Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-32/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Şirkətin Cavabdeh MTK-ya qarşı iş üzrə Açar sözlər: torpaq sahəsi üzərində olan tikililərin cavabdehin hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Şirkətin Cavabdeh MTK-ya qarşı “cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilə n tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin təmizlənməsi, cavabdehin həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyul tarixli 2-2(105)-6/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın, Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh (bundan sonra – “MTK”) 2004-cü il 9 dekabr tarixində dövlət qeydiyyatına alınmışdır.
2. İş materiallarında olan Şirkət (bundan sonra –"NŞ"), AOK şirkəti və NŞ-in Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 2010-cu il 21 aprel tarixli 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokoldan görünür ki, NŞ “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsi, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin Cavabdeh MMC-yə (bundan sonra-“MMC”) ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılması və mülkiyyətçiyə geri qaytarılması nəzərdə tutulmuşdur.
3. Həmçinin protokolun 4-cü bəndinə əsasən, NŞ-nin 45 nömrəli 2006-cı il 16 mart tarixli əmri ilə yaradılmış komissiya "xxxx" Əməl iyyat Şirkətinin (bundan sonra – “BOK”) səlahiyyətli nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan torpaq sahəsinin neft-qaz əməliyyatları məqsədi üçün vacibliyini araşdırmış və Komissiyanın 2008-ci il 14 aprerl tarixli 03 nömrəli protokoluna əsasən qeyd olunan torpaq sahəsinin gələcək neft-qaz əməliyyatları üçün perspektivi olmadığından onun mülkiyyətçiyə geri qaytarılması mümkün hesab edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 117 s saylı sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 843 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasına əsasən, A rayonunun M Bələdiyyəsinin ehtiyacı üçün A rayonunun ehtiyat fondu torpağından 5,65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin A Rayon İcra Hakimiyyəti (bundan sonra – “ARİH”), Azərbaycan Respublikasının ETS Nazirliyi, DTXK və ƏMDK ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.
5. İş materiallarında olan ARİH başçısının 2010-cu il 17 dekabr tarixli 2023 saylı sərəncamından (bundan sonra – "xxxx") görünür ki, MMC-yə mülkiyyətində olan M-N şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmişdir.
6. İş materiallarında olan 2023/17.12.2010 nömrəli Mülkiyyətə verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, ARİH başçısının 2023 saylı sərəncamı ilə MTK-nın direktoru DƏDRX-in MA seriyalı ******* saylı çıxarışı ilə ona məxsus M bələdiyyəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5,65 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə verilmişdir.
7. İş materiallarında olan MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, A rayonu, M qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MMC-nin adına 2010-cu il 21 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. İş materiallarında olan 2011-ci il 2 iyun tarixli **********763000 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, MMC-nin MTK-ya çevrilməsi ilə əlaqədar h əmin təşkilatın hüquqi varisliyi MTK-ya keçmişdir.
9. İş materiallarında olan DƏDRX A Ərazi İdarəsinin 2012-ci il 3 iyul tarixli, seriya AA 040048 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, A rayonu, M qəsəbəsi, “Bin Gənclər Şəhərciyi”ndə yerləşən, sənəd üzrə və faktiki sahəsi 5,65 ha, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə MMC-yə məxsusdur.
10. İş materiallarında olan Azərbaycan Respublikasının FHN-in TTNDA-nın “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geoloji Mərkəzinin 2011-ci il 24 yanvar tarixli 06-3096 saylı MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008-ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən A rayonu, M-N şossesi ərazisində 16 ədəd 5 mərtəbəli yaşayış kompleksi üçün ayrılmış sahədə aparılmış mühəndis - geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, quyulararası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndis - geoloji şəraitini qiymətləndirmək üçün qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir.
11. İş materiallarında olan FHN TTNDA-nin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geoloji Mərkəzinin 2012-ci il 26 noyabr tarixli 06-5058 saylı MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008-ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, NovxanıMehdiabad yolunun kəsişməsində “Bin Gənclər Şəhərciyi” üçün ayrılmış sahədə 7 ədəd 5 mərtəbəli yaşayış binalarının (4 bina sahənin qərbində, 3 bina sahənin şərqində) layihələndirilməsi məqsədilə aparılmış mühəndis geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, həcmi və quyuların dərinliyi, ara məsafələri qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir.
12. İş materiallarında olan MTK-nın BOK-a ünvanladığı 2014-cü il 19 iyun tarixli 243 saylı məktubdan görünür ki, MTK tərəfindən inşa olunan yaşayış kompleksinin inşasının tam yekunlaşması üçün ərazidə məktəb və uşaq bağçasının tikilməsi, yol kənarı və ətraf ərazilərin təmizlənib abadlaşması zərurəti yarandığından məktuba əlavə edilmiş ərazinin ortofotoplanında qırmızı xətlə işarələnmiş ərazinin də MTK-ya ayrılması xahiş edilmiş, həmin ərazinin MTK-ya ayrılacağı təqdirdə, göstərilən ərazidə yerləşən və BOK-un balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir-bərpa işlərinin aparılması üçün tələb olunan sahə saxlanmaqla onların ətrafında öz hesabına daş hasar çəkilməsinə və ətrafının abadlaşdırılmasma təminat verilmişdir.
13. İş materiallarında olan BOK-un 2014-cü il 15 iyul tarixli 03/892 saylı cavab məktubundan görünür ki, göstərilən müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilmiş və neft ehtiyatları haqqında arayış tərtib edilmişdir. Arayışa əsasən Operator, göstərilən torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması məqsədləri üçün qeyriperspektiv olduğunu bildirərək, Şirkətin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir-bərpa işlərinin aparılması üçün tələb olunan sahələrin Şirkətin istifadəsində saxlanılmaqla onların ətrafında MTK-nin hesabına daş hasarın çəkilməsini, həmçinin adı çəkilən ərazidə Şirkətin mütəxəssislərinin iştirakı və tövsiyəsi əsasında MTK-nın hesabına lazımı qaydada 212206, 211825, 210983, 211945, 211727, 210977, 211977, 210974, 210993 və 211410 saylı quyuların konservasiyasını həyata keçirmək şərti ilə, nəzərdə tutulan torpaq sahəsinin ayrılmasını mümkün hesab etmişdir.
14. İş materiallarında olan BOK-un 2015-ci il 15 may tarixli 03/718 saylı məktubundan görünür ki, MMC, ƏMDK tərəfindən ayrılmış, eyni zamanda Protokol və plan-xəritə əsasında ona verilmiş 3,30 ha torpaq sahəsindən başqa, üzərində xeyli sayda fəaliyyətdə olan və təmir gözləyən və kolonları MMC tərəfindən qanun suz olaraq kəsilən neft quyuları mövcud olan Kontrakt sahəsinin hüdudları daxilində də, evlərin tikilməsi üzrə qanunazidd işlər aparır. MMC-nin istifadəsinə verilmiş 3,30 ha torpaq sahəsində bir neçə təmir gözləyən neft quyuları yerləşir ki, MMC tərəfindən həmin quyuların üzərində və ətrafında tikinti-inşa işləri aparılmışdır.
15. İş materiallarında olan MTK-nın ümumi yığıncağının 2016-cı il 25 yanvar tarixli protokolundan görünür ki, MTK tərəfindən A rayonu, Mqəsəbəsinin ərazisində “Bin Gənclər Şəhərciyi”ndəki binalardan 100 ədəd mənzilin internat evlərinin yetirmələri, əlillər, acınacaqlı vəziyyətdə yaşayan və digər lazım bilinən şəxslərə paylanması üçün H Fonduna hədiyyə edilməsi, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar H Fondu ilə müvafiq sənədləşmə işinin aparılmas ı, mənzilların binalar üzrə müəyyən edilməsi və müvafiq sənədlərin imzalanması səlahiyyəti MTK-nın sədri həvalə edilməsi qərara alınmışdır.
16. İş materiallarında olan MTK ilə H Fondu arasında imzalanmış “Xeyriyyəçilik tədbirlərində iştirakçılığın əsas prinsipləri haqqında” 2016-cı il 2 fevral tarixli 020216 saylı sazişin "xxxx" adlanan İİ hissəsindən görünür ki, İştirakçı (MTK) ARİH-in 2023 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Azərbaycan Respublikasının A rayonu M qəsəbəsində “Bin Gənclər Şəhərciyi”ndə öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi yaşayış binalarında 50 ədəd mənzili ianə qismində Təşkilatçıya (H Fondu) təhvil verir, Təşkilatçı isə öz növbəsində İştirakçının təqdim etdiyi ianəni qəbul edib, qüvvədə olan qanunvericiliyə və bu Sazişə uyğun olaraq təyinatına uyğun çatdır ılmasını təşkil edir.
17. İş materiallarında olan 2016-cı il 2 fevral tarixli təhvil-təslim aktından görünür ki, MTK ilə H Fondu arasında imzalanmış 2016-cı il 2 fevral tarixli 020216 saylı Sazişə müvafiq olaraq 50 ədəd mənzil H Fonduna təhvil verilmişdir.
18. İş materiallarında olan FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2016-cı il 1 fevarl tarixli 37/36-00228 saylı məktubu ilə təqdim edilmiş 2015-ci il 2 sentyabr tarixli 20667/17097/15242/12604 saylı rəydən görünür ki, həmin rəyə əsasən, Abşeron rayonu, Mehdiabad-Novxanı şossesinin şimalında yaşayış binaları kompleksi (21, 22, və 23 saylı binalar) üzrə işçi layihəsinin tikinti norma və qaydaları, o cümlədən СН и П İİ-7-81*-in tələblərinə uyğun hesab edilərək razılaşdırılmışdır.
19. İş materiallarında olan FHN TTNDA 2016-cı il 9 fevral tarixli 37/36-01213 saylı məktubu ilə təqdim edilmiş 2016-cı il 1 fevral tarixli 630 saylı rəydən görünür ki, həmin rəyə əsasən Bakı şəhəri, A rayonu, M qəsəbəsi M-N şossesinin şimalında MMC tərəfindən inşa edilmiş “Bin Gənclər şəhərciyi”nin 23 ədəd eyni tipli 2 girişli, kürsülü, 6 mərtəbəli, 21, 22, 23 №li yaşayış binalarının təyinatı layihələşdirilmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq tələblərini təsdiqlədiyi müəyyən edilmişdir. Rəyin nəticə hissəsində həmçinin göstərilmişdir ki, FHN TTDNA Nəzdində yaradılmış Təhlil qrupunun 2016-cı il 1 fevral tarixli 630 saylı iclasında binanın yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.
20. İş materiallarında olan ARİH Mema rlıq və Tikinti Şöbəsinin məktubundan görünür ki, A rayonu, M qəsəbəsi ərazisində yerləşən ARİH başçısının 2023 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş 23 ədəd iki girişli, kürsülü, 6 mərtəbəli yaşayış binalarının ümumi sahəsinin 10%-i RİH fonduna ayrılmış, həmin mənzillər RİH-in təqdimatına uyğun olaraq əvəzsiz olaraq aztəminatlı ailələrə verilmişdir.
21. İş materiallarında olan ƏƏSMN 2017-ci il 17 oktyabr tarixli **********1 saylı məktubundan görünür ki, ƏƏSMN tərəfindən satınalma yolu ilə ünvan 1 ünvanında yerləşən yaşayış binasından dəyəri ödənilərək 20 mənzil alınmışdır.
22. İş materiallarında olan QMKİDK-nın 2017-ci il 15 noyabr tarixli 02/1101 saylı məktubundan görünür ki, A rayonu, M qəsəbəsi, “Bin Gənclər Şəhərciyi”ndə yerləşən 23 nömrəli evin 11 mənzili Komitənin balansınd adır.
23. İş materiallarında olan ARİH-in 2019-cu il 3 iyun tarixli x/518 saylı arayışından görünür ki, həqiqətən MTK-nın M qəsəbəsi ərazisində inşa etdiyi 23 ədəd, 2 girişli, 6 mərtəbəli yaşayış binalarının hamısı istismara qəbul edilmişdir.
24. İş materiallarında olan ARİH-in 2019-cu il 21 oktyabr tarixli 1673 saylı arayışından görünür ki, həqiqətən MTK A rayonu, M qəsəbəsi, Bin Gənclər şəhərciyinin yerləşdiyi 5,65 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış binaları inşa etmiş, həmin binalarda sakinlər tam məskunlaşmış və çıxarış ilə təmin olunmuşlar. Həmin torpaq sahəsinin bir hissəsi tikinti altında, qalan hissəsi yollar və sakinlərin tam istifadəsindədir. MTK-nın yuxarıda göstərilən ünvanda istifadəsində torpaq sahəsi yoxdur və uzun illərdir ki, MTK bu ünvanda heç bir fəaliyyətlə mə şğul olmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
25. NŞ 2015-ci il 14 oktyabr tarixində MTK-ya qarşı MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilən tikililərin MTK-nın hesabına sökülməsi və ərazinin təmizlənməsi, MTK-nın həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin MTKnın üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
26. İddia tələbi onunla əsaslandırılmışdır ki, NŞ, AOK şirkəti və NŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmış "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlannın daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə və “Birgə Əməliyyat Sazişi”nə əsasən, BOK-un uzun müddətli istifadəsinə verilmiş torpaq sahəsinin 3,30 ha hissəsi Podratçılar tərəfindən imzalanmış 2010-cu il 21 aprel tarixli 87 saylı protokola və tərtib edilmiş plan-xəritəyə əsasən, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün MTK-ya verilmişdir. MTK tərəfindən həmin ərazidə yaşayış binaları tikilərək vətəndaşların istifadəsinə ver ilmiş və yeni binaların tikintisi üzrə işlər davam etdirilir. Araşdırma zamam müəyyən edilmişdir ki, MTK ona yerilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxaraq, BOK-un istifadəsinə verilən torpaq sahəsini də zəbt etmiş və həmin torpaq sahəsi üzərində yerləşən neft quyularının kalonlarını qanunsuz olaraq kəsmiş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparır. MTK-nın həmin hərəkətləri qanunsuz olmaqla yanaşı, həmçinin ətrafda yaşayan insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bundan başqa, MTK tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmiş yaşayış binalarının kanalizasiya qurğuları Saziş ərazisindən aparılmaqla, həmin qurğulardan çıxan məişət-çirkab suları Saziş ərazisində yerləşən gölə axıdılır. Bu hal həm saziş ərazisində, həm də həmin göldə olduqc a təhlükəli antisanitar vəziyyət yaradır.
27. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 149150-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. 28. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli 2-2(81)-192/2016 saylı qərardadı ilə BOK 3-cü şəxs qismində işə cəlb edilmişdir (hakim – İ.Əhmədov).
29. MTK-nın qanuni təmsilçisi 2016-cı il 28 sentyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, tikililərin sökülməsi və ərazinin təmizlənməsi tələbinin təmin edilməməsini, ARDNŞ-dan MTK-nın işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 150.000 manat məbləğində pulun tutulmasını və ödənilmiş 30 manat dövlət rüsumunun ARDNŞya aid edilməsi xahiş edilmişdir. 30. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2016-cı il 29 sentyabr tarixli 2-2(81)-192/2016 saylı qərardadı ilə MTK tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmış və izah edilmişdir ki, MTK iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər (hakim – İ.Əhmədov). 31. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 28 aprel tarixli 2-2(81)-18/2017 saylı qərardadı ilə iş üzrə MTK tərəfindən inşa edilmiş binaların yerləşdiyi torpaq sahəsinin sərhədlərinin ARİH-in Memarlıq və Tikinti şöbəsi tərəfindən mülkiyyətə verilən torpaq sahəsinin Ayrıc aktında göstərilmiş torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşüb düşməməsinin müəyyənləşdirilməsi ARİH-ə həvalə edilmişdir (hakim – İ.Əhmədov). 32. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 may tarixli 2-2 (81)-18/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra – "MEM") tapşırılmışdır.
33. MTK-nın nümayəndəsi 2017-ci il 31 oktyabr tarixində vəsatət verərək işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndəilməsini xahiş etmişdir. 34. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 31 oktyabr tarixli 2-2(81)-18/2017 saylı qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – İ.Əhmədov).
35. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 fevral tarixli 2-2(85)-70/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi MEM-ə tapşırılmış və ekspert qarşısında aş ağıdakı suallar qoyulmuşdur: 35.1. A rayonu, M qəsəbəsi, Gənclər şəhərciyində yerləşən MTK tərəfindən inşa edilmiş binalar “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsinə düşürmü? 35.2. Əgər düşürsə, hansı hissələrdə və bu ərazilər nə qədər təşkil edir?
36. MEM-in 2018-ci il 20 avqust tarixli 8551 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi tərəfindən imzalanmış 2018-ci il 13 iyun tarixli 57 saylı mütəxəssis rəyinə əsasən: 36.1. Birinci sual üzrə: Abşeron rayonu, Mehdiabad qəsəbə si, Gənclər şəhərciyində yerləşən MTK tərəfindən inşa edilmiş iki bina və bir yardımçı tikili binası "Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsinə düşür. 36.2. İkinci sual üzrə: tədqiq olunan torpaq sahəsi Saziş blokunun şimal hissəsi torpaqlarına aiddir və 1,4 hektardır.
37. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli 2-2(85)-70/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim – Z.Pirverdiyev): 37.1. iddia qismən təmin edilsin; 37.2. MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binası MTK-nın hesabına sökülsün və ərazi təmizlənsin, MTK həmin ərazidən çıxarılsın və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsi MTK-nın üzərinə qoyulsun; 37.3. iddia qalan hissədə rədd edilsin; 37.4. ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manat məbləği MTK-dan tutularaq NŞ-ya ödənilsin, qalan məbləğ NŞ-ya aid edilsin; 37.5. iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği NŞ-dan, qalan 25 manat məbləği isə MTK-dan tutularaq MEM-in hesabına köçürülsün.
38. Birinci ins tansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 38.1. Məhkəmə tədqiqatı zamanı ekspert rəyi ilə müəyyən olunmuş hallardan göründüyü kimi MTK, mülkiyyətində olan torpaq sahəsindən əlavə, NŞ-a məxsus 1,4 ha torpaq sahəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmişdir. Buna görə də məhkəmə hesab edir ki, MTK tərəfindən qanunsuz sahibliyə keçirilmiş 1,4 ha torpaq sahəsi iddiaçıya geri qaytarılmalıdır. 38.2. Zəbt edilmiş 1,4 ha torpaq sahəsində MTK tərəfindən özbaşına inşa edilmiş iki bina və bir yardımçı tikili binası onun hesabına sökülməlidir. 38.3. Üçüncü şəxsin NŞ-a ünvanladığı 2015-ci il 15 may tarixli 03/718 saylı məktubundan göründüyü kimi MTK tərəfindən vətəndaşların istifadəsinə verilmiş yaşayış binalarının kanalizasiya qurğuları Saziş ərazisindən aparılmaqla, bu qurğulardan çıxan məişət-çirkab suları Saziş ərazisində mövcud olan gölə axıdılır, bununla da həm Saziş ərazisində, həm də sözügedən göldə antisanitariya vəziyyət yaranır. Belə olan halda MTK tərəfindən Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısı alınmalıdır.
39. Məhkəmə öz qətnaməsini MM-in 157.4, 157.8, 180.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 119.1, 217.3, 217.4-cü, TM-in 111.1, 111.2, 111.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. MTK həmin qətnamədən 2018-ci il 29 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
41. Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 fevral tarixli 2-2(105)-12/2019 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi MEM-ə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 41.1. Seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və seriya AA 040048 saylı "xxxx" sənədlərinə əsasən MTK-nın mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 5,65 ha torpaq sahəsi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə, hansı hissədə düşür? 41.2. MTK tərəfindən inşa edilmiş A rayonu, Mqəsəbəsi, Gənclər şəhərciyində yerləşən tikililər seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və seriya AA 040048 saylı "xxxx" sənədlərinə əsasən MTK-nın mülkiyyətdə olan 5,65 ha torpaq sahəsində inşa edilmişdirmi? 41.3. Əgər MTK tərəfindən inşa edilmiş hər hansı tikili MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və seriya AA 040048 saylı "xxxx" sənədlərinə əsasən MTK-nın mülkiyyətdə olan 5,65 ha torpaq sahəsindən kənarda inşa edilmişdirsə, həmin torpaq sahəsi nə qədər təşkil edir, həmin torpaq sahəsində neçə tikili (yaşayış və qeyri-yaşayış sahəsi) var və həmin torpaq sahəsi “Azərbaycan Respublikasında Binəqədi, Qırmək Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor nef t yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsidirmi?
42. Məhkəmə ekspertizasının aparılmasıdan imtina edilməsi haqqında 2019-cu il 21 oktyabr tarixli 20526 saylı məlumatdan görünür ki, torpaq sahəsinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tətqiqat aparılması mümkün olmamışdır.
43. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 noyabr tarixli 2-2(105)-12/2019 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – N.Nəsibov və H.Babayeva): 43.1. apellyasiya şikayəti təmin edilsin; 43.2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli 2-2(85)-70/2018 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edil sin; 43.3. iş üzrə yeni qətnamə qəbul edilsin; 43.4. iddia tələbi MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın MTK-nın hesabına sökülməsi və ərazinin təmizlənməsi, MTK-nın həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin MTKnın üzərinə qoyulması” hissəsində rədd edilsin; 43.5. qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlansın.
44. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 44.1. İlk əvvəl qeyd olunmalıdır ki, 5,65 ha torpaq sahəsinin MTK-ya aid olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, A rayonu, M qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MMC-nin adına 2010-cu il 21 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 44.2. İş materiallarından görünür ki, yaşayış binaları istismara qəbul edilmişdir. 44.3. Belə ki, MTK ilə Bağlar sukanalı arasında 2017-ci il 17 yanvar tarixində imzalanmış təhvil-təslim aktı ilə MTK-nın inşa etdiyi Binəqədi Gənclər Şəhərciyində 1 və 2 saylı su anbarları, su xətləri və aktda qeyd olunmuş əsas vəsaitlər MTK-nın balansından çıxarılaraq Bağlar Sukanalı İdarəsinin ba lansına verilmişdir. 44.4. MTK ilə "xxxx" ASC arasında 2017-ci il 27 fevral tarixdə imzalanmış müqaviləyə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində inşa olunmuş yaşayış evlərinin elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən verilmiş 2011-ci il 5 oktyabr tarixli TX-11/0199 saylı texniki şərtə müvafiq olaraq tikintisi başa çatmış 35/6 kv-luq 91 saylı YS-yeni TM arası 6 kv-luq dövrəli kabel-hava xətti, gücü 2x2500 kv A olan 6/0,4 kv-luq transformator məntəqəsi və 0,4 kv-luq məhəllədaxili elektrik şəbəkəsi MTK-nın balansından "xxxx" ASC-nin balansına əvəzsiz olaraq verilmişdir. 44.5. NŞ-ın mübahisələndirdiyi torpaq sahəsi 3,3 ha ilə bağlıdır və NŞ iddia edir ki, MTK həmin ərazidən çıxaraq Saziş ərazisinə müdaxilə etmişdir. 44.6. NŞ ərazidə neft quyularının olmasını və insanlar və yaşayış üç ün təhlükəli olmasını qeyd etsə də, qeyd olunan torpaq sahəsinin gələcək neft-qaz əməliyyatları üçün perspektivi olmadığı hələ 2010-cu il 21 aprel tarixli protokolda qeyd edilmişdir. 44.7. MTK-nın BOK-a ünvanladığı 2014-cü il 19 iyun tarixli 243 saylı məktubla MTK tərəfindən inşa olunan yaşayış kompleksinin inşasının tam yekunlaşması üçün ərazidə məktəb və uşaq bağçasının tikilməsi, yol kənarı və ətraf ərazilərin təmizlənib abadlaşması zərurəti yarandığından məktuba əlavə edilmiş ərazinin ortofotoplanında qırmızı xətlə işarələnmiş ərazinin də MTK-ya ayrılması xahiş edilmiş, həmin ərazinin MTK-ya ayrılacağı təqdirdə, göstərilən ərazidə yerləşən və BOK-un balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir-bərpa işlərinin aparılması üçün tələb olunan sahə saxlanmaq la onların ətrafında öz hesabına daş hasar çəkilməsinə və ətrafının abadlaşdırılmasma təminat verilmişdir. 44.8. BOK-un 2014-cü il 15 iyul tarixli 03/892 saylı cavab məktubu ilə göstərilən müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilmiş və neft ehtiyatları haqqında arayış tərtib edilmişdir. Arayışa əsasən Operator, göstərilən torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması məqsədləri üçün qeyri-perspektiv olduğunu bildirərək, Şirkətin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir- bərpa işlərinin aparılması üçün tələb olunan sahələrin Şirkətin istifadəsində saxlanılmaqla onların ətrafında MTK-nin hesabına daş hasarın çəkilməsini, həmçinin adı çəkilən ərazidə Şirkətin mütəxəssislərinin iştirakı və tövsiyəsi əsasında MTK-nın hesabına lazımı qaydada 212206, 211825, 210983, 211945, 211727, 210977, 211977, 210974, 210993 və 211410 saylı quyuların konservasiyasını həyata keçirmək şərti ilə, nəzərdə tutulan torpaq sahəsinin ayrılmasını mümkün hesab etmişdir. 44.9. Sonradan üçüncü şəxs BOK MMC-nin istifadəsinə verilmiş 3,30 ha torpaq sahəsində bir neçə təmir gözləyən neft quyuları yerləşdiyini və MMC tərəfindən həmin quyuların üzərində və ətrafında tikinti-inşa işləri aparıldığını qeyd etmişdir. 44.10. Halbuki BOK-un 2014-cü il 15 iyul tarixli 03/892 saylı cavab məktubundan görünür ki, Şirkətin əməkdaşları tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilmiş və neft ehtiyatları haqqında arayış tərtib edilmişdir. Arayışa əsasən Operator göstərilən torpaq sahəsinin neft qaz əməliyyatlarının apar ılması məqsədləri üçün qeyri-perspektiv olduğunu bildirmişdir. 44.11. FNH TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2016-cı il 1 fevral tarixli 37/36-00228 saylı məktubu ilə təqdim edilmiş 2015-ci il 2 sentyabr tarixli 20667/17097/15242/12604 saylı rəyə əsasən, A rayonu, M-N şossesinin şimalında yaşayış binaları kompleksi (21, 22, və 23 saylı binalar) üzrə işçi layihəsinin tikinti norma və qaydaları, o cümlədən CH и П İİ-7-81*-in tələblərinə uyğun hesab edilərək razılaşdırılmışdır. 44.12. FHN TTNDA-nin 2016-cı il 9 fevral tarixli 37/36-01213 saylı digər məktubu ilə təqdim edilmiş 2016-cı il 1 fevral tarixli 630 saylı rəyə əsasən, Bakı şəhəri, A rayonu, M qəsəbəsi M-N şossesinin şimalında MMC tərəfindən inşa edilmiş “BinGənclər şəhərciyi”nin 23 ədəd eyni tipli 2 tipli, kürsülü, 6 mərtəbəli, 21, 22, 23 №li yaşayış binalarının təyinatı layihələşdirilmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq tələblərini təsdiqlədiyi müəyyən edilmişdir. 44.13. Üçüncü şəxs BOK quyuların konservasiyasını həyata keçirmək şərti ilə, nəzərdə tutulan torpaq sahəsinin ayrılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin belə bir şərtlə torpaq sahəsi verməsini məntiq etibarı ilə gələcəkdə təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığı zənn etmək olar. 44.14. Bundan sonra isə FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəyi ilə MMC tərəfindən inşa edilmiş “Binəqədi Gənclər şəhərciyi”nin 23 ədəd eyni tipli 2 tipli, kürsülü, 6 mərtəbəli, 21, 22, 23 №li yaşayış binalarının təyinatı layihələşdirilmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və d ayanıqlılıq tələblərini təsdiqlədiyi müəyyən edilmişdir. 44.15. Saziş ərazisinə müdaxilə olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MTKnın iştirakını təmin etməməklə birinci instansiya məhkəməsi iş üzrə zəruri əhəmiyyət kəsb edən çoxsaylı sənədləri tələb etmədən və onlara istinad etmədən yalnız ekspert rəyinə əsaslanaraq səhv hüquqi nəticəyə gəlmişdir. 44.16. NŞ-a məxsus torpaq sahəsində MTK tərəfindən işlər görülməsi iş materialları ilə təsdiqini tapmır. 44.17. Əksinə, apellyasiya baxışı zamanı MTK tərəfindən təqdim olunmuş sənədlərin məzmunundan görünür ki, çoxsaylı sosial layihələrin reallaşdırılması, gənc ailələrin mənzillə təmin edilməsi, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi məqsədilə MTK tərəfindən genişmiqyaslı işlər görülmüş, 23 ədəd 2 girişli, 6 mərtəbəli yaşay ış binaları tiklilmiş və binalar hamısı istismara verilmişdir. 44.18. İş materiallarında olan çoxsaylı məktublardan görünür ki, həmin yaşayış evlərindən ƏƏSMN-nə satınalma yolu ilə, Heydər Əliyev Fonduna xeyriyyəçilik məqsədilə, QMKİDK, yaşayış binalarının ümümi sahəsinin 10%-i ARİH fonduna ayrılmışdır. 44.19. Beləliklə, iddianın təmin olunması nəinki MTK-nın, inşa edilmiş evlərdə yaşayan yüzlərlə insanın, cəmiyyətin dəstəyə, yardıma ehtiyacı olan təbəqəsinin, dövlətin dəstəyi ilə mənzillə təmin olunmuş insanların maraqlarına toxunur. 44.20. Əslində NŞ-ın iddiası təmin olunduğu təqdirdə MTK deyil, bina sakinləri ərazidən çıxarılmalıdır. 44.21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu halları nəzərə almamışdır. 44.22. İş üzrə ARİH başçısının 2023 saylı tikinti işlərinin rəsmilə şdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilməsi barədə sərəncamı vardır və bu sərəncam nə NŞ, nə BOK, nə də heç bir inzibati orqan tərəfindən mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Belə olan halda NŞ-ın müvafiq iddia ilə çıxış etməsi əsassızdır. 44.23. Bundan əlavə qeyd olunmalıdır ki, NŞ ərazinin təmizlənməsi, Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısının alınması tələblərini qoyduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 29-cu, MPM-in 14.2, 77.1, 80, 88, 103.1, 217.3, 217.4, 385.1.1, 385.1.2-ci maddələrinə, “İnsan hüquqları və əsas azad lıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokoluna, İnsan Hüquqları üzrə AvropaMməhkəməsinin (bundan sonra – “İHAM”) “Marks Belçikaya qarşı” iş üzrə 1979-cu il 13 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
46. NŞ həmin qətnamədən 2020-ci il 17 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 20 may tarixli 2-2(102)-148/2020 saylı qərarı ilə kassasiya şikayəti qismın təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2019-cu il 20 noyabr tarixli 2-2(105)-12/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün h əmin məhkəməyə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər A.Hüseynov və B.Qəribov).
48. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 48.1. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən ARİH başçısının 2023 saylı sərəncamı ilə MMC-yə M-N şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmiş, bununla əlaqədar 2023 saylı “Mülkiyyətə verilən torpaq sahəsinin ayrıc aktı” tərtib edilmiş, MA seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la, A rayonu, M qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MMC- nin adına 2010-cu il 21 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində DƏDRX-nin Abşeron Ərazi İdarəsində qeydiyyata alınmış 2012-ci il 3 iyul tarixli, AA seriyalı, 040048 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və qeyd edilən torpaq sahəsində yaşayış binaları tikilmişdir ki, həmin yaşayış binaları, onların tikintisi mübahisə predmeti olmamaqla, NŞ-ın həmin binalara hər hansı iradı yoxdur, NŞ-ın mübahisələndirdiyi 1,4 ha torpaq sahəsi isə MTK-nın mülkiyyətində olmayan, əlavə zəbt edilərək tikinti aparılan torpaq sahəsi ilə bağlıdır ki, iş materiallarında mübahisələndirilən 1,4 ha torpaq sahəsinin MTK-ya torpaq ayırma qaydasında ayrılması və orada müvafiq tikinti işləri aparılmasına icazə verilməsi ilə bağlı icra hakimiyyəti orqanının hər hansı qərarı yoxdur. 48.2. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş MEM-in 2018-ci il 20 avqust tarixli 8551 saylı rəyinə əsasən, A rayonu, M qəsəbəsi, Gənclər şəhərciyində yerləşən MTK tərəfindən inşa edilmiş iki bina və bir yardımçı tikili binası “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsinə düşür, tədqiq olunan torpaq sahəsi Saziş blokunun şimal hissəsi torpaqlarına aiddir və 1,4 hekdardır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmənin araşdırma predmetini 5,65 ha (o cümlədən onun tərkibində olan 3,3 ha) torpaq sahəsi deyil, MTK tərəfindən iki yaşayış binasının və yardımçı binanın tikildiyi və zəbt olunduğu bildirilən 1,4 ha torpaq sahəsinin MTK-ya qanuni əsaslarla ayrılıb-ayrılmadığı, məhkəmənin istinad etdiyi halların MTK-ya qeyd edilən tikinti işlərini aparmağa əsas verib-verməməsi təşkil etməli idi. 48.3. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyi ilə razılaşmaması isə məhkəmə qətnaməsində əsaslandırılmamışdır. 48.4. Apellyasiya instansiyası məhkəməsi işə baxılarkən yenidən ekspertiza keçirilməsi barədə qərardad qəbul etsə də, sonradan həmin ekspertizanın keçirilməsinə nail olmadan, onun nəticəsini əldə etmədən işə mahiyyəti üzrə baxaraq iddia tələbinin mübahisələndirilən hissədə də təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. 48.5. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi MTK-nın inşa etdiyi “BinGənclər Şəhərciyində 1 və 2 saylı su anbarları, su xəttləri və aktda qeyd olunmuş əsas vəsaitlərin MTKnın balansından çıxarılaraq Bağlar Sukanalı İdarəsinin balansına verilməsi, yaşayış evlərinin elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən verilmiş 2011-ci il 5 oktyabr tarixli TX-11/0199 saylı texniki şərtə müvafiq olaraq tikintisi başa çatmış 35/6 kv-luq 91 saylı YS-yeni TM arası 6 kv-luq dövrəli kabel-hava xətti, gücü 2x2500 kv A olan 6/0,4 kv-luq transformator məntəqəsi və 0,4 kvluq məhəllədaxili elektrik şəbəkəsinin MTK-nın balansından "xxxx" ASC-nin balansına əvəzsiz olaraq verilməsi işin düzgün həlli üçün hər hansı əhəmiyyət daşıya bilməz. 48.6. Nəzərə alınmalıdır ki, MTK-nın BOK-a ünvanladığı 2014-cü il 19 iyun tarixli 243 saylı məktub və BOK-un 2014-cü il 15 iyul tarixli 03/892 saylı cavab məktubu yalnız niyyət xarakterli müraciətlər old uğundan və bu halların mövcudluğu belə, MTK-ya, müvafiq icra hakimiyyəti orqanı tərəfindən lazımi qaydada ayrılmamış torpaq sahəsində tikintisinə icazə verilməmiş yaşayış binaları və yardımçı binalar inşa etməsi üçün əsas verə bilməzdi. 48.7. ARİH 2019-cu il 3 iyun tarixli x/518 saylı arayışında MTK-nın Mehdiabad qəsəbəsi ərazisində inşa etdiyi 23 ədəd, 2 girişli, 6 mərtəbəli yaşayış binalarının hamısının istismara qəbul edildiyi göstərilsə də, iş materiallarında həmin yaşayış binalarının istismara qəbul edilməsi barədə müvafiq aktlar yoxdur. 48.8. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, MTK tərəfindən inşa edilmiş və ARDNŞ tərəfindən mübahisələndirilən iki yaşayış binasının və yardımçı binanın ARDNŞ-ın mülkiyyətində olan torpaq sahəsində, yaxud ona ayrılmamış tor paq sahəsində inşa edildiyi, sonuncu tərəfindən ARDNŞ-a məxsus torpaq sahəsinin zəbt edilib-edilmədiyi məsələləri dəqiq müəyyən edilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
49. Məhkəmə qərarını MM-in 157.2, 157.4, 157.8, 180.4, MPM-in 88, 103.1, 418.1, TM-in 55, 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli, “KMPnin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 f evral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında” 2008-ci il 13 iyun tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Sumqayıt Apellyasiya məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli 2-2(105)-79/2020 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması MEM-in və ƏMDX-nin əməkdaşlarına həvalə edilmiş və ekspertlərin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 50.1. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şa bandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın NŞ-ın mülkiyyətində olan torpaq sahəsində inşa edilib-edilmədiyi müəyyən edilsin. 50.2. MTK tərəfindən iddiaçı NŞ-a məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsi dəqiq müəyyən edilsin.
51. MEM-in 2021-ci il 17 may tarixli 10/347 nömrəli ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Birinci - ikinci sualları üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2021-ci il 29 mart tarixli **********51 №-li mütəxəssis rəyinə əsasən, MTK tərəfindən tikilmiş iki bina və bir yardımçı tikili “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun ərazisinin sərhədlərinin hüdudları daxilində olan 1,33 ha torpaq sahəsində yerləşir.
52. Sumqayıt Apellyasiya məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 30 iyul tarixli 22(105)-6/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – T.Quliyev, hakimlər – L.Məmmədova və G.Tağızadə): 52.1. MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin; 52.2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli 2-2(85)-70/2018 saylı qətnaməsi qismən ləğv edilsin; 52.3. iddia tələbi “MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Mas azır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binan MTK-nın hesabına sökülsün və ərazi təmizlənsin, MTK həmin ərazidən çıxarılsın və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsi MTK-nın üzərinə qoyulsun” hissəsində rədd edilsin. 52.4. qətnamə qalan hissədə mübahisələndirilməmişdir. 52.5. aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ARDNŞ-dan alınıb MEM-in hesabına və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 95 manat məbləğində məhkəmə xərci tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına keç irilsin.
53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 53.1. İlk əvvəl qeyd olunmalıdır ki, 5,65 ha torpaq sahəsinin MTK-ya aid olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MMC-nin adına 2010-cu il 21 dekabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 53.2. MEM-in 2021-ci il 17 may tarixli 10/347 saylı ekspert rətindən görünür ki, MTK tərəfindən tikilmiş iki bina və bir yardımçı tikili “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun ərazisinin sərhədlərinin hüdudları daxilində olan 1,33 ha torpaq sahəsində yerləşir. 53.3. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanda yerləşən 23 binada yerləşən mənzillər, o cümlədən hazırda ARDNŞ tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, bütün binaların mənzilləri üzrə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları tanınmış və hazırda həmin çıxarışlar qüvvədə olmaqla ARDNŞ tərəfindən mübahisələndirilməmişdir. 53.4. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.
54. Apellyasiya məhkəməsi qətnaməsini ARK-nın 13, 29, MM-in 148.2, 152.1, 152.5, 178.1, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 384.0.2, 385.1.1-385.1.4, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
55. ARDNŞ-ın nümayəndəsi 2021-ci il 1 noyabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şik ayətinin dəlilləri
56. ARK-nın 13-cü və 29-cu maddələrinin pozulmuşdur – Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən ehtimallara əsaslanmış, iş materiallarında olan sənədləri düzgün araşdırmamış, tikililərə aid olan sənədlərin faktiki ərazilərini dəqiqləşdirməmiş, iş materiallarına əlavə edilmiş mülkiyyət hüququna dair çıxarışların surətləri əlavə edilmiş, Daşınmaz əmlakın dövlət reyestri xidmətinə müvafiq sorğular verməklə həmin çıxarışların həqiqətdə mövcud olubolmamasını yoxlamamışdır. Bununla da iş materiallarında əsil olmayan yəni surət olan sənədlər əsasında işin faktiki hallarına hüquqi qiymət vermişdir.
57. MPM-in 89.3-cü maddəsi pozulmuşdur – iş materiallarından da görünür ki, MTK tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilən tikililərə alınmış çıxarışların surətlə ri təqdim edilmiş. Məhkəmə isə həmin çıxarışların surətlərinin əslləri ilə eyni olub-olmamasını, ümumiyyətlə belə çıxarışın mövcud olub-olmamasını yoxlamamışdır. Bununla da məhkəmə yazılı sübutlara dair prosessual normaları pozmuşdur.
58. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarının 6.3 və 6.4cü bəndələri pozulmuşdur – Sumqayıt Apellyasiya Məhkəməsi AMP-nin həmin qərarını ümumiyyətlə nəzərə almamış, həmçinin Ali Məhkəmə tərəfindən həmin iş üzrə qəbul edilmiş qərarda göstərilən göstərişləri də tam şəkildə icra etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsin in işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
63. ARK-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.”
64. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı... 148.2. Daşınmaz ə mlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir....” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın...” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla m üəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.” “Maddə
180. Özbaşına tikinti və onun nəticələri... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”
65. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıda kılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq o lunmuş çıxarış təqdim edilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər...” “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya q aydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;...” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı t ətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
66. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” “Maddə 111.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmu ş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.”
67. KMP-nin “N. Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında qeyd edilmişdir ki: “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda hə ll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
68. KMP-nin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki: “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün isti nad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.”
69. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarında (zamana görə qüvvədə olan) qeyd edilmişdir ki: “6.4. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
70. İş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
71. Məhkəmə kollegiyası kassatorun dəlillərini (bax yuxarıda §§ 56-58) əsaslı hesab edir.
72. Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasında toplanmış sübutlara və işin faktiki hallarına istinad edərək qeyd etmişdir ki, Arayonu, M qəsəbəsi, Bin Gənclər Şəhərciyi ünvanda yerləşən 23 binada yerləşən mənzillər, o cümlədən hazırda iddiaçı tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, bütün binaların mənzilləri üzrə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları tanınmış və hal-hazırda həmin çıxarışlar qüvvədə olmaqla iddiaçı tə rəfindən mübahisələndirilməmişdir.
73. Halbuki iş materiallarından (İİ cild) görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi həmin sənədlərin hamısı müvafiq qaydada təsdiq olunmamış surətlərdir, sənədlərin əslləri isə işdə yoxdur.
74. Belə olan halda həmin sənədlərin ümumiyyətlə mövcud olub-olmaması, yaxud hazırda qüvvədə olub-olmaması hüquqi baxımdan məlum deyildir.
75. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 88 və 89.3-cü maddələrinin (bax yuxarıda § 65) tələblərini pozaraq həmin sənədlərə mötəbər sübutlar kimi istinad etmişdir.
76. Sözügedən qətnamə həm də AMP-nin mövqeyinə (bax yuxarıda § 69) ziddir. Həmin mövqeyə görə, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təş kil edə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə lazımi qaydada təsdiq edilməmiş surətlərə istinad etməklə AMP-nin göstərişini nəzərə almamışdır.
77. Nəticədə apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 65) tələbinə uyğun gəlməyən əsassız qətnamə çıxarmışdır.
78. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni apellyasiya baxışı zamanı sübutların tədqiqinə dair prosessual tələblərə əməl edilməklə iddia tələblərinə hüquqi qiymət verilməlidir.
79. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: NŞ-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 30 iyul tarixli 2-2(105)-6/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.