Məhkəmə qərarları › İş №2-2(102)-359/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-359/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-359/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X5 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icra obyektinin subicarəyə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X5 Evi-Uşaq Bağçası” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(107)-40/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2023-cü il 31 mart tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 00**İM-***323/002 nömrəli müqaviləyə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrinə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. icarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: -icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir (2.1-ci bənd. -obyektl ərin bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur (2.4-cü bənd). 2. 2023-cü il 31 mart tarixli 00**-İM-***323/002 saylı müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləşən 100 yerlik uşaq bağçasını orada olan əmlak və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarəyə, subicarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. 3. 2023-cü il 31 mart tarixində İddiaçı MMC ilə cavabdeh “X5 Evi-Uşaq Bağçası” arasında bağlanmış 00 **-İM-***323/001 nömrəli subicarə müqaviləsinə əsasən icarəyə verən Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləşən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları (bundan sonra – “icarə obyekti”) icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarə obyektini icarəyə qəbul etməyi və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: -icarəyə verənin icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq etmək hüququ var (3.1.2-ci bənd). -icarə haqqını hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ö dəmək icarəçinin öhdəliyidir (3.4.8-ci bənd). -icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır (4.1-ci bənd). -icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəyə verənə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə (olduğu təqdirdə) müqavilələrə xitam verməlidir (4.2-ci bənd). -icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil edir (6.1-ci bənd). -icarə haqqı 2023-cü il 1 aprel tarixdən etibarən hesablanacaqdır və hər icarə ayının əvvəli 5 iş günü ərzində ödəniləcək dir (6.2-ci bənd). -müqavilə üzrə hüquq və öhdəliklər 2023-cü il 1 aprel tarixdən qüvvəyə minir və 2024-cü il 31 may tarixədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir (13.1-ci bənd). 4. 2023-cü il 31 mart tarixli 00**-İM-***323/002 saylı icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, icarəyə verən həmin əlavədə adı qeyd edilən əmlak və avadanlıqları icarə obyekti ilə birlikdə 2023-cü il 31 mart tarixində icarəçiyə təhvil vermiş, həmin əlavə tərəflərin nümayəndələrinin imza və möhürləri ilə təsdiqlənmişdir.

5. İqt isadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması” haqqında arayışlardan görünür ki, icarə obyekti vergi məqsədləri üçün uçota alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh “X5 Evi-Uşaq Bağçası” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000.02 manat əsas, 4.200 manat cərimə borcu olmaqla, ümumilikdə 46200.30 manat məbləğində pul vəsaitinin və 229 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməkl ə onunla əsaslandırılmışdır ki, cavabdehin öhdəlikdən yayınmasından 125 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda, 2023-cü il 31 mart tarixdə icarə obyektinə dair bağlanmış subicarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində hüquqi şəxsə zərər vurmuşdur. Bununla da cavabdeh, subicarə müqaviləsində nəzər də tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən subicarə müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin iddiaçıya olan 42.000,02 manat əsas və ona hesablanmış 4200 manat cərimə borcu, ümumulikdə 46.200,02 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

8. Cavabdeh tərəfindən iddiaya etiraz edilərək göstərilmişdir ki, Mülki Məcəllədə hər hansı şəxsə məxsus əmlakın icarə əsasında digər şəxslərin istifadəsinə verilməsini nəzərdə tutan müqavilələrin müvafiq qaydada tərtib edilməklə notarial qaydasında təsdiqlənməsi tələbi birbaşa və aydın şəkildə təsbit edilmişdir. İddiaçının istinad etdiyi subicarə müqaviləsi məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı üçün bu mə cəllənin 329 və 337.1-ci maddələrinin tələblərinə uyğun olaraq əhəmiyyətsizdir. İddiaçının məhkəməyə təqdim etdiyi subicarə müqaviləsində iddiaçının istifadə hüququnun üçüncü şəxsə verilməsi səlahiyyətinə dair heç bir müddəanın olmaması ilə yanaşı, ümumiyyətlə icarə obyektinin kimə məxsus olması, iddiaçının həmin əmlak üzərində istifadə hüququnun yaranma əsasının mövcudluğu (əsas icarə müqaviləsinin kimlərin arasında bağlanması, həmin müqavilənin hüquqi əhəmiyyətinin olub-olmaması), iddiaçı ilə subicarə müqaviləsinin səlahiyyətli şəxs tərəfindən və lazımi hüquqi əsaslar (mülkiyyətçi hüquqi şəxsdirsə, aidiyyəti idarəetmə orqanının qərarı; fiziki şəxsdirsə, tələb olunan razılıqlar) olmaqla bağlanması və s. təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Hər iki tərəfin təşkilati hüquqi form ası məhdud məsuliyyətli cəmiyyətdir, onların nizamnamə kapitalı 100 manatdır, subicarə müqaviləsinin dəyəri hər iki tərəfin xalis aktivlərinin əlli faizindən artıq olduğu üçün əqd yalnız onların iştirakçılarının ümumi yığıncağının qərarı əsasında imzalanmalı idi. Belə qərar olmadan bağlanılan əqd isə məcəllənin tələblərinə zidd olduğundan əhəmiyyətsiz əqddir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları lazımi qədər əsaslandıra bilməmiş və məhkəmədə heç bir hüquqi və sübuti əhəmiyyət olmayan əhəmiyyətsiz əqd əsasında iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı cavabdehdən Məcəllənin tələbləri pozulmaqla bağlanmış və bağlandığı andan etibarən əhəmiyyətsiz olan müqaviləni əsas tutaraq pul tələb edir.

9. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 10 dekabr tarixli e-2-2(117)-1498/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 42000.02 manat icarə haqqı borcu, 420 manat cərimə borcu və 217,76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim M.Hüseynov).

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı subicarə müqaviləsi əsasında icarə obyektini 2023-cü il 31 mart tarixdən cavabdehə icarəyə vermiş, daha sonra həmin müqaviləyə 2024-cü il 31 may tarixdə xitam verilmiş və 2024-cü il 31 avqust tarixdə həmin icarə obyekti icarəyə verən tərəfindən birtərəfli qaydada təhvil alınmışdır. Burdan da aydın olduğu kimi iddiaçı icarə obyektini icarəyə verdiyi 2023-cü il 31 mart tarixdən həmin obyektin təhvil alındığı 2024-cü il 31 avqust tarixədək yaranmış və cavabdeh tərəfindən ödənilməmiş icarə haqqı borcunu tələb etməkdə haqlıdır. Müqaviləyə 2024-cü il 31 may tarixdə xitam verilsə də, icarə obyekti 2024-cü il 31 avqust tarixdə icarəçiyə təhvil verildiyindən həmin müddətə kimi yaranmış icarə haqqı borcunu tələb etməsi əsaslıdır.

11. Məhkəmə əsas borcla bağlı qeyd etmişdir ki, subicarə haqqında müqavilənin 6.1ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil etdiyindən, habelə 13.1-ci bəndinin tələbinə görə təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməli olduğundan, iddiaçının ödənilməmiş 42000.02 manat məbləğində icarə haqqı borcunu tələb etməsi qanuni və əsaslıdır.

12. Məhkəmə tələbin 4200 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 420 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır.

13. Məhkəmə cavabdehin müqavilənin notarial qaydada bağlanmamasına görə əhəmiyyətsiz olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərini istisna etmir. Belə ki, işin materiallarından və tərəflərin izahatından da aydın olur ki, tərəflər arasında müqavilənin bağlanması ilə bağlı iradə ifadəsi olmuş, mübahisə predmeti olan icarə obyekti 2023-cü il 31 mart tarixdən 2024-cü il 31 may tarixədək cavabdeh tərəfin istifadəsində olmuş və bunun nəticəsində iddiaçı tərəfə müəyyən məbləğdə borcu yaranmışdır.

14. Mülki Məcəllənin 707.1-ci maddəsindən o nəticəyə gəlmək olur ki, həmin maddədə icarə müqaviləsinin yazılı bağlanmalı olduğu nəticəsinə gəlinsə də, icarə müqaviləsinin mütləq qaydada notariat qaydada təsdiqlənməli olması öz əksini tapmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin öz tələbini əsaslandırdığı Məcəllənin 146.1 və 393-cü maddələrinə münasibətdə qeyd edir ki, həmin maddələrdə qeyd edilən hallar birbaşa icarə müqaviləsi ilə bağlı nəzərdə tutulmamışdır. Lakin bu maddələrə nəzərən qiymətləndirilsə belə, icarə müqaviləsinin notariat qaydasında təsdiqlənməli olması halı icarəçinin hüququ hesab edilməlidir ki, müqavilənin notariat qaydada təsdiqlənməsinin tələb edilməsi müqavilə bağlandığı zaman icarəçinin hüquqlarının təmin edilməsi baxımından onun seçiminə buraxılmalıdır.

15. Belə ki, icarə müqaviləsinin yazılı formada bağlanması öz əksini tapsa da, notarial qaydada təsdiqlənməsi tərəflərin iradə sərbəstliyinə buraxılmışdır. Göründüyü kimi hazırki müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir.

16. Bundan əlavə, Mülki Məcəllədə əvvəllər yazılı formada riayət edilməmə ilə bağlı hüquqi nəticələrlə bağlı müddəalar, eyni zamanda, 348-ci maddədə nəzərdə tutulmuş “məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı” ilə ba ğlı maddə qanundan çıxarılmışdır.

17. Məhkəmə yekunda qeyd etmişdir ki, daşınmaz əmlakın icarəsi ilə bağlı əqdin notariat qaydasında təsdiq edilməsi tərəfin hüququdur və qanunda daşınmaz əmlakla bağlı icarə müqaviləsinin notarial qaydada bağlanamamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı imperativ norması da mövcud deyildir. Tərəf icarə hüququnun daha etibarlı təminatını istəyərsə həmin müqavilələrin müvafiq formada bağlanmasını tələb edə bilər. Buna riayət edilməmə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, hazırkı vəziyyətdə isə cavabdeh tərəf müqavilənin etibarsızlığına əsas ola biləcək halla bağlı qarşı tərəfə hər hansı bir irad və ya etiraz göndərməmiş, əksinə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi istisna olmaqla bütün öhdəliklərini icra etmiş və aidiyyəti sənədləri imzalamışdır

18. Məhkəmə cavabdehin etirazının “müqavilənin təsisçi qərarı olmadan imzalanması” dəlilinə münasibətdə bildirmişdir ki, cavabdehin nizamnaməsinin 6.6.19-cu bəndində xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilməsi qeyd edilmişdir.

19. Eyni zamanda, Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir.

20. Həmin halla bağlı qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi bununla bağlı məhkəməyə etiraz təqdim etsə də, məhkəmə cavabdeh hüquqi şəxsin aktivləri haqqında məluma tı və hazırkı müqavilənin qeyd edilən aktivlərin 50 % dən çox olmasını təsdiq edən sənədləri təqdim etməmişdir.

21. Bundan əlavə, iş üzrə cavabdeh hüquqi şəxsin Nizamnamənin 1.7-ci bəndinə əsasən yalnız bir təsisçisi 100 % paya malik X1r. Belə ki, qeyd edilən müqaviləni bağlamaq üçün müvafiq qərarın qəbul edilib-edilməməsi cavabdeh hüquqi şəxsin daxili idarəetməsi ilə bağlı olan məsələdir. Ona görə də qeyd edilən müqavilənin cavabdeh tərəfindən səlahiyyət verilməyən şəxs tərəfindən bağlanması hazırkı iş üzrə iddiaçının icarə haqqını tələb etməsinə hər hansı maneə yaratmır. Həmin hüquqi şəxs hüquqi şəxsin icraçı direktoruna qarşı müvafiq ziyanın ödənilməsi tələbi irəli sürə bilər. Bu hal mövcud olsa belə, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin etibarsızlığına səbəb ola bilməz.

22. Məhkəm ə etirazın “müqavilə obyektinin çıxarışının olmaması, dövlət qeydiyyatına alınmaması” hissəsinə münasibətdə göstərmişdir ki, işin materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması” haqqında arayışlar mübahisə predmeti olan icarə obyektinin uçota alınmasını təsdiq edir.

23. Məhkəmə cavabdehin nümayəndəsinin obyektin təmirinə çəkilən xərclərin cavabdehin ödəməsi barədə izahatının dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hal onun icarəyə verənlə müqavilədə razılaşdıqları məbləğdə icarə haqqı borcunu ödəməli olduğu həqiqətini dəyişdirmir. Cavabdehin qeyd etdiyi kimi həqiqətən də obyekt təmir etdirilmiş və təmir xərcləri on lar tərəfindən ödənilmişdirsə, həmin məbləği icarəyə verəndən tələb edə bilər. Lakin nəzərdə tutulan hal-hazırkı iddia tələbində qeyd edilən icarə haqqı borcunun ödənilməsini istisna etmir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 146.1, 393, 462.1, 462.3, 467, 700.1, 700.2, 701.1, 705, 707.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8.1, 14-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli 2022-ci il 14 iyun tarixli Qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 217-ci maddəsinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(107)-40/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Kərimov, hakimlər E.Hüseynov və Z.Tahirov).

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin əmlakın kimə məxsus olmasının araşdırılmaması və iddiaçının icarəyə vermək səlahiyyətinin olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, 2023-cü il 31 mart tarixli icarə müqaviləsinə əsasən, mülkiyyətçi tərəfindən hazırki iş üzrə iddiaçıya icarə müqaviləsinin predmeti olmuş əmlakı subicarəyə vermək hüququ verilmişdir. Eyni zamanda müqavilədən görünür ki, iddiaçı icarə müqaviləsinin predmeti olmuş əmlakı subicarəyə, kirayəyə, idarəetməyə verərkən mülkiyyətçidən razılıq alması da tələb edilmir.

28. Bundan başqa, icarə müqavil əsinin predmeti olmuş əmlakın kimə məxsus olması və ya mülkiyyətçisinin kim olması hazırki mübahisənin predmeti deyildir. Vacib məqam ondan ibarətdir ki, iddiaçının həmin əmlakı icarəyə vermək səlahiyyəti olmuşdur.

29. Məhkəmə apellyasiya şikayətinin icarə müqaviləsinin dövlət qeydiyyatına alınmaması və notarial qaydada təsdiq edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır və həmin dəlilə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklə rini istisna etmir. Cavabdeh tərəf icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasında xüsusilə maraqlı olmuşsa o, qanunvericiliyin tələbinə görə müqavilənin qeydiyyatı üçün özü də müraciət edə bilərdi. Lakin cavabdeh tərəf bu hüququndan istifadə etməmişdir.

30. Məhkəmə apellyasiya şikayətinin əmlaka istifadə hüququnun yaranmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin cavabdehin obyekti təmir etdirdiyi, təmirə xeyli xərc çəkdirdiyi ilə bağlı izahatından göründüyü kimi, icarə obyekti icarəçidə olmuşdur. Belə olan halda cavabdeh tərəfin əmlakdan istifadə hüququnun yaranmaması ilə bağlı qeyd etdikləri inandırıcı hesab edilə bilməz.

31. Məhkəmə iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin müqavilənin təsisçi qə rarı olmadan imzalanması ilə bağlı dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq şikayətin dəlillərinin əsassız olması nəticəsinə gəlmişdir.

32. Məhkəmə gəldiyi nəticəni, birinci instansiya məhkəməsinin əsaslandığı maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.

33. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi üzrə - Qanunun imperativ norması olan 19.1-ci maddədə konkret olaraq təsbit olunmuşdur ki, müddəti 11 aydan çox olan icarə müqaviləsi üzrə hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanuna əsasən, dövlət qeydiyyatına alınmalı olan hüquqların yaranmasına səbəb olan müqavilə isə mütləq şəkildə notariat qaydasında təsdiq olunmalıdır. Təəssüf ki, Qanunun bu konkret tələbinə məhəl qoymayan məhkəmə, mübahisə predmetinə hər hansı aidiyyəti olmayan hüquq normalarına istinad etmiş, qərəzli şəkildə və bilərəkdən bu vacib hüquqi göstərişə əhəmiyyət verməmişdir.

35. MM-in 146.1-ci maddəsi üzrə - “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Yəni, icarəçinin əmlakı icarəyə götürməklə, həmin əmlak üzərində istifadə hüququ y aranır. Belə olan halda, MM-nin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka münasibətdə istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göründüyü kimi, icarəçinin əmlaka münasibətdə istifadə (icarə) hüququ yalnız əqd notarial qaydada təsdiq edildikdən sonra əmələ gəlir. Bu baxımdan, məhkəmənin “İcarə müqaviləsinin notariat qaydasında təsdiqlənməli olması halı icarəçinin hüququ hesab edilməli və müqavilənin notariat qaydasında təsdiqlənməsinin tələb edilməsi müqavilə bağlandığı zaman icarəçinin hüquqlarının təmin edilməsi baxımından onun seçiminə buraxılmalıdır” mövqeyi də öz əhəmiyyətini itirmiş olur.

36. MM-in 152.1-ci maddəsi üzrə - iş materiallarına əmlakın mülkiyyət hüququ ilə kimə məxsus olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 2023-cü il 31 mart tarixli müqavilə əsasında əmlakı subicarəyə vermək hüququnun mövcudluğunu iddia edir. Lakin onun hansı əsasla "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. 10 dekabr tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin “icarə predmeti” üzərində "xxxx" MMC də daxil olmaqla, hər hansı şəxsin mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sənədi təqdim edə bilməməsinə və əmlak üzərində ümumiyyətlə heç kimin belə bir hüququnun olmadığını etiraf etməsinə baxmayaraq, məhkəmə bu mühüm xüsusata heç bir əhəmiyyət verməmiş və əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun müəyyən olunması istiqamətində heç bir araşdırma aparmamışdır. Əvəzində, məhkəmə iddiaçının nümayəndəsinin məhkəmənin baxış iclasınd a təqdim etdiyi, "xxxx" MMC ilə aralarında bağlanmış və yuxarıda göstərilən səbəbdən faktiki olaraq heç bir hüquqi əhəmiyyəti olmayan və elə bu səbəbdən də, notariat qaydasında təsdiq edilməmiş və dövlət qeydiyyatına alınmamış “İcarə müqaviləsi”ni ciddi prosessual pozuntuya yol verərək qəbul etmişdir.

37. MPM-in 78.1 və 184.3-cü maddələri üzrə - iddiaçının nümayəndəsi hazırlıq iclası bitdikdən və iş məhkəmə baxışına təyin edildikdən sonra, bilavasitə iclasda məhkəməyə yeni sənədlər təqdim etmiş, 184.3-cü maddədə qeyd edilən istisnaların heç biri mövcud olmamışdır. Məhkəmə isə öz növbəsində həmin sənədləri sübut qismində qəbul edərək, iclası bütünlüklə həmin sənədlərin müzakirəsi üzərində qurmuşdur (bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür). Halbuki, məhkəmə işin baxışa təyin edilməsi haqqında 2024-cü il 14 noyabr tarixli qərardadında işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab etdiyi üçün, Mülki Prosessual Məcəllənin 171-ci maddəsinə uyğun olaraq, baxışa təyin etdiyini qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməmə sini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

390. Müqavil ə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu tə qsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaş ı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etmə lidir.... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əq din etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.”

43. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 sentyabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:... məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasınd akı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər....”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” 2025ci il 11 iyun tarixli Qərardadında göstərilmişdir ki: “Məlumdur ki, öhdəlik münasibətlərinin yaranmasının ən mühüm əsası kimi müqavilə institutu çıxış edir. Kirayə və icarə münasibətləri də öhdəlik hüququ xarakteri daşımaqla Mülki Məcəllənin məhz “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlı 7-cı bölməsinin 23 və 24-cü Fəsillərinin normaları ilə tənzimlənir. Daşınmaz əşyalarla bağlı təcrübədə ən çox bağlanan müqavilələrdən olan kirayə müqaviləsinə əsasən kirayəy ə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yəni bu müqavilə konsessual ikitərəfli (qarşılıqlı) müqavilə olaraq bağlandığı andan onu bağlayan tərəflər üçün qarşılıqlı haqq (hüquq) və öhdəliklər əmələ gətirir. Kirayə münasibətlərində əşya yalnız şəxsi istifadə məqsədilə kirayəçiyə verilməklə ondan gəlir əldə etmək imkanı nəzərdə tutulmur. Kirayə müqaviləsi üzrə əşya üzərində mülkiyyət hüququnun subyektinin dəyişməz olaraq qaldığı və kirayəçiyə keçmədiyi mübahisəsizdir. Kirayəçi əşyanı yalnız onun funksional təyinatına uyğun istifadə etmək müqabilində kirayə haqqı ödəyir və razılaşdırılmış vaxtda əşyanı mülkiyyətçiyə geri qaytarır (Mülki Məcəllənin 675-ci maddəsi). … Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfo vanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli Qərarında da göstərilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qanunvericili kdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi isə həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur.”

45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessu al qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında 2023-cü il 31 mart tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləşən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları cavabdehin istifadəsinə verilmiş, cavabdeh razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə gö türsə də, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.Ona görə də, iddianın qismən təmin edilməsinə dair yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

49. İş üzrə məhkəmələrin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər, iddia tələbinə etirazın, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

50. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin iş üzrə gəldiyi nəticəni təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiq i ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

51. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin forması ilə bağlı dəlillərinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası M ülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” 2025-ci il 11 iyun tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmuşdur (bax § 44).

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

54. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 22(107)-40/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar