Məhkəmə qərarları › İş №2-2(102)-380/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-380/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-380/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyət li Cəmiyyətinə qarşı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı pulun tutulması barədə qarşılıqlı tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(106)-16/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə (daha sonra 2023-cü il 18 iyul tarixində iddia tələbinin həcminin artırılması barədə) məhkəməyə müraciət edərək, cavabdehdən 188.143,17 manat əsas borcun, 18.343,95 manat faiz borcunun, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, və kilə ödənilmiş 500 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 497 manat dövlət rüsumunun, ümumilikdə 207.884,12 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan cavabdehin xeyrinə 108.613,80 manat və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 399 manat məbləğində dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Şirvan Kommersiyа Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli e-2-2(121)1442/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir (hakim – Z.Abbasov).

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv, ilk iddia tələb inin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(106)-16/2024 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi – ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 174.808,96 manat əsas borc, 5 faizlə hesablanan 8.740,40 manat faiz borcu, 400 manat mediasiya xərci, 500 manat vəkilə ödənilən xidmət haqqı, 483 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 184.932,36 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və M.Həsənov).

7. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddia tələbinin təmin edilməsi hissəsində və qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, ilk iddia tələbinin tamamilə təmin edilməməsi və qarşılıqlı iddia tələbinin tamamilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilə n hüquq 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

9. Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

112. İddianın qiyməti... 112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir....” "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunu r.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

11. İş materiallarından görünür ki, ilkin iddia üzrə dğvlət rüsumu 248,24 manat, qarşılıqlı iddia üzrə isə 199,31 manat məbləğində təşkil edir. Hazır ki iş üzrə kassasiya şikayətini verən cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir. Belə olduğu təqdirdə isə iş materiallarından görünür ki, cavabde h ümumi məbləği hesablayıb dövlət rüsumu ödəmişdir. Belə ki, MPM-in 112.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan prosessual qanunvericiliyin tələbinə görə cəmləmə nəzərdə tutulmayıb.

12. Belə ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu ilk iddianın qiyməti olan əsas borc üzrə 188.143,17 manat və faiz borcu üzrə 18.343,95 manata münasibətdə 248,24 manat, qarşılıqlı iddia qiyməti olan 108.613,80 manata münasibətdə isə 199,31 manat məbləğində ödəməli idi.

13. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 8) tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 248,24 manat, qarşılıqlı iddia üzrə isə 199,31 manat olmaqla, cəmi 447,55 manat təşkil etməlidir.

14. Bunun əksi faktiki olaraq MPM-in 112.3-cü maddəsinin məzmununun inkarına səbəb olar.

15. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 9) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şi kayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(106)-16/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar