Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-391/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi ilə, Ərizəçi x1-nin “müflis elan edilmə” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(103)-36/2019 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qur umunun dövlət reyestrindən çıxarışa əsasən ərizəçi x2-nın hüquqi varisidir. Cəmiyyətin nizamnamə kapitalı 2.230 manat həcmindədir və hər biri 200 manat olmaqla 11,15 paydan ibarətdir. Ərizəçinin fəaliyyətinin dayandırılması barədə Vergilər Nazirliyinin arayışına əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti 2010-cu il 1 aprel tarixdən 2015-ci il 1 aprel tarixədək dayandırılmışdır. Ərizəçinin fəaliyyətinin dayandırılması barədə Vergilər Nazirliyinin bildirişinə və arayışına əsasən iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti 2015-ci il 15 may tarixdən 2020ci il 15 may tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 6 fevral tarixli 2(102)-525/13 nömrəli qərarı ilə ərizəçidən (borcludan) kreditorun (x3) xeyrinə 90.000 ABŞ dolları məbləğ ində pul tutulmuşdur. Həmin borcun ödənilməsi üçün hüquqi şəxsin maliyyə vəsaiti və tələbin yönəldilə biləcəyi əmlakı olmadığından, MMC-nin 2017-ci il 28 aprel tarixli ümumi yığıncağının qərarı ilə hüquqi şəxsin müflis elan edilməsi və iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Cəmiyyətin müflis elan olunmasını xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, MMC ciddi maddi sıxıntılar üzündən 2010ci il tarixdən öz fəaliyyətini dayandırmışdır. Cəmiyyətin mühasibatlıq sənədləri ilə də tam təsdiq olunur ki, ümumiyyətlə, ödəmə qabiliyyəti yoxdur. Bu səbəbdən, məhkəmə qərarında göstərilən borcun uzun müddət cəmiyyət tərəfindən kreditora ödə nilməsi mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanılması zəruridir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəllənin 63.1-ci maddəsinə, “Müflisləşmə və iflas haqqında” Qanunun 3, 11-ci maddələrinə istinad edərək ərizənin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 may tarixli 2-2(81)-761/2017 nömrəli qərardadı ilə x4 işə mahiyyəti üzrə baxılanadək x1-nin müvəqqəti əmlak inzibatçısı təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 iyun tarixli 2-2(81)-761/2017 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuş, x1 müflis elan olunmuş və iflas prosesinə başlanılmış, x4 MMC-nin əmlak inzibatçısı təyin olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin kreditor x3 90.000 ABŞ dolları borcunu ödəmə qabiliyyətinin olmaması onun özü tərəfindən təsdiq edilməklə yanaşı, məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti əmlak inzibatçısının hesabatı və digər sənədlərlə sübuta yetirildiyindən, hüquqi şəxsin müflis elan edilməsi barədə ərizəsi təmin edilməlidir. Kreditor x3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 15 may tarixli 2-2(103)-316/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, ərizəçi əvvəllər, yəni kreditorun tələbinin yarandığı vaxt x2-nın adına qeydiyyatdan keçmiş daşınmaz və ya digər əmlakın olub-olmaması haqqında hər hansı bir sənəd və ya sübut növünü məhkəməyə təqdim etməmişdir. Ərizəçi qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(102)-404/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtə rəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq ərizəçinin öz öhdəliklərinin ödəmə qabiliyyəti olmaması barədə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 88-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(103)-36/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizəçinin iflas haqqında ərizəsi təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 15 may tarixli qətnaməsində qeyd olunan hüquqi mövqe ilə razılaşmışdır. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iflas haqqında ərizənin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə iş araşdırılmamış, ərizəçinin fəaliyyətinin uzun müddət dayandırılmasına, heç bir vəsaitinin olmamasına, bununla da ödəmə qabiliyyətinə malik olmamasına dəlalət edən kifayət qədər sübutların, sənədlərin və hesabatın olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2017-ci il 21 iyun tarixli qətnaməsi ləğv edilmiş və ərizə rədd edilmişdir. Məhkəmə ərizəçinin borcunu vaxtında ödəməyə qadir olduğunu qətnamədə, ümumiyyətlə, əsaslandırmamış və maddi hüquq normalarını, yəni “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, MMC-nin fəaliyyəti 2010-cu ildən dayandırılmışdır. Bu isə onu təsdiq edir ki, ərizəçinin heç bir dövriyyəsi və gəliri olmamışdır. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (217.2). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslan dırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. “Müflisləşmə və iflas haqqında” Qanunun müddəalarına əsasən, “müflisləşmə” borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır... (1). İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvv ədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir...(2) Həmin Qanunun 3-cü maddəsinə əsasən, borcluödəməqabiliyyəti olmadığıhalda iflas prosesinəməruz qalır. Borclu o halda ödəməqabiliyyəti olmayan sayılır ki, bunuözütəsdiq etsin, yaxud məhkəməvə ya kreditorlar müəyyən etsin ki: a) borclu kreditorun irəli sürdüyüqanuni ödəmətələbini bu cür tələb verildikdən sonra iki ayərzində yerinəyetirməmişdir vəya; b) borclu qanunvericiliyəmüvafiq surətdə həyata keçirməli olduğuödənişləri vaxtıçatdıqca həyata keçirməyəqadir deyildir vəya; c) borcluöz borclarınıvaxtıçatdıqca ödəməyəqadir deyildir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin borcunu vaxtında ödəm əyə qadir olduğunu qətnamədə, ümumiyyətlə, əsaslandırmamış və maddi hüquq normalarını, yəni “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, MMC-nin fəaliyyəti 2010-cu ildən dayandırılmışdır. Bu isə onu təsdiq edir ki, ərizəçinin heç bir dövriyyəsi və gəliri olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində təsbit olunmuş şərtlər, hətta onların zahirən mövcud olduğunu göstərən hallar mövcud olduqda belə, özüözlüyündə ərizənin təmin olunmasına əsas vermir. Məhkəmə kollegiyası nəzərə alır ki, hüquqi şəxsin fəaliyyətini müvəqqəti dayandırmaq imkanını qanun istisna etmir. İddiaçı da məhz öz fəaliyyətinin 2010-cu ildən dayandırılması, bu sə bəbdən də gəlirin olmaması mövqeyindən çıxış edərək hazırkı məzmunda ərizə vermişdir. Lakin hüquqi şəxs öz fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi vaxtda bunun obyektiv səbəblərdən baş verdiyini əsaslandıran (göstərən), habelə hüquqi şəxsin üçüncü şəxslər (kreditorlar) qarşısında öhdəliklərin icrasının təmin olunmasına yönələn tədbirlər görüldüyünə dair hər hansı sübut yoxdur. Digər tərəfdən, işdən göründüyü kimi fəaliyyətin dayandırılması müvəqqəti xarakter daşımaqla konkret müddətlə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, özünün və ya digər şəxslərin mənafeyi naminə ödəmə qabiliyyətsizliyinin yaradıldığının müəyyən edildiyi hallarda müflis elan olunma barədə ərizənin təmin olunması bu davranışın məhkəmə aktına əsasən qanuniliyinin və əsaslılığını n tanınmasına, kreditorların əmlak hüquqlarının aşkar pozuntusuna hüquqi imkan yaratmış olur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(103)-36/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-391/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-391/2019
18.09.2019 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver