Məhkəmə qərarları › İş №2-2(102)-368/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-368/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-368/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 fevral tarixli 2-2(103)-254/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 13 oktyabr tarixli AZ028049 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Hyundai Bekolatr **-AC-*** DQN ekskavator yükləyicinin sahibi kimi Cavabdeh MMC qeyd olunmuşdur. 2. 2023-cü il 14 iyun tarixli inzibati xəta haqqında İXP5482869 saylı protokola əsasən Hyundai Bekolatr **-AC-*** DQN Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsi ilə MANT TGX **-JM-*** DQN nəqliyyat vasitəsi arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. 3. 2023-cü il 14 iyun tarixli İnzibati tənbeh vermə haqqında TP_5792675 nömrəli qərara əsasən X2 2023-cü il 14 iyun tarixində Şuşa-Füzuli-Əhmədbəyli yolunun 54-cü km Hyundai Bekolatr markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 4. 2023-cü il 30 iyun tarixli MAN TGX 18.440 **-JM-*** DNN yük avtomobilinə dair tərtib edilmiş qüsur aktına əsasən cəmi ziyan ƏDV daxil (39 ehtiyat hissələri və işçilik) 44.763,41 manat müəyyən edilmişdir (iddiaçının təqdim etdiyi). 5. "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktına görə, MAN TGX yük avtomobilinə (31 ehtiyyat hissəsi və işçilik) dəymiş ziyanın 17.428,60 manat olması müəyyən olunmuşdur (cavabdehin təqdim etdiyi). 6. 2023-cü il 22 oktyabr tarixli EBCH692180 saylı e-qaiməyə əsasən "xxxx" MMC tərəfindənn iddiaçıya 13.390,46 manat dəyərində və eyni tarixli EBCH691950 saylı eqaiməyə əsasən isə 16.112,61 manat məbləğində, 2023-cü il 31 oktyabr tarixli EBCİ270760 saylı e-qaimə üzrə 15.260,34 manat məbləğində ödəniş edilməsinə dair qaimələr tərtib edilmişdir. 7. 2023-cü il 24 oktyabr tarixli ödəniş qəbzinə görə iddiaçı tərəfindən EBCH692180 və EBCH691950 saylı e-qaimələr üzrə "xxxx" MMC-yə 25.000 manat və 2023-cü il 22 dekabr tarixli ödəniş qəbzinə görə isə EBCİ270760 saylı e-qaimə üzrə 12.935 manat məbləğində ödəniş edilmişdir. 8. 2023-cü il 24 oktyabr tarixli bildirişə görə iddiaçı tərəfindən EBCH692180 və EBCH691950 saylı e-qaimələr üzrə "xxxx" MMC-yə 4.500 manat məbləğində və 2023-cü il 22 dekabr tarixli bildirişə görə, EBCİ270760 saylı e-qaimə üzrə 2.328,3 manat məbləğində ƏDV ödənişi edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 14 iyun tarixli yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 44.763,41 manat məbləğində maddi ziyanın, ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya (VÖEN: **********) məxsus **JM-*** qeydiyyat nişanlı MAN markalı yük avtomobili (bundan sonra – “yük avtomobili”) 2023-cü il 14 iyun tarixində Şuşa Füzuli-Əhmədbəyli yolunun 54-cü km-də (Xocavənd rayon böyük Tağlar kənd ərazisində) hərəkətdə olarkən cavabdehə (VÖEN: **********) məxsus **-AC-*** qeydiyyat nişanlı Hyundaı Bekolatr markalı ekskavator (bundan sonr a – “ekskavator”) sürücüsu yol hərəkəti qaydalarını pozaraq nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus yük avtomobilinin ön hissəsi zədələnmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə məxsus məxsus ekskavator sürücüsünə Xocavənd rayon Yol patrul xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir. Cavabdehə zədələnmiş yük avtomobilini təmir etdirmək təklifləri olunsa da cavabdeh təkliflərə beş ay ərzində cavab verməmişdir. Bundan sonra iddiaçı zədələnmiş yük avtomobilini rəsmi servis olan "xxxx" MMC-də təmir etdirmişdir. Təmir xərcləri ehtiyat hissələri ilə birlikdə ümumilikdə 44.763.41 manat mə bləğində təşkil etmiş və bu barədə "xxxx" MMC tərəfindən qüsur aktı verilmişdir. İddiaçı öz hesabına yük avtomobilini təmir etdirdikdən sonra dəymiş ziyanın ödənilməsi məqsədi ilə cavabdehə elektron qaydada pretenziya məktubu göndərsə də, heç bir ödəniş olmamışdır.

11. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iş üzrə nəqliyyat vasitəsinə xırda bir zərər dəymiş və həmin zərər şişirdilmişdir. Cavabdeh iddiaçıya maşının təmiri üçün 5.000 manat, razı olmadığınız halda isə təmir olunmasını təkif etmişdir, iddiaçı isə bununla razılaşmadı. İddiaçı məhkəməyə yük avtomobilinin 39 adda ehtiyat hissəsinə zərər dəydiyi üçün həmin hissələrin dəyişdirilməsi ilə bağlı zərər aktı və digər sübutları məhkəməyə təqdim etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sübut qismində tərəflərindən və i ddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəkillərə görə, iddiaçının zərər dəyməsinə istinad etdiyi ehtiyat hissələri ilə nəqliyyat vasitələrinin toqquşma nöqtəsi və hadisənin xarakteri bir-biri ilə tamamilə ziddiyət təşkil etmişdir. Belə ki, yük avtomobilinin bizə məxsus olan ekskavator ilə toqquşan hissəsi və toqquşmanın şəkildə əks olunan nəticəsi onu sübut etmişdir ki, iddiaçının zərər dəyməsinə istinad etdiyi 33 (otuz üç) ehtiyat hissəsi heç bir halda zərər görə bilməzdi. Hazırkı halda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri bunlardır: qabaq sağ fara korpusu, kapotun ön hissəsi, kapot, dönmə göstəricisi (sarı), sağ duman əleyhinə fara, sağ fara. Zərər aktında qeyd edilmiş kabina yastıqlan və kabina yastığının birinin alt oturacağı (4, 5, 8, 13) kabinanın ön və arxa sağ və sol hissələrində yerləşir. Arxa kabina yastıqları toqquşma nöqtəsindən 2 metrdən artıq məsafədədir. Eyni qaydada ön sol kabina yastığı da toqquşma nöqtəsindən 2 metrdən artıq məsafədədir. Həmin ehtiyat hissələrinin təyinatı bilavasitə kabinanın amortizasiyasını təmin etməkdən ibarət olmaqla çox elastik rezindən ibarətdir. Bir sözlə həmin ehtiyat hissəsi gündə yüzlərcə dəfə yavaş və möhkəm olaraq əyilməklə və sirkələnməklə kabinanın amortizasiyasını təmin edir. Buna görə də hazırkı qəzadan həmin kabina yastıqları və kabina yastığının birinin alt oturacağının hər hansı bir zərər görməsi mümkün deyil. Bundan başqa zərər aktında qeyd edilmiş mühərrikin pəri və hidromufta kabinanın altında orta hissəs ində yerləşməklə toqquşma nöqtəsindən 70 santimetrdən artıq məsafədədir. Mühərrikin pəri və hidromuftadan əvvəl isə radiator yerləşir. Mühərrikin pəri və hidromuftaya zərər dəyməsi üçün mütləq şəkildə radiatorun zərbədən zərər görməsi və 20 santimetrə qədər yerdəyişmə edərək içəriyə doğru sıxılması lazımdır. Yalnız belə olduğu təqdirdə mühərrikin pəri və hidromufta zədələnə bilər. Hazırkı halda isə zərər aktına görə, radiatora heç bir zərər dəyməmişdir. Odur ki, maşının cəmi 6 ədəd detalına zərər dəymiş və zərərin məbləği olaraq yalnız həmin 6 hissəyə aiddir, qalan hissədə isə iddia əsassızdır.

12. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 6 sentyabr tarixli 9/1502 saylı rəyinə əsasən, Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il 30 iyun tarixli qüsur aktı məlumatlarına görə, 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan, yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42.702 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 33.652,00 manat; təmir-bərpa işlərinin qiyməti – 9.050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.175,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 18.125,00 manat; təmir bərpa işlərinin qiyməti – 9.050,00 manat. Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablanmışdır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edi lmiş qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, ağ rəngli, mühərrikin iş həcmi 10518 sm3 olan yük avtomobilinin təmir-bərpa xərci üzrə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42.702 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 33.652.00 manat; təmir-bərpa işlərinin qiyməti – 9.050,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.175,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 18.125,00 manat, təmirbərpa işlərinin qiyməti – 9.050,00 manat. Qeyd: ehtiyat hissələrinə 18% ƏDV əlavə edilməklə hesablandığı qeyd olunmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli e-2-2(113)-534/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 42.702 manat və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 225 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus yük avtomobili 2023-cü il 14 iyun tarixində Şuşa Füzuli-Əhmədbəyli yolunun 54-cü km-də (Xocavənd rayon böyük Tağlar kənd ərazisində) hərəkətdə olarkən cavabdehə (VÖEN: **********) məxsus ekskavator tərəfindən zərər vurulması işin faktiki halları ilə təsdiqini tapdığından işin mübahisələndirilməyən halları kimi qiymət verilir.

15. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə 2023-ci il 30 iyun tarixli qüsur aktı təqdim olunmuşdur. Həmin akta əsasən, iddiaçıya məxsus nəqliyyat vasitəsinin 39 ehtiyat hissələrinə (və işçilik) 44.763,41 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur. Nəql iyyat vasitəsi iddiaçının öz vəsaitilə təmir olunaraq, təmir şirkətinin iddiaçıya təqdim etdyi e-qaimələr (həmin e-qaimələrdə qüsur aktında göstərilən ehtiyyat hissələri göstərilmişdir) üzrə ödənişini həyata keçirmişdir. Cavabdehin nümayəndəsi də öz növbəsində birinci dəfə ekspertizanın təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edilən zaman yeni qüsur aktını məhkəməyə təqdim edərək iddiaçıya məxsus nəqliyyat vasitəsinin 31 ehtiyat hissələrinə (və işçilik) 17.428,60 manat məbləğində ziyan dəydiyini göstərmişdir. Lakin, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehin nümayəndəsi həmin rəy ilə razılaşmayaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin cəmi 6 ehtiyyat hissəsinə zərər dəyib (halbuki özünun məhkəməyə təqdim etdiyi qüsur aktında 31 ehtiyat hissəsi göstərilmişdir). Be ləliklə, cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyanı deyil, ziyanın məbləğini mübahisələndirmişdir.

16. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi (bax - §12) əsas götürülməklə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləği 42.702 manat müəyyən edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 1096.1 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin qismən – yük avtomobilində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri - qabaq sağ fara korpusu, kapotun ön hissəsi, kapot, dönmə göstəricisi (sarı), sağ duman əleyhinə fara, sağ faradan ibarət hissələrə dəymiş ziyanla bağlı hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 fevral tarixli 2-2(103)-254/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qətnamənin tələbin təmin edilən hissəsini mübahisələndirən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, maşının 6 ehtiyat hissələrinin zərər vurulmasını qəbul edir. Digər ehtiyat hissələrin ə zərər vurulmayıb.

21. Qeyd edilən sübutlarla, işdə olan şəkillər, disklə iddiaçının avtomobilinə 39 doqquz adda ehtiyat hissələrinə cavabdeh tərəfindən zərər vurulması, onların məbləği təsdiq olunmuşdur. Bundan başqa cavabdehin təqdim etdiyi qüsur aktında 31 adda ehtiyat hissələrinə zərər vurulması qəbul edilmişdir. Apellyasiya şikayətində bu inkar edilmiş və mövqe belə əsaslandırılmışdır ki, iddiaçının şişirtdiyi ehtiyat hissələri və məbləğlərinin düzgünlüyünün yoxlanılması üçün 31 adda ehtiyat hissələri barədə qüsur aktı təqdim edilmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin bu arqumentini qəbul etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi qüsur aktında 39 adda ehtiyat hissələrinə zərər dəyməsi əks olunmuşdur. Lakin cavabdehin təqdim etdiyi qüsur aktında 31 adda ehtiyat hissələrinə zər ər dəyməsi göstərilmişdir. Əgər cavabdehin dəlili doğrudursa onda qüsur aktında 39 adda ehtiyat hissələri qeyd edilməli idi. Cavabdehin təqdim etdiyi qüsur aktında iddiaçının qüsur aktına görə tərtib edilməsi görünmür. Cavabdeh ekspertiza barədə verdiyi vəsatətdə bu dəlili irəli sürməmişdir.

23. Cavabdeh şikayətdə qeyd etmişdir ki, hazırkı halda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yük avtomobilində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri qabaq sağ fara korpusu, kapotun ön hissəsi, kapot, dönmə göstəricisi (sarı), sağ duman əleyhinə fara, sağ faradan ibarətdir.

24. İşdə olan yol nəqliyyat hadisəsinə dair materiallara əlavə olunan yol nəqliyyat hadisəsi nəticəsində dəyən zərəri əks etdirən və Xocavənd RPŞ-nin DYP-nin YPX-nin inspektoru T.Atayev tə rəfindən tərtib edilərək imzalanmış sənəddə (işin 34-cü səhifəsində) yük avtomobilinin qabaq bamper, qabaq abuzsovka, sağ qabaq işıqlandırıcılar, sağ ayaqlıq, qabaq panel kimi ehtiyat hissələrinə zərər dəyməsi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin şikayətdə qeyd etdiyi ehtiyat hissələrinə zərər vurulması qeyd edilən sənədlə təsdiqini tapmamışdır.

25. Həmçinin 2023-cü ilin iyun ayından sentyabr ayına qədər cavabdeh şikayətdə etiraf etdiyi hissədə ödəniş etməyə dair heç bir hərəkət etməmiş, pretenziya məktubundan sonra da bu istiqamətdə heç bir hərəkət etməmişdir. Ona görə iddia qaldırmamışdan qabaq iddiaçı məcbur olub maşını təmir etdirib və pulu cavabdehdən tələb edib. Bu səbəbdən məhkəmə ekspertiza təyin edərkən cavabdehin hansı ehtiyat hissələrinə zərər dəyməsi barədə sualını eksper t qarşısında qoymamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 386.1, 1096.1 və 1097.1-ci, MPM-in 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin qismən – yük avtomobilində real olaraq zərər görmüş və dəyişdirilməyə ehtiyacı olan ehtiyat hissələri: qabaq sağ fara korpusu, kapotun ön hissəsi, kapot, dönmə göstəricisi (sarı), sağ duman əleyhinə fara, sağ faradan ibarət hissələrə dəymiş ziyanla bağlı hissədə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM -in 21.1, 1091.1, 1091.2, 1096.1 və 1097.1-ci maddələri üzrə - cavabdeh bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yük avtomobilinin yalnız ön hissəsində – yəni sağ fara, kapot və dönmə göstəricisi kimi hissələrdə zədə olmuş, digər ehtiyat hissələrinin zədələnməsi barədə iddia əsassızdır. Zərər aktında göstərilmiş kabina yastıqları, mühərrikin pəri, hidromufta və digər dərin konstruksiyalı hissələrin zədələnməsi mümkün deyildir. Çünki bu detallar hadisə zamanı toqquşma nöqtəsindən uzaq məsafədə yerləşir və elastik quruluşda olduqları üçün sıradan çıxmaları texniki baxımdan qeyrimümkündür. Cavabdeh əlavə edir ki, zərər aktında qeyd edilmiş mühərrikin pəri və hidromuftanın sıradan çıxması yalnız yüksək sürətli toqquşma zamanı, onlardan əvvəl yerləşən radiator və digər ö n hissələrin ciddi deformasiya keçirməsi şərtilə mümkündür. Halbuki təqdim olunan fotoşəkillərdən görünür ki, nə radiatora, nə də qabaq konstruksiyaya zərər dəyməmişdir. Zərər aktında göstərilən digər hissələrin – kondisioner sistemi, karamisin, filtr korpusu və boruların zədələnməsi də sübutlarla təsdiqlənmir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillərdə MAN yazısı olan ön kapron hissənin yalnız kiçik bir hissəsinin qırıldığı, onun arxasında yerləşən hissələrin isə tam salamat olduğu görünür. Belə olan halda, həmin hissələrin arxasında yerləşən mühərrik komponentlərinin zədələnməsi texniki baxımdan real deyil. Həmçinin nəqliyyat vasitəsinin ramasında heç bir zədə və deformasiyanın olmaması, hadisənin yüksək sürətlə baş vermədiyini göstərir. Nəhayət, cavabdeh qeyd edir ki, zərər aktına daxil edilən bəzi ehtiyat hissələr, məsələn, sol fara, ümumiyyətlə zədələnməmişdir. Eyni zamanda aktda göstərilən təmir xərcləri reallıqdan uzaq, şişirdilmiş qiymətlərlə ifadə edilmişdir. İddiaçının özü tərəfindən təqdim olunmuş sənəddə belə yalnız qabaq bamper, abrisovka, sağ ayaqcıq və qabaq panelin zədələndiyi göstərilmişdir ki, bu da cavabdehin mövqeyini bir daha təsdiq edir.

29. MPM-in 14.2, 77.1, 88 və 217.1-ci maddələri üzrə - cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətdə yol-nəqliyyat hadisəsinin xarakterinə uyğun olaraq hansı ehtiyat hissələrinin zədələnə bilməsinin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bu vəsatət iddiaçı tərəfindən təqdim olunmuş zərər aktındakı bəzi ehtiyat hissələrinin had isənin xarakteri ilə uyğun gəlməməsi və qiymətlərin şişirdilməsi ilə bağlı şübhələri aradan qaldırmaq məqsədi daşıyırdı. Lakin məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Qətnamədə yanlış olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən alternativ qüsur aktı ilə iddiaçının iddiası təsdiq edilir. Halbuki həmin akt yalnız qiymətlərin şişirdilməsini sübut etmək məqsədilə təqdim olunmuşdu və cavabdeh onun məzmununu qəbul etməmişdir. Eyni vəsatət apellyasiya instansiyasında da irəli sürülsə də, məhkəmə bu vəsatəti də təmin etməmiş, hətta cavabdehin təqdim etdiyi qüsur aktının iddiaçının aktı əsasında tərtib edilmədiyini və 31 ehtiyat hissəsinin göstərilməsinin iddiaçının göstərdiyi 39 hissə ilə ziddiyyət təşkil etdiyini əsas gətirmişdir. Lakin məhkəmə bu zaman aktlarda göstəril ən rəng, qəzet, skoç və digər texniki materialları da “ehtiyat hissəsi” kimi qəbul etmiş və sənədləri səthi şəkildə təhlil etmişdir. Bundan başqa, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi avtomobilin hissələrində mövcud olan amortizasiya aşınmasını və ekspert tərəfindən müəyyən edilmiş köhnəlmə dərəcəsini nəzərə almamışdır ki, bu da qiymətləndirmənin obyektivliyini şübhə altına alır.

30. Digər məsələlərdə qeyd edilmişdir ki, cavabdeh qeyd edir ki, məhkəməyə təqdim edilmiş “Turbo.az” saytından çıxarışlara əsasən, 2013-cü il buraxılışlı yük avtomobilinin bazar dəyəri 38.000–45.000 manat aralığında dəyişir. Halbuki birinci instansiya məhkəməsi yalnız nəqliyyat vasitəsinin müəyyən hissələrinin zədələnməsinə baxmayaraq, 42.702 manat məbləğində pulun cavabdehdən tutulmasına qərar ver mişdir ki, bu da zədələnmiş hissələrin bərpası üçün deyil, sanki yeni avtomobil alınması səviyyəsində kompensasiyanı nəzərdə tutur. Bundan əlavə, məhkəmə qətnaməsində "xxxx" MMC ilə iddiaçı arasında olan münasibətləri əks etdirən qaimə-fakturalara istinad etmiş, lakin həmin sənədlərin konkret olaraq hazırkı mübahisəyə necə aidiyyətinin olduğunu əsaslandırmamış və bu məsələni araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki h alları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüq uqu pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozun tusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarını n mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qət naməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

39. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 3 fevral tarixli 22(103)-254/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar