Məhkəmə qərarları › İş №2-2(102)-357/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-357/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tap
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-357/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-2(103)-143/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra- “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə və Əlavə 2-yə əsasən ödənilmiş cəmi 15.340 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli, e-2-2(113)- 1752/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim L.Əliyeva). Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2024-cü il 14 may tarixli, 2-2(103)-39/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməklə, cavabdehdən 15.340 manat məbləğində pul vəsaitinin, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın və apellyasiya şikayətinə görə ödənilmiş 68,1 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli, 2-2(102)-545/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır ( məruzəçi hakim E.Şamayev, hakimlər B.Məmmədli və A.Abbasov). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-2(103)-143/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər M.Məmmədov və E.Həsənov). Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmas ı barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tə tbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda iddiaçı kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPMnə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsi qeyd olunmuş, həmin normanın mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Şikayətin “digər məsələlər” hissəsində işin faktiki halları göstərilmişdir. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir k i, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-2(103)-143/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar