Məhkəmə qərarları › İş №2-2(102)-493/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-493/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tap
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-493/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı lkin və qarşılıqlı iddia tələblərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, alınmış əşyanın ödənilməsi, avansın qaytarılması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı pulun tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh MMM-in İddiaçı MMC-yə pul tələbinə dair qarşılıq lı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 aprel tarixli 2-2(103)247/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı Cavabdeh MMM ilə alıcı İddiaçı MMC arasında 2020-ci il 13 may tarixli ** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları sifarişçiyə təhvil verir. - 1.2-ci bəndinə görə, alıcı isə müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən avadanlıqları qəbul edir və bunun müqabilində icraçının hesabına alı nan məhsulun dəyərini ödəyir. - 2.1-ci bəndinə görə, ödəniş köçürmə yolu ilə həyata keçirilir. - 2.2-ci bəndinə görə, alıcı qiymət razılaşma protokolunda göstərilən məbləğin 50%ni öncədən, qalan 50%-i isə mallar təhvil alındıqdan sonra satıcının hesabına ödəyir.

2. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMM arasında 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (əlavə nömrə 1 “qiymətlərin razılaşdırılma protokolu”, əlavə nömrə 2 “layihə”) bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) sifarişçiyə təhvil verir, ikinci isə bu malları (işləri) qəbul edir və dəyərini birinciyə ödəyir. - 2.2-ci bəndinə görə, sifarişçi əlavə nömrə 1 “qiymətlərin razılaşma protokolu”na əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50%-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürür. 40% mallar yükləməyə hazır olduqda, 10%-i “tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir. - 3.1.1-ci bəndinə görə, “icraçı” sifariş olunan malları sifarişçi tərəfindən 50% ödənişi etdikdən sonra 10 təqvim günü ərzində hazırlayır. Sifarişçi tərəfindən sifariş olunan malların dəyərinin 40%-i icraçıya ödənildikdən sonra, icraçı sifariş olunan malları sifarişçiyə öncədən tərəflərin razılaşdırdığı ünvanda və sifarişçi ilə əlavə razılaşdırılmış gün ərzində təslim edir. Hər sifariş ə görə təslim yalnız bir ünvanda həyata keçirilir. Gözlənilməyən xətalara görə icraçı tərəfindən malların (işlərin) təhvil verilməsi 5 iş günü gecikdirilə bilər. - 3.2.1-ci bəndinə görə, sifarişçi bu müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirir. - 7.1-ci bəndinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir, tərəflər 30 gün qabaqcadan yazılı etiraz etmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir.

3. Cavabdeh MMM tərəfindən 2020-ci il 13 may tarixli ** nömrəli müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 64.949,05 manat dəyərində (o cümlədən, 41.910 manat dəyərində EBAL seriyalı 017737 nömrəli 2020-ci il 11 iyun tarixli; 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli 2020-ci il 11 avqust tarixli; 950,20 manat dəyərində EBAP seriyalı 085011 nömrəli 2020-ci il 25 avqust tarixli; 19.040,85 manat dəyərində EBAV seriyalı 780888 nömrəli 2021-ci il 6 yanvar tarixli); 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli müqavilə üzrə isə ümumilikdə (ƏDV daxil) 227.447,9 manat dəyərində (o cümlədən, 179.988 manat dəyərində EBAX seriyalı 012482 nömrəli 2021-ci il 4 fevral tarixli; 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli 2021-ci il 4 fevral tarixli; 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli; 24.877,85 manat dəyərində EBBR seriyalı 836129 nömrəli 2022-ci il 24 fevral tarixli malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

4. Hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən həmin müqavilələr üzrə ilk iddiada qaytarılması tələb olunan avans ödənişi də daxil olmaqla, cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir. 5. 017737, 085011, 780888, 043320, 141166 nömrəli elektron qaimələr (bax § 3) İddiaçı MMC-nin özü tərəfindən, 497573, 012482, 022697, 836129 nömrəli elektron qaimələr (bax § 3) isə sistem tərəfindən təsdiq edilmişdir.

6. Ödəniş sənədlərindən İddiaçı MMC tərəfindən 017737, 085011, 780888 və 012482 nömrəli elektron qaimələr (bax § 3) üzrə, yəni həm onun özü tərəfindən, həm də sistem tərəfindən təsdiq olunmuş elektron qaimələr üzrə ödənişlər edildiyi müəyyən olunm uşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMM-ə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus 101.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat pulun tutularaq iddiaçıya qaytarılması, həmçinin faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçının xidmət göstərdiyi X7 (bundan sonra-« Qanuni nümayəndə») layihəsi üzrə cavabdehdən 3.077 kv.m 100 mm sendviç paneli alınmasına dair 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə bağlı cava bdeh iddiaçıya 292.396,96 manat dəyərində elektron-qaimə göndərmiş, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.385,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil vermişdir. Elektron qaimədə göstərilən qalan 114.011,38 dəyərində mallar iddiaçıya göndərilməmiş və təhvil verilməmişdir. Eyni zamanda, cavabdehə müqavilədə qeyd olunan malların alınması üçün 2021-ci il 8 aprel tarixində 15.000 manat və 2021-ci il 4 may tarixində 50.000 manat, cəmi 65.000 manat əvvəlcədən avans verilmiş, həmin avans pul ödənişi ilə də bağlı mallar iddiaçıya təhvil verilməmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 65.000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı ilə Qanuni nümayəndəla bağlanmış 2021-ci il 25 may tarixli AS2572 nömrəli müqaviləyə əsasən, Qanuni nümayəndə 261.545 manat dəyərində 3.077 kv.m 100 mm sendviç panel verməli və soyuducuya quraşdırılmalı idi. Cavabdeh müqavilə öhdəliyinə tam əməl etməmiş, 180.299,38 manat dəyərində 1.250 kv.m sendviç panelini iddiaçıya təhvil verməmişdir. Nəticədə iddiaçı Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.250 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının "xxxx" Şirkətindən 2022-ci il 31 avqust və 2022ci il 26 sentyabr tarixli bəyannamələr ilə 65.000 manat dəyərində paneli alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirib 2022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçıya 1.250 kv.m 100 mm sendviç panelinin alınması ilə bağlı bazar qiymətində yaranmış fərq nəticəsində iddiaçıya 36.000 manat əlavə ziyan dəymişdir. Belə ki, hazırda həmin panellərin bazar dəyəri 101.000 manat təşkil edir. Həmin məbləğdə iddiaçıya zərər vurulmuşdur. Avans ödənilmiş 65.000 manat məbləğində müqavilə predmeti - sendviç panellər iddiaçıya təhvil verilməmiş, bununla bağlı elektron qaimə də iddiaçıya təqdim olunmamışdır. Bununla da, cavabdehin 65.000 manat məbləğində müqavilə öhdəliyini icra etməmişdir. Sifariş olunan mallar iddiaçıya təhvil verməmiş, tərəflər arasında təhvil-təslim aktı olmamış, qaimə təqdim olunmamışdır. İddiaçıya mallar təhvil verilmədiyi halda, cavabdeh tərəfindən iddiaçıya elektron qaimə faktura göndərmiş, iddiaçı malların göndərilmədiyini bildirdikdə, iddiaçıdan qaiməni qəbul etməsini, malları tezliklə göndərəcəyini bildirmişdir. İddiaçı da cavabdehin səmimiyyətinə inanaraq elektron qaiməni qəbul etmiş, lakin cavabdeh elektron-qaimədə qeyd olunan malları iddiaçıya göndərməmiş, təhvil verməmişdir. Cavabdehin satış üzrə əməkdaşı X4 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1.250 kv.m sendviç paneli iddiaçıya təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.

9. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbində dəqiqləşmə aparılmasına zərurət vardır. Belə ki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı öz vəsaiti hesabına Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.250 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının "xxxx" şirkətindən 2022-ci il 31 avqust və 2022-ci il 26 sentyabr tarixli bəyannamələr ilə alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirərək 2 022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçı 1.250 kv.m 100 mm Sendviç panelinin alınması ilə bağlı 116.477,41 manat xərcləmişdir. Faktiki həmin malların alınması üçün 65.000 manat cavabdehə köçürmüşdür. Bunun nəticəsində iddiaçıya əlavə 51.477,41 manat ziyan dəymişdir. İddia tələbində ziyan səhvən 36.000 manat göstərilmişdir. Ona görə də iddia tələbinin həcmi artırılaraq 116.477,41 manat məbləğində qəbul edilməlidir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 47.961 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,88 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat olmaqla, cəmi 48.3 94,88 manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında hər iki müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş və malların dəyəri tam ödənilməmişdir. Belə ki, 2020-ci il 11 iyun tarixli 017737 nömrəli elektron qaiməyə əsasən 41.910 manat, 2020-ci il 11 avqust tarixli 497573 nömrəli elektron qaiməyə əsasən 3.048 manat, 2020-ci il 25 avqust tarixli 085011 nömrəli elektron qaiməyə əsasən 950 manat, 2021-ci il 6 yanvar tarixli 780888 nömrəli elektron qaiməyə əsasən 19.040,85 manat, 2021-ci il 4 fevral tarixli 012482 nömrəli elektron qaiməyə əsasən 179.988 manat, 2021-ci il 4 fevral tarixli 022697 nömrəli elektron qaiməyə əsasən 10.436 manat, 2021-ci il 5 f evral tarixli 043320 nömrəli elektron qaiməyə əsasən 6.042 manat, 2021-ci il 2 mart tarixli 141166 nömrəli elektron qaiməyə əsasən 6.104,05 manat, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaiməyə əsasən isə 24.877,86 manat olmaqla, ümumilikdə borc 292.396,99 manat təşkil etmiş, həmin borcdan 244.436,29 manat ödənilmiş, yekunda cavabdehə ödənilməli olan 47.961 manat borc qalmışdır. Beləliklə, hazırda iddiaçı tərəfindən ƏDV borcu daxil olmaqla cavabdehə ödənilməli olan borc məbləği 47.961 manat təşkil etmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən şifahi və pretenziya qaydasında dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh qalıq borcunu ödəməkdən imtina etmişdir.

12. Cavabdeh ilk iddia tələbinə dair bildirmişdir ki, iddiaçıya göndərilmi ş və şirkət tərəfindən təsdiq olunmuş elektron qaimələrdə göstərilən məbləğdə mallar iddiaçıya təhvil verilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün elektron qaimələr 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olmamışdır. 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olan mallar yalnız 2021-ci il tarixli 012482 nömrəli, 2021-ci il 4 fevral tarixli 022697 nömrəli, 2021-ci il 5 fevral tarixli 043320 nömrəli, 2021-ci il 2 mart tarixli 141166 nömrəli, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaimədə əks olunan mallar olmuş, bu malların da cəmi məbləği 227.447,91 manat təşkil etmişdir. İddiaçı həmin mallardan 178.000 manat məbləğində qaimə üzrə malı aldığını etiraf etmiş, lakin həmin malı hansı qaydada aldığını məhkəməyə bildirməmişdir. Aralarındakı işgüzar münasibətlər bu q aydada qurulmuşdur ki, mal iddiaçıya çatdırılırdı, elektron qaimə vurulurdu, iddiaçı malı aldığı halda elektron qaiməni təsdiq edərək ödəniş edirdi. Ödənişlərdən də göründüyü kimi, vurulan elektron qaimələr ilə iddiaçıya göndərilən elektron qaimələr arasında müddət fasilələri var idi. İlk qaimələr 2021-ci il 4 fevral tarixində, növbəti qaimələr 2022-ci il 24 fevral, 2021-ci il 2 mart, 2021-ci il 6 yanvar tarixində də vurulmuşdur. Göründüyü kimi, növbəti qaimələr arasında 1 ay müddət mövcud olmuşdur. Təqdim olunan qaimələr üzrə malların göndərilmədiyi halda iddiaçının növbəti, ondan 1 ay sonra göndərilən elektron qaimənin təsdiq edilməsi və həmin elektron qaimə üzrə pulun ödənilməsi faktı özü sual doğurur. Əgər iddiaçıya əvvəlki ödənilmiş elektron qaimələr üzrə mallar göndərilməmişdisə, i ddiaçı sonrakı elektron qaimələri təsdiq etməməli idi. Vergi qanunvericiliyinin tələblərinə görə də iddiaçıya malın verilməsinin rəsmiləşdirilmə sənədi yalnız qaimələr ola bilər. Hazırda həmin qaimələrin elektron qaydada verilməsi nəzərdə tutulmuşdur. İddiaçı öz iddia tələbini başqa qaydada sübut edə bilməmiş və məhkəməyə başqa sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları isə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin yazışmaların mənbəyi məhkəməyə məlum deyil. Həmin yazışmaların kiminlə və hansı suallar üzrə aparılması, araşdırılan məsələyə aid olub-olmaması məsələsi sual doğurur. İddiaçı bu hissədə həmin sübutun mötəbərliyini və məhz bu mübahisəyə aid olmasını sübut etməlidir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2- 2(113)3255/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim L.Əliyeva).

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)3255/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd olunmuş, ilk iddia verilərkən artıq ödənilmiş 193,52 manat dövlət rüsumunun ilk iddiaçıya qaytarılması və çəkilmiş qalan məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid olunması qət edilmiş, qarşılıqlı iddia üzrə isə iddiaçıdan 9.598,8 manat borcun tutularaq cavabdehə ödənilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia rədd olunmuşdur (hakim L.Əliyeva).

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq 114.011,38 manat dəyərində elektron qaimələrdə göstərilən malların təqdim olunmadığını iddia etm iş, lakin hansı qaimələr üzrə hansı malların cavabdeh tərəfindən təqdim edilmədiyini dəqiqləşdirməmişdir.

16. Məhkəmə tərəfindən əsasında mal təqdim olunmamış elektron qaimələrin siyahısının dəqiqləşdirilməsi təklif edildikdən sonra iddiaçı məhkəməyə 3.048 manat dəyərində 2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 10.436 manat dəyərində 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli; 6.042 manat dəyərində 2021-ci il 5 fevral tarixli EBAX seriyalı 043320 nömrəli; 6.104,05 manat dəyərində 2021-ci il 2 mart tarixli EBAY seriyalı 141166 nömrəli və 24.877,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli; cəmi 50.507,92 manat dəyərində qaimələrdə göstərilən malların onlara verilməməsi barədə arayışı təqdim etmişdir.

17. İddiaçı həmin arayışı məhkəməyə təqdim etməklə dolayısı ilə qalan 241.889,04 (292.396,96- 50.507,92) manat məbləğində elektron qaimələr üzrə malların onlara təqdim olunduğunu təsdiq etmişdir. 18. 50.507,92 manat məbləğində malların təqdim edilməsinə dair mübahisəli qaimələrə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaiməfaktura bu qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göründüyü kimi, elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim olunmasını təsdiqləyən ilkin sənədlər (müqavilələr (əqdlər ), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

19. Hazırkı halda mübahisəli 50.507,92 manat dəyərində elektron qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasını təsdiqləyən əlavə sübutlar (təhvil-təslim aktları və.s) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də digər elektron qaimələrdən fərqli olaraq iddiaçı tərəfindən həmin qaimələr üzrə hissəvi ödənişlər də aparılmamışdır.

20. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş məlumatlardan göründüyü kimi, avtomatik olaraq sistem tərəfindən təsdiqlənmiş digər qaimələrdən fərqli olaraq mübahisəli elektron qaimələrdən ikisi - 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli elektron qaimələr iddiaçının özü tərəfindən təsdiqlənmişdir.

21. Məhkəmə cəmi 12.146,05 manat dəyərində mübahisəli elektron qaimələrin iddiaçının özü tərəfindən təsdiq edilməsi faktını həmin qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasına dəlalət edən hal kimi qiymətləndirmişdir.

22. Qalan 38.361,87 (50.507,92-12.146,05) manat məbləğində elektron qaimələrlə (2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli və 24.877,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli) bağlı məhkəmə qeyd etmişdir ki, həmin qaimələrdə göstərilən malların təqdim edilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, cavabdeh həmin qaimələr əsasında 38.361,87 manat pulu n ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır.

23. Məhkəmə cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə iddiaçıya 254.035,09 manat (292.396,96-38.361,87) məbləğində mallar təqdim olunmasını, bunun müqabilində isə iddiaçı tərəfindən 65.000 avans ödənişi də daxil olmaqla, 244.436,29 manat pul ödənilməsini nəzərə alaraq iddiaçının mübahisəli müqavilələr üzrə cavabdehə borcunun 9.598,8 manat (254.035,09-244.436,29 manat) təşkil etməsi nəticəsində qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 9.598,8 manat məbləğində borcun tutularaq cavabdehə ödənilməsi qənaətinə gəlmişdir.

24. Birinci instansiya məhkəməsi 65.000 manat məbləğində avans məbləğinin geri qaytarılması barədə ilk iddiaya münasibətdə isə qeyd etmişdir ki, 2021-ci il 8 aprel və 4 may tarixlərində iddiaçı tərəfin dən cavabdehə cəmi 65.000 manat məbləğində avans ödənişi edilmişdir. Həmin avans üzrə malların təqdim olunması isə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır.

25. Eləcə də avansın ödənildiyi tarixlərdən sonra həmin məbləğdə elektron qaimənin göndərilməməsi də (həmin tarixdən sonra cavabdeh tərəfindən yalnız 2022-ci il 24 fevral tarixində cəmi 24.877,87 manat dəyərində EBBR 836129 nömrəli elektron qaimə vurulmuşdur) avans əsasında təqdim edilməli olan malların iddiaçıya təqdim olunmamasına dəlalət etmişdir. Bu baxımdan ilk iddianın dəlilləri əsaslı olmuşdur.

26. Digər tərəfdən, yuxarıda da müəyyən edildiyi kimi, 65.000 manat məbləğində avans nəzərə alındıqda, yəni həmin məbləğ iddiaçının borcundan çıxıldıqda belə mübahisəli müqavilələr üzrə iddiaçının cavabdehə 9.598,8 mana t məbləğində borcu mövcud olmuşdur. Bu baxımdan 65.000 manat pulun tutulması hissəsində ilk iddianın təmin edilməsi üçün əsas mövcud olmamışdır.

27. Məhkəmə həmçinin təqdim edilən “whatsapp” yazışmalarına və cavabdehin satış şöbəsinin əməkdaşı X10 yazılı izahatına münasibətdə qeyd etmişdir ki, həmin sənədlərin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədlərin həqiqi olmasını sübuta yetirə bilmədiyindən, məhkəmə sözügedən sənədləri mötəbər sübut kimi qiymətləndirməmişdir.

28. İlk iddianın 65.000 manat məbləğində malların təqdim olunmaması nəticəsində dəymiş zərərə görə 51.477,41 pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materialları ilə cavabdeh tərəfindən 65.000 manat məbləğində sendviç panellərin iddiaçıya təqdim edilməməsi, y əni cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini pozulması iş materialları ilə öz təsdiqini tapır.

29. Məhkəmə pozuntu nəticəsində iddiaçıya maddi zərər vurulub-vurulmaması ilə bağlı bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehdən dəfələrlə sendviç panellər alınmış, yəni iddiaçının mütəmadi olaraq həmin materiala ehtiyacı olmuşdur. Göstərilən hal da nəzərə alınarsa 2021-ci ilin aprelində cavabdehə sifariş edilərək avans ödənilmiş malları yalnız 2022-ci ilin avqustunda, yəni 1 il dörd ay sonra “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti” alması inandırıcı görünmür.

30. İddiaçı cavabdehdən 10\21saylı sifarış müqaviləsi üzrə alınmış bütün mallar, o cümlədən sifariş edilmiş, lakin təqdim edilməmiş 65.000 manat məbləğində sendviç panel, eləcə də sonrada n “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”dən alınmış sendviç panellərin məhz həmin obyektdə işlərin görülməsində istifadə edilməsi ilə bağlı təqdim etdiyi Qanuni nümayəndə adlı şəxs ilə bağladıqları 2021-ci il 25 may tarixli AS2572 nömrəli alqı-satqı müqaviləsi (soyuducu anbarlar dəstinin quraşdırılması) üzrə MMC tərəfindən görülmüş işlərin təhvil verilməsi barədə 2022-ci il 14 noyabr tarixli aktla bağlı məhkəmə qeyd etrmişdir ki, iş materiallarından görünür ki, tərəflər arasında sonuncu 10\21saylı sifarış müqaviləsi 2021-ci il 4 fevral tarixdə bağlandığı və avanslar 2021-ci il 8 aprel və 2021-ci il 4 may tarixlərində ödənildiyi halda soyuducu anbarlar dəstinin quraşdırılması dair müqavilə 2021-ci il 25 may tarixdə bağlanmışdır. Göstərilən hal isə cavabdehə ava nsı ödənilmiş, lakin təqdim edilməmiş malların məhz həmin işlərin görülməsində istifadə üçün nəzərə tutulduğunu istisna edir. 31. 2021-ci ilin aprelində cavabdehə sifariş edilmiş malların sonradan “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən alındığını ehtimal edilsə belə iddiaçıya maddi zərər vurulması müəyyən edilmir.

32. Məhkəmə qeyd etmişdir ki, “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən invoys dəyəri 14.226,67 ABŞ dolları (19.518,89 ABŞ dolları məbləğində olan invoysa daxildir) dəyərində 605,39 kv.m. sendviç panel və invoys dəyəri 11.219,37 ABŞ dolları (xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 30.940,67 ABŞ dolları olan mallara daxildir) məbləğində qeyri-müəyyən miqdarda sendviç panel, yəni cəmi invoys dəyəri 25.446 ABŞ dolları (43.258,28 manat) olan sendviç panel alınmışdır. Odur ki, həmin malların gömrük rəsmiləşdirilməsinə çəkilmiş xərclər nəzərə alınsa belə iddiaçı həmin malları cavabdeh ilə razılaşdırdığı qiymətdən (65.000 manat) nisbətən daha baha qiymətə alması, yəni MMCyə maddi zərər vurulması müəyyən edilmir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 567, 385.1, 442, 443.1, 443.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3 və 3.1-3.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ilk iddianın rədd olunmuş hissəsində ləğv edilməklə, ilk iddianın tam təmin olunması xahiş edilmişdir.

35. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd olunmuş hissədə ləğv edilməklə, qarşılıqlı iddianın tam təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təm in edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 42.039,33 manat pulun tutulması qət edilmiş, qarşılıqlı iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş cəmi 504 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, cavabdehin çəkdiyi məhkəmə xərclərin onun özünə aid edilməsi qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia tələbləri üzrə MMin 599.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmuş, həmin iddia tələbləri üzrə MM-in 443.1-ci maddəsinin və qarşılıqlı iddia tələbləri üzrə MM-in 59 8.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğu isə müəyyən edilməmişdir.

38. Tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

39. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin satış şöbəsinin əməkdaşı X10 adından yazılmış 2023-cü il 29 yanvar tarixli izahat təqdim edilmişdir. Həmin izahatda X12 iddiaçıya (direktor Rəşad Səfərliyə) müraciət edərək bildirmişdir ki, “cavabdehdən dəyəri 64.000 manat olan (100 mm-lik “sundvich” panel-1250 kv.m) malı təhvil alıb iddiaçıya gətirməli və təhvil verməyə borclu olduğu halda, həmin malı ünvana çatdırmamış, qeyd olunan malı fərqli şəxslərə sataraq pulunu aparıb cavabdehin rəhbərliyinə çatdırmışdır. Hazırda cavabdehin iddiaçıya 64.000 manat borcu vardır”.

40. Apellyasiya icraatında isə iddiaçının nümayəndəsi tərəfindən cavabdehin hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) Vəkil2 tərəfindən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatın surəti təqdim edilmişdir. Həmin izahatda Vəkil2 göstərmişdir ki, cavabdehin əməkdaşı X8 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə sataraq həmin pulu mənimsəmişdir. X8 cavabdehə ümumilikdə 295.000 manat ziyan vurmuşdur. X1 2022-ci il 1 mart tarixində şirkət daxili dindirmə protokolunda etiraf edərək yazılı surətdə təsdiq etmişdir.

41. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmin izahata aydınlıq gətirilməsi təklif edilmiş və o, izahatda qeyd olunan məlumatların ilkin məlumat olduğu, lakin sonradan öz təsdiqini tapmadığını bildirmişdir.

42. Məhkəmə ilk olaraq hazırkı mərhələdə təqdim edilmiş həmin izahatın gecikdirilmiş sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir. Belə ki, həmin izahat cavabdehin nümayəndəsi tərəfindən verildiyinə görə yazılı sübut kimi iddiaçıya deyil, cavabdehə məxsus sübutdur. Habelə iddiaçının nümayəndəsi bildirmişdir ki, “birinci instansiya məhkəməsi X6 adından olan izahat üzrə araşdırma aparmadığına görə apellyasiya icraatında polis orqanına müraciət edib həmin izahatı əldə etmək məcburiyyətində qalmışdır”. İş materiallarından da həmin sübutun hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam yerinə yetirmədiyinə və MPM-in 372.2-ci maddəsində göstərilən əsaslar mövcud olduğuna görə, kollegiya həmin yazılı izahatın sübut kimi qəbul edilməsi qənaətinə gəlmişdir.

43. Bu səbəbdən, qeyd olunan izahatlar mötəbər sübut kimi qiymətləndirilmiş və iddiaçının istinad etdiyi hal, yəni iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilən malların tam təhvil verilmədiyi halı qismən qəbul olunmuşdur. Belə ki, bu hal həm cavabdehin əməkdaşı olmuş X6 özünün, həm də hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) tərəfindən yazılı şəkildə etiraf olunmuşdur. İzahatda qeyd olunan məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatını isə kollegiya ağlabatan və inandırıcı hesab etməmişdir. Çünki həmin izahatda qeyd edilmişdir ki, “həmin məlumat, yəni X6 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç pan el mallarını başqa şirkətə satması faktı şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunmuş və göstərilənlər X6 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edilmişdir”.

44. Bu baxımdan məhkəmə, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsinə görə göndərilmiş elektron qaimələrin cəmi məbləğindən (292.396,96 manat) qeyd olunan izahatda təqdim edilməməsi etiraf olan məbləğin (90.000 manat) çıxılması qənaətinə gəlmişdir. Bu qaydada hesablama aparıldıqda isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş, lakin cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyəri 42.039,33 manat təşkil etmişdir (292.396,96 – 90.000 = 202.396,96; 244.436,29 – 202.396.96 = 42.039,33).

45. Kollegiya zərərin əvəzinin ödənilməsi barədə tələbin isə təmin olunmaması qənaətinə gəlmişdir.

46. Qarşılıqlı iddiaya münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş bütün malların dəyəri ödənilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 443.1, 598.3 və 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.1, 77.1 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

48. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 65.000 manat pulun tutulması barədə qərar qəbul olunması xahiş edilmişdir.

49. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ilk iddianın qismən təmin olunmuş hissəsində rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(102)-635/2024 nömrəli qərarı ilə kassasiya şikayətləri qism ən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər A.Abbasov və B.Qəribov).

51. İddiaçının kassasiya şikayətinin işin bütün hallarının iddiaçı tərəfindən cavabdehin nümayəndələrinin izahat və rəsmi sənədlərlə sübuta yetirilməsinə, lakin məhkəmənin bununla bağlı hərtərəfli araşdırma aparmamasına, polis idarəsinə verilmiş ifadə və qəbul edilmiş qərarı iddiaçı məhkəməyə təqdim etdikdən sonra da cavabdehin məhkəmə çıxışlarında uyğunsuzluqların mövcud olmasına dair dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, o cümlədən ilkin idd ianı müvafiq hissədə əsaslı hesab edərkən bu sübutlara istinad etmişdir.

52. Şahid qismində ifadə vermək üçün məhkəməyə gəlmiş Mustafa Aykanatın dindirilməməsinə, iddiaçının bu barədə şifahi vəsatətinin təmin olunmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş həmin şəxsin polis idarəsində verdiyi izahatı mötəbər sübut kimi qiymətləndirdiyindən, habelə öz qətnaməsinin əsaslandırıcı hissəsində ona istinad etdiyindən sözügedən dəlillər qətnamənin ləğvi üçün səbəb deyildir.

53. Məhkəmə iclaslarının prosessual tələblər pozulmaqla dəfələrlə əsassız təxirə salınmasına dair dəlillərlə əlaqədar qeyd olunmuşdur ki, iddiaçı bunun işin mahiyyəti üzrə yanlış nəticəyə gəlinməsinə səbəb olduğunu əsaslandıra bilmədiyindən, həmin dəlil lərin əsaslı olması fərz edilsə belə, onlar MPM-in 418.3-cü maddəsinin tələbləri baxımından mübahisələndirilən qətnamənin ləğvi üçün əsas kimi qəbul edilə bilə bilməz.

54. Cavabdehin əməkdaşlarının polis idarəsində verdikləri etiraf izahatlarının əslinin məhkəməyə təqdim olunmamasına dair dəlillərlə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarından əsasən, cavabdeh tərəfin özü də həmin izahatların mövcud olmamasına, yaxud başqa məzmunda olmasına dair hər hansı dəlil, sübut məhkəməyə təqdim etməmiş, əksinə, izahatdakı məlumatların ilkin məlumat olmasına və sonradan öz təsdiqini tapmamasına dair dəlillər irəli sürmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə bağlı qətnamənin ləğvinə səbəb ola biləcək ciddi hüquq pozuntusuna yol verməmişdir.

55. Ci nayət təqibi orqanının orada verilmiş izahatda yazılanların doğruluğu ilə bağlı hər hansı qərarının mövcud olmamasına, cinayət təqibi qaydasında bu halların təyin olunmamasına dair dəlillərlə əlaqədar qeyd edilmişdir ki, müvafiq izahatlarla əlaqədar cinayət işi başlanılmasa belə, şəxsin cinayət təqibi orqanında verdiyi izahat mülki mühakimə icraatı zamanı verdiyi izahatlardan prosessual baxımdan heç nə ilə fərqlənmir və iş üzrə sübutlardan biridir. İzahatda göstərilən məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmamasına dair cavabdeh tərəfin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi elə cavabdehin nümayəndəsinin öz izahatından sitat gətirərək, X6 iddiaçıya çatası sendviç panel mallarını başqa şirkətə satması faktının şirkətdə aparılan yoxlamalar və müştərilərl ə üzləşmə aparılarkən müəyyən olunduğunu və göstərilənlərin X6 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edildiyini vurğulamışdır.

56. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi Vəkil2 cinayət təqibi qaydasında verdiyi izahatın məhkəmə tərəfindən gecikdirilmiş sübut hesab edilməməsinin əsaslandırılmamasına dair dəlillərlə əlaqədar qeyd etmişdir ki, həmin dəlillər ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni öz qətnaməsində lazımi qaydada əsaslandırmış, cavabdeh isə kassasiya şikayətində həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

57. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı cəmi 65.000 manat əvvəlcədən verilmiş avans ödənişi dəyərində malların ona təhvil verilmədiyini iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi iddiaçıya 90.000 manat malın verilməməsi qənaətinə gəlmiş, bununla da mülki prosesin fundamental prinsiplərindən biri olan dispozitivlik prinsipini və MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq, qanunda göstərilən hər hansı müstəsna halın mövcudluğunu əsaslandırmadan iddia tələblərindən kənara çıxmışdır (bununla bağlı dəlillər hər iki tərəfin kassasiya şikayətində öz əksini tapmışdır).

58. Göstərilən səbəbdən məhkəmə kollegiyası hazırda elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərinə və bununla əlaqədar tərəflərin bir-birinə qarşı borcunun yaranıb-yaranmamasına, əgər yaranmışdırsa, borcun məbləğinə dair birmənalı nəticə yə gəlməyi, o cümlədən kassasiya şikayətlərinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını qeyri-mümkün hesab edir.

59. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

60. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 404, 443, 598, 599-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.1, 218.3 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 aprel tarixli 2-2(103)-247/2025 nömrəli qətnamə si ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər V.Sadıqov və E.Həsənov).

62. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iki alqısatqı müqavilələri üzrə satıcı "xxxx" MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilkin iddiada qaytarılması tələb edilən avans ödənişi də daxil olmaqla cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir.

63. İddiaçı ilkin olaraq 114.011,38 manat dəyərində elektron qaimələrdə göstərilən malların təqdim edilmədiyini iddia etmiş, lakin hansı qaimələr üzrə hansı malların cavabdeh tərəf indən təqdim edilmədiyini dəqiqləşdirməmişdir.

64. Məhkəmə tərəfindən əsasında mal təqdim edilməmiş elektron qaimələrin siyahısının dəqiqləşdirilməsi təklif edildikdən sonra iddiaçı məhkəməyə 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli, 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli, 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli, cəmi 50.507,92 manat dəyərində qaimələrdə göstərilən malların onlara verilməməsi barədə arayışı təqdim etmişdir.

65. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin arayışı məhkəməyə təqdim etməklə dolayısı ilə qalan 241.889,04 (292.396,96-50.507,92) manat məbləğində elektron qaimələr üzrə malların onlara təqdim edildiyini təsdiq etmişdir

66. Göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli 50.507,92 manat dəyərində elektron qaimələrdə göstərilən malların iddiaçıya təqdim edilməsini təsdiq edən əlavə sübutlar (təhvil-təslim aktları və.s) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də digər elektron qaimələrdən fərqli olaraq iddiaçı tərəfindən həmin qaimələr üzrə hissəvi ödənişlər də aparılmamışdır.

67. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş məlumatlardan g öründüyü kimi avtomatik olaraq sistem tərəfindən təsdiqlənmiş digər qaimələrdən fərqli olaraq mübahisəli elektron qaimələrdən ikisi - 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli elektron qaimələr iddiaçının özü tərəfindən təsdiqlənmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi cəmi 12.146,05 manat dəyərində mübahisəli elektron qaimələrin iddiaçının özü tərəfindən təsdiq edilməsi faktını həmin qaimələrdə göstərilən malların MMC-yə təqdim edilməsinə dəlalət edən hal kimi qiymətləndirmişdir.

69. Qalan 38.361,87 (50.507,92-12.146,05) manat məbləğində elektron qaimələr ilə (EBAN seriyalı 497573 nömrəli 2020-ci il 11 avqust tarixli; EBAX seriyalı 022697 nömrəli 2021-ci il 4 fevral tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli 2022-ci il 24 fevral tarixli) bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qaimələrdə göstərilən malların təqdim edilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından cavabdeh həmin qaimələr əsasında 38.361,87 manat məbləğində pul vəsaitinin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyil.

70. Beləliklə, cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə iddiaçıya 254.035,09 manat (292.396,96- 38.361,87) məbləğində mallar təqdim edilmişdir. Bunun müqabilində isə iddiaçı tərəfindən 65.000 avans ödənişi də daxil olmaqla 244.436,29 manat məbləğində pul ödənildiyindən iddiaçının mübahisəli müqavilələr üzrə cavabdehə borcu 9.598,8 manat (254.035,09-244.436,29 manat) təşkil edir.

71. Apellyasiya məhkəməsi 65.0 00 manat məbləğində avans məbləğinin geri qaytarılması barədə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi həqiqətən də 2021-ci il 8 aprel və 2021-ci il 4 may tarixlərində iddiaçı tərəfindən cavabdehə cəmi 65.000 manat məbləğində avans ödənişi edilmişdir.

72. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin avans üzrə malların təqdim edilməsi isə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Eləcə də avansın ödənildiyi tarixlərdən sonra həmin məbləğdə elektron qaimənin göndərilməməsi də (həmin tarixdən sonra cavabdeh tərəfindən yalnız 2022-ci il 24 fevral tarixdə cəmi 24.877,87 manat dəyərində EBBR 836129 saylı elektron qaimə vurulmuşdur) avans əsasında təqdim edilməli olan malların iddiaçıya təqdim edilməməsinə dəlalət edir. Bu baxımdan ilkin iddianın dəlilləri əsaslıdır.

73. Digər tərəfdən məhkəmə kollegiyası bildirmişdir ki, yuxarıda da müəyyən edildiyi kimi 65.000 manat məbləğində avans nəzər alındıqda, yəni həmin məbləğ iddiaçının borcundan çıxıldıqda belə mübahisəli müqavilələr üzrə iddiaçının cavabdehə 9.598,8 manat məbləğində borcu mövcuddur. Bu baxımdan 65.000 manat məbləğində pulun tutulması hissəsində ilkin iddianın təmin edilməsi üçün əsas yoxdur.

74. Məhkəmə həmçinin təqdim edilən whatsapp yazışmalarına və Cavabdeh MMMnin satış şöbəsinin əməkdaşı X10 yazılı izahatına münasibətdə qeyd etmişdir ki, həmin sənədlərin həqiqiliyi MMC tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədlərin həqiqi olmasını sübuta yetirə bilmədiyindən məhkəmə sözügedən sənədləri mötəbər sübut kimi qiymətləndirmir.

75. İlki n iddianın 65.000 manat məbləğində malların təqdim edilməməsi nəticəsində dəymiş zərərə görə 51.477,41 məbləğində pul vəsaitinin tutulması hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə cavabdeh tərəfindən 65.000 manat məbləğində sendviç panellərin iddiaçıya təqdim edilməməsi, yəni alqı-satqı müqaviləsi üzrə öhdəliklərini pozulması iş materialları ilə öz təsdiqini tapır.

76. Odur ki, hazırda müəyyən edilməli olan hal həmin pozuntu nəticəsində MMC-yə maddi zərər vurulub-vurulmaması ilə bağlıdır.

77. İlkin iddiaçı həmin hissədə iddiasını 65.000 manat məbləğində avans ödənişinin müqabilində təqdim edilməli olan 1250 kv.m. sendviç panelin sonradan başqa satıcıdan daha baha qiymətə almasına məcbur olması və nəticədə ona 51.477,41 məbləğində maddi zərər vurulması il ə əsaslandırmış və zərər vurulması faktını təsdiq etmək üçün məhkəmə İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti” tavan panelləri almasını təsdiq edən e-faktura və invoysu, eləcə də malların AR-yə gətirilməsini təsdiq edən gömrük bəyannamələrini məhkəməyə təqdim etmişdir.

78. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehdən dəfələrlə sendviç panellər alınmış, yəni MMC-nin mütəmadi olaraq həmin materiala ehtiyacı olmuşdur. Göstərilən hal da nəzərə alınarsa 2021-ci ilin aprelində cavabdehə sifariş edilərək avans ödənilmiş malları yalnız 2022-ci ilin avqustunda, yəni 1 il dörd ay sonra “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti” alması inandırıcı görünmür.

79. İddiaçı cavabdehə sifariş edilmiş, lakin təqdi m edilməmiş mallarla “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən alınmış malların eyni obyektin tikintisində istifadə edildiyini sübuta yetirmək üçün Ramin Məmmədov adlı şəxs ilə bağladıqları 2021-ci il 25 may tarixli AS2572 nömrəli alqı-satqı müqaviləsi (soyuducu anbarlar dəstinin quraşdırılması) üzrə MMC tərəfindən görülmüş işlərin təhvil verilməsi barədə 2022-ci il 14 noyabr tarixli aktı məhkəməyə təqdim etmişdir.

80. Məhkəmənin gəldiyi qənaətə görə tərəflər arasında sonuncu 10\21saylı sifarış müqaviləsi 2021-ci il 4 fevral tarixdə bağlandığı və avanslar 2021-ci il 8 aprel və 2021-ci il 4 may tarixlərində ödənildiyi halda iddiaçı ilə Ramin Məmmədov arasında soyuducu anbarlar dəstinin quraşdırılması dair müqavilə 2021-ci il 25 may tarixdə bağlanmışdır. Göstər ilən hal isə cavabdehə avansı ödənilmiş, lakin təqdim edilməmiş malların məhz həmin işlərin görülməsində istifadə üçün nəzərə tutulduğunu istisna edir.

81. Məhkəmə qeyd etmişdir ki, 2021-ci ilin aprelində cavabdehə sifariş edilmiş malların sonradan “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”dən alındığını ehtimal etsək belə iddiaçıya maddi zərər vurulması müəyyən edilmir.

82. Belə ki, iddiaçının maddi zərərin vurulması faktını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən invoys dəyəri 14.226,67 ABŞ dolları (19.518,89 ABŞ dolları məbləğində olan invoysa daxildir) dəyərində 605,39 kv.m. sendviç panel və invoys dəyəri 11.219,37 ABŞ dolları (2022-ci il 26 sentyabr tarixli g ömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 30.940,67 ABŞ dolları olan mallara daxildir) məbləğində qeyri-müəyyən miqdarda sendviç panel, yəni cəmi invoys dəyəri 25.446 ABŞ dolları (43.258,28 manat) olan sendviç panel alınmışdır. Odur ki, həmin malların gömrük rəsmiləşdirilməsinə çəkilmiş xərclər nəzərə alınsa iddiaçı həmin malları cavabdeh ilə razılaşdırdığı qiymətdən (65.000 manat) nisbətən daha baha qiymətə alması, yəni MMCyə maddi zərər vurulması müəyyən edilmir.

83. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 442, 443.1, 443.7, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.1, 218.3, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

84. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə avans olaraq ödənilmiş 65.000 manat pulun tutulması barədə qərar qəbul olunması xahiş edilmişdir.

85. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən - qarşılıqlı iddia tələbinin rədd edildiyi və təmin olunmayan hissəsində ləğv edərək, qarşılıqlı iddia tələbinin tam təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri 86. "xxxx" Məhdud M əsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il tarixli 9 fevral qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı üzrə - cavabdehin şifahi mülahizələrinə əsaslanmaqla yalnız elektron qaimələr əsasında yanlış məhkəmə aktı qəbul etdiklərindən qəbul edilən qətnamənin ləğv olunması zəruridir.

87. MPM-in 390-cı maddəsi üzrə - 2021-ci il 4 fevral tarixli EBAX 012482 saylı və 179.987.3 manat dəyərində elektron qaimə faktura üzrə malların bir hissəsi verilsə də 65.000 manat dəyərində olan son hissə cavabdehin öz əməkdaşı tərəfindən başqa şəxslərə satılmış və mənimsə nilmişdir. Müqavilə üzrə isə cavabdeh həmin malları öz əməkdaşına deyil iddiaçıya təhvil verməli idi. Cavabdehin öz əməkdaşı həmin malları başqasına satdığını etiraf edir, cavabdeh o şəxsdən prokurorluğa müraciət edir. Müraciətdən sonra başa düşür ki Mustafa Aykanatın maddi imkanları ona bu malların dəyərini qaytarmağa imkan verməyəcək bundan sonra belə bir qeyri-etik, işgüzar adətlərə və vicdan normalarına sığmayan plan qurmaqla göndərilmiş elektron qaimələr üzərində fikir qarışdırmaqla 65.000 manatlıq malı iddiaçıya verməsini bildirməyə başlamışdır. Cavabdeh öz iddia ərizəsində göstərir ki yaranmış borc barəsində dəfələrlə yazılı və şifahi şəkildə iddiaçıdan borc tələb etsələr də heç bir nəticə olmamışdır. Lakin bunu təsdiq edən bir sms, mail hətta whatsap yazısı da təqdim edə bilməmiş, bu ifadələr də məhkəmədə araşdırma mövzusu olmamışdır.

88. MPM-in 106.1, 385, 417.1.4-cü maddələri üzrə - qaimələr müqaviləyə uyğun olaraq elektron qaydada sifarişlər əsasında göndərilirdi. Mallar alınandan sonra qaimələr göndərilsəydi EBAX 012482 saylı və 179.987.3 manat dəyərində elektron qaimə faktura 2021-ci il 4 fevral tarixində göndərilsə də həmin qaimə üzrə 2021-ci il 9 fevral tarixində 15.000.16 manat, 2021-ci il 1 mart tarixində 40.000 manat, 2021-ci il 8 iyun tarixində 44.683,95 manat ödənilmişdir. Bu onu göstərir ki, hazır olan malların müqabilində pul ödənilirdi. Buna görə də cavabdehə qarşı özlərinin bildirdiyi kimi öz işçiləri tərəfindən malları mənimsənildikdən sonra onların istehsal imkanları zəifləmiş və iddiaçıdan qalan malları istehsal etmək üçün avans istəmişdir. Məhz b una görə də iddiaçı hələ qeyd olunan qaimə üzrə mallar təhvil verilmədiyi halda iddiaçıya pulu hər hansı qaimə üzrə deyil avans ödənişi olaraq köçürmüşdür. Cavabdeh 2021-ci il 4 may tarixində cavabdehin hesabına 50.000 manat avans köçürmüşdür. Təxminən bir ay sonra 2021-ci il 8 iyun tarixində 44.683,95 manat köçürülmüşdür. EBAX 012482 saylı qaimə üzrə həmin məbləğdə mal təhvil verilmiş və ona uyğun olaraq da pul müvafiq qaimə göstərilməklə köçürülmüşdür. Elə həmin gün 15.000 manat yenidən ödəniş edilmiş, həmin pullar da hər hansı bir qaimə üzrə deyil məhz avans olaraq ödəmişdir. Çünki bu pul müqabilində mal alınmamışdır. Tərəflərindən cavabdehin nümayəndəsinə “əgər mallar verilmişdisə niyə 65.000 manat avans olaraq qəbul edirdiz?” sualına məntiqli cavab verməmiş, hansısa əvvəlki iclaslarda bu barədə fikirlər dediyi üçün bu sualları cavablandırmaqdan imtina etmiş, məhkəmə isə bu hərəkətləri səmimi qəbul etmişdir. Halbuki istehsal etdiyi malı başqa bir təşkilata təhvil verən müəssisənin öz malının dəyərini avans kimi qəbul etməsi məhkəmənin öz dili ilə desək ağlabatan deyildir. Ağlabatan olmayan hallardan biri də mediasiya mərhələlərində və qarşılıqlı iddia ərizəsində iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirdiklərini lakin iddiaçının 47.961 manat borcu qalmısını göstərməsindən sonra müvafiq sübutlar təqdim edildikdən sonra cavabdehin nümayəndəsinin təxəyüllünün məhsulu adlandırıla biləcək borca görə əvəzləşdirilmə kimi uydurma fikirlər səslənmiş və bu uydurma, heç bir əsası olmayan fikirlər məhkəmə kollegiyası tərəfindən səmimi və ağlabatan kimi qəbul edilmişdir.

89. Ödənişlər üçün əsas olmuş elektron qaimələrdən olan 2021-ci il 7 yanvar tarixli EBAX 871045 saylı elektron qaimə faktura əsasında 14.999.99 manat ödəniş edilmiş və qaimə faktura ləğv edilmişdir. Qaimənin ləğvi edilməsi iş materiallarına əlavə edilmiş sənədlərdə də mövcuddur. Bəs bu qaimə üzrə edilmiş ödənişi hansı formada məhkəmə kollegiyasının rəsmi ödəniş kimi qəbul etməsi, hansı qaimə faktura üzrə edilmiş ödəniş olaraq ümumi məbləğə daxil etməsi, həmin qaimə üzrə malların təhvil verilib-verilməməsini necə müəyyən etməsi sualı yaranır.

90. Ali Məhkəmənin 2-2(102)-77/2024 saylı 2024-cü il 5 aprel tarixli qərarı üzrə məhkəmələrin indiyə qədər formalaşmış vahid təcrübəsinə zidd olaraq hazırki işdə məhkəmə kollegiyası sadəcə elektron fakturaları başqa bir sübut olmadan iş üzrə yetərli sübut kimi qiymət verməklə vahid məhkəmə təcrübəsini də pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

91. MM-in 5.3-cü, 425.1-ci, 425.2-ci və 567-ci maddələri üzrə - bütün mallar üzrə tərtib edilmiş elektron qaimələr hüquqi cəhətdən qüvvəli sənədlərdir. Əgər iddiaçı malların təqdim olunmadığını iddia edirsə, həmin qaimələrə dair etirazlarını açıq şəkildə bildirməli, elektron qaimələrə imza atmağa və qəbul etməyə əsas verən hər hansı bir pozuntuya dair məhkəməyə müraciət etməli idi. Lakin təqdim edilən elektron qaimələrə dair heç bir etiraz irəli sürülməməsi və əksinə, həmin qaimələrin qəbul edilməsi, bu sənədlərin alıcı tərəfindən malların təqdim olunması barədə qanuni təsdiq olaraq qəbul edildiyini göstərir.

92. Bu qaimələrin təqdim edilmə tarixləri bir-birindən həm aylarla, həm də i llərlə fərqlənir. Bu, həmin malların bir dəfəyə deyil, vaxt aparan bir müddət ərzində və müxtəlif mərhələlərlə təqdim olunduğunu göstərir. Həmçinin bu hal, malların alıcıya təqdim olunması ilə bağlı davamlı fəaliyyətin həyata keçirildiyini təsdiqləyir.

93. MM-in 442-ci, 443.1-ci, 448.1-ci və 448.2-ci maddələri üzrə - müqavilə çərçivəsində təqdim olunan mallar üçün ümumilikdə 292.396,99 manat məbləğində borc yaranmış və cavabdeh tərəfindən yalnız 244.436,29 manat məbləğində ödəniş edilmişdir. Buna görə də 47.961 manat məbləğindəki borc ödənilməmiş qalır. Bu vəziyyət, cavabdehin öhdəliklərini nəticəsiz icra etməsi və müqavilə şərtlərini pozması kimi qiymətləndirilməlidir.

94. MPM-in 77.1, 88-ci, 106.1-ci və 175.1-ci maddələri üzrə - məhkəmə iş üzrə işdə iştirak edən şəxs kimi iş üçün əhəmiyy ətli olan və onlara məlum olan faktlar barədə izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Sübutların yoxlanması məsələsi hüquqi prosesin vacib elementlərindəndir. Məhkəmə, təqdim olunan sübutları obyektiv şəkildə qiymətləndirməli və onların hüquqi qüvvəsini nəzərə almalıdır. Bu baxımdan, təqdim olunan elektron qaimələr özlüyündə möhkəm və qanuni təsdiq sənədləri kimi qəbul edilir.

95. Həmçinin, məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim olunan arayışa əsaslanmamalıdır, çünki bu arayış birtərəfli şəkildə tərtib olunmuş və obyektivliyi təsdiqlənməmiş bir sənəd olmaqla, digər mötəbər sübutlarla, xüsusilə də təsdiqlənmiş elektron qaimə-fakturalarla ziddiyyət təşkil edir. Məhkəmə bu arayış ın hüquqi qüvvəsini qiymətləndirərkən onun təqdim olunma kontekstini, məqsədini, eləcə də alıcı tərəfin daha əvvəlki hərəkətlərini, yəni elektron qaimələrin qəbulunu və bu sənədlərə qarşı heç bir etiraz irəli sürməməsini nəzərə almalıdır. Yalnız bir tərəfin mövqeyini əks etdirən və digər tərəfin təqdim etdiyi rəsmi sənədlərlə təkzib olunan belə bir arayışın hüquqiəhəmiyyətə malik olması mümkün deyil və bu səbəbdən də məhkəmə obyektivlik və sübutların dəyərləndirilməsi prinsipləri çərçivəsində hər iki tərəfin təqdim etdiyi sənədləri tam şəkildə araşdırmalı və qərarını bütün sübutların ümumi qiymətləndirilməsi əsasında formalaşdırmalı idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

96. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, qanunvericiliyə əsasən av ans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Avans “zadatek” (əmanət) ilə eyni deyil. Zadatek – müqavilənin icrasına təminat xarakteri daşıyır, avans isə sadəcə ödənişin bir hissəsidir. Hazırki mübahisədə iddiaçı tərəfindən ödənilən 65000 manatın beh olması ümumiyyətlə danılmır, ödənişin təyinatında da bu aydın şəkildə qeyd edilmişdir. Qarşılıqlı iddia verən vermiş cavabdeh öz ərizəsində qeyd edir ki guya onlar bütan öhtəliklərini tam şəkildə yerinə yetirib və cavabdehin onlara 47.961 manat məbləğində borcu yaranmışdır. Apellyasiya icraatında tərəflərindən cavabdehin iddiaçıya catacaq 65000 manat dəyərində sendviç panelin öz əməkdaşı tərəfindən sataraq mənimsəməsi qanuni qüvvədə olan qərar və cavabdehin öz nümayənd ələrinin izahatları ilə sübuta yetirilir. Bu hal sübuta yetirildikdən sonra cavabdeh yeni bir uydurma ifadə ilə bildirir ki, guya 65000 manat avansa görə mal göndərilməyib ama əvvəldən borcları vardı ödənilən avansı o borcla əvəzləşdirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyaları 2021-ci il 04 iyun tarixli 1/2021 saylı “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” qərardadında qeyd olunur ki, bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilmə z. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası təkcə bu qərardadı deyil, Azərbaycan Respulikası qanunvericiliyini, dövlətin tərəfdar çıxdığı beynəlxalq normaları və Beynəlxalq Məhkəmə təcrübəsi açıq aşkar heçə saymışdır. Beynəlxalq Məhkəmə Təcrübəsində “Goss və Chilcott” (Privy Council, 1996) işi restitusiya və tam ödənilən qarşılığın olmaması (total failure of consideration) prinsipi əsasında aparılıb. Həmin işdə məhkəmə qərara almışdır ki, əgər qarşı tərəf öhdəliyini yerinə yetirməyibsə, avans geri qaytarılmalıdır - hətta həmin qarşılıq bir hissəylə yerinə yetirilibsə belə. Lakin, nə tərəflərindən təqdim olunan (cavabdehin rəsmilərinin öz imzaları ilə təqsiq etdikləri izahat və qüvvədə olan qərar) sübutlar, nə qarşı tərəfin uydurma yalanları və ziddiyyətli ifadələri, nə də mənim bir vəkil olaraq işin əhəmiyyətli halları barədə dəfələrlə izahları məhkəmə kollegiyasını ədalətli qərar verməyə sövq edə bilməmiş, kollegiya reallıqlar görməmək üçün əlindən gələni sonadək etmişdir. Kassasiya şikayətində sadaladıqlarına əsaslanaraq ədalətin bərqərar olması üçün qanuni araşdırma aparılması və işin şifahi icraata təyin edilməsi ilə şifahi iclasda baxılmasını xahiş edilmişdir. Kassasiya baxışının hədləri

97. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

98. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

99. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi an layışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alqı-satqı müqavil əsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

100. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

101. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

102. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya ins tansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Kollegiya eyni qiymətləndirmənin təkrarlanmasına lüzum görmür.

103. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin işin hallarının süb ut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).

104. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

105. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 aprel tarixli 2-2(103)-247/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar