Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-397/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və əmlakın boşaldılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 fevral tarixli 2-2(105)-18/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəyəverən “X1” ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 204,5 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil olmaqla 1100 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqının həmin ayın 5-dək köçürmə yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur. 2. “X1” ASC ilə Cavabdeh arasında bağlanmı ş 2019-cu il 1 avqust tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 47,2 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil olmaqla 300 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqının həmin ayın 5-dək köçürmə və ya nağd yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur.
3. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi 2018-ci il 15 may tarixində “X1” ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məh kəməsindəki icraat
4. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 2019-cu il 15 yanvar tarixli və 2019-cu il 1 avqust tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehdən 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 26.000 manat məbləğində, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 6.600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh icarə müqavilələrinin şərtlərini pozaraq ödənişləri lazımi qaydada icra etməmiş və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini təhvil verməkdən imtina etmişdir. Cavabdehin 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsi üzrə 2020-ci il 1 iyul tarixindən 2022-ci il 1 iyul tarixinə qədər 26.000 manat məbləğində, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə isə 2020-ci il 1 sentyabr tarixindən 2022-ci il 1 iyul tarixinə qədər 6.600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində borcu yaranmışdır. 2022-ci il 11 aprel tarixində müqavilə şərtlərinə uyğun olaraq 2 ay əvvəlcədən cavabdehə xəbərdarlıq edilmiş, öhdəliyin la zımi qaydada yerinə yetirilməməsi səbəbilə iddiaçının müqaviləyə birtərəfli qaydada xitam verəcəyi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
7. Zəngilan rayon Məhkəməsinin 2(034)-488/2022 nömrəli 2022-ci il 22 noyabr tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 30 may tarixli 2(105)-1122/2023 nömrəli qərardadı ilə ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
8. İddiaçı sonuncu dəfə 2023-cü il 21 avqust tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 2019-cu il 1 avqust tarixli və 2019-cu il 15 yanvar tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehdən 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 40.300 manat məbləğində, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 10.500 manat məbləğində olmaqla, cəmi 50.800 manat məbləğində icarə haqqının, 188 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251,7 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
9. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 2023-cü il 15 avqust tarixli arayışa əsasən 2023-cü il 15 avqust tarixə cavabdehin 2019-cu il 15 yanvar tari xli icarə müqaviləsi üzrə 40.300 manat, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə isə 10.500 manat olmaqla, icarə haqqı borcu cəmi 50.800 manat təşkil edir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli 2-2(119)898/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında bağlanmış 2019-cu il 15 yanvar tarixli və 2019-cu il 1 avqust tarixli icarə müqavilələri ləğv edilmiş, cavabdehdən 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsi üzrə 40.300 manat, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə 10.500 manat məbləğində icarə haqqı borcu, 405 manat məbləğində mediasiya xərci və 188 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 51.393 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən v ə ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim H.Alıyeva).
11. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadən qeyd etmişdir ki, cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilələrin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də, iddia tərəflər arasında bağlanmış 2019-cu il 1 avqust tarixli və 2019-cu il 15 yanvar tarixli icarə müqavilələrinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödənilsə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun 2019-cu il 15 ya nvar tarixli icarə müqaviləsi üzrə 40.300 manat, 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə 10.500 manat olmaqla, cəmi 50.800 manat icarə haqqı borcu yaranmışdır. Buna görə də, tərəflər arasında bağlanmış 2019-cu il 15 yanvar tarixli icarə müqaviləsi üzrə 40.300 manat və 2019-cu il 1 avqust tarixli icarə müqaviləsi üzrə 10.500 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində də tam əsaslıdır və təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 152.1, 152.5, 157.2, 15 7.4, 385.1, 421.1, 421.2, 425.1, 427.3, 442, 675, 700.1 və 701.2.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 fevral tarixli 2-2(105)-18/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Süleymanova, hakimlər A.İsmayılov və G.Cabbarova).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə və gəlinmiş nəticə il ə razılaşmış və mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
19. MM-nin 5.3, 385.1 və 425-ci maddələri üzrə - borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. İddiaçı tərəflər arasında müqavilə öhdəliyinin mövcud olmasını əsas gətirmi ş, lakin tələb olunan məbləğin ödənilməməsi səbəbini qeyd etməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyin bir qismini icra etmiş, lakin məhkəmə tərəfindən bu nəzərə alınmamışdır.
20. MM-in 448.2, 448.4-cü maddələri üzrə-icarə haqqının qismən gecikmələrlə ödənilməsinə öhdəliklərin təqsirli pozuntusu deyil, “Covid-19” pandemiyasının bütün dünyada yayılmaqla dünya iqtisadiyyatına, o cümlədən Azəbaycan iqtisadiyyatına təsir etməsi səbəb olmuşdur. Öhdəliyin pozulması bu haldan irəli gəlmiş və müqavilə bağlanarkən cavabdehin həmin halı nəzərə ala bilməsi, yaxud bu halı və ya onun nəticələrini aradan qaldıra biləcəyini gözləməsii mümkün olmamışdır. Bu hallara nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası tərəfindən qiymət verilməmişdir.
21. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 77.1 və 217.1-ci maddələri üzrə - məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutlara qiymət vermiş, cavabdehə isə sübutların təqdim olunmasına şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzg ün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. … 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib o la bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. …” “Maddə
157. Mülkiyyətin müdafiəsi … 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. … 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. …” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəf lərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. …” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələbl ərə müvafiq surətdə hərəkət etməlidir. …” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəli r götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. …”
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasi ya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 28. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdi r (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, iddia olunan miqdarda icarə haqqı borcu yaranmışdır. Buna görə də, məhkəmələr tərəfindən iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqı borcunun tutulması və icarə sahəsinin boşaldılması tələbinin əsaslı olması qənaətinə gəlmişlər.
30. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilərək, icarə müqaviləsi üzrə öhdəliklərin «Covid-19» pandemiyası səbəbindən icra edilməsinin mümkü n olmaması göstərilmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır (MM-ni n 448.4-cü maddəsi).
32. İstinad olunan maddənin tələbindən göründüyü kimi, borclu öhdəliyinin icrasının ondan asılı olmayan səbəbdən mümkünsüz olması barədə kreditora məlumat verməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən bu barədə iddiaçıya məlumat verilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsinin gəldiyi nəticə tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərinə və MM-nin 448-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
33. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəb ul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüyquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə də uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 fevral tarixli 2-2(105)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.