Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İcra Hakimiyyəti) qarşı “qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi, torpaqdan səmərəli istifadə etmək im kanını məhdudlaşdırdığına görə maddi və mənəvi zərərin və dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(107)-2/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 28 fevral tarixli 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları 2017-ci il 8 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış və A seriyalı 201307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır.
2. Eyni zamanda Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamı ilə S.Mümtaz küçəsinin qərbində, "xxxx" MMC-nin qarşısında yerləşən 26,85 kv.m torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədilə X3nun istifadəsinə verilmiş, həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmiş və tərəflər arasında 2014-cü il 10 iyul tarixində torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır.
3. X3 iddia ərizəsi ilə Şəki İnzibat-İqtisadi Məhkəməsinə müraciət edərək Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsinin dəyişdirilərək 96 kv.m göstərilməsini xahiş etmişdir.
4. Şəki İnzibat-İqtisadi Məhkəməsinin 2015-ci il 16 aprel tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsi “72,9 kv.m torpaq sahəsinin ayrılması hissəsində dəyişdirilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2015-ci il 19 avqust tarixli 21(107)-179/2015 saylı qərarı ilə cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibat-İqtisadi Məhkəməsinin 2015-ci il 16 aprel tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, iddiaçı X3nun Şəki Şəhər İcra Hakimiyyətinə qarşı 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsinin dəyişdirilərək 96 kv.m göstərilməsi barədə iddiası təmin ediməmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2015-ci il 19 avqust tarixli 21(107)-179/2015 saylı qərarından kassasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır.
7. Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının 2021-ci il 1 mart tarixli 2/274 nörməli məktubu ilə müəyyən edilir ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən V.Beydullayevə icazəsiz apardığı tikinti işlərini dayandırması tövsiyə olunmuş, aşkar olunmuş pozuntular barədə tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentiliyinə müraciət olunmuşdur. Həmçinin icazəsiz apardığı tikinti işlərini dayandırması barədə dəfələrlə xəbərdarlıq edilməsinə, qanunamüvafiq qaydada iki dəfə inzibati məsuliyyə tə cəlb olunaraq cərimə edilməsinə baxmayaraq tikinti işlərini davam etdirdiyindən onun haqqında daha ciddi tədbirlərin görülməsi üçün Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edilmişdir.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentiliyinin 2020-ci il 12 oktyabr tarixli 0597 nömrəli qərarı ilə V.Beydullayev tərəfindən 0,10 m hündürlük səviyyəsində mişarlanmış əhəng daşı ilə hörgü işlərinin aparılması, tikintiyə icazəsinin olmaması müəyyən edilərək tikinti işlərinin dayandırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 9. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 16 fevral tarixində X1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Şəki Şəhər İ cra Hakimiyyəti Başçısının (bundan sonra – “İHB”) 1997-ci il 28 fevral tarixli 97 nömrəli sərəncamına (bundan sonra – “97 nömrəli sərəncam”) əsasən cəmiyyətin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində aparılan qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi, torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10.000 manat maddi, 5.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İHB-nin 97 nömrəli sərəncamına əsasən 0.96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə iddiaçıya uzunmüddətli istifadəyə verilmiş və hüququları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində uzun illərdir cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılır. Dəfələrlə onlar tərəfindən müvafiq qurumlara, o cümlədən, Şəki Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq cavabdehin qanunsuz tikinti işləri aparılması bildirilmiş və köməklik göstərilməsi xahiş olunmuşdur. Müraciətlərdən sonra müvəqqəti olaraq tikinti işləri dayandırılsa da, cavabdeh hazırda yenidən iddiaçının qanuni istifadəsində olan ərazidə qanunsuz olaraq tikinti işlərini davam etdirir. Cavabdeh qanunsuz tikinti işləri apardığı üçün dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Eyni zamanda, sözügedən ərazi 110 kv-luq elektrik hava xətlərinin mühafizə zonasında yerləşir. Dövlət Şəhərsalma və Arxitextura Komitəsi Fövqəladə Hallar Nazirliyi Tik intidə X7 Agentliyinə (bundan sonra-“FHN TTNDA”) ünvanladığı 2014-cü il 25 iyul tarixli məktubunda cavabdehin elektrik və magistral qaz xətlərinin mühafizə zolağında tikinti işləri apardığını bildirərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İddiaçının müraciətinə İHB aparatının 2015-ci il 9 fevral tarixli cavab məktubunda qeyd olunmuşdur ki, cavabdehin 108 m sahədə özbaşına tikinti işləri apardığı müəyyən olunmuş, müvafiq akt tərtib olunaraq tikilinin sökülüb götürülməsi məqsədəmüvafiq bilinmişdir.
11. Eyni zamanda FHN-in əməkdaşlarının iştirakı ilə də əraziyə baxış keçirilmiş və həmin torpaq sahəsi 110 kv-luq yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyindən tikinti işlərinin aparılmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. FHN TTNDA mübahisəli əraziyə bax ış keçirərək tikinti işlərinin dayandırılması barədə 2020-ci il 12 oktyabr tarixli 0597 saylı qərar qəbul etmişdir.
12. Lakin cavabdeh bu qərarın tələbinə əməl etməmiş və tikinti işlərini dayandırmamışdır. Nəhayət 2021-ci il 28 yanvar tarixində Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin Baş memarı, Şimal-Qərb Regional Tikinti Müfəttişliyininin baş məsləhətçisi və Şəki Şəhər Rayon Polis Şöbəsinin 5 nömrəli inzibati ərazisinin sahə rəisinin iştirakı ilə yenidən əraziyə baxış keçirilərək tikinti işlərini dayandırmayacağı halda qanunamüvafiq tədbirlər görüləcəyi izah edilmiş və müvafiq akt tərtib olunmuşdur.
13. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, tətbiq edilən cəzalardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərin i davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, iddiaçı mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə həm iddiaçıya, həm də dövlət büdcəsinin mənfəətinə mane olur. Ona görə də iddiaçının pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsi zəruridir.
14. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, 152.1, 152.5, 157.4, 157.8, 158.2, 165.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 49, 59, 82, 111-ci, “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 17-ci, “İnsan Hüquqlarının və Əs as Azadlıqlarının müdafiəsi haqqında Konvensiya”ya 1 saylı əlavə protokolunun 1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 2004-cü il 30 noyabr tarixli, “Marks Belçikaya qarşı” iş üzrə 1979-cu il 13 iyun tarixli, “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə, “Papamixalopulos Yunanıstana qarşı” iş üzrə 1993-cü il 24 iyun qərarlarına, MPM-in 14.2, 26.1, 77.1, 88-ci maddələrinə istinad edilmişdir.
15. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli e-2-2(117)-137/2021 saylı qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra “MEM”) həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - cavabdeh tərəfindən Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşirmi (yerləşirsə hansı hissədə yerləşir, ölçüləri göstərilməklə sxematik plan və koordinatlar əlavə edilsin)? - cavabdeh tərəfindən Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikilinin tikintisi başa çatmışdırmı və istifadə olunurmu?
16. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra – “DƏDKÜRX) tərəfindən verilmiş 2021-ci il 2 dekabr tarixli mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür.
17. MEM-in 2022-ci il 28 aprel tarixli 10/197 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. - İ sual üzrə: DƏDKÜRX-ün "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 2021-ci il 2 dekabr tarixli mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. - İİ sual üzrə: Mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapı-pəncərə sexi kimi istifadə edilir.
18. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, ona ayrılan torpaq sahəsi ona məxsusdur, iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tikilisi iddiaçının icarəsinə verilmiş torpaq sahəsində yerləşmir. Ekspert onun iştirakı olmadan araşdırma aparıb, gəlib onun obyektinin şəklini çəkib və gedib. Ekspert düzgün rəy verməyib, onun yeri orada deyil. Şəhər rəhbərliyi tərəfindən ona şifahi və yazılı xəbərdarlıqlar olunması isə doğru deyildir.
19. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli e-2-2(117)-2/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsinin iddiaçıdan, 25 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).
20. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmasa da, qanuni əsaslarla, yəni icarə əsasında mübahisə predmeti olan torpaq sahəsinə sahiblik edir və sahibliyində olan torpaq sahəsində başqası tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin sökülməsini tələb edir və bununla da onun hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ vardır.
21. İddianın hüquqi əsasına gəldikdə isə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İHB-nin 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə iddiaçının uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır.
22. DƏDKÜRX tərəfindən verilmiş mütəxəssis rəyi, habelə MEM tərəfindən verilmiş 2022-ci il 28 aprel tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. Cavabdeh tərəfindən tikilmiş tikili iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşdiyindən, bununla da iddiaçının qanunla müəyyən edilmiş istifadə hüquqları pozulduğundan cavabdeh tərəfindən tikilm iş mübahisə predmeti olan tikili cavabdehin öz vəsaiti hesabına sökülməlidir.
23. Eyni zamanda, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına münasibətdə də qeyd etmişdir ki, İHB-nin 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamı ilə ona 20 il müddətinə verilmiş 26,85 kv.m torpaq sahəsi məhz S.Mümtaz küçəsinin qərbində, iddiaçı MMCnin qarşısında yerləşir. Hazırkı vəziyyətdə cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tikilmiş tikilinin özünün icarəsinə verilmiş torpaq sahəsində deyil, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi öz təsdiqini tapmışdır.
24. Bundan başqa, cavabdeh məhkəmə iclasında qanunsuz tikilinin sökülməsi ilə bağlı ona xəbərdarlıq edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, Şəki Şəhər İcra Hakimiyyəti, FHN, DŞAK tərəfindən cavabdeh tərəfindən tikilmiş tikilinin özbaşına olması ilə bağlı məktublar göndərilmiş, ayrı-ayrı vaxtlarda tikilinin dayandırılması ilə bağlı aktlar tərtib edilmiş və FHN TTNDA tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir.
25. İddia tələbi tikilinin dayandırılması hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı MEM tərəfindən verilmiş 2022-ci il 28 aprel tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapıpəncərə sexi kimi istifadə edilir.
26. Göründüyü kimi, məhk əmə araşdırması zamanı ərazidə hazırda tikinti işlərinin davam etdirilməsi, habelə tikinti işləri aparılması öz təsdiqini tapmamışdır. Bu səbəbdən mövcud olmayan tikinti işi dayandırıla bilməz.
27. Bundan başqa, iddia tələbi 10.000 manat maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir.
28. Hazırki iş üzrə iddiaçı torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10.000 manat maddi zərərin ödənilməsini tələb etsə də, iddiasının hüquqi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir.
29. Belə ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsindən səmərəli istifadə etmək imkanının hansı vaxtdan məhdudlaşdırılması, torpaq sahəsindən səmərəli istifadə etməklə nə qədər gəlir əldə edəcəyi, həmçinin bunun nəticəsində iddiaçıya məhz 10.000 manat dəyərində maddi zərə rin dəyməsinə dair hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir.
30. İddia tələbi 5.000 manat mənəvi zərərin ödənilməsinə hissəsində rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçı hüquqi şəxsdir. Hüquqi şəxsə münasibətdə isə mənəvi zərərin vurulmasında söhbət gedə bilməz. Şərəf və ləyaqət fiziki şəxsin şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir və onları ləkələyən məlumatların yayılması fiziki şəxsə mənəvi sarsıntı və iztirab verə bilər ki, hüquqi şəxs yalnız işgüzar nüfuzunun müdadfisəinə dair iddia irəli sürə bilər.
31. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 21.1, 21.2, 23.1, 23.6, 139.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
32. Cavabdeh 2022-ci il 25 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 oktyabr tarixli 2- 2(107)-66/2022 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı DƏDKÜRX-ün mütəxəsisləri cəlb edilməklə MEM-in ekspertlərinə həvаlə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur (sədrlik edən – E.H üseynov, hakimlər – G.Cavadova və V.Məlikov): - İ sual: Cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə tikinti məqsədi ilə onun icarəsinə verilmiş torpaq sahəsinin (işin 148-149-cu vərəqələrində olan sxemlər) üst-üstə düşüb düşməməsi müəyyən edilsin. - İİ sual: Əgər üst-üstə düşmürsə, cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin harada yerləşməsi (döngə və istinad nöqtələrinin koordinatları, konfiruqasiyası) müəyyən edilsin.
34. MEM-in 2023-cü il 27 fevral tarixli 10/8215 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: - İ sual üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 2022-ci il 18 dekabr tarixli **********26 saylı mütəxəssi s rəyinə əsasən, cavabdehin tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. - İİ sual üzrə: 12 saylı Şəki Ərazi İdarəsinin 2022-ci il 18 dekabr tarixli **********26 saylı mütəxəssis rəyinə əlavə edilmiş 1:1000 miqyaslı sxemdən görünür ki, cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi iddiaçının sənəd üzrə olan torpaq sahəsinin daxilində yerləşir.
35. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 22(107)-2/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, DƏDKÜRX tərəfindən verilmiş mütəxəssis rəyi, habelə MEM tərəfindən verilmiş 2022-ci il 28 aprel tarixli 10/197 nömrəli və 2023-cü il 27 fevral tarixli 10/8215 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili İHB-nin 97 nömrəli sərəncamına əsasən iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəs ində yerləşir və üst-üstə düşür.
37. Cavabdehin tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır.
38. İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır.
39. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İHB-nin 2014-cü il 14 fevral tarixli 1/27 nömrəli sərəncamı ilə ona 20 il müddətinə verilmiş 26,85 kv.m torpaq sahəsi məhz S.Mümtaz küçəsinin qərbində, iddiaçı MMC-nin qarşısında yerləşir. Hazırkı vəziyyətdə cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tikilmiş tikili nin özünün icarəsinə verilmiş torpaq sahəsində deyil, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi öz təsdiqini tapmışdır.
41. Cavabdeh onun istifadəsinə verilmiş torpaq sahəsinin döngə və istinad nöqtələrinin koordinatlarını dair sübutları təqdim edə bilməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Cavabdehin təqdim etdiyi sənədlərdə torpaq sahəsi müxtəlif ölçülərdə göstərilmişdir.
43. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşdiyindən, bununla da iddiaçının qanunla müəyyən edilmiş istifadə hüquqları pozulduğundan cavabdeh tərəfindən tikilmiş mübahisə predmeti olan tikili sonuncunun öz vəsaiti hesabına sökülməlidir.
44. Şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassızdıdr.
45. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 139.1, 157.2, 157.8-ci, MPM-in 14.2, 77.1, 88, 97.1, 101.7, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3, 372.1, 372.6, 372.7, 384.0.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X9rşı işi üzrə” 2010-cu il 16 fevral tarixli, “Brumаresku Rumuniyаyа qаrşı” iş üzrə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci, “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qə rarının 2.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
46. Qətnamə 2022-ci il 6 aprel tarixində tərəflərə göndərilmişdir.
47. Cavabdehin vəkili və nümayəndəsi 2023-cü il 7 iyun tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
48. MM-in 152.3, 700.1 və 706.2-ci maddələri üzrə - İş materiallarından göründüyü kimi, İHBnin 1/27 nömrəli sərəncamına əsasən S.Mümtaz küçəsinin qərbində, yerləşən 26,85 kv.m torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədilə mənim istifadəmə verilmiş və tərəflər arasında 2014-cü il 10 iyul tarixində “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müq avilə imzalanmışdır. Qeyd edilən torpaq sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən tərtib edilmiş sahəni seçmə aktına əsasən, Şəki Qaz istismarı İdarəsi tərəfindən aktda edilən qeydin və FHN X16 Xidmətinin həmin torpaq sahəsinin ayrılması ilə bağlı 2013-cü il 9 dekabr tarixli YTNƏŞ-1209 nömrəli rəyində qeyd edilən tələblərin yerinə yetirilməsi şərti ilə mənə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsinin yerləşmə yeri Müqavilənin 6-cı bəndinin tələbinə əsasən tərəflər arasında icarə müqaviləsi imzalanarkən “Torpaq sahəsindən istifadəyə hüquq verən sənədlər (dövlət aktı və şəhadətnamə), torpaq sahəsinin planı (cizgisi 1:25000, 1:10000, 1:5000, 1:2000 və daha böyük miqyasda) əlavə edimişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanarkən torpaq sahəsinin plan cizgisi və miqyasları aydın şəkildə göstərilməklə mənim istifadəmə verilmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsi İHB-nin 1/27 nömrəli sərəncamına əsasən və eyni zamanda aidiyyəti qurumlarla razılaşdırılaraq, mənim istifadəmə verilmişdir. Eyni zamanda, şəhərin baş memarı tərəfindən torpaq sahəsinin sxematik planı tərtib edilərək torpaq sahəsinin sxematik planı şəhərin baş memarı və torpaq şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Tərəfimdən məhkəmə araşdırılmasına təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının sökülməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İcarə müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, icarəçi onu n istifadəsinə verilmiş əmlakdan üçüncü şəxslərin hüquqlarından azad, yəni maneəsiz istifadə hüququ qazanır. Beləliklə, mənim qanuni istifadəmdə olan torpaq sahəsində bütün aidiyyəti qurumların icazəsi və nəzarəti ilə tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi yolverilməzdir.
49. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi üzrə - İddiaçının mübahisə etdiyi torpaq sahəsi mənə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. İddiaçıya gəldikdə isə iddiaçının ümumiyyətlə fəaliyyəti qanunsuzdur. Belə ki, iddiaçının qanuni təmsilçisi X4 Şəhər İcra Hakimiyyəti başçısının Kiş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, təsisçilərdən biri X11 isə Şəki Şəhər İcra Hakimiyyətində baş məsl əhətçi vəzifəsində işləyir (baş memarı əvəz edir). Göründüyü kimi, hər iki şəxs vəzifəli şəxslərdir. Qeyd edilən şəxslərin bu kimi fəaliyyət növü ilə məşğul olmasını qanun qadağan edir. Bu da onu deməyə əsas verir ki, hazırkı iddia tələbi üzrə iddiaçının nəinki məhkəməyə müraciət etməsi, ümumiyyətlə sahibkarlıq fəaliyyəti belə qanunsuzdur və korrupsiya ilə əlaqədar hüquqpozmanın subyektidir. Hazırkı iddia tələbi üzrə iddiaçı həm MMC-nin səlahiyyətli şəxsi həm də ki, mərkəzi icra hakimiyyəti orqanının vəzifəli şəxsidir. Qeyd edilən şəxslərin fəliyyət növü həm qeyd etdiyimiz konstitusyon normanın tələbinə, həm də ki, ”Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.4, 5.1.4 və 9.3.3-cü maddələrinin tələbinə ziddir. Belə olan halda, məhkəmələr bu hala da ayrı-ayrılıqda qiymət verməli idi. 5
0. MPM-in 88-ci maddəsi üzrə - Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyi, habelə MEM tərəfindən verilmiş 2022-ci il 28 aprel tarixli 10/197 nömrəli ekspert rəyi şübhə doğurur və sübut növü kimi qəbul edilə bilməz. Belə ki, təsisçilərdən biri X2 Şəhər İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyir (baş memarı əvəz edir). Qeyd edilən şəxs olduqca geniş səlahiyyət sahibidir və eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin iddiaçının xeyrinə verilməsinə təsir etmək imkanı var. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin mütəxəssisinin iddiaçının xeyrinə müsbət rəy verməsi əvvəlcədən mənə bəlli idi. Çünki rəyin tərtib edilməsində iştirak edən mütəxəssis X19 Şəhər İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən (baş memarı əvəz edir) Cahangir Nəbiyevin işgüzar münasibətdən başqa, yaxın dost münasibətləri də var. Bu da onu deməyə əsas verir ki, iddiaçı MMC-nin bir təsisçisi kimi Cahangir Nəbiyev qərəzli rəyin verilməsində birbaşa maraqlı şəxslərdən biridir. Bundan əlavə, mütəxəssis rəy verərkən hansı tərpənməz nöqtəni əsas götürərək mübahisəli torpaq sahəsinin üst-üstə düşməsini aydın şəkildə öz rəyində göstərə bilməmişdir. Halbuki iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Cavabdehə məxsus torpaq sahəsi 10 ildir ki, onun qanuni istifadəsindədir və bu günədək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilənlərə əsasən, sözügedən mütəxəssis rəyi, habelə ekspert rəyi şübhə doğurur. Mübahisəli torpaq sahəsi tərəflərin iştirakı ilə yerində ölçmə işləri aparılmaqla mübahisəyə aydınlıq gətirilməli və obyektiv mütəxəssis rəyi tərtib edilməli idi.
51. MPM-in 102.2-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsi mübahisənin obyektiv həll edilməsi üçün təkrar ekspertiza keçirməmiş və iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
52. Digər məsələlər - Mübahisəli torpaq sahəsi üzrə ekspertiza keçirilərkən cavabdehə məlumat verilməmişdir. Halbuki MPM-in 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və MPM-in müddəalarında nəzərdə tutulmuş işd ə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları y oxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, lə yaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 1 57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....”
58. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilmə li olan məbləğlər;...” “Maddə
116. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər... 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir....” “Maddə
117. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğin tərəflərdən alınması 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssi slərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....”
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X9rşı işi üzrə” 2010-cu il 16 fevral tarixli qərarında hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 2008-ci il 6 mart tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tar ixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. İV. KASSASİYA İNSTAN SİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
64. İddiaçı onun uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində cavabdeh tərəfindən aparılan qanunsuz tikinti işlərinin dayandırılmasını, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsini, torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10.000 manat maddi və 5.000 manat mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
65. Birinci instansiya məhkəməsi iddianı qismən – iddiaçının uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
66. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi nəticə etibarilə ondan ibarət olmuşdur ki, iddiaçının uzunmüddətli icarəsinə verilmiş torpaq sahəsi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 28 aprel tarixli 10/197 nömrəli və 2023-cü il 27 fevral tarixli 10/8215 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilən mübahisəli tikili iddiaçının uzunmüddətli istifadəsinə verilmiş, hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpa q sahəsində yerləşir və üst-üstə düşür. Cavabdehin tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır. Hazırkı vəziyyətdə cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tikilmiş tikilinin özünün icarəsinə verilmiş torpaq sahəsin də deyil, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi öz təsdiqini tapmışdır. Cavabdeh onun istifadəsinə verilmiş torpaq sahəsinin döngə və istinad nöqtələrinin koordinatlarına dair sübutları təqdim edə bilməmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdə torpaq sahəsi müxtəlif ölçülərdə göstərilmişdir.
67. Həmçinin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış da keçirmiş, həmin prosessual hərəkət protokolla rəsmiləşdirilmiş, baxış zamanı müəyyən olunan hallar protokolda əks etdirilmişdir (İİ cild, i/v 70-71).
68. Cavabdehin kasssiya şikayətinin dəlillərinə görə, torpaq sahəsi, onun plan cizgisi və miqyasları aydın şəkildə göstərilməklə, Şəki Şəhər İHB-nin sərəncamına əsasən və aidiyy əti qurumlarla razılaşdırılaraq cavabdehin istifadəsinə verilmişdir. Eyni zamanda, şəhərin baş memarı tərəfindən torpaq sahəsinin sxematik planı tərtib edilərək şəhərin baş memarı və torpaq şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. İddiaçının sökülməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur.
69. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin dəlilləri əsassız hesab edir.
70. Torpaq sahəsi, onun plan cizgisi və miqyaslarının müvafiq şəkildə aydın şəkildə göstərilməsi torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatlarının olması anlamına gəlmir. Mübahisələndirilən qətnamədən məlum olur ki, cavabdehin tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin onun faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşübdü şməməsinin müəyyən edilməsinin mümkün olmamasının səbəbini məhz cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatlarının olmaması təşkil etmişdir. Çünki cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh onun istifadəsinə verilmiş torpaq sahəsinin döngə və istinad nöqtələrinin koordinatlarına dair sübutları təqdim edə bilməmiş, cavabdehin təqdim etdiyi sənədlərdə isə torpaq sahəsi müxtəlif ölçülərdə göstərilmişdir.
71. Torpaq sahəsinin aidiyyəti qurumlarla razılaşdırılaraq cavabdehin istifadəsinə verilməsi isə sonradan cavabdeh tərəfindən həmin sahənin üzərində və ya digər şəxsə (hazırkı halda iddiaçıya) ayr ılmış torpaq sahəsinin üzərində qanunsuz tikili inşa edilməsinin qeyri-mümkünlüyünə təminat verə bilməz.
72. İddiaçının sökülməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti olmamasına dair dəlilə gəldikdə isə, həmin dəlil işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə bilavasitə təkzib olunur. Belə ki, işə baxmış məhkəmələrin qətnamələrindən və məhkəmələrin istinad etdikləri iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikili məhz iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşir.
73. Kassator apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
74. Məhkəmə kollegiyası isə həmin nəticənin qanunsuz və əsassız hesab edilməsi üçün hər hansı hüquqi əsas tapmır.
75. Kassatorun digər dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi mübahisənin obyektiv həll edilməsi üçün təkrar ekspertiza keçirməmiş, mübahisəli torpaq sahəsi üzrə ekspertiza keçirilərkən cavabdehə məlumat verilməmişdir.
76. Mübahisələndirilən qətnamədən məlum olur ki, iş üzrə bir mütəxəssis rəyi və iki ekspert rəyi alınmışdır və rəylərlə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilən mübahisəli tikili iddiaçının uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış da keçirmişdir.
77. MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 57) görə, iş üzrə ekspertizanın təyin olunması məhkəmənin vəzifəs i deyil, səlahiyyətidir. Hazırkı halda da apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini, habelə bilavasitə mübahisəli ərazdiə yerində baxış keçirərkən bilavasitə müşahidə etdiklərini iş üzrə nəticəyə gəlmək üçün yetərli hesab etmişdir. Belə ki, mübahisələndirilən qətnamədən məlum olur ki, iş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır.
78. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən rəylərə istinad edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
79. İddiaçının qanuni təmsilçisi X8 Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi o lmasına, təsisçilərdən biri X6 Şəki Şəhər İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləməsinə (baş memarı əvəz etməsinə) və mütəxəssis rəyinin iddiaçının xeyrinə verilməsinə təsir etmək imkanına malik olmasına, rəyin tərtib edilməsində iştirak edən mütəxəssis Müşfiq Kərimovla dostluq münasibətlərində olmasına dair dəlillərin cavabdeh tərəfindən aşağıdakı məhkəmələrə bildirilməsi, ümumiyyətlə həmin dəlillərin aşağı məhkəmə icraatlarında müzakirə predmeti olması iş materiallarından görünmədiyindən məhkəmə kollegiyası onları işin faktiki halları kimi qiymətləndirir və bu səbəbdən də hesab edir ki, MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § ) tələblərinə əsasən onlara kassasiya icraatında istinad olunması və sözügedən dəlillər üzrə hüquqi dəyərləndirmə aparılması yolverilməzdir.
80. Yuxa rıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 57) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1ci maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(107)-2/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X3nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(107)-2/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.