Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-37/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-778/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 2023-cü il 25 sentyabr tarixli AİS-GTG-250923 nömrəli xidmət müqaviləsi (bundan sonra – “xidmət müqaviləsi”) bağlanmışdır. Xidmət müqaviləsinin: - 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən icraçı təsviri, istifadə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikalarını (bundan sonra texnika) bu müqavilə ilə razılaşdırılmış şərtlərlə sifarişçinin istifadəsinə verməyi, sifarişçi isə texnikanı istifadəyə götürüb qarşılığında bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icraçıya ödəməyi öz öhdəsinə götürür. - 2.1.1-ci bəndinə görə, icraçı texnikan ı bu müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə sifarişçinin istifadəsinə verməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə görə, sifarişçi texnikanı təhvil aldığı tarixdə yoxlayıb, təhvil-təslim aktını 2 nüsxədə imzalamaqla və 1 nüsxəsini İcraçıya verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etməyi və bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını vaxtında ödəməyi, sifarişçinin təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nasazlıqla (qüsurlarla) bağlı texnikaların təmir və bərpası xərclərini (sığorta şərtləri nəzərə alınmaqla) tam olaraq ödəməyi, özünün təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nasazlıqla (qüsurlarla) bağlı texnikaların təmir olunması və sairə səbəblərlə bağlı İcraçı həmin texnikalardan istifadə etmək imkanından məhrum olarsa boşdayanma halına görə xərci tam şəkildə ödəməyi, özünün təqsiri nəticəsinə texnikada yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq, bununla bağlı İcraçıya dəymiş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür. - 2.3-cü bəndinə görə, bu müqaviləyə əsasən boşdayanma halına görə birgünlük xərc hər bir texnikanın aylıq istifadə haqqına mütənasib hesablanmaqla bu 1 nömrəli əlavədə qeyd ediləcəkdir. - 3.1-ci bəndinə görə, texnika üçün aylıq xidmət haqqının məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə ilə müəyyən edilir. Xidmət haqqına ƏDV daxil deyildir. - 3.2-ci bəndinə görə, texnikaların istifadəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 3 iş günü ərzində ödəniləcəkdir. Bu müqavilənin qüvvədə olduğu hər təqvim ayı bitdikdən sonra, icraçı 1 iş günü ərzində təhvil-təslim aktı tərtib edir və sifarişçiyə təqdim edir. Sifarişçi həmin təhvil-təslim aktına 1 iş günü ərzində münasibət bildirməlidir. Sifarişçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi sifarişçini xidmət haqqını ödəməkdən azad etmir. - 7.1-ci bəndinə görə, bu müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir. Müqavilə 4 ay müddətinə bağlanılır. İstifadəyə verilən hər bir texnikanın istifadə müddəti əlavə 1-də qeyd edilir.
2. Xidmət müqaviləsinə 1 nömrəli əlavəsinə (razılaşma protokolu) ilə tərəflər sözügedən mü qavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4.800 manat olmaqla, 4 ay üçün cəmi 19.200 manat (boşdayanma məbləği (bir gün üçün) 180); Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4.800 manat olmaqla, 4 ay üçün cəmi 19.200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) və Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqının 4.200 manat olmaqla, 3 ay üçün cəmi 12.600 manat (boşdayanma məbləği (bir gün üçün) 160) olması barədə razılaşmışlar.
3. Xidmət müqaviləsinə 2 nömrəli əlavə (razılaşma protokolu) ilə tərəflər sözügedən müqavilə üzrə Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikan ın aylıq xidmət haqqının 7.200 manat olmaqla, ən azı 2 ay üçün cəmi 14.400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olması barədə razılaşmışlar.
4. Xidmət müqaviləsinə 3 nömrəli əlavə (razılaşma protokolu) ilə tərəflər sözügedən müqavilə üzrə CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqının 4.000 manat olmaqla, 3 ay üçün cəmi 12.000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olması barədə razılaşmışlar.
5. Xidmət müqaviləsinə 4 nömrəli əlavə (razılaşma protokolu) ilə tərəflər sözügedən müqavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat; texnikanın müqavi lədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat; Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat; texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat, Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 215 manat; texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 27 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqının ƏDV daxil 295 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 37 manat olması barədə razılaşmışlar. 6. 2023-cü il 3 oktyabr tarixli 2 nömrəli təhvil-təslim aktı ilə xidmət müqaviləsi üzrə aylıq xidmət haqqı 7.200 manat olmaqla, ən azı 2 ay üçün cəmi 14.400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olan Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzas ı və möhürü ilə təsdiq edilmişdir. 7. 2023-cü il 4 oktyabr tarixli 3 nömrəli təhvil-təslim aktı ilə xidmət müqaviləsi üzrə aylıq xidmət haqqı 4.000 manat olmaqla, 3 ay üçün cəmi 12.000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olan CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 8. 2023-cü il 9 oktyabr tarixli 1 nömrəli təhvil-təslim aktı ilə xidmət müqaviləsi üzrə aylıq xidmət haqqı 4.800 manat olmaqla, 4 ay üçün cəmi 19.200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika və aylıq xidmət haqqının 4.800 manat olmaqla, 4 ay üçün cəm i 19.200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Xidmət müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 2023-cü il 22 dekabr tarixli 1 saylı təhvil-təslim aktı ilə Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 18 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 3.200,04 manat; Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 5 saat üçün (saatlıq xidmət haqqı 22,22 manat olmaqla) 111,10 manat və Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 17 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 3.022,26 manat olmaqla, cəmi 7.473,41 manatlıq (6.333,40 manat +1.140,01 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Xidmət müqaviləsinin 2 nömrəli əlavəsi üzrə 2023-cü il 22 dekabr tarixli 1 saylı təhvil-təslim aktı ilə Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 26 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 6.933,42 manat; Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 533,28 manat olmaqla, cəmi 8.810,71 manatlıq (7.466,70 manat + 1.344,01 manat ƏDV) göstərdiyi xidmət İddiaç ı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Xidmət müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 2023-cü il 22 dekabr tarixli 1 saylı təhvil-təslim aktı ilə CAT 428 E markalı 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 15 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 2.727,3 manat; CAT 428 E 110FY- 180 dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 363,68 manat olmaqla, cəmi 3.647,36 manatlıq (3.090,98 manat+556,38 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Xidmət müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 2023-cü il 25 dekabr tari xli 2 saylı təhvil-təslim aktı ilə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 14 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 2.488,92 manat və Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 18,25 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 3.244,49 manat olmaqla, cəmi 6.765,42 manatlıq (5.733,41 manat + 1.032,01 manat ƏDV) göstərdiyi Dübəndi ərazisində torpağın daşınması xidməti (xidmət dövrü: 2023-cü il 1 noyabr – 2023-cü il 25 noyabr) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Xidmət müqaviləsinin 2 nömrəli əlavəsi üzrə 2023-cü il 25 dekabr tarixli 2 saylı təhvil-təslim aktı ilə Hyundai HL 760-9 S ma rkalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 13 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 3.466,71 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 6 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 199,98 manat olmaqla, cəmi 4.326,69 manatlıq (3.666,69 manat+660 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: 2023-cü il 6 noyabr – 2023-cü il 20 noyabr) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası (Cavabdeh MMC-nin adından Cavid Cəfərov tərəfindən imzalanmış) və möhürü ilə təsdiq edilmişdir.
14. Xidmət müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 2023-cü il 25 dekabr tarixli 2 saylı aktı ilə CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlə t qeydiyyat nişanlı texnikanın 20 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 3.636,40 manat və CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 6,5 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 147,75 manat olmaqla, cəmi 4.465,30 manatlıq (3.784,15 manat+681,15 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: 2023-cü il 1 noyabr – 2023-cü il 4 dekabr) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 21 fevral tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 2023-cü il 22 dekabr tarixli təhvil-təslim aktlarına əsasən (cəmi 3 akt), ƏDV daxil 19.931,48 manat; 2023-cü il 25 dekabr tarixində tərtib edilmiş təhvil-təslim aktına əsasən, ƏDV daxil 15.557,41 manat, cəmi 35.488,89 manat; ümumilikdə 18.099,33 manat dəbbə pulu və məhkəməyə müraciət üçün çəkilmiş 250,32 manat xərcin əvəzi olmaqla, cəmi 53.838,54 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqdim edilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına əsasən xidmət haqqı ödənilməlidir. Uzun müddət keçməsinə baxmayaraq, sifarişçi xidmət haqqını ödəməmişdir. Bundan başqa, müqavilənin 4.4-cü bəndi ilə sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə, xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçü aylıq xidmət haqqının bir faizi həcmində icraçıya dəbbə pulunun ödənilməsi razılaşdırılmışdır.
17. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sübut kimi təhvil-təslim aktlarına istinad etmişdir. Lakin cavabdehin qanuni təmsilçisi və direktoru 2023-cü il 20 dekabr tarixindən Qanuni nümayəndə təyin olunmuş, vergi orqanından qeydiyyatdan keçmişdir. Yəni sözügedən təhvil-təslim aktları cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Ona görə də, cavabdeh bildirmişdir ki, qeyd olunan təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, tərəflər arasında göstərilmiş xidmətin məbləğində d ə uyğunsuzluqlar mövcud olmuşdur. Belə ki, xidmət göstərən texnikalarda xidmət göstərdiyi dövr ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilmiş, həmin texnikalardan şirkət yararlana bilməmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 may tarixli e-2-2(113)-1883/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xidmət müqaviləsi üzrə 35.488,89 manat əsas borc, 1.750 manat dəbbə pulu olmaqla, cəmi 37.238,89 manat pul, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xidmətlər (yük daşıma və s. xidmətlər) göstərmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hazırda cavabdehin göstərilən müqavilə üzrə iddiaçıya olan borcu 35.488,89 manat təşkil etmişdir.
20. İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi faktı sonuncunun təqdim etdiyi texnikaların göstərəcəyi xidmətlərin dəyəri barədə razılaşmalar (əlavələr) və həmin texnikalarla xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktları ilə təsdiq olunmuşdur. 21. “Cavabdehin qanuni təmsilçilik hüququ ilə direktoru vəzifəsinə 2023-cü il 20 dekabr tarixindən Qanuni nümayəndə təyin edildiyi və ver gi orqanından qeydiyyatdan keçdiyi halda, 2023-cü il 22 dekabr və 2023-cü il 25 dekabr tarixlərində təsdiq olunmuş xidmətlərin göstərilməsi barədə aktların əvvəlki qanuni təmsilçi Cavid Cəfərov tərəfindən, yəni səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması” barədə cavabdehin etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən aktlar 2023-cü il 20 dekabr tarixinədək MMC-nin direktoru olmuş və tərəflər arasında bağlanmış müqaviləni cavabdehin adından imzalamış Cəfərov tərəfindən imzalanmaqla yanaşı, cavabdehin möhürü ilə təsdiq edilmiş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
22. Müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisinin dəyişməsi barədə ona məlumat veriləcəyini gözləməyə, belə bir məlumat verilmədiyi sürəcdə isə kontragentin qanuni təmsilçisi olmuş və tərəflər arasında müqaviləni, həmin müqaviləyə əlavələri, eləcə də texnikaların təhvil-təslim aktlarını kontragentin adından bağlamış şəxs tərəfindən imzalanmaqla üzərinə möhür vurulmuş aktların mötəbərliyini güman etməyə, yəni qarşı tərəfin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlı olmuşdur.
23. Belə olan halda, qarşı tərəfin hüquqi şəxsin qanuni təmsilçisi kimi tanıdığı şəxs tərəfindən imzalanmış və üzərinə möhür vurulmuş aktların mötəbərliyinin həmin aktların imzalanmasına 5 gün qalmış qanuni təmsilçinin dəyişdirilməsi əsası ilə mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından, vicdanlılıq prinsipinin tələblərinə cavab verməmişdir.
24. Cavabdehin “xidmət göstərən texnikalarda xidmətin göstərildiyi döv r ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilməsi, həmin texnikalardan şirkətin yararlana bilməməsi və bununla da iddiaçı tərəfindən şişirdilmiş qiymətlərlə tələb irəli sürməsi” barədə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, birincisi, cavabdeh texnikalarda hər hansı nasazlıq aşkar edilməsini, həmin nasazlığın aradan qaldırılması üçün xərc çəkmələrini və bununla bağlı iddiaçıya etirazını hər hansı formada bildirilməsini, o cümlədən xidmət göstərən texnikanın qüsurlu olması ilə xidmət haqqının azaldılmasını tələb etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh xidmətlərin göstərilməsi barədə aktları təsdiq etməklə iddiaçı tərəfindən faktiki göstərilmiş xidmətləri n həmin aktlarda göstərilmiş dəyərdə olması ilə də razılaşmışdır.
25. Bundan əlavə, müqavilə şərtlərinə əsasən, cavabdeh texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar etdiyi halda təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina edə bilərdi (xidmət müqaviləsinin 2.2.1-ci bəndi), lakin cavabdeh təhvil-təslim aktlarını imzalamaqla texnikaların nasaz olmadığını qəbul etmişdir. Odur ki, məhkəmə xidmət müqaviləsi üzrə 35.488,89 manat əsas borcun tutulması tələbinə dair hissədə iddianın əsaslı olması qənaətinə gəlmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cava bdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-778/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində yoxlayaraq qeyd etmişdir ki, iddiaçı xidmət müqaviləsinə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə xidmət müqaviləsi adlandırılsa da, mahiyyət etibarı ilə icarə müqaviləsidir. Bu baxı mdan, iddia tələblərinin qanuni əsasını MM-in 700.1-ci maddəsi təşkil etmişdir. Hazırkı işdə də qeyd olunan normanın dispozisiya şərtləri mövcud olmuşdur.
30. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir. İddiaçı tərəfindən təqdim olunmuş təhvil-təslim aktları (bax §§ 6-14) ilə sonuncunun icarə obyekti olan texnikalarının cavabdehə təhvil verilməsi təsdiq edilmişdir.
31. Cavabdehin qanuni təmsilçilik hüququ ilə direktoru vəzifəsinə 2023-cü il 20 dekabr tarixindən Qanuni nümayəndə təyin edildiyi və vergi orqanından qeydiyyatdan keçdiyi halda, 2023-cü il 22 dekabr və 2023-cü il 25 dekabr tarixlərində təsdiq olun muş xidmətlərin göstərilməsi barədə aktların əvvəlki qanuni təmsilçi Cavid Cəfərov tərəfindən, yəni səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehin etirazının dəlilləri isə əsassız olmuşdur. Belə ki, həmin aktlar 2023-cü il 20 dekabr tarixinədək MMCnin direktoru olmuş və tərəflər arasında bağlanmış müqaviləni cavabdehin adından imzalamış Cavid Cəfərov tərəfindən imzalanmaqla yanaşı cavabdehin möhürü ilə təsdiq edilmiş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
32. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin bu qərarın 24-25-ci bəndlərində göstərilən mövqeləri ilə razılaşmaqla, onları vurğulayaraq, iddiaçı tərəfindən 35.488,89 manat icarə haqqının mövcud olması faktının təqdim olunmuş texnikaların göstərəcəyi xidmətlərin dəyəri barə də razılaşmalar (əlavələr) və həmin texnikalarla xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktları ilə təsdiq edildiyi qənaətinə gəlmişdir.
33. Cavabdeh isə həmin məbləğdə icarə haqqının ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 35.488,89 manat pulun ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur.
34. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi həm borcun məbləğinə və dəbbə pulunun əsaslığına, həm də təqdim edilmiş sübutlara düzgün qiymət vermişdir.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 425.1, 462.1 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 385.1, 425.1 və 425.2-ci maddələri üzrə - Qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sübut kimi təhvil-təslim aktlarına istinad etmişdir. Lakin cavabdehin qanuni təmsilçisi və direktoru 2023-cü il 20 dekabr tarixindən Qanuni nümayəndə təyin edilmiş, vergi orqanından qeydiyyatdan keçmişdir. Yəni sözügedən təhvil-təslim aktları cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Qeyd olunan təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
38. Bundan başqa, tərəflər arasında göstərilmiş xidmətin məbləğində də uyğunsuzluqlar mövcuddur. Belə ki, xidmət göstərən texnikalarda xidmət dövrü ərzində nasazlıqlar aşkar edildiyinə görə cavabdeh tərəfindən xeyli miqdarda xərclər çəkilmiş, həmin texnikalardan şirkət yararlana bilməmişdir. Lakin iddiaçı öz iddia tələbində qeyd olunan xüsusatları göstərməmiş və əsassız artırılmış qiymətlərlə tələb irəli sürmüşdür.
39. MPM-in 81 və 88-ci maddələri üzrə - Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün və düzgün olmayan subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə maddi hüquq normalarından əlavə, prosessual hüquq normasının da pozuntusuna yol verməklə məhkəmə aktı qəbul etmişdir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılm ası kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi h alda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıd ır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
46. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, ape llyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
47. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
48. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 44) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq et miş, MPM-in 217.1ci maddəsinə (bax § 44) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-778/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-778/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.