Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-396/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının iddiaçı Ərizəçi kreditorlar "A" ASC, "AS" ASC, K MMC, "SP" MMC, AM MMC, İCO MMC, ANQSC, PT MMC, AD MMC, AH MMC, HS MMC, MBSA MMC, H ASC, "NO" ASC, TU MMC və Fonda qarşı iddia tələbinə dair iş üzrə Açar sözlər: müflis elan olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı kreditorlar "MBSA" MMC-nin və "TU" MMC-nin vəkili, "TU" MMC-nin nümayəndəsi və "H" ASC-nin nümayəndəsinin iştirakı ilə, Ərizəçi MMC-nin kreditorlar olmaqla “müflis elan olunma barədə” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-472/2021 saylı, 2021-cı il 5 may tarixli qətnaməsindən Ərizəçi MMC və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan Ərizəçi MMC-nin (bundan sonra – “PTİ”) 2020-ci il 25 sentyabr tarixli 01 saylı qərarından görünür ki, PTİ-nin müflis elan olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır.
2. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 23 fevral tarixli 2-2(81)-300/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh PTİ-dən 229.740,04 manat əsas borc, 5.000 manat penya borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 234.770,04 manat iddiaçı "BASF" MMC-nin (bundan sonra – “BASF”) xeyrinə tutulması qət edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 avqust tarixli 2-2(102)409/2019 saylı qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh PTİ-dən 266.536,13 manat pulun tutularaq iddiaçı "TU" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
4. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 mart tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli qətnaməsinin qismən cavabdeh PTİ-dən 105.000 manat pulun tutularaq "TU" MMC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qəra ra alınmış, cavabdeh PTİ-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 mart tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin 2021-ci il 9 fevral tarixli **********397100 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, vergi ödəyicisi PTİ-nin (VÖEN: **********) vergi borcu barədə məlumatın təqdim edilməsinə dair müraciətə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Cəmiyyət tərəfindən sonuncu ödəniş tarixinin 2015-ci il 3 sentyabr tarixi olduğu nəzərə alınmaqla, 2021-ci il 8 fevral tarixinə əsas vergi üzrə 353.979,49 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 470.399,01 manat, əsas vergi borcuna hesablanmış faizi üzrə 165.335,41 manat, Azərbaycan Respublikasının CPM-nin 53-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi üzrə 699.722,80 manat, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə 12.974,97 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər vərəqəsi üzrə 28.265,85 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. PTİ 2020-ci il 12 noyabr tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə verərək müflis elan olunması və X1 (bundan sonra – “X”) əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, PTİ tikinti işləri ilə məşğul olmuş kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasında bir sıra tikinti işlərinin həyata keçirilməsi üçün müqavilələr bağlamış və icra etmişdir. Lakin hazırkı dövrdə maliyyə çətinlikləri yaranmış, bunun nəticəsində yaranmış borcları ödəmək qabiliyyətindən məhrum olmuşdur. Belə ki, PTİ-nin "A" ASC və "AS" ASC-yə 52.417.59 manat, K MMC-yə 43.374 manat, SP MMC-yə 1.312 manat, AM MMC-yə 5.456 manat, İCO MMC-yə 36.831.51 manat, “A" QSC-yə 527 manat, PT MMC-yə 22.903 manat, AD MMC-yə 2.008,79 manat, AH MMC-yə 1.552 manat, HS MMC-yə 5.100 manat, BASF MMC-yə 229.740.04 manat, "H" ASC-yə 402.424,52 manat, "NO ASC-yə 34.178,68 manat, Fonda isə 268.800 manat borcu vardır və kreditorlar tərəfindən həmin məbləğlərin ödənilməsi tələb olunur. Lakin PTİ-nin həmin məbləği ödəmək qabiliyyəti yoxdur. PTİ-nin külli miqdarda vergi borcu yaranmışdır. Vergi borcu ilə əlaqədar son ödəniş 2015-ci il 3 sentyabr tarixində 23 manat olmuşdur. Qeyd olunanlardan göründüyü kimi PTİ-nin ödəmə qabiliyyəti olmamışdır.
8. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 38ci, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
9. Məhkəmə iclasında kreditorlar "MBSA" MMC (Basf Caspian MMC), "TU" MMC və "AH" MMC-nin nümayəndələri PTİ-nin bu müəssisələrə borcu olduğunu bildirmiş və borcun ödənilməsini tələb edərək müflis elan olunmasına etiraz etdiyini bildirmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 2-2(113)-1024/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X1 əmlak inzibatçısı təyin edilmişdir (hakim – S.Nuriyeva).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 11.1. Hazırkı mübahisə borclu PTİ-nin vergi borclarını ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. 11.2. PTİ-nin hazırda ödəmə qabiliyyətinin olmaması onun müflis olma nəticəsində ləğv edilməsi üçün əsasdır. 11.3. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunan ərizədə 1977-ci il 17 may təvəllüdlü hüquqşünas E.Məmmədovun əmlak inzibatçısı təyin edilməsini xahiş edilmiş, ərizəyə qanunvericiliklə tələb olunan sənədlər, eləcə də həmin şəxsin bu təyinatda şəxsi marağının olmaması barədə yazılı bəyənatı əlavə olunmuşdur. 11.4. PTİ vergi (faizlər və tətbiq edilm iş maliyyə sanksiyaları) ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməmişdir. PTİ-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 59.5, 63.2-ci, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 10-1, 11.1, 19-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
13. Kreditorlar "TU" MMC, "MBSA" MMC və ASC 2021-ci il 31 mart tarixində həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsni xahiş etmişlər. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 may tarixli 2-2(103)472/2021 saylı qətnaməsi ilə hər üç apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli e-2-2 (113)-1024/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir (sədrlik dən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
15. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 15.1. birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən qanunun tələblərini nəzərə almamış, PTİ-nin müflis elan edilməsi üçün qanuna tələb edilən sübutların təqdim edilmədiyinə əhəmiyyət vermədən, PTİ-nin əmlak vəziyyəti barədə məhkəmənin sorğularına cavablar daxil olmasını gözləmədən məhkəmə tədqiqatını tamamlamışdır. 15.2. Borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. Prosessual qanunvericiliyin tələblərinə əsasən, iddianın əsaslı olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. 15.3. Hazırkı halda PTİ öz kreditorları barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər (kreditorların siyahısı və borcludan pul tutulması barədə məhkəmə aktları) PTİ-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyi l. 15.4. İş üzrə qətnamə qəbul edildikdən sonra daxil olmuş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il 5 fevral tarixli məktubundan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2021-ci il 12 fevral tarixli məktublarından görünmüşdür ki, PTİ-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi və ya daşınmaz əmlak mövcud deyil. 15.5. MM-in 59.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulduğundan, borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlak ın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz. 15.6. İşdəki sübutlar PTİ-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət etmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək borclunun müflis elan olunmasından imtina edilməlidir.
16. Məhkəmə bu qənaətini MM-in 59.5-ci, MPM-in 14.2, 77.1, 372.1, 372.2, 385.1.1, 385.1.3cü, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
17. PTİ 2021-ci il 5 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
18. PTİ-nin öz kreditorları qarşıs ında borclarını ödəmək qabiliyyəti yoxdur. Digər tərəfdən, PTİnin külli miqdarda vergi borcu yaranmışdır. Vergi borcu ilə əlaqədar son ödəniş 2015-ci il 3 sentyabr tarixində 23 manat olmuşdur. PTİ tərəfindən vergi borcları sonuncu ödənişdən – 2015-ci il 3 sentyabr tarixindən indiyədək ödənilməmiş, balansında hər hansı bir nəqliyyat vasitəsi və daşınmaz əmlak olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi, PTİ-nin ödəmə qabiliyyəti olmamışdır. Bu hallara görə hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə təmin edilməlidir.
19. Kassator kassasiya şikayətini “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3-cü, MPM-in 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 20. "H" ASC 2021-ci i l 21 sentyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. "H" ASC kassasiya şikayətinə etirazı onunla əsaslandırmşdır ki, ərizəçi 402.623,41 AZN məbləğində əmlakı onlardan alıb dəyərini ödəməmiş, həmçinin həmin əmlakı qaytarmamışdır. Ərizəçi aldığı əmlakın əvəzində başqa şəxslərdən aldığı pulu özündə saxlayaraq "H" ASC-yə ödəniş etməmişdir. Bu əməllər iş üzrə digər tələbkarlara qarşı da törədilmişdir. Ərizəçi bilərəkdən kreditorlara borc vəsaitini ödəməmişdir. Kreditor hesab edir ki, ərizəçinin müflisləşmə barədə məhkəməyə müraciət etməsi də onun kreditorlara olan borclarını ödəmək niyyətinin əvvəlcədən olmadığını göstərir. Bundan başqa ərizəçi iflas olma barədə məhkəməyə ərizə verərəkən onun maliyyə vəziyyəti, kreditor və debitor öhdəlikləri, əmlak vəziyyəti məhkəmə tərəf indən araşdırılmamışdır. Bakı apellyasiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi əmlak vəziyyətinin öyrənilməsi ilə bağlı sorğular verilmiş lakin həmin sorğuların cavabları əldə olunmadan ərizəçinin müflis olma barədə ərizəsi təmin edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının ilkin kassasiya baxışındakı izahatları
21. PTİ-nin vəkili kassasiya şikayətini müdafiə etdiklərini, şikayətin əsaslı olduğunu bildirdi.Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kreditor "MBSA" MMC və "TU" MMC-nin vəkili və nümayəndə G,M həmçinin H ASC-nin vəkili və nümayəndəsi kassasiya şikayətini qəbul etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdiri lmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
23. Kreditor A ASC-nin nümayəndəsi Ş.X məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilməmişdir.
24. Digər kreditorlara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. PTİ apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
59. Hüquqi şəxsin ləğvi... 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər....” “Maddə
63. Hüquqi şəxsin müflis olması “... 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.”
29. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;...” 30. “Müflisləşmə və iflas haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. Respublikası Qanununun “Maddə 2.İflas Prosesinə başlanmasının ümumi qaydaları...
3. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir....
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra h akimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər....” “Maddə 3.Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) a y ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə
5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:... b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; müvafiq b) borclu dövlət m üəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.” “Maddə 10-1.İflas haqqında iş üzrə məhkəmə baxışı İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqın da müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.” “Maddə 11.İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. …” “Maddə 19.Əmlak İnzibatçısının təyin edilməsi şərtləri
1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inz ibatçısı təyin edilə bilər.
2. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.
3. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər.
4. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər: a) borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları; b) bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilini (bax yuxarıda § 18) işin materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlil apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.
32. Kassatorun eyni dəlili apellyasiya baxışında da müzakirə obyekti olmuş, bununla əlaqədar məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymətləndirmə aparılmışdır.
33. İş materiallarından görünür ki, PTİ müflis ol unma barədə məhkəməyə təqdim etdiyi ərizəyə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi (bax yuxarıda § 30) ilə tələb olunan sənədlərdən yalnız kreditorların siyahısını əlavə etmişdir.
34. Halbuki həmin Qanunla tələb olunan digər sənədlər, o cümlədən alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları da sözügedən ərizəyə əlavə edilməli idi.
35. Həmin sənədlərin araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi müflisləşmə məsələsi barədə ədalətli və əsaslı nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.
36. Bundan başqa, MPM-in 77.1-ci maddəsinin (bax yuxarıda § 29) tələblərinə uyğun olaraq, müflis elanetmə üçün qanunla tələb olunan əsasların mövcudluğunun sübut edilməsi vəz ifəsi məhz ərizəçinin üzərinə düşür.
37. Lakin PTİ istinad olunan normalara əməl etməmiş, zəruri sənədləri məhkəməyə təqdim etməmişdir.
38. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, işin materiallarındakı sənədlər ərizənin təmin olunması, yəni PTİ-nin müflis hesab olunması üçün yetərli deyildir.
39. PTİ-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmamasına gəldikdə isə, həmin dəlil də PTİ-nin ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz.
40. MM-in 59.5-ci maddəsindən (bax yuxarıda § 28) aydın olur ki, müflisolma barədə qərar qəbul edilərkən hüquqi şəxsin əmlakının dəyəri nəzərə alınmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün nəticəyə gəlmişdir ki, həmin normanın tələbləri baxımından hüquqi şəxsin əmlakı dedi kdə, yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borcları da nəzərdə tutulur.
42. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsinin və ya daşınmaz əmlakın olmaması da onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas deyildir.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 may tarixli 22(103)-472/2021 saylı qətnaməsi həmin kassasiy a şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.