Məhkəmə qərarları › İş №2-2(102)-332/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-332/2024

14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-332/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, bələdiyyə mülkiyyətində olan torpaqların icarəsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və digər” tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 2-2(106)-26/2024 n ömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2018-ci il 2 iyul tarixli icarə müqaviləsinə əsasən XXX yerləşən İddiaçı mülkiyyətində olan 7,15 ha torpaq sahəsi 2033-cü il 2 iyul tarixinədək, icarə haqqı illik 525 manat olmaqla Cavabdeh icarəyə verilmişdir.

2. İddiaçı mülkiyyətində olan 7,15 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilərək icarə hüququ dövlət qeydiyyatına alınmışdır (əsas: Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 2020-ci il 21 yanvar tarixli çıxarış).

3. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 2020-ci il 1 sentyabr tarixli 45 saylı bildirişə görə, bələdiyyə cavabdehə məktub göndərərək İmişli regional Ədliyyə İdarəsinin töv siyəsi və bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq Bələdiyyə 2020-ci il 31 may tarixli 06 saylı iclasının qərarı ilə torpaqların hər hektarının illik icarə qiymətinin minimum məbləğinin əkinə yararlı torpaq üçün 350 manat, qismən yararlı torpaq üçün 250 manat, örüş sahələri üçün 200 manat olduğu qərara alınmışdır. Bu barədə bələdiyyəyə gələrək yeni müqavilə şərtləri ilə razılaşması barədə rəsmi məlumat verilməsi cavabdehə təklif olunmuşdur.

4. Cavabdeh İddiaçı tərəfindən ona icarəyə verilmiş örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 23 yanvar tarixində iddia və iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə 7,15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair qərarının və 2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin, 2020-ci il 21 yanvar qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, 2020-ci il 21 yanvar tarixli 462579 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və hal-hazıradək ödənilməmiş 5.120 manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehd ən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2018-ci il 28 iyun tarixli 11 saylı qərarı ilə cavabdehə 7,15 ha örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün icarəyə verilmiş və icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda, cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torp ağın təyinatını dəyişərək əkin işləri aparmışdır. O, iddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış İcarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşdur. İddiaçının 2018-ci il 28 iyun tarixli 11 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən 2020-ci il 17 noyabr tarixli akt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq cavabdehə 7,15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 2018-ci il 28 iyun tarixli 11 saylı qəra rın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 2020-ci il 23 oktyabr tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən iddiaçıya külli miqdarda ziyan dəymişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət edilmişdir.

7. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 17 may tarixində keçirilən məhkəmə iclasında iddiaçının cavabdehə qarşı “iddiaçının cavabdehə 7,15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, hal-hazıradək ödənilməmiş 5.120 manat icar ə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi” hissəsində icraata qəbul edilməsi, qalan hissədə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

8. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(121)-367/2023 nömrəli qərardadı ilə iş üzrə icraata “2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmişdir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(121)-367/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 879,50 manat məbləğində icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat, ümumili kdə 1.019,50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya məxsus olan XXX kəndində yerləşən 7,15 ha torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – E.Abdullayev).

10. Məhkəmə, ilk öncə iddia tələbinin “hal-hazıradək ödənilməmiş 5.120 manat icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin icarə müqaviləsinə əsasən cavabdeh illik icarə haqqı üzrə 525 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışında, o cümlədən iddiaçının nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin ümumilikdə 5.210 manat borcunun olduğu qeyd olunsa da, icarə məbləğinin artırılması ilə bağlı tərəflər arasında bağlanmış icarə müqaviləsinə hər hansı yazılı razılaşmanın və ya dəyişikliyin olduğu iş materiallarında olan sənədlərlə müəyyən olunmamışdır. İcarə müqaviləsi bağlanarkən isə icarə haqqı məbləği 525 manat müəyyən edilmişdir. Cavabdeh də öz növbəsində icarə müqaviləsi ləğv olunana (2023-cü il 5 yanvar tarixinə) qədər ümumilikdə 1.220,50 manat ödəniş etmişdir. Qeyd olunan ödəniş iddiaçının təqdim etdiyi maliyyə arayışında da qeyd olunmuşdur.

11. İddiaçının nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarla icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə bildiriş göndərildiyini bildirsələr də həmin bildirişin göndərildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi iddiaçının icarə müqaviləsinin ləğvi ilə bağlı 2023-cü il 5 yanvar tarixində cavabdehə göndə rdiyi bildirişə əsasən ləğv olunduğundan iddiaçının 2023-cü il üzrə icarə haqqını tələb etməsi əsassızdır.

12. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, ödənilməyən icarə haqqı dövrü 2019-2022-ci illər, illik icarə haqqı məbləği isə müqavilədə qeyd olunduğu kimi 525 manat müəyyən edilməlidir. Belə olduğu təqdirdə məhkəmə, 2019-2022-ci illər üzrə ödənilməmiş icarə haqqı məbləği 2.100 manat (525*4 il=2.100 manat) təşkil edir. Cavabdeh tərəfindən də 2019-2022-ci illər üzrə ümumilikdə 1.220,50 manat icarə haqqının ödənildiyi nəzərə alınaraq cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı üzrə borcu 879,50 manat olduğundan həmin borc iddiaçıya ödənilməlidir.

13. Məhkəmə iddiaçının “cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, tə rəflər arasında 7,15 hektar örüş otlaq sahəsinin icarəyə verildiyi barədə müqavilə bağlanmış, lakin cavabdeh örüş məqsədilə verilmiş torpaq sahəsindən əkin sahəsi kimi istifadə etməklə icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə və səmərəli istifadə etməmişdir. Bu hal həm cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla, həm də işdə olan müvafiq sənədlərlə də təsdiq olunmuşdur.

14. İcarəyə verilmiş torpaq sahəsi cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmədiyi işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə məhkəmə cavabdehin iddiaçının mülkiyyətində olan 7,15 ha torpaq sahəsindən çıxarılması üçün hüquqi əsasların olması və iddianın həmin hissədə təmin edilərək cavabdehin torpaq sahəsindən çıxarılması qənaətinə gəlmişdir.

15. Məhkəmə iddiaçının “torpaq sahəsi təhvi l verilənədək ödənilməmiş olan icarə haqqının tutulması” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının həmin tələbi qeyri-müəyyəndir. Belə ki, tərəflərin hazırki iş üzrə qəbul ediləcək qətnamədən apellyasiya və kassasiya qaydasında şikayət vermək hüquqlarının olduğu nəzərə alınsa, o cümlədən hazırkı iş üzrə qəbul ediləcək qətnamənin qüvvəyə mindiyi tarix müəyyən olmadığından torpaq sahəsinin təhvil veriləcəyi tarixi və ödənilməmiş icarə haqqının nə qədər olacağını müəyyən etmək hazırda mümkün deyildir. Bu səbəbdən iddia tələbinin həmin hissəsi əsassızdır və təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 156.1, 700.1, 708.2, 710.1, 712.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 17, 19, 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 4, 22-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 30 yanvar tarixli 2-2(106)-26/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhm ədov, hakimlər – T.Kərimov və C.İmanov).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər əsassız olmaqla işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası ilk öncə tərəflər arasında notariat qaydasında bağlanmış 2018-ci il 2 iyul tarixli icarə müqaviləsində torpaqdan təyinatı üzrə istifadə edilməməsinə görə onun birtərəfli qaydada ləğv edilməsinin nəzərdə tutulmamasına dair dəlilə münasibətdə qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı ərazi şöbəsinin 2018-ci il 31 yanvar tarixli 931 saylı rəyinə əsasən, müsabiqə və hərraca çıxar ılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 71.500 kv.m (7,15 ha) torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı kateqoriyalı, kənd təsərrüfat təyinatlıdır, uqodiyası örüş aiddir, bonitet balı 45, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir.

20. Məhkəmə bildirmişdir ki, inzibati xəta haqqında MN ******* nömrəli protokola əsasən cavabdehin inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunması barədə qərar (bax § 4) mübahisələndirilməmiş və hazırda da qüvvədədir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən torpaqdan istifadəyə görə icarə haqqının illər üzrə tam şəkildə ödənilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən etirazın ın bu əsasına dair hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 152.1, 156.1, 421.2, 560.2, 700.1, 708.2, 712.3, 713-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.3, 10.1, 11.1, 73-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9, 17, 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və MPM-in 14.2, 77.1, 217.2, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 421.1, 421.2-ci maddələri üzrə - Cavabdeh onunla bələdiyyə arasında notarial qaydada bağlanmış 2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmadığını, müqavilə şərtlərinə tam şəkildə riayət etdiyini bildirir. Məhkəmə müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunmasına istinad edərək cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilənin şərtləri pozulmadığı halda həmin müqavilənin birtərəfli qaydada ləğvi qanunsuzdur. İddiaçı cavabdehə 2023-cü il 5 yanv ar tarixində elektron məhkəmə portalı vasitəsilə müqavilənin ləğvi ilə bağlı pretenziya göndərsə də, cavabdehin elektron məhkəmə portalında qeydiyyatı yoxdur və həmin pretenziyanı əldə etməmişdir. Cavabdehə iddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı başqa heç bir ərizə və ya pretenziya göndərilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə icarə haqqı həmişə tam şəkildə ödənilmişdir. İcarə haqqının dəyişdirilməsi ilə bağlı heç vaxt iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməyib və ya icarə haqqının dəyişdirilməsi ilə bağlı müqaviləyə dəyişiklik edilməmişdir.

25. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək qeyd edilən maddi hüquq normasının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasi ya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. A zərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

156. Bələdiyyələrin mülkiyyət hüququ 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyy ətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət... 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır....” “Maddə

712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi... 712.3. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat v erilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər....” “Maddə

713. İcarəyə götürülmüş torpaqdan müqavilə şərtlərinə uyğun gəlməyən istifadə Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.”

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə

4. Torpaq sahəsi …

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. …” “Maddə

11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. …” 31. “Torpaq icarəsi haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

9. Torpaqların icarəyə verilməsi şərtləri Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:... torpaqların təyinatı üzrə istifadə edilm əsi;...” “Maddə

17. İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi... İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər....” “Maddə

23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır:... torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;...”

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Konstitusiya Məhkəməsinin Plenum u bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hiss əsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir....”

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... - Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesa b edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;...”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə cavabdehin kassasiya şikayətinin dəlillərini aşağı səbəblərdən əsassız hesab edir.

36. Cavabdeh mübahisəli icarə müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmadığını, müqavilə şərtlərinə tam şəkildə riayət etdiyini bildirsə də, həmin dəlillər bilavasitə iş materialları ilə təkzib olunmaqdadır.

37. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh ona icarəyə verilmiş örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri apardığı üçün İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, adıçəkilən qərar mübahisələndirilməmiş və hazırda da qüvvədədir.

38. Beləliklə, cavabdehin örüş məqsədilə icarəsinə verilmiş torpaq sahəsindən əkin sahəsi kimi istifadə etməklə torpaqdan təyinatı üzrə və səmərəli istifadə etməməsi həm işdə olan müvafiq sənədlərlə, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunmuş, bu səbəbd ən də işin mübahisəsiz halını təşkil edir.

39. Bundan başqa, məlum olunmuşdur ki, cavabdehin 2019-2022-ci illər üzrə 879,50 manat ödənilməmiş icarə haqqı borcu vardır. Cavabdehin bunu təkzib edən sübutlar təqdim etməsi isə işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

40. Daha sonra kassator bildirir ki, məhkəmə müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunmasına istinad edərək cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Həmçinin kassasiya şikayətinin dəlillərində göstərilmişdir ki, iddiaçı cavabdehə 2023-cü il 5 yanvar tarixində elektron məhkəmə portalı vasitəsilə müqavilənin ləğvi ilə bağlı pretenziya göndərsə də, cavabdehin elektron məhkəmə portalında qeydiyyatı yo xdur və həmin pretenziyanı əldə etməmişdir. Cavabdehə iddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı başqa heç bir ərizə və ya pretenziya göndərilməmişdir.

41. Bununla əlaqədar qeyd etmək lazımdır ki, hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(121)-367/2023 nömrəli qərardadı ilə, 2018ci il 2 iyul tarixli icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması səbəbindən iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv olunmasına istinad edilərək, iş üzrə icraata “2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmiş, lakin tərəflər həmin qərardadı mübahisələndirməmiş və qərardad hazırda qanuni qüvvəsini almışdır.

42. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin sözü gedən dəlilləri üzrə kassasiya məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılması qeyrimümkündür.

43. İcarə haqqının dəyişdirilməsi ilə bağlı heç vaxt iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməməsinə, müqaviləyə dəyişiklik edilməməsinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi də əslində iddiaçının həmin tələbi və dəlilləri ilə razılaşmamış, bu səbəbdən də cavabdehin icarə haqqı üzrə borcunu dəyişdirildiyi bildirilən qiymətlə deyil, məhz ilkin olaraq müqavilədə əks etdirilmiş qiymətlə hesablamışdır.

44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 2-2(106)-26/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 2-2(106)-26/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar