Məhkəmə qərarları › İş №2-2(102)-372/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-372/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-372/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı “X8 Sanayi ve Ticaret. A.Ş”-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (“İri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” PHŞ və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti, iddia müddətinin axımının hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X8 Sanayi ve Ticaret. A.Ş”-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “İri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” PHŞ və X5) pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 31 yanvar tarixli 22(103)-59/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X8 Sanayi ve Ticaret A.Ş” şirkəti və "xxxx" MMC arasında imzalanmış 2011-ci il 5 oktyabr tarixli HL.11.05-03 nömrəli müqaviləyə əsasən, “Gezer” "xxxx"-un Azərbaycan Respublikasında həyata keçirilən “Məhsuldarlığı 25.000 m3 /gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3/gün olan Ələt “X1” layihələri üçün; xüsusiyyətləri əlavə edilmiş hesab proformada və “Bill of Quantity”-də təsvir olunan qurğular, material və xidmətlər təqdim edəcək. Həmin müqavilənin 7-ci bəndinə əsasən 2-ci maddədə qeyd olunan avadanlıq, material və xidmətlərin ümumi məbləği 4.600.000 avro təşkil edir. Müqavilənin 8.1-ci bəndinə əsasən 3.600.000 avro müqavilə imzalandıqdan sonra "xxxx" tərəfindən əvvəlcədən ödəniləcək. Gezer Hidrolotus-a bu ödənişin məbləği üçün Türkiyə banklarından aldığı maksimum 3 ay müddətinə ilkin ödənişə dair zəmanət məktubu təqdim edir. Bu zəmanət məktubu avadanlıq Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra 3 gün ərzində Hidrolotus tərəfindən Gezer-ə qaytarılacaqdır. Avadanlıq 3 ay ərzində təhvil verilə bilmədikdə, zəmanət məktubu mənfəət kimi sayılır. 8.2-ci bəndə əsasən 600.035 avro, tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokol imzal andıqdan sonra 7 gün ərzində ödəniləcək. 8.3-cü bəndinə əsasən 399.965 avro, obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokol imzalandıqdan sonra 7 gün ərzində ödəniləcək.

2. Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmiş 2020-ci il 22 iyul tarixli 008 nömrəli məktubda Mingəçevir 20.000 m3 çirkab sutəmizləyici qurğunun elektromexaniki materialları müqaviləsindən “X8 Sanayi ve Ticaret A.Ş” firmasına qalan borcun məbləğinin xərclər çıxıldıqdan sonra 884.700 avro olduğu qeyd edilmişdir.

3. Cavabdeh1 MMC tərəfindən “X8 Sanayi ve Ticaret A.Ş” şirkətinə göndərilmiş 2021-ci il 29 oktyabr tarixli 0/21 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC “X10 Sanayi ve Ticaret” şirkətindən iki ədəd çirkab su təmizləmə qurğusunu təchiz etmişdir. Cavabdeh1 MMC olaraq, təchiz edilən bu qurğuların logistika hissəsini köməklik məqsədilə yerinə yetirilmişdir. "xxxx" MMC-nin “Gezer Endüstri” ilə aralarında yaranan borcun köməklik məqsədilə həllini tapması üçün, həmin qurğunun bir ədədini “Xaçmaz şəhərinin X6 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsində istifadəsinə çalışdılar. Cavabdeh1 MMC olaraq sıradan çıxan bir çox materialları və eyni zamanda yenilənmiş texnologiya baxımından istifadəyə yararsız olan hissələrini əlavə ödəniş edərək təchiz etmişlər. Gezer Endüstriyə olan borcun gecikmə səbəbi, ölkələr arası kredit sazişinin müddəti 2020-ci il 30 dekabr tarixində bitməsidir. Bildirmək istəyir ki, Sifarişçi şirkəti "xxxx" ASC, Məsləhətçi şirkəti “X4 Co” LTD, Podratçı şirkəti “T.T.Ş-İnşaat & Alkataş İnşaat və Taahhüt & Alke İnşaat Sanayi ve Ticaret A.Ş” olan “Xaçmaz şəhərinin X6 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsinin kredit sazişi “X2 Agentliyi” və “Azərbaycan Respublikası” arasında bağlanmışdır. Onlara bildirilən məlumatlara əsasən, kredit sazişinin uzadılması üçün “Azərbaycan Respublikasına” yenidən müraciət olunub. Müraciətin təsdiqi üçün saziş Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur. Kredit sazişinin müddəti uzadıldıqdan və qarşı tərəfə ödəniş edildikdən sonra borc ödəniləcəkdir.

4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğuya verilmiş 2024-cü il 27 fevral tarixli **********511100 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırki adı Cavabdeh2 MMC) (VÖEN: **********) 2011-ci il 26 iyul t arixdə dövlət qeydiyyatından keçməsi və rəhbərinin Nümayəndə2 olması barədə məlumat mövcuddur. 5. “X8 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş pretenziya məktubunda 884.700 avro məbləğində borcun beş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

6. E-mail yazışmalarından görünür ki, "xxxx" MMC-nin adından satınalma üzrə mütəxəssis Elnur Musayev istifadəçi (Elektron ünvan 1) “Huseyin Gezer” adlı istifadəçiyə göndərilmiş məktubda hesab-faktura məlumatları təqdim edilmiş (elektron məktubun surətinin "xxxx" MMC-nin direktorunun elektron poçt ünvanına - Elektron ünvan 2 göndərilmişdir), mallara aid hesab-fakturaların X3 adına hazırlanacağı qeyd edilmişdir. 2013-cü il 14 noyabr tarixdə "xxxx" MMC-nin a dından maliyyə direktoru Şahin Abbasov tərəfindən “Huseyin Gezer” adlı istifadəçiyə göndərilmiş məktubla ödənişlər barədə məlumatlar göndərilmişdir. Həmin məlumatlara əsasən 2023-cü il 1 noyabr tarixə “X8 Sanayi ve Ticaret A.Ş” şirkətinin cəmi almalı olduğu məbləğ 6.150.551,31, ödənişlər 5.210.826,30 və qalıq borcu 939.725,01 manat təşkil edir. Həmin məlumatlardan həmçinin “X8 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən "xxxx" MMC-yə sonuncu mal alış qaiməsinin tarixi 2013-cü il 22 oktyabr olmaqla 2012-2013-cü il tarixləri arası dövrdə müxtəlif tarixli və nömrəli mal alışı qaimələrinə əsasən mallar təqdim edilməsi aydın olur. 7. 2011-ci il 1 dekabr tarixli, “A” seriyalı, 624013 nömrəli hesab fakturada cəmi 382.572,30 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624060 nömrəli hesab fakt urada cəmi 163.235,82 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624061 nömrəli hesab fakturada cəmi 306.119,87 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624062 nömrəli hesab fakturada cəmi 340.801,42 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624063 nömrəli hesab fakturada cəmi 370.990,42 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624064 nömrəli hesab-fakturada cəmi 483.250,42 avro, 2011-ci il 15 dekabr tarixli, “A” seriyalı, 624065 nömrəli hesab-fakturada cəmi 517.030,35 avro məbləğində müxtəlif çeşiddə olan malların “Mingəçevir/Zərdab çirkab su təmizləyici qurğu avadanlığı “20.000 m3 /gün) layihəsi üzrə “X8 Sanayi ve Ticaret A.Ş” şirkəti adından X3 adına göndərilməsi üçün tərtib edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı “X8 Sanayi və Ticaret. A.Ş” şirkəti (bundan sonra – “iddiaçı”) 2023-cü il 18 dekabr tarixində cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (əvvəlki adı "xxxx" MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 983.101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200.000 avro və məhkəmə məsrəfləri üçün 3000 (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 2011-ci il 5 oktyabr tarixli 4.600.000 avro dəyərində müqavilə əsasında Mingəçevir/Zərdab və Lənkəran/Kürdəmir şəhərlərində çirkab su təmizləyici qurğular üçün elekt romexaniki avadanlıqların istehsalı və təchizatını həyata keçirmişdir. Sonradan "xxxx" MMC-nin öhdəlikləri Cavabdeh1 MMC-yə keçmiş və ödənişlərin yalnız bu şirkət tərəfindən həyata keçirildiyi təsdiq olunmuşdur. 4.107.097,91 avro məbləğində təqdim olunmuş hesabfakturalara qarşı Cavabdeh1 MMC 3.123.996,87 avro ödəmiş, lakin 983.101,04 avro qalıq borc bu günə qədər ödənilməmişdir. Cavabdeh1 MMC ödənişi JİCA kreditinin gecikməsi ilə izah etmiş, 2020-ci il 22 iyul tarixli yazılı razılaşma ilə bu məbləğin 2020-ci il 31 dekabr tarixinədək ödəniləcəyini öhdəsinə götürmüşdür. Həmin tarixədək və sonrakı dövrdə də borcun ödənilməməsi səbəbindən iddiaçı həm əsas borcun, həm də həmin məbləğin uzun müddət özündə saxlanmasına görə 200.000 avro əldən çıxmış faydanın Cavabdeh1 MMC-dən tutulmasını tələb et mişdir.

10. Cavabdeh1 MMC iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə müqavilə münasibəti yalnız digər cavabdeh "xxxx" MMC arasında mövcud olmuşdur. O isə bu müqavilənin tərəfi deyil və onun öhdəliklərini qəbul etdiyinə dair heç bir yazılı razılaşma yoxdur. 2011-ci il 5 oktyabr tarixli müqavilə Lənkəran və Ələt şəhərlərindəki qurğular üçün elektromexaniki avadanlıqların təchizatını nəzərdə tutsa da, iddiaçı bu layihələr üzrə öhdəliklərinin icrasını sübut edən sənədləri – təhvil-təslim aktları, idxal bəyannamələri təqdim etməmişdir. İddia tələbi əsasız olaraq ona qarşı irəli sürülmüşdür. İddiaçının əsaslandığı 2020-ci il 22 iyul və 2021-ci il 29 oktyabr tarixli məktublar konkret müqaviləyə aid deyil, yalnız Xaçmaz şəhəri üzrə ayrı layihəyə və ümumi ödəniş razılaşmalarına tox unur, Lənkəran/Ələt layihəsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Hətta bu sənədlərdə 2011-ci il 5 oktyabr tarixli müqavilə ümumiyyətlə göstərilməmişdir. Onunla iddiaçı arasında müxtəlif dövrlərdə digər müqavilələr mövcud olmuş və həmin müqavilələr üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən borc tələbinə əsas kimi göstərilən ödənişlərin sonuncusu 2014-cü il 20 fevral tarixdə edilmiş, lakin mediasiya üçün müraciət yalnız 2023-cü il 13 noyabrda edilmişdir. Bu baxımdan, tələbin irəli sürülməsi üçün nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür.

11. Cavabdeh2 MMC (əvvəlki adı "xxxx" MMC) də iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/X11 Təmizləyici Qurğuları” layihələri üçün id diaçı tərəfindən hər hansı işlər görülməmiş və buna müvafiq olaraq da təhvil-təslim aktları təqdim edilməmişdir. İddianın əsasını təşkil edən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2011-ci il 5 oktyabr tarixli “məhsuldarlığı 25.000 m3 /gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3 /gün olan X12 Təmizləyici Qurğular üçün elektro-mexaniki avadanlıqların təchizatına” dair müqavilənin 4cü bəndində işin təslim yeri və müddətləri müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunsa da, bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, iddiaçı inşaat işlərinin cavabdeh tərəfindən tamamlandığını bildirilməsindən sonra 4 ay ərzində hər iki qurğuya aid elektrik-mexanik montaj işləri tamam lamalı, 4.4-cü bəndinə əsasən montaj işləri tamamlandıqdan 6 həftə sonra hər iki qurğunun işə salınma işləri tamamlanmalı, 4.5-ci bəndinə əsasən isə, hər iki qurğu üzrə işə salınma işlərinin son 2 həftəsindən başlayaraq 1 ay ərzində işlətmə personalına təlimlər verilməsini təmin etməli idi. Lakin qeyd olunan işlərin heç biri iddiaçı tərəfindən görülməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyun tarixli e-2-2(113)-788/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim K.Hüseynov).

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 2011-ci il 5 oktyabr tarixli ******* avro dəyərində malın satılması və xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı daha sonra "xxxx" MMC-nin (hazırda Cavabdeh2 MMC) öhdəliklərinin "xxxx" MMC-yə keç diyini, hazırda müqavilə üzrə ödənilməli olan 983101,04 avro borcun və 200000 avro əldən çıxmış faydanın hər iki MMC tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Cavabdeh1 MMC iddiaçının ona qarşı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığını, hazırda mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Digər Cavabdeh2 MMC isə iddia ərizəsində qeyd edilən layihələr üzrə hər-hansısa işlərin görülmədiyini, müvafiq təhviltəslim aktlarının təqdim edilmədiyini bildirmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 MMC-yə qarşı hazırda mübahisələndirilən müqavilə üzrə iddia tələbi əsaslı hesab edilməməlidir. Belə ki, həmin MMC 2011-ci il 5 oktyabr tarixli müqavilə üzrə tərəf olmamış, eyni zamanda sonraki dövrlərdə həmin müqavilə üzrə "xxxx" MMC-yə aid öhdəliklərin Cavabdeh1 MMC-yə keçməsinə dair də məhkəməyə hər hansısa mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 MMC-nin məktublarında isə Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı barədə müqavilədən bəhs edilməmişdir. Bu səbəbdən, iddiaçının Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməsinə dair subyektiv hüququ yaranmamışdır. Ona görə də, bu MMC-yə aid hissədə iddia tələbi müddətin ötürülməsinə görə yox, məhz iddiaçının subyektiv hüququnun yaranmaması ilə bağlı rədd edilməlidir. 15. "xxxx" MMC-yə (hazırda Cavabdeh2 MMC) münasibətdə qeyd olunmuşdur ki, həmin MMC iddia tələbinə etirazında iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/X11 Təmizləyici Qurğuları” layihələri üzrə iddiaçı tərəfindən hər hansısa işlərin görülmədiyini, təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmiş, iddiaçının müqavilə öhdəliklərini tam olaraq icra etməsini mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməsi mübahisələndirildiyindən bununla bağlı sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada tam icra edilməsini təsdiq edən sübutları, yəni müqavilədə nəzərdə tutulmuş tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokolu və obyektin istismara veri lməsinin başa çatması ilə bağlı tərəflər arasında protokolu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında imzalanmış 2011-ci il 5 oktyabr tarixli müqavilədə göndərmə müqavilə münasibətlərinin olduğu müəyyən olunur. Belə ki, həmin müqavilə üzrə iddiaçı satıcı olaraq istehsal etdiyi malı cavabdeh "xxxx" MMC-yə alıcı olaraq çatdırmaq, quraşdırmaq və istismara vermək öhdəliyini, sonuncu isə malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə quraşdırma və istismara vermək başa çatdıqdan sonra ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş, əvvəlcədən ödənilməli olan 3.600.000 avro "xxxx" MMC tərəfindən iddiaçıya ödənilmişdir, bu fakt iddiaçının nümayəndələri tərəfindən də təsdiq edilmişdir. Lakin iddiaçının satdığı malı quraşdırmaq və istismara hazır təhvil vermək öhdəliklərini icra etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda qarşılıqlı icra edilməli öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmədiyindən cavabdeh haqlı olaraq müqavilədən imtina edərək malın quraşdırılmasına və istismara təhvil verilməsinə görə ödəməli olduğu 983101,04 avro pulu ödəməmişdir. 16. 200.000 avro əldən çıxmış fayda tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, eyni zamanda qeyd edilən hissədə iddia tələbinin əsaslı olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 372.1, 372.2, 385.1, 386.1, 441.1, 441.3, 4 42, 447.1, 448.1, 627.1, 630.1, 630.2, 631.1, 631.2, 637.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətanmə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kolleg iyasının 2025-ci il 31 yanvar tarixli 2-2(103)-59/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

20. Apellyasiya instansiyası məhkəməsi 2011-ci il 5 oktyabr tarixli müqavilədə tərəflərin Bakının məhkəmə və icra orqanlarının səlahiyyətini qəbul etməsini, cavabdehlərin Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər olmasını nəzərə alaraq, MPM-in 440.1 və 443.0.1-ci maddələri əsasında Azərbaycan məhkəmələrinin bu xarici elementli mübahisə üzrə səlahiyyətli olduğunu müəyyən etmişdir. Tətbiq ediləcək hüquqla bağlı məhkəmə vurğulamışdır ki, iş üzrə tərəflərə Azərbaycan qanunvericiliyi əsasın da mübahisənin həll edilməsi təklif olunmuş, iddiaçı əvvəlcə razılaşmış, daha sonra Türkiyə hüququna istinad etməyə çalışsa da, son nəticədə yazılı ərizə ilə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqinə razı olduğunu bildirmişdir. Bu razılıq “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 24-cü maddəsi və Ali Məhkəmənin 2023-cü il 14 dekabr tarixli Plenum qərarındakı 5.9 və 5.10-cu bəndlərə uyğun olaraq Azərbaycan hüququnun tətbiqinə əsas yaratmışdır.

21. Məhkəmə işin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC (hazırkı adı Cavabdeh2 MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə 2011-ci il 5 oktyabr tarixli müqavilə bağlanmışdır. Hazırda iddiaçı Gezer şirkəti müqavilənin ilkin olaraq Cavabdeh2 MMC ilə bağlanmasını, lakin sonradan avadanlıqların təchiz edilməsi ilə bağlı danışıqların digər Cavabdeh1 MMC ilə davam etməsini, həmin danışıqlara əsasən Lənkəran layihəsinin adının Mingəçevir layihəsinə dəyişdirilməsini, avadanlıqların Cavabdeh1 MMC-nin göstərdiyi şəxsin adına göndərilməsini, təqdim edilmiş avadanlıqlara görə ödənişlərin Cavabdeh1 MMC tərəfindən edilməsini, 2020-ci ildə Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə borcun etirafı barədə qəbz (məktub) verilməsini əsas göstərərək həmin avadanlıqlara görə yaranmış borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın "xxxx" MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh1 MMC iddiaçıdan su təmizləyici qurğusu avadanlığı almadığını, be lə olan halda həmin avadanlığın təqdim edilməsinə görə borcunun olmadığını, eləcə də iddia müddətinin ötürülməsini əsas göstərərək iddianın rədd edilməsini, digər cavabdeh "xxxx" MMC isə 2011-ci il 5 oktyabr tarixli müqaviləsinə əsasən iddiaçı tərəfindən onlara avadanlıq təqdim edilmədiyini, eləcə də işlərin görülmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

22. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2011-ci il 5 oktyabr tarixli Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə müqavilə alqı-satqı və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. İddiaçı tərəfindən həmin müqavilə əsasında Cavabdeh2 MMC-yə hər hansı avadanlıq təqdim edilməsi, işlərin görülməsi, belə olan halda iddiaçının təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsini tələb etmək hüququnun yaranması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçının həmin MMC-yə qarşı irəli sürdüyü avadanlığın dəyərinin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

23. Digər Cavabdeh1 MMC-yə qarşı irəli sürülən tələblər üzrə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin məsul işçiləri arasında (bəzi elektron poçt məktublarının surəti cavabdehin direktorunun elektron poçt ünvanına da göndərilməklə) Mingəçevir şəhəri üçün su təmizliyi qurğusu avadanlığının təchiz edilməsi, həmin avadanlığın çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması, həmin yazışmalarda cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin müvafiq avadanlıqların X3 adı na göndərilməsini xahiş etməsi, bundan sonra iddiaçı tərəfindən Nəcəfov Firuddin adına avadanlıqların göndərilməsi və AR gömrük sərhədindən keçməsi, həmin avadanlıqlara görə müxtəlif şirkətlərin adından iddiaçıya ödənişlər edilməsi, cavabdeh "xxxx" MMC-nin nümayəndələri tərəfindən avadanlıqlara görə edilmiş ödənişləri əks etdirən cədvəlin iddiaçıya göndərilməsi, mübahisəli avadanlığın 2018-ci ildə "xxxx" MMC-nin sahibliyində olması və ehtiyat hissələri əvəzləndikdən sonra Xaçmaz şəhərinin X6 qurğusu layihəsində istifadə edilməsi üçün başqa şirkətə təqdim edilməsi və nəhayət Cavabdeh1 MMC-nin 2020-ci il 22 iyul tarixli məktubla Mingəçevir şəhərinin su təmizləyici qurğu üçün avadanlığın təchizatı ilə bağlı iddiaçıya borcunun olmasını etiraf etməsi məcmu şəkildə ona dəlalət edir ki, iddiaçı i lə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq Cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin Cavabdeh1 MMC təqdim edilmiş avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884.700 avro məbləğində borcu yaranmışdır.

24. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi mübahisəli su təmizləyici qurğunun (avadanlığın) alınması ilə bağlı invoyslar X3 adına tərtib edilmiş və həmin invoyslar əsasında avadanlıq sonuncunun adına AR-ə gətirilmiş, yəni mübahisəli su təmizliyici qurğusunun alqı-satqısı müqaviləsi rəsmi olaraq F.Nəcəfovla iddiaçı arasında bağlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş F.Nəcəfov məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehləri tanımadığını, 20 il əvvəl 28 may metrosu ərazisində yerləşən şirkətə şəxsiyyət vəsiqəsi təqdim etdiyini və bunun müqabilində ona ayda 100 manat pul verildiyini, Türkiyədən heç bir zaman avadanlıq almadığını bildirmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 MMC arasında yuxarıda şərh edilən elektron poçt yazışmalarında cavabdehin işçisinin avadanlığın F.Nəcəfovun adına gətirilməli olmasını bildirməsi, alqı-satqı predmeti olan avadanlığın alıcı qismində çıxış edən F.Nəcəfovun sahibliyinə verilməməsi, əksinə 2018-ci ildə həmin avadanlığın Cavabdeh1 MMC-nin sahibliyində olması, avadanlığın dəyərinin F.Nəcəfov tərəfindən deyil, Cavabdeh1 MMC tərəfindən müxtəlif şirkətlərin adından iddiaçıya ödənilməsi kimi məhkəmə araşdırılması zamanı müəyyən ed ilmiş faktiki hallar və eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş F.Nəcəfovun izahatı belə qənaətə gəlməyə əsas verir ki, həmin şəxs alqı-satqı müqaviləsində formal olaraq alıcı qismində göstərilmiş, yəni həmin müqaviləsinin bağlanmasında əsl niyyət üçüncü şəxslərdə (hazırkı halda dövlət orqanlarında) yanlış təsəvvür yaratmaqla fərqli subyektiv tərkib, yəni iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək olmuşdur. Bu zaman tərəflərin (iddiaçı və F.Nəcəfov) həmin əqdi bağlayarkən həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq (F.Nəcəfovda alqı-satqı predmeti olan malı almaq, Cavabdeh1 MMCdə isə həmin əmlakı alıcı F.Nəcəfova təqdim etmək) niyyətləri olmamışdır. Hər iki tərəf müqavilə bağlanarkən əslində həmin müqavilənin iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlandığını bilirdilər. Beləliklə, hazırkı halda pərdələnən əqd olan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlılıq tələblərinə cavab verdiyindən etibarlı əqd kimi tərəflər üçün hüquqi nəticələr yaradır. Odur ki, iddiaçı həmin əqdə əsaslanaraq Cavabdeh1 MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir.

25. Cavabdeh1 MMC-nin nümayəndələrinin istinad etdiyi Mingəçevir şəhərində su təmizləyici qurğunun quraşdırılmaması barədə dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, Lənkəran və Ələtdə su təmizləyici qurğuların təchizatı və quraşdırılması ilə bağlı Cavabdeh2 MMC ilə bağlanmış və Gezer şirkətinin avadanlıqların quraşdırılmasına dair öhdəliklərini də nəzərdə tutan müqavilədən fərqli olaraq sonradan iddiaçı ilə Cavabdeh1 MMC-nin nümayəndələri arasında aparılmış yazışmalar su təmizləyici qurğusu avadanlıqlarının təqdim edilməsi ilə bağlı olmuş, tərəflərin razılaşmasına əsasən Firudin Nəcəfovun adına göndərilmiş invoyslar da məhz avadanlıqların təqdim edilməsinə ilə bağlı tərtib edilmişdir. Başqa sözlə, həmin yazışmalardan Gezer şirkətinin müvafiq avadanlıqlarının quraşdırılması öhdəliyini üzərinə götürməsi müəyyən edilmir. Əksinə tərəflər arasında yazışmalarda avadanlıqların ex works/gebze şərti ilə çatdırılmasının razılaşdırılması ona dəlalət edir ki, avadanlıqlar Gebze şəhərində yerləşən zavoddan alıcıya (cavabdehə) çatdırılmış hesab edilir və avadanlığın təyinat nöqtəsinə çatdırılması alıcının (cavabdehin) öhdəliklərinə aid edilir. Odur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış şifahi alqı-satqı müqaviləs inə əsasən iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqların son nəticədə Mingəçevir şəhərində (layihənin baş tutmaması səbəbindən və ya hər hansı digər səbəbdən) quraşdırılmaması faktı iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət etmir və cavabdehi təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsi öhdəliyindən azad etmir. Beləliklə, kollegiya belə qənaətə gəlmişdir ki, Mİngəçevir layihəsi üzrə 20000 m3 su təmizləyici qurğunun təqdim edilməsinə görə yaranmış 884.700 avro məbləğində borcun Cavabdeh1 MMC-dən tutulması hissəsində “Gezer” şirkətinin iddiası əsaslıdır.

26. Bununla belə, iddia müddəti ötürüldüyündən iddia tələbi bu hissədə də rədd olunmalıdır. Belə ki, Mingəçevir şəhəri üçün su təmizləyici qurğusunun (avadanlıqların) alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən müvafiq avadanlıqlar 2011-ci ilin dekabr-2012-ci il fevral tarixləri arasında dövrdə alıcıya çatdırılmışdır. Həmin avadanlıqlara görə ödənişlərə münasibətdə qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən elektron poçt vasitəsilə iddiaçıya təqdim edilmiş ödənişlər barədə cədvəldə sonuncu ödənişin 2013-cü il 26 avqust tarixində olması göstərilsə də, cədvəldən həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 2012-2013-cü illərdə də müxtəlif mallar təqdim edilmiş, bununla bağlı malın alış fakturaları göndərilmiş və ödənişlər edilmişdir. Odur ki, həmin cədvəldən 2012-2013-cü illərdə ödənişlərin məhz Mingəçevir şəhərində quraşdırılması planlaşdırılan su təmizləyici qurğunun alqı-satqısı müqaviləsi üzrə edilməsi müəyyən e tmək qeyri-mümkündür. Bununla yanaşı iddiaçı tərəfindən tərtib edilmiş cədvəldə "xxxx" MMC tərəfindən sonuncu ödənişin 2014-cü ilin fevralın 20-də edilməsi göstərilsə də, həmin ödənişin həyata keçirilməsini və həyata keçirildiyi halda məhz mübahisəli müqavilə üzrə edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.

27. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə sonuncu ödənişin iddiaçının iddia etdiyi kimi 2014-cü ilin fevralında edilməsi ehtimal edilərsə belə, iddia müddətinin buraxılması açıq-aşkardır. Belə ki, bu halda müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin axımı 2014-cü ilin fevralın 21-dən başlamış və 2017-ci ilin fevralın 21-də başa çatmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən Gezer şirkətinə göndərilmiş Mingəç evir su təmizləyici qurğusunun təchizatı müqaviləsi üzrə borcun etiraf edilməsi barədə 2020-ci il 22 iyul tarixli, 008 nömrəli məktuba gəldikdə isə qeyd edilməlidir ki. iddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin daxilində baş verə bilər. Odur ki, 2020-ci il 22 iyul tarixli məktub iddia müddəti bitdikdən sonra verildiyindən iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət kimi nəzərə alına bilməz.

28. Borcun etirafı barədə 2020-ci il 22 iyul tarixli məktubun verilməsi nəticəsində borcun ödənilməsinə dair yeni bir öhdəliyin yaranması barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən məktubun məzmunundan da göründüyü kimi həmin məktubda cavabdeh tərəflər arasında bağlanılmış Mingəçevir şəhəri üçün su təmizləyici qurğunun təchizatı barəd ə müqaviləyə istinad edərək həmin müqavilə üzrə borcun məbləğini təsdiq edir və həmin öhdəliyin icra edilməsini vəd edir. Odur ki, sözügedən məktub icra edilməmiş öhdəliyin, yəni artıq mövcud olan mülki hüquq münasibətinin mövcud olmasının təsdiq edilməsi məqsədilə verilmiş sənəd olmaqla həmin məktubun yeni mülki hüquq münasibətinin yaranmasına və ya mülki hüquq münasibətinin dəyişməsinə yönəldilmiş birtərəfli iradə ifadəsi, yəni birtərəfli əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, istinad edilən dəlillər əsassızdır.

29. Əldən çıxmış fayda tələbi ilə bağlı olaraq isə məhkəmə qeyd etmişdir, iddiaçının belə bir gəlirin əldə olunması üçün konkret tədbirlər gördüyünü və zərər ilə səbəbli əlaqəni sübuta yetirə bilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 340.2, 372.1, 373.2, 375.1, 375.2, 377.2, 380.1, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.4, 447.1, 448.1, 567, 598.1-ci, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının iştirakçısı olduğu Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında 1980-ci il Vyana Konvensiyasının 1, 11, 53-cü, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 19.1, 24.1, 24.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına və MPM-in 77.1, 440.1, 443.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

31. İddiaçı tərəfindən verilmiş kassasiya şikayət ində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MPM-in 418.1 və 418.2-ci maddələri üzrə - məhkəmə cavabdeh "xxxx" MMC-yə qarşı olan tələbin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsində səhv etmişdir. Cavabdeh nə birinci, nə də apellyasiya instansiyasında heç vaxt iddia müddəti və ya subyektiv hüququn olmaması ilə bağlı mübahisə irəli sürməmişdir. Məhkəmə cavabdehin mövqeyindən kənara çıxaraq öz təşəbbüsü ilə bu əsasla iddianı rədd etmişdir ki, bu da prosessual hüquq normalarının pozulması deməkdir. Digər Cavabdeh1 MMC-yə qarşı irəli sürülmüş 884.700 avro məbləğində borcun tutulması tələbi isə apellyasiya məhkəməsi tər əfindən iddia müddətinin bitdiyi əsasına görə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, sonuncu ödəniş 2014-cü il 20 fevral tarixdə edildiyindən iddia müddəti 2017-ci il 20 fevral tarixində başa çatmışdır. Lakin cavabdehin 2020-ci il 22 iyul və 2021-ci il 25 oktyabr tarixli məktublarında borcu etiraf etməsi iddia müddətini kəsmişdir. Məhkəmə bu məsələyə hüquqi qiymət verərkən ziddiyyətli hərəkətlər etmişdir. Belə ki, iddia müddətinin açıq şəkildə yeniləndiyini göstərən sübutlar təqdim olunsa da (məsələn, məktublar, e-poçt yazışmaları, tərəflər arasında əlaqələr, borcun ödəniləcəyinə dair şifahi və yazılı vədlər), məhkəmə bunlara əhəmiyyət verməmiş və tərəflər arasında borcun tələb olunmaması kimi əsassız bir nəticəyə gəlmişdir.

33. Bundan başqa, mübahisəli müqavilə üzrə hansı ölkənin hüq uqunun tətbiq edilməli olduğu məsələsində də apellyasiya məhkəməsi səhv etmişdir. İddiaçı birinci və apellyasiya instansiyalarında dəfələrlə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Türkiyə Borclar Məcəlləsinin 117 və 146-cı maddələrinə istinad etmiş və bu normaların tətbiqini xahiş etmişdir. Bu maddələrə əsasən, tərəflər arasında hüququn tətbiqinə dair birbaşa razılaşma olmadıqda, satıcının əsas fəaliyyət göstərdiyi ölkənin - bu halda Türkiyənin hüququ tətbiq edilməlidir. Türk Borclar Məcəlləsinə görə, borcun ödənilmə müddəti ümumilikdə 10 il təşkil edir və bu baxımdan iddia müddəti başa çatmamışdır. Apellyasiya məhkəməsi bu hüquqi arqumentləri və sübutları tam qiymətləndirmədən, prosessual tələbləri pozaraq, Azərbaycan Respublikasının qanunv ericiliyinin tətbiqi ilə məhdudlaşmış, həm maddi? həm də prosessual hüquq normalarını yanlış tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh1 MMC kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia tələbinin əsasında duran 2011-ci il 5 oktyabr tarixli müqavilə iddiaçı ilə digər cavabdeh arasında bağlanmışdır. Cavabdeh1 MMC bu müqavilənin tərəfi olmamış, onunla bağlı heç bir öhdəlik götürməmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında öhdəliyin ötürülməsi ilə bağlı hər hansı hüquqi sənəd - müqavilə yoxdur. İddiaçının yalnız e-mail yazışmalarına istinad etməsi hüquqi əsas yaratmır. Cavabdeh1 MMC ilə iddiaçı arasında Mingəçevir və Lənkəran layihələri üzrə heç bir müqavilə bağlanmamışdır. "xxxx" ASC-nin sorğuya cavabında da Gezer şirkətinin bu layihələrdə iştirak etmədiyi və mübahisəli qurğuların reallıqda mövcud olmadığı bildirilmişdir. Cavabdeh1 MMC yalnız Xaçmaz layihəsi üzrə “T.T.Ş” şirkətinə müəyyən mal-materiallar satmış, sutəmizləyici qurğu təqdim etməmişdir. Bu fakt həm sənədlərlə, həm də sabiq əməkdaş Kənan İsmayılovun şahid ifadəsi ilə təsdiqlənmişdir. Nə “Gezer”, nə də “Aquatech” ilə Cavabdeh1 arasında bu işi əhatə edən müqavilə mövcud deyil. Cavabdeh1 MMC tərəfindən birinci instansiyada iddia müddətinin tətbiqi barədə vəsatət verilmiş və məhkəmə bu vəsatəti əsaslı hesab etmişdir. İşin bütün halları iddia müddətinin ötməsini sübut edir.

35. Cavabdeh "xxxx" MMC də kassasiya şikaytinə qarşı etiraz göndərərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2011-ci il 5 oktyabr tarixli müqaviləyə əsasən iddiaçı Lənkəran və Ə lət X1nın elektromexaniki avadanlıqlarını çatdırmaq, quraşdırmaq və obyektləri istismara vermək öhdəliyini öz üzərinə götürmüş, cavabdeh isə buna qarşılıq əvvəlcədən 3.600.000 avro məbləğində ödəniş etmişdir. Bu ödəniş faktı işdəki sənədlərlə və iddiaçının nümayəndələrinin izahatları ilə təsdiqlənmişdir. Müqavilənin 4.2-4.5-ci bəndləri ilə müəyyən olunmuş quraşdırma, işə salma və təlim xidmətləri isə iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən qalan məbləğlərin ödənilməsi öhdəliyi yaranmamışdır. İddiaçı özü də məhkəmə iclasında bu xidmətlərin yerinə yetirilmədiyini etiraf etmiş, hətta avadanlıqların yerini belə müəyyən edə bilməmişdir. İddiaçı xarici hüququn tətbiqinə istinad etsə də, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 25.2.2-ci maddəsinə əsasən, tikinti podrat müqavil ələri üzrə belə fəaliyyətin həyata keçirildiyi ölkənin, yəni Azərbaycan Respublikasının hüququ tətbiq olunmalıdır. İş üzrə digər Cavabdeh1 MMC iddia müddətinin keçməsi barədə vəsatət vermiş və bu hal sübutlarla təsdiq edilmişdir. Belə olan halda, nəinki iddia tələbləri hüquqi əsasdan məhrumdur, həm də iddia müddətinin ötürülməsi iddianın rədd edilməsinə hüquqi zəmin yaradır. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yo xlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı... 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetir məyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia mü ddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətna mə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 40.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC (hazırk ı adı Cavabdeh2 MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə 2011-ci il 5 oktyabr tarixli müqavilə bağlanmışdır. 41.Hazırda iddiaçı həmin müqavilənin ilkin olaraq Cavabdeh2 MMC ilə bağlanmasını, lakin sonradan avadanlıqların təchiz edilməsi ilə bağlı danışıqların digər Cavabdeh1 MMC ilə davam etməsini, həmin danışıqlara əsasən Lənkəran layihəsinin adının Mingəçevir layihəsinə dəyişdirilməsini, avadanlıqların Cavabdeh1 MMC-nin göstərdiyi şəxsin (Firuddin Nəcəfovun) adına göndərilməsini, təqdim edilmiş avadanlıqlara görə ödənişlərin Cavabdeh1 MMC tərəfindən edilməsini, 2020-ci ildə Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə borcun etirafı barədə qəbz (məktub) verilməsini əsas göstərər ək həmin avadanlıqlara görə yaranmış borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın hər iki MMC-dən müştərək qaydada tutulmasını tələb edir. 42.Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquqi məsələyə Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq etməklə Cavabdeh2 MMC-yə münasibətdə qeyd etmişdir ki, işin materiallarına əsasən iddiaçı tərəfindən 2011-ci il 5 oktyabr müqavilə əsasında həmin MMC-yə hər hansı avadanlıq təqdim edilməsi, işlərin görülməsi müəyyən edilmədiyindən, bu MMC-yə qarşı avadanlığın dəyərinin ödənilməsi barədə iddia tələbi rədd olunmalıdır. Digər Cavabdeh1 MMC-yə qarşı irəli sürülən tələblər üzrə isə məhkəmə bu qərarın 25-27-ci paraqraflarında qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Mingəçevir şə həri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq Cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin Cavabdeh1 MMC təqdim edilmiş avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884.700 avro məbləğində borcu yaranmışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslıdır. 43.Məhkəmə kollegiyası iddiaçının mübahisəli münasibətə tətbiq edilən maddi hüquqla bağlı dəlilləri ilə kassasiya şikayətinin razılaşmayaraq hesab edir ki, apellyasiya məhkəməsi hazırkı xarici elementli kommersiya mübahisəsinə tətbiq edilməli hüququ (hansı ölkənin) düzgün müəyyən etmişdir. 44.Bununla belə, Kollegiya, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətini n digər dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. 45.Əvvəla iş üzrə cavabdeh "xxxx" MMC-yə (hazırkı adı Cavabdeh2 MMC) münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan və hüquqi qiymətləndirmədən çıxış etsə də, qətnaməni həmin hissədə də ləğv etmiş və yenidən həmin cavabdehə aid hissədə iddianı rədd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasları müəyyən edən 385-ci maddəsinin tələbləri pozulmuşdur. 46.Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-yə aid hissədə iddia tələbi üzrə iddia müddətinin tətbiqinə dair hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş dir. 47.Belə ki, MM-in iddia müddətinin başlanmasını tənzimləyən 377-ci mddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). 48.Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin başlanması anını müəyyən edərkən, MM-in 377.2-ci maddəsinə istinad etmişdir. Məzmunundan da göründüyü kimi, bu maddə tərəflər arasındakı müqavilədə öhdəliklərin icra müddəti konkret müəyyənləşdirildiyi hallarda həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımını müəyyən edir. 49.Baxılan işdə apellyasiya məhkəməsi iddiaçı ilə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqısatqı müqaviləsi bağlandığını və iddiaçının həmin cavabdehə qarşı hazırkı tələbinin məhz bu müqavilədən irəli gəldiyini müəyyən etsə də, həmin müqavilə üzrə öhdəliklərin o cümlədən cavabdehin öz öhdəliyini nə zaman icra etməsinin müəyyələndirilməsi istiqamətində heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Buna görə də, cavabdehin öhdəliyini icra etməsi müddətinin konkret müəyyən edilmədiyi şifahi müqavilə üzrə iddia müd dətinin axımının MM-in 377.2-ci maddəsinə əsasən hesablanması, həmin maddənin tələblərinə zidd olmuş, həmçinin MM-in 377.3-cü maddəsinin pozulması ilə nəticələnmişdiir. 50.Nəzərə alınmalıdır ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). 51.İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, mübahisəli borcun ödənilməsi istiqamətində tərəflər arasında aparılmış danışıqların nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya borcunun mövcudluğunu, həmin borcun ödənilməsi müddətini nəzərdə tutan 2020-ci il 22 iyul tarixli məktub ünvanlanmışdır. 52.Həmin məktubda Cav abdeh1 MMC tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə sözügedən avadanlığa görə borcun 2020-ci il 31 dekabr tarixinədək ödəniləcəyini öhdəsinə götürmüşdür. 53.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 MMC-nin iddiaçıya ünvanlandığı 2020-ci il 22 iyul tarixli məktub üzrə qiymətləndirmə aparılarkən MM-in 427.2-ci maddəsinin tələbləri də pozulmuşdur. 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il 19 iyun tarixli qərarında vurğulayır ki, “Öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyi n icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). 55.Qeyd olunanlara əsasən belə nət icəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə MM-in 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur”. 56.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı MM-in 377.3, 427.2-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alı nmaqla, münasibəli hüquq münasibətində iddia müddətinin axımına düzgün hüquqi qiymət verilməlidir. 57.Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. 58.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tar ixli qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 59.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı). 60.Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. 61.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 31 yanvar tarix li 2-2(103)-59/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar