Məhkəmə qərarları › İş №2-2(102)-348/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-348/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-348/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərə görə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsindən cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. AAYDA-nın nümayəndəsi Abbasov Yunis, "xxxx" ASC-nin nümayəndəsi Həsənov Zahir, Şabran rayon Aygünlü bələdiyyəsi ərazisində yerləşən “Şabran çay Qum-Çınqıl” karxanasının sahibkarı İddiaçı və həmin karxananın etibarnamə ilə nümayəndəsi Mahmudov Mübariz tərəfindən imzalanmış 2020-ci il 20 oktyabr tarixli aktdan görünür ki, "xxxx" ASC çay üzərində yerləşən yeni körpünün tikintisi zamanı sahibkara heç bir məlumat vermədən onun ərazisinə girərək müəyyən miqdarda ziyan vurduğundan "xxxx" ASC tərəfindən dəymiş ziyanın bərpa edilməsi məqsədilə 30 ədəd bar ağacı üzrə hər bar ağacı əvəzinə 2 ting, əgər xırda tinglər varsa əlavə 56 ting əkilməsi, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətr afında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın obşivkası, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altına metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m) barədə razılığa gəlmişlər.

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 01171 nömrəli dağ-mədən ayırması aktına əsasən Vidadi Hüseynova “Şabrançay” qum-çınqıl yatağında 5 il müddətinə qum-çınqıl hasilatına icazə verilmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyi tərəfindən verilmiş 2019-cu il 21 may tarixli A-10986 nömrəli təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışdan görünür ki, fiziki şəxs X2 istismar edilən təhlükə potensiallı obyektlər (qum-çınqıl istehsalı sahəsi) “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında Şabran rayon İcra Hakimiyyəti Başçısının Aygünlü Bələdiyyəsinin sədri ilə X4 arasında bağlanmış 02 nömrəli torpaq icarə müqaviləsinə əsasən Şabran rayon İcra Hakimiyyəti Başçısının 30 iyul-2008 №140 sərəncamı əsasında 2 hektar qum çınqıl istehsalı sahəsi 15 il müddətinə icarəçiyə icarəyə vermişdir.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X2 göndərilmiş 2020-ci il 8 sentyabr tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında 2015-ci il 11 sentyabr tarixli 298 saylı Qərarının 1.1-ci yarımbəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 14 may tarixli 648-İV QD nömrəli Fərmanın 2.4 -cü yarımbəndinə əsasən avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi qadağandır.

6. DƏDRX-nin 2020-ci il 6 aprel tarixli çıxarışa əsasən Şabran rayonu, Aygünlü bələdiyyəsinə məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən 1,1748 ha torpaq sahəsi icarə hüququnun alqı-satqısı əsasında Vidadi Hüseynov tərəfindən İddiaçı satılmışdır. 7. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Şabran rayon Aygünlü bələdiyyəsinin verdiyi arayış və Mahmudov Mübariz tərəfindən çəkilmiş video və şəkillər ərazidə 30 ədəd meyvə tinginin əkilmiş olduğunu təsdiq edir. Mahmudov Mübarizin verdiyi məlumatlar əsasında ərazidə 30 ədəd meyvə ting inin əkilmiş olduğunu təsdiq edir. Mahmudov Mübarizin verdiyi məlumat əsasında ərazidə 10 ədəd gilas, 10 ədəd albalı (gilənar), 10 ədəd şaftalı tinginin olduğu və hər bir ting növünün iki yaşında olduğu bildirilmişdir. Verilmiş məlumatlara əsasən 3 il ərzində dəymiş zərər 667 manat, əldə oluna biləcək gəlir 2021-ci il üçün 52 manat, 2022-ci il üçün 108 manat, 2023-cü il üçün 300 manat olmaqla, ümumilikdə ödənilməli zərər 1.127 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 14 dekabr tarixində “Avro X5 "xxxx" ASCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 46.702 manat, ə ldən çıxmış faydaya görə 42.200 manat, mənəvi ziyana görə 10.000 manat, məhkəməyə ödənilmiş rüsum 319 manat olmaqla, ümumilikdə 99.221 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şabran çay üzərində Aygünlü bələdiyyəsi ərazisində yerləşən 2 hektar torpaq sahəsini 98 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsində qum-çınqıl karxanası quraşdırılıb. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun LO- 1km 194-700-144-800 hissəsinin Şabran çayının üzərində tikilən körpünün inşaatı başladığı andan onlar işlərini saxlamışlar. Göstəriş olub ki, obyekt tikinti sahəsinə yaxındır. Bundan istifadə edən podratçı şirkət cavabdeh tərəfindən qısa müddət ərzind ə qazıntı işlərinə başlayaraq zibil tullantılarını, qrunt, beton maşınlardan qalan beton tullantılarını karxananın neft məhsulları əraziyə tökərək ərazini bərbad vəziyyətə salmışlar, ərazidə yerləşən 2 ədəd 4x4x1.70 ölçüdə ehtiyat su anbarı operator otağını, 1 ədəd ayaqyolunu, ağac tinglərini məhv edərək zibil tullantılarının altında qoymuşlar. Drobilkanın ələk üçün istifadə edilən qolunu avtomaşınla vuraraq sındırıb yararsız vəziyyətə salmışlar. Bütün bu yazılanlar haqda kamera çəkilişləri və foto şəkillər vardır. Həmçinin tərtib olunmuş aktda qeyd olunan sayda ağaclar məhv edilərək, tullantılar altında qoyulmuşdur. Eyni zamanda, Aygünlü bələdiyyəsinə gedən kənd yolu onlara ayrılan torpaq sahəsindən keçir. Bakı-Quba-Rusiya Federasiyası Dövlət Sərhədi magistral avtomobil yolunun tikintisi vaxtı karxanaya vurulan ziyan mütəxəssislər tərəfindən hesablanmış, dəymiş ziyanın dəyəri öz təsdiqini tapmışdır. Dəyən zərərin ödənilməsi üçün iddiaçı dəfələrlə cavabdehə, onun nümayəndəsinə, layihə rəhbərinə müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Bundan sonra o dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdir. Həmin qurumlardan şirkətə iddiaçıya dəyən ziyanı ödəməklə bağlı göstəriş verilsə də, cavabdeh ziyanı ödəməmişdir. Beləliklə, 3 ildir ki, əldə edəcəyi gəliri itirmişdir. DİN layihə institutu tərəfindən 3 il müddətinə əldən çıxmış fayda hesablanmışdır. 2020-ci il 20 oktyabr tarixli akta əsasən dəymiş ziyanın qiymətləndirilməsi müəyyən edilmişdir. Belə ki, 1) 30 ədəd bar ağacının əkilməsi və dəyəri - 822 manat, 2) Əgər lazım gələrsə (sputnikdən baxılandan sonra) əlavə 56 ədəd ağac - 767 manat, 3) Karyerə gedən yol 212.0*6.0m1272m2 qırmadaş – 5.304 manat, 4) Drobilka ətrafında maşınların hərəkət zolağı 20.0*20.0m-400 m2 qırmadaş - 15sm – 1.668 manat, 5) 4.0*4.0* 1.7m ölçüsündə 2 ədəd d/beton su anbarı tikilməsi – 11.600 manat, 6) Metal vaqonun bərpası -1.500 manat, 7) Metal qapıların quraşdırılması, dəyəri və rənglənməsi və qapı bağlayıcıları - 1.8 m2 - 180 manat, 8) Tualetin bərpası - 400 manat, 9) Çuqun su borusunun çəkilməsi - 30 m - 255 manat, 10) Elevatorun qolunun bərpası, altına metal dirək qoymaqla qaynaq edib, yerinə birləşdirmək - 400 manat. Dəymiş ziyan – 22.816 manat. Yolun tikintisi ilə əlaqədar podratçı təşkilat cavabdeh tərəfindən karxanada işlərin dayandırılması səbəbindən dəyən ziyan 50% hər ay üçün 1.200 manat olmaqla 36x1200=43.200 ma nat müəyyən edilmişdir. Ümumilikdə məbləğ – 22.896+43.200=66.096 manat təşkil edir. İddiaçının müraciətlərindən uzun zaman sonra layihə rəhbəri Zahir Həsənov ona zəng edərək dəymiş ziyanın əvəzi olaraq 45.000 manat vəsaiti ikinci bir müəssisə vasitəsilə ödəyəcəklərini bildirmişdir. Daha sonra iddiaçı 3 il ərzində proseslərdə çəkdiyi xərclər, yollara tökdüyü pullar, məktublaşmalara verdiyi məbləğlərin də ona ödənilməsini tələb edir. Bu faktı da sübut edən sənədləri işə əlavə edir. Beləliklə, cavabdeh onu aldatmaqla düşdüyü zərəri ödəməyərək şərəf və ləyaqətini alçaldaraq 3 ildir davam edən bu hadisələr nəticəsində iztirab və sarsıntı keçirməyinə səbəb olmaqla bərabər mənəvi, həmçinin maddi ziyan vurmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 24 avqust tarixli 3-16-16/2-7/889-9/46665 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazidə mövcud olmuş 30 ədəd meyvə tinginin bir illik məhsuldarlığı 449 kq-dır. "xxxx" MMC-nin ekspert rəyində iddiaçının mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adları qeyd edilmiş meyvə ağaclarının sortu, həmin meyvə ağaclarının neçə illik olması barədə heç bir məlumat verilmədiyindən həmin torpaq sahəsində mövcud olmuş 30 ədəd meyvə tinginin bir illik məhsuldarlığı statistik və internet məlumatlarını, Şabran rayonunun torpaq məhsuldarlığını nəzərə alınmaqla həmin torpaq sahəsində mövcud olmuş 30 ədəd meyvə tinglərinin bir illik məhsuldarlığı 153 kq olması müəyyən edilir. "xxxx" MMCnin ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazidə mövcud olmuş 30 ədəd meyvə tinginə görə dəymiş zərər 667 manat olub 2020-ci il 20 oktyabr tarixindən hazıradək ümumilikdə 1.127 manat zərər dəymişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü 7 avqust il tarixli 10/2944 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri 45.575 manat müəyyən edilir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2024-cü il 13 may tarixli 10/2414 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiq at hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan 2020-ci il 20 oktyabr tarixli akta əsasən, Şabran rayonu Aygünlü kəndində yerləşən, iddiaçının mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasında karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmirbetondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altına metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m) üçün aparılmalı tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 45.575 manat təşkil edir.

13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(113)-1507/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehdən 46.702 manat pul, 200 manat dövlət rüsumu, ümumilikdə 46.902 manat pul tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

14. Məhkəmə, iddia tələbini 46.702 manat maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı iddiaçının qanuni sahibliyində olan “Şabran çay QumÇınqıl” karxanasına zərər dəymiş, dəymiş zərərlə bağlı tərəflər arasında 2020-ci il 20 oktyabr tarixində akt imzalanmış, vur ulmuş ziyanın nədən ibarət olması (30 ədəd bar ağacı, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altına metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m)) müəyyən edilmişdir.

15. İddiaçıya vurulmuş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Belə ki, məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq eksp ertizasının rəyinə əsasən 30 ədəd meyvə tingi ilə bağlı dəymiş zərərin 1.127 manat, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə dəymiş ziyanın 45.575 manat olması müəyyən edilmişdir. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olmadığı üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, təkrar rəyə əsasən də dəymiş ziyanın 45.575 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin rəylər iş üzrə mötəbər sübutlar kimi qəbul edilməlidir.

16. Hazırkı iş üzrə iddiaçıya icarə hüququ əsasında məxsus olan əmlaka cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı ziyan vurulmuş, cavabdehin əməli ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə tərəflərin izahatları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqin i tapmış, bununla da cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, 46.702 manat məbləğində pul (45.575 manat + 1.127 manat) tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə iddianı digər hissələrdə əsassız hesab etmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 386.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli qərarlarına; Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tikinti işlərinin aparılması zamanı iddiaçının qa nuni sahibliyində olan “Şabran çay Qum-Çınqıl” karxanasına zərər dəymiş, dəymiş zərərlə bağlı tərəflər arasında 2020-ci il 20 oktyabr tarixdə akt imzalanmış, vurulmuş ziyanın nədə ifadə olunması (30 ədəd bar ağacı, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altına metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m)) müəyyən edilmişdir.

22. İ ddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertizalar təyin edilmiş və məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 30 ədəd meyvə tingi ilə bağlı dəymiş zərərin 1.127 (667 manat real maddi zərər və 460 manat əldən çıxmış fayda) manat, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə daş karxanasına dəymiş ziyanın 45.575 manat olması müəyyən edilmişdir.

23. Tikinti işlərinin aparılması zamanı zərərin vurulmasında cavabdehin təqsirli hüquqazidd əmələ yol verilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tikinti işlərini apararkən cavabdehin yaxınlıqda yerləşən özgəsinin qanuni sahibliyində olan daş karxanasının ərazisinə daxil olması, həmin ərazidən tikinti işlərinin aparılması üçün köməkçi sahə qismində (ti kinti materiallarının saxlanması və s. üçün) istifadə etməsinin hüquqa zidd və təqsirli (ən azı təqsirin ehtiyatsızlıq formasında) əməl olması açıq-aşkardır.

24. Maddi zərərin məhz cavabdeh tərəfindən vurulmasının müəyyən edilməməsi barədə cavabdehin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən tikinti işlərin aparılması nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması faktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmış aktla öz təsdiqini tapır, bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin adından akta imza etmiş ASC-də layihə rəhbəri vəzifəsində işləyən Z.Həsənov aktı öz razılığı ilə imzaladığını, tərəflərindən tikinti işləri aparılarkən iddiaçıya zərər vurulduğunu təsdiq etmişdir. Bununla yanaşı, cavabdeh tərə fin nümayəndələri birinci instansiya məhkəməsində verdikləri izahatlarda iddiaçı tərəfindən vurulmuş ziyandan 4.500 manat pul vəsaitinin ödənildiyini bildirmişlər. Bununla bağlı kollegiya cavabdehin nümayəndələrin iddiaçıya dəymiş zərərin bir hissəsinin ödəməsi barədə izahatlarını da dolayısı ilə zərərin cavabdehin tərəfindən vurulması faktının təsdiqi kimi qiymətləndirmişdir.

25. Maddi zərərin məbləğinin sübuta yetirilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, vurulmuş maddi zərərin həcmi tərəflərin imzaladıqları aktla, həmin zərərin aradan qaldırılması üçün çəkilməli olan xərclər və eyni zamanda meyvə tinginin məhv edilməsinə görə əldən çıxmış fayda işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş müvafiq ekspertizaların r əyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması gedişində sözügedən rəyləri şübhə altına alacaq halların mövcudluğu müəyyən edilməmişdir.

26. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində cavabdehin əmlakına 45.575 manat məbləğində maddi zərər vurulması iş materialları ilə müəyyən edildiyindən iddiaçı MM-in 1097.1-ci maddəsinə əsasən həmin zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1097.1-ci; MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

28. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 29.MM-in 1096 və 1097-ci maddələri üzrə - Mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçıya aid olan ərazidən oğurluq olması, iddiaçıya ziyan dəyməsi və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü iş materiallarına əlavə edilmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi işi araşdıran zaman orada oğurlanmış əşyaların və oğurluq nəticəsində dəymiş maddi ziyanın hansı miqdarda olmasını nəzərə almamışdır. Belə ki, iddia ərizəsi və apellyasiya məhkəməsinin istinad etdiyi aktda qeyd edilən ziyan məbləği ilə hazırda apellyasi ya məhkəməsinin qətnaməsində müəyyən edilmiş qiymət fərqi vardır, məhkəmə də bu halı təsdiq edən zaman nümayəndə tərəfindən imzalanmış aktı ziyan məbləğ ilə bağlı hissədə sübut kimi qəbul edir, ancaq diqqətinizə çatdırmaq istəyirik ki, iddia ərizəsində qeyd edilən hallarda göstərilən məbləğ ilə ekspert rəyində qeyd edilən məbləğ arasında olan fərq kəskin dərəcədədir, nümayəndə tərəfindən imzalanan aktda da ziyanın 45 min manat həcmdə deyil, iddiaçının qeyd etdiyi qaydada müəyyən edilmiş ziyan məbləğidir ki, qətnamədə izahata istinad edən məhkəmə şahid kimi dindirilmiş şəxsin izahatında qeyd etdiyi digər məqamları orada yazılan halların hamısının iddiaçı tərəfindən yazıldığını sonradan imza edildiyini bunu təsdiq edən "xxxx" ASC-nin nümayəndəsi də həmin aktı Biləcəri qəsəbəsində ASC-nin inz ibati binasında imzaladığını qeyd etmişdir. Hesab edirik ki, belə olan halda yuxarıda qeyd olunan məqamları nəzərə alsaq elə iddiaçı hamıdan qabaq bu məbləği 45-50 min manat civarında iddia ərizəsində qeyd edib iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. Həmçinin diqqətinizə çatdıraq ki, oğurluq faktı və iddiaçı tərəfindən ziyanın rəydəki həcmdə iddia qaldırılmaması, eyni zamanda şahidlər tərəfindən imzalanmış aktın hansı şəraitdə imzalanması hesab edirik ki, apellyasiya məhkəməsinin mövqeyindən fərqli olaraq bütün bu halları şübhə altına alan məqamlardır. Hesab edirik ki, məhkəmə bu hissədə maddi normanı düzgün tətbiq etməmişdir.

30. MPM-in 77.1-ci maddəsi üzrə - Məhkəmə özü tərəfdən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. 31.MPM-in 88 və 102-ci maddələri üzrə - Məhkəmə qeyd edir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertizalar təyin edilmiş və məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 30 ədəd meyvə tingi ilə bağlı dəymiş zərərin 1.127 (667 manat real maddi zərər və 460 manat əldən çıxmış fayda) manat, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə daş karxanasına dəymiş ziyanın 45.575 manat olması müəyyən edilmişdir. Lakin hesab edirik ki, apellyasiya şikayəti üzrə dəlillərimizə məhkəmə tərəfindən verilən qiymət MPM-də göstərilən hallarla üst-üstə düşmür hansı ki, ilk instansiya məhkəməsi tərəfindən, tərəfimizdən təqdim edilmiş vəsatət əsasında təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmiş və həmin qərardadda da ekspert rəyindəki hesablama hallarının natamam olması qeyd edilmişdir, lakin eyni rəy eyni formada təkrar məhkəmə tərəfindən qəbul edildikdən sonra tərəfimizdən əlavə ekspertiza tələbi ilə vəsatət qaldırılmış istər kommersiya məhkəməsi istərsə də apellyasiya məhkəməsi buna əsaslı hər hansı formada qiymət verməyərək açıq aşkar tam olmayan rəylə müəyyən edilmiş rəqəmlərə istinad etmişdir. Hesab edirik ki, bu hallara düzgün qiymət verilməli və həmin hallar əlavə ekspertiza vasitəsilə yenidən müəyyənləşdirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, şikayətdə göstərilən dəlillər əsass ız xarakter daşıyır. İş üzrə təyin edilmiş ekspertizalar vasitəsilə ərizəçiyə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi təmin olunmuş və ekspert rəyinə əsasən 30 ədəd meyvə tinginə görə 1.127 manat (667 manat real maddi zərər və 460 manat əldən çıxmış fayda) məbləğində zərərin mövcudluğu müəyyən edilmişdir. Həmçinin məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən daş karxanasına dəymiş zərərin 45.575 manat olduğu müəyyən olunmuşdur. Aparılmış ekspertiza rəyləri hərtərəfli və əsaslı olub, işin hallarını tam əhatə edir. Bu səbəbdən əlavə ekspertiza keçirilməsinə heç bir zərurət yoxdur. Cavabdeh tərəfindən məhkəmə aktlarından verilmiş şikayətlər yalnız vurulmuş maddi zərərin ödənilməsi prosesini süni şəkildə uzatmaq məqsədi güdür. Ekspertizanın təkrar keçirilməsi ilə bağlı irəli sürülmüş dəlillər də məhz məhkəmə aktının icraya göndərilməsini ləngitmək məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 29 noyabr tarixli 2-2(103)1055/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunması xahiş edilir. Kassasiya baxışının hədləri

33. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcl ər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olm alıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

38. Mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçıya aid olan ərazidən oğurluq olmasına, iddiaçıya ziyan dəyməsinə, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün iş materiallarına əlavə edilməsinə, hazırkı işə baxan məhkəmənin orada oğurlanmış əşyaların və oğurluq nəticəsində dəymiş maddi ziyanın hansı miqdarda olmasını nəzərə almamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, iddiaçının hazırkı iş üzrə verilmiş iddia ərizəsində və icraat zamanı öz mövqeyini əsaslandırmaq üçün sözügedən oğur luğa və onun nəticələrinə istinad etməsi, yaxud da işə baxan məhkəmələrin vurulan zərərin həcmi barədə nəticəyə gələrkən oğurluq nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzini də yekun məbləğə daxil etməsi, hətta sözügedən oğurluğun cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasından əvvəlki dövrdə baş verməsi belə iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə hökmünə istinad etməməklə MPM-in 80-ci maddəsində (bax § 36) müəyyən edilmiş sübutların aidliyi tələbinə əməl etmişdir.

39. İddia ərizəsi ilə və apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyində kəskin qiymət fərqinin olmasına, habelə ekspert rəylərindəki hesablama hallarının natamam olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, MP M-in 77.1-ci maddəsinin tələblərinə (bax § 36) uyğun olaraq cavabdeh tərəfin əslində ekspert rəylərindəki qiymətlərin xeyli şişirdilmiş olmasında dair işə baxan məhkəmələrə mötəbər dəlil-sübut (alternativ rəy və s.) təqdim etməsi iş materiallarından görünmür.

40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 36) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsasl ı qətnamə qəbul etmişdir.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “X1 "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-1055/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar