Məhkəmə qərarları › İş №2-2(102)-366/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-366/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-366/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-366/23 Açar sözlər: birgə fəaliyyət müqaviləsi əsasında torpağa və əmlakda pay hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)-331/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 15 dekabr 2010-cu il tarixli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsində 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 51,4 kv.m ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 1.500.000 manat müqabilində X7 tərəfindən Cavabdeh satılmışdır.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı ş., Binəqədi rayonu, 7-ci mkr., X8, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyriyaşayış sahəsi 2011-ci ildə Cavabdeh adına rəsmiləşdirilm işdir.

3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilənin: - 1.1-ci bəndinə əsasən tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlirlər. - 2-ci bəndinə əsasən birgə fəaliyyət həyata keçirilməsi məqsədilə “İ tərəf” Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X8 küçəsi, 13E ünvanında yerləşən torpaq sahəsini təqdim edir, “İİ tərəf” İddiaçı həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Əmlakın texniki xarakteristikaları: - qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhlükəsizlik və sanitar-gigiyenik normalara cavab verir; - yanğına qarşı müasir avtomatlaşdırılmış su çiləyici kranla təchiz olunub; - əmlakın ətrafyanı sahəsi abadlaşdırılmış və yaşıllaşdırılmış vəziyyətdədir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli 2-2(103)-699/2022 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli 2-2(102)-726/2022 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı daha əvvəl də iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 7.500.000 manat pulun tutulmasını, cavabdehlə onun arasında bağlanmış 2019-cu il 12 iyul tarixli “Birgə fəaliyyətə dair müqavilə”yə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 13 ünvanında olan (Simfoniya Hall) şadlıq sarayının yerləşdiyi 0,49905 ha. torpaq sahəsinin hər birinin 0,25 ha ölçüdə olmaqla iki bərabər hissəyə bölünməsi, torpaq sahəsində inşa edilmiş “Simfoniya Hall” şadlıq sarayının 1-ci korpusunun və 1-ci korpus binasının yerləşdiyi torpaq sahəsinin 0,25 ha ölçüdə hissəsinin onun payına bölünməsi, onun payına bölünmüş “Simfoniya Hall” şadlıq sarayının 1-ci korpusuna, həmin tikilinin yerləşdiyi torpaq sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X8 küçəsi, ev 13 E ünvanında olan “Simfoniya Hall” şadlıq sarayının yerləşdiyi 0,49905 ha torpaq sahəsinin hər birinin 0,25 ha ölçüdə olmaqla iki bərabər hissəyə bölünməsi, torpaq sahəsində 0,25 ha ölçüdə hissəsinin Cavabdeh payına bölünməsi, onun payına bölünmüş “Simfoniya Hall” şadlıq sarayının 2-ci korpusuna, həmin tikilinin yerləşdiyi torpaq sahəsin ə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 may tarixli, 2-2(113)-1346/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, 2-2(103)-699/2022 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 may tarixli, 2-2(113)-1346/2022 saylı qətanməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli 2-2(103)726/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, 2-2(103)-699/2022 saylı qətnaməsi dəy işdirilmədən saxlanılmışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan 0,49905 ha. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri yaşayış binasına Cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən **********30-06301 reyestr nömrəsi ilə 2011-ci il 3 fevral tarixdə da şınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi; Cavabdehlə iddiaçının arasında bağanmış 2019-cu il 12 iyul tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi; Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan 0,49905 ha. torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51.4 kv.m. ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyriyaşayış binası X6 mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o və onunla birlikdə kommersiya fəaliyyəti ilə məşğul olan X1 (bundan sonra – “N.Allahyarov”) birgə kommersiya fəaliyyətindən qazandıqları pul vəsaiti ilə hər ikisinə məxsus olan əmlak kimi almışlar. Belə ki, N.Allahyarov ilə iddiaçı 2002-ci ildən başlayaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Rusiya Federasiyasından müxtəlif taxta, digər tikinti materiallarının alınıb satılması biznes fəaliyyəti ilə əvvəlcədən o, təkbaşına məşğul olmuş, N.Allahyarov onunla birlikdə işləmək istədiyini bildirmişdir. N. Allahyarovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN-i olmadığından işlərin aparılmasına, idarə olunmasın a o rəhbərlik edirmiş. Biznesdə olan sərmayənin 60%-i ona, 40%-i isə Nurəliyə məxsus olmuşdur. Onunla N.Allahyarovun birgə biznes fəaliyyətinin cavabdehə heç bir aidiyyətı olmamış, biznes fəaliyyətlərindən əldə edilən gəlirə şərik olmamış, cavabdeh işsiz olduğundan atasının xahişi ilə işçi kimi işə qəbul etmiş, onunla əmək müqaviləsi bağlamış, 2021-ci il 29 aprel tarixdə əmək müqaviləsinə xitam verilmişdir. N.Allahyarov sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatda olmadığı üçün və aralarında olan şifahi razılaşmaya əsasən biznes fəaliyyətinə o rəhbərlik etmiş, pul vəsaitlərini, əldə olunmuş gəlirləri o idarə etmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzəri ndə yerləşən 51.4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyriyaşayış binasını almağa dair təklif vermiş, N.Allahyarovun razılığını aldıqdan sonra əmlakı almaq məqsədi ilə əmlak üzərində mülkiyyət hüququnun yaranması əsaslarını araşdırmış, əvvəlki mülkiyyətçilərlə bağlanmış alqı-satqı müqavilələrini əldə etmiş, X3 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o almış, əmlakın alıcısı cavabdehin adına alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsinə razılıq vermişdir. Müqavilə və digər səndələr onun tərəfindən Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilmiş və cavabdeh N.Allahyarovun mülkiyyət hüququ Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində 2011-ci il 3 fevral tarixdə qeydə alınmışdır. Onun və N.Allahyarovun məqsədi köhnə, yararsız tikililəri söküb, onun yerində yeni ictimai-iaşə obyekti-restoran (Şadlıq sarayı) tikmək olmuşdur. Bu məqsədlə də o, cavabdehin adından Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək 2016-cı il 22 aprel tarixdə 89 saylı sərəncam almışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 2016-cı il 22 aprel tarixli, 89 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda yerləşən qəzalı vəziyyətdə olan və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən xüsusi mülkiyyətdə olan 0,49905 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən layihələndirilməsinə razılıq aldıqdan sonra torpaq sahəsində tikinti işlərinin layihələndirilməsinə, m üvafiq icra hakimiyyəti orqanlarından tikintinin aparılmasına razılıqların verilməsi işlərinə başlamışdır. Torpaq sahəsində olan köhnə tikililəri sökdürüb yerində yeni 2 korpusdan ibarət şadlıq sarayı inşa etdirmişdir. Şadlıq sarayının tikinti işlərinin aparılması, ərazinin abadlaşdırılması, binaların təmir etdirilməsi, şadlıq sarayı üçün zəruri inventarların, avadanlıqların, bütün malların alınması onun tərəfindən təmin edilmişdir. Şadlıq sarayı tikilib başa çatdıqdan, fəaliyyətə başladıqdan sonra əvvəlcədən olan razılaşmaya əsasən həmin əmlakın kimin adına mülkiyyət hüququnun rəsmiləşdirilməsindən asılı olmayaraq onunla N.Allahyarovun birgə mülkiyyəti hesab edilmişdir. Şadlıq sarayının bir korpusu tam hazır olduqdan sonra 2018-ci il 11 iyul tarixində “Simfoniya Hall” Şadlıq Sarayının açı lış mərasimi keçirilmiş, bir korpus fəaliyyətə başlamış, digər korpusda birinci mərtəbədə yarımçıq qalmış təmir işləri iddiaçı tərəfindən davam etdirilmişdir. Şadlıq sarayı fəaliyyətə başladıqdan sonra oranın işlədilməsinə o nəzarət etmişdir. “Simfoniya Hall” şadlıq sarayı 2018-ci il 11 iyul tarixdə fəaliyyətə başladıqdan sonra toy və şənlik məclisləri keçirilmişdir. Məclislərin keçirilməsinə görə qazandıqları pul vəsaiti onunla N.Allahyarov arasında bərabər bölünməli idi. Şadlıq sarayını birgə işlətməli və şadlıq sarayının fəaliyyətindən əldə olunan gəlir aralarında bərabər surətdə bölünməli idi. Şadlıq sarayı fəaliyyətə başladıqdan bir müddət sonra, 2019-cu ilin iyun ayında həm şadlıq sarayının, həm də ümumi bizneslərinin 6 aylıq hesabatı ilə tanış olarkən iddiaçı görmüşdür ki, N.Allahya rov və ailə üzvləri xərc üçün artıq pul götürmüşlər. N.Allahyarovun ailə üzvləri tərəfindən artıq pul xərcləmələri ilə əlaqədar aralarında narazılıq yaranmışdır. İddiaçı N.Allahyarova təklif etmişdir ki, “Şadlıq sarayına” çıxarış alınsın və əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar. N.Allahyarov razılaşmışdır. O, təklif etmişdir ki, cavabdeh ona etibarnamə versin, Daşınmaz Əmlakdan çıxarış alsın, əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar və gəlirin bölünməsinə razılaşsınlar. N.Allahyarov onunla razılaşmış, əmlak üzərində cavabdehin mülkiyyət hüququnun qeydə alınmasının sənədləşdirilməsinin aparılması üçün 2019-cu il 12 iyul tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisində ona etibarnamə vermiş, həm də həmin tarixdə “Birgə fəaliyyətə dair müqavilə” bağ lamışlar. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. əmlak alınarkən və torpaq sahəsində ictimai-iaşə obyekti inşa etdikləri vaxtdan şifahi olaraq razılaşmışlar ki, mülkiyyətin kimin adına sənədləşdirilməsindən asılı olmayaraq həmin əmlaklar hər ikisinin birgə mülkiyyətidir, obyektin fəaliyyətindən əldə olunmuş gəlir onunla N.Allahyarov arasında bərabər bölünəcəkdir. Aralarında olan şifahi razılaşma 2019-cu il 12 iyul tarixdə müqavilənin yazılı formasında “Birgə fəaliyyətə dair” müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Müqavilənin 7.3-cü bəndi ilə razılı ğa gəlinmişdir ki, hazırkı müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir. Obyekt fəaliyyətə başladıqdan sonra xərclərin artması və qazanılmış pul vəsaitinin xərclənməsində aralarında narazılıq yaranmışdır. 2019-cu il ərzində N.Allahyarov özü və ailə üzvləri 296.500 manatı, o isə 72.500 manat pulu xərc olaraq götürmüşdür. O, buna etiraz etdikdə N.Allahyarov ailə üzvlərinin işləyib əmək haqqı aldıqlarını, həmin pulun onlara əmək haqqı kimi hesablanmasını bildirmişdir. İddiaçı 2020-ci ilin yanvar ayında şəriklikdən ayrılmalarını, şadlıq sarayındakı paylarını bölmələrini təklif etmişdir. N.Allahyarov ona bildirmişdir ki, şadlıq sarayını kimə və neçəyə istəsə satsın və ona 10.000.000 ABŞ dolları pul versin. İddiaçı i sə 10.000.000 ABŞ dolları istəmədiyini, ona 5.000.000 ABŞ dolları verməyini bildirmişdir. N.Allahyarov onunla razılaşmış və 2020-ci il 31 dekabr tarixədək ona 5.000.000 ABŞ dolları verəcəyini bildirmişdir. Razılığa gəlsələr də pulu ona ödəyib qurtaranadək birgə fəaliyyətlərini davam etdirmişlər. 2020-ci ilin avqust ayında N.Allahyarov heç bir razılaşmasının olmadığını bildirmişdir. Aralarında olan danışıqlar nəticə vermədiyinə görə cavabdehə 2021-ci il 3 may tarixdə pretenziya göndərərək onun tərəfindən çəkilmiş xərclərin ödənilməsini və yaxud aralarında bağlanmış 2019-cu il 12 iyul tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə uyğun olaraq müqavilənin ləğv edilməsini, müqaviləyə xitam verilməsini bildirmişdir. Təkrar olaraq 2022-ci il 12 mart tarixdə cavabdehə ərizə göndərərək müqavilənin lə ğv edilməsi və əmlakın aralarında bərabər qaydada bölünməsinə dair təklifini bildirməsini xahiş etmiş, cavabdeh cavab verməmişdir. 2020-ci ilin avqust, sentyabr aylarından N.Allahyarov onunla mübahisə yaratmağa cəhdlər etdiyindən iddiaçı “Simfoniya Hall” Şadlıq Sarayına gedə bilməmiş, şadlıq sarayının işlədilməsində iştirak edə bilməmişdir və qazanılmış pul vəsaitinin aralarında bölgüsü aparılmamışdır.

10. İddiaçı 2022-ci il 27 sentyabr tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan 0,49905 ha. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri yaşayış binasının satıcı X7 ilə cavabdeh arasında bağlanmış 2010-cu il 15 deka br tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan 0,49905 ha. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri yaşayış binasına Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən **********30-06301 reyestr nömrəsi ilə 2011-ci il 3 fevral tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış əmlak üzərində mülkiyyət hüqu qunun ləğv edilməsi, tərəflər arasında bağlanmış 2019-cu il 12 iyul tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, iş.v178).

11. İddia ərizəsinin dəyişdirilməsi barədə ərizədə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 2019-cu il 12 iyul tarixli müqavilənin 2, 3, 7-ci bəndlərinə istinad olunaraq qeyd olunmuşdur ki, tərəflər arasında mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməmiş, mübahisənin həlli ilə əlaqədar cavabdehə yazılı qaydada müraciət edilmiş, müqavilənin ləğv edilm əsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan torpaq sahəsinin və üzərində olan əmlakın qiymətləndirilərək bölünməsi təklif edilmiş, cavabdeh tərəfindən mübahisənin həllinə dair təkliflərə cavab verilməmiş, mübahisənin həlli ilə əlaqədar təklif verilməmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6, 141.1, 141.2, 149.2, 157.1, 157.2, 157.6, 157.7, 390.1, 390.5, 390.6, 560.2, 560.3, 1091, 1092.1, 1092.2-ci maddələrinə istinad olunmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli, e-2-2(113)-4485/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilənin ləğv olunması, Bakı şə həri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara iddiaçı və cavabdehin ½ hissədə paylarının müəyyən olunması, dövlət rüsumunun əvəzi olaraq 6180,46 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – N.Əhmədova).

14. Məhkəmənin mövqeyi belə olmuşdur ki, torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə cavabdehin mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsi ləğv olunmadığından və ya etibarsız hesab olunmadığından daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən qeyd olunan əmlakın həqiqi mülkiyyətçisi cavabdeh hesab edilir. Bu səbəbdən, məhkəmə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına cavabdehin mülkiyyət hüququnun ləğv edilməsi hissəsinin əsassız olması qənaətinə gəlmişdir.

15. Bununla belə, məhkəmə cavabdehin iddiaçının şadlıq sarayının fəaliyyəti ilə heç bir əlaqəsinin olmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə tərəflərinin fotoşəkilləri çəkilməklə notariat ofisində bağlanmış və notarius tərəfindən təsdiq olunmuşdur. Həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmiş, etibarsızlığı tələbi irəli sürülməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkə mə iclasında tədqiq olunmuş şadlıq sarayının açılışı ilə bağlı audio-video görüntüdən iddiaçının həmin açılış mərasimində şərik qismində iştirak etməsi aydın olmuşdur.

16. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən 1 il əvvəl müqaviləyə xitam vermək niyyətində olduğunu qeyd edərək müqavilənin ləğv olunmasını cavabdehdən xahiş etmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənən 3.1ci bəndinin tələbləri pozularaq şadlıq sarayının fəaliyyəti nəticəsində əldə olunmuş xalis gəlir tərəflər arasında bərabər bölüşdürülməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilənin 3.1-ci bəndinin tələbləri məhz cavabdeh tərəfindən pozulmuşdur. Qeyd olunan hal həm cavabdeh tərəfin məhkəmə iclasında vermiş olduğu izahatı, həm də iş materialların a gəlirlərin bölüşdürülməsi barədə sənədin təqdim edilməməsi ilə təsdiqini tapır. Beləliklə, müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olduğundan qeyd olunan müqavilənin ləğvi üçün əsas yaranmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllədə birgə fəaliyyətə dair xüsusi müqavilə növü nəzərdə tutulmasa da, mülki qanunvericilikdə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatının verildiyi müqavilə azadlığı prinsipinin tələblərinə görə belə bir müqavilənin bağlanması qanuni olmaqla hazırkı iş üzrə tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə Mülki Məcəlləyə zidd deyildir. Ona görə də tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə mülki hüquqların və vəzifələr in əmələ gəlməsi əsaslarından biri kimi nəzərdən keçirilə bilər.

18. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilədən cavabdehin xəbəri olmadığını qeyd etsə də, həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirilməmiş, onun etibarsızlığı tələbi irəli sürülməmişdir. Bu səbəbdən də tərəflər arasında olan münasibətə qeyd olunan müqavilə çərçivəsində qiymət verilməli, müqavilə ilə tənzimlənən məsələlər müqavilənin şərtləri çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda birgə fəaliyyətin həyata keçirilməsi məqsədi ilə tərəflərin müqavilənin bağlanması zamanı təqdim etdikləri əmlaklar və müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda həmin əmlakların bölünməsi ilə bağlı tərəflərin iradə ifadəsi şübhə altına alına bilməz.

19. Məhkmə qe yd etmişdir ki, iş materiallarında olan sənədlərdən (tikintiyə icazə verilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 89 saylı, 2016-cı il 22 aprel tarixli sərəncam, tikinti işlərinə başlanılması üçün əsas olan 2016-cı il 8 iyul tarixli xüsusi nişan, tikintiyə icazə verilməsi haqqında 2016-cı il 8 iyul tarixli 143 saylı sərəncam, tikinti obyektlərinə dair şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi haqqında 2016-cı il 25 iyul tarixli 159 saylı sərəncam, layihə məhsullarının yaradılması haqqında müqavilə, tikinti ilə bağlı 2016-cı il 5 avqust tarixli podrat müqaviləsi və s.) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən 51,4 kv.m qeyri-yaşayış sahəsi sökülmüş, onun yerində 2 qeyri-yaşayış binası tikilmiş, tikinti obyektl ərinə kod verilmiş, 2021-ci il 28 yanvar tarixdə isə 2 qeyri-yaşayış binasından ibarət olan tikinti obyektinin istismarına icazə verilmişdir.

20. İddiaçı birinci korpus tam hazır olduğundan 2018-ci ilin iyul ayında açılışın olduğunu, ikinci korpusda təmir-tikinti işləri davam etməsini, 2019-cu ilin payız ayında ikinci korpusun da istifadəyə verilməsini bildirmiş, cavabdeh bu halı mübahisələndirməmişdir.

21. Məhkəməyə təqdim olunmuş sifarişçi Cavabdeh və icraçı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu arasında bağlanmış layihə məhsulunun yaradılması haqqında 2016-cı il 9 iyun tarixli, 14029 saylı müqavilə, müqavilə dəyərinin razılaşdırılması haqqında protokol, müqavilənin dəyərinin ödəniş qəbzi, "xxxx" MMC ilə bağlanmış 2016-cı il 5 avqust tarixli podrat müqaviləsində və qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı təqdim olunmuş digər sənədlərdə cavabdehin adının qeyd olunduğu qrafalardakı imzaların iddiaçıya məxsus olması halı cavabdeh tərəfindən mübahisələndirməmiş, iddiaçı həmin imzaların ona məxsus olmasını bildirmiş, cavabdeh isə belə hal olsa belə həmin sənədləri imzalaması və müvafiq işləri görməsi üçün cavabdeh tərəfindən verilmiş tapşırıq əsasında iddiaçı tərəfindən edildiyini bildirmişdir.

22. Məhkəmə bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdehin adına qeydə alındığı üçün onun üzərində tikiləcək tikililərlə bağlı sənədləşmələrdə cavabdehin adının qeyd olunmasının zəruriliyi qanunvericiliyin tələbi baxımından ağlabatandır və tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədə iddiaçının torpaq sahəsinin üzərində tikilməkdə və təm ir edilməkdə olan 2 mərtəbəli, 2 korpuslu ictimai və iaşə xidmətləri göstərilməsi üçün qeyri-yaşayış obyektinin xərclərinin öz vəsaiti hesabına maliyyələşdirilməsini birgə fəaliyyətin məqsədləri üçün təqdim etdiyinin razılaşdırıldığı nəzərə alındıqda sənədləşmələrdə cavabdehin adının qeyd olunması iddiaçının ziyanına şərh oluna bilməz.

23. Məhkəmə iclasında şahid qismində dindirilən tikinti obyektinin podratçısı olmuş "xxxx" MMC-nin direktoru X4 ifadəsində bildirmişdir ki, müqavilədə cavabdehin adı qeyd olunmuş, faktiki sifarişçi kimi iddiaçını və Nurəli Allahyarovu tanımış, rəhbərliyi onlar etmiş, ödənişləri çox vaxt iddiaçı etmiş, qiymət razılaşması olan zaman iddiaçı və Nurəli Allahyarov orada olmuş, Cavabdeh orada olub-olmaması və müqaviləni imzalayanın kim olduğu dəqiq yadında olmamış dır.

24. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili şadlıq sarayların tikintisi ilə bağlı sərf olunan vəsaitin cavabdehə məxsus olmasını etirazının əsaslarından biri kimi qeyd etsə, də, məhkəməyə bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

25. Məhkəmə hesab etmişdir ki, “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilənin 7.3-cü bəndinə istinadən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, 13 E ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən əmlakların ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiaçının tələbi əsaslı olmuşdur.

26. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsində yerləşən cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış binaları səlahiyyətli dövlət orqanının müvafiq icazəsi əsasında tik ilmiş və tikinti obyektlərinin istismarına icazə verilmişdir.

27. Məhkəmə qeyd olunan torpaq sahəsində tikilən qeyri-yaşayış binaların özbaşına tikili olmadığını, sadəcə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını bildirmişdir. Mülkiyyət hüququnun 3 elementdən ibarət olduğunu nəzərə alan məhkəmə MM-in 146.2-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamışdır ki, əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun əmələ gəlmə əsası kimi çıxış edir.

28. Əmlakın bölünməsi ilə bağlı tələb hissəsinə məhkəmə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı MM-in tələbləri baxımından qiymət verərək bildirmişdir ki, əmlaklar üzərində iddiaçının paylı mülkiyyət hüququ yarandıqdan sonra MM-də nəzərdə tutulmuş qaydada payının ayrılması tələbini irəli sürə bilər.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvi tələbini irəli sürdüyündən və sözügedən tələbi həmin hissədə əsaslı olduğundan “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara iddiaçı və cavabdehin ½ hissədə payları müəyyən olunmalıdır.

30. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 6.1.5, 6.2, 14.2, 14.2.1, 135.4, 139-1.1, 139-1.1.4, 213.4, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 423.2, 425-ci, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarına, “Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 14 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

31. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyriyaşayış binasına cavabdehin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

32. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunduğu hissədə ləğv, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)-331/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi id dia tələbinin təmin edilən “iddiaçı və cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara iddiaçının və cavabdehin ½ hissədə paylarının müəyyən olunması, dövlət rüsumunun əvəzi olaraq 3.485,23 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmamışdır. (sədrlik edən – A.Hüseyn, hakimlər – F.Qasımov və P.Hüseynov).

34. Məhkəmə kollegiyası bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi üçün mötəbər hüquqi əsasın mövcudluğu tələb edilir. Əsasa bağlılıq prinsipi olaraq bilinən bu qaydanın mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin əsasında etibarlı hüquqi əsas dayanmalıdır. Bu tələb, MM-də “qanunla müəyyənləşdirilmiş əsaslarla” şəklində ifadə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X8, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsinin 2011-ci ildə cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatının əsasında 2010-cu il 15 dekabr tarixli alqı-satqı müqaviləsi dayanmışdır. MMin 140-cı maddəsinin açıq göstərişinə əsasən daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış müvafiq qeydiyyat, əksi sübut edilənədək, həqiqi hesab edilir (daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi v ə tamlığı prezumpsiyası). Deməli, həmin qeydin əsassızlığını sübut etmək vəzifəsi iddiaçınln üzərinə düşür. Başqa sözlə, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydin əsasında dayanan alqı-satqı müqaviləsinin etibarsızlığını sübut etməli, əslində, həmin daşınmaz əmlakların (torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin) hissəvi olaraq (çünki iddiaçı həmin əmlakları cavabdehin atası N.Allahyarov ilə birlikdə aldığını iddia edir) məhz onun tərəfindən əldə edildiyini sübut etməli idi. İş materiallarında iddia edilən bu halları təsdiq edən hər hansı sübut mövcud deyildir.

35. İddia tələbinin digər hissəsini cavabdehlə iddiaçı arasında bağanmış 2019-cu il 12 iyul tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-c i mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə olmuş, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin müqaviləyə xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşmamışdır.

36. Belə ki, birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi əsası kimi MM-in müqavilənin ləğvinə dair müddəalarına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin pozulmasına istinad edərək, əsas olaraq cavabdehin izahatını və iş materiallarına gəlirlərin bölüşdürülməsi barədə sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bu tələbi ilə qeyd in ləğvi tələbi arasında ziddiyyət olmuşdur. İddiaçı bir tərəfdən 0,49905 ha torpaq sahəsinin (ən azı, ½ hissəsinin) ona məxsus olduğunu iddia etmiş, digər tərəfdən isə, “Birgə fəaliyyətə dair” müqaviləyə istinad edərək həmin torpaq sahəsinin birgə fəaliyyət məqsədilə cavabdeh tərəfindən təqdim edildiyini, iddiaçının isə, onun üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa etdiyini bildirmişdir. Buradan aydın olur ki, iddiaçının bu hissədə bölünmə tələbinin əsasında, torpaq sahəsinin hissəvi olaraq ona məxsusluğu barədə dəlili deyil, tam şəkildə cavabdehə məxsus olan torpaq sahəsində birgə fəaliyyət çərçivəsində inşa etdiyi qeyri-yaşayış sahələrinə çəkdiyini iddia etdiyi xərclərin qarşılanmalı olması barədə mövqeyi dayanır. Təsadüfi deyildir ki, iddiaçının istinad etdiyi “Birgə fəaliyyət müqaviləsi”ndə də torpaq sahəsinin hissəvi olaraq iddiaçıya məxsus olduğuna dair hər hansı qeyd olmamışdır.

37. Məhkəmə araşdırması zamanı müqavilə bağlanan anda müqavilədə göstərilmiş daşınmaz əmlakların artıq inşa edilmiş olduğu müəyyən olunmuş, dolayısı ilə, torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşası məqsədilə sonuncuya təhvil verildiyinə dair əldə edilmiş razılığın həqiqəti əks etdirmədiyi ortaya çıxmışdır. Eyni zamanda, cavabdeh ümumiyyətlə iddiaçı ilə qeyd edilən əmlak üzrə hər hansı birgə fəaliyyətini (ortaqlığı) inkar etmişdir.

38. MM-in 421.2-ci maddəsinə əsasən iddiaçının əhəmiyyətli pozuntu əsası ilə müqavilənin ləğvini tələb edə bilməsi üçün ən azı iki şərt məcmu halda mövcud olmalı idi: c avabdeh müqavilə öhdəliklərini pozması və bunun nəticəsində iddiaçının müqavilə bağlanarkən haqqı çatanlardan xeyli dərəcədə məhrum olması. İş materiallarında bu şərtlərin mövcudluğunu təsdiq edən hər hansı sübut müəyyən olunmamış, əksinə, müqavilə bağlanan anda qeyri-yaşayış sahələrinin artıq hazır olması işin mübahisəsiz halı olmuşdur. Belə olan təqdirdə, iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olması əsası ilə tərəflər arasında bağlanmış “Birgə fəaliyyətə dair” 2019-cu il 12 iyul tarixli müqaviləyə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.

39. İddia tələbinin digər hissəsi olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək tərəflər arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə id diaçının mülkiyyət hüququnun tanınması olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iki və ya daha çox şəxsin hər hansı əşya üzərində ümumi mülkiyyət hüququ birgə və ya paylı mülkiyyət formasında ola bilər. Ümumi qayda ondan ibarətdir ki, ümumi mülkiyyət paylı mülkiyyət formasında mövcud olur, birgə mülkiyyət isə, yalnız qanunda nəzərdə tutulmuş hallarda (məsələn, ər-arvadın birgə mülkiyyətində olduğu kimi) meydana gəlir. İddiaçı paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının belə bir hüququnun varlığından danışa bilmək üçün əşyanın onun və cavabdehin paylı mülkiyyətinə daxil olması tələb edilir. İddiaçı bu hissədə tələbini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahələrinin inşasına külli miqdarda vəsait sərf etmişdir. Halbuki, yux arıda da qeyd edildiyi kimi 2019cu il 12 iyul tarixli müqavilə bağlanan zaman torpaq sahəsi üzərində 2 mərtəbəli 2 korpuslu qeyri-yaşayış sahələri tikilmiş, hətta şadlıq evi kimi fəaliyyət göstərmişdir.

41. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 2016-cı il 22 aprel tarixli, 89 saylı sərəncamından da aydın olmuşdur ki, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13 “E” ünvanda yerləşən qəzalı vəziyyətdə olan və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən xüsusi mülkiyyətdə olan 0,49905 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin sökülərək yerində tikintisi nəzərdə tutulan yeni qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən layihələndirilməsinə razılıq verilmişdir.

42. İddiaçının digər iddia tələbi üzrə (bax § ) iş üzrə Ali Məhkəmənin yekun qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi düzgün olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Simfoniya” şadlıq evinin tikintisi ilə bağlı cavabdehin adına rəsmiləşdirilmiş sənədlər və onunla bağlanmış müqavilələr, qeyri-yaşayış obyektinin tikintisinə 7.500.000 manat vəsait sərf edildiyi işdəki sübutlarla təsdiq olunmadığını bildirmişdir. Məhkəmələrə iddia tələbinin bu hissəsi ilə əlaqədar mötəbərliyi şübhə doğurmayan zəruri sübutlar təqdim edilmədiyi üçün işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin buna dair dəlilləri ilə razılaşmır və apellyasiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

43. Göründüyü kimi, iddiaçı, mübahisəli qeyri-yaşayış sahələrinin inşasına küll i miqdarda vəsait sərf etməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının sözügedən qeyri-yaşayış sahələrinin inşasına hər hansı məbləğdə pul vəsaiti sərf etmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu halın, MPM-in 82.3-cü maddəsi baxımından nəzərə alınmalı olması qənaətində olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən müqaviləyə uyğun olaraq heç bir vəsait qoyulmadığı halda (bu hal Ali Məhkəmənin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir) torpaq sahəsi və onun üzərində olan əmlaklara ortaq olmaq barədə iddia tələbinin də heç bir hüquqi əsası mövcud deyil.

45. Bundan başqa, birinci instansiya məhkəmə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşın maz əmlaklara ½ hissədə payları müəyyən etməklə də növbəti maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra əldə edilə bilər. Həmin daşınmaz əmlakların isə daşınmaz əmlak reyestrində qeydə alınmadığı işin mübahisəsiz halı olmuşdur. Belə olan təqdirdə, birinci instansiya məhkəməsinin həmin əmlaklar üzərində paylı mülkiyyət hüququnu tanıması həm də mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur.

46. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə kollegiyası ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilmişdir.

47. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 6.2, 135.1, 135.4, 139.1, 140, 146.1, 146.2, 149.2, 178.1, 178.2, 213.1, 213.2, 213.3, 213.4, 386.1, 389.1, 399.1, 399.2, 421.1, 421.2, 424.3, 424.4, 424.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

48. Qətnamə 2023-cü il 26 aprel tarixdə tərəflərin nümayəndə və vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 2023-cü il 11 may tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

49. MM-in 6.2, 135.1, 135.4, 139.1, 140, 146.1, 146.2, 149.2, 178.1, 178.2, 21 3.1, 213.2, 213.3, 213.4, 386.1, 389.1, 399.1, 399.2, 421.1, 421.2, 424.3, 424.4, 424.5-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən MM-in normalarının tətbiqində yanlışlığa yol verilmiş, normaların mübahisənin həllinə tətbiqi əsaslandırılmamış, normalar sadalanmaqla kifayətlənilmiş, faktiki olaraq həmin normalara istinad olunmamış, məhkəmənin gəldiyi nəticə mötəbər sübutlara və iş üçün əhəmiyyətli olan hallara əsaslanmamış, şəxsi mülahizələrdən ibarət olmuşdur. Cavabdehin məhkəmədə verdiyi izahatları istisna olunmaqla iş üzrə heç bir sübut təqdim etməmişdir. İşin hallarının tam, hərətərfli və obyektiv araşdırılması məqsədi ilə mübahisənin mahiyyətinə uyğun olan sübutların araşdırılmasına dair iddiaçı tərəfindən verilmiş vəsatətlərə etiraz etmişdir. Həqiqətin aşkar edilməsi məqsədi ilə ərazidə aparılmış tikinti, təmir, quraşdırma işləri görmüş şəxslərin şahid qismində məhkəməyə çağrılıb dindirilmələrinə dair iddiaçı tərəfindən verilmiş vəsatətlərə etiraz etmişlər. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi 13 E ünvanda olan qeyri-yaşayış binasının söküntü işlərini aparmış, orada müqavilə əsasında tikinti işləri, təmir işləri aparmış, elektrik avadanlıqlarının, havalandırma sistemlərinin quraşdırılmasını və digər işləri görmüş şəxslərin şahid qismində məhkəmə iclaslarına çağrılmaları, məhkəmə iclaslarında dindirilmələrinə dair vəsatətlərimin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bununla da cavabdeh mübahisəyə dair həqiqətin müəyyən olunmasında maraqlı olmamışdır. Cavabdehin münasibətindən asılı olmayaraq birinci instansiya məhkəməsi vəsatəti qis mən təmin etmiş, qeyri-yaşayış sahəsinin tikintisinə “Tikinti üçün podrat” müqaviləsi bağalamış və tikinti işərini aparan "xxxx" MMC-nin direktoru X4 şahid qismində dindirilməsini təmin etmişdir. Məhkəmə qeyri-yaşayış sahəsinin satıcısı Etibar Musayevin izahatını və ərizəsini nəzərə alacağını məhkəmə iclasında bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə və həmin sənədlər əsasında iddiaçının verdiyi izahatlarla, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid ifadələri ilə və birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunmuş qeyri-yaşayış sahəsinin açılış mərasiminin video lenti ilə iddia tələbinin əsaslı və qanuni olduğu sübuta yetirilmişdir.

50. Bundan başqa cavabdeh tərəfinin məhkəmə iclaslarında verdikləri izahatları ilə və məhkəm ə çıxışıları ilə iddia tələbinin əsaslı və qanuni olduğu sübuta olunur. Bunun üçün məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfinin izahatları və məhkəmə çıxışları qanunla müəyyən olunmuş əsaslarla tədqiq edilməlidir. Cavabdehin vəkili Vəkil2 məhkəmə çıxışında bildirmişdir ki, “Çıxarışın kimin əlində olması hazırda əhəmiyyətli deyil (cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair 2011-ci il 3 fevral tarixli MA seriyalı, ******* nömrəli çıxarışı nəzərdə tutur). Qüvvədə olan Ali Məhkəmənin qərarı var. Müqavilənin predmeti tamamilə başqa əsasdır. İddiaçı tərəf əmlakın tikilməsinə dair heç bir sənəd təqdim edə bilməmişdir. Tərəflər arasında birgə fəaliyyətə dair müqavilə podrat müqqaviləsi deyil. Müqavilə üzrə əsas tələb yəni, birgə fəaliyyət həyata keçirilməsi məqsədilə cavabdeh tərəf öz mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən torpaq sahəsini təqdim edir və iddiaçı tərəf öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərməyi öz öhdəsinə götürür. Lakin, bu əqd baş tutmamışdır. Müdafiə etdiyi tərəfin mövqeyi ondan ibarətdir ki, atası onunla əlaqə saxlayaraq, notariusa getməsini və iddiaçıya bir sıra işlərin görülməsi üçün etibarnamə verməsini bildirmişdir. Tərəf belə bir müqavilənin mövcudluğunu 2021-ci ildə bilmişdir” (Bu cavabdehin vəklinin çıxışıdır). Faktiki olaraq məhkəmə kollegiyası MPM-nin tələblərinə əməl etməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlara, elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmış qətnamə qəbul etməmişdir.

51. İddiaçı kassasiya şikayətində he sab etmişdir ki, mübahisəyə MM-in 389.1-ci maddəsi tətbiq olunmalı idi. MM-in alqı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcının mülkiyyətinə verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Məhkəmə kollegiyası qətnamədə 2010-cu il 15 dekabr tarixli alqı-satqı müqaviləsinə istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi 13E ünvanda olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən X2 alması nəticəsinə gəlinməklə iddia tələbi təmin edilməmişdir. Faktiki olaraq məhkəmə araşdırması ilə sübuta olunmuşdur ki, mübahisə olunan əmlakı satıcı Etibar Musayevdən iddiaçı almışdır. X3 ərizəsi ilə və Bakı Kommersiya Məhkəməsində baxılmış kommersiya mübahisəsinə dair 2-2(113)-1346/2022 saylı iş üzrə şahid qismində verdiyi ifadəsi ilə təkzib olunur (qətnamə iş materialalrına əlavə olunmuşdur). İş materiallarına əlavə edilmiş X3 ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan qeyri yaşayış binasını İddiaçı satdığını, satdığı əmlakın dəyərini iddiaçıdan aldığını, cavabdehin oğlunu tanımadığını, onunla əmlakının alqı-satqısına dair heç bir danışığının, razılaşmasının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iş materiallarına, işin faktiki hallarına, məhkəməyə təqdim edilmiş və məhkəmədə araşdırılmış sübutlara əsalanmadan cavabdehlə X7 arası nda bağlanmış 2010-cu il 15 dekabr tarixli Daşınmaz Əmlakın alqısatqısı müqaviləsinin bağlanmasına və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X8, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyriyaşayış sahəsinə cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasına istinad etməklə iddia tələbinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin qətnaməsini ləğv etməsi əsassız və MPM-nin tələblərinə zidd olmuşdur.

52. MM-in 324.5, 340.2, 404.1, 404.2-ci maddələri üzrə - Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərə flərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Tərəflər arasında yaranmış münasibətlər, 2010-cu il 15 dekabr tarixli alqı-satqı müqaviləsinin bağlanmasınadək və müqavilə bağlandıqdan sonrakı münasibətləri iddia ərizəsində və məhkəmə araşdırması zamanı tam olaraq məhkəməyə çatdırılmış və sübutlar təqdim edilmişdir. Məhkəmə kollegiyası qətnamə ilə idiaçı tərəfin həqiqəti əks etdirən sübutların cavabdehin hansı sübutları ilə təkzib edilməsi qətnamədə əsaslandırılmamışdır.

53. Tərəflər araında mübahisə edilən hüquq münasibətinin tənzimlənməsinə MM-in 135.1-ci və 135.4-cü maddələrinin tətbiqində məhkəmə kollegiyası yanlışlığa yol vermişdir. MM-in 140-cı, 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci mad dələrinin tətbiqi ilə əlaqədar olaraq bildirirəm ki, qeyd olunan normalar qətnamə ilə düzgün şərh edilməmiş, bununla bağlı qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyil. İş materialları ilə tam sübuta yetrilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi,ev 13”E” ünvanda olan əmlak iddiaçı ilə Etibar Musayev arasında aparılmış danışıqların nəticəsində alınmış və əmlakın dəyərini satıcıya alıcı qismində iştirak edən iddiaçı ödəmişdir. Alqı-satqı müqaviləsi əsasında adına əmlakın sənədləşdirildiyi cavabdeh reyestrdə adına sənədləşdirilmiş əmlakın ona məxsus olmadığını bildirmişdir. Reyestrdə qeydiyyatı aparılmış əmlak əqd əsasında faktiki özgəninkiləşdirənin (alıcının) adına qeydiyyata alınmadığını, qeydin qeyri-dəqiq olmasını cavabdeh bilmişdir. MM-in 140-cı maddəsinə əsa sən reyestrin məzmununun qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla qeydiyyat həqiqi hesab edilir.

54. MM-in 141.1, 149.2, 150-ci maddələri üzrə - Binəqədi rayonu, 7-ci mikrayon, X8 küçəsi, ev 13”E” ünvanda olan əmlak Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 22 aprel tarixli, 89 saylı sərəncamı ilə sökülüb dağılmış və həmin sərəncam əsasında 2 ədəd, hər biri 2 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi tikilmişdir. Köhnə tikililərə mülkiyyət hüququ qeydə alınmış olsa da Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə söküldüyündən qeydiyyat ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli əmlak üzərində cavabdehin mülkiyyət hüququnun əsasını 2 010-cu il 15 dekabr tarixli alqı-satqı müqaviləsi və 2011-ci il 3 fevral tarixli daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış müvafiq qeydiyyat təşkil edir. Əksini iddia etdiyi halda sübutetmə yükü iddiaçının üzərinə düşsə də, işdən göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə buna dair sübutlar təqdim olunmamışdır.

56. Digər tərəfdən Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon X8 küçəsi ev 13”E” ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin tərəflər arasında birgə fəaliyyət müqaviləsi bağlanmadan əvvəl, yəni 2018-ci il tarixdə cavabdehin vəsaiti hesabına tikildiyi də işin mübahisəsiz halıdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilmişdir və hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş f aktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilmə yən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir....” “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxs in xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....” “Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeyd iyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.” “Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reye strinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir....” “Maddə

213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilər lər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

424. Müqavilənin dəyişdirilməs inin və ləğv edilməsinin nəticələri... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvin ə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarında qeyd olunmuşdur: “... Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şə xslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium)....”

62. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur: “... mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar....”

63. Azərbaycan Respublikasının Mülki Prosessual müddəal arında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

64. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

65. İşdən göründüyü kimi tərəflər arasında 2019-cu il 12 iyul tarixdə bağlanmış “Birgə fəaliyyət barədə” müqavilənin şərtlərinə əsasən birgə fəaliyyətin həyata keçirilməsi məqsədi ilə cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 13”E” ünvanda yerləşən torpaq sahəsini təqdim etməyi, iddiaçı isə həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesab ına inşa və təmir etməklə ictimai və iaşə xidmətərinin göstərilməsi üçün təqdim etməyi öhdəsinə götürmüşdür.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin §49-54-də göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM-in 146.1, 146.2-ci maddələri).

67. Bununla yanaşı, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (MM-in 178.1, 178.2-ci maddələri).

68. MM-in 213.2-ci maddəsinə əsasən isə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

69. Beləliklə, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra əldə edilə bilər. Həmçinin, mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi üçün mötəbər hüquqi əsasın mövcudluğu tələb edilir. Əsasa bağlılıq prinsipi olaraq bilinən bu qaydanın m ahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin əsasında etibarlı hüquqi əsas dayanmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X8, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsinin 2011-ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyatının əsasında isə 2010-cu il 15 dekabr tarixli alqı-satqı müqaviləsi dayanmışdır. Apellyasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış müvafiq qeydiyyat, əksi sübut edilənədək, həqiqi hesab edilir (daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası). Deməli, həmin qeydin əsassızlığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iş materiallarında bu halla rı təsdiq edən hər hansı sübutlar müəyyən edilməmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda apellyasiya məhkəməsi iş materialları əsasında mübahisəli daşınmaz əmlakların daşınmaz əmlak reyestrində qeydə alınmadığını işin mübahisəsiz halı kimi müəyyən etmiş, bununla da, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan əmlaklar üzərində paylı mülkiyyət hüququnun tanınmasının qanunvericiliyin tələblərinə zidd olmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

71. Bununla yanaşı, iki və ya daha çox şəxsin hər hansı əşya üzərində ümumi mülkiyyət hüququ birgə və ya paylı mülkiyyət formasında ola bilər. Ümumi qayda ondan ibarətdir ki, ümumi mülkiyyət paylı mülkiyyət formasında mövcud olur, birgə mülkiyyət isə, yalnız qanunda nəzərdə tutulmuş hallarda (məsələn, ər-arvadın bir gə mülkiyyətində olduğu kimi) meydana gəlir. İddiaçı paylı mülkiyyət hüququnun tanınmasını tələb edərək qeyri-yaşayış sahələrinin inşasına külli miqdarda vəsait sərf etməsinə istinad etmiş, işə aşağı instansiya məhkəmələrində baxılarkən isə 2019-cu il 12 iyul tarixli müqavilə bağlanan zaman torpaq sahəsi üzərində 2 mərtəbəli 2 korpuslu qeyri-yaşayış sahələrinin tikilmiş, hətta şadlıq evi kimi fəaliyyət göstərmiş olması müəyyən edilmiş, bunun əksinə mübahisəli qeyri-yaşayış sahələrinin inşasına iddiaçının külli miqdarda vəsait sərf etməsi isə öz təsdiqini tapmamışdır.

72. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Mə cəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

73. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

74. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

75. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 76. “Kassasiya məhkəməsi sübut və faktlara yenidə n qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

77. Mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada hüquqi qiymətləndirmə aparıldığından həmin şikayətə qarşı verilmiş etirazın dəlillərinə qiymət verilməsinə lüzum aradan qalxmışdır.

78. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

79. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

80. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verib düzgün nəticəyə gəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 5 aprel tarixli, 2-2(103)-331/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

81. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)-331/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar