Məhkəmə qərarları › İş №2-2(102)-319/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-319/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-319/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, sübutetmə vəzifəsi (xidmət müqaviləsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(106)-40/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC tərəfindən 2022-ci il 18 noyabr tarixli xidmət müqaviləsinə uyğun olaraq alıcı Cavabdeh MMC-yə dəyəri 1.943,46 manat olan 2022-ci il 3 dekabr tarixli, EBCK seriyalı, 389173 nömrəli; dəyəri 6.111,81 manat olan 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli; dəyəri 4.826,79 manat olan 2023-cü il 3 fevral tarixli, EBCO seriyalı, 085322 nömrəli; dəyəri 3.090,42 manat olan 2023-cü il 3 mart tarixli, EBDB seriyalı, 045916 nömrəli ümumilikdə 4 ədəd elektron qaimə göndərilmişdir.

2. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBCM seriyalı, 501304 saylı, 2023cü il 6 yanvar tarixli elektron qaimə üzrə 932,31 manat ödəniş edilmişdir (əsas: 2023-cü il 18 yanvar tarixli ödəniş tapşırığı (müvafiq qaydada təsdiq olunmamış)).

3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına EBCM seriyalı 501304 saylı elektron qaimə üzrə 2000 manat ödəniş edilmişdir (əsas: 2023-cü il 18 yanvar tarixli **********/544387395 nömrəli ödəniş qəbzi). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 14 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 18 noyabr tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas, 685 manat faiz borcunun və 200 manat mediasiya ödənişinin, ümumilikdə 13.925,17 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırıl mışdır ki, müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçının cavabdeh şirkətin əməkdaşlarını yemək xidməti ilə təmin etməsi, cavabdehin isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün 4,50 manat məbləğində xidmət haqqı ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehi həmin müqaviləyə əsasən 2022-ci il 18 noyabr tarixindən 2023-cü il 18 noyabr tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, iddiaçı xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımı səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, onun tərəfindən bu günədək ƏDV daxil olmaqla 13.040,17 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri cavabdeh tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin, cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı 2023-cü il 5 iyun tarixli pretenziya məktubu göndərmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsini tələb etmişdir. Əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmışdır.

6. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli e-2-2(121)1837/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - N.Misirzadə).

7. Məhkəmə bildirmişdir ki, iddiaçı onunla cavabdeh arasında 2022-ci il 18 noyabr tarixdə SSS#2022/11/18 saylı xidmət müqaviləsinin bağlandığını iddia etsə də, həmin müqavilə iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda onların möhürü ilə təsdiq edilməmişdir. Bununla belə iddiaçı tərəflərin imzalamadığı müqavilə əsasında cavabdehə elektron qaimələr göndərmişdir (bax § 1).

8. Bundan başqa, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir

9. Belə olan halda, qeyd ed ilən müqavilə cavabdeh tərəfindən imzalanmadığından, tərəflər arasında sözügedən müqavilə bağlanmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə elektron qaimələr göndərməsi və bunun əsasında mövcud borcu tələb etməsi əsassızdır.

10. Digər tərəfdən məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini, həmin məbləğin nəyin əsasında yaranmasını və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi xidmətlərin göstərilməsi halının sübutu kimi qəbul edilə bilməz.

11. Həmçinin, mülki qanunvericiliyə əsasən elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə sifarişçiyə elektron qaydada göndərildiyi üçün müşayətedici sənəd deyildir. İddiaçı tərəflər arasında olan müqavilə əsasında cavabdehə qaimə(lər) göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında xidmət(lər)in cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuş, iddiaçı isə qaimə(lər) göndərilməsinə dair vəzifəsindən istifadə etmişdir. Lakin iddiaçı həmin xidmətlərin cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirmədiyinə görə məhkəmə mövcud iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.

12. Məhkəmə iddianın 685 manat faiz borcunun tutulmasına dair hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı faiz borcunun cavabdehdən tutulmasını xahiş etmiş olsa da, maddi hüquq nor ması kimi həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə həm də 449.1-ci maddəsinə istinad etmiş, lakin iddia ərizəsində faiz borcunun hansı səbəbdən yaranmasını əsaslandırmamışdır. İddia tələbindən iddiaçının hansı maddi hüquq normasına istinad etməklə mövcud faiz borcunu tələb etməsi müəyyən olunmadığından iddianın qeyd edilən hissəsi də əsassızdır.

13. Məhkəmə öz mövqeyini MM-in 386.1, 331.1, 407.2, 399.1, 337.4, 385, 442, 448.1, 448.2, 449.1, 449.2, 445.7, 752.1, 753.1, 769, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 76, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 29 fevral tarixli 2-2(106)-40/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və M.Həsənov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq əlavə olaraq göstərmişdir ki, apellyasiya baxışında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu verilmiş, 2024-cü il 12 fevral tarixli cavab məktubunda tərəflər arasında olan mübahisəli elektron qaimə-fakturaların cavabdeh tərəfindən yox, sistemin özü tərəfi ndən təsdiq olunduğu bildirilmişdir.

17. Beləliklə müəyyən edilmişdir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi elektron qaimə-fakturaların cavabdeh tərəfindən təsdiq edildiyi sübut olunmur. Eyni zamanda iddiaçı təqdim etdiyi “whatsapp” yazışmalarının tərəflər arasında olmasına dair sübutları da məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, 448.2, 752.1, 753.1, 769, 770-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 329.2-ci maddəsi üzrə - Birinci və apellyasiya instansiyası məhkəmələri tərəflər arasında olan iqtisadi dövriyyəyə heç bir münasibət bildirməmişdir. Belə ki, tərəflər arasında müqavilə yoxdursa cavabdehin iddiaçı tərəfindən vurulmuş elektron qaimə üzrə ödəniş etməsi anlaşılan deyildir. Cavabdeh hüquqi şəxs olduğundan hüquqi rejimdə çalışır və etdiyi ödənişdə hər hansısa səhvliyin olması ağlabatan deyildir. Yalnış olaraq ödəniş etmişdirsə bu günədək etdiyi ödənişin yalnış olması ilə bağlı hər hansı iddiası və tələbi olmamışdır. Buradan da aydın görünür ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

21. MPM-in 14.2, 77.1, 217.1, 218.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəmsinin Plenumunun 2021-ci il 12 aprel tarixli Qərarı üzrə - “whatsapp” yazışmalarına əsasən, sifariş verən və sifariş götürən iddiaçı ilə cavabdehin aidiyyəti nümayəndələridir. Sözügedən “whatsapp” yazışmalarına baxarkən ilk ağla gələn fikir sifariş verən və sifariş götürən şəxslərin iddiaçı ilə cavabdehin nümayəndəsi olmasıdır. Aidiyyətsiz şəxsin “whatsapp” qrupuna daxil olması və sifariş etməsi mümkünsüzdür. Əksi sübut olunmayana qədər həmin şəxslərin iddiaçı ilə cavabdehin nümayəndəsi olması faktını dəyişdirmir. Bütün sübutlar iddiaçı tərəfin haqlı olduğunu təsdiqlədiyi halda hər iki instansiya məhkəməsi işi obyektiv araşdırmadan qərar vermişdir. İş hərtərəfli və tam araşdırılmamış, təqdim edilmiş sübutlara, verilmiş izahatlara düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin işə qeyri-obyektiv şəkildə və qərəzli yanaşılmış və işin mübahisəsi z faktiki halları gözardı edilərək məhkəmə qətnaməsi təqdim edilmiş mötəbər olmayan sübutlarla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya insta nsiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

25. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razıl aşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kollegiya hazırkı işin əvvəlki instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq aşağıda göstərilən əsaslara uyğun olaraq h esab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yeni baxış üçün həmin məhkəməyə qaytarılmalıdır.

28. Belə ki, aşağı instansiya məhkəmələrinin iddianın əsassız olması barədə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

29. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

30. Belə ki, iddiaçı 2022-ci il 18 noyabr tarixli xidmət müqaviləsinə istinad edərək, hazırki iddianı qaldırmış, iddianın əsasını təsdiq edən sübut qismində d əyəri ödənilməsi üçün cavabdehə göndərilmiş və elektron sistem tərəfindən avtomatik təsdiq olunmuş dəyəri 1.943,46 manat olan 2022-ci il 3 dekabr tarixli, EBCK seriyalı, 389173 nömrəli; dəyəri 6.111,81 manat olan 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli; dəyəri 4.826,79 manat olan 2023-cü il 3 fevral tarixli, EBCO seriyalı, 085322 nömrəli; dəyəri 3.090,42 manat olan 2023-cü il 3 mart tarixli, EBDB seriyalı, 045916 nömrəli ümumilikdə 4 ədəd elektron qaiməni məhkəməyə təqdim etmişdir. Həmin qaimələrin hər birində əsas kimi 2022-ci il 18 noyabr tarixli xidmət müqaviləsi qeyd olunmuşdur.

31. Eyni zamanda işin hallarından görünür ki, dəyəri 6.111,81 manat olan 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 2023- cü il 18 yanvar tarixdə ayrı-ayrılıqda 2000 manat və 932,31 manat məbləğində ödənişlər həyata keçirilmişdir (i/v 41, 64).

32. Bununla bağlı kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı cavabdehə xidmət göstərməsəydi və onlar arasında heç bir müqavilə münasibətləri olmasaydı cavabdeh 2023-cü il 6 yanvar tarixli, EBCM seriyalı, 501304 nömrəli elektron qaimə üzrə hissəvi ödənişlər etməz, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

33. Qeyd olunanlar isə tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə münasibətlərinin olmasına dəlalət edir.

34. Həmçinin cavabdeh məhkəmə iclaslarından kifayə t qədər məlumatlı olsa da, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında iştirak etməmiş və iddiaya öz münasibətini bildirməmişdir. 35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

36. Bundan başqa, iş materiallarında özündə yemək sifarişi və icrası məzmununu ifadə edən çoxsaylı “whatsapp” yazışmaları mövcuddur.

37. Lakin işə baxan aşağı instansiya məhkəmələri tərəflər arasında müqavilədən irəli gələn münasibətlər olmadığı halda cavabdeh tərəfindən hansı əsasla ödənişlərin aparılması faktına hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmalarının həqiqiliyi, o cümlədən onların tərəflər arasındakı münasibətlərə aidiyyatının olub-olmaması ilə bağlı heç bir araşdırm a aparmamış, lazım olduğu halda bu və yuxarıda qeyd olunan digər hallarla bağlı cavabdehin mövqeyinin dəqiq öyrənilməsi üçün onun iştirakı ilə bağlı kifayət qədər tədbirlər görməmişdir.

38. Qeyd edilən dəlillər iddiaçının həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmiş, birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin dəlillərə müfəssəl hüquqi qiymət verməmiş, ümumi formada “iddiaçının apellyasiya şikayətində qeyd etdiyi elektron qaimə-fakturaların cavabdeh tərəfindən təsdiq edildiyi sübut edilmir. Eyni zamanda tərəflər arasında olan whatsapp yazışmalarının tərəflər arasında olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir” qeydlərini etməklə kifayətlənmiş, bununla da işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1, 88 və 392.2-ci maddələrinin tələblərini pozmuşdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə akt larında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. İşə yenidən baxılarkən yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlillərinə, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər olmadığı halda cavabdeh tərəfindən hansı əsasla ödənişl ərin aparılması faktına hüquqi qiymət verilməli, iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmalarının həqiqiliyi, o cümlədən onların tərəflər arasındakı münasibətlərə aidiyyatının olub-olmaması ilə bağlı araşdırma aparılmalı, bu və yuxarıda qeyd olunan digər hallarla bağlı cavabdehin mövqeyinin dəqiq öyrənilməsi üçün onun iştirakı ilə sübutlar yenidən qiymətləndirilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi təmin edilməlidir.

43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(106)-40/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkə məyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar