Məhkəmə qərarları › İş №2-2(102)-39/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-39/2025

07.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-39/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Məhdud Məsuliyyətil Cəmiyyətinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 2-2(106)-161/2024 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısını n xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı ilə 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncam əsasında 15 (on beş) il müddətinə icarəyə verilmiş 50.0 (əlli) hektar qış otlaq sahəsi üzərində icarə hüququ, həmin müddətədək X2 verilmiş, Ağcabədi rayonu Avşar kənd sakini X4 ilə torpaq icarə müqaviləsi bağlanmışdır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı i lə bağlı aqroparkın yaradılması üçün 5000.0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800.0 hektar olmaqla, təqdim olunmuş yerquruluşu planına əsasən ümumilikdə 5800.0 hektar torpaq (qış otlağı) sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyasının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.

3. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilmiş 5800 ha torpaq (qış otlağı ) sahəsinin 5403 hektarından istifadə edən icarədarlar arasında bağlanmış icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi haqqında” 12 may 2017-ci il tarixli, 54 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarların rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələrini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır.

4. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisində yerləşən və təyinatı dəyişdirilmiş dövlət ehtiyat fondu torpağından 1000 ha torpaq sahəsinin yemçiliyin inkişafı ilə əlaqədar İddiaçı MMC-yə icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 97 nömrəli sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə İddiaçı MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və o na aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilməsi və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq edilməsi, torpaq icarə müqavilələrinə vaxtından əvvəl xilam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın ödənilməsi İddiaçı MMC-yə həvalə edilməsi qərara alınmışdır.

5. Ağcabədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış “Torpaq s ahəsinin icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 08 nömrəli müqaviləyə əsasən 1000 ha torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

6. Ağcabədi rayonunun inzibati ərazisində yerləşən ehtiyat fond torpaqlarından (əkin) 1000 ha torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət reyestrindən 2018-ci il 10 apreldə verilmiş çıxarış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, icarə hüququ əsasında istifadə sində olan 1000 ha əkin ehtiyat fondu torpaqlarından cavabdeh X1 (bundan sonra – cavabdeh) çıxarılması, cavabdehin torpağı zəbt etdiyi dövrdə əldə etdiyi gəlir və cavabdeh tərəfindən iddiaçının torpağının zəbt edilməsi ilə bağlı iddiaçıya yetirilmiş ziyana görə cavabdehdən 39700 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, 2017-ci ildən etibarən MMC 1000 hektar torpaq sahəsinin əkilməsi məqsədilə 5,5 milyon manat investisiya yatırmışdır. Torpaq sahəsi dövlət reyestrində MMC-nin qanuni mülkiyyətində olsa da, Ağcabədi rayonunun Avşar kəndi sakinlərindən olan sabiq icarədar - cavabdeh torpaqların bir hissəsini zorla zəbt edərək MMC-nin fəaliyyətinə mane o lmuşdur. Bu şəxs MMC-nin torpaqda həyata keçirmək istədiyi aqrotexniki tədbirlərə və digər planlara icazə verməyərək sahəni qanunsuz olaraq istifadə edir. MMC-nin bu məsələyə dair polis və icra hakimiyyətinə etdiyi müraciətlərə baxmayaraq həyata keçirilən tədbirlər uzunmüddətli və dayanıqlı təsir göstərməmişdir. Cavabdeh torpaq üzərindəki qeyri-qanuni sahibliyini və istifadəsini davam etdirir, bu da MMC-nin həmin sahədən heç bir gəlir əldə etməməsinə səbəb olur. MMC yalnız torpaq icarəsi haqqı və torpaq vergisi ödəyir, lakin torpağın faydasını cavabdeh mənimsəyir. Bu səbəbdən MMC əhəmiyyətli maddi ziyanla üzləşmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onun icarəsində olan torpaq sahəsinin icarə müddəti bitməmiş Ağcabədi rayon İcra Hakimiyyəti ondan xəbərsiz icarə hüququna xit am vermiş və ona bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə MMC-nin icarəsinə verilsə də, həmin torpaqdan cavabdeh 2022-ci ilə qədər istifadə etmiş və icarə haqların da ödəmişdir. Hal-hazırda cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək sonuncunun 2017-ci il 31 avqust tarixli 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir.

10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 19 mart tarixli rəyi verilmişdir.

11. Həmin rəydə qeyd edilmişdir ki, iddiaçının istifadəsinə verilmiş 1000 ha torpaq sahəsinin h üdudlarının döngə nöqtələrinin koordinatları, müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür və iddiaçının faktiki istifadəsindədir. Ağcabədi rayon İcra Hakimiyyətinin 2012-ci il 13 yanvar tarixli, 05 saylı sərəncamı ilə cavabdehin istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ehtiyat fondu torpaqlar kateqoriyasına (qış otlaq sahəsi) aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən qeyd olunan 50.0 ha torpaq sahəsi hüdudlarının döngə nöqtələrinin koordinatları müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür. Yuxarıda qeyd olunan 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi faktiki olaraq iddiaçının və 23.92 ha hissəs i isə "xxxx" MMC-nin istifadəsindədir. İddiaçının istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə cavabdehin istifadəsinə verilmiş 50.0 torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür. Mübahisə olunan 25.0 ha torpaq sahəsi Ağcabədi RİH-nin 2017- ci il 31 avqust tarixli 97 saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 1000.0 hektar torpaq sahəsinin ərazisində yerləşir. Cavabdehin istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 23.92 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı və cavabdehin torpaq sahələri bir-biri ilə qonşu sahələrdir.

12. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyun tarixli 2-2(121)-12/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehin Ağcabədi Rayon İcra Hakimiyyətinin 2017-ci il 31 avqust tarixli, 97 saylı sərəncamı ilə iddiaçının istifadəsində olan 24.46 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Elşən Abdullayev).

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MMC-nin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə cavabdehin istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür. Hal-hazırda cavabdeh həmin torpaq sahəsindən istifadə edir. Bundan əlavə cavabdehə kompensasiya təklif olunsa da, cavabdeh həmin kompensasiyanı almaqdan imtina etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən icarəyə torpaq sahəsi götürməklə və qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalarla əldə edilir. Torpaq sahələri icarəyə icarə müqaviləsi bağlamaq la götürülür, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə ki, cavabdehlə 50 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi bağlansa da, həmin müqavilə dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Cavabdehdən fərqli olaraq iddiaçı tərəfə icarəyə verilmiş torpaq sahəsinin koordinatları məlum olmaqla icarə müqaviləsi dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bu isə iddiaçı tərəfə icarəyə verilmiş torpaq sahəsinin hüdudlarının yerində müəyyən edilməsinə imkan verir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin mübahisəli ünvanda yerləşən 25 ha torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, yuxarıda qeyd edi lmiş ekspert rəyindən də görünür ki, iddiaçının istifadəsinə verilmiş 1000 ha torpaq sahəsi ilə cavabdehin istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 24.46 ha hissəsinin üst-üstə düşdüyündən cavabdehin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 25 ha hissəsindən yox, 24.46 ha hissəsindən istifadə etdiyi müəyyən olunduğuna və iddiaçının icarə hüququnun müvafiq çıxarışla dövlət tərəfindən tanınmasını nəzərə alaraq iddia tələbi 24.46 ha torpağa dair hissədə təmin olunmalıdır.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi (İİİ hissə), Mülki Məcəllənin (bindan sonra - MM) 152.1, 152.5, 153.3, 157.4, 158.1, 706.2, 706.3-cü maddələri, Torpaq Məcəlləsinin (bindan sonra - TM) 51.1, 51.3, 66.1, 67, 84.3, 111.1-ci maddələri, Mülki Prosessual Məcəllənin (bindan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təzminat tələbinin əsassız hesab edilməsi hissəsində ləğv olunmasını, iş üzrə təkrar ekspertiza təyin edilməklə və ekspertlərə Ağcabədi rayonu və Azərbaycan üzrə 2017-2021-ci illərdə müvafiq bitkilər üzrə orta məhsuldarlığın müəyyən edilməsi əsasında təzminat məbləğinin müəyyənləşdirilməsinin tapşırılması, müəyyən olunan məhsuldarlıq əsasında hesablanmış təzminat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək iddianın təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə qətnamə q əbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 2-2(106)-161/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Kərimov – sədrlik edən və məruzəçi, C.İmanov və P.Əhmədov).

20. Məhkəmə qeyd etmişdir ki, mövcud durumda mübahisəli torpaq sahəsinin təyinatının dəyişməsi, üzərində olan hüquqların birbaşa xitamına səbəb deyildir. Qanunverici torpaq sahəsi üzərində icarə hüquqlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı mübahisələrin yalnız məhkəmə müstəvisində həll olunmasını müəyyən etmişdir. Bununla belə, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 12 may 2017-c i il tarixli, 54 nömrəli sərəncamı ilə müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, həmin sərəncam cavabdehə aid hissədə onun tərəfindən inzibati məhkəmə müstəvisində mübahisələndirilməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi daxil olmaqla əkin dövriyyəsinə cəlb olunan 1000 ha torpaq sahəsi 49 il müddətinə iddiaçının icarəsinə verilmiş, iddiaçının torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınmış və iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etməyə başlamışdır.

21. Məhkəmə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyini, Dövlət tərəfindən qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilməməsini, cavabdehin icarə hüququna vaxtından əvvəl xitam verilməsini və bu halın cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehin mübahisəli torpaq sahəsindən çıxırılması hissədə təmin etməklə yuxarıda sadalanan maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

22. Həmçinin, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının zərərə məruz qalmasının əsaslılığına, bu zərərin cavabdehin təqsirli hərəkətləri (qüvvədə olan inzibati tənbehvermə, yaxud xinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlar) nəticəsində yaranmasına dair işdə sübutlar olmadığından, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

23. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitus iyasının 13, 29 maddələri (İ hissə), MM-in 6.2, 14.1, 14.2.1, 21, 140, 152.1, 152.2, 152.3, 157.2, 158.1.2, 140, 238.1, 241.1, 241.2, 700.1, 700.2, 706.1, 706.2, 1096, 1097.1, 1097.3-cü maddələri, TM-in 5, 10.1, 10.3, 11.1, 46.1, 51.1, 51.2, 51.6, 55, 66.2, 67.1, 67.3, 67.4, 73.1, 75.1-ci maddələri, “Torpaq İcarəsi haqqında” Qanunun 31-ci maddəsi, “Torpaq bazarı haqqında” Qanunun 6, 19-cü maddələri, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh kassasiyaşikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Məhkəmə Torpaq Məc əlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, torpaq icarə müqaviləsinin müddəti bitməmiş Ağcabədi rayon İcra Hakimiyyəti xx.xx.2017ci il tarixli 97 saylı sərəncamı ilə cavabdehin icarə hüququna xitam vermiş və bu barədə ona heç bir məlumat verməmişdir. Lakin sənədlə cavabdehin icarəsində olan 25 ha torpaq sahəsinin 2017-ci ildə İddiaçı MMC-nin icarəsinə verilməsi göstərilmiş olsa da, faktiki olaraq 2022-ci il tarixədək cavabdeh həmin torpaq sahəsindən istifadə etmiş və icarə haqlarını vaxtlı-vaxtında ödəmişdir. Həmçinin “İcarə haqqında” Qanunun 13-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayət inə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edildiyi hissədə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416- cı maddəsinə uyğun olaraq yalnız həmin hissədə və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranla şmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müə yyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.” 29. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləs i məhkəmənin qərarına əsasən pozula bilər.

2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir.

3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərt ləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

6. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin.”

30. Respublikasının Mülki Pro sessual aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq müddəalarında “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

33. Kassasiya şikayətində istinad edilən Torpaq Məcəlləsinin 73-cü və “İcarə haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.

34. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndində müəyyən edilmişdir ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyiş dirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.

35. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamı ilə 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncam əsasında 15 (on beş) il müddətinə icarəyə verilmiş 50.0 (əlli) hektar qış otlaq sahəsi üzərində cavabdehə verilmiş icarə hüququnun müddəti 02 aprel 2019-cu il tarixdə bitmişdir.

36. Həmin müddətdən əvvəl isə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il 12 may tarixli, 54 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı əsasında A ğcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsi, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyi və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarların rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələri nəzərə alınaraq, müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmişdir.

37. Göründüyü kimi cavabdehlə bağlanmış icarə müqaviləsinin müddəti bitmədən icarəyə verən müqaviləyə xitam verilməsi barədə öz iradə ifadəsini artıq bildirmişdir. 38. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5ci bəndi isə yalnız o vaxt tətbiq edilə bilər ki, icarə müqaviləsinin heç bir tərəfi müqaviləyə xitam vermək barədə iradə ifadəsini bildirməmiş olsun.

39. Eyni zamanda, həmin normada nəzərdə tutulan “müqavilənin müddəti qurtardıqdan sonra” ifadəsi hərfi mənada təfsir edilə bilməz və müqavilə tərəfinin onun müddəti bitmədən də müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə iradə ifadəsi həmin maddənin tətbiq edilməsi və müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsini istisna edir.

40. Lakin belə hallarda müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə iradə ifadəsini bildirən tərəfin davranışı, yəni onun həqiqətən də müqaviləyə xitam vermək və ya onu dəyişdirmək niyyətində olması onun faktiki hərəkətləri ilə təsdiq edilməlidir.

41. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, icarəyə verən Ağcabədi rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında mübahisəli torpaq sahəsinə dair 31 avqust 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

42. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.

43. Eyni zamanda, həmin maddədə nəzərdə tutulmuş hüquqi nəticə (icarəyə verən Ağcabədi rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi) ya ranmadığı üçün Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinin pozulması da müəyyən edilmir.

44. Belə ki, həmin maddənin 1-ci bəndinə əsasən, torpaq sahəsinin icarəyə verildiyi müddətin qurtarması torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsi ilə nəticələnir.

45. Kassasiya şikayətində sübutlara düzgün qiymət verilməməsi və bununla da, MPM-in 88-ci maddəsinin tələblərini pozulmasına istinad edilməsi isə əsassızdır.

46. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalar la tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yaln ız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Kassasiya şikayəti təm in edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 2-2(106)-161/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar