Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-34/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh1 və cavabdeh 2-yə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 11.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 2-2(103)-518/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2019-cu il 2 sentyabr il tarixində cavabdehlər MMC (bundan sonra – “cavabdeh1) və Cavabdeh MMC-yə (bundan sonra – Cavabdeh2) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh1-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 AVRO, faizlər üzrə 31.769.268,39 AVRO, cərimə üzrə 207.986,05 AVRO olmaqla, ümumilikdə 80.711.260,19 AVRO, 2019-cu il 31 may tarixindən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 AVRO dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının cavabdeh1-in xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan, 24 mərtəbəli 2 girişli yaşayış binasına, cəmiyyətin nizamnamə kapitalındakı 100% paylarına yönəldilməsi və hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına Banka olan borcun ödə nilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İşin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək öz aralarında 2020-ci il 6 fevral tarixində barışığa gəldiklərini, borcun bir hissəsinin müstəqil auditor hesabatı ilə 31.075.000 manat məbləğində qiymətləndiridiyini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirmiş, həmin barışıq sazişinin şərtlərinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 saylı qə rardadı ilə həmin barşıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir (hakim – Z.P).
4. Həmin qərardaddan maraqlarına toxunan şəxs şikayət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli e-2-2(113)-424/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.P). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 2-2(103)-518/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – C.Y, hakimlər – E.N və V.B).
7. Bank 2020-ci il 13 oktyabr tarixində kassasiya şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 2-2(103)-518/2020 saylı qərardadının ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
9. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
10. MPM-nin 402-ci maddəsində (bax yuxarıda § 8) kassasiya şikayəti verilə bilən məhkəmə aktları konkret sadalanmışdır.
11. Bu maddədən görünür ki, iş üzrə icraata xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı həmin aktların arasında yoxdur.
12. Hazırkı iş üzrə, barəsində kassasiya şikayəti verilmiş apellyasiya instansiyası məhkəməsinin qərardadı məhz barışıq sazişinin təsdiq edilməsi haqqında birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini nəzərdə tutur.
13. Belə olan halda hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinin MPM-nin 411-ci maddəsinə (bax yuxarıda § 8) uyğun olaraq, icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
14. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 se ntyabr tarixli 2-2(103)-518/2020 saylı qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.