Məhkəmə qərarları › İş №2-2(102)-369/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-369/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-369/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 fevral tarixli, 2-2(103)-278/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı A SC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh” ) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 12 dekabr tarixli RBSB6765 saylı kredit müqaviləsi üzrə əsas borca görə 56.189,92 manat, faiz borcuna görə 9.114,05 manat, cərimə borcuna görə 6375,35 manat olmaqla, cəmi 71.679,32 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 2022-ci il 12 dekabr tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cəmi 71.679,32 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 dekabr tarixli, e-2-2(113)-2956/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2022-ci il 12 dekabr tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə 56.093,28 manat əsas borc, 3395,92 manat f aiz borcu, 736,07 manat dəbbə pulu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu, ödənilmiş 271 manat dövlət rüsumu, ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.70 kv.m olan mənzilə - ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Ü.Həsənova). Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tutulan borcun əsas məbləği hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 fevral tarixli, 2-2(103)-278/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır ( sədrilk edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək qətnamənin borcun əsas məbləği hissəsində ləğv edilərək, iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya ş ikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində m üəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 71.679,32 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 152,52 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 136 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 fevral tarixli, 2-2(103)-278/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar