Məhkəmə qərarları › İş №2-2(102)-340/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-340/2024

22.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-340/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun toxunulmazlığı, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “yeraltı qaz kəmərinin cavabdehin vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024 -cü il 17 yanvar tarixli 2-2(104)-45/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tovuz rayon Dondar Quşçu bələdiyyəsinin 2003-cü il 24 dekabr tarixli 1 saylı qərarı ilə Tovuz rayon Dondar Quşçu kəndinin bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Tovuz rayon Dondar Quşçu kənd sakini İddiaçı sahibkarlıq məqsədi üçün 0,02 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 2. 2003-cü il 25 dekabr tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, İddiaçı ərizəsinə baxılaraq Dondar Quşçu bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 61.750 manat haqq ödənilmişdir.

3. Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır (2013-cü il 25 iyun tarixli RX ******* nömrəli Çıxarışa əsasən).

4. Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinin Şəmkir RQİİ-yə ünvanlandığı 2021-ci il 11 oktyabr tarixli məktubda bildirilmişdir ki, İddiaçı məxsus Tovuz rayonu Dondar Quşçu kəndində olan 0,02 ha torpaq sahəsinin qarşısında heç kimə məxsus torpaq sahəsi yoxdur və həmin ərazidən kənarlaşdırılacaq qaz xətti heç kimə məxsus torpaq sahəsinin mühafizə (4 metr) zonasına düşmür. 5. 2021-ci il 13 dekabr tarixli aktda qeyd edilmişdir ki, İddiaçı Dondar Quşçu bələdiyyəsinin 2003-cü il 24 dekabr tarixli qərarı əsasında aldığı torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman Cavabdeh nüma yəndələri tərəfindən tikinti işləri dayandırılaraq, torpaq sahəsinin yaxınlığından qaz xətti keçməsi bildirilmişdir. Vətəndaş isə qaz xəttinin torpaq sahəsini aldıqdan sonra həmin ərazidən çəkildiyini bildirməklə xəttin yerinin dəyişdirilməsini tələb etmişdir.

6. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialının İddiaçı ünvanladığı 2021-ci il 6 dekabr tarixli məktubda göstərilmişdir ki, müraciətdə qeyd olunanların yerində araşdırılması zamanı təqdim edilmiş mülkiyyət sənədlərinə əsasən torpaq sahəsindən uzunluğu 10 metr, eni 1,5 metr olmaqla Şəmkir RQİİ-nin xidmət və balansında olan Dondar QPS-dən qidalanan, Tovuz rayonunun Azaflı, Bayramlı, ƏsrikCırdaxan, Qaralar kəndlərini, Kirən və Böyük Qışlaq sovetliklərini təbii qazla təmin edən 2250 mm-lik, dərinliyi tə xminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin çəkildiyi müəyyən olunmuşdur. Cavabdeh İB-nin onlara ünvanladığı cavab məktubunda Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən müraciət əsasında əraziyə baxış keçirildiyini, yeri dəyişəcək mövcud qaz xəttinin yeni trassasının müəyyən edildiyini, lakin həmin trassa ilə qaz xəttinin çəkilməsindən imtina edilməsini bildirmişlər. Eyni zamanda, sözügedən torpaq sahəsinə yaxın ərazidə əhalinin pay torpaqları olduğu üçün trassanın verilməsinin mümkün olmadığı, eləcə də yerli bələdiyyə orqanının köməyi ilə münasib trassanın, heç kimin pay torpağından keçmədən seçildiyi, istismarda olan qaz xəttinin yerdəyişmə işlərinin İddiaçı hesabına lisenziyası olan podratçı təşkilat tərəfindən yerinə yetiriləcəyi qeyd edilmişdir.

7. Cavabdeh İ B-nin İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən qeyri-yaşayış obyektinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Bununla əlaqədar Şəmkir RQİS-i tərəfindən 2021-ci il 14 oktyabr tarixində təqdim olunmuş sxemə əsasən qeyd olunan qaz xəttinin yerinin dəyişdirilməsi işləri layihə-smeta sənədləri hazırlandıqdan və ödəniş olunduqdan sonra 20 iş günü müddətində icra olunacaqdır. Şəmkir RQİS-nə tapşırılır ki, qeyd olunan işlərin görülməsində müvafiq texniki köməklik göstərsin və söküntüdən çıxarılan materialları Şəmkir RQİİ-nin anbarına mədaxil olmasını təmin etsin.

8. Cavabdeh İB-nin Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialına ünvanladığı məktubda göstərilmişdir ki, Cavabdeh İB-nin layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225-11 (1) saylı layihə-smeta sənədlərinə əsasən 2011-ci ilin mart ayından Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli poluetilen PE 250 mm-lik dayıcı qaz kəmərinin layihə əsasında çəkilişi işlərinə başlanmış, 2012-ci ilin sonunda işlər tamamlanmış və Cavabdeh İB-nin müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən kəmər 2013-cü ilin mart ayında istismara qəbul edilərək istifadəyə verilmişdir. Həmin kəndlərin qazlaşdırılması məqsədilə qaz xətti çəkilən zaman vətəndaş İddiaçı məxsus torpaq sahəsində heç bir tikili və ya hasar olmamış, eyni zamanda İddiaçı tərəfindən heç bir irad bildirilməmişdir və ərazinin ona məxsus olması barədə təqdim etdiyi sənəddə (çıxarış) həmin torpaq sahəsinin 2013-cü ilin iyun ayında, yəni qaz xətti istismara verildikdən sonra özəlləşdirildiyi qeyd olunmuşdur. Qaz xətləri istismara verildikdən sonra vətəndaşların istəyi ilə hər hansı bir xəttin üzərində dəyişiklik aparılarsa, bu sifarişçinin (vətəndaşın) öz vəsaiti hesabına aparılmalıdır və bu kimi işlərin görülməsi üçün güzəşt nəzərdə tutulmur. Vətəndaş İddiaçı qaz xəttinin öz vəsaiti hesabına yerinin dəyişdirilməsinə ərizə ilə razılıq vermiş, lakin sonradan vəsaitin ödənilməsindən imtina etmiş və müvafiq instansiyalara şikayət ərizələri yazmışdır.

9. Cavabdeh İB tərəfindən təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara hazırlığının yoxlanılması və podratçı təşkilatda n təhvil götürülməsi üçün qəbul komissiyasının aktından görünür ki, 2013-cü il 6 mart tarixli 122-ü nömrəli əmrlə komissiya yaradılmışdır. Akta əsasən Tovuz rayonu Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılmasının tikintisi başa çatmış, obyektin tikintisi üçün torpaq sahəsinin Tovuz rayonu tərəfindən təmin edildiyi, obyektin tikintisinə 2011-ci ilin mart ayında başlanıldığı, 2013-cü ilin mart ayında başa çatdığı qeyd edilmişdir. İstismara qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) “Azəriqaz" İstehsalat Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 21 dekabr tarixində Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun xüsusi mül kiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsinə basdırılmış qaz kəmərinin cavabdehin vəsaiti hesabına çıxarılaraq kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən onun razılığı və məlumatı olmadan qaz boru kəməri keçirmişdir. Dəfələrlə cavabehə və digər aidiyyatı qurumlara müraciət etsə də, cavabdeh təşkilat öz qanunsuz əməlinin aradan qaldırılması üçün hər hansı bir addım atmamışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdə, arayış və rəylərdə ona məxsus torpaq sahəsindən hər hansı yerli və ya beynəlxalq əhəmiyyətli kəmərin (xəttin) keçməsi, torpaq sahəsinin mühafizə zonasına (4 metr) düşməsi qeyd edilmir. Ona məxsus torpaq sahəsinin qarşısında heç kimə məxsus olmayan torpaq sahəsi vardır. Qaz kəmərinin kənarlaşdırılması mümkündür. Cavabdehin qanunsuz əməlləri nəticəsində o, mülkiyyət hüququndan məhrum edilmişdir. Bu səbəbdən də mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir.

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun mülkiyyətində olan Tovuz rayonu, Dondar Quşçu kənd ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən keçən cavabdehin balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin cavabdehin vəsaiti hesabına kənarlaşdırılmasına və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

14. Tovuz Rayon Məhkəməsinin 2022-ci il 18 mart tarixli 2(062)-449/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti verilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 oktyabr tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2023-cü il 5 iyun tarixli 10/1029 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi idarəsi tərəfindən verilmiş 2023-cü il 22 fevral tarixli 3-21-3-37/2- 431/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdi m edilmiş yeraltı qaz kəmərinin keçdiyi ərazi iddiaçının mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin daxilində yerləşir, torpaq sahəsində tikili yoxdur. Mübahisəli 0,02 ha torpaq sahəsindən keçən cavabdehin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra cavabdeh tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması mümkün ola bilər.

17. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 19 iyul tarixli 2(104)-197/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

18. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli 2-2(115)-1199/2023 nömrəli qətnaməsi ilə idd ia təmin edilərək, iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0,02 ha torpaq sahəsindən keçən Cavabdeh balansında olan d250 mm-lik dərinliyi təxminən 1,5 metr olmaqla orta təzyiqli poluetilen yer altı qaz kəmərinin cavabdehin vəsaiti hesabına kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir (hakim – G.Quliyeva).

19. Birinci instansiya məhkəməsi işin bu qərarın 1-3-cü bəndlərində göstərilən hallarına istinadən vurğulanmışdır ki, cavabdehin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli poluetilen yeraltı qaz kəmərinin keçdiyi ərazi iddiaçının mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı həmin qaz kəmərinin kənarlaşdırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh isə kənarlaşdırılmanın yalnız iddiaçının vəsaiti hesabına mümkün olmasını bildirmişdir. Ekspertiza rəyi ilə sözügedən yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra cavabdeh tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılmasının mümkün ola bilməsi müəyyən edilmişdir.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edə bilmir. Mövcud durumu məhkəmə iddiaçının mülkiyyətinə müdaxilə kimi qiymətləndirmişdir. Həmçinin qeyd edilmişdir ki, bu müdaxilə hər hansı qanuni əsasa söykənmir. Belə ki, cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsə də, işə baxmış ə vvəlki birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki, cavabdeh təşkilat iddiaçının müraciətlərinə cavab olaraq qaz kəmərinin müvafiq layihə əsasında kənarlaşdırılmasının mümkün olduğunu, lakin bunun vətəndaşın vəsaiti hesabına aparılacağını bildirmişdir. Əsas isə onu göstərmişdir ki, iddiaçı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı çəkilmiş qaz kəmərinin istismara qəbul edilməsindən sonra almışdır. Buna görə də qaz kəmərinin kənarlaşdırılması vətəndaşın vəsaiti hesabına aparılmalıdır.

21. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçı torpaq sahəsini 2003-cü il 25 dekabr tarixində almış, həmin torpaq sahəsi əvvəllər bələdiyyəyə məxsus olmuşdur. Torpaq sahəsində qazın çəkilişi ilə bağlı tikinti aparılark ən həmin torpaq sahəsi iddiaçı tərəfindən satın alınmışdır. Cavabdeh kəndlərin qazlaşdırılması ilə bağlı tikinti obyektinin 2013-cü ilin mart ayında istismara qəbul edildiyini bildirsə də, istismara qəbul aktında tikinti obyektinin hansı tarixdə istismara qəbul ounması qeyd edilməmişdir. Həmin aktda yalnız işlərin başlanma və qurtarma tarixi və komissiyanın yaradılma tarixləri vardır. İstismara qəbul edildiyi tarix isə yoxdur. İddiaçı 2013-cü il 25 iyun tarixində qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Bundan başqa cavabdeh təşkilatın qazın çəkilməsi ilə bağlı torpaq sahəsinin mülkiyyətçisindən razılıq alması, bununla bağlı istər kənd bələdiyyəsinə, istərsə də vətəndaşa müraciət etməsi, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı araşdırma aparması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, 140, 152.1, 152.5-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49cu maddəsinin 1 və 2-ci bəndləri, 56-cı maddəsinin 6-cı bəndi, 68-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Gən cə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(104)-45/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş hüququdur. Bu hüquq həm də əmlaka sahiblik edən şəxsə məxsusdur. Lakin bu zaman müəyyən olunmalı hal mülkiyyətçiyə (hazırkı halda iş üzrə iddiaçıya) məxsus torpaq sahəsinin hansısa hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunmasının müəyyən edilməsidir. Bunun üçün isə əvvəlcə, iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin və onun faktiki istifadəsində olan torpaq sahəsinin, cavabdehə sənəd əsasında məxsus olan və faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları müəyyən olunmalı, daha sonra isə iddiaçıya sənəd əsasında məxsus olan koordinatlarda yerləşən torpaq sahəsinin cavabdehin və ya da digər şəxslərin istifadəsində olub-olmadığı müəyyən olunmalıdır.

26. Hazırkı halda isə Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 iyun tarixli 10/1029 saylı ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş yeraltı qaz kəmərinin keçdiyi ərazi iddiaçının mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin daxilində yerləşir. Mübahisəli 0,02 ha torpaq sahəsindən keçən cavabdehin balansında olan d250 mm-lik dərinliyi təxminən 1.5 m olmaqla orta təzyiqli polietilen yeraltı qaz kəmərinin, müvafiq layihə tərtib olunduqdan sonra cavabdeh tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması mümkündür. Qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməsi iddiaçının mülkiyyət hüquqlarını pozduğundan, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 146.1, 146.2, 152.1, 157.2, 157.4, 158.1, 158.1.2, 158.2-ci maddələri, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci bəndləri, 56-cı maddəsinin 6-cı bəndi, 68-ci maddəsi, 111-ci maddəsinin 1-ci bəndi, “Qaz təchizatı haqqında” Qanunun 15-ci maddəsinin 2 və 3-cü bəndləri, 16-cı maddəsinin 2-ci bəndinə istina d etməklə əsaslandırmışdır.

28. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 29. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci, MM-in 881.1-ci maddələri üzrə - İddiaçı tərəfin mübahisələndirdiyi, cavabdehin layihə-konstruktor bürosu tərəfindən hazırlanmış 3-225-11 (1) saylı layihə smeta sənədlərinə əsasən, 2011-ci ilin mart ayından Tovuz rayonunun Qonaqlı, Qaralar, Kürən, Zataq, Şıxheybət, Qoşa və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün orta təzyiqli, polietilen, PE 250 mm diametrlik qaz kəmərinin layihə əsasında çəkilişi işlərinə başlanmış, 2012-ci ilin sonunda həmin işlər tamamlanmış və cavabdehin müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən qaz xətti 2013-cü ilin mart ayında istismara qəbul edilərək istifadəyə verilmişdir. Tovuz rayonunun bir çox kəndlərinin qazlaşdırılması məqsədilə rayonun kənd təsərrüfatına yararsız torpaq sahəsindən qaz xətti çəkilən zaman iddiaçı tərəfindən həmin torpaq sahəsindən qaz xəttinin çəkilişinə heç bir irad bildirilməmiş, torpaq sahəsində heç bir tikili və ya hasar olmamışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 2013-cü ilin iyun ayında, yəni qaz xətti həmin ərazidən çəkilib istismara verildikdən sonra əldə etmişdir. Qaz xətti həmin torpaq sahəsinin altından çəkilən zamanı iddiaçı tərəf həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna sahib olsaydı, o, xüsusi mülkiyyətində olan torpaq sahəsin in altından qaz xətti çəkilməsinə şərait yaratmazdı. Bu hal onu düşünməyə əsas verir ki, iddiaçı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu sözügedən qaz xətti çəkilib istismara verildikdən sonra əldə etmişdir. İddiaçı 2021-ci il 16 sentyabr tarixində cavabdehin X3 İstismarı İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus qeyriyaşayış sahəsində tikinti aparmaq üçün ayrılmış torpaq sahəsindən keçən qaz xəttinin öz vəsaiti hesabına yerinin dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdehin rəhbərliyi isə iddiaçı tərəfindən ünvanlanmış müraciətin icrasına icazə vermiş, bununla da tərəflər iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll etmişdir. Gəncə Apellyasiya Məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulmasını müəy yən etməmiş, qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir.

30. MPM-in 76, 77 və 88-ci maddələri üzrə - İddiaçının ərizəsi cavabdeh tərəfindən müsbət cavablandırılmış və ona qaz xəttinin öz vəsaiti hesabına yerinin dəyişdirilməsinə icazə verilmişdir. İddiaçı tərəfin 2021-ci il 16 sentyabr tarixli ərizəsi işi düzgün həll etmək üçün əhəmiyyəti olan sübutdur. Belə ki, iddiaçı torpaq sahəsinə çıxarış əldə etməmişdən öncə qaz xəttinin həmin torpaq sahəsinin altından çəkildiyini bilirdi. Məhz bu səbəbdən də könüllü şəkildə öz vəsaiti hesabına qaz xəttinin yerinin dəyişdirilməsi məzmununda yazılı ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizəni sübut kimi qiymətləndirməmiş apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv olunmalıdır.

31. MPM-in 24, 26-cı maddələri üzrə - İddiaçıya məx sus ********** saylı VÖEN-in hansı xidmət və fəaliyyət növü üzrə verildiyi məhkəmələr tərəfindən araşdırılmamışdır. Kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,02 ha ərazi sahibkarlıq məqsədi üçün iddiaçıya verilmiş olsa da, iddiaçı 20 il ərzində heç vaxt həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bu hallar məhkəmələr tərəfindən araşdırılmamış və şəxsin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq, tərəflər arasında mübahisənin həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmış olması qanuni deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını hazırkı qərarın 1-3cü bəndl ərində qeyd edilən hallarla əsaslandırmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılaraq, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhk əməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;... 158.2. Əmlak hüquq ları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər....”

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə 4

9. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır....” “ M a d d ə 5

6. Torpaq sahələrinin mülkiy yətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir....” “ M a d d ə 6

8. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.” 37. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublika sı “Maddə 1

5. Qaz təchizatı ilə əlaqədar istifadədə olan yerlərdə işlərin aparılması Qanununun torpaqda və ictimai

1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ verilir.

2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra müvafiq hakimiyyəti orqanının yara tdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər.

3. Podratçının vəzifələri aşağıdakılardır: torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması; işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyə ti orqanının sərəncamlarına uyğun hərəkət etmək; müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddət ərzində bütün işləri başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa etmək; təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi tədbirləri görmək; işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya dərhal iş qurtaran kimi aradan qaldırmaq; üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək.” “ M a d d ə 1

6. Xüsusi mülkiyyətlə əlaqədar işlər...

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə pod ratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. Kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əvvəla cavabdeh mübahisəli torpaq sahəsində qaz kəmərinin çəkilişinə 2011-ci ilin mart ayında başladığını, 2013-cü ilin mart ayında istismara qəbul olunduğunu bildirsə də, onun aşağı instansiya məhkəməsinə təqdim etdiyi istismara qəbul aktında tikinti obyektinin hansı tarixdə istismara qəbul olunması qeyd edilməmişdir. Həmin aktda yalnız işlərin başlanma və qurtarma tarixi və komissiyanın yaradılma tarixləri vardır. İstismara qəbul edildiyi tarix isə yoxdur.

41. Bundan əlavə, hətta cavabdehin mübahisəli torpaq sahəsində qaz kəmərinin çəkilişinə 2011-ci ilin mart ayında başladığı və 2013-cü ilin mart ayında sona çatdırdığı faktı aşağı instansiya məhkəmələrində öz təsdiqini tapmış olsaydı belə bunun mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti olmayacaqdı.

42. Belə ki, iddiaçının torpaq sahəsini bələdiyyə ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən 2003-cü il 25 dekabr tarixdə alması aşağı instansiya məhkəmələri tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur.

43. Bu və ya digər səbəbdən onun həmin torpaq sahəsini aldıqdan 10 il sonra 2013-cü ildə çıxarış əldə etməsinin isə əhəmiyyəti yoxdur.

44. Təsadüfi deyildir ki, MM-in 157.8-ci maddəsində təsbit olunmuşdur ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

45. Hazırki işdə də iddiaçı mübahisəli torpaq sahəsini 2003-cü ildə əldə etmiş, ona qanuni sahiblik və istifadəni həyata keçirmişdir.

46. Bundan başqa “Qaz təchizatı haqqında” Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmə k və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.

47. Göründüyü kimi qanunvericilikdə qaz xətlərinin (kəmərlərinin) çəkilməsi işlərini icra edən podratçının torpaq sahəsinin mülkiyyət hüququ da daxil olmaqla, hüquqi baxımdan yüklülüyü, həmin sahənin hər hansı şəxsə, hər hansı hüquqla mənsub olması məsələlərinin aydınlaşdırılması vəzifəsi kimi imperativ qayda müəyyən olunmuşdur.

48. Lakin cavabdehin qazın çəkilməsi ilə bağlı nəinki torpaq sahəsinin mülkiyyətçisindən razılıq alması, hətta “Qaz təchizatı haqqında” Qanunun 16-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş vəzifəsini n icrası ilə bağlı ən azı kənd bələdiyyəsinə müraciət etməsi, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı araşdırma aparmasını da təsdiq edən heç bir sübut aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır.

49. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış, mübahisəni həll edərkən iddiaya münasibətdə hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

50. Kassasiya şikayətinin §31-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasının hazırki işin həlli baxımından hər hansı əhəmiyyəti yox dur.

51. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

53. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(104)-45/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar