Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-376/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixl i 2-2(103)-1043/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırkı "xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş 2016-cı il 1 avqust tarixli 673-L/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi məbləği 54.200 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
2. Müqavilənin şərtlərinə əsasən: - lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 16.260 manat məbləği əvvəlcədən lizinq verənə ödəy ir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2-ci bənd); - texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur (1.4-cü bənd); - lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb etmək hüququna malikdir (4.2-ci bənd). 3. 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı lizinq müqaviləsinə 1 saylı Əlavə kimi təsdiq edilmiş, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş spesifikasiyaya əsasən, “Traktor Belarus-1221” adlı texnika qiyməti 54.200 manat, ilkin ödənişin məbləği 16.260 manat, ödəmə müddəti 10 il olmaqla lizin qə verilmişdir. 4. 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən, lizinq alan tərəfindən 2016-cı il 1 avqust tarixində 16.260 manat, 2016-cı il 30 sentyabr tarixində 317 manat, 2016-cı il 31 dekabr tarixindən - 2026-cı il 31 mart tarixinədək olan dövrdə hər rüb üçün 973 manat, 2026-cı il 30 iyun tarixində 649 manat məbləğində lizinq ödənişləri edilməli idi.
5. Hər iki tərəfin imzası ilə təsdiq edilmiş 2016-cı il 5 avqust tarixli 407 saylı akta əsasən, qiyməti 54.200 manat olan Traktor Belarus-1221” adlı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir.
6. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 nömrəli lizinq müqaviləsinə (güzəşt) əsasən lizinq verən ümumi məbləği 2.160 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
7. Müqavilənin şərtlərinə əsasən: - lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2-ci bənd); - texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur (1.3-cü bənd); - lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan g ecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb etmək hüququna malikdir (4.2-ci bənd). 8. 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı lizinq müqaviləsinə 1 saylı Əlavə kimi təsdiq edilmiş, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş spesifikasiyaya əsasən, “Taxılsəpən-Gübrəsəpən HBM-N24” adlı texnika ilkin qiyməti 6.100 manat, ödənilmiş məbləğ 1.500 manat, güzəştdən sonrakı qalıq məbləği 2.160 manat, müddəti 3 il olmaqla lizinqə verilmişdir. 9. 2016-cı il 29 noyabr tarixli, 2939-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən, lizinq alan tərəfindən 2016-cı il 31 dekabr tarixində 70 manat, 2017-ci il 31 mart tarixindən 2019-cu il 30 se ntyabr tarixinədək olan dövrdə hər rüb üçün 190 manat məbləğində lizinq ödənişləri edilməli idi.
10. Hər iki tərəfin imzası ilə təsdiq edilmiş 2016-cı il 28 oktyabr tarixli 911 saylı akta əsasən, qiyməti 6.100 manat olan “Taxılsəpən-Gübrəsəpən HBM-N24” adlı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir.
11. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş 2018-ci il 4 iyun tarixli 712-L/18 nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi məbləği 192.000 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
12. Müqavilənin şərtlərinə əsasən: - li zinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 19.200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2-ci bənd); - texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur (1.4-cü bənd); - lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb etmək hüququna malikdir (4.2-ci bəndi). 13. 2018-ci il 4 iyun tarixli 712-L/18 saylı lizinq müqaviləsinə 1 saylı Əlavə kimi təsdiq edilmiş, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş spesifikasiyaya əsasən, “Komb ayn taxılyığan Sampo Rosenlew SR-2065” adlı texnika qiyməti 192.000 manat, ilkin ödənişin məbləği 19.200 manat, ödəmə müddəti 10 il olmaqla lizinqə verilmişdir. 14. 2018-ci il 4 iyun tarixli 712-L/18 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan, tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən, lizinq alan tərəfindən 2018-ci il 4 iyun tarixində 19.200 manat, 2018-ci il 30 sentyabr tarixində 8.798 manat, 2019-cu il 30 iyun tarixindən - 2027-ci il 31 dekabr tarixinədək olan dövrdə (hər ilin 1ci və 4-cü rüblərində ödəniş edilməməklə) hər rüb üçün 9.095 manat, 2028-ci il 30 iyun tarixində 292 manat məbləğində lizinq ödənişləri edilməli idi.
15. Hər iki tərəfin imzası ilə təsdiq edilmiş 2018-ci il 5 iyun tarixli 314 saylı akta əsasən, qiyməti 192.000 manat o lan “kombayn taxılyığan sampo SR2065 adlı markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. 16. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən, "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. 17. "xxxx" ASC tərəfindən verilmiş 2021-ci il 11 iyun tarixli maliyyə arayışına əsasən lizinq müqavilələ ri üzrə lizinq alan Cavabdeh borcu aşağıdakı məbləğləri təşkil etmişdir: - 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 417 manat, cərimə borcu 36,28 manat olmaqla cəmi borc 453,28 manat; - 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 1.140 manat, cərimə borcu 971,28 manat olmaqla cəmi borc 2.111,28 manat; - 2018-ci il 4 iyun tarixli 712-L/18 saylı lizinq müqaviləsi gecikdirilmiş borc 45.178 manat, cərimə borcu 26.537,41 manat olmaqla cəmi borc 71.715,41 manat.
18. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə Cavabdeh lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. Hüquqi yardımın göstərilməsi haqqında 1493 saylı müqaviləyə əsasən, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
20. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) 2021-ci il 25 oktyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2016-cı il 1 avqust tarixli 673-L/16 nömrəli müqavilə üzrə 417 manat gecikdirilmiş borcun və hesablanmış 36,28 manat cərimə borcunun, 2016-cı il 29 no yabr tarixli 2939-GL/16 nömrəli müqavilə üzrə 1.140 manat gecikdirilmiş borcun və hesablanmış 971,28 manat cərimə borcunun, 2018-ci il 4 iyun tarixli 712-L/18 nömrəli müqavilə üzrə 45.178 manat gecikdirilmiş borcun və hesablanmış 26.537,41 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manatın, cəmi 74.629,97 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən lizinq müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin hazırda ondan tələb olunan cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
22. Tələbin hü quqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2, 465.2, 748-1.12.4-cü; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddələrinə istinad edilmişdir.
23. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli e-2-2(113)-352/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2016-cı il 1 avqust tarixli 673L/16 saylı müqavilə üzrə 417 manat məbləğində əsas borcun, 36,28 manat məbləğində dəbbə pulunun; 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı müqavilə üzrə 1.140 manat məbləğində əsas borcun, 100 manat məbləğində dəbbə pulunun; 2018-ci il 4 iyun tarixli 712L/18 saylı müqavilə üzrə 45.178 manat məbləğində əsas borcun, 4.000 manat məbl əğində dəbbə pulunun, cəmi 50.871,28 manat məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 manat və mediasiya xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
25. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə cavabdeh arasında 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı, 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı və 2018-ci il 4 iyun tarixli 712-L/18 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəlik lərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin üç lizinq müqaviləsi üzrə cəmi 46.735 manat (417+1.140+45.178 manat) məbləğində gecikdirilmiş borcu yaranmışdır.
26. İddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu (cərimə) 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı müqavilə üzrə 36,28 manat, 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı müqavilə üzrə 100 manat, 2018-ci il 4 iyun tarixli 712-L/18 saylı müqavilə üzrə 4.000 ma nat məbləğində müəyyən edilməlidir.
28. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 250 manat məbləğində pulun tutulmasını ağlabatan hesab etmişdir.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci; “Dövlət rüsumu haqqı nda” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh 2022-ci il 26 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1043/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Çünki MM-in 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
33. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən 2021-ci il 11 iyun tarixli maliyyə arayışları və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) ilə təsdiq olunmuşdur ki, 2016-cı il 1 avqust tarixli 673-L/16 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 417 manat, 2016-cı il 29 noyabr tarixli 2939-GL/16 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 1.140 manat, 2018-ci il 4 iyun tarixli 712- L/18 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 45.178 manat təşkil etmişdir.
34. Bu baxımdan, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğinin və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı lizinq müqavilələrinə müvafiq olaraq 36,28 manat, 100 manat və 4.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
36. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh məhkəmənin ilk hazırlıq iclasında iştirak etmiş, sonra məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə qəbzini də imzalamışdır. Sonrakı məhkəmə iclasları barədə də bildirişlər cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Hətta sonuncu məhkəmə iclasından əvvəl cavabdeh məhkəməyə teleqram vurmuşdur. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıbaparılmamasından asılı deyildir. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla). Hazırkı işdə də iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış müqavilələrin şərtləri, həmin müqavilələrdə əks olunan ödəniş cədvəlləri, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışları və cərimələrin hesablanması qrafiki (həmin qrafikdə gecikdirilən məbləğlər və gecikmə günlərin sayı dəqiq qeyd olunmuşdur) ilə təsdiq olunmuşdur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Dəbbə puluna dair isə qeyd olunmuşdur ki, MM-in 467-ci maddəsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunun tam silinməsi deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, hazırkı məhkəmə tərəfindən həmin məbləğ azaldılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 467, 747.1-ci maddələrinə istinad etməklə əsaslandı rmışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 8 dekabr tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
39. Cavabdeh 2023-cü il 24 may tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 mart tarixli 2-2(102)-179/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov).
41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(103)-1043/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
42. Cavabdeh 2023-cü il 25 aprel tarixində yenidən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)1043/2022 saylı qərardadı kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək, həmin müddət bərpa edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
43. MM-in 421.2-ci maddəsi üzrə – Texnikanı lizinqə götürdükdən sonra 20.000 manat, daha sonra isə 5.000 manat cavabdeh tərəfindən pul ödənilmişdir. Pandemiya d övründə iş olmadığını bilərək iddiaçıya ərizə ilə müraciət edərək texnikanı geri götürməsini barədə xahiş edilmişdir. Ancaq iddiaçı cavabdehin ərizəsini nəzərə almamış və cavabdehə əlavə olaraq faiz və cərimə hesablamışdır. Sözügedən ərizə iddiaçı agentlikdə kredit sənədlərinin arasındadır. Pandemiya ilə əlaqədar iş olmadığından da texnika işləməmişdir. Bu səbəbdən də kredit ödənişləri gecikmişdir. Şərh olunanlara əsasən, iddiaçı təşkilata 25.000 manat pul ödənilmişdir. Ödənişləri nəzərə almayan məhkəmə, üstəlik cavabdehin iştirakı olmadan işə baxmaqla cavabdehin hüquqlarını məhdudlaşdırmış və yanlış nəticəyə gələrək iddia tələbini təmin etmişdir.
44. MPM-in 88, 106, 218.3, 416, 417.0.3, 418.1-ci maddələri üzrə – Məhkəmə həmin normaların tələblərini pozulmuşdur. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
45. İddiaçı 2023-cü il 7 iyul tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh kassasiya şikayətində bildirmişdir ki, pandemiya dövründə işlərinin olmayacağını bilərək, iddiaçıya ərizə ilə müraciət edərək, texnikanı geri götürmələrini xahiş etmiş, ancaq iddiaçı cavabdehin ərizəsini nəzərə almamış və ona əlavə olaraq faiz cərimə hesablamışdır. Eyni zamanda, MM-in 422.1-ci maddəsinin tələbinə əsasən, tərəflər müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, müqavilədə ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verməsini qeyd etmişdir.
46. Halbuki № 673-L/16 nömrəli 2016-cı il 1 avqust tarixli müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəlikləri ni həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana qəlməsinə görə baş versin. Nəzərə almaq lazımdır ki, cavabdehin öhdəliyin icrasından yayınmağa görə gətirdiyi əsas qarşısıalınmaz qüvvə kimi xarakterizə edilmədiyindən cavabdehi öhdəliyin icrasından azad etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğ vi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edilmədiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq v erən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” 51. “Dövlət rüsumu haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkə n mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir....”
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətlə ndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
53. İddiaçı lizinq müqaviləsi üzrə pulunun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
54. Cavadeh kassasiya şikayətində bildirir ki, işə onun iştirakı olmadan baxılmışdır.
55. Halbuki iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 29 noyabr tarixli iclasının protokolundan görünür ki, cavabdehin nümayəndəsi həmin iclasda iştirak etmiş və öz mövqeyini məhkəməyə bildirmişdir (i/v138-139).
56. Kassasiya şikayətində göstərilən digər eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyas ı məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
57. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin həmin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 52) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 52) uyğun olaraq qan uni və əsaslı qətnamə qəbul etmişdir.
59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 22(103)-1043/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.