Məhkəmə qərarları › İş №2-2(102)-396/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-396/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-396/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə obyektinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı qarşı icarə obyektlərinin istifadəyə qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-39/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 1 oktyabr tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən-“x” İstehsalat Ticarət Mərkəzi, “x” İstehsalat Ticarət Mərkəzində olan uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24 m2 mağazanı icarəçi İddiaçı 5 il müddətinə icarəyə vermişdir. Həmin müqaviləninr 1.2-ci bəndinə əsasən ikinci tərəf “İcarəçi” adlanan “x” İstehsal Ticarət mərkəzində mağaza sahibi İddiaçı aid olan uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24,0 kvm olan mağaza sahibinin öz şəxsi vəsaiti hesabına tikilib. Ona görədə, mağazadan istismar səlahiyyəti sahibkarın özünə verilir; 4.2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün 65 manat məbləğində müəyyən edilir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» 2022-ci il 26 oktyabr tarixli Çıxarışa əsasən dövlət mülkiyyətində olan 4.0 ha icarə torpaq sahəsində yerləşən, 7826,5 kv.mdən ibarət daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh İstehsalat Ticarət Mərkəzidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh İstehsalat Ticarət Mərkəzinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 2018-ci il 1 oktyabr tarixli icarə müqaviləsinin şərtlərinə əməl edərək ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaların onun istifadəsinə qaytarılması, bu mümkün olmadıqda isə 50.0 00 ABŞ dollarının və mediasiya xərci üçün ödədiyi 55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Ticarət Mərkəzində yerləşən, ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaları öz vəsaiti hesabına tikmiş və bundan sonra icarəyə götürmüşdür. Aralarında sonuncu dəfə 2018-ci il 1 oktyabr tarixində 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Cavabdehlə aralarında icarə müqaviləsi olmasına və müqavilənin müddətinin 2023-cü il 1 oktyabr tarixində bitməsinə baxmayaraq, həmin mağazalar 2022-ci ilin iyun ayından ondan alınaraq başqa şəxslərə verilmişdir. İddiaçı mağazaların ona qaytarılmasını tələb etsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etmir. O, fərdi sahibkar kimi toxum alqı-sat qısı ilə məşğul olur, 2022-ci ilin iyun ayından işləyə bilmir və cavabdehin təqsiri üzündən iddiaçıya 50.000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bütün mallar könüllü surətdə iddiaçı tərəfindən sərbəst olaraq götürülüb aparılmışdır. İddiaçının tələbində qeyd etdiyi 50.000 ABŞ dolları vurulmuş ziyanla bağlı heç bir sübut yoxdur. Ona görə də iddianın əsassız hesab edilməklə rədd olunmasını xahiş etmişdir.

6. İşə birinci instansiya məhkəməsində baxılarkən, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 9 oktyabr tarixli, 4/1514 nömrəli ekspert rəyinə əsasən, 2022-ci il 18 iyul tarixli (dörd nəfərin iştirakı olan) aktda “1.icarəçi Mirzəyev Namiq” yazıları qarşısındakı imzanın, 2022-ci il 17 iyul tarixli (dörd n əfərin iştirakı olan) aktda “Mirzəyev Namiq” yazıları önündəki imzanın iddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 6 noyabr tarixli e-2-2(115)-977/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim K.Vəliyev).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı öz tələbində mağaza binasının onun vəsaiti hesabına inşa edilmiş olmasına əsaslanmış olsa da, bu hal sübutlarla təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndinin məzmununda mağazanın iddiaçıya aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr yer almışdır. Bu ifadələrlə bağlı yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsi r deyildir. Həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır.

9. Müqavilənin məzmunundan göründüyü kimi, cavabdeh mağazanı icarəyə verən, iddiaçı isə icarəyə götürən tərəf olmaqla müqavilənin 4.2-ci bəndində iddiaçı hər ay üçün 65 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüş, müqavilə 5 il müddətinə müəyyən olunmuşdur. Müqavilənin ümumi məzmunu iddiaçının mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarır. İcarə müqaviləsi isə yalnız icarə hüququnun yaranması üçün əsas sayılır, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların yaranmasının mühüm əsasları müəyyən edilmişdir ki, həmin əsasların hər hansı biri iddiaçıya münasibətdə mövcud deyildir.

10. Bundan başqa məhkəmə göstərmişdir ki, hazırkı vəziyyətdə müqavilənin qüvvədə olması müddəti bitm iş, tərəflər arasında müqavilə münasibətləri müqavilə müddəti bitənə qədər pozulmuşdur. Belə olan halda mağazanın yenidən istifadəyə verilməsi müqavilə azadlığlı prinsipinə əsasən hüquq sahibinin iradəsindən asılı olan məsələdir. Onun üzərinə belə bir öhdəliyin qoyulması qanunla yolverilməzdir.

11. Məhkəmə zərərin ödənilməsi tələbinə qiymət verərək qeyd etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən mağazanın iddiaçıya məxsus olmaması halı müəyyən edilir. Bir halda ki, əmlak iddiaçıya məxsus deyildir, onun həmin əmlakla bağlı zərərə uğraması halı istisna olunur. İddiaçının mağazada olan daşınar əşyalarla bağlı zərərə məruz qalması ilə bağlı məhkəmə göstərmişdir ki, bu tələbdə ilk növbədə təqsirin mövcud olması mühüm şərtdir. Ona görə ki, zərərin yaranmasının əsasında bir şəxsin başqasının mü lkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, həmin şəxsin məsuliyyəti yaranır və o şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə sübutlarla, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş audio-video yazılarda onun zərərə məruz qalması təsdiqini tapmamışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21, 146.1, 146.2, 178.2, 390.1, 390.3, 404.1, 700.1, 1096.1 və 1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-39/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci ilin oktyabr ayında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ümumi sahəsi 24 kv.m olan 1 ədəd mağazanı iddiaçının istifadəsinə vermiş və aylıq 65.0 manat məbləğində icarə haqqı müəyyənləşdirilmişdir. Müqavilənin müddəti 5 il, yəni 2023-cü ilin oktyabr ayına qədər müəyyənləşdiril miş, lakin müqavilə cavabdeh tərəfindən qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edilmişdir. Hazırda müqavilənin müddəti də artıq başa çatmışdır. İddiaçının qeyd olunan 2 mağazanın sahibinin özü olması və həmin mağazaların onun vəsaiti hesabına inşa edilməsi, həmçinin iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə iddiaçıya ziyan vurulması təsdiqini tapmamışdır.

16. Məhkəmə iddia tələbinə qiymət verərək həmçinin göstərmişdir ki, iddiaçı 2022-ci ilin iyun ayından işləyə bilmədiyini göstərmiş olsa da, işdən göründüyü kimi o, məhkəməyə hazırkı iddia ərizəsi ilə bir ildən sonra, yəni 2023-cü ilin iyun ayında müraciət etmişdir ki, bunun özü də iddiaçının icarə obyektindən qarşılıqlı razılaşma əsasında çıxdığını təsdiq edir. Bundan əlavə, iddiaçı cavabdehlə ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağaza ilə bağlı icarə müqaviləsi bağladığını iddia etsə də, məhkəməyə yalnız xx.xx.2018-ci il tarixli 24 kv.m qeyri-yaşayış sahəsinin 05(beş) il müddətə icarəyə verilməsinə dair müqavilənin 3 nüsxədə surətini təqdim etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni MM-nin 21.1, 21.2, 139.1, 140, 421.1, 421.2, 404.1, 700.1, 1096.1 və 1096.2-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-nin 21.1, 399, 442 və 1096.1-ci maddələri üzrə - Cavabde h iddiaçını aldadaraq mağazaları iddiaçının vəsaiti hesabına tikmiş, iddiaçı ilə görünüş xatirinə kirayə müqaviləsi bağlamış və sonradan müqaviləni ləğv etmədən onu mağazadan çıxarmışdır. Mübahisəli mağazaların iddiaçının vəsaiti hesabına tikilməsini cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. İşdə olan sənədlərə əsasən, cavabdeh müqavilənin müddəti bitmədən və heç bir əsas olmadan iddiaçını icarəsində olan mağazadan çıxarmış və mülki hüquq pozuntusu törədərək ona külli miqdarda ziyan vurmuşdur. Bundan başqa hələ müqavilənin müddəti bitməmiş iddiaçı cavabdehin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmişdir. Müqavilənin müddəti bitsə belə cavabdeh iddiaçıya külli miqdarda maddi ziyan vurmuş və bunu da ödəməkdən imtina etmişdir. Ona görə də aralarında olan hüquq münasibətləri hələ davam edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki halla rının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (r eal zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəni nkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifad ələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağ lanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyy əti daşıyır....”

24. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır (MPM-in 416.1-ci maddəsi). 26. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasya şikayəti ilə eyni məzmunlu dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsi ilə icarəyə verilmiş mağazanın sahibinin iddiaçı olması, həmin mağazanın onun vəsaiti hesabına inşa edilməsi, həmçinin mağazanın cavabdeh tərəfindən zəbt edilməsi, dağıdılmasını və iddiaçının mağazada olan daşınar əşyalardan məhrum olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyinə istinadən iddianın əsassız olması qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının tələbini əsaslandırmaq üçün mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmə sini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi iddia tələbinə verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

29. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

30. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

32. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar