Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-508/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qarışıq müqavilə (alqı-satqı, podrat, xidmət), əsas borcun tutulması, pul öhdəliyinin icrası və faizlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 2-2(103)-74/2025 nömrəli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2016-cı il 7 iyun tarixli AZRC/012/016 nömrəli xidmətlərin göstərilməsinə dair çərçivə razılaşması bağlanmış, həmin razılaşmaya əsasən, iddiaçı cavabdeh tərəfindən verilən hər hansı alış sifarişində müəyyən edilmiş şərtlərə əsasən bütün zəruri avadanlıqları və materialları təmin etməyi və xidmətləri yerinə yetirməyi, cavabdeh isə avadanlıqların, materialların və xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-6150, AZC-PO-7540, AZC-PO-9258, AZC-PO-9884, AZC-PO-9887, AZC-PO10161, AZC-PO-10853, AZC-PO-11001, AZC-PO-11169, AZC-PO-18874 nömrəli alış sifarişləri verilmiş, qəbu l aktları ilə işlər təhvil alınmış, qəbul edilən işlərə və ödənilməyən qalıq dəyərlərinə dair AZC-PO-6150 nömrəli alış sifarişi üzrə 2023-cü il 3 sentyabr tarixli EBDN 467565 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 57.144,52 manat, AZC-PO7540 nömrəli alış sifarişi üzrə 2023-cü il 11 oktyabr tarixli EBDQ 128018 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 61.092,82 manat, AZC-PO9258 nömrəli alış sifarişi üzrə 2023-cü il 11 oktyabr tarixli EBDQ 069822 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 70.996,97 manat, AZC-PO-9884 nömrəli alış sifarişi üzrə 2023-cü il 5 sentyabr tarixli EBDN 631.738 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 590 manat, AZC-PO9887 nömrəli alış sifarişi üzrə 2023-cü il 16 iyul tarixli EBDJ 989650 seriya və nömrəli elektron qaimə ƏDV dax il olmaqla 59.236 manat, 2023-cü il 5 sentyabr tarixli EBDN 646145 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 38.633,2 manat, AZC-PO10161 nömrəli alış sifarişi üzrə 2023-cü il 7 dekabr tarixli EBDU 564966 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3.658 manat, AZC-PO-10853 nömrəli alış sifarişi üzrə 2023-cü il 23 avqust tarixli EBDM 715858 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10.936,6 manat, AZC-PO-10874 nömrəli alış sifarişi üzrə 2023-cü il 3 sentyabr tarixli EBDN 468022 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6.924,65 manat, AZCPO11001 nömrəli alış sifarişi üzrə 2023-cü il 25 sentyabr tarixli EBDO 975333 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 177 manat, AZC-PO-11169 nömrəli alış sifarişi üzrə 2023-cü il 7 dekabr tarixli EBDO 894509 ser iya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7788 manat dəyərində xidmətlərin (ümumilikdə ƏDV daxil olmaqla 317.177,76 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir;
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2017-ci il 7 dekabr tarixli AZRC/088/017 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MMC tərəfindən təqdim edilmiş xidmət sifarişinə əsasən Fiber Optik (FO) kabellərinin çəkilişi, daşınması, tam montajı, texniki təmir xidmətlərinin və işlərinin, həmçinin lazımi materialların təmin edilməsini, cavabdeh isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərə əsasən həmin materialları, xidmətləri və işləri qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə gö türmüşdür. Həmin müqavilə əsasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-9720 və AZCPO-9723 nömrəli alış sifarişləri verilmiş, qəbul aktları ilə işlər təhvil alınmış, qəbul edilən işlərə və ödənilməyən qalıq dəyərlərinə dair AZC-PO-9720 nömrəli alış sifarişi üzrə 2023cü il 20 iyun tarixli EBDİ 147394 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3.991,35 manat, AZC-PO9723 nömrəli alış sifarişi üzrə 2023-cü il 20 iyun tarixli EBDİ 147669 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2141,7 manat dəyərində xidmətin (ümumilikdə ƏDV daxil olmaqla 6.133,05 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir;
3. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş AZC-PO-6622 nömrəli alış sifarişi üzrə qəbul aktı ilə təhvil alınmış işlərə dair 2023-cü il 3 sentyabr tarixli EBDN 468065 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8.297,76 manat, AZC-PO-9722 nömrəli alış sifarişi üzrə qəbul aktı ilə təhvil alınmış işlərə dair 2023-cü il 20 iyun tarixli EBDİ 148146 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3.112,25 manat, AZCPO-9726 nömrəli alış sifarişi üzrə 2023-cü il 20 iyun tarixli EBDİ 147369 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2.333,45 manat dəyərində xidmətlərin (ümumilikdə ƏDV daxil olmaqla 13.743,46 manat) göstərilməsi üçün tərtib edilmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 296.231,92 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 14.811,5 manat olmaqla ümumilikdə 311. 043,42 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin sifarişinə və tərəflərin arasında bağlanmış müqaviləyə əsasən tikinti, quraşdırma və sair işləri görüb. Lakin cavabdeh AZC-PO-9258, PO-11001, PO 9887, PO-9884, PO 6622, PO-10874, PO 6150, PO-10853, PO-9887, PO 7540, PO 9726, PO 9723, PO 9720, AZC-PO 9722, AZCPO11169, AZC-PO-10161 saylı alış sifarişləri üzrə borcları ödəməkdən yayınır. Belə ki, cavabdeh ümumilikdə iddiaçıya 251 044 mana t (ƏDV-siz) ödəməli olduğu halda, qəsdən ödənişləri ödəmək istəmir. Bu məsələ ilə bağlı dəfələrlə danışıqlar aparılsa da, heç bir halda ödənişlərin edilməyəcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini icra etməyərək (hərəkətsizlik) iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Qeyd olunan borc vaxtında geri qaytarılsa idi, iddiaçı həmin vəsaiti istifadə edərək daha da böyük məbləğdə xeyir əldə də bilərdi. Qeyd olunan alış sifarişləri üzrə ƏDV məbləği isə 45.187,92 manat təşkil edir. Eyni zamanda iddiaçı cavabdehə qeyd olunan məbləği 1 ildən artıqdır ki, ödəməkdən boyun qaçırır. Tərəflər arasında rəsmi yazışmalar da mövcuddur. Lakin yuxarıda qeyd olunan alış sifarişləri müxtəlif vaxtlarda olduğundan yekun məbləğ üzrə (iddia olunan məbləğ) borcun ödənilməsi tələbi 2023-cü ilin sentyabr ayından başlamışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390, 442, 448-ci maddələrinə istinad olunmuşdur.
7. Cavabdeh iddiaya etiraz edərək, elektron qaimə-fakturanın alış aktlarında işlərin görülməsinin rəsmiləşdirmə üsulu kimi çıxış etmədiyini, aktlarda olan möhürün isə onlara məxsus olub-olmaması ilə bağlı araşdırma aparıldığını bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyul tarixli e-2-2(113)-1830/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 296.231,92 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 5.478,26 manat olmaqla ümumilikdə 301.710,18 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişd ir (hakim – Nərmin Əhmədova).
9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında bağlanmış xidmət müqavilələri mahiyyətinə görə podrat müqaviləsi olub, podratçının işi icra etməsi, sifarişçinin isə muzd ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı bu maddələrə əsasən muzdun ödənilməsini tələb etməkdə haqlıdır.
10. Cavabdehin elektron qaimə-fakturaların etibarsızlığı barədə etirazı əsassız hesab edilmişdir, çünki tərəflərin münasibətində işlər qəbul aktları ilə qəbul olunmuş, dəyərin bir hissəsi ödənilmiş, qalıq hissə isə elektron qaimələrlə rəsmiləşdirilmişdir. Bütün akt və qəbzlər cavabdehin möhürü ilə təsdiq olunmuşdur. Möhürün mənsubiyyəti ilə bağlı etiraz da qəbul edilməmişdir, çünki mövcud qanunvericiliyə əsasən möhürdən istifadə hüquqi şəxsin iradəsindən asılıdır, möhürlə təsdiqlənm iş sənədlərin etibarsızlığı yalnız onun oğurlandığı, itirildiyi və ya üçüncü şəxslərin əlinə keçdiyi halların sübutu ilə təsdiqlənə bilər. Cavabdeh belə sübut təqdim etməmişdir.
11. Məhkəmə vurğulamışdır ki, cavabdeh özü də əsas borcu təsdiq edən barışıq sazişinin layihəsini iddiaçıya göndərmişdir. Bu isə onun borcu qəbul etdiyini göstərir. Mülki dövriyyənin əsas prinsipi olan “müqavilələr icra olunmalıdır” qaydasına görə cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, cavabdeh xidmət müqavilələri üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək öhdəliyini pozmuşdur və bu məsuliyyətdən azad deyil. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehdən ƏDV daxil olmaqla 296.231,92 manat məbləğində əsas borc tutularaq iddia çıya ödənilməlidir.
12. İddiaçı əsas borc məbləğinə əlavə olaraq illik 5% qanuni faiz hesablanmaqla 14.811,5 manatın da cavabdehdən tutulmasını xahiş etmişdir. MM-in 2023-cü il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasında 445.7-ci maddəsinə görə borclu pul məbləğini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr və 2009-cu il 9 iyul tarixli qərarlarında da bu norma şərh olunaraq vurğulanmışdır ki, pul öhdəliyinin gecikdirilməsi kreditor üçün minimal qanuni faiz tələb etmək hüququ yaradır, lakin daha böyük məbləğin tələb olunmasını istisna etmir.
13. Məhkəmə qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsinin tətbiq i borclunun icranı gecikdirməsi faktının müəyyən edilməsindən asılıdır. Bu məqsədlə MM-in 445.2-ci maddəsinə əsasən iki hal – öhdəliyin müddətində icra edilməməsi və kreditorun etdiyi xəbərdarlığa baxmayaraq icranın həyata keçirilməməsi təsdiqlənməlidir. İstisna hal kimi isə MM-in 445.4-cü maddəsinə görə, əgər icra üçün təqvim günü müəyyən olunubsa, borclu həmin gündə öhdəliyi icra etmədikdə, xəbərdarlıq tələb olunmur.
14. Hazırkı işdə alış sifarişlərində ödənişlərin 30 gün ərzində aparılması nəzərdə tutulsa da, tərəflərin işgüzar münasibəti bu qaydada olmamış, xidmətlərin bir hissəsi dərhal ödənilmiş, qalan hissə isə elektron qaimə-faktura əsasında müəyyən edilmişdir. İddiaçı uzun müddət ərzində pulun ödənilməsini tələb etməmiş, faktiki olaraq cavabdehə möhlət vermişdir. Buna görə də MM-i n 445.4-cü maddəsi tətbiq edilə bilməz.
15. İddiaçının yalnız 2024-cü il 19 fevral tarixdə pulun ödənilməsi barədə pretenziya məktubu göndərməsi nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, cavabdeh həmin tarixdən etibarən öhdəliyi gecikdirmişdir. Beləliklə, faiz hesablanması da 2024-cü il 19 fevral tarixindən başlanaraq iddia ərizəsinə dəqiqləşmə verilən 2024-cü il 3 iyul tarixinədək – ümumilikdə 135 gün üçün aparılmalıdır.
16. Bu müddət üzrə hesablamaya görə, əsas borca illik 5% ilə 5.478,26 manat faiz təşkil edir (296.231,92 x 5% / 365 gün x 135 gün).
17. Nəticədə məhkəmə cavabdehdən ƏDV daxil olmaqla 296.231,92 manat əsas borcla yanaşı, 5.478,26 manat qanuni faizin tutularaq iddiaçıya ödənilməsinə qərar vermişdir.
18. Bundan başqa məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxar ıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 584 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Gəldiyi nəticəni məhkəmə MM-in 11.4-1, 16.1-1.3, 61, 331.2, 360.2, 385.1, 386.1, 390.1, 427.3, 442, 445.2, 445.4, 445.7, 448.1, 448.2, 448.3, 752.1, 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-970/2024 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 11 mart tarixli 5/70 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2023-cü il 27 sentyabr (c 1, i.v 66), 2023-cü il 5 oktyabr (c 1, i.v 136), 2023-cü il 21 sentyabr tarixli (c 1, i.v 236) mədaxil qəbzlərin (receipt order) və 2022-ci il 5 avqust tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 2, i.v 38), 2022-ci il 5 avqust tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 2, i.v 39) son qəbul aktların blankları, üzərlərində olan imzalar və möhür əksi reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş 2022-ci il 26 oktyabr tarixində başlamış 2023-cü il 18 iyun tarixində bitmişdi (c 1, i.v 117), 2023-cü il 10 aprel tarixində başlamış 2023-cü il 10 may tarixində bitmişdi (c 1, i.v 214), 2023-cü il 10 iyun tarixində başlamış 2023-cü il 15 iyun tarixində bitmişdi (c 1, i.v 247) son qəbul aktların üzərlərində olan Cavabdeh azerconnect” məzmun möhür əksləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Təqdim edilmiş 2023-cü il 11 sentyabr (c 1, i.v 103), 2023-cü il 28 iyul (c 1, i.v 126), 2023-cü il 29 avqust (c 1, i.v 143), 2023-cü il 13 sentyabr (c 1, i.v 149), 2023-cü il 11 sentyabr tarixli (c 1, i.v 160) mədaxil qəbzlərin (receipt order) üzərlərində olan “LOQİSTİKA VƏ MATERİALLARİ N İDARƏ EDİLMƏSİ ŞÖBƏSİ azerconnect” məzmunlu və 2022-ci il 21 iyun tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 1, i.v 180,184), 2023-cü il 15 may tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 1, i.v 227), 2023-cü il 15 may tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 2, i.v 4), 2023-cü il 1 iyun tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 2, i.v 9), 2023-cü il 1 iyun tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmiş (c 2, i.v 15) son qəbul aktlarının üzərlərində olan Cavabdeh azerconnect” məzmun möhür əksləri şırnaqlı printerdə çap edilmişdir. Cavabdeh azerconnect” məzmun möhür əksləri 2022-ci il 3 fevral tarixində başlamış 2022-ci il 14 aprel tarixində bitmişdi (c 2, i.v 167) son qəbul aktın üzərində olan Cavabdeh azerco nnect” məzmun möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş 2022-ci il 26 oktyabr tarixində başlamış 2023-cü il 18 iyun tarixində bitmişdi (c 1, i.v 117), 2022-ci il 21 iyun tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 1, i.v 180- 184), 2023-cü il 10 aprel tarixində başlamış 2023-cü il 10 may tarixində bitmişdi (c 1, i.v 214), 2023-cü il 15 may tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 1, i.v 227), 2023-cü il 10 iyun tarixində başlamış 2023-cü il 15 iyun tarixində bitmişdi (c 1, i.v 247), 2023-cü il 15 may tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 2, i.v 4), 2023-cü il 1 iyun tarixində başlamış 2023-cü il 19 iyun tarixində bitmişdi (c 2, i.v 9), 2023-cü il 1 iyun tarixində başlamış 2023-cü il 19 iyun tari xində bitmişdi (c 2, i.v 15), 2022-ci il 5 avqust tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 2, i.v 38), 2022-ci il 5 avqust tarixində başlamış 2022-ci il 10 avqust tarixində bitmişdi (c 2, i.v 39) 2022-ci il 3 fevral tarixində başlamış 2022-ci il 14 aprel tarixində bitmişdi (c 2, i.v 167) son qəbul aktların üzərlərində olan Cavabdeh azerconnect” məzmunlu möhür əksi və onların surətləri eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 2023-cü il 27 sentyabr (c 1, i.v 66), 2023-cü il 5 oktyabr (c 1, i.v 136), 2023-cü il 21 sentyabr (c 1, i.v 236), 2023-cü il 11 sentyabr (c 1, i.v 103), 2023-cü il 28 iyul (c 1, i.v 126), 2023-cü il 29 avqust (c 1, i.v 143), 2023-cü il 13 sentyabr (c 1, i.v 149), 2023-cü il 11 sentyabr (c 1, i.v 160) mədaxil qəbzlərin (receipt order) üzərlərində olan “LOQİSTİKA VƏ MATERİALLARİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİ azerconnect” məzmunlu möhür əksinin təsvirləri eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər.
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 2-2(103)-74/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmiş, habelə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehdən X1 hesabına tutulması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr a lqı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini özündə birləşdirən qarışıq müqavilələrdir. Buna görə də müvafiq hallarda alqı-satqı və podrat müqavilələrini tənzimləyən normalar tətbiq edilməlidir. Hazırkı iddianın qanuni əsası MM-in 752.1, 753.1, 567 və 598.1-ci maddələridir.
25. İddiaçı işlərin görülməsi, xidmətlərin göstərilməsi və malların təqdim edilməsi faktını təsdiqləmək üçün alış sifarişləri, cavabdeh tərəfindən təsdiqlənmiş elektron qaimələr, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş qəbul aktları və mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir.
26. Cavabdeh qəbul aktlarına vurulmuş möhürlərin onlara məxsus olmadığını iddia etdiyindən sənədlərin texniki ekspertizası keçirilmişdir. Ekspertiza nəticəsində Cavabdeh MMC məzmunlu möhür izlərinin cavabdehin möhürü ilə eyni olduğu müəyyən edilmişdir. Mədaxil qəbzlərindəki möhürlər isə cavabdehin əsas möhürü deyil, onun “Loqistika və materialların idarə edilməsi şöbəsi”nə məxsus möhürlə vurulmuşdur.
27. İş materiallarına əlavə edilmiş e-mail yazışmalarından aydın olur ki, “son qəbul aktı” və “mədaxil orderləri” cavabdeh tərəfindən imzalanıb möhürləndikdən sonra cavabdehin işçisi Mehriban Salmanovanın rəsmi domenli ünvanından iddiaçıya göndərilmişdir. Bu hal möhürlərin cavabdehə məxsus olmadığını iddia etməyi əsassız edir və tərəflər arasında sənədlərin e-mail vasitəsilə təsdiqlənməsi praktikası olduğunu göstərir.
28. Cavabdehin aktların səlahiyyətli şəxslər tərəfindən imzalanmaması barədə dəlilləri də əsassız hesab edilmişdir. Çünki həmin aktlar cavabdehin möhürü ilə təsdiqlənmiş və rəsmi email vasitəsil ə göndərilmişdir ki, bu da cavabdehin rəhbər orqanlarının aktların məzmununu bəyəndiyini göstərir.
29. MM-in 425-ci maddəsinə uyğun olaraq, mülki dövriyyənin subyektləri vicdanlı davranmalı və kontragentin təqdim etdiyi sənədlərin rəsmi xarakterinə güvənməkdə haqlı olmalıdırlar. Cavabdeh əvvəlcə qəbul aktlarını təsdiqləyib iddiaçıya göndərdiyi və elektron qaimələrə etiraz etmədiyi halda, sonradan onların etibarlılığını mübahisələndirməsi vicdanlı davranış prinsipi ilə uzlaşmır.
30. Beləliklə, təqdim olunmuş sübutların məcmusu iddiaçının göstərdiyi məbləğdə işlərin görülməsi, xidmətlərin göstərilməsi və malların təqdim edilməsi faktını təsdiq edir. Cavabdeh isə həmin xidmətlərin və malların dəyərini ödəmədiyini sübuta yetirməmişdir. Buna görə də cavabdehdən 296.231,92 manat əsas borcun tutu lması barədə tələb əsaslıdır.
31. Cavabdehin öhdəliyi vaxtında icra etmədiyi sübuta yetirildiyindən və daha böyük məbləğ tələb edilmədiyindən, iddiaçıya pretenziya göndərildiyi tarixdən qətnamə çıxarılanadək 135 gün üçün illik 5% qanuni faiz tutulması birinci instansiya məhkəməsinin düzgün nəticəsidir.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual hüquq pozuntularına yol verməmiş və çıxarılan qətnamə işin hallarına uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qərarın dəyişdirilməsi və ya ləğvi üçün əsas vermir.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.4, 442, 445.7, 752.1, 753.1, 567, 598.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.1, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1, 119.5, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. MPM-in 89.1, 89.3, 89.4-cü maddələri üzrə - “Elektron məhkəmə” sistemi tətbiq edilən məhkəmələrdə yazılı sübutlar yalnız elektron kabinet vasitəsilə təqdim olunmalıdır. Sübutların həqiqiliyi şübhə doğurarsa, məhkəmə onların əslini və ya la zımi qaydada təsdiq edilmiş surətini tələb edə bilər. Cavabdeh iddiaçının təqdim etdiyi sübutların qeyri-mötəbər olduğunu bildirmiş və onların yalnız əslinin qəbul edilməsini xahiş etmiş, lakin apellyasiya məhkəməsi bu tələbi təmin etməmiş, əsli təqdim olunmamış sənədlərə istinad etmişdir. Ekspertiza isə sənədlərin yalnız surətləri əsasında aparılmışdır. Bu, həm elmi-texniki metodlardan tam istifadə imkanını, həm də rəyin sübut dəyərini məhdudlaşdırır. Surətlərin araşdırılması zamanı təzyiq izləri, mürəkkəbin layvari strukturu, UV/İR reaksiyaları, möhür konturunun dərinlik keyfiyyəti müəyyən edilə bilmir. Beynəlxalq standartlar da (ASTM E2290-07, ENFSİ qaydaları, İSO 21043-2:2018) yalnız orijinal sənədlərin ekspertiza üçün etibarlı olduğunu təsdiqləyir. Beləliklə, surətlər əsasında aparıla n ekspertiza texniki baxımdan etibarlılıq doğursa da, sənədlərin əsli olmadan tam tətbiq mümkün deyil və nəticənin hüquqi sübut dəyəri ciddi şəkildə məhdudlaşır.
36. MM-in 331.1, 337.1, 337.3, 359.1-ci maddələri üzrə - mövcud mübahisədə məhkəmənin əsaslandığı və mötəbərliyi cavabdeh tərəfindən tanınmayan “son qəbul aktları” imzalanma tarixi göstərilmədən və imzalayan şəxslərin kimliyi, səlahiyyəti barədə məlumat verilmədən təqdim olunmuş, lakin buna baxmayaraq sübut kimi qəbul edilmişdir. Halbuki, "xxxx" MMC-nin Nizamnaməsinə görə, müəssisəni üçüncü şəxslər qarşısında yalnız Baş direktor etibarnaməsiz təmsil edə bilər, digər şəxslər isə yalnız müvafiq etibarnamə əsasında hərəkət edə bilərlər. Əqdin sonradan bəyənilməsi məsələsinə gəldikdə isə cavabdeh tərəfindən indiyədək görülmüş işlərin və malların dəyəri ödənilmədiyindən, belə bir bəyənmədən bəhs edilməsi məntiqsizdir. Elektron qaimələrə gəldikdə, onların yalnız bir hissəsi cavabdeh tərəfindən təsdiq edilmiş, digərləri isə iddiaçı tərəfindən müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olmadan təqdim olunmuşdur. Bu qaimələrin bir qismi qalıq məbləğə deyil, alış sifarişlərinin tam məbləğinə uyğun tərtib edilmişdir. Çərçivə müqavilələri və onların əsasında imzalanmış alış sifarişlərinə görə, elektron qaimələr yalnız tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarından sonra təqdim edilə bilərdi. Hazırkı halda isə səlahiyyəti bəlli olmayan şəxslərin imzaladığı və yalnız malların təhvilinə dair bəzi sənədlər göstərir ki, elektron qaimələr aktlardan əvvəl tərtib edilmişdir. Bu isə həmin qaimələrin qalıq məbləğə deyil, ü mumi alış sifarişi məbləği üzrə təqdim edildiyini təsdiqləyir.
37. MPM-in 372.2-ci maddəsi üzrə - 2024-cü il 22 noyabr tarixli məhkəmə iclasında iddiaçı birinci instansiya məhkəməsində təqdim etdikləri sübutların onlara cavabdeh tərəfindən elektron vasitələrlə göndərildiyini bildirmiş və bunu təsdiq edən dəlilləri təqdim edəcəyini qeyd etmişdir. 2024-cü il 20 dekabr tarixli iclasda isə iddiaçı planşet vasitəsilə cavabdehə məxsus elektron poçt ünvanından göndərildiyini iddia etdiyi email yazışmalarını nümayiş etdirmişdir. İddiaçının vəkili bu yazışmaların birinci instansiya məhkəməsinə təqdim edildiyini israrla bildirsə də, elektron məhkəmə portalındakı kabinetdə bütün sənədlər yoxlanılmış və həmin yazışmaların təqdim edilmədiyi müəyyən edilmişdir. Halbuki, MPM-in 372.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsində təqdim olunmayan və təqdim edilməməsi iddiaçıdan asılı olmayan səbəblərlə əsaslandırılmayan sübutların apellyasiya instansiyasında qəbul edilməsinə yol verilmir. Bu baxımdan cavabdeh tərəfindən sübutların qəbul edilməməsi barədə vəsatət verilsə də, apellyasiya məhkəməsi həmin tələbi nəzərə almadan bu yazışmalara istinad etmişdir. Digər tərəfdən, apellyasiya məhkəməsi yalnız cavabdehin cihazında nümayiş etdirilmiş elektron yazışmaları nəzərə almış, lakin onların texniki ekspertizasını aparmamış, həqiqiliyini və mənbəyinin mötəbərliyini müəyyən etməmişdir. Halbuki, MPM-in 88-ci maddəsinə görə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxılmalı, 89.2-ci maddəsinə görə isə faks, elektron və digər rabitə vasitələri ilə əldə edilən materialların yazılı sübut ki mi qəbul edilməsi üçün onların həqiqiliyi müəyyən edilməlidir. Bundan əlavə, tərəflər arasında sənədlərin email vasitəsilə mübadiləsi və ya təsdiqi barədə hər hansı razılaşma mövcud olmayıb. Bu səbəbdən apellyasiya məhkəməsinin səlahiyyəti olmayan şəxsin elektron poçt ünvanından göndərilmiş yazışmaları mötəbər sübut kimi qəbul etməsi qanunvericiliyin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apell yasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə b orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anl ayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçın ın müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nda nəzərdə tutulmuşdur: 1.2. elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədirir.; 3.1. vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elek tron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd olunmuşdur: “... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pu l məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir: “... Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir....”
45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünk i həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
48. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə iş in faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
50. Əlavə olaraq, Koll egiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi zamanı “son qəbul aktı” və “mədaxil orderləri” adlı sənədlərin Cavabdeh MMC tərəfindən imzalandıqdan və möhürləndikdən sonra email vasitəsilə cavabdehin işçisi olan Mehriban Salmanova tərəfindən (həmin şəxsin işçisi olma faktı cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir) cavabdehə məxsus elektron poçt domenində qeydə alınmış rəsmi e-mail ünvanından (Elektron ünvan ) iddiaçının nümayəndəsinin e-mail ünvanına göndərilməsi müəyyən edilmişdir. Bununla da aktların əslinin iddiaçıda olmamasının səbəblərinə aydınlıq gətirilmişdir.
51. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 2-2(103)-74/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.