Məhkəmə qərarları › İş №2-2(105)-18/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-18/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-18/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Unı̇ bank Kommersiya Bankı” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Məmmədyarlı Fərı̇ d Cahı̇ d oğluna qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması və əmlakın boşaldılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı knaḃ ınU“ Kommersı̇ ya Bankı” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Məmmədyarlı Fərı̇ d Cahı̇ d oğluna qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(119)-898/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X6” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 204,5 kv.m sahəsi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 (min yüz) manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icrarə obyektinin qalan 47,2 kv.m ərazisi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 (üç yüz) manat müəyyən edilmişdir. İcarə müqavilələrinə əsasən “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmişdir. Cavabdeh müqavilə şərtərini pozaraq ödənişləri lazımi qaydada icra etməmiş və öhdəliyi yerinə yetirmədiyi üçün “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini geri təhvil verməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə müqavilə şərtlərinə uyğun olaraq 2 ay əvvəlcədən cavabdehə xəbərdarlıq edilmiş, öhdəliyin lazımı qaydada yerinə yetirilməməsi səbəbilə bankın müqaviləyə birtərəfli qaydada xitam verəcəyi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. xx.xx.2019- cu il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinin pozulması və ya yerinə yetilrilməməsi nəticəsində bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “İcarəçi” icarə haqqını bu müqavilədə nəzərdə tutulmuş müddətə ödəmədikdə “İcarəyə verən” ödəmənin gecikdirildiyi hər gün üçün ödənilməsi gecikdirilən icarə haqqının 0,1 faizi miqdarında dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müddəalar eynilə xx.xx.2019-cu il tarixli digər icarə müqaviləsində də öz əksini tapır.

3. Zəngilan Rayon Məhkəməsinin 2(034)-488/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilmiş, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində icarə haqqı və 188 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X6” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qərara alınmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(105)-1122/2023 nömrəli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 488/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan icrarə obyektinin Cavabdeh tərəfindən boşaldılması, “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh gecikdirilmiş 50800 manat icarə haqqının tutularaq “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

6. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 40300 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 10500 manat məbləğində olmaqla, cəmi 50800 manat məbləğində icarə haqqının, dövlət rüsumu kimi ödənilmiş 188 manat məbləğində və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun tutularaq “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251,7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X6” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

7. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

8. İcarəyəverən “X6” Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 204,5 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür.

9. Həmin müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 1100 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqının həmin ayın 5-dək köçürmə yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur.

10. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 47,2 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür.

11. Həmin müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 300 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqı həmin ayın 5-dək köçürmə və ya nağd yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur.

12. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (251,7 kv.m) xüsusi mülkiyyət kimi “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 19228 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

13. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ilə bağlanmış müqavilələr üzrə xx.xx.2021-ci ildə 1500 manat, xx.xx.2021-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə isə 5000 manat ödənişlər edilmişdir.

14. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 16 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ümumilikdə 20200 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ümumilikdə 3900 manat məbləğində ödənişlər etmişdir.

15. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, 15 avqust 2023-cü il tarixə Cavabdeh xx.xx.2019cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat olmaqla, icarə haqqı borcu cəmi 50800 manat təşkil edir.

16. Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdeh bank ilə bağladığı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən icarə müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilmiş, buna müvafiq olaraq icarə obyektinin boşaldılması xahiş edilmiş, əks təqdirdə bankın müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.

17. Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdeh bank ilə bağladığı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən icarə müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilmiş, buna müvafiq olaraq icarə obyektinin boşaldılması xahiş edilmiş, əks təqdirdə bankın müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir.

18. Hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(119)- 898/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və 188 (yüz səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51393 (əlli bir min üç yüz doxsan üç) manat məbləğində pul vəsaitinin “X6” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X6” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməi, Cavabdeh dövlət nəfinə 54,40 (əlli dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 385.1, 425.1, 427.3, 442, 675, 700.1, 700.2.4, 152.1, 152.5, 157.2 və 157.4-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

21. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(119)-898/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İcarə haqqının qismən gecikmələrlə ödənilməsinə öhdəliklərinin təqsirli pozuntusu deyil, “Covid-19” virusunun yaratdığı xəstəliyin pandemiya səviyyəsinə keçməsi və bütün dünyada yayılmaqla dünya iqtisadiyyatına, o cümlədən Azəbaycan iqtisadiyyatına təsir etməsi səbəb olmuşdur. Müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyi mümkün olmamışdır. İri şirkətləri, hətta bəzi ölkələri müflis (defolt) vəziyyətə uğradan bu pandemiya hamıya, o cümlədən iddiaçıya bəlli olan haldır. Məhkəmə tərəfindən qeyd olunanlara qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddaçıya ödənilmiş məbləğlər nəzərə alınmamış, ödədiyi məbləğlər tələb olunan məbləğdən çıxılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə ediraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

25. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(119)-898/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

30. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, tərəflər arasında arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin 204.5 kv.m sahəsi icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 manat müəyyən edilməklə, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin icarə obyektinin qalan 47.2 kv.m ərazisi icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 manat müəyyən edilməklə cavabdehə icarəyə verilmişdir. Qeyd olunan icarə müqavilələrinə əsasən “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmiş, cavabdeh tərəfindən mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödənilsə də, Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat olmaqla, cəmi 50800 manat icarə haqqı borcu yaranmışdır. İddiaçı qeyd olunan əsaslardan çıxış edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmişdir.

33. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və müqavilələrin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019- cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi hissəsində təmin edilməlidir.

34. Məhkəmə həmçinin hesab etmişdir ki, işin faktiki halları ilə Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, nəticədə onun xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat olmaqla, cəmi 50800 manat icarə haqqı borcu yarandığı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir

35. Birinci instansiya məhkəməsi eləcə də hesab etmişdir ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi “iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X6” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində də tam əsaslıdır və təmin edilməlidir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(119)- 898/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar