Məhkəmə qərarları › İş №2-2(102)-324/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-324/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-324/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)-199/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında ba xılmışdır. I.İŞİN HALLARİ 1. “X3” parkinqdə laytbokslarda reklamlar yerləşdirilməsi məqsədi ilə İddiaçı MMC ilə "xxxx" MTK arasında 2019-cu il 1 may tarixli icarə müqaviləsi bağlanmış, reklam yerlərinə görə ƏDV xaric aylıq 2.300 manat ödənilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı MMC ilə Cavabdeh QSC arasında 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli xidmət müqaviləsi bağlanmış, icraçı müqaviləyə əlavədə qeyd edilən xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş, xidmətin məzmunu reklam yerləşdirilməsini həyata keçirməkdən ibarət olmuşdur. Müqaviləyə 2021-ci il 1 dekabr tarixli, 1 saylı Əlavəyə əsasən, xidmətlərin göstərilməsi müddəti 2021-ci il 1 dekabr tarixindən 2022-ci il 31 may tarixinədək, 6 ay üçün xidmət haqqı 21.240 (18.000 manat xidmə t haqqı+3.240 manat ƏDV olmaqla) manat razılaşdırılmış, yekun ödəniləcək məbləğ ƏDV daxil 21.884,28 manat müəyyən edilmişdir. Dekabr, yanvar, fevral, mart ayları üzrə icraçı tərəfindən hesab fakturalar tərtib olunmuş, sifarişçiyə elektron qaimələr təqdim olunmuş, tərəflərin imzası və möhürü ilə təsdiq olunmuş hər ay üzrə xidmət haqqı barədə müqaviləyə Əlavələr və icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsinə dair aktlar tərtib olunmuşdur. Cavabdeh tərəfindən dekabr, yanvar, fevral ayları üçün ödənişlər həyata keçirilmişdir. 3. 2021-ci il 22 noyabr tarixli xidmət müqaviləsinin 1.2-ci bəndinə əsasən, xidmətin təsviri, həcmi, dəyəri, icra olunma və təhvil müddətləri və digər şərtlər əlavədə əks olunur. Müqaviləyə 2021-ci il 1 dekabr tarixli, 1 saylı əlavə ilə tərəflər 2021-ci il 1 dekabr-2022-ci il 31 may tarixlər üçün xidmət göstərilməsi barədə razılaşmışdırlar.

4. Xidmət müqaviləsinə 2022-ci il 28 fevral tarixli, 4 saylı Əlavədən görünür ki, tərəflər mart ayı üçün qiymət təsbit etmişdir. Tərəflərin möhürü ilə təsdiq olunmuş 2022-ci il 31 mart tarixli, 4 saylı aktdan isə görünür ki, icraçı mart ayı üzrə reklamların yerləşdirilməsinə görə bütün öhdəliklərini yerinə yetirmişdir.

5. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2022-ci il 4 aprel tarixli məktubdan görünür ki, sifarişçi xidmət müqaviləsinin 2.2-ci bəndinə istinad edərək bildirmişdir ki, xidmətlərin göstərildiyi ilk gündən stendlərdə olan qüsurları onlara bildirməklərinə baxmayaraq nöqsanlar aradan qaldırılmamışdır. 3 iş günü ərzində göstərilən xidmətlərdəki qüsurlar tam aradan qaldırılmadığı təqd irdə, müqavilənin 2.2 və 3.1.3-ci bəndlərinə əsasən müqaviləyə xitam veriləcəkdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 2022-ci il 6 aprel tarixli məktubdan görünür ki, qüsurun tərkibi və açıqlamasının bildirilmədiyi qeyd olunaraq, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə reklam qurğusuna baxış keçirilməsi və qüsur aktı hazırlanması icraçı tərəfindən təklif olunmuş, qüsur aktı hazırlandıqdan sonra 3 iş günü və ya əgər qüsurun aradan qaldırılmasına daha çox vaxt lazım olarsa razılaşma yolu ilə müddət təyin edib müqavilədə olan öhdəliyin yerinə yetiriləcəyi bildirilmişdir.

7. İddiaçı MMC tərəfindən təqdim olunmuş 2022-ci il 20 may tarixli aktdan görünür ki, tərəflərin nümayəndələrinin iştirakları ilə reklam qurğusuna baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş, bax ışda iştirak edən sifarişçinin İlkin adlı nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış 2022-ci il 1 iyun tarixli məktubdan görünür ki, 2022-ci il 1 aprel tarixdən 2022-ci il 31 may tarixədək olan dövr üçün xidmətlərin göstərilməsinə dair sənədlər sifarişçiyə göndərilmişdir.

9. İddiaçı MMC tərəfindən təqdim olunmuş 2022-ci il 31 may tarixli aktdan və 2022-ci il 1 iyun tarixli hesab-fakturadan görünür ki, aprel və may ayları üzrə xidmətlərin yerinə yetirildiyinə dair akt icraçı tərəfindən təsdiq olunaraq sifarişçinin təsdiq etməsi üçün göndərilmiş, sifarişçiyə hesab-faktura təqdim olunmuşdur.

10. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməy ə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 11. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 22 iyul tarixli, MSB/5-02430 nömrəli arayışdan görünür ki, Cavabdeh QSC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 10.620 manat (ƏDV daxil) əsas borcun, əsas borca illik 5 faiz hesablanmaqla 218,44 manat olmaqla, ümumilikdə 10.838,44 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödən ilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə 2022-ci il 1 dekabr tarixli, 1 saylı əlavəyə əsasən, xidmətin icra olunma və təhvil müddəti 2021-ci il 1 dekabr tarixindən 2022-ci il 31 may tarixinə qədər olmuşdur. Göstərilən xidmətin müqabilində 2021-ci il 1 dekabr tarixindən 2022-ci il 28 fevral tarixinə qədər olan xidmət haqqı tam ödənilmiş, 2022-ci il 1 mart tarixindən 2022-ci il 31 may tarixinə qədər olan 3 aylıq xidmət haqqı, yəni 10.620 manat isə ödənilməmişdir. 3 aylıq ödənişin cavabdeh tərəfindən ödənilməməsinə əsas olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 2022-ci il 4 aprel tarixli, 04/077 nömrəli məktubda bildirilmi şdir ki, müqavilənin 1 saylı Əlavəsində göstərilən xidmətlərdəki qüsurlar iddiaçı tərəfindən tam aradan qaldırılmadığı təqdirdə həmin müqaviləyə cavabdeh tərəfindən xitam veriləcəkdir. Lakin qeyd olunan məktubda stendlərdə olan qüsurun tərkibi və açıqlaması bildirilməmişdir. Həmin məktuba cavab olaraq cavabdehə 2022-ci il 6 aprel tarixli, 017 nömrəli məktub ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, göstərilən qüsurun aradan qaldırılması tələb olunur, lakin məktubda qüsurun tərkibi və açıqlanması bildirilməmişdir. Stendlərə yerində baxış keçirilmiş, lakin həmin vaxt qüsurun nədən ibarət olması baxışda iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən qeyd edilməmişdir.

14. Bundan başqa, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 2019-cu il 1 may tarixli, ABM 18/2 nömrəli ica rə müqaviləsinə əsasən, X3 Parkingdə ekskluziv olaraq laytbokslarda reklamlar yerləşdirilməsi məqsədilə "xxxx" MTK həmin sahəsini iddiaçıya istifadəyə verib, onlar müqavilədə göstərilən şərtlərə əsasən reklamları həmin sahəyə yerləşdirilməsi və bunun müqabilində müəyyən məbləğdə "xxxx" MTK-ya ödəniş edilməsi öhdəliyini üzərlərinə götürmüşlər. İddia ərizəsinə əlavə edilən elektron qaimələrdən də müəyyən olunur ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən həmin elektron qaimələr üzrə "xxxx" MTK-ya ödənişlər edilmişdir. Beləliklə, tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlər cavabdehə göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə və müqaviləyə əlavə əsasında ümumilikd ə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmişdir. Pulun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik hesablanan 5 faiz məbləği 2022-ci il 1 mart tarixindən 2022-ci il 28 iyul tarixinə qədər hesablanmalıdır və həmin məbləğ 218,44 manat təşkil etmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 449, 752.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 150.2-ci maddəsinə istinad olunmuşdur.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli, e-2-2(113 )4441/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli xidmət müqaviləsi üzrə 10.620 manat əsas borc, 137,17 manat cərimə borcu olmaqla, ümumilikdə 10.757 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – N.Əhmədova).

17. Məhkəmə xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini 2022-ci ilin mart, aprel, may ayları üçün ödənilməmiş xidmət haqqı borcunun olub-olmaması təşkil edir.

18. Tərəflər arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. İddiaçı cavabdehə reklam yerləşdirilməsi x idmətini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə MM-in podrat müqav iləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin hüquqi əsasını MM-in 752.1-ci maddəsi təşkil etmişdir.

19. Hazırkı işdə iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, mart, aprel, may ayları üzrə reklam yerləşdirilməsini həyata keçirmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Mart ayı üzrə icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsi sifarişçi tərəfindən təsdiq olunmuş və bu mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə aprel və may ayları üzrə xidmətin göstərildiyi və xidmət haqqının tutulması barədə iddiaçının mövqeyini əsaslı, müqaviləyə birtərəfli xitam verdiyi ilə bağlı cavabdehin arqumentini isə əsassız saymışdır.

20. Cavabdeh 2022-ci il 4 aprel tarixli məktubunda göstərilən xidmətdə ilk günd ən qüsur olduğunu qeyd etsə də, dekabr, yanvar, fevral, mart ayları üzrə xidmətin nəticəsinin sifarişçi tərəfindən qəbul edildiyi və icraçının bütün öhdəliklərini icra etdiyi işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda xidmətdə ilk gündən qüsurun olması barədə cavabdehin məktubda qeyd etdiyi arqument əsaslı sayıla bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xidmətdə olan qüsurlarla bağlı dekabr ayının sonuna qədər tərəflər arasında yazışmanın olduğunu qeyd etsə də, həmin aydan sonrakı üç ay üçün sifarişçi tərəfindən xidmətin nəticəsinin qəbul edilməsi bir daha təsdiq edir ki, cavabdehin etirazının qeyd olunan əsası əsassız olmuşdur.

21. Müqavilədə göstərilən xidmətdə qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunarsa müqaviləyə birtərəfli qaydada xitam verilməsi imkanı nə zərdə tutulsa da, bu imkan qüsur, nöqsan və ya çatışmazlığın aradan qaldırılması və ya xidmətlərin yenidən göstərilməsi üçün sifarişçi tərəfindən müəyyən müddət təyin edilməsi, bu müddət ərzində qeyd olunan hallar aradan qaldırılmazsa müqaviləyə birtərəfli xitam verilə bilməsi şərti ilə şərtləşdirilmişdir. 22. 2022-ci il 4 aprel tarixli məktubda “stendlərdə qüsur”, “xidmətlərdəki qüsur” kimi ümumi ifadələr qeyd olunmuş, qüsurun nədən ibarət olması konkret göstərilməmişdir.

23. Cavabdeh müqavilənin xitamı əsası olaraq istinad etdiyi müqavilə şərtinə əməl etməmiş, qüsurun nədən ibarət olmasını icraçıya bildirməmiş, qüsurun müəyyən olunması üçün reklam qurğusuna baxışda nümayəndəsinin iştirakını reklamın yayımının razılaşdırılmış son tarixinə (2022-ci il 31 may) az bir müddət qalmış, yəni 202 2-ci 20 may tarixində təmin etmişdir. Xidmətdə qüsurun olması ilə bağlı hər hansı akt tərtib olunmamış, baxışdan sonra icraçıya bununla hər hansı müraciət olmamışdır. Sifarişçi yerinə yetirilmiş işi qəbul etməli və göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş pulu ödəməli idi.

24. Məhkəmə xidmət müqaviləsi üzrə faiz məbləğinin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən 10.620 manat pulun ödənilməsi gecikdirildiyindən iddiaçının borclunun icranı gecikdirməsi səbəbindən əsas borca illik 5 faiz həcmində pul tələb etmək hüququ yaranmış və məhkəmə qaydasında irəli sürülmüş həmin tələb qanuni və əsaslı olmuşdur. Lakin iddia həmin hissədə qismən əsaslı olmuşdur.

25. Belə ki, müqavilədə hesablaşma qaydasının Əlavə ilə müəyyən olunduğu qeyd olunmuş, müqaviləyə Əlavədə isə öd ənişin edilməsinin dəqiq tarixi müəyyən olunmamışdır. Əvvəlki aylar üzrə ödənişlər müxtəlif tarixlərdə edilmişdir. İddiaçı 5 faizin 2022-ci il 28 iyul tarixinədək hesablanmasını tələb edir, 1 ay üçün xidmət haqqı isə 3.540 manat təşkil edir. Ödənişlərin edildiyi əvvəlki tarixləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mart ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5 faiz 125 gün, aprel ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5 faiz 95 gün, iyun ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5 faiz 64 gün üçün hesablanıb tutula bilər. Belə olan halda, ödənilməmiş əsas borca görə gecikdirilmiş vaxt üçün illik 5 faiz olaraq 137,17 ((3.540x5 faiz):100 faiz (1 illik 177 manat):365 gün (1 gün 0,********** manat) x 284 (125+95+64)) manat pul cav abdehdən tutulub iddiaçıya ödənilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni MM-in 11.1, 427.3, 442, 445.2.2, 445.7, 448.1, 752.1, 770-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.5-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4-cü bəndinə, MPM-in 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)-199/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2021-ci il 1 dekabr tarixindən 2022-ci il 31 may tarixinədək reklam xidməti göstərilmiş, xidmətin dəyəri 6 ay üçün ƏDV daxil 21.884,28 manat müəyyən edilmiş, cavabdeh tərəfindən 2022-ci ilin mart ayınadək xidmətin dəyəri ödənilmiş, 2022-ci ilin mart, aprel, may ayları üçün ödəniş həyata keçirilməmişdir. Cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, reklamda ilk gündən qüsur olduğu qarşı tərəfə bildirilsə də, aradan qaldırılmadığından son 3 ay ödəniş həyata keçirilməmişdir.

30. Cavabdehin iddiaçıya göndərdiyi 2022-ci il 4 may tarixli məktubunda qüsurların aradan qaldırılması tələb olunsa də, konkret olaraq qüsurun nədən ibarət olduğu qeyd edilməmiş, iddiaçı 2022-ci il 6 aprel tarixli məktubla qüsurların nədən ibarət olduğunun reklam qurğusuna baxış keçirilməklə və qüsur aktı tərtib olunmaqla rəsmiləşdirilməsini xahiş etsə də, cavabdeh tərəfin nümayəndəsi reklam qurğusuna 2022-ci il 20 may tarixində baxış keçirmişdir. Cavabdehin reklam qurğusuna baxış keçirmiş nümayəndəsi X2 işə birinci instansiya qaydasında baxılarkən dindirilmiş, reklam qurğusuna onun iştirakı ilə 2022-ci il 20 may tarixində baxış keçirildiyini, reklamın üzərində toz olduğunu, işıqlandırmanın zəif olduğunu bildirmişdir. N ümayəndənin qeyd etdiyi qüsurlar ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, əvvəla qüsurlar barədə yalnız may ayında, yəni öhdəliyin icra müddəti başa çatdıqdan sonra məlumat verilmiş və iddiaçının cavabdehin nədən narazı olması barədə məlumatı olmamışdır.

31. Mülki qanunvericilikdə xidmət müqaviləsi kimi müqavilə növü nəzərdə tutulmadığından mübahisəyə qanunun analogiyası qaydasında podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. MM-in 770-ci maddəsinə əsasən, sifarişçi aprel ayınadək yerinə yetirilmiş işi (hazırda xidməti) qəbul etməyə və dəyərini ödəməyə borcludur. Hazırkı halda cavabdeh 2022-ci ilin aprel ayınadək qarşı tərəfə qüsurlar barədə pretenziya bildirmədiyindən, 2022-ci il 4 aprel tarixli məktubda isə qüsurların n ədən ibarət olduğu qeyd edilmədiyindən ödənişin həyata keçirilməsindən imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi konkret qüsurlar barədə məlumat verməklə müddət müəyyən etməli, bu müddət ərzində qüsur aradan qaldırılmaqsa müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik idi.

32. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən 137 manat 17 qəpik faiz borcu və 200 manat mediasiya xərci tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 445.2.1, 445.2.2, 445.7, 448.1, 752.1, 770, 773-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 13 mart tarixin də tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

35. Cavabdeh həmin qətnamədən 2023-cü il 28 aprel tarixində kassasiya şikayəti, daha sonra 2022-ci il 14 aprel tarixində kassasiya şikayətinə əlavə verərək onun ləğv, iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 441-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən təqdim olunan sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, bunun nəticəsində isə iddia qeyriqanuni olaraq təmin edilmişdir.

37. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı tərəfindən reklam işləri keyfiyyətsiz aparıldığından cavabdeh tərəfindən ödənişlər aparılmamış, bağlanmış müqaviləyə xitam verilmişdir.

38. MM-in 425.1, 425.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı icra etdiyi sifarişi tam keyfiyyətsiz aparmışdır. Bununla bağlı olaraq iddiaçı tərəfindən telefon yazışmaları və foto şəkillər məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya və apellyasiya məhkəməsi bu sübut növlərinə lazımınca qiymət verməmişdirlər.

39. MM-in 762-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı tərəfindən aparılmış iş tam qüsurlu olmuşdur. Cavabdehin dəfələrlə müraciətlərinə, tələblərinə zidd olaraq reklamların yayımı qənaətbəxş deyildir. Bütün bu halları cavabdehin nümayəndələrinin iddiaçının bilavasitə bu işi icra edən şəxslərlə aparılan danışıqlardan bəlli olur.

40. MM-in 765-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı qüsurları aradan qaldırmamış və bununla bağlı olaraq cavabdeh tərəfindən ödənişlər aparılmamışdır. İddi açı ilə cavabdeh arasında 2021-ci il 22 noyabr tarixində bağlanmış xidməti müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı xidməti bu müqavilə və əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə qüsursuz şəkildə həyata keçirir və razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verir. Göstərilən xidmətdə qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, sifarişçi icraçıdan onların aradan qaldırmasını və ya xidmətlərin yenidən göstərilməsini tələb edə bilər. Qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılması və ya xidmətlərin yenidən göstərilməsi üçün sifarişçi müəyyən müddət təyin edir. Bu müddət qurtardıqdan sonra həmin qüsur, nöqsan və ya çatışmazlıqlar tamamilə aradan qaldırılmazsa, sifarişçi bu müqaviləyə birtərəfli xitam verə bilər. İcraçının yerinə yetirdiyi xidmət təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır (həmin müqavilənin 2.2 və 2.3-cü bəndləri). Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh yararsız xidmətlə bağlı olaraq qeyd olunan maddələrə uyğun olaraq müqaviləyə birtərəfli xitam vermişdir. Həmçinin, müqavilənin 2.3cü maddəsinə müvafiq olaraq yararsız işlə bağlı olaraq cavabdehin nümayəndəsi təhviltəslim aktını imzalamamış və işin keyfiyyətsiz olduğunu qarşı tərəfə bildirmişdir.

41. MM-in 766-cı maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən icraçıya bildirilmiş iradlara baxmayaraq, iddiaçı yayımlanan reklamın keyfiyyətini düzəltməmiş və bunun nəticəsində cavabdeh son üç aya aid olan ödənişi etməmişdir.

42. MPM-in 4.1, 4.2, 8, 9, 14.1, 88, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Yalnız iddiaçının t əqdim etdiyi iddia ərizəsi qətnaməyə köçürülməklə, cavabdeh tərəfindən təqdim olunan sübutlar araşdırılmamış və lazımı qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçı 2023-cü il 4 may tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

44. Tərəflər arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli xidmət müqaviləsinə və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən iddiaçı 1 saylı əlavədə göstərilən reklam yerləşdirilmələrini 2021-ci il 1 dekabr tarixindən 2022-ci il 31 may tarixinə qədər qüsursuz şəkildə həyata keçirmiş, lakin cavabdeh həmin xidmət müqaviləsinə və həmin müqavil ənin 1 saylı əlavəsinə əsasən üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməyərək, yalnız dekabr, yanvar, fevral ayları üzrə reklam yerləşdirilməsinə görə xidmət haqqını ödəmiş, mart, aprel və may ayları üzrə xidmət haqqını ödəməmişdir.

45. Cavabdeh tərəfindən qüsurla bağlı məktub iddiaçıya 2022-ci il 4 aprel tarixində ünvanlanmış və həmin məktubda cavabdeh tərəfindən bildirilmişdir ki, “3 iş günü ərzində göstərilən xidmətlərdəki qüsurlar tərəfinizdən tam aradan qaldırılmadığı təqdirdə 2021-ci il 22 noyabr tarixli, 16 nömrəli xidmət müqaviləsinə birtərəfli qaydada xitam veriləcəkdir”.

46. Cavabdehin 2022-ci il 4 aprel tarixli məktubuna iddiaçının 2022-ci il 6 aprel tarixli cavab məktubunda bildirilmişdir ki, “2022-ci il 6 aprel tarixli məktubda qüsurun tərkibi və açıqlanması bildiri lməmişdir. Zəhmət olmasa hər iki tərəfin nümayəndəsinin iştirakı ilə reklam qurğusuna baxış keçirilsin və qüsur aktı hazırlansın. Qüsur aktı hazırlandıqdan sonra cavabdehin 2022-ci il 4 aprel tarixli, 04/077 nömrəli məktubunda bildirildiyi kimi 3 iş günü və ya əgər qüsurun aradan qaldırılmasına daha çox vaxt lazım gələrsə razılaşma yolu ilə müddət təyin edib, müqavilədə olan öhdəlik yerinə yetiriləcəkdir.”

47. Qüsurun nədən ibarət olmasının müəyyən olunması üçün iddiaçı tərəfindən cavabdehə 2022-ci il 6 aprel tarixli məktub göndərilsə də, bununla bağlı cavabdeh şifahi qaydada dəvət olunsa da, cavabdeh stendə baxış keçirilməsi üçün nümayəndəsinin iştirakını 2022-ci il 20 may tarixində təmin etmişdir. Yəni tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsində göstərilən müddətinin bitmə sinə 10 gün qalmış stendə baxış keçirilməsi üçün cavabdehin nümayəndəsinin iştirakı təmin olunmuşdur. 1 saylı əlavəyə əsasən, reklamın yayımının razılaşdırılmış son tarixi 2022-ci il 31 may müəyyən edilmişdir. 48. 2022-ci il 4 aprel tarixli, 04/077 nömrəli məktuba əsasən 2021-ci il 1 dekabr tarixli, 1 saylı əlavədə göstərilən xidmətlərlə bağlı qüsurların aşkar edilməsi məqsədilə stendlərə yerində baxış keçirilmiş, lakin həmin vaxt qüsurun nədən ibarət olması baxışda iştirak edən qarşı tərəf olan cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən bildirilməmişdir və bu hal da onu göstərir ki, tərəflərin iştirakı ilə stendlərə baxış keçirilən zamanı hər hansı qüsur aşkar olunmamış və nəticədə həmin qüsurun aradan qaldırılması üçün hər hansı qüsur aktı tərtib edilməmişdir. Reklam qurğusunda heç b ir nöqsanın aşkar edilməməsi ilə bağlı 2022-ci il 20 may tarixli akt tərtib olunmuşdur.

49. Digər tərəfdən, həmin qüsurun müəyyən edilməsi ilə bağlı vaxtında həmin stendlərə baxış keçirilməli olduğu halda, qarşı tərəf həmin müqavilənin 1 saylı əlavəsində göstərilmiş müddətin bitməsinə az qalmış müddətdə baxış keçirməsi onu göstərir ki, cavabdeh müqavilənin şərtlərinə əsasən üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməmiş, məqsədləri müqavilə üzrə yaranmış borclarını ödəməkdən boyun qaçırmaq olmuşdur.

50. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı tərəfindən bütün öhdəliklərin icra olunması işdə olan sübutlarla öz təsdiqini tapır. Həmin hallar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılarkən cavabdehin etirazının əsassız ol duğu öz təsdiqini tapmışdır.

51. Apellyasiya məhkəməsinin qətnaməsində isə qeyd edilmişdir ki, cavabdeh (reklamda ilk gündən qüsur olduğu qarşı tərəfə bildirilsə də, aradan qaldırılmadığından son 3 ay ödəniş həyata keçirilməmişdir) dəlilinin əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu hal da onu göstərir ki, kassasiya şikayəti düzgün tərtib edilməyərək verilmişdir. Ona görə ki, maddi hüquq norma hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Yəni maddi hüquq normasına əsaslanmaqla prosessual hüquq normanın pozulduğunun göstərilməsi yol verilməzdir.

52. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən tam, hərtərəfli və obyektivliyi əks etdirməklə qiymətləndirilmişdir. İddiaçı tərəfindən iddiaya qarşı irəli sürülən dəlillər ilə bağlı istinad olunan hallar məhkəməyə sübut qismində təqdim edilmiş, məhkəmə tərəfindən öz təsdiqini tapmaqla düzgün qiymətləndirilmişdir. Cavabdehin etirazının əsassız olması qətnamədə ətraflı şəkildə əsaslandırılmaqla göstərilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

54. Hazırkı icr aat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

11. Mülki qanunv ericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə

773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla b ağlı tələb hüququ əmələ gəlmir.” 57. “Mediasiya haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə

36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri.... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməm əsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....” 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ols un, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”

59. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

61. Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərində göstərmişdir ki, iddiaçı tərəfindən göstərilmiş yararsız xidmətlə bağlı bildirilmiş iradlara baxmayaraq, iddiaçı yayımlanan reklamın keyfiyyətini düzəltməmiş və bunun nəticəsində cavabdeh son üç aya aid olan ödənişi etməyərək, birtərəfli qaydada aralarındakı müqaviləyə xitam vermişdir.

62. Kassa siya şikayətində qeyd edilən məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin reklam qurğusuna baxış keçirmiş nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən dindirilmiş, reklam qurğusuna onun iştirakı ilə 2022-ci il 20 may tarixində baxış keçirildiyini, reklamın üzərində toz olduğunu, işıqlandırmanın zəif olduğunu bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, mümayəndənin bildirdiyi qüsurlar ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, əvvəla qüsurlar barədə yalnız may ayında, yəni öhdəliyin icra müddəti başa çatdıqdan sonra məlumat verilmiş və cavabdehin nədən narazı olması barədə iddiaçının məlumatı olmamışdır.

63. Apellyasiya məhkəməsi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən nor malarnı tətbiq etməklə belə qənaətə gəlmişdir ki, MM-in 770-ci maddəsinə əsasən, sifarişçi aprel ayınadək yerinə yetirilmiş işi qəbul etməyə və dəyərini ödəməyə borcludur. Hazırkı halda cavabdeh 2022-ci ilin aprel ayınadək qarşı tərəfə qüsurlar barədə pretenziya bildirmədiyindən, 2022-ci il 4 aprel tarixli məktubda isə qüsurların nədən ibarət olduğu qeyd edilmədiyindən, cavabdehin, ödənişin həyata keçirilməsindən imtinası əsassız olmuşdur.

64. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və nəzərə alır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.2-ci bəndinə uyğun olaraq, sifarişçi konkret qüsu rlar barədə məlumat verməklə, qüsurların aradan qaldırılması üçün müddət müəyyən etmədiyindən, həmin bəndə əsasən müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmamışdır.

65. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

66. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2(103)199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

68. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 1 mart tarixli, 2-2(103)-199/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar