Məhkəmə qərarları › İş №2-2(102)-342/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-342/2024

22.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-342/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun əldə edilməsi bağlı tələblər, icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq s ahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(104)-235/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Xanlar (Göygöl) rayonu Qızılca Bələdiyyə ərazisində yerləşən 0,30 ha torpaq Həmin torpaq sahəsi Xanlar (Göygöl) rayonu Qızılca Bələdiyyəsinin 2005-ci il 30 iyun tarixli 5 nömrəli qərarı və 2005-ci il 10 avqust tarixli torpaqların alqı-satqısına dair aktı əsasında Cavabdeh satılmış və 2007-ci il 11 aprel tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında sonuncunun xüsusi mülkiyyətinə keçmişdir.

2. Xanlar (Göygöl) rayon İc ra Hakimiyyəti Başçısının 2005-ci il 14 noyabr tarixli 180 nömrəli sərəncamına əsasən Cavabdeh həmin torpaq sahəsində avtomobillərin alqısatqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilmişdir.

3. İcarəyə verən Cavabdeh ilə icarəçi İddiaçı arasında 2013-cü il 24 sentyabr tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən özünə məxsus Göygöl rayonunun Qızılca kəndində yerləşən 32 kv.m olan qeyri-yaşayış sahəsini (avtosalonu) hər ay 160 manat icarə haqqı olmaqla, 2013-cü il 20 sentyabr tarixdən 2018ci il 20 sentyabr tarixədək icarəçiyə icarəyə vermişdir.

4. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktublara əsasən Cavabdeh İddiaçı icarə müqaviləsində göstərilən şərtlərə əm əl etmədiyinə görə icarə müqaviləsinə xitam verilməsini, icarə haqqının və obyektə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubda qeyd olunmuşdur ki, aralarında bağlanmış 2013-cü il 24 sentyabr tarixli icarə müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla icarə münasibətlər davam etməkdədir. Belə ki, sözügedən bəndin tələbinə görə, müddəti 5 illik olan müqavilə üzrə tərəflərdən hər hansı biri bu müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə, müqavilə həmin müddətə uzadılır. Təkzibedilməz haldır ki, bu icarə müqaviləsi bağlandığı andan hal-hazıradək ona xitam verilməsi ilə tərəflər bir-birlərinə müraciət etməmişdirlər. Həmin müqavilənin 2.2.1, 2.2.2-ci bəndlərində onun icarəçinin üzərinə düşən vəzifələr: icarəyə verilmiş əmlakı ümumiyyətlə, (ona aid sahəsini) saz vəziyyətdə saxlamaq, öz hesabına cari təmir etdirmək və onun saxlanılması üçün bütün zəruri xərcləri çəkmək tərəfindən 2013-2014-cü illərdən bəri icra olunur və olunmaqdadır. Eyni zamanda, müqavilənin 2.2.5-ci bəndində nəzərdə tutulduğu kimi, icarə münasibətləri zamanı yaranan vergi öhdəliklərinin icrası ödənilməsi, müvafiq vergi hesabatlarının vaxtında vergi orqanlarına təqdim edilməsi tərəfindən həyata keçirilir və keçirilməkdədir. Bununla belə, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqı tərəfindən qismən ödənilmiş olsa da, onun mütəmadi/vaxtında və tam həcmdə ödənilməsi, o cümlədən 2 il davam edən fors-major hallar-məlum “COVİD-19” pandemiyası və onun sahibkarlara münasibətdə fəsadları səbəbindən mümkün olmamışdır. Qeyd olunanları və yığılmış ödənilməmiş icarə haqqının tez bir zamanda ödənilməsinin zəruriliyini nəzərə alaraq xahiş edir ki, tərəfindən icarə haqqının qarşı tərəfə ödənilməsi üçün bank yaxud hər hansı kart rekvizitləri qısa müddətdə ona - "İcarəçiyə" bildirilsin. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı 2022-ci il 28 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu, Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından cavabdehin adına qeydə alınmış 0,30 ha torpaq sahəsini (bundan sonra – “torpaq sahəsi”) və Xanlar rayon İcra Hakimiyyəti Başçıs ının 2005-ci il 14 noyabr tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşın təmiri sexini və bir ədəd ofis binasını iddiaçının və cavabdehin ümumi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir miqdarda müəyyən olunması, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması, ödənilmiş dövlət rüsumu hesabına 100 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsini birgə əldə etdikləri qazanc hesabına 2004-cü ildə almışlar. Aralarında olan razılığa əsasən və yaxın qohum olduqlarından bir-birinə olan dərin inamı və etibarı, habelə səmimi münasibəti nəzərə alıb torpaq sahəsini cava bdehin adına sənədləşdirmişlər. Belə ki, tərəflər alınmış torpaq sahəsindən avtosalon kimi istifadə etmişlər və həmin torpaq sahəsində 4 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası inşa etmişlər. Tikinti işlərini və obyektin idarəçiliyini iddiaçı həyata keçirmiş və bütün pul ödənişlərini də o etmişdir. Ödənişlər obyektin fəaliyyətindən əldə olunmuş gəlir hesabına həyata keçirilmişdir. Lakin həmin məbləğ az olduğundan iddiaçı torpaq sahəsini girov qoymaqla cavabdehin adına, öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından, Bakı şəhərində olan 1 otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borcları t am ödəmişdir. 2011-ci ildə cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan iddiaçı cavabdehin Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Obyektin normal fəaliyyət göstərməsi üçün vergi orqanlarında qeydiyyata düşmək zərurəti yarandığından tərəflər arasında formal olaraq icarə müqaviləsi bağlamaq lazım gəlmişdir. Bu məqsədlə 2013-cü ildə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında iddiaçının adına vergi orqanında VÖEN açılmışdır. Müqavilədə hər ay icarəçiyə 160 manat icarə ödənilməsi barədə olan şərt, tərəflər arasında olan razılaşmaya əsasən və obyektin şərikli olması səbəbindən formal olmuşdur. Ona görə də, iddiaçının cavabdehə heç bir icarə haqq ı ödəmək öhdəliyi olmamışdır. Obyektin iş fəaliyyəti belə olmuşdur ki, öz avtomobillərini satmaq istəyən şəxslər avtomobili gətirib avtosalona yerləşdirmiş, avtomobil satıldıqda isə həmin şəxsdən 200 manat məbləğində salon pulu deyilən pul almışdır. 2000-ci ilin axırlarında cavabdeh “Daewoo” şirkətinin maşınlarını satmaq üçün müqavilə bağladığını bildirib və həmin müqavilə əsasında müstəqil fəaliyyət göstərmək istədiyini bildirmişdir. İddiaçı buna etiraz etməmiş, hər biri ayrı-ayrılıqda fəaliyyət göstərmişdir. Həmin vaxtdan tərəflər arasında fikir ayrılıqları yaranmışdır. Yaranmış fikir ayrılıqları getdikcə böyüyərək 2010-cu ilin axırlarında kəskin ziddiyyətlərə çevrilmişdir. Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər edərək, guya iddiaçının ona ic arə haqqı hesabına pul borcu olduğunu, ona qarşı dələduzluq etdiyini bildirmişdir. Onun müraciəti Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırılmış, lakin həmin şikayət üzrə toplanmış materialda heç bir dələduzluq və ya digər cinayət əməlinin tərkib əlamətləri olmadığından, 2021-ci il 22 mart tarixli qərarla iddiaçının barəsində cinayət işinin başlanması rədd olunmuş və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan bununla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah olunmuşdur. Buna baxmayaraq, cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər etməyə davam etmişdir.

8. Cavabdeh 2022-ci il 16 avqust tarixində qarşılıqlı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə m əhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2013-cü il 24 sentyabr tarixli icarə müqaviləsinə xitam verilməsi, iddiaçı və digər şəxslərin ona məxsus torpaq sahəsindən və orada inşa edilmiş avtomaşın təmiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 92.650 manat, 10.000 manat təmir xərci, 5.000 manat su çəni, 2.500 manat “Rotest” aparatı, 800 manat tozsorana görə olmaqla, cəmi 110.950 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 400,95 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ona ayrılmış torpaq sahəsində sahəsi 150 kv.m olan ofis binası, 5 ədəd avtomaşınların təmiri üçün sex tikdirmişdir. Bütün bu işləri öz vəsaiti hesabına ap armışdır. Həmin əraziyə elektrik xətti çəkdirərək transformator quraşdırmışdır. İddiaçının aparılan bu təmir-tikinti işlərindən ümumiyyətlə məlumatı olmamış, bu işlərin təşkilinə, o cümlədən təmirinə və tikintisinə iddiaçı tərəfindən heç bir vəsait qoyulmamışdır. İddiaçı cavabdehin qohumu olduğundan cavabdeh bütün işlərin aparılmasını ona həvalə etmiş, iddiaçı 2008-ci ildən 2012-ci ilədək cavabdehin işlərindən ayrılmış, sonradan cavabdehin təkrarən onu öz işlərinə cəlb etməsini, daha sonra isə obyektin ona icarəyə verilməsini xahiş etmişdir. Onlar iddiaçı tərəfindən cavabdehə hər ay 500 ABŞ dolları pul ödənilməsi razılığına gəlmiş, lakin iddiaçının təkidi ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqı 160 manat kimi qeyd edilmişdir. İddiaçı bir müddət, təxminən 9 ay ona hər ay üç ün 500 ABŞ dolları pul ödəmiş, bundan sonra isə heç bir ödəniş etməmişdir. Qohumu olduğundan cavabdeh onu tez-tez narahat etmirdi. İddiaçı ona işlərinin yaxşı olmadığını, satış dövriyyəsinin aşağı düşdüyünü bildirərək, ona tezliklə bütün borclarını bağlayacağını söz vermişdir. İddiaçı cavabdehin pretenziyasına cavabında "pandemiya" ilə bağlı işlərin yaxşı olmadığından icarə haqlarının vaxtında ödənilmədiyini qeyd edərək, müqavilədə müəyyən olunmuş 160 manatın icarə haqqının ödənilməyinə hazır olduğunu və bununla bağlı müvafiq bank hesabının təqdim olunmasını xahiş etmişdir. Cavabdeh icarə haqqı olaraq 160 manat pulun ödənilməsinə razı olmayaraq ona növbəti pretenziya göndərərək, keçən 9 il müddətində hər ay üçün 500 ABŞ dolları məbləğində icarə haqlarının ödənilməsini, qeyri-yaşayış sahəsi nin boşaldılmasını və icarə müqaviləsinə xitam verilməsini tələb etmişdir. İddiaçı cavabdehin bu tələbini də yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində həmin qeyri-yaşayış sahəsinə sərmayə qoyduğunu, onun ailəsinə yardım etdiyini göstərmişdir. İddiaçının bütün bu dəlilləri tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. O, cavabdehə ünvanlanmış pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir. Əgər onun qeyri-yaşayış sahəsinin təmir və tikintisində torpaq sahəsinin alınması və ayrılmasında hər hansı bir iştirakı olsaydı, o, cavabdehə qarşı pretenziyalarını bildirmiş olardı. Ona görə də cavabdeh hesab edir ki, iddiaçının ona qarşı iddia tələbi təmin edilməməlidir. İşin hazırkı halında cavabdehdə iddiaçıya qarşı tələb irəli sürüb aralarındakı icarə müqaviləsin ə xitam verilməsini, ona dəyən zərərin, həmçinin torpaq sahəsi və qeyri-yaşayış sahələrindən çıxarılma və ödənilməyən icarə haqlarının ödənilməsini tələb etməlidir. İcarə haqqı olaraq iddiaçının ona olan borcu hər ay üçün 500 ABŞ dolları olmaqla 9 il müddətinə 49.500 ABŞ dolları (84.150 manat) təşkil edir. Həmin torpaq sahəsində ona məxsus 25 tonluq dəmirdən düzəldilmiş 5.000 manat dəyərində su çəni vardır. Qeyri-yaşayış sahəsini də tam yararlı vəziyyətə təmir edib iddiaçının istifadəsinə verilmişdir. Qeyri-yaşayış sahəsinin təmir-bərpa işlərinə hazırda 10.000 manat vəsait lazımdır. Avtoyuma üçün 2.500 manat məbləğində alınmış maşın yuyan "Rotest" avadanlığı və 800 manat dəyərində maşın üçün tozsoran hələ də iddiaçının qeyri-qanuni istifadəsindədir.

10. İddiaçı qarşılıqlı iddia ərizəsinə e tiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin iddiaçının 2008-ci ildə ayrılaraq başqa təyinatlı işlərlə məşğul olması barədə göstərilənlər əsassız olmuş, 2008-ci ildə tərəflər artıq şərikli formada tikinti işlərini başa çatdırmış, obyekt hazır formada fəaliyyət göstərmişdir. Həmin vaxt cavabdeh özü müstəqil surətdə Özbəkistan Respublikasında istehsal olunan “Daewoo” markalı avtomaşınların satışı ilə məşğul olmaq istədiyini bildirib, iddiaçıya isə “VAZ 2107” markalı avtomaşınların satışı ilə məşğul olmaqda davam etməsini təklif etmişdir. Tərəflər bu barədə razılığa gəlmişlər. Qarşılıqlı iddia ərizəsində göstərilən digər fakt, yəni iddiaçının obyektin ona icarəyə verilməsini, hər ay ona 500 ABŞ dolları məbləğində pul ödəməsi ilə bağlı göstərdiklər i də əsassızdır. Belə ki, onun tərəfindən belə xahiş və təklif olunmamış, yalnız kredit götürülməsi, sosial ödənişlərin rəsmiləşdirilməsi, bunun üçün vergi orqanlarında qeydiyyata alınması üçün formal olaraq icarə müqaviləsinin bağlanması təklif edilmiş, icarə müqaviləsi məhz bu məqsədlə bağlanmışdır. Şərikli obyektdə şəriklərdən birinin digərinə aylıq pul ödəməsi ağlabatan deyildir. Formal olan icarə müqaviləsinə görə cavabdehin ondan icarə haqqı tələb etməsi tam əsassızdır. Digər tərəfdən icarə müqaviləsi rəsmi müqavilə olsaydı belə, cavabdehin ondan icarə haqqı tələb etməsi qanuni hesab oluna bilməz. Mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Göstərilən iddia müddəti cavabdeh tərəfindən heç bir üzrlü səbəblər olmad an ötürülmüşdür. Qeyd olunan icarə müqaviləsinin formal olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, icarə müqaviləsində ofis binasının yalnız 32 kv.m-dən ibarət olan giriş hissəsinin icarəyə verilməsindən söhbət gedir. Qarşılıqlı iddia ərizəsində daha sonra göstərilir ki, iddiaçı cavabdeh tərəfindən ona göndərilən pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir. Qarşılıqlı iddia ərizəsində bu barədə göstərilənlər də tam əsassızdır. Belə ki, həmin vaxt cavabdehin DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə etdiyi şikayət əsasında o, həmin idarəyə aparılaraq 5 gün orada qanunsuz olaraq saxlanılmışdır. Həmin vaxtı onun yaxın qohumları ilə müqavilə bağlamış vəkil pretenziyalara cavab vermişdir. O, işin mahiyyətinə yaxından bələd o lmadığından cavab məktublarında bu barədə heç bir məlumat qeyd etməmişdir. Qarşılıqlı iddia ərizəsində tələb olunan su çəni mövcud olmaqla hazırda da obyektdədir. Avtoyuma üçün istifadə olunan avadanlıqlar barədə qoyulmuş tələb də əsassızdır.

11. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 15 avqust tarixli 2-2(115)-777/2023 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunması, tərəflər arasında bağlanmış 2013-cü il 24 sentyabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, 17.440 manat məbləğində icarə haqqı və ödənilmiş 400,95 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddiaçının cavabdehə məxsus torpaq sahəsindən və orada inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılması, qarşılıqlı iddianın qalan hissəsinin təmin ol unmaması qət edilmişdir (hakim R.Məmmədov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmasına, yəni torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində olmasına baxmayaq, iddiaçının heç bir qanuni əsas olmadan cavabdehə məxsus olan torpaq sahəsini və orada inşasına icazə verilmiş tikililərin özü ilə cavabdehin ümumi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir miqdarda müəyyən olunması və müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması tələbi təmin edilə bilməz.

13. Qarşılıqlı iddia ərizəsinə dair etiraza gəldikdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2013-cü il 24 sentyabr tarixli icarə müqaviləsi möv cud olmaqla iddiaçı həmin müqavilənin formal olmasını və cavabdehə heç bir icarə haqqı ödəmək öhdəliyinin olmadığını bildirsə də, sonuncuya ünvanladığı (bax yuxarıda bu qərarın 6-cı bəndi) məktubla icarə müqaviləsinin mövcudluğunu etiraf etmişdir.

14. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdeh öz tələbində 109 aya hər ay üçün 500 ABŞ dolları olmaqla iddiaçıdan icarə haqqını tələb etsə də, icarə müqaviləsindən müəyyən olunduğu kimi, qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 160 manat müəyyənləşdirilməklə icarəyə vermişdir. 109 aya aylıq 160 manat icarə borcu isə 17.440 manat təşkil edir. Bu görə də məhkəmə qarşılıqlı iddianın icarə haqqı ilə bağlı qalan hissəsinin təmin edilməməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə cavabdehin 10.000 manat təmir xərci, 5.000 manat su çəni, 2.500 manat “Rotest” aparatı, 800 manat tozsorana görə tələb etdiyi pul məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdeh bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissəsi təmin oluna bilməz.

16. İcarə haqqı tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə uyğun olaraq icarə müqaviləsinin müddəti 2023-cü il 20 sentyabr tarixində başa çatacağından qarşılıqlı iddia üzrə iddia müddəti keçə bilməzdi.

17. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, 17440 manat məbləğində icarə haqqı və ödənil miş 400 manat 95 qəpik məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməli və İddiaçı Cavabdeh məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış sahələrindən çıxarılmalıdır

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 5.3, 6.2, 139-1.1.3, 140, 152.1, 152.5, 213.1, 213.5, 385.1, 421.2, 423.2, 424.2, 442, 445, 692.2.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla etməklə əsaslandırmışdır.

19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddianın tam təmin, qarşılıqlı iddianın təmin edilən hissəsində rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli 2-2(104)-235/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş-17.440 manat məbləğində icarə haqqı və ödənilmiş 400,95 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddia qismən təmin olunmuş, iddiaçıdan 8.960 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat, cəmi 9.060 manatın tutularaq, cavabdehə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər R.Mamedov və A.İsgəndərova).

21. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə hər iki tərəfdən məhkəməyə şahid ifadələrinin təqdim olunduğunu, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrinin yazılı sübutlara münasibətdə ilk iddianın təmin edilə bilməsi üçün mötəbər sübut kimi qəbul oluna bilinmədiyini qeyd etmişdir. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehin müraciətinə əsasən Qızılca bələdiyyəsinin 2005-ci il 30 iyun tarixli qərarına əsasən ayrılmış, 2005-ci il 10 avqust tarixli torpaqlar ın alqısatqısına dair akta əsasən cavabdehə satılmış və torpaq sahəsinə dair ilk əvvəl JN-1195, Kod-50807005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 2005-ci il 14 noyabr tarixli 180 saylı sərəncamına əsasən həmin torpaq sahəsində tikinti aparılmasına dair icazə də məhz cavabdehin müraciətinə əsasən verilmişdir.

22. İş üzrə dindirilmiş şahidlər əsasən tərəflərin şərik işləməsini qeyd etmişdir ki, hər hansı bir obyektə tərəflərin müəyyən müddət şərik qismində birgə fəaliyyət göstərməsi, həmin əmlaka (obyektə) birgə mülkiyyət hüququnun əmələ gəlməsini deməyə də əsas verməməkdədir. Mübahisəli əmlakın birgə vəsait hesabına əmələ gəlməsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdi m edilməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən götürülmüş kreditlərin isə məhz mübahisəli əmlakın əldə olunması üçün sərf edilməsi işin materialları ilə təsdiq olunmamışdır. Digər tərəfdən məhkəmə ı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin də mövcudluğu və həmin müqavilənin əhəmiyyətsiz əqd hesab olunmaması da ilk iddianın əsassızlığını təsdiq etmişdir.

24. Bundan başqa iddiaçı cavabdehin qarşılıqlı iddia ərizəsində mübahisəli daşınmaz əmlakı onunla birlikdə, yəni şərikli olaraq əldə etdiyini etiraf etdiyini qeyd etsə də, qarşılıqlı iddia ərizəsində belə bir etiraf olmamışdır.

25. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi hissəsində gəldiyi n əticə işin faktiki hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur.

26. Bununla belə məhkəmə, iddiaçı tərəfindən icarə haqqı tələbi üzrə iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, MM-nin 373.3 və 551.2.1-ci maddələrinin qarşılıqlı təhlilindən göründüyü kimi icarə haqqı üzrə ödənişlər vaxtaşırı icra edilməli olan öhdəlik hesab olunur. Həmin tələblər üzrə də 3 illik iddia müddəti müəyyən edilmişdir.

27. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı 160 manat məbləğində müəyyən edilmişdir ki, iddia müddətinin axımı aylıq ödənişin müddətindən başlamış hesab olunmuşdur. Cavabdehin etiraf etdiyi kimi iddiaçı icarə müqaviləsi bağlandıqdan sonrakı 9 ay ərzində icarə haqqını ödəm işdir ki, bununla da 2014-cü il 24 iyun tarixinədək icarə haqqı ödənilmiş hesab olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinin həcmi 2021-ci il 21 iyun tarixində artırılaraq, həmin tarixədək olan icarə haqqı məbləği tələb edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 23 sentyabr tarixli məktubda iddiaçı ödənilməmiş icarə haqqının tez bir zamanda ödəyəcəyini bildirməklə, cavabdehdən bank yaxud hər hansı kart rekvizitlərini qısa müddətdə ona verilməsini bildirmiş, bununla da iddiaçı borcunu etiraf etməklə MM-nin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımını kəsmişdir. İddia müddətinin axımının kəsilməsi isə yalnız iddia müddəti çərçivəsində mümkün olduğu nəzərə alındıqda, 2018-ci il 23 sentyabr tarixinədək yaranmış icarə haqları tələbi üzrə iddia müddəti ö türülmüş hesab olunmuşdur. 2018-ci il 23 sentyabr tarixindən isə iddia tələbinin həcminin artırılması tarixinə kimi, yəni 2021-ci il 21 iyun tarixinədək olan müddət isə 4 il 8 ay təşkil etmiş, bununla da iddia müddəti tətbiq edilməklə, iddiaçıdan tutulmalı olan icarə haqqı məbləği 8.960 manat (56 ay x 160=8.960) olmuşdur.

28. Məhkəmə iddiaçının cavabdehə ünvanlamış məktubda göstərilənlərin həqiqəti əks etdirməməsi, həmin məktubun cavabdehin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayəti ilə əlaqədar həmin idarədə bir neçə gün qanunsuz saxlanıldığı dövrdə qohumları tərəfindən onun əsassız saxlamadan buraxılması məqsədilə hüquqi xidmət göstərmək üçün müqavilə bağladıqları vəkil tərəfindən yazılması ilə bağlı dəlilini isə əsassız hesab etmişdir. Məhkəmə ona əsaslanmışdır ki, həmin məktub iddiaçı tərəfindən cavabdehə verilməsi üçün poçt orqanına verilmişdir. İşin materiallarına əlavə edilmiş DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2023-cü il 23 sentyabr tarixli məktubu ilə o, həmin idarəyə dəvət olunmuşdur. Yəni iddiaçının 2021-ci il 23 sentyabr tarixində həmin idarədə hər hansı bir əsasla saxlanılması öz təsdiqini tapmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 140, 152.1, 213.1, 213.5, 372.1, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 380.1, 380.2, 385.1, 442, 445.1, 551.2.1, 692.2.1, 700.1 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 6 0-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarına, MPM-nin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin olunduğu hissədə ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın tam təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-nin 148.2, 157.1, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 213.6, 213.8, 214.1, 214.2, 214.3, 214.4, 220.2, 220.3, 373.3-cü maddələri üzrə - cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü etiraf etmişdir ki, hazırkı iş üzrə daşınma z əmlakı onlar birlikdə, yəni şərikli olaraq əldə etmiş və həmin daşınmaz əmlakdan müxtəlif markalı avtomaşınların satışını həyata keçirmək üçün istifadə etmişdir. Həmin qarşılıqlı iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, 2008-ci ildə onlar şərikli daşınmaz əmlakdan istifadə etməkdə davam etməklə yanaşı, fəaliyyət növlərini ayırmışlar, yəni cavabdeh “Daewoo” markalı avtomaşınların, iddiaçı isə “Lava” markalı avtomaşınların alqı-satqısı ilə məşğul olmuşdur. Mübahisəli daşınmaz əmlakın tərəflərin ümumi birgə mülkiyyəti olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, həmin obyektin inşası və inkişafı üçün əldə olunmuş gəlir kifayət etmədiyindən iddiaçı sözügedən torpaq sahəsini girov qoymaqla cavabdehin adına, öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına ban kdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka o ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından iddiaçı Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borclarını tam ödəmişdir. İddiaçının təqdim etdiyi qeyd olunan sübutu cavabdeh təkzib etməmiş, həmin sübutu məhkəmədə qismən təsdiqləmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri qanunun tələbini pozaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

32. MPM-nin 77.1, 88, 175.1, 217.3, 217.4-cü maddələri üzrə - ilk iddia tələbinin əsaslılığı iddiaçının təqdim etdiyi və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də tam təsdiq edilir. Belə ki, işə Göygöl rayon Məhkəməsində baxılarkən, məhkəmə iclasında şahid qismində iştirak edən X8, X1, X6, X2 izahatları ilə təsdiq edilir ki, hazırkı iş üzrə mübahisəli hesab edilən 30 sot torpaq sahəsinin pulunu iddiaçı ödəmişdir və cavabdehlə birlikdə həmin torpaq sahəsində şərikli avtosalon tikmişlər. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş, tərəflərin, yəni iddiaçı və cavabdehin hər birinin yaxın qohumları olan X10, X4, X7, X9, X13 və X11 izahatları ilə tam təsdiq edilmişdir ki, iş üzrə tərəflər şərikli olaraq mübahisəli hesab edilən 0,30 ha torpaq sahəsini əldə etmiş və şərikli olaraq həmin torpaq sahəsində daşınmaz əmlak inşa etmişlər. Göstərilən torpaq sahəsi və avtosalon məhkəmə iclasında iddiaçının təqdim etdiyi diskdə olan video yazı ilə təsdiq edilir ki, 2008-ci ildə tərəflərin müəssisəsində satış meneceri işləmiş, iddiaçının qaynı, cavabdehin isə bacanağı X5 toy məclisində müəssisənin rəhbərləri iddiaçı və cavabdehin adından Pirxan Kazımova VAZ21 07 markalı avtomaşın hədiyyə edilmişdir. Buna baxmayaraq birinci instansiya və apellyasiya instansiya məhkəmələri qeyd olunan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir.

33. İddia tələbinin əsaslığını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, 2011-ci ildə cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan iddiaçı cavabdehin Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Cavabdeh iddiaçının göstərdiyi bu dəlili də etiraf və təsdiq etmişdir ki, həqiqətən də o, Rusiyada olduğu dövrdə iddiaçı obyektin gəlirindən əldə olunm uş puldan onun ailə üzvlərinə pul ödəmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəməsi iş üzrə əhəmiyyətli sübut hesab olunan faktlara, habelə cavabdehin etirafına obyektiv qiymət verməmiş, həmin sübutlara birtərəfli yanaşmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri mülki prosessual qanunvericiliyin göstərilən maddələrinin tələblərini pozmuş, ilkin iddianın rədd edilməsi üçün əsas hesab etdiyi sübutlara formal cəhətdən yanaşmış, ilkin iddianın təmin edilməsi üçün əsas olan faktları heç bir əsaslı səbəb göstərmədən sübut növü kimi qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyində n, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin mə zmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin m ülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.... 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin ke çməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddət i yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər... 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...” “Maddə

692. Yaşayış otağının kirayəsi müqaviləsinə xitam verilməsi şərtləri... 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;...” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən is tifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual q anunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, JN-1195, Kod50807005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına, eləcə də Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri»dən 11 aprel 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu Qızılca Bələdiyyəsinin 30 iyu n 2005-ci il tarixli 05 saylı qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir. Həmin torpaq sahəsində Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən cavabdehə avtomobillərin alqı-satqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilmişdir.

42. İlkin iddiaçı hazırki tələbində həmin torpaq sahəsinin və üzərində tikilmiş tikililərin tərəflərin birgə əmlakı hesab edilərək, hər birinə ikidə bir olmaqla, payların müəyyən edilməsini xahiş edir.

43. İşə baxan məhkəmələr daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına, ilkin iddiaçının həmin daşınmaz əmlaklar üzərində mü lkiyyət hüququnun tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslarına olmamasına əsaslanaraq ilkin iddianın əsasız olması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, gəlinən nəticə MM-nin 213.5 və 139-1.1.3-cü maddələrinin, eləcə də MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

44. Belə ki, məhkəmə ümumi əşyaya şəxslərin paylı mülkiyyətini o halda müəyyənləşdirə bilər ki, əşya iki və ya bir neçə şəxsin mülkiyyətində olmaqla onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olsun. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dai r şəhadətnamələr, daşınmaz əmlak sertifikatı nəzərdə tutulmuşdur (MM-nin 213.5 və 139-1.1.3-cü maddələri).

45. Hazırki halda iddiaçı qarşı tərəflə ortaq (şərik) kimi fəaliyyət göstərməsinə istinad etsə də, ilk növbədə onun vəsaiti hesabına tikildiyini iddia etdiyi əmlaka dair icarə münasibətləri ilə bağlı cavabdehə ünvanladığı məktubda göstərilənlərin məntiqli izahını işə baxan məhkəmələrə təqdim edə bilməmişdir (bax yuxarıda bu qərarın 6-cı bəndi). Bundan əlavə, şahid ifadələrindən başqa, daşınmaz əmlak üzərində hüququnun əmələ gəlməsinin əsasları ilə bağlı zəruri sübutları təqdim edə bilməmişdir. Mülki qanunvericilikdə isə şahid ifadələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi nəzərdə tutulmamışdır.

46. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktla ra əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).

47. İddiaçı kassasiya şikayətində cavabdehin qarşılıqlı iddia ərizəsində mübahisəli daşınmaz əmlakı onunla birlikdə, yəni şərikli olaraq əldə etdiyini etiraf etdiyini bildirsə də, eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində belə bir etiraf mövcud deyildir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin ilkin iddia tələbinə münasibətdə maddi hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərini əsassız hesab edir.

49. Qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində qarşılıqlı iddianın təmin olunması his səsində məhkəmələrin nəticəyə gələrkən hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermələri göstərilməmiş, ümumi ifadələrlə işin faktiki hallarına istinad olunmuşdur.

50. Lakin kassasiya şikayətlərinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

51. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bils in (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(104)-235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar