Məhkəmə qərarları › İş №2-2(102)-366/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-366/2021

22.09.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-366/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası ərizəçi İddiaçı MMC-nin kreditor “X10” MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: müflis elan edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, ərizəçinin vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı MMC-nin kreditor “X10” MMC-nə qarşı “müflis elan edilməsi və onun iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X2 əmlak inzibatçısı təyin edilməsi” tələbinə dair kommersiya işi üzrə ərizəçi İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 iyun tarixli, 2-2(103)-714/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda 24.07.2017-ci l tarixli ərizəyə əsasən ərizəçinin fəaliyyəti 24.07.2017-ci il tarixdən 25.07.2022-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. 2. 28.08.2017-ci il tarixli bəyannamələrin qəbul edilməsi haqqında bildirişə görə, İddiaçı MMC-nin mənfəət vergisi üzrə vergi məbləği “sıfır” qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası DİN BDYPİ-nin cəmiyyətə ünvanladığı 03.03.2020-ci il tarixli, 20833122 saylı məktuba görə, İddiaçı MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmi şdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12.03.2020-ci il tarixli, **********17 saylı məktubunda İddiaçı MMC-nin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlakının aşkar edilmədiyi qeyd olunmuşdur. 5. “X9 Azerbaijan” MMC-yə ünvanlanmış 21.04.2020-ci il tarixli, 08 saylı məktuba görə, İddiaçı MMC-nin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.12.2019-cu il tarixli, 2-2(102)-517/2019 saylı qərarına əsasən cəmiyyət tərəfindən ödənilməsi qərara alınmış məbləği ödəmək imkanları mövcud deyildir. Cəmiyyət uzun müddətdir ki, heç bir maliyyə-təsərrüfat fəaliyyəti göstərmir. Bununla əlaqədar olaraq Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11.12.2019-cu il tarixli qərarına görə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan borcu ümid siz borc hesab etməyi və bu barədə məlumat verilməsi xahiş edilmişdir.

6. İddiaçı MMC-nin təsisçisinin 01.05.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin müflis elan edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iflas prosesinin həyata keçirilməsi və cəmiyyətin əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi, iflas haqqında ərizəni tərtib etmək, imzalamaq, iflas prosesi ilə əlaqədar sənədləri məhkəməyə təqdim etmək, cəmiyyətin təmsil edilməsi üçün etibarnamə vermək, habelə iflas prosesinin başlanması haqqında kütləvi informasiya vasitələrində elanlar vermək səlahiyyətlərini, cəmiyyətin direktoru olaraq öz üzərində saxlamaq və İddiaçı MMC-nin əmlak inzibatçısı kimi fiziki şəxs X2 göstərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi İddiaçı MMC (bundan sonra – “ərizəçi”) kreditor “X10” MMC-nə (bundan sonra – “kreditor”) ərizə ilə məhkəməyə müraciət edərək, borclu müəssisə olan Cəmiyyətin müflis elan edilməsi və onun iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X2 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Cəmiyyət 18.09.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hal-hazırda təsisçisi X4r. Cəmiyyətin nizamnamə kapitalı 1000 manat təşkil edir. Cəmiyyətin Azərbaycan Respublikasının başqa şəhər, qəsəbə və kəndlərində, habelə xarici dövlətlərdə filial və nümayəndəlikləri yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin 12.03.2020-ci il tarixli arayışına görə cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı daşınmaz əmlakı mövcud deyildir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 03.03.2020-ci il tarixli arayışına görə, cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasında hər-hansı nəqliyyat vasitəsi mövcud deyildir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cəmiyyətə ünvanladığı elektron məktuba görə, cəmiyyətin fəaliyyəti 24.07.2017-ci il tarixdən dayandırılmışdır. Mühasibat balansına görə, cəmiyyət üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcud olmamışdır. Cəmiyyətin hazırkı təsisçisi X3 01.05.2020-ci il tarixli qərarı ilə cəmiyyət öz sahibkarlıq fəaliyyətini dayandırdığından, balansında yetərl i əmlakı, təsərrüfat fəaliyyəti və əmlakı olmadığından, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq cəmiyyətin müflis elan edilməsi, iflas prosesinin həyata keçirilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-2(102)-517/2019 saylı qərarına əsasən, borclu İddiaçı MMC-dən 155992,36 manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı 155992,36 AZN borcun ödənilməsi barədə Ali Məhkəmənin 11.12.2019-cu il tarixli qərarı ilə təmin edilmiş tələb 2 aydan artıq müddət ərzində borclu müəssisə tərəfindən yerinə yetirilə bilmir. Mülki Prosessual Məcəlləyə əsasən həmi n qərar dərhal qüvvəyə minmişdir. Bütün bunlar ərizəçinin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq ödəmə qabiliyyətinin olmadığını təsdiq edir. Borclu müəssisə olan ərizəçinin nizamnamə fondu (kapitalı) 1000 manat təşkil etdiyi halda, müəssisənin kreditorunun tələbi nizamnamə kapitalından 160 dəfə artıqdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 mart tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsi ilə ərizəçinin müflis elan edilməsi barədə ərizəsi təmin edilməmiş, MMC-nin müflis elan edilməsindən imtina edilmişdir (hakim – F.Qasımov).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi müflis elan edilmə barədə ərizəsini kreditora ümumilikdə 155.992,36 manat məbləğində borcu olduğu halda, həmin borcun ödənilməsini təmin edəcə k aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır.

11. Ərizəçi qeyd olunan borcun ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq etmək üçün 28.08.2017-ci il tarixli bəyannamələrin qəbul edilməsi haqqında bildiriş təqdim etsə də, müflis elan edilmə barədə ərizənin verildiyi tarixə maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir.

12. Ərizəçinin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar MMCnin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

13. Həmçinin məhkəmə tələbin ikinci hissəsini təşkil edən “cəmiyyətin iflas prosesinin həyata keçirilməsi üçün fiziki şəxs X2 əmlak inzibatçısı təyin edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələ bin təmin edilməsi ərizənin ilkin hissəsi ilə bağlı olduğundan və ərizə ilk hissədə təmin edilmədiyindən, hazırkı tələbə münasibət bildirilməsi məqsədəuyğun deyildir.

14. Məhkəmə bu qənaətini «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 3-cü (bundan sonra – “Müflisləşmə və iflas haqqında qanun”) maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Ərizəçi həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 iyun tarixli, 2-2(103)-714/2021 saylı qərardadı ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 mart tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, Bakı Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 19 mart 2021-ci il tarixdə saat 12:16-da ərizəçinin nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

18. Lakin ərizəçi tərəfindən verilmiş, həmin nümayəndə və vəkil tərəfindən imzalanmış apelyasiya şikayəti 25 aprel 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

19. Apelyasiya şikayətinin verilməsi müddəti 19 aprel 2021-ci il tarixdə bitdiyi halda, ərizəçinin apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 25 aprel 2021-ci il tarixdə verilmişdir.

20. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 0 3 mart tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsi ərizəçiyə ümumiyyətlə göndərilməmişdir. Məhkəmə qətnaməsinin iddiaçının məhkəmədə nümayəndəsi olmuş şəxsin elektron kabinetinə yerləşdirilməsi, həmin qətnamənin rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə bilməz.

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 mart tarixli qətnaməsi ərizəçiyə MPM-nin 135.2 və 135.3-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilməmişdir. Qetnamənin ərizəçinin nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi tarix, həmin qətnamənin ərizəçiyə təqdim edildiyi tarix hesab edilə bilməz və apelyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablana bilməz.

24. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 134.1.5, 135.1, 135.2, 135.3, 135.5-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı kreditor etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

26. Ərizəçinin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

28. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

29. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazı mi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə ərizəçi tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

360. Apelyasiya şikayətinin veri lmə müddəti “ Apelyasiya şikayəti məhkəmə qətnaməsi“rəsmi qaydada verildiyi“gündən 1 ay müddətində verilə bilər“. “Maddə

363. Apelyasiya şikayətinin qaytarılması “ 363.1. Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə”. “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri “ 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 iyun tarixli, 2-2(103)-714/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Ərizəçinin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 mart tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsi ərizəçiyə göndərilməmiş, məhkəmə qətnaməsinin iddiaçının məhkəmədə nümayəndəsi olmuş şəxsin elektron kabinetinə yerləşdirilməsi, həmin qətnamənin rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə bilməz.

37. Qətnamənin ərizəçinin nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi tarix, həmin qətnamənin ərizəçiyə təqdim edildiyi tarix hesab edilə bilməz və apelyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablana bilməz.

38. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(113)-712/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 19 mart 2021-ci il tarixdə saat 12:16-da ərizəçinin nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilsə də, ərizəçi tərəfindən verilmiş, həmin nümayəndə və vəkil tərəfindən imzalanmış apelyasiya şikayəti 25 aprel 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur (bax yuxarıda §§ 17-18).

39. Beləliklə, apelyasiya şikayətinin verilməsi müddəti 19 aprel 2021-ci il tarixdə bitdiyi halda, ərizəçinin apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmiş, qətnamənin surətinin ərizəçiyə göndərilməməsi ilə bağlı isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müflis elan edilmə barədə ərizə bilavasitə nümayəndə Vəkil şəxsi elektron kabineti vasitəsilə məhkəməyə təqdim edilmiş, bütün yazışmalar da həmin kabinet vasitəsilə həyata keçirilmiş, qətnamədən apelyasiya şikayəti də bilavasitə ərizəçi tərəfindən deyil, onun nümayəndəsi və vəkili C. Bayramov tərəfindən verilmişdir. 40. “X1 şikayəti ilə əlaq ədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 41. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həy ata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

42. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsindən verilmiş iddiaçının apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən аpelyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verildiyini, bir aylıq prosessual müddətin hər hansı bir üzürlü səbəb olmadan ötürüldüyünü, müddətin bərpası üçün ərizə vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

43. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 iyun tarixli, 2-2(103)-714/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

45. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 iyun tarixli, 2-2(103)-714/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar