Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-635/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk İddiaçı MMC-in Cavabdeh MMM-ə və qarşılıqlı iddiaçı Cavabdeh MMM-in cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı pulun tutulması tələbinə dair ilk iddiası və qarşılıqlı iddiaçı Cavabdeh MMM-in ca vabdeh İddiaçı MMC-yə pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMM tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı Cavabdeh MMM ilə alıcı İddiaçı MMC arasında 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları sifarişçiyə təhvil verir. - 1.2-ci bəndinə görə, alıcı isə müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən avadanlıqla rı qəbul edir və bunun müqabilində icraçının hesabına alınan məhsulun dəyərini ödəyir. - 2.1-ci bəndinə görə, ödəniş köçürmə yolu ilə həyata keçirilir. - 2.2-ci bəndinə görə, alıcı qiymət razılaşma protokolunda göstərilən məbləğin 50%ni öncədən, qalan 50%-i isə mallar təhvil alındıqdan sonra satıcının hesabına ödəyir.
2. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMM arasında 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (əlavə nömrə 1 “qiymətlərin razılaşdırılma protokolu”, əlavə nömrə 2 “layihə”) bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) sifarişçiyə təhvil verir, ikinci isə bu malları (işləri) qəbul edir və dəyərini birinciyə ödəyir. - 2.2-ci bən dinə görə, sifarişçi əlavə nömrə 1 “qiymətlərin razılaşma protokolu”na əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50%-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürür. 40% mallar yükləməyə hazır olduqda, 10%-i “tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir. - 3.1.1-ci bəndinə görə, “icraçı” sifariş olunan malları sifarişçi tərəfindən 50% ödənişi etdikdən sonra 10 təqvim günü ərzində hazırlayır. Sifarişçi tərəfindən sifariş olunan malların dəyərinin 40%-i icraçıya ödənildikdən sonra, icraçı sifariş olunan malları sifarişçiyə öncədən tərəflərin razılaşdırdığı ünvanda və sifarişçi ilə ə lavə razılaşdırılmış gün ərzində təslim edir. Hər sifarişə görə təslim yalnız bir ünvanda həyata keçirilir. Gözlənilməyən xətalara görə icraçı tərəfindən malların (işlərin) təhvil verilməsi 5 iş günü gecikdirilə bilər. - 3.2.1-ci bəndinə görə, sifarişçi bu müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirir. - 7.1-ci bəndinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir, tərəflər 30 gün qabaqcadan yazılı etiraz etmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir.
3. Cavabdeh MMM tərəfindən 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 64.949,05 manat dəyərində (o cümlədən, 41.910 manat dəyərində EBAL seriyalı 017737 nömrəli 2020-ci il 11 iyun tarixli; 3.048 manat dəyərində EBAN seriyalı 497573 n ömrəli 2020-ci il 11 avqust tarixli; 950,20 manat dəyərində EBAP seriyalı 085011 nömrəli 2020-ci il 25 avqust tarixli; 19.040,85 manat dəyərində EBAV seriyalı 780888 nömrəli 2021-ci il 6 yanvar tarixli); 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli müqavilə üzrə isə ümumilikdə (ƏDV daxil) 227.447,9 manat dəyərində (o cümlədən, 179.988 manat dəyərində EBAX seriyalı 012482 nömrəli 2021-ci il 4 fevral tarixli; 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli 2021-ci il 4 fevral tarixli; 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli; 24.877,85 manat dəyərində EBBR seriyalı 836129 nömrəli 2022-ci il 24 fevral tarixli) malların verilməsinə dair elektron qaimələr tərtib edilərək ele ktron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.
4. Hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilk iddiada qaytarılması tələb olunan avans ödənişi də daxil olmaqla, cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir. 5. 017737, 085011, 780888, 043320, 141166 nömrəli elektron qaimələr (bax § 3) İddiaçı MMC-nin özü tərəfindən, 497573, 012482, 022697, 836129 nömrəli elektron qaimələr (bax § 3) isə sistem tərəfindən təsdiq edilmişdir.
6. Ödəniş sənədlərindən İddiaçı MMC tərəfindən 017737, 085011, 780888 və 012482 nömrəli elektron qaimələr (bax § 3) üzrə, yəni həm onun özü tərəfindən, həm də sistem tərəfindən təsdi q olunmuş elektron qaimələr üzrə ödənişlər edildiyi müəyyən olunmuşdur.
7. Müqavilələr üzrə mallar təhvil verilərkən əlavə yazılı sənədlər (təhvil-təslim aktı, qaimə, qəbz və s.) tərtib edilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 may tarixində Cavabdeh MMM-ə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus 101.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat pulun tutularaq iddiaçıya qaytarılması, həmçinin faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının x idmət göstərdiyi X5 layihəsi üzrə cavabdehdən 3.077 kv.m 100 mm sendviç paneli alınmasına dair 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıya 292.396,96 manat dəyərində elektronqaimə göndərmiş, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.385,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil vermişdir. Elektron-qaimədə göstərilən qalan 114.011,38 dəyərində mallar iddiaçıya göndərilməmiş və təhvil verilməmişdir. Eyni zamanda, cavabdehə müqavilədə qeyd olunan malların alınması üçün 2021-ci il 8 aprel tarixində 15.000 manat və 2021-ci il 4 may tarixində 50.000 manat, cəmi 65.000 manat əvvəlcədən avans verilmiş, həmin avans pul ödənişi ilə də bağlı mallar iddiaçıya təhvil verilməmişdir. Nəticədə cavabdeh tərə findən iddiaçıya 65.000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı ilə Ramin Məmmədovla bağlanmış 2021-ci il 25 may tarixli AS2572 nömrəli müqaviləyə əsasən, Qanuni nümayəndə 261.545 manat dəyərində 3.077 kv.m 100 mm sendviç panel verməli və soyuducuya quraşdırılmalı idi. Cavabdeh müqavilə öhdəliyinə tam əməl etməmiş, 180.299,38 manat dəyərində 1.250 kv.m sendviç panelini iddiaçıya təhvil verməmişdir. Nəticədə iddiaçı Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.250 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının "xxxx" Şirkətindən 2022-ci il 31 avqust və 2022-ci il 26 sentyabr tarixli bəyannamələr ilə 65.000 manat dəyərində paneli alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirib 2022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçıya 1.250 kv.m 100 mm Sendviç panelinin alınması ilə bağlı bazar qiymətində yaranmış fərq nəticəsində iddiaçıya 36.000 manat əlavə ziyan dəymişdir. Belə ki, hazırda həmin panellərin bazar dəyəri 101.000 manat təşkil edir. Həmin məbləğdə iddiaçıya zərər vurulmuşdur. Avans ödənilmiş 65.000 manat məbləğində müqavilə predmeti - sendviç panellər iddiaçıya təhvil verilməmiş, bununla bağlı elektron qaimə də iddiaçıya təqdim olunmamışdır. Bununla da, cavabdehin 65.000 manat məbləğində müqavilə öhdəliyini icra etməmişdir. Sifariş olunan mallar iddiaçıya təhvil verməmiş, tərəflər arasında təhvil-təslim aktı olmamış, qaimə təqdim olunmamışdır. İddiaçıya mallar təhvil verilmədiyi halda, cavabdeh tərəfindən iddiaçıya elektron qaimə faktura göndərmiş, iddiaçı malların göndərilmədiyini bildirdikd ə, iddiaçıdan qaiməni qəbul etməsini, malları tezliklə göndərəcəyini bildirmişdir. İddiaçı da cavabdehin səmimiyyətinə inanaraq elektron qaiməni qəbul etmiş, lakin cavabdeh elektron-qaimədə qeyd olunan malları iddiaçıya göndərməmiş, təhvil verməmişdir. Cavabdehin satış üzrə əməkdaşı X2 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1.250 kv.m sendviç paneli iddiaçıya təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.
10. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbində dəqiqləşmə aparılmasına zərurət vardır. Belə ki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı öz vəsaiti hesabına Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.2 50 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının "xxxx" şirkətindən 2022-ci il 31 avqust və 2022-ci il 26 sentyabr tarixli bəyannamələr ilə alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirərək 2022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçı 1.250 kv.m 100 mm Sendviç panelinin alınması ilə bağlı 116.477,41 manat xərcləmişdir. Faktiki həmin malların alınması üçün 65.000 manat cavabdehə köçürmüşdür. Bunun nəticəsində iddiaçıya əlavə 51.477,41 manat ziyan dəymişdir. İddia tələbində ziyan səhvən 36.000 manat göstərilmişdir. Ona görə də iddia tələbinin həcmi artırılaraq 116.477,41 manat məbləğində qəbul edilməlidir.
11. Cavabdeh ilk iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqəd ar 47.961 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,88 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat olmaqla, cəmi 48.394,88 manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında hər iki müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş və malların dəyəri tam ödənilməmişdir. Belə ki, 2020-ci il 11 iyun tarixli 017737 nömrəli elektron qaiməyə əsasən 41.910 manat, 2020-ci il 11 avqust tarixli 497573 nömrəli elektron qaiməyə əsasən 3.048 manat, 2020-ci il 25 avqust tarixli 085011 nömrəli elektron qaiməyə əsasən 950 manat, 2021-ci il 6 yanvar tarixli 780888 nömrəli elektron qaiməyə əsasən 19.040,85 manat, 2021-ci il 4 fevral tarixli 012482 nömrəli elektron qaiməyə əsasən 179.988 manat, 2021-ci il 4 fevral tarixli 022697 nömrəli elektron qaiməyə əsasən 10.436 manat, 2021-ci il 5 fevral tarixli 043320 nömrəli elektron qaiməyə əsasən 6.042 manat, 2021-ci il 2 mart tarixli 141166 nömrəli elektron qaiməyə əsasən 6.104,05 manat, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaiməyə əsasən isə 24.877,86 manat olmaqla, ümumilikdə borc 292.396,99 manat təşkil etmiş, həmin borcdan 244.436,29 manat ödənilmiş, yekunda cavabdehə ödənilməli olan 47.961 manat borc qalmışdır. Beləliklə, hazırda iddiaçı tərəfindən ƏDV borcu daxil olmaqla cavabdehə ödənilməli olan borc məbləği 47.961 manat təşkil etmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabd ehə tərəflərindən şifahi və pretenziya qaydasında dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh qalıq borcunu ödəməkdən imtina etmişdir.
13. Cavabdeh ilk iddia tələbinə dair bildirmişdir ki, iddiaçıya göndərilmiş və şirkət tərəfindən təsdiq olunmuş elektron qaimələrdə göstərilən məbləğdə mallar iddiaçıya təhvil verilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün elektron qaimələr 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olmamışdır. 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olan mallar yalnız 2021-ci il tarixli 012482 nömrəli, 2021-ci il 4 fevral tarixli 022697 nömrəli, 2021-ci il 5 fevral tarixli 043320 nömrəli, 2021-ci il 2 mart tarixli 141166 nömrəli, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaimədə əks olunan mallar olmuş, bu malların da cəmi məbləği 227.447,91 manat təşkil etmişdir. İddiaçı həmin mallardan 178.000 manat məbləğində qaimə üzrə malı aldığını etiraf etmiş, lakin həmin malı hansı qaydada aldığını məhkəməyə bildirməmişdir. Aralarındakı işgüzar münasibətlər bu qaydada qurulmuşdur ki, mal iddiaçıya çatdırılırdı, elektron qaimə vurulurdu, iddiaçı malı aldığı halda elektron qaiməni təsdiq edərək ödəniş edirdi. Ödənişlərdən də göründüyü kimi, vurulan elektron qaimələr ilə iddiaçıya göndərilən elektron qaimələr arasında müddət fasilələri var idi. İlk qaimələr 2021-ci il 4 fevral tarixində, növbəti qaimələr 2022-ci il 24 fevral, 2021-ci il 2 mart, 2021-ci il 6 yanvar tarixində də vurulmuşdur. Göründüyü kimi, növbəti qaimələr arasında 1 ay müddət mövcud olmuşdur. Təqdim olunan qaimələr üzrə malların göndərilmədiyi halda iddiaçının növbə ti, ondan 1 ay sonra göndərilən elektron qaimənin təsdiq edilməsi və həmin elektron qaimə üzrə pulun ödənilməsi faktı özü sual doğurur. Əgər iddiaçıya əvvəlki ödənilmiş elektron qaimələr üzrə mallar göndərilməmişdisə, iddiaçı sonrakı elektron qaimələri təsdiq etməməli idi. Vergi qanunvericiliyinin tələblərinə görə də iddiaçıya malın verilməsinin rəsmiləşdirilmə sənədi yalnız qaimələr ola bilər. Hazırda həmin qaimələrin elektron qaydada verilməsi nəzərdə tutulmuşdur. İddiaçı öz iddia tələbini başqa qaydada sübut edə bilməmiş və məhkəməyə başqa sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları isə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin yazışmaların mənbəyi məhkəməyə məlum deyil. Həmin yazışmaların kiminlə və hansı suallar üzrə aparılması, araşdırı lan məsələyə aid olub-olmaması məsələsi sual doğurur. İddiaçı bu hissədə həmin sübutun mötəbərliyini və məhz bu mübahisəyə aid olmasını sübut etməlidir.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)3255/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)3255/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd olunmuş, ilk iddia verilərkən artıq ödənilmiş 193,52 manat dövlət rüsumunun ilk iddiaçıya qaytarılması və çəkilmiş qalan məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid olunması qət edilmiş, qarşılıqlı iddia üzrə isə iddiaçıdan 9.598,8 manat borcun tutularaq cavabdehə ödənilməsi qət e dilmiş, qalan hissədə qarşılıqlı iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq 114.011,38 manat dəyərində elektron qaimələrdə göstərilən malların təqdim olunmadığını iddia etmiş, lakin hansı qaimələr üzrə hansı malların cavabdeh tərəfindən təqdim edilmədiyini dəqiqləşdirməmişdir. Məhkəmə tərəfindən əsasında mal təqdim olunmamış elektron qaimələrin siyahısının dəqiqləşdirilməsi təklif edildikdən sonra iddiaçı məhkəməyə 3.048 manat dəyərində 2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 10.436 manat dəyərində 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli; 6.042 manat dəyərində 2021-ci il 5 fevral tarixli EBAX seriyalı 043320 nömrəli; 6.104,05 manat dəyərində 2021-ci il 2 mart tarixli EBAY seriyalı 141166 nömrəli və 24.87 7,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli; cəmi 50.507,92 manat dəyərində qaimələrdə göstərilən malların onlara verilməməsi barədə arayışı təqdim etmişdir.
17. İddiaçı həmin arayışı məhkəməyə təqdim etməklə dolayısı ilə qalan 241.889,04 (292.396,96- 50.507,92) manat məbləğində elektron qaimələr üzrə malların onlara təqdim olunduğunu təsdiq etmişdir. 18. 50.507,92 manat məbləğində malların təqdim edilməsinə dair mübahisəli qaimələrə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaiməfaktura bu qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazı rlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göründüyü kimi, elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim olunmasını təsdiqləyən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.
19. Hazırkı halda mübahisəli 50.507,92 manat dəyərində elektron qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasını təsdiqləyən əlavə sübutlar (təhvil-təslim aktları və.s) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də digər elektron qaimələrdən fərqli olaraq iddiaçı tərəfindən həmin qaimələr üzrə hissəvi ödənişlər də aparılmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş məlumatlardan göründüyü kimi, avtomatik olaraq sistem tərəfindən təsdiqlənmiş d igər qaimələrdən fərqli olaraq mübahisəli elektron qaimələrdən ikisi - 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli elektron qaimələr iddiaçının özü tərəfindən təsdiqlənmişdir. Məhkəmə cəmi 12.146,05 manat dəyərində mübahisəli elektron qaimələrin iddiaçının özü tərəfindən təsdiq edilməsi faktını həmin qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasına dəlalət edən hal kimi qiymətləndirmişdir.
20. Qalan 38.361,87 (50.507,92-12.146,05) manat məbləğində elektron qaimələrə (2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli və 24.877,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli ) gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin qaimələrdə göstərilən malların təqdim edilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, cavabdeh həmin qaimələr əsasında 38.361,87 manat pulun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Beləliklə, cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə iddiaçıya 254.035,09 manat (292.396,96-38.361,87) məbləğində mallar təqdim olunmuşdur. Bunun müqabilində isə iddiaçı tərəfindən 65.000 avans ödənişi də daxil olmaqla, 244.436,29 manat pul ödənildiyindən iddiaçının mübahisəli müqavilələr üzrə cavabdehə borcu 9.598,8 manat (254.035,09-244.436,29 manat) təşkil etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 9.598,8 manat məbləğində borcun tutularaq cavabdehə ödənilməsi qənaətinə gəlmişd ir. 21. 65.000 manat məbləğində avans məbləğinin geri qaytarılması barədə ilk iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından da müəyyən olunanlara görə, həqiqətən də 2021-ci il 8 aprel və 4 may tarixlərində iddiaçı tərəfindən cavabdeh cəmi 65.000 manat məbləğində avans ödənişi edilmişdir. Həmin avans üzrə malların təqdim olunması isə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Eləcə də avansın ödənildiyi tarixlərdən sonra həmin məbləğdə elektron qaimənin göndərilməməsi də (həmin tarixdən sonra cavabdeh tərəfindən yalnız 2022-ci il 24 fevral tarixində cəmi 24.877,87 manat dəyərində EBBR 836129 nömrəli elektron qaimə vurulmuşdur) avans əsasında təqdim edilməli olan malların iddiaçıya təqdim olunmamasına dəlalət etmişdir. Bu baxımdan ilk iddianın dəlilləri əsaslı olmuşdur.
22. Digər tərəfdən, yuxarıda da müəyyən edildiyi kimi, 65.000 manat məbləğində avans nəzərə alındıqda, yəni həmin məbləğ iddiaçının borcundan çıxıldıqda belə mübahisəli müqavilələr üzrə iddiaçının cavabdehə 9.598,8 manat məbləğində borcu mövcud olmuşdur. Bu baxımdan 65.000 manat pulun tutulması hissəsində ilk iddianın təmin edilməsi üçün əsas mövcud olmamışdır.
23. Məhkəmə həmçinin təqdim edilən “whatsapp” yazışmalarına və cavabdehin satış şöbəsinin əməkdaşı X8 yazılı izahatına münasibətdə qeyd etmişdir ki, həmin sənədlərin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədlərin həqiqi olmasını sübuta yetirə bilmədiyindən, məhkəmə sözügedən sənədləri mötəbər sübut kimi qiymətləndirməmişdir.
24. İlk iddianın 65.000 manat məbləğində mallar ın təqdim olunmaması nəticəsində dəymiş zərərə görə 51.477,41 pulun tutulması hissəsini məhkəmə əsassız hesab etmişdir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 567, 385.1, 442, 443.1, 443.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3 və 3.1-3.6-cı maddələrinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022 -ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ilk iddianın rədd olunmuş hissəsində ləğv edilməklə, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayəti verərək, onun qarşılıqlı iddianın rədd olunmuş hissədə ləğv edilməklə, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 42.039,33 manat pulun tutulması qət edilmiş, qarşılıqlı iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş cəmi 504 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, cavabdehin çəkdiyi məhkəmə xərclərin onun özünə aid edilməsi qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia tələbləri üzrə MM-in 599.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmuş, həmin iddia tələbləri üzrə MM-in 443.1-ci maddəsinin və qarşılıqlı iddia tələbləri üzrə MM-in 598.3-cü maddəsinin di spozisiya şərtlərinin mövcudluğu isə müəyyən edilməmişdir.
30. Tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
31. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin satış şöbəsinin əməkdaşı X8 adından yazılmış 2023-cü il 29 yanvar tarixli izahat təqdim edilmişdir. Həmin izahatda X10 iddiaçıya (direktor Rəşad Səfərliyə) müraciət edərək bildirmişdir ki, “cavabdehdən dəyəri 64.000 manat olan (100 mm-lik “sundvich” panel-1250 m2) malı təhvil alıb iddiaçıya gətirməli və təhvil verməyə borclu olduğu halda, həmin malı ünvana çatdırmamış, qeyd olunan malı fərqli şəxslərə sataraq pulunu aparıb cavabdehin rəhbərliyinə çatdırmışdır. Hazırda cavabdehin iddiaçıya 64.000 manat borcu vardır”.
32. Apellyasiya icraatında isə iddiaçının nümayəndəs i tərəfindən cavabdehin hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) Vəkil2 tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatın surəti təqdim edilmişdir. Həmin izahatda Vəkil2 göstərmişdir ki, cavabdehin əməkdaşı X6 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə sataraq həmin pulu mənimsəmişdir. X6 cavabdehə ümumilikdə 295.000 manat ziyan vurmuşdur. X1 2022-ci il 1 mart tarixində şirkət daxili dindirmə protokolunda etiraf edərək yazılı surətdə təsdiq etmişdir.
33. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmin izahata aydınlıq gətirilməsi təklif edilmiş və o, izahatda qeyd olunan məlumatların ilkin məlumat olduğu, lakin sonradan öz təsdiqini tapmadığını bildirmişdir.
34. Kollegiya ilk olaraq hazırkı mərh ələdə təqdim edilmiş həmin izahatın gecikdirilmiş sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir. Belə ki, həmin izahat cavabdehin nümayəndəsi tərəfindən verildiyinə görə yazılı sübut kimi iddiaçıya deyil, cavabdehə məxsus sübutdur. Habelə iddiaçının nümayəndəsi bildirmişdir ki, “birinci instansiya məhkəməsi X4 adından olan izahat üzrə araşdırma aparmadığına görə apellyasiya icraatında polis orqanına müraciət edib həmin izahatı əldə etmək məcburiyyətində qalmışdır”. İş materiallarından da həmin sübutun hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam yerinə yetirmədiyinə və MPM-in 372.2-ci maddəsində göstərilən əsaslar mövcud olduğuna görə, kollegiya həmin y azılı izahatın sübut kimi qəbul edilməsi qənaətinə gəlmişdir.
35. Bu səbəbdən, qeyd olunan izahatlar mötəbər sübut kimi qiymətləndirilmiş və iddiaçının istinad etdiyi hal, yəni iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilən malların tam təhvil verilmədiyi halı qismən qəbul olunmuşdur. Belə ki, bu hal həm cavabdehin əməkdaşı olmuş X4 özünün, həm də hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) tərəfindən yazılı şəkildə etiraf olunmuşdur. İzahatda qeyd olunan məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatını isə kollegiya ağlabatan və inandırıcı hesab etməmişdir. Çünki həmin izahatda qeyd edilmişdir ki, “həmin məlumat, yəni X4 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şi rkətə satması faktı şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunmuş və göstərilənlər X4 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edilmişdir”.
36. Bu baxımdan kollegiya, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsinə görə göndərilmiş elektron qaimələrin cəmi məbləğindən (292.396,96 manat) qeyd olunan izahatda təqdim edilməməsi etiraf olan məbləğin (90.000 manat) çıxılması qənaətinə gəlmişdir. Bu qaydada hesablama aparıldıqda isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş, lakin cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyəri 42.039,33 manat təşkil etmişdir (292.396,96 – 90.000 = 202.396,96; 244.436,29 – 202.396.96 = 42.039,33).
37. Kollegiya zərərin əvəzinin ödənilməsi barədə tələbin isə təmin olunmaması qənaətinə gəlmişdir.
38. Qarşılıqlı iddiaya münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş bütün malların dəyəri ödənilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 443.1, 598.3 və 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 14.1, 77.1 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun qismən ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 65.000 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
41. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, ilk iddianın qismən təmin olunmuş hissəsində rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
42. MPM-in 14.1-ci maddəsi üzrə - Kassator apellyasiya məhkəməsinin bu qərarın 41-ci bəndində göstərilən mövqeyini vurğulayaraq qeyd edir ki, kollegiya ilk iddia tələbindən kə nara çıxaraq, əsassız olaraq iddiaçıya 90.000 manat malın verilməməsi qənaətinə gəlmişdir. Halbuki iddia konkret olaraq malın göndərilmədiyi məbləğ həcmindədir. Mustafa Aykanatın izahatında göstərilən məbləğ də iddia tələbi ilə üst-üstə düşür. İddiaçıya 65.000 manat verilməlidir, məhkəmə ağlasığmaz hesablama üsulu ilə məbləği azaltmışdır.
43. MPM-in 81, 88 və 217-ci maddələri üzrə - İşin bütün halları iddiaçı tərəfindən cavabdehin nümayəndələrinin izahat və rəsmi sənədlərilə sübuta yetirilmiş olsa da, iş üzrə hərtərəfli araşdırma aparılmamışdır. Cavabdehin tərəfindən təqdim olunan ödəniş məlumatları cədvəlinə nəzər yetirdikdə, cavabdehin bütün iddialarının dələduzluğa bərabər yalanlar olması aydın görünür.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyy ətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı üzrə - Həmin qərarda göstərilmişdir ki, "lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir."
45. İddiaçı şikayətinin digər bölməsində bildirir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində və mediasiya müraciətində öz imzası ilə - bağlanmış müqavilə üzrə tam öhdəlik icra edildiyini, yəni 292.396,96 manat dəyərində mal verildiyini, lakin cavabdeh 244.436,29 manat ödəniş etsə də, 47.961 manat borcunun qaldığını təsdiq və iddia etmişdir. Xətai Polis İdarəsinə verilmiş ifadə və qəbul edilmiş qərarı iddiaçı məhkəməyə təqdim etdikdən sonra da tərəfin məhkəmə çıxışlarında uyğunsuzluqlar mövcud olmuşdur.
46. Bundan başqa, 2024-cü il 30 aprel tarixinə təyin edilmiş məhkəmə iclasında iclasın niyə təxir edilməsini, təxiri lüzumlu edən hər hansı halı bildirilmədən iclas növbəti dəfə təxirə salmışdır. Məhkəmə 2024-cü il 22 fevral tarixində keçirilən iclasında şahid qismində ifadə vermək üçün məhkəməyə gəlmiş Mustafa Aykanatı dindirməmişdir. 2024cü il 30 aprel tarixli iclasda Mustafa Aykanatın dindirilməsi barədə iddiaçı şifahi vəsatət versə də, vəsatət təmin olunmamışdır. İddiaçının iş üçün əhəmiyyətli hallara dair izahatlar verməsinə imkan verilməmişdir (2024-cü il 30 aprel tarixli iclasın video görüntülərinə baxılması xahiş edilir). İş üçün mühüm əhəmiyyətli sayılacaq şahidin dindirilməməsini vaxt itkisi və əhəmiyyətsiz hesab edən məhkəmə qarşı tərəfə növbəti səbəbsiz olaraq iclasları 8-ci dəfə təxirə salmışdır. Qanunvericiliyin tələbi isə budur ki, apellyasiya instansiyasında məhkəmə iclası 2 dəfədən çox təxirə salınarsa, bununla bağlı məhkəmə əsaslandırılmış qərardad çıxarmalıdır.
47. Cədvəldə göstərilən sxem üzrə göndərilmiş qaimələr 3 yerə bölünür. 1-c i qaimələr 2021-ci ilin fevralı ayına qədərdir və ümumilikdə 64.949,05 təşkil edir. Tərəflər arasında bu qaimələr üzrə öhdəliklər qarşılıqlı olaraq yerinə yetirilir və hər dəfə müqavilə üzrə mallar təhvil verildikdə malların dəyəri ödənilir. Həmin il üzrə cavabdehə cəmi 196,85 manat borc yaranır. Beləcə iddiaçı ilə cavabdeh arasında etibar yaranır. Bunun səbəbidir ki, artıq 2021-ci ildə daha böyük məbləğdə mallar sifariş edilir. Sifarişin həcmi artırıldığından, istehsalçı müəssisə sifarişlərə uyğun olaraq bir necə elektron qaimə göndərmiş, iddiaçı təşkilat qaimələri təsdiq etməsə də, inkar da etməmişdir. Ona görə ki, istehsalçıdan həmin dəyərdən də artıq məbləğdə mallar alınmasına hazırlaşırdılar. Bundan sonra göndərilən elektron qaimələr sırasında olan 2021-ci il 4 fevral tarixli EBAX0124 82 nömrəli elektron qaimə, həmçinin digər 4 elektron qaimə göndərilir və sistem tərəfindən təsdiq edilir. Qaimə sistem tərəfindən təsdiq edilsə də, qaimə üzrə göndərilmiş malların dəyərinin həmin qaimə üzrə ödənilməsinə davam edilmişdir. Ümumilikdə 179.988 manat göstərilən qaimə üzrə 2021-ci ilin aprel ayına qədər göndərilmiş malların dəyəri olan 55.000 manat pul ödənilmişdir.
48. Cavabdeh maddi imkanlarının olmadığını, pandemiya səbəbindən ciddi problemlər yaşadıqlarını əsas gətirmiş və sifariş olunan məhsulların istehsalı üçün əlavə pul istənilmişdir. İddiaçı 2 dəfə olmaqla ümumilikdə 65.000 manat pulu avans məbləği kimi cavabdehin hesabına köçürmüşdür. Köçürülən məbləğ üzrə mallar verilmədiyindən, həmin məbləğ hər hansı qaimə üzrə deyil, konkret olaraq avans kimi verilmişdir. Əgər həmin məbləğ göndərilmiş malın dəyəri olaraq ödənilsəydi, avans olaraq deyil, konkret qaimə üzrə ödəniş həyata keçirilərdi. 65.000 manat avans məbləği ödənildikdən sonra cavabdeh 2021-ci ilin iyul ayında yenidən 2021-ci il 4 fevral tarixində EBAX seriyalı 012482 nömrəli elektron qaimə üzrə mal göndərmiş və iddiaçı həmin malı qəbul edərək 44.683,95 manat vəsaiti həmin qaimə üzrə cavabdehin hesabına köçürmüş, lakin bundan sonra cavabdeh tərəfindən malların göndərilməsi dayandırılmışdır. Sonradan isə iş materiallarından da məlum olanlara görə, istehsalçı öz satış müdirindən hüquq mühafizə orqanlarına müraciətlər etmiş, iddiaçıya çatmalı olan malların başqasına satılmış və vəsait borcun qarşılığı olaraq cavabdehin rəhbərliyinə verilmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
49. MM-in 5.3, 425.1, 425.2 və 567-ci maddələri maddəsi üzrə - 2020-ci il 13 may tarixli 34/20 nömrəli alqı-satqı müqaviləsi və 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi üzrə ümumilikdə 292.396,99 manat dəyərində malların təqdim edilməsinə görə elektron qaimə göndərilmiş, bütün elektron qaimələr üzrə mallar iddiaçıya təqdim edilmiş, lakin iddiaçı tərəfindən cəmi 244.436,29 manat pul ödənilmiş və 47.961 manat məbləğində borc yaranmışdır. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, vicdanlı davranış göstərilməmişdir. Məhkəmə həmin pulun iddiaçıya çatası olan 90.000 manat dəyərində olan sendviç panel mallarının dəyərindən çıxılmasını düzgün hesab etsə də, bu hal nəticədə öz təsdiqini tapmamışdır. İddiaçının cavabdehə ödəməli olduğu 47.961 manat məbləğin dəki borc hələ də qalmaqda davam edir.
50. MM-in 385.1 və 386.1-ci maddələri üzrə - İddiaçı tərəfindən cavabdehə 2021-ci il 8 aprel tarixində 15.000 manat, 2021-ci il 4 may tarixində isə 50.000 manat olmaqla, cəmi 65.000 manat məbləğində avans təyinatlı ödəniş edilmişdir. 15.000 manat avans təyinatlı ödəniş 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 012482 nömrəli elektron qaimə üzrə borcun ödənilməsinə yönəldilmişdir. Sonradan 2021-ci il 7 iyun tarixində iddiaçı tərəfindən cavabdehə 12.917,89 manat ƏDV ödənişi edildikdə, ödənilən məbləğ iddiaçı tərəfindən ödənilmiş 15.000 manat və 31.766,06 manatın ƏDV-ni əhatə etmişdir. Bu da həmin məbləğin 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 012482 nömrəli elektron qaimənin bağlanılmasına yönləndirilməsini təsdiq edir. 2021-ci il 4 may tarixində av ans təyinatı ilə ödənilən 50.000 manat pul da qəbul edildikdə, həmin məbləğ də cavabdeh tərəfindən 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 012482 nömrəli elektron qaimə üzrə qalan borcun ödənilməsinə yönəldilmişdir. Yəni 2020-ci il 13 may tarixli 34/20 nömrəli alqı-satqı müqaviləsi və 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya 292.396,99 manat məbləğində mal təhvil verilmiş, lakin sonuncu tərəfindən cavabdehə 244.436,29 manat məbləğində ödəniş edilmiş, beləliklə, iddiaçı cavabdeh qarşısında 47.961 manat məbləğində ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir.
51. MM-in 442, 443.1, 448.1 və 448.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsinin bu qərarın 42-ci bəndində göstərilən mövqeyini əsassız hesab edən kassator bildirir ki, iddiaçı s endiviç panel mallarının alınması üçün 65.000 manat məbləğində avans verdiyini iddia etdiyi halda, məhkəmə əsassız olaraq həmin mallar üçün cavabdehin 90.000 manat pulu iddiaçıya ödəməli olduğunu bildirmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş mallara görə iddiaçının cavabdehə 292.396,99 manat məbləğində borcu olmuş, lakin həmin borcdan cəmi 244.436,29 manat pul ödənilmiş və hazırda 47.961 manat məbləğində borc qalmışdır. Yəni iddiaçı müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də, göstərilən məbləğ iddiaçıdan alınaraq cavabdehə verilməlidir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 2.4 və 6.2-ci maddələri üzrə - Mübahisələndirilən qətnamə qeyd olunan Plenum Qərarının tələblərinə də uyğun deyil.
53. MPM-in 77.1, 88, 10 6.1 və 175.1-ci maddələri üzrə - Məhkəmə öz nəticəsini iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin satış şöbəsinin əməkdaşı X8 adından yazılmış 2023-cü il 29 yanvar tarixli izahatla əsaslandırmışdır. Kassator bildirir ki, həmin izahat sənədin ksero surəti olmuşdur və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməzdi. Bundan əlavə, məhkəmənin həmin izahata istinad edərək izahatı mötəbər sübut kimi qəbul etməsi qanunvericiliyin tələblərinə müvafiq deyil. Belə ki, həmin izahatda göstərilənlərin doğruluğu digər sübutlarla təsdiq olunmur. İzahatın alındığı cinayət təqib orqanı tərəfindən aparılmış araşdırma zamanı cinayət təqib orqanı izahatda yazılanların doğruluğu ilə bağlı hər hansı nəticəyə gəlməmiş və bununla bağlı qərar mövcud deyil. Ona görə də özü-özlü yündə məhkəmənin cinayət təqibi qaydasında aparılmış araşdırmada barəsində şikayət olunan şəxs kimi X10 tərəfindən verilən özünümüdafiə xarakterli izahatı mötəbər sübut kimi qəbul etməklə, buna əsaslanaraq iddianın təmin olunması dair nəticəyə gəlməsi qanunsuz və əsassızdır.
54. Bundan əlavə, məhkəmə baxışı zamanı məhkəmə iddia tələbinin həcmindən kənara çıxmışdır. Belə ki, iddiaçının tələbi elektron qaimə fakturalarının ləğv olunması və 65.000 manat dəymiş ziyanın ödənilməsidir. Lakin məhkəmə öz qətnaməsində 90.000 manat ziyanın ödənilməsinə dair nəticəyə gələrək tələbin həcmindən kənara çıxmışdır.
55. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsi Vəkil2 cinayət təqibi qaydasında nümayəndə kimi verdiyi və iddiaçının nümayəndəsinin apellyasiya instansiyasının 5-ci məhkəmə baxışında təqdim etdiyi izahatın surətini gecikdirilmiş sübut hesab etməmiş, lakin öz nəticəsini əsaslandırmamışdır. İddiaçı həmin sübutu apellyasiya instansiya mərhələsinin 5-ci baxışında təqdim etmiş, lakin bu sübutu niyə prosessual qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında təqdim etmədiyini məhkəmədə əsaslandırmamışdır.
56. Bundan əlavə, məhkəmə öz nəticəsini Vəkil2 tərəfindən 37-ci Polis Şöbəsi rəisinə verdiyi izahatla əsaslandırmışdır. Kassator bildirir ki, həmin izahatın da ksero surəti məhkəməyə təqdim olunmuşdur. Bu baxımdan həmin izahat da mötəbər izahat kimi qəbul oluna bilməzdi.
57. Bundan əlavə, həmin izahatda göstərilənlər, yəni X10 tərəfindən cavabdehə 295.000 manat ziyan vurulması və iddiaçıya çatası 90.000 min dəyərində sendviç panel malların başqa şirkətə sataraq 90.000 manat mənims əməsi barədə olan hallar sübut olunmuş hallar deyil və cinayət təqibi qaydasında bu hallar təyin olunmamışdır. Ona görə də məhkəmə birinci növbədə yuxarıda göstərilən hər iki izahatı mötəbər sübut kimi qəbul edə bilməzdi. Əgər məhkəmə həmin izahatlardakı məlumatlara əsaslanırdısa, bu məlumatların doğruluğunu yoxlamalı idi və bu məlumatlar işdəki digər sübutlarla öz təsdiqini tapmalı idi.
58. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd etmişdir ki, işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Göründüyü kimi, məhkəmə özü bu nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflər arasında malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilir. Lakin məhkəmə bu mövqeyinə zidd olaraq bildirmişdir ki, cavabdeh tərəfindən mallar iddiaçıya tam ş əkildə verilməmiş, malların təhvil verilməsinə dair təhvil-təslim aktları olmamışdır. Apellyasiya məhkəməsi cavabdehin iş üçün əhəmiyyətli olan və cavabdehə məlum olan faktlar barədə izahatlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
59. MPM-in 217-ci maddəsi üzrə - Mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, mübahisəli hüquq münasibətinə qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun olaraq tam formada düzgün hüquqi qiymət verilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
61. Hazırkı icraat çərçivəsin də apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə 51.477,41 məbləğində maddi zərər vurulması hissəsi istisna olmaqla, digər hissələrdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətb iq edilən hüquq
63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır...” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommers iya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”.
65. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. H akim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edir. İddiaçının kassasiya şikayətinin əsassız hesab edilən dəlilləri üzrə:
67. İşin bütün hallarının iddiaçı tərəfindən cavabdehin nümayəndələrinin izahat və rəsmi sənədlərilə sübuta yetirilməsinə, lakin məhkəmənin bununla bağlı hərtərəfli araşdırma aparmamasına, polis idarəsinə verilmiş ifadə və qəbul edilmiş qərarı iddiaçı məhkəməyə təqdim etdikdən sonra da cavabdehin məhkəmə çıxışlarında uyğunsuzluqların mövcud olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, o cümlədən ilkin iddianı müvafiq hissədə əsaslı hesab edərkən bu sübutlara istinad etmişdir.
68. Şahid qismində ifadə vermək üçün məhkəməyə gəlmiş Mustafa Aykanatın dindirilməməsinə, iddiaçının bu barədə şifahi vəsatətinin təmin olunmamasına dair dəlillərlə əlaqədar qeyd o lunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş həmin şəxsin polis idarəsində verdiyi izahatı mötəbər sübut kimi qiymətləndirdiyindən, habelə öz qətnaməsinin əsaslandırıcı hissəsində ona istinad etdiyindən sözügedən dəlillər qətnamənin ləğvi üçün səbəb deyildir.
69. Məhkəmə iclaslarının prosessual tələblər pozulmaqla dəfələrlə əsassız təxirə salınmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, iddiaçı bunun işin mahiyyəti üzrə yanlış nəticəyə gəlinməsinə səbəb olduğunu əsaslandıra bilmədiyindən, həmin dəlillərin əsaslı olması fərz edilsə belə, onlar MPM-in 418.3-cü maddəsinin (bax § 65) tələbləri baxımından mübahisələndirilən qətnamənin ləğvi üçün əsas kimi qəbul edilə bilə bilməz. Cavabdehin kassasiya şikayətinin əsassız hesab edilən dəlilləri üzrə:
70. Cava bdehin əməkdaşlarının polis idarəsində verdikləri etiraf izahatlarının əslinin məhkəməyə təqdim olunmamasına dair dəlillərlə əlaqədar qeyd edilir ki, iş materiallarından əsasən, cavabdeh tərəfin özü də həmin izahatların mövcud olmamasına, yaxud başqa məzmunda olmasına dair hər hansı dəlil, sübut məhkəməyə təqdim etməmiş, əksinə, izahatdakı məlumatların ilkin məlumat olmasına və sonradan öz təsdiqini tapmamasına dair dəlillər irəli sürmüşdür. Odur ki, məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinə istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə bağlı qətnamənin ləğvinə səbəb ola biləcək ciddi hüquq pozuntusuna yol verməmişdir.
71. Cinayət təqibi orqanının orada verilmiş izahatda yazılanların doğruluğu ilə bağlı hər hansı qərarının mövcud olmamasına, cinayət t əqibi qaydasında bu halların təyin olunmamasına dair dəlillərlə əlaqədar qeyd edilir ki, müvafiq izahatlarla əlaqədar cinayət işi başlanılmasa belə, şəxsin cinayət təqibi orqanında verdiyi izahat mülki mühakimə icraatı zamanı verdiyi izahatlardan prosessual baxımdan heç nə ilə fərqlənmir və iş üzrə sübutlardan biridir. O da qeyd edilməlidir ki, izahatda göstərilən məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmamasına dair cavabdeh tərəfin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi elə cavabdehin nümayəndəsinin öz izahatından sitat gətirərək, X4 iddiaçıya çatası sendviç panel mallarını başqa şirkətə satması faktının şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunduğunu və göstərilənlərin X4 özü tərəfindən etiraf edərək yazılı surətdə t əsdiq edildiyini vurğulamışdır.
72. Cavabdehin nümayəndəsi Vəkil2 cinayət təqibi qaydasında verdiyi izahatın məhkəmə tərəfindən gecikdirilmiş sübut hesab edilməməsinin əsaslandırılmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni öz qətnaməsində lazımi qaydada əsaslandırmış (bax §§ 34-35), cavabdeh isə kassasiya şikayətində həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
73. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmır.
74. İddiaçı cəmi 65.000 manat əvvəlcədən verilmiş avans ödənişi dəyərində malların ona təhvil verilmədiyini iddia etdiyi hal da, apellyasiya instansiyası məhkəməsi iddiaçıya 90.000 manat malın verilməməsi qənaətinə gəlmiş, bununla da mülki prosesin fundamental prinsiplərindən biri olan dispozitivlik prinsipini və MPM-in 218.3-cü maddəsinin (bax § 65) tələblərini pozaraq, qanunda göstərilən hər hansı müstəsna halın mövcudluğunu əsaslandırmadan iddia tələblərindən kənara çıxmışdır (bununla bağlı dəlillər hər iki tərəfin kassasiya şikayətində öz əksini tapmışdır).
75. Göstərilən səbəbdən məhkəmə kollegiyası hazırda elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərinə və bununla əlaqədar tərəflərin bir-birinə qarşı borcunun yaranıb-yaranmamasına, əgər yaranmışdırsa, borcun məbləğinə dair birmənalı nəticəyə gəlməyi, o cümlədən kassasiya şikayətlərinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə a parılmasını qeyri-mümkün hesab edir.
76. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə MPM-in 217.1-ci maddəsinə (bax § 65) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
77. Odur ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
78. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən dispozitivlik prinsipinə və MPM-in 218.3-cü maddəsinə uyğun ilkin iddia tələblərini, habelə qarşılıqlı iddia tələblərini qarşılıqlı surətdə nəzərə almaqla, elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərinə və bununla əlaqədar tərəflərin bir-birinə qarşı borcunun yaranıb-yaranmamasına, əgər yaranmışdırsa, borcun məbləğinə hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMM-in kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 22(103)-138/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş həmin hissədə ye nidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.