Məhkəmə qərarları › İş №2-2(102)-452/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-452/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-452/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(105)-35/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏ YYƏN ETDİ: İddiaçı ( bundan sonra-“iddiaçı”) Cavabdeh ( bundan sonra-“cavabdeh”) qarşı “icarə müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə 05 iyun 2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı olan, cəmi 1500 manat məbləğində borcun ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması, 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, 1000 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(117 )-799/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən 22 noyabr 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, cavabdehin istifadəsindəki boksu boşaltması, 3300 manat məbləğində icarə haqqı borcunun, 155 manat məbləğində kommunal xərclərin, 1000 manat məbləğində maddi zərərin əvəzinin və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddia çının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2-2(119)1669/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2700 manat məbləğində əsas borcun və 47 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi və subicarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim F.Həmidli). Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edi lməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(105)-35/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər M.Hüseynov və İ.Dəmirov). Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsum unun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş döv lət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 23,50 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408- ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(105)-35/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar