Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-628/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçının ccavabdehə qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2023-cü il 1 fevral tarixli subicarə müqaviləsinin ləğv edilməsi, cavabdehin istifadəsindəki boksu boşaltması, 3.300 manat məbləğində icarə haqqı borcunun, 155 manat məbləğində kommunal xərclərin, 1.000 manat məbləğində maddi zərərin əvəzinin və 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 25 dekabr tarixli 2-2(119)1669/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2.700 manat əsas borcun və 47 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.747 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış 2023-cü il 1 fevral tarixli subicarə müqaviləsinin ləğv edilməsi və subicarə obyekti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – F.Həmidli).
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli 2-2(105)-35/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik e dən – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov).
5. Həmin qətnamə cavabdehin elektron kabinetinə 2025-ci il 4 aprel tarixində yerləşdirilmişdir (İ cild, i/v 215).
6. Cavabdeh 2025-ci il 3 iyun tarixində kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyun tarixli 2-2(102)-452/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə ödənilməməsi səbəbindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilməsi və işin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi – K.Abiyeva, hakimlər – B.Qəribov və A.Abbasov).
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – V.Hacıyev və İ.Dəmirov).
9. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
10. Ərizədə göstərilir ki, məhkəmə kassasiya şikayətinin geri qaytarmaya əsas kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 408.1.3-cü maddəsinin tələblərinə əməl edilməməsi və kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsini göstərmişdir. Tərəfində n həqiqətən də dövlət rüsumu ilə bağlı belə bir xətaya yol verilmişdir. Belə ki, demək olar ki texniki səbəblərdən “Elektron məhkəmə” informasiya sistemindən və elektron kabinetdən praktiki olaraq istifadə edə bilmir. Bu səbəbdən də əlində olan birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində göstərilən (cavabdehdən 2.700 manat məbləğində əsas borcun və 47 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulması) 47 manat məbləğindən 50 faizi məbləğində dövlət rüsumu, yəni 23,50 manat məbləğində yanlış olaraq ödəmişdir. Hazırda dövlət rüsumu üzrə çatışmayan qalıq məbləğ tərəfindən ödənilmiş və ümumilikdə 38 manat məbləğində dövlət rüsumu üzrə qəbzlər kassasiya şikayətinə əlavə edilmişdir (23,50+4,00+10,60=38,10manat). MPM-in 408.5-ci maddəsinə əsasən bu Məcəllən in 408.1.1-407.3-cü maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, yuxarıda göstərilən sözügedən nöqsanlar aradan qaldırılmış, lakin təkrar kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətlər bir qədər ötürülmüşdür. MPM-nin 133-cü maddəsinə əsasən nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, kassasiya şikayəti üzrə nəzərdə tutulmuş müddət subyektiv səbəblərdən ötürülmüşdür və bu hal məhkəmə tərəfindən nəzərə alınmalıdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 n ömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov).
12. Məhkəmə kollegiyası cavabdehin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa olunması dəlillərini əsaslı hesab etməmiş və bildirmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə sənədləri işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin kassasiya şikayəti verilməsi məqsədi ilə vəkillə müqavilə bağladığ ı və kassasiya şikayətinin vəkil tərəfindən tərtib edildiyini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının “Elektron məhkəmə” informasiya sistemindən və elektron kabinetdən istifadə edə bilməməsi və subyektiv səbəbdən rüsumu az ödəməsi, bu səbəbdən sonradan qeyd edilən nöqsanı aradan qaldırıb yenidən kassasiya şikayəti verərkən 2 aylıq müddəti buraxması barədə dəlillərini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, həmin dəlillər müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz.
13. Beləliklə, cavabdeh qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməməlidir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə və “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
15. Həmin qərardaddan cavabdeh kasasiya şikayəti verərək, onun ləğv edilməsini, müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsi üzrə - H ər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il 25 iyul tarixli qərardadı ilə cavabdehin bu maddədə nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
17. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi üzrə Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, ədalət mühakiməsini həyat keçirən apellyasiya instansiya məhkəməsi üzərinə düşən funksiyanı yerinə yetirə bilməmiş və nəticə olaraq bu hal yanlış məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir.
18. MPM-in 133, 402, 403.1, 404.1.2, 408.1, 408.5-ci maddələri üzrə - Məhkəmə kollegiyası cavabdehin müddətin buraxılmasını üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilməməsi əsası ilə müddətin bərpası barədə vəsa təti təmin etməmişdir. Məhkəmə hazırkı işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticə hissəsində əsassız qərar qəbul etməklə cavabdehin həmin hüquqlarını pozmuşdur. Qeyd olunan pozuntulara nümunə olaraq cavabdeh tərəfin verdiyi kassasiya şikayəti üzrə müddətin bərpasına dair ərizənin/vəsatətin/ təmin edilməməsi və belə olan halda səhv hüquqi nəticəyə gəlməsidir.
19. MPM-in 8.1, 9.1, 14.1, 88-ci maddələri üzrə - Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə cavabdehin kassasiya şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair ərizəsində göstərilən üzrlü halların mövcudluğunu qəbul etmədi və dəqiq aydınlaşdırmadı, bu da sond a qeyd edilən prosessual hüquq normalarının tələblərinin pozulmasına səbəb olmuşdur.
20. Şikayətin “Digər məsələlər” bölməsində kassator bildirmişdir ki, kassasiya şikayətinin geri qaytarılmasına dair məhkəmənin mövqeyini yanlış, qərardadı isə əsassız hesab edirik. Belə ki, kassasiya şikayətinin müddətinin ötürülmə səbəblərini yuxarıda qeyd etmişik:
1. Kassasiya şikayəti əslində vaxtında verilmiş, dövlət rüsumu ilə bağlı nöqsan ilə bağlı geri qaytarılmışdır.
2. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemindən və elektron kabinetdən praktiki olaraq istifadə edə bilməməsi və sair. Göründüyü kimi kassasiya şikayəti üzrə müddət subyektiv səbəblərdən ötürülmüşdür və bu hal məhkəmə tərəfindən nəzərə alınmalı olduğu halda nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlid ir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin s istem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” 25. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 2006cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
27. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilmə si üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü səbəblərlə əsaslandırılmamışdır.
28. Belə ki, prosessual qanunun tələblərinə görə, “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlər vasitəsilə məhkəmə aktlarının təqdim olunması prosessual qanunvericiliklə rəsmi çatdırılma forması kimi tanınmışdır və həmin sənədlər elektron kabinetdə yerləşdirildiyi andan aidiyyəti şəxsə təqdim edilmiş hesab olunur (MPM-in 135.5 və 135.8-ci maddələri – bax § 24).
29. Cavabdehin kassasiya şikayətinin tərtibi məqsədilə vəkil ilə müqavilə bağlaması, habelə şikayətin vəkil tərəfindən hazırlanması şəraitində onun “Elektron məhkəmə” sistemindən istifadə edə bilməməsi, dövlət rüsumunun subyektiv səbəbdən düzgün ödənilməməsi və bu nöqsanın aradan qaldırılması ilə əlaqədar müddətin ö türülməsi kimi göstərdiyi arqumentlər, məhkəmə kollegiyasının qənaətinə görə, MPM-in 133.1-ci maddəsinə (bax § 24) uyğun olaraq prosessual müddətin üzrlü səbəbdən buraxılması halı kimi qəbul edilə bilməz. Çünki qanunla nəzərdə tutulan şikayətvermə müddəti sözügedən məsələlərin həlli üçün kifayət qədər uzun müddətdir. İstənilən halda nəzərə alınmalıdır ki, kassasiya şikayəti vəkil tərəfindən və ya onunla birgə verilir.
30. Beləliklə, cavabdeh qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını sübuta yetirə bilmədiyindən, kassasiya şikayətinin verilməsi üçün bərpa edilməsini tələb etdiyi prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsi məhkəmə tərəfindən əsaslı hesab edilmişdir.
31. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir.
32. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(105)-35/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.