfindən xüsusiyyətləri istehlakçıları yanılda bilən bircinsli əmtəələr (o cümlədən, şərab və spirtli içkilər) barəsində eyni və ya oxşar nişandan istifadə edilərsə, bu hal qeydə alınmış coğrafi göstəriciyə dair hüquqların pozulması sayılır. Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti. Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir: domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə; domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə. Do men adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın. Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu xal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Mühafizə edilən əmtəə nişanı və coğrafi göstəricinin istifadəsi ilə bağlı aşağıdakılar qadağan olunur: əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər; kommersiya fəaliyyəti həyata keçirilərkən əmtəəni, göstərilən xidməti və ya sahibkarlıq fəaliyyətini gözdən salan yanlış rəylər; kommersiya fəaliyyəti həyata keçirilərkən istifadəsi əmtəənin xüsusiyyəti, keyfiyyəti, yararlığı barədə ictimaiyyəti çaşdıra bilən göstəricilər.” “Maddə 34.Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, c oğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallarda n (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Hüquq s ahibinin nişanı ilə qanunsuz təchiz edilmiş əmtəələr Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların saxlanması üçün gömrük orqanlarına əsaslandırılmış xahişlə müraciət etmək, əmtəələrin miqdarı və ixracatçı, idxalatçı, daşıyıcı barədə məlumat almaq hüququ vardır. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. Əmtəə gömrük sərhəddində qanunsuz saxlanılarsa, onun sahibinə dəyən ziyan təqsirkar tərəfindən ödənilir.” 34. “Haqsız rəqabət haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur Respublikası Qanununun müvafiq “Maddə

3. Haqsız rəqabətin formaları Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: -rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; -rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; -rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; -haqsız sahibkarlıq fəaliyyəti; -haqsız işgüzarlıq davranışı; -istehlakçıların çaşdırılması. Maddə

4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən ir əli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.” “Maddə

9. İstehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlum atlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.”

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 noyabr tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli qərarında qeyd edilmişdir ki: “... Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarınd a göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı konstitusiya işində zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir.” “... mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola b ilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış o laraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nə ticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli, 7 nömrəli qərarında qeyd edilmişdir ki: “3.... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təql idi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Mülki Məcəllənin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətində MPM-in 82.3-cü maddəsinə istinad olunaraq ayrı-ayrı mübahisələr üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin dəlil (bax yuxarıda § 22) kimi göstərilməsinə münasibətdə bildirməyi zəruri hesab edir ki, əvvəla, həmin qətnamələr hazırkı işdə preyudisial ə həmiyyət kəsb eləmir.

39. Belə ki, həmin mübahisə iddiaçı ASC ilə hazırkı işdə tərəf olmayan cavabdeh MMC arasında baş vermişdir. Bu baxımdan, MPM-in 82.3-cü maddəsi ASC ilə başqa subyekt ("xxxx" MMC) arasında yaranmış mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş halları hazırkı işdə (iddiaçı ASC – ) sübuta ehtiyacı olmayan preyudisial faktlar hesab etməyə yol vermir.

40. Ona görə də ASC-nin hazırkı iş üzrə öz mövqeyini əsaslandırmaq üçün gətirdiyi bütün dəlillər işdə olan mötəbər sübutlar əsasında müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə aktlarına istinad etməməklə hər hansı hüquq pozuntusuna yol verməmiş, o cümlədən MPM-in 80 və 88-ci maddələrinin (bax yuxarıda § 3 2) tələblərini pozmamışdır.

41. Məhkəmə kollegiyası ASC-yə məxsus "A" adlı əmtəə nişanından Cavabdehin qanunsuz istifadə etməsi, özünün "B" konfetlərini "C" adı ilə satması və reklam etməsi, haqsız rəqabətə yol verməsi nəticəsində ASC-yə külli miqdarda ziyan vurmasına, məhkəmənin iddianı bu hissədə əsassız rədd etməsinə dair kassatorun dəlili (bax yuxarıda § 23) ilə də razılaşmır.

42. Apellyasiya instansiyası məhkəməsinin bu məsələdə mövqeyi ondan ibarət olmuşdur ki, ASC ümumiyyətlə zərərin mövcud olmasını, yəni əmtəə nişanından qanunsuz istifadə nəticəsində ATSC-nin həmin əmtəə nişanına aid məhsullarının satışının aşağı düşməsi və ya zərərin digər şəkildə dəyməsinin təsdiqi, habelə ATSC-nin həmin əmtəə nişanına aid məhsullarının keyfiyyəti ilə bağlı əldə etdiyi işgüzar nüfuzun aşağı düşmə si ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, MPM-in 77-ci maddəsi (bax yuxarıda § 32) ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

43. Kassator apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticənin yanlış olduğunu bildirsə də, öz mövqeyini kassasiya şikayətində mötəbər dəlillərlə əsaslandıra bilməmiş, məhkəmə icraatının əvvəlki mərhələlərində də müzakirə predmeti olmuş mülahizələri faktiki olaraq təkrarlamaqla kifayətlənmişdir.

44. Məhkəmə kollegiyası bildirməyi vacib hesab edir ki, zərərin müəyyən olunmasının və ödənilməsinin əsasları MM-in 21.2-ci maddəsində (bax yuxarıda § 31) nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, zərərin 2 forması var: real zərər və əldən çıxmış fayda. Real zərər hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsidir. Əldən çıxmış fayda isə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdir.

45. Hazırkı işdə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 35) görə, hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt mövcud olmalıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə. Yaln ız həmin şərtləri məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər.

46. Həmin mövqeyə görə, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

47. MM-in 1096.1 və 1097.1-ci maddələri (bax yuxarıda § 31) zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman həmin maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

48. Qeyd edək k i, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna dəymiş zərərin tələb olunması və ödənilməsi məsələsi də eyni qaydada, yəni MMin 21 və 1097.1-ci maddələrinə müvafiq olaraq həll edilir (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AMP-nin 2008-ci il 3 noyabr tarixli 7 saylı qərarının 3-cü bəndi – bax yuxarıda § 36).

49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işin materiallarına istinad edərək hesab etmişdir ki, ortada zərərin vurulması faktı yoxdur, ASC belə zərərin olmasını iddia etsə də, proses z amanı bunu sübut edə bilməmişdir. ASC kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini tutarlı, mötəbər dəlillərlə təkzib edə bilməmişdir.

50. Belə ki, əmtəə nişanından qanunsuz istifadə faktının mövcud olması heç də həmişə bu nişanın həqiqi sahibinə zərər vurulması ilə nəticələnmir. Zərər faktının baş vermiş hesab edilməsi üçün yuxarıda qeyd olunmuş şərtlərin mövcud olması zəruridir. Hazırkı işdə isə belə şərtlərin mövcudluğu işin materiallarından görünmür.

51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ASC-nin iddia etdiyi zərərlə bağlı düzgün nəticəyə gəlmiş, hər hansı hüquq pozuntusuna yol verməmişdir.

52. Məhkəmə kollegiyası ekspertizanın təyin olunmasına dair vəsatətin apellyasiya in stansiyası məhkəməsi tərəfindən əsassız rədd edilməsinə dair kassatorun dəlilini (bax yuxarıda § 24) də əsaslı hesab etmir.

53. ASC-nin apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi vəsatətdən (i/v 298-300) görünür ki, həmin ekspertizanın keçirilməsində ASC-nin məqsədi əmtəə nişanından qanunsuz istifadənin təsdiq edilməsi olmuşdur. Bu məqsədlə vəsatətdə ekspert qarşısında cəmi 2 sualın qoyulması təklif edilmişdir: 1) Cavabdehnin "C" adı ilə istehsal etdiyi, ancaq "B" adı ilə satışa çıxardığı konfetlərin istehsalı haqsız rəqabət sayılırmı?; 2) Cavabdehnin "C" adı ilə istehsal etdiyi, ancaq "B" adı ilə satışa çıxardığı konfetlərin istehsalı istehlakçıları yanıltma və əmtəə nişanından qanunsuz istifadə sayılırmı?

54. Göründüyü kimi, həmin vəsatətdə qoyulmuş suallar yalnız hüquqi məsələl ərin müəyyən edilməsinə yönəlmilşdir.

55. Apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 16 fevral tarixində keçirilmiş iclasın protokolundan (i/v 301-302) görünür ki, sözügedən vəsatət məhz qoyulan sualların hüquqi məsələlərlə bağlı olması, buna məhkəmə tərəfindən qiymət veriləcəyi səbəbindən təmin edilməmişdir.

56. Onu da qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi vəsatətə münasibətində qeyd etdiyi, işə baxaraq yekunda iddia tələbini Cavabdeh tərəfindən ASC-yə məxsus "xxxx" əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi hissəsində təmin etmişdir.

57. Bu o anlama gəlir ki, məhkəmə ASC-nin tələb etdiyi ekspertizanı təyin etmədən özü əmtəə nişanından Cavabdeh tərəfindən qanunsuz istifadə olunması faktının mövcudluğunu təsdiq etmiş, ASC-nin bununla bağlı mövqeyini ə saslı hesab etmiş, iddianı müvafiq hissədə təmin etmişdir. Beləliklə, ASC-nin tələb etdiyi hüquqi məsələlərin araşdırılması məqsədilə ekspertizanın keçirilməsinə ümumiyyətlə ehtiyac qalmamışdır.

58. Kassatorun ekspert qarşısında digər suallarla yanaşı “hər iki konfetin üz kağızı olmadan xarici görünüşlərinin eyni olub-olmaması” barədə sualın qoyulmasının vacib olması dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, ASC apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi vəsatətdə bu sualın qoyulmasını təklif etməmiş, ona görə də kassasiya şikayətində həmin dəlilə istinad etməkdə haqlı deyildir.

59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 22(103)-137/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar