Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-4/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi, vindikasiya iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı icarə haqqının tutulması, əşyanın qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2- 2(103)-720/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat q aydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC (satıcı qismində) ilə İddiaçı (alıcı qismində) arasında bağlanmış 2021ci il 9 sentyabr tarixli 281 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı malın dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaiməfakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Satılan malın dəyərinin 30.000 manat məbləğini-ilkin ödənişi edildikdən sonra qalıq məbləği 6 ay ərzində nağd ödəməyi öz öhdəsinə götürür. 2. "xxxx" MMC (firma) ilə Cavabdeh (zamin qismində) arasında bağlanmış 2021-ci il 9 sentyabr tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh 2021-ci il 9 sentyabr tarixli 281 saylı alqı-satqı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür.
3. İddiaçı (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 2022-ci il 1 may tarixli müqaviləyə əsasən icarəyə verən icarəçiyə icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir, icarə haqqı 1000 manat nəzərdə tutulur. 4. "xxxx" MMC-nin vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-dən 2021-ci il 9 sentyabr tarixində İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65.000 manat qiymətinə, hissə-hissə ödəməklə satın almışlar. Aparatın ümumi qiymətini təşkil edən 65.000 manatdan ilkin ödəniş 30.000 manat olmaqla ümumilikdə 54.996 manat məbləğində pul fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənilmişdir. Hazırda qalıq borc 10.004 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 iyun tarixli e-2-2(113)-2223/2023 saylı qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı 2021-ci il 9 sentyabr tarixli 261 saylı alqı-satqı müqaviləsinə əsasən borcun tutulmasına dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçının xeyrinə 10.004 manat əsas borc, 358,14 manat dəbbə pulu, cəmi 10362,14 manat məbləğində, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul tutulmuş, Cavabdeh münasibətdə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəm əyə müraciət edərək, “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququnun tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9.000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanılmış 2022-ci il 1 may tarixli icarə müqaviləsinin ləğv edilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) (bundan sonra“epilyasiya avadanlığı”) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, 2022-ci il 1 may tarixli icarə müqaviləsinə əsasən cavabdehdən 2022-ci il 1 may tarixindən 2024-cü il 1 mart tarixinədək 21.000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, epilyasiya avadanlığının cavabdehdən alınaraq iddiaçıya qaytarılması, mümkün olmadıqda avadanlığın dəyəri olan 65.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 2024-cü il 1 mart tarixindən epilyasiya avadanlığının iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması, 250 manat mediasiya xərcinin və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər birgə istifadə məqsədləri üçün 2018-ci il 14 sentyabr tarixində “Araş” firmasından şərikli qaydada alış qiyməti 13.000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. Daha sonra cavabdeh iddiaçıya salon biznesi üçün daha da gəlirli olan lazer epilyasiya cihazı alınmasını təklif etmiş, lakin onun həmin cihazı almaq üçün imkanı olmadığını nəzərə alaraq, iddiaçı 2021-ci il 9 sentyabr tarixində epilyasiya avadanlığını "xxxx" MMC-dən 65.000 manata almışdır. Bu aparatın da yuxarıda qeyd edilən solyari avadanlığı kimi şərikli biznes formasında, yəni cavabdehin işçiləri, reklam marketinq kampaniyaları, elektrik və digər xərcləri qarşılaması hesabına şərikli işlədilməsi barədə razılığa gəlmişlər. Bu müqavilə üzrə vəsaitin hissə-hissə ödəniləcəyi və cavabdeh tərəfindən aparatın müvafiq gəlirliliyinə zəmanət verildiyi üçün hətta cavabdehlə satıcı firma arasında 2021-ci il 9 sentyabr tarixli zaminlik müqaviləsi də bağlanılmışdır. Lazer epilyasiya aparatının dəyəri olan 65.000 manat vəsaitdən 55.000 manatı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 10.000 manat ödəniş qalmışdır. Halhazırda satıcı firma ilə arasında məhkəmə çəkişməsi yaranmışdır. Qarşılıqlı razılığa əsasən alınmış bu cihaz yuxarıda göstərilən eyni qaydada “Nuray” gözəllik salonuna işlənmə məqsədilə qoyulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh 2022-ci il 1 may tarixli icarə müqaviləsinə əsasən iddiaçıdan lazer aparatını istifadə etmək üçün icarəyə götürmüş və əvəzində hər ay 1000 manat olmaqla icarə haqqı verilməsini öz öhdəsinə götürmüşdür. Hər iki avadanlıq hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və tərəflər arasında mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə bağlanıldığı tarixdən icarəyə verən (iddiaçı) qarşısında ödənilməmiş icarə haqqı öhdəliyi mövcuddur. Eyni zamanda solyari avadanlığı hər iki tərəfin şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan qazanılmış vəsaiti də iddiaçıya tam ödəməmiş və qazancı gizlətmişdir. İddiaçı tərəfindən alınmış və cavabdehin istifadəsinə icarə müqaviləsi əsasında verilmiş epilyasiya avadanlığı (ləvazimatları ilə birgə) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh məhkəmə icraatı gedişində avadanlıqlara görə iddiaçıya hər hansı ödənişin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Mübahisənin nizamlanması mə qsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, daha sonra mediasiya prosesinə başlanılmış, cavabdeh mediasiyadan imtina etmiş və bunun nəticəsində 12 saylı Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair” MŞB/12/2023-00153, 2023-cü il 10 mart tarixli arayış verilmiş, iddiaçı tərəfindən mediasiya prosesinə dair 250 manat ödənilmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı 2018-ci il 14 sentyabr tarixində, yəni 5 il əvvəl alınmış, 5 il müddətində istifadə edilmişdir. Bu baxımdan həmin avadanlığın hazırkı bazar dəyərinin alındığı məbləğdə deyil, ondan qat-qat aşağı qiymətə olduğu bəllidir. Epilyasiya avadanlığı iddiaçı tərəfdən təkbaşına və onun vəsaiti hesabına deyil, cavabdehlə bi rgə bərabər payla ödənilməklə, nisyə alınmışdır. Alındıqdan sonra da cavabdeh üzərinə düşən avadanlığın yarı məbləğini tam ödəmiş, iddiaçı isə üzərinə düşən hissənin 10.000 manatını ödəməmişdir. Ona görə də birgə alınmış əmlakı tam şəkildə tələb etməkdə haqlı deyildir. İddiaçı həmin avadanlığın yarısına dair tələb irəli sürə bilər. Bu halda da ona aid olan öhdəliyin yerinə yetirilmədiyi 10.000 manat nəzərə alınmalıdır. Belə ki, həmin avadanlıq nisyə alındığı zaman dəyərini tərəflər bərabər şəkildə ödəyəcəklərini razılaşdırmış, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək 32.500 manat hissəni tam şəkildə ödəmişdir. Lakin qalan yarı hissə məbləğindən iddiaçı öz üzərinə düşən 10.000 manatı ödəməmişdir. Halbuki həmin aparatın istifadəsindən əldə edilmiş gəlir tərəflər arasında bərabər bölü nmüşdür. Odur ki, 10.000 manat məbləğin ödənilməsi öhdəliyi cavabdehə deyil, iddiaçıya aiddir. Bundan başqa, adıçəkilən epilyasiya avadanlığı 2021-ci il 9 sentyabr tarixində alınmışdır. Qeyd olunan epilyasiya aparatı artıq 2 ilə yaxındır istifadə olunur. 2 il istifadə olunmuş lazer epilyasiya aparatının qiymətinin 65.000 manat olması qəbul olunmazdır. Bu günə həmin lazer epilyasiya aparatının qiyməti təxminən 15.000-20.000 manat civarındadır. Tərəflər arasında icarə müqaviləsi həmin avadanlığa tam deyil, iddiaçıya məxsus olan yarısı hissəsi üçün şərtləndirilmişdir. Yəni həmin aparatın icarə haqqı 2.000 manat hesablanmaqla, cavabdehin sərbəst istifadəsində saxlanılmaqla onun yarısı olan 1.000 manat məbləğin iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Həmin icarə müqaviləsinin bağlanmasına s əbəb tərəflər arasında baş vermiş münaqişənin nəticəsi olaraq birlikdə işləməyə son verdiklərindən irəli gəlmişdir. Lakin qısa müddətdən sonra öz aralarında razılığa gəlib, iddiaçı öz adamını cavabdehlə birgə işləməyə qoymuş və hər gün gəlirdən özünə düşən payı almışdır. Bu baxımdan da hazırda əlavə olaraq icarə haqqının da tələb etməsində iddiaçı haqsızdır və tələbi əsassızdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 28 iyul tarixli 9/4645 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) 18.000 manat, epilyasiya avadanlığı 65.000 manat, cəmi 83.000 manat müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 9 yanvar tarixli 9/8217 nömrə li təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi yuxarıda göstərilən ekspert rəyi ilə eynilik təşkil etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2024 saylı 2024-cü il 25 aprel tarixli qərardadı ilə iddianın “cavabdehdən 2024-cü il 1 mart tarixindən epilyasiya avadanlığının iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması və iddiaçıya ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “SY17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində iddiaçının 1⁄2, cavabdehin 1⁄2 hissədə payı müəyyən olunmuş, “SY17/Ultrasun İ8 Solary” aparatının (aromasız) açıq hərracdan sa tılması və əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər surətdə bölüşdürülməsi, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli icarə müqaviləsinin ləğv olunmuş hesab olunması, cavabdehdən epilyasiya avadanlığına görə 21.000 manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim - N.Əhmədova)
13. Məhkəmə iddianın “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9.000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan “SY-17/ Ultras un İ8 Solary” aparatı bölünməz əşyadır və hazırkı iş üzrə tərəflərin mülkiyyətinə daxil olduğundan həmin əşya üzərində onların ümumi mülkiyyət hüququ yaranmışdır. Qeyd olunan əşyaya tərəflərin ümumi mülkiyyət hüququnun yaranması əsası qanunvericilikdə birgə mülkiyyətin yaranması əsası kimi nəzərdə tutulmuş əsaslardan biri kimi çıxış etmədiyindən tərəflərin qeyd olunan əşya üzərində ümumi mülkiyyəti paylı mülkiyyətdir. İddia və ona etiraz, həmçinin tərəflərin izahatları əsasında müəyyən olunur ki, tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşya olduğundan payın naturada ayrılması mümkün deyildir. İddia ərizəsində ilkin olaraq cavabdehdən aparatın dəyərinin yarısı tələb ol unmuş, yəni iddiaçı öz payının dəyərini tələb etmiş, lakin cavabdeh payın dəyərinin ödənilməsinə razı olmadığını bildirmiş, iddiaçı da tələbini dəqiqləşdirərək əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Belə olan halda əmlakın açıq hərracda satılması ilə bağlı iddiaçının tələbi Mülki Məcəllədə təsbit olunan qaydaya uyğun olmaqla əsaslıdır. Həmçinin Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edən məhkəmə satış pulunun bölüşdürülməsi məsələsini həll etməli, bunu ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə etməlidir. Belə olan halda aydın olur ki, ümumi mülkiyyətin mülkiyyətçilərinin payları məhkəmə tərəfindən müəyyən olunmalıdır. Hazırkı iş üzrə tərəflər arasında payların bərabər olmasını istisna edən hər ha nsı razılaşma olmamış, tərəflər payların bərabər olmamasını iddia etməmişlər. Belə olan halda qanunvericiliyin tələbinə əsasən paylar bərabər sayılır.
15. Məhkəmə əmlakın açıq hərracda satılacağı zaman dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9.000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəmə qərarının icrası qaydasında əmlakın açıq hərracda satışını icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr həyata keçirir və həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd olunan qiymət isə icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilən əmlakın qiymətləndirilməs i nəticəsinə müəyyən olunur. Odur ki, məhkəmə qərarının icrası qaydasında həll edilməli olan həmin məsələ hazırkı tələb ilə həll edilə bilməz. Ona görə də tələb həmin hissədə əsassız olmaqla rədd edilməlidir.
16. Məhkəmə iddianın epilyasiya avadanlığının ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, epilyasiya avadanlığının alqı-satqısına dair 2021-ci il 9 sentyabr tarixli müqavilədə alıcı qismində iddiaçı göstərilsə də, iş materiallarında olan sübutları qarşılıqlı təhlil etdikdə aydın olur ki, iddiaçı aparatın alıcısı qismində qeyd olunsa da, həmin əmlakı cavabdeh ilə birgə əldə etmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, tə rəflərin məhkəməyə təqdim etdiyi son ödəniş qəbzi 2022-ci il 5 aprel tarixli olmuşdur və tərəflər hansı ödənişin kimin etdiyini mübahisələndirir. Lakin tərəflər arasında olmuş yazışmalar sonuncu ödəniş qəbzindən sonrakı tarixdə aparılmaqla tərəflərin lazer aparatına münasibətdə həqiqi hüquqi vəziyyətlərini, iradə ifadələrini əks etdirir. Yazışmalardan göründüyü kimi iddiaçı “Aparat ikimizindir, tək sənin deyil... Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” və s. kimi ifadələrlə əslində lazer aparatının cavabdehlə ümumi mülkiyyətlərində olduğunu göstərmiş, tərəflər lazer aparatına ümumi mülkiyyət kimi istinad etmiş, icarəyə veri lməsi və icarə haqqının bərabər bölünməsi barədə iradə ifadə etmişlər.
18. Məhkəmə qeyd etmişdir ki, avadanlığı tərəflərin birgə aldığı, ona tərəflərin birgə mülkiyyəti kimi yanaşdığı təsdiq olunduğundan avadanlığın qiymətinin hansı hissəsinin kim tərəfindən ödənildiyinin müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından zəruri deyildir. Belə ki, qeyd olunan məsələyə gələcəkdə tərəflər arasında payın müəyyən olunması, payın dəyərinin ödənilməsi və ya avadanlığın hərracda satılması ilə bağlı mübahisə olarsa, həmin icraat çərçivəsində qiymət verilməlidir.
19. Məhkəmə hesab etmişdir ki, sözügedən hissədə iddiaçının istinad etdiyi faktiki hallar təqdim olunan sübutlarla öz təsdiqini tapmadığından, iddiaçı cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etdiyindən və la zer avadanlığını tərəflərin ümumi mülkiyyətində olması müəyyən olunduğundan iddiaçı bütövlükdə aparatın cavabdehdən alınıb ona verilməsini tələb edə bilməz. İddiaçı öz payını qanunvericilikdə müəyyən olunan qaydada özgəninkiləşdirə və ya mülki qanunvericiliklə təsbit olunan hüquqlarından istifadə etməklə pay haqqının ödənilməsini, cavabdeh razılaşmadıqda əmlakın hərracda satılmasını tələb edə bilər.
20. Məhkəmə iddianın tərəflər arasında bağlanılmış 2022-ci il 1 may tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərini nəzərə alaraq göstərmişdir ki, cavabdeh müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı isə 2023-cü il 28 yanvar tarixində cavabdehə pretenziya göndər ərək lazer aparatının qaytarılmasını tələb etmişdir. Bu iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmiş və müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşdur. Ona görə də həmin tarixdən müqavilə ləğv edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia bu hissədə təmin olunmalı, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli icarə müqaviləsi ləğv olunmuş hesab olunmalıdır.
21. Məhkəmə iddianın 2022-ci il 1 may tarixli icarə müqaviləsinə əsasən cavabdehdən 2022-ci il 1 may tarixindən 2024-cü il 1 mart tarixinədək 21.000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, lazer aparatının icarəsi haqqında 2022-ci il 1 may tarixli müqavilədən görünür ki, müqavilə iddia çı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan lazer aparatının özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur. İcarəçi icarə haqqını hər ayın 1-də 500 manat, 25-də 500 manat ödəməyi öz öhdəsinə götürür.
22. İddiaçı qeyd olunan müqaviləyə istinad edərək icarə haqqını tələb edir, cavabdeh tərəflər arasında sonradan fərqli razılaşma olduğunu, iddiaçının gəliri bölməyi tələb etdiyini, gəlirin bölündüyünü bildirir. Cavabdeh etirazının əsasını təşkil edən sübut qismində məhkəməyə kitabdan çıxarışlar və ödəniş qəbzləri təqdim etmişdir. Təqdim olunan qəbzlər üzrə cəmi vəsait 500 manat civarındadır.
23. Məhkəmə icarə haqqının tutulması t ələbinə qiymət verərək göstərmişdir ki, əvvəla tərəflər arasında istinad olunan icarə müqaviləsindən kənar razılaşmanın olması sübutlarla təsdiq olunmur. Cavabdehin təqdim etdiyi kitabdan çıxarışlar isə birtərəfli sübutlar olmaqla cavabdehin müvafiq qeydlərini əks etdirir və mötəbər sübut qismində qəbul oluna bilməz. Cavabdehin təqdim etdiyi qəbzlər isə cəmi 500 manata yaxın vəsaitin təqdim olunduğunu təsdiq edir. İddiaçı həmin qəbzlər də daxil olmaqla ümumilikdə 1000 manat ödənişin edildiyini təsdiq edir və 22 ay üçün 22000 manat deyil, 21000 manat pul tələb edir. Məhkəmə iclaslarında cavabdeh iddiaçıya aylıq 1500, 2000 manat ödədiyini, qış aylarında işlər zəif olsa da, işlək aylarda gündəlik 100 manat və daha çox gəlirin olduğunu bildirmişdir. Cavabdehin 8-10 manatlıq ödənişlərin qəbzlər ini saxladığı halda, özünün bildirdiyinə əsasən 1500 manat və s. ödəniş etdiyi aylarda ödəniş sənədlərini saxlamaması, iddiaçı ilə aralarında münasibətlər gərgin vəziyyətdə olduğu halda, əlbəəl və ya digər qaydada iddiaçıya ödəniş etmişdirsə, bunu rəsmiləşdirməməsi ağlabatan deyildir. Ona görə də məhkəmə cavabdehin etirazının əsaslarını əsassız hesab edir və qeyd edir ki, iddianın bu hissədə rədd olunması üçün əsas hesab oluna bilməz.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1 və 697.2-ci maddələri çıxış edir. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Həmçinin paylı mülkiyyətin payçısı kimi iddiaçın ın payına uyğun hissədə əmlaka sahiblik və istifadə hüququ mövcud olduğu halda, həmin hissədə hüququnu realizə edə bilməmiş, tərəflər arasında ayrı razılaşma olmamışdır. İddiaçının öz payına uyğun hissəsinə dair tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqını və əmlakın razılaşmadan kənar cavabdehdə qaldığı müddət üçün kompensasiya olaraq icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 16.1, 213.1, 213.4, 213.2, 213.3, 214.1, 215.1, 215.2, 215.3, 215.5, 220.1, 220.2, 220.3, 220.6, 421.2, 560, 685.2, 697.2, 700.1, 700.3-cü maddələrinə, Konstitus iya Məhkəməsi Plenumunun 2014-cü il 4 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək “SY-17/Ultrasun İ8 Solary” aparatına görə cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutularaq epilyasiya avadanlığının ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65.000 manatın cavabdehdən tutularaq ödənilməsi hissəsində iddianın təmin edilməsi və iddianın təmin edildiyi hissədə qətnamənin dəyişdirilərə k “SY-17/Ultrasun İ8 Solary” aparatının (aromasız) açıq hərracdan satılması və ilkin satış qiyməti 18.000 manat müəyyən edilərək, əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən “cavabdehdən epilyasiya avadanlığına görə 21.000 manat icarə haqqı tutularaq iddiaçıya ödənilsin hissəsində” ləğv olunaraq, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-720/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov, Z.Şirinov).
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı ilk öncə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək onun SY-17/Ultrasun İ8 Solary aparatına görə Cavabdeh ödəniş gününə Azərb aycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, 29 mart 2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı ilk iddia ərizəsində irəli sürdüyü bu tələbi tələblər sırasından çıxarmışdır. Məhkəmə MPM-nin 218.3-cü və 372.4-cü maddələrinin tələblərinə əsasın birinci instansiyada işə baxılmanın predmeti olmayan bu tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilməmişdir.
30. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının cavabdehdən allnaraq iddiaçıya verilməsinə dair iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nətic ə düzgün deyil. Belə ki, işdəki 09 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Candela Gentlelase” lazer epilyasiya aparatı "xxxx" MMC tərəfindən iddiaçıya satılmışdır. 09 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh həmin alqı-satqı müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Həmin aparat 01 may 2022-ci il tarixli müqaviləyə əsasən ayda icarə haqqı 1000 manat olmaqla cavabdehə icarəyə verilmişdir.
31. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə preyudusial əhəmiyyət daşıyan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə artıq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli 261 saylı alqı-satqı müqaviləsi üzrə iddiaya hüquqi qiymət verilərkən həmin müqavilə etibarlıq əqd kimi qəbul edilmiş və məhkəmə qeyd edilən müqavilə üzrə alıcının iddiaçı olduğunu müəyyən edərək müqavilə üzrə qalıq 10.004 manat əsas borcu və dəbbə pulunu iddiaçıdan satıcının xeyrinə tutmuşdur. Cavabdeh həmin işə baxılarkən satıcı ilə hazırki iş üzrə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız əqd hesab edilməsini tələb etməmiş, əksinə həmin müqavilə üzrə satıcı qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək zaminlik müddətinin keçməsi ilə əlaqədar ona qarşı hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiq i məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilmiş qərardad ının məzmunundan aydın olur ki, əqdə əsaslanan iddiaya baxılarkən həmin əqdin etibarlılıq şərtləri məhkəmə tərəfindən həmin icraat çərçivəsində yoxlanılmalı olduğundan işdə iştirak etmiş şəxslər tərəfindən bu iş üzrə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi yolverilməzdir.
34. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya aparatının alıcısının-mülkiyyətçinin İddiaçı olduğuna artıq hər iki tərəfin iştirak etdiyi mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verildiyindən bu faktın hazırkı icraatda yenidən mübahisələndirilməsi və araşdırılması MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq iddiaçı (mülkiyyətçi) İddiaçı qaytarılması hissəsində təmin edilməlidir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 9/8217 saylı ekspert rəyində “Candela Gentlelase” lazer epilyasiya avadanlığının işlək vəziyyətdə olduğu halda orta bazar dəyərinin 65.000 manat olduğu qeyd edilmişdir.
36. MPM-nin 222.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığı cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığı halda onun bazar dəyəri olaraq 65.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 37. “SY-17/ Ultrasun İ8 So lary” aparatının açıq hərracda satılacağı zaman dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9.000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası qaydasında açıq hərracda satılacaq əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün icra mərhələsində qiymətləndirici cəlb ediləcəyindən bu hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddiaçının bu tələbinin qanuni əsası olmadığından məhkəmə apellyasiya şikayətini bu hissədə əsassız hesab etmişdir.
38. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh 01 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və iddiaçıya icarə müqaviləsi ləğv edildiyi tarixədə k (məhkəmə müqavilənin 28 yanvar 2023cü il tarixdən ləğv edildiyini müəyyən etmişdir) icarə haqqı ödənişləri etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, o cümlədən müqavilə ləğv edildikdən sonra icarə predmetini mülkiyyətçiyə qaytarmadığından, iddia 01 may 2022-ci il tarixindən 01 mart 2024-cü il tarixinədək cavabdehdən iddiaçının xeyrinə 22 ay üçün tələb edilən 21.000 manat pulun tutulması hissəsində əsaslı olmaqla MM-nin 700.1-ci və 705-ci maddələrinin tələblərinə uyğundur.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 340.2, 421.2, 685.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunveri ciliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli Qərardadına, MPM-nin 82.3, 218.3, 222.1, 233.3, 372.2, 372.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:
41. MM-nin 697.2 və 700.1-ci maddələri üzrə-barəsində icarə müqaviləsi bağlanmış epilyasiya avadanlığına yalnız iddiaçıya deyil, eyni hüquqla bərabər pay cavabdehə də aiddir və aralarında mübahisə başlanılana kimi də birgə işlədilmişdir. Bu baxımdan da tərəflər arasında mübahisə başlayanda və əmlakı birgə istifadə etmək mümkün olmadığında da, iddiaçı əmlakın tam deyil, özünə aid yarı hissəsinə dair kirayə müqaviləsi bağlamışdır. Daha sonra da kirayə müqaviləsindən bir ay ötmüş, əmlakın işlədilməsindən əldə edilən gəliri bölməklə idarə etmişlər. Lakin məhkəmələr iş üzrə müəyyən etdikləri dəlillərə zidl olaraq, icarə haqqı qismində iddiaçının xeyrinə 21.000 manat pulun cavabdehdən tutulmasının əsası kimi, tərəflər arasında 2022-ci il 1 may tarixində icarə müqaviləsinin bağlandığına və aylıq icarə haqqı 1000 manat razılaşdırıldığına, icarə münasibətləri 2024-cü il 1 mart tarixinə kimi davam etdiyinə istinad etmişlər. Tələb edilən kirayə haqqı qeyd olunan maddələrin tələbləri dairəsi ilə o halda əhatə oluna bilərdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə icarə münasibətləri 22 ay davam etmiş olsun. Lakin onlar arasında icarə münasibətləri cəmi 1 ay d avam etmiş, ondan sonra yenə də, əmlakı birgə işlətmişlər. Nəzərə alınmalı idi ki, iddiaçı lazer aparatını ona qaytarılması barədə 2023-cü il 28 yanvar tarixində cavabdehə prenteziya ünvanlamış, daha sonra özü cavabdehə 2023-cü il 22 may tarixində bildiriş göndərərək icarə müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirmiş, cavabdeh də bunu qəbul edib, təsdiqləmişdir
42. Göründüyü kimi tərəflər arasında 2023-cü il 22 may tarixindən sonra icarə münasibətlərin davam edilməsindən söz gedə bilməzdi. Lakin məhkəmə cavabdeh tərəfindən lazer aparatının iddiaçıya qaytarmadığına istinad edərək, sonrakı 2023-cü il 22 may tarixindən 2024-cü il 1 mart tarixinə kimi müddətlərdə icarə haqqı məbləğində kompensasiya ödənilməsi qənaəti ilə çıxış edərək, hüquqi əsası kimi MM-in 697.2-ci maddəsinə istin ad etmişdir. Apellyasiya məhkəməsidə bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
43. Bundan başqa, apellyasiya məhkəməsi tərəflər arasında olan mübahisənin digər hissəsi olan epilasiya avadanlığının cavabdehdən alınıb, iddiaçıya qaytarılması hissəsində iddianı təmin etmişdir. Bu hissədə iddianın təmin edilməsinin əsası kimi adı çəkilən avadanlığın tərəflərə birgə deyil, yalnız iddiçıya məxsus olduğu, avadanlığının alınması üçün ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyi qənaətinə gəlməsidir. Lakin iş üzrə yetərincə müəyyən edilən dəlillərə əsasən həmin avadanlığa dair alqı-satqı müqaviləsi cavabdehin adına bağlanılsa da, iş şərikləri olaraq birgə işləyən tərəflər birgə və kredit hesabına əldə edilmiş, kredit borcuna bərabər şərik olduqları və kreditdin ödən ilmiş hissəsinin məhz cavabdeh tərəfindən ödənilmişdir. Bununla bağlı tərəflərin yazışmaları, telefon səs SMS-ləri, iddiaçının öz tələblərində qeyd etdikləri, həmin aparata dair bağlanmış icarə müqaviləsində ½ hissəsiə aid edilməsi, aşkar dəlillər mövcuddur.
44. Hazırkı iş üzrə preyudusial əhəmiyyət daşıyan qanuni qüvvədə olan qətnaməsində adı çəkilən aparata görə ödənişlərin iddiaçı tərəfindən edildiyi qeyd edilməklə, aparatın ona aid olduğu qənaətinə gəlməsi yanlışdır. Çünki adı çəkilən qətnamə ilə aparatın iddiaçıya məxsus olduğu deyil, aparata görə borcun müəyyən edilməsi və hansı hissədə ödənildiyi hallar müəyyən edilmişdir. Qətnamənin preyudusial əhəmiyyəti də bununla məhdudlaşmış olur. Həmin qətnamədə aparatın kimə məxsus olduğu müəyyən edilməmişdir. Əksinə cavabdehin də həmin borca görə zamin durduğu müəyyən edilmişdir.
45. Nəzərə alınmalıdır ki, adı çəkilən aparatın satın-alınması ilə bağlı müqavilə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmışdır. Bu baxımdan da ödənişlərlə bağlı orderlər onun adından tərtib edilmişdir. Lakin həmin ödənişlərin əksəriyyəti cavabdeh tərəfindən şəxsən imza edilməklə, tərtib edilmişdir və ödənişlər öz vəsaiti hesabına onun tərəfindən həyata keçirilmişdir. O, özü də həmin müqavilə üzrə borca zamin durmuşdur. Göründüyü kimi apellyasiya kollegiyası preyudusial baxımından istinad etdiyi qətnamənin özündə müəyyən edilmiş halları, hazırkı iş üzrə tərəflərə münasibətdə düzgün şərh etməmiş, bu da bərabər hüquqla əldə edilmiş əmlakın cavabdehin əlindən alınması ilə nəticələnən yanlış qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
46. MPM-nin 217.3 və 217.4-cü maddələri üzrə-apellyasiya məhkəməsi tərəflər arasında mövcud bağlanmış icarə müqaviləsinin 1 aydan sonra xitam verildiyi, tərəflərin birgə biznes apardıqları, bunun üçün istifadə etdikləri lazer aparatının bərabər xərcləri hesabına birgə əldə etdikləri, mübahisəli avadanlığı birgə işlətdikləri kimi müəyyən edilən hallarla bağlı tərəflərin münasibətlərini nəzərə almamış, mübahisə ilə bağlı müəyyən edilən hallara görə qüvvədə olan maddi normaları düzgün tətbiq edilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
48. İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, MPM-nin 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanu niliyi və əsaslılığı yalnız cavabdehin mübahisələndirdiyi hissədə yoxlanılır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı... 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verə n (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir....” “Maddə
685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləği nə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 685.4. Kirayəyə verilmiş yaşayış otağına bu Məcəllənin 685.2-ci maddəsindən əlavə, aşağıdakı göstərişlər tətbiq edilir: 685.4.1. bu Məcəllənin 685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak kirayəsi haqqının ödənilməmiş hissəsi yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış otağı yalnız müvəqqəti istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq edilmir); 685.4.2. əgər əmlak kirayəsi haqqının vaxtında ödənilməməsi nəticəsində otaqdan çıxarma hüququ haqqında və kirayəyə verənin bu Məcəlləyə uyğun icra edilməli digər hüquqları haqqında iş icraata qəbul edildikdən sonra bir ay başa qurtaranadək kirayəyə verən təmin edilərsə və ya onu təmin etmək vəzifəsini hər hansı dövlət orqanı öz öhdəsinə götürərsə, müqavilənin ləğvinin qüvvəsi yoxdur; 685.4.3. kirayəyə verənin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçin in həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir....” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məh kəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. İddia tələbinin bir neçə hissədən ibarət olması nəzərə alınaraq qeyd olunmalıdır ki, kassasiya baxışının həd lərinə uyğun olaraq (bax bu qərarın 48-ci bəndi), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı-2022-ci il 1 may tarixli icarə müqaviləsinə əsasən cavabdehdən 2022-ci il 1 may tarixindən 2024-cü il 1 mart tarixinədək 21.000 manat məbləğində icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, lazer epilyasiya avadanlığının cavabdehdən alınaraq iddiaçıya qaytarılması, mümkün olmadıqda avadanlığın dəyəri olan 65.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrində yoxlanılır.
53. İddianın 2022-ci il 1 may tarixli icarə müqaviləsi üzrə icarı haqqının tutulması hissəsində kassasiya şikayətinin dəlilləri, həmin iddia tələbinə qarşı cavabdehin etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin hə min dəlillərinə münasibətdə işə baxmış məhkəmələrin mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 21-24 və 38-ci bəndləri) və nəzərə alır ki, məhkəmələrin gəldiyi nəticə kassasiya şikayətində tutarlı dəlillərlə təkzib edilməmişdir.
54. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli icarə müqaviləsi 2023-cü il 28 yanvar tarixindən ləğv edilmiş hesab edilsə də, icarə predmetinin hazırda cavabdehin istifadəsində olması nəzərə alınmaqla 2024-cü il 1 mart tarixinədək icarə haqqının tutulması barədə gəlinən nəticə MM-nin 700.1 və 705-ci maddələrinin tələblərinə uyğun olmuşdur (mətni üçün bax yuxarıda bu qərarın 50-ci bəndi)
55. Apellyasiya instansiyası məhkəməsi iddianın kassasiya qaydasında yoxlanılan digər-“Candela Gentlelase” lazer epilyasiya avadanlığının qaytarılması və ya bazar dəyərinin tutulması hissəsində nəticəyə gələrkən ona əsaslanmışdır ki, “Candela Gentlelase” lazer epilyasiya aparatının alıcısının-mülkiyyətçisinin İddiaçı olduğuna artıq hər iki tərəfin iştirak etdiyi mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verildiyindən bu faktın hazırkı icraatda yenidən mübahisələndirilməsi və araşdırılması MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının təl əbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 2016-cı il 23 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə zidd nəticəyə gəlinmişdir
57. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir».
58. Həm MPM-nin 82.3-cü maddəsinin məzmunundan, həm də həmin mad dənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə olunmuş hüquqi mövqedən aydın olduğu kimi, qanuni qüvvədə olan məhkəmə aktında əks olunmuş bütün faktlar deyil, yalnız tələbin və (və ya) etirazların predmetinə aid olan, araşdırılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyətə malikdir və eyni tərəflərin iştirak etdikləri başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz.
59. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı)
60. Apellyasiya instansiyası məhkəməsi nin hazırki iş üçün preyudisial əhəmiyyət daşıyan akt kimi istinad etdiyi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnamədən göründüyü kimi, iddianın predmetini avadanlığın alqı-satqısına dair müqaviləyə əsasən pulun müştərək qaydada alıcıdan və zamindən tutulması təşkil etmişdir. Həmin iş üzrə zamin olan cavabdehin məhkəməyə ünvanladığı etirazda sözügedən alqı-satqı müqaviləsinə əsasən avadanlığın şərikli alınmasına istinad olunsa da, etirazın əsasını müddətin keçməsi səbəbindən zaminə qarşı tələbin təmin olunmaması təşkil etmişdir. Həmin icraat çərçivəsində əşyanın hüquqi statusu (paylı olub-olmaması) ilə bağlı tələb iddianın və (və ya) etirazların predmetini təşkil etməmiş, avadanlığın şərikli alınıb-alınmaması üzrə də hər hansı araşdırma aparılmamış, bununla bağlı qiymətləndirilmiş fakt müəyyən edilməmişdir.
61. Bundan fərqli olaraq, baxılan işdə isə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, daşınar əşyanın mülkiyyət hüquqları ilə ona məxsus olmasına istinadla ona qaytarılmasını, bu mümkün olmadıqda isə bazar dəyərinin tutulmasını xahiş edir. Cavabdeh isə etiraz edərək göstərir ki, müqavilə iddiaçının adına bağlansa da, birgə əldə edilmişdir.
62. Göründüyü kimi, tərəflərin iştirak etdikləri əvvəlki iş üzrə mübahisə öhdəlik münasibətlərindən, hazırki işdə isə hüquqi təbiətinə görə ondan tamamilə fərqli olan əşya hüquq münasibətlərindən yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd olunan tələbi üzrə mübahisələnd irilən və mübahisələndirilməyən hallar müəyyən edilmədən, yalnız qanuni qüvvədə olan qətnaməyə əsaslanmaqla iddiaya qiymət verilməsi, yuxarıda göstərilən prosessual pozuntu ilə yanaşı, qətnamənin tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması ilə nəticələnmiş, həmçinin MPM-nin 217 və 218-ci maddlərinin tələbləri pozulmuşdur.
63. Odur ki, işin yeni apellyasiya baxışı zamanı, həmin iddia tələbi üzrə hər iki tərəfin dəlillərinə, iş üzrə təqdim olunmuş sübutlar əsasında, tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasına uyğun olaraq qiymət verilməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarında göstərilmişdir ki, «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir».
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-“iddia bu hissədə təmin edilərə k “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılsın, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməlidir.
66. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 22(103)-720/2024 saylı qətnaməsi qismən- “iddia bu hissədə təmi n edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılsın, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.