Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-377/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdehlər X4 və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, birgə sahibkarlıq fəaliyyəti ilə bağlı razılaşma, iddia müddətinin tətbiqi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 22(103)-260/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və X6 arasında 2011-ci ildə birgə sahibkarlıq fəaliyyəti göstərilməsi barədə şifahi razılaşma əldə edilmiş və iddiaçı cavabdehə Çin Xalq Respublikasından santexnika malları gətirərək Sədərək Ticarət Mərkəzində cavabdehin fəaliyyət göstərdiyi mağazada satılması üçün Samir Hüseynovun atası X3 şahidliyi ilə 50000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 39000 manat) pul vermişdir. Bunun müqabilində cavabdeh 3 il ərzində iddiaçıya hər ay gəlirdən 1000 ABŞ dolları ödəməyi, sonda pulu qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı qəbul edir ki, cavabdeh razılaşdırıldığı kimi 3 il ərzində iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, 36000 ABŞ dolla rı ödəmişdir. Lakin 3 ildən sonra bu razılaşma üzrə ödəniş etməmiş və 2015-ci ildən etibarən iddiaçı hər il 50000 ABŞ dolları verdiyi vəsaiti geri qaytarmasını tələb etsə də, cavabdeh nə verdiyi pulu qaytarmış, nə də gəlirdən hər ay 1000 dollar ödəniş etmişdir.
3. İddiaçı tərəfindən 2012-ci ildə X7 vasitəsi ilə həmin vaxt Çin Xalq Respublikasında olan X4 göndərməsi üçün 80000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 62400 manat) pul verilmiş, razılaşma belə olmuşdur ki, həmin pul yenə də ticarət dövriyyəsinə qoyulacaq və iddiaçıya çatası gəlir ödəniləcək.
4. Bakı şəhər Baş Polis İdarəsinin “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli Qərarına əsasən, iddiaçı izahatında cavabdehə birgə fəaliyyət üçün 50000 və 80000 ABŞ dolları, sonradan gəlirdən 20000 ABŞ dolla rı pul verildiyini, cavabdeh tərəfindən isə cəmi 80.000 ABŞ dolları ödəniş edildiyini bildirmişdir. Həmin qərara görə, cavabdeh X6 izahatından göstərmişdir ki, 2012-ci ildə iddiaçıdan həqiqətən ticarət üçün atası vasitəsi ilə 50000 ABŞ dolları və 80000 ABŞ dolları pul almışdır. 50000 ABŞ dolları pulun müqabilində iddiaçıya hər ay 1000 ABŞ dolları vermişdir. 80000 ABŞ dolları ilə bağlı razılaşma belə olmuşdur ki, qazancın müəyyən hissəsini iddiaçıya verəcək 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aylıq 1000 ABŞ dolları pulu verə bilməmişdir. Lakin 80000 ABŞ dolları pula görə 08 mart 2020-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif miqdarda pul vermişdir. 2012-ci ildə iddiaçıdan aldığı 130000 ABŞ dollarının qarşılığında 18002 manat və 161827 ABŞ dolları pul vermişdir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 590000 ABŞ dolları (160000 ABŞ dolları əsas borc, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü il üçün ödənilməmiş gəlir) pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160000 ABŞ dollarını vermədikləri üçün o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Bu illər ərzində iddiaçının sağlamlığına ağır zərbə dəymiş, iki dəfə infarkt olmuş və hər il ürəyindən müalicə alır. Eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissənin atrofiyası xəstəliyinə tutulmuşdur. Bundan başq a, iddiaçıya gəlirdən verilən 80000 ABŞ dolları 2012, 2013, 2014-cü illəri əhatə edir, yəni hər il təqribən 27000 ABŞ dolları olmuşdur. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27000 ABŞ dolları pul verilməli idi. Nəticədə 160000 ABŞ dollar əsas pul, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü illər üçün verilməli olan məbləğ, ümumilikdə 570000 ABŞ dolları iddiaçıya qaytarılmalıdır.
7. Cavabdehlər birinci instansiya məhkəməsində iddia ərizəsinə birgə etiraz edərək bildirmişlər ki, iddiaçıdan 130000 ABŞ dolları pul alıblar. İddiaçı özü də etiraf edir ki, dolların məzənnəsi dəyişərkən tərəflər arasında mübahisə yaranmışdır. Bu səbəbdən cavabdehlərin də maddi vəziyyəti pisləşməyə başlamış, 2014-cü ildən zərərə düşmüşlər. Cavabdehlər həmin məbləğdən 230000 ABŞ dol ları məbləğində iddiaçıya ödəniş etmişlər. Onların iddiaçıya heç bir borcu qalmamışdır.
8. Həmçinin, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və qeyd etmişdir ki, iddiaçı 2014-cü ildən sonra ona hər hansı ödəniş edilmədiyini qeyd etdiyindən müqavilə tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia rədd edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ilə (hakim Z.R.Pirverdiyev) iddia qismən təmin edilərək, cavabdehlər X1 və X2 müştərək qaydada 130000 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi raz ılaşmaya görə 130000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər iddiaçıdan aldığı əsas pul məbləğini tam şəkildə iddiaçıya ödəməmişlər. Cavabdehlər 130000 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunan xüsusatlar iş materiallarına əlavə olunmuş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2021-ci il tarixli qərarında göstərilən tərəflərin verdiyi izahatlarla da təsdiq olunmuşdur.
11. Məhkəmə iddiaçının əsas məbləğdən əlavə olaraq cavabdehlərdən tələb etdiyi 460000 ABŞ dolları borcun olmasını əsaslandıra bilm ədiyindən və bu barədə hər-hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək göstərmişdir ki, məhkəmə iclasında iddiaçının izahatından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərarından müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci ildə olmuşdur. Cavabdehlər tərəfindən 2020-2021-ci illər ərzində iddiaçıya ödənişlər olduğundan yəni borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başladığından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
13. Məhkəmə mövqeyini Azə rbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3cü hissəsinə, Mülki Məcəllənin 373.2, 375.2, 380.1, 390.1, 439.1, 442-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirməklə, cavabdehlərdən 160000 ABŞ dolları əsas, 160000 ABŞ dolları maddi və mənəvi zərər, 270000 ABŞ dolları 2015-2023-cü illər ərzində gələn gəlirlər olmaqla, ümumi 590000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.
15. Cavabdehlər X6 və X7 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi ni xahiş etmişlər.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-260/2024 nömrəli qətnaməsi ilə (V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə birgə fəaliyyət barədə razılaşma X6 ilə olmuşdur. Onun atası X7 onlar arasında danışıqlarda və pulun iddiaçıdan alınaraq cavabdehə təqdim edilməsi prosesində şahid olaraq, üzər inə hər hansı öhdəlik götürmədən iştirak etmişdir. Buna görə də ona qarşı hissədə iddiaçının tələbi mülki qanunvericiliyə görə əsassız hesab edilir.
18. İddiaçının iddia ərizəsindən və 2021-ci il 11 dekabr tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatından görünür ki, 50000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50000 ABŞ dolları ticarə t üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi yalnız X4 qarşı 50000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi.
19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 80000 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən edilməmişdir. Razılaşma belə olmuşdur ki, cavabdehin gəlirindən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcəkdir. Bu razılaşma üzrə 44000 ABŞ dolları (80000-36000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir (sonuncu dəfə 2024-cü il 17 aprel tarixli iclas protokolundakı izahat). Həmçinin, cinayət işinin rədd edilməsi haqqın da qərarda cavabdeh göstərmişdir ki, 2017-ci ildən sonra maddi vəziyyəti pisləşdiyindən və gəliri azaldığından 2020-ci ilin mart ayınadək iddiaçıya ayda 300, 500 manat pul vermişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim etdiyi ərizələrdə 2015-ci ildən sonra ödənişlər edildiyinin göstəriş əsasında yazıldığını bildirsə də, bunu təsdiq edən sübut işdə yoxdur.
20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı razılaşmada 80000 ABŞ dollarına görə aylıq gəlirdən iddiaçıya ödənilməli olan məbləğ konkret müəyyən edilmədən gəlirin məbləğinə görə müəyyənləşdirilməli olduğundan iddiaçı bu hissədə (aylıq gəlirlərin məbləği ilə bağlı) tələbin əsaslı olduğunu təsdiq etmək üçün 2017-ci ildən sonra cavabdehin gəlirləri barədə sübutlar təqdim etməli və ya bu sübutların əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etməli idi. İşdə bu barədə sübutlar olmadığından iddiaçının 80000 ABŞ dolları vəsaitə görə ödənilməli olan aylıq gəlirdən payla bağlı tələbi təmin edilə bilməz. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürülməmiş olsaydı, iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. 130000 ABŞ dollarından əlavə iddiaçı tərəfindən cavabdehə hər hansı vəsait verildiyi isə hər hansı sübutla təsdiq edilmir və cavabdeh tərəfindən qəbul edilmir.
21. İddiaçının 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 68 yaşı olan iddiaçıda mövcud ol an xəstəliklərin cavabdehlə tanış olduqdan sonra yaranması barədə işdə sübutlar olmadığından cavabdehlə əlaqəsi müəyyən edilmədiyi üçün bu hissədə də iddia tələbi əsassızdır. O cümlədən iddia ərizəsinin məzmununda cavabdehdən 570000 ABŞ dollarına dair tələbi olduğu (160000 dollar əsas borc+160000 dollar sağlamlığa ziyan+250000 dollar aylıq gəlirdən pay) qeyd edilsə də, tələb hissəsində 590000 ABŞ dolları göstərilmiş, əlavə 20000 ABŞ dollarının hansı əsasla tələb edildiyi qeyd edilməmişdir.
22. Məhkəmə hesab etmişdir ki, iddia müddəti ötdüyü üçün iddiaçının tələbi cavabdehə müqavilə üzrə verdiyi 130000 (50000+80000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə də təmin edilə bilməz. Belə ki, 50000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələ b etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80000 ABŞ dolları məbləğlə bağlı cavabdehin cinayət işinin rədd edilməsi haqqında qərardakı izahata əsasən 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən müəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir. İddiaçı 2022-ci ildə eyni iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddianın baxılmamış saxlanıldığını qeyd etsə də, qeyd edilən iddia ilə bağlı məhkəmə aktları təqdim edilməmişdir.
23. Məhkəməyə eyni zaman da tərəflər arasındakı telefon danışıqları maddi daşıyıcıda sübut olaraq təqdim edilmiş, həmin səs yazılarında iddiaçı 5-6 ildir ki, cavabdehə verdiyi pulları qaytarmasını səbirlə gözlədiyini, cavabdeh isə iddiaçıdan aldığı pulun müqabilində ona ödənişlər etməsini, gəlir olmadığı üçün hazırda ödəniş edə bilmədiyini qeyd etmişdir.
24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 387.3, 390.1, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-2(103)-260/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın t əmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 380, 385.1, 385.2, 386, 387.3-cü, Mülki Prosessual Məcəllənin 215-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 380-cı maddəsi üzrə - tərəflər arasında şifahi razılaşmaya əsasən qəti olaraq 3 illik müqavilə olmamışdır. Sadəcə ilk ödəniş cavabdehə 50000 ABŞ dolları qarşısında 1000 ABŞ dolları olduğundan, sonra 80000 ABŞ dolları əlavə və daha sonra 20000 ABŞ dolları verildiyindən həmin 100000 ABŞ dollarına görə də əlavə olaraq cavabdehdən (1000 ABŞ dollarına əlavə müəyyən qədər) gələn gəlirdən pul tələb etdiyinə görə aralarında narazılıqlar olmuşdur. Cavabdehlər 2021-ci ilədək gələn gəlirdən 100 0 ABŞ dollarına əlavə pul verəcəklərinə söz vermiş, sadəcə pandemiya dövründə qazancların az olmasına əsaslanaraq əlavə pul verə bilmədiklərini bildirmişlər. Beləliklə də, iddiaçı ilk olaraq polisə, daha sonra Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsi icraata qəbul edib işə baxaraq iddianın qismən təmin olunması haqda qətnamə qəbul etmiş və həmin məhkəmə qətnaməsi ilə cavabdehlər iddiaçının 10000 ABŞ dolları məbləğində pulu qaytarmışlar. Mülki Məcəllənin 385.2 və 387.3-cü maddələri üzrə - məhkəmə cavabdeh Ə.Hüseynovun oğlu S.Hüseynovla bərabər öhdəlik götürmədiyini, yalnız pulu iddiaçıdan alıb oğluna verdiyini həyata keçirdiyi üçün şahid kimi vəzifə daşıdığına görə cavabdeh ola bilməz qənaətinə gəlmişdir. Tərəflərin razılaşmasında nəzərd ə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Cavabdehlər ata və oğul bu ticarət hərəkətlərini birgə həyata keçirtdiklərindən hər biri cavabdehdirlər. Mülki Məcəllənin 386-cı maddəsi üzrə - əslində cavabdeh tərəfindən 2017-ci ildən hər ay yox, iki aydan bir 200-300 ABŞ dolları 2020-ci ilin payız ayına kimi, (noyabr 2020-ci il tarixə kimi) ödəniş olmuşdur. İddiaçı xəstəlik kağızlarını məhkəməyə təqdim etdiyini, olmadığı təqdirdə təqdim edə biləcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 215-ci maddəsi üzrə - 2024-cü il 28 mart tarixində iclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxartmaq üçün müşavirə otağına getmişdir. Müşavirə otağına gedərkən 2024-cü il 1 aprel tarixind ə qətnamənin nəticəvi hissəsini elan edəcəyini bildirdi. Həmin qanunun tələbinə görə 3 gündən çox olmayaraq, yəni 2024-cü il 31 mart tarixində elan olmalı idi. 2024-cü il 1 aprel tarixdən qətnamənin nəticəvi hissəsinin oxunması, 2024-cü il 8 aprel tarixinə və həmin tarixdən 2024-cü il 17 aprel tarixinə keçirilmişdir. 2024-cü il 17 aprel tarixində məhkəmə iclasına sədrlik edən və digər 3-cü hakim yeni tərkibdə dəyişərək 15 dəqiqə ərzində işə baxaraq qətnamə elan etdilər.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən haz ırki kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətin in axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 445.7-ci maddəsinə əsasən (01 oktyabr 2023-cü il tarixədək olan redaksiyada) borclu pul məbləğinin ödəni lməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlu m olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41 6.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yara nmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərin ə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb üzrə iddia müddətinin tətbiqi nəticəsinə gələrkən, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
36. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddiaçının ticarət məqsədi ilə geri qaytarılması şərti ilə X4 50000 ABŞ dolları və sonradan 80000 ABŞ dolları verməsini və həmin məbləğlərin iddiaçıya qaytarılmamasını müəyyən etmiş, lakin bu tələbə iddia müddətini tətbiq etməklə iddianı qeyd olunan hissədə rədd etmişdir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin keçməsi ilə bağlı sübutetmə yükü apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmiş, təqdim olunan sübutlara isə prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir.
38. Belə ki, apellyasiya məhkəməsi 50000 ABŞ dolları tələbinə münasibətdə hesab etmişdir ki, həmin məbləğ üzrə öhdəliyin icrası müddəti 36 ay olmuş, cavabdeh bu müddətdə iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmiş, 2015-ci ildən isə ödəniş etmədiyi üçün iddia müddəti ötürülmüşdür. Həmçinin 80000 ABŞ dollarına münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçıya 2020-ci ilin mart ayınadək ayda 300-500 manat olmaqla ödənişlər edilmiş, həmin müqavilə üzrə iddia müddəti 2023-cü ilin aprel ayında bitmişdir. İddiaçı isə hazırki iddia ilə 2023-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmişd ir.
39. İddia müddətinin axımının başlanması tarixini müəyyən edərkən, apellyasiya məhkəməsi cavabdehin istintaq orqanına verdiyi izahatına istinad etmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəbul edilən “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərarına görə X6 izahatında iddiaçıya 50000 ABŞ dollarına görə 20 iyun 2017-ci il tarixədək stabil olaraq aylıq 1000 ABŞ dolları, 80000 ABŞ dollarına isə 02 sentyabr 2015ci il tarixədək ümumilikdə 97827 ABŞ dolları pul verdiyini, 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aldığı 50000 ABŞ dolları verə bilmədiyini, həmin tarixdən etibarən iddiaçıya ayda 300, 500 və s. buna kimi miqdarlar verməyə başladığını, beləliklə, 18 mart 2020-ci il tarixədək iddiaçıya verdiyi pulun miq darı ümumilikdə 18002 manata çatdığını göstərmişdir.
40. Apellyasiya məhkəməsi qeyd olunan izahatda olan məlumatları əsas götürməklə, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.
41. Lakin, bu zaman iddia müddətinin axımının başlanması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının mövqeyini öyrənməmiş, bu məsələ məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir.
42. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarına görə birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına cavab olaraq son ödənişin 2020ci ildə 300 manat olduğunu göstərmişdir (i.v. 27-31). Həmçinin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq iddiaçı sonun cu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarixi göstərmişdir (i.v. 55-56).
43. Bundan başqa, apellyasiya icraatında izahat vermiş iddiaçı göstərmişdir ki, sonuncu ödəniş 2021-ci ildə olmuşdur (i.v. 116-118). Apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə iddiaçı ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını göstərmişdir (i.v. 142-143).
44. Daha sonra, qeyd olunmalıdır ki, “Cinayət işinin rədd edilməsi haqqında” qeyd olunan qərarda iddiaçının sonuncu ödənişlə və ya cavabdehin hansı tarixdən ödənişləri etməkdən imtina etməsi ilə bağlı mövqeyi əksini tapmamışdır.
45. Göründüyü kimi, cavabdehin iddiaçıya etdiyi sonuncu ödənişin tarixi barədə iddiaçı tərəfindən verilən məlumat qeyri-müəyyən olunmuş, məhkəmələr isə iş üçün əhəmiyyətli olmasına baxmayaraq, bununla bağlı əlavə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsi iddia müddətinin axımının hesablanması üçün cavabdehin istintaq orqanına verdiyi izahatı əsas götürmüş, lakin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına qətnamədə ümumiyyətlə istinad etməmiş, bu ifadələrdə qeyd olunan məlumatlara hüquqi qiymət verməmişdir.
46. Həmçinin, apellyasiya məhkəməsi 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50000 ABŞ dollarına, 80000 ABŞ dollarına və ümumi borca aid olmasını araşdırmamışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu andan etibarən iddia müddətinin axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borc u etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı həmin andan yenidən başlanır.
48. Beləliklə, cavabdehin borcun etiraf edilməsini əks etdirən hərəkətlər etməsi (öhdəlik üzrə ödənişlərin icra etməsi) müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi ondan ibarət olmalıdır ki, sübutetmə yükü tərəflər arasında düzgün bölüşdürülməklə həmin hərəkətlərin icrası tarixi, bu hərəkətlərin öhdəliklərin hər birinə münasibətdə aidiyyəti müəyyən olunsun və buna uyğun olaraq iddia müddətinin keçib-keçməməsinə maddi hüquq normalarına uyğun hüquqi qiymət verilsin.
49. Lakin, işə baxmış apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinə dair yalnız cavabdehin verdiyi məlumatları əsas götürməklə, iddiaçının mövqeyinə dair ümumiyyətlə araşdırma aparmamaqla və buna hüquqi qiymət verməməklə, Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçməməsi nəticəyə gəlindiyi halda, iddia 2015-2023-cü illər üçün ödənilməmiş gəlirin tutulması hissəsində də tam rədd oluna bilməz.
51. Belə ki, iddianın bu hissəsi faktiki olaraq əldən çıxmış fayda formasında zərər tələbidir (Mü lki Məcəllənin 21.1-21.2-ci maddələri).
52. Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cü il tarixli qərarında izah etmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olara q pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
54. Apellyasiya məhkəməsi iddiaçının “2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması” tələbinə göstərilən maddi hüquq normasını tətbiqinin mümkünlüyünü nəzərdən keçirməmiş, ötən müddət ərzində edilmiş ödənişlər nəzərə alınmaqla, əlavə olaraq iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə zərər tələb etmək hüququna qiymət verməmişdir.
55. Kassasiya şikayətinin digər dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır.
56. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh X7 yalnız iddiaçı i lə X6 arasında danışıqlarda və pulun verilməsində şahid kimi iştirak etmiş, onun öz üzərinə öhdəlik götürməsi müəyyən olunmamışdır. İddianı cavabdeh X5 münasibətdə rədd edən apellyasiya məhkəməsi Mülki Məcəllənin 387.3-cü maddəsini düzgün tətbiq etmişdir.
57. Həmçinin, iddia tələbinin əlavə olaraq 30000 ABŞ dolları əsas borc və 160000 ABŞ dolları sağlamlığa vurulan zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, həmin tələblər sübutetmə ilə bağlı olmuş, iddiaçı tərəfindən isə bu hissədə mötəbər sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim olunmamışdır.
58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
59. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 22(103)-260/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X1 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixl i, 22(103)-260/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.