Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-340/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra olunmaması, borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)-167/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. İşin halları
1. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh arasında bağlanmış 2023-cü il 20 sentyabr tarixli ** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icraçı bu müqaviləyə əsasən və sifariş zamanı dəqiqləşdirilən, həmçinin fəaliyyət zamanı sifarişçinin istəyinə əsasən korporativ tədbir təşkilatçılığı xidmətlərin icrasını öhdəsinə götürmüşdür. 2. 2023-cü il 20 sentyabr tarixli ** nömrəli xidmət müqaviləsinə əsasən tərtib olunmuş «X1»na əsasən müqaviləyə uyğun olaraq sifarişçiyə 2023-cü il 25 və 26 sentyabr tarixlərində olan “Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə işçi qrupunun 3cü iclası” tədbiri ilə bağlı görüləcək işlər üzrə ümumi məbləğ 19.762,64 manat müəyyənləşdirmişlər.
3. EBDQ seriyalı 442183 nömrəli 2023-cü il 13 oktyabr tarixli elektr on qaiməyə əsasən 19.762,77 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 4. 2024-cü il 4 sentyabr tarixli 010XOH********** nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5.000 manat məbləğində ödəniş olunmuşdur. 5. 2024-cü il 4 sentyabr tarixli 010BUDG242480176 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat məbləğində ödəniş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 13.862,34 manat əsas borcun və 9 ay üçün vuru lmuş ziyana görə 741,06 manat məbləğində faizlərin, cəmi 14.603,4 manat məbləğində pul vəsaitinin və 320 manat məbləğində vəkil xərcinin və 152 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı iddiaçı ilə sifarişçi cavabdeh arasında 2023-cü il 20 sentyabr tarixli ** saylı xidmət müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır. Həmin tarixdə Müqaviləyə əlavə olaraq qiymət razılaşdırma protokolu tərəflər arasında razılaşdırılaraq təsdiq edilmişdir. Bundan sonra iddiaçı işlərə başlamış, 2023-cü il 13 oktyabr tarixində işlər yekunlaşmış və cavabdehə elektron qaimə göndərilmişdir. Göndərilən elektron qaimə cavabdeh tərəfindən 5 gün ərzində təsdiq edilmişdir. Lakin cavab deh üzərinə düşən öhdəliyi icra etməmişdir. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bu günə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini artıq 9 aydır ki, icra etməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehin cəmi 19.762,34 manat məbləğində əsas borc, 741,06 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, cəmi 20.503,4 manat borcu yaranmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli 2-2(113)-5168/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş cavabdehdən 13.862,34 manat məbləğində əsas borc, 741,6 manat faiz borcu, habelə ödənilmiş 320 manat vəkil xərcinin və 152 manat məbləğind ə dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim K.Hüseynov).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilələrdə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilələr ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Bu fakt işin materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu və s.), həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra elektron qaimə üzrə cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən, 5.900 manat ödəniş edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən 19.762,64 manat dəyərində xidmət göstərildiyi ilə razılaşmış, qalan 13.862,34 manat məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də, iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır.
10. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 13.862,34 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 138 62,34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 741,6 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 445.1, 445.7, 442, 443.1, 448.1, 752.1, 753.1, 769 və 770-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh tərəifndən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)-167/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2023-cü il 20 sentyabr tarixli ** nömrəli xidmət müqaviləsi bağlanmış, icraçı iddiaçı tədbir təşkilatçılığı xidmətlərinin göstərilməsini, sifarişçi cavabdeh isə bu xidmətlərin müqabilində haqq ödəməyi öhdəsinə götürmüşdür. Mübahisə göst ərilən xidmətlərə görə ƏDV daxil 19.762,64 manat məbləğində haqqın tələb edilməsindən və bu məbləğin 13.862,34 manatlıq hissəsinin ödənilməməsindən, habelə 741,06 manat faiz tələbindən ibarətdir. Cavabdeh göstərilən xidmətlərin keyfiyyət və həcm baxımından uyğun olmadığını iddia edərək iddiaya etiraz etmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, müqavilənin “xidmət müqaviləsi” adlandırılmasına baxmayaraq, əslində bu sənəd maddi nəticələr doğuran işlərin yerinə yetirilməsini nəzərdə tutduğundan (məsələn, avadanlıqların quraşdırılması), podrat müqaviləsinin elementlərini də özündə ehtiva edir.
18. İddiaçı tərəfindən qiymət razılaşdırma protokolu, elektron qaimə və ödəniş tapşırıqları təqdim olunmuş, cavabdeh isə həmin qaiməni düzəliş üçün geri qaytarmamış, məhkəməyə qədər xidmətlərin keyfiyyə tinə irad bildirməmiş və həmin qaiməyə əsasən 5.900 manat ödəmişdir. Bu hallar göstərir ki, xidmətlər təqdim olunmuş və cavabdeh tərəfindən qəbul edilmişdir.
19. Cavabdehin xidmətlərin qüsurlu olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MM-in 763-766-cı maddələrinə əsasən sifarişçi qüsurlar aşkar etdikdə podratçıya onların aradan qaldırılması üçün müddət verməli, bu müddətdə qüsurlar aradan qaldırılmazsa, yalnız bundan sonra muzdu azaltmaq, qüsuru özü aradan qaldırmaq və ya müqavilədən imtina etmək hüququ qazanır. Lakin işin materiallarında cavabdeh tərəfindən belə iradların bildirilməsi, əlavə müddət verilməsi və müqavilədən imtina edilməsi hallarının mövcudluğu sübuta yetirilməmişdir. Bu səbəbdən, cavabdehin bu istiqamətdəki dəlilləri əsassız sayılmışdır.
20. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh göstərilən xidmətlərə görə yalnız 5.900 manat ödəmiş, qalan 13.862,34 manat ödənilməmiş qalmışdır və iddiaçı bu məbləği tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda müqavilənin 3.4-cü bəndinə əsasən ödənişin xidmət göstərildikdən sonra növbəti ayın ilk 5 günü ərzində həyata keçirilməsi nəzərdə tutulduğundan MM-in 445.7-ci maddəsinə əsasən borcun ödənilməsinin 9 ay gecikdirilməsinə görə hesablanmış 741,06 manat faiz tələbi də əsaslı olmuşdur.
21. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətimizə baxaraq ədalət mühakiməsinin əsas prinsiplərini, çəkişmə prinsipini pozmuş, cavabdehin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məlumat verməsinə baxmayaraq onun iştirakı olmadan işə baxaraq ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şiakyətində isə bir neçə əsaslı hallar göstərilmiş və onların əksəriyyətini məhkəmə ətraflı araşdırmamışdır. Apellyasiya şikayətin qətnamənin ləğv olunmasına yönəldilmişdir. Belə olduqda apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamalı idi. Əfsuslar olsun ki, işə ba xan məhkəmə bunu etməmişdir.
24. Şikayətdə iddiaçının ƏDV vergi ödəyicisi olmadığı göstərilsə də, işə baxan məhkəmə bu faktı araşdırmamış və ümumiyyətlə şikayət edilən halı nəzərə almamışdır. Halbuki, iddiaçının ƏDV vergi ödəyicisi olmasına dair hər hansı bir sübut olmadığı halda, məhkəmə bu dəlili ümumiyyətlə araşdırmamış və iddia bu hissədə də təmin olunmuşdur. Belə olduğu halda, iddiaçı əsassız varlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
27. Kassasiya instansiyası mə hkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazım i şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə
770. Yerinə yetirilmiş iş in qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında qeyd olunmuşdur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini təl əb etmək hüququna malikdir....”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022ci il 20 aprel tarixli Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları il ə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozularaq cavabdehin iştirakı olmadan işə baxılmasına dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iştirak etməmişdir. Cavabdehin vəkili tərəfindən işə baxılmasının təxirə salınması barədə məhkəməyə müraciət ünvanlansa da, üzürlü səbəbdən iştirak etməməsinə dair hər hansı sübut əlavə olunmam ışdır.
35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılması ilə çəkişmə prinsipi pozulmamış, MPM-nin 376.2-ci maddəsinin tələblərinə əməl edilmişdir.
36. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbər edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur (MPM-nin 376.2ci maddəsi).
37. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
38. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin t ələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanva r tarixli, 2-2(103)-167/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.