Məhkəmə qərarları › İş №2-2(102)-403/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-403/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-403/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Hacıağa oğlunun cavabdeh Xna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Hacıağa oğlu cavabdeh Xna qarşı iş üzrə əmlak tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(106)37/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Masallı Ra yon Məhkəməsinin 2(050)-1420/2019 saylı 2019-cu il 31 iyul tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Xndan 33.840 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı Hacıağa oğluna verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 33.840 ABŞ dollarının qətnamə icra olunduğu günə olan məzənnəsi ilə hesablanması, iddianın pulun ödənilməsinin gecikdirilməsinə görə 4.974 ABŞ dolları və əldən çıxmış faydaya görə 10.000 manat tələbi, həmçinin X7 münasibətdə təmin edilməməsi, ekspertiza xərcinin cavabdeh Xna aid edilməklə ondan 185,52 manat tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2592/2020 saylı, 2020-ci il 19 may tarixli qərarının surətinə əsasən, cavabdeh Xnun kassasiya şikayətinin təmin edi lməməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3418/2019 saylı, 2019-cu il 25 noyabr tarixli qətnaməsinin mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 3. 2019-cu il 2 oktyabr tarixli qərarın surətinə və qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8, İddiaçı Hacıağa oğlu, X5, X9, X2 ilə X13 və X arasında borc münasibətləri yarandığından X13, X14 və Xnun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqlarının onlara izah edilməsi qərara alınmışdır. 4. 2020-ci il 29 avqust tarixli qərarın surətinə əsasən Masallı RPŞ-də toplanmış 2020-ci il 19 avqust tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 5. 2020-ci il 4 oktyabr tarixli qərarın surətinə əsasən, Masallı RPŞ-də toplanmış 2020-ci il 24 sentyabr tarixli, HK-1/2010 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

6. İşə əlavə edilmiş 2022-ci il 25 mart tarixli qərarın surətinə əsasən, Xnun müraciəti əsasında Masallı RPŞ-də toplanmış 2022-ci il 15 mart tarixli, HK1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı məktuba əsasən, araşdırma zamanı şikayət etdiyi X10 tərəfindən 2008-ci il 1 yanvardan 2021-ci il 12 oktyabr tarixədək heç bir idxal-ixrac əməliyyatı aparılmadığı müəyyən edilmişdir.

8. İş materiallarında olan məktuba əsasən, İran Respublikasından Kərbəlayi Qulam Azərbaycan ın Masallı şəhərindən olan Mahir və Fikrət ilə... ci ildən... cı ilə kimi topdan ip alveri etmişlər. Onun onlarla ümumi ticarətləri isə... ilə kimi davam etmişdir. O, onlarla hər həftə... ton olmaqla xebe (kanaf), kapron, jilka, press pambıq işləri göndərmişdir. Bütün gələn... konteyner (... kon... ton =... ton) xebe ipinin hamısını bir kiloqrama qədər çəkdirib Fikrətə yollamışdır. Ona heç vaxt əksik mal yollamamışdır. Bu malları da o, onlara İranın Ərdəbil şəhərindən olan "xxxx" Şirkətinin sahibi Kərbəlayi Salman və başqa-başqa adlara məxsus Karqo Şirkətləri ilə yollayırdı. Hətta Mahir ilə Fikrət malların seçimi üçün bir neçe dəfə İrana gəlib onun yanında olmuşlar. Aralarında razılıq olmuşdur ki, bu mallar Azərbaycanda ancaq təkcə Fikrətə yollanılacaqdır. O, bu malları Azərbaycanda təkcə Mahir və Fikrətə göndərdiyinə görə, onlar da hər... həftədən bir vaxtı-vaxtında ona... min dollar pul göndərirdilər. Onun onlara ümumi yolladığı mallar aşağıdakı kimidir: (... Xebe (kanaf) ipi... kon...). (... Rəngli jilka ipləri... ton...). (... Ağ kapron ipi... ton...). (... Pambıq ipi qarışıq... ton...). Ümumiyyətlə onun Mahir və Fikrət ilə... ci ildən... cı ilə kimi... milyon... min dollar və sonra əlavə... cı ildən... ci ilə kimi isə... milyon... min dollar alverləri olmuşdur. Onun axrıncı dəfə yolladığı malların pulundan isə onların ona... dollar borcu qalmışdır. Bu borcdan... ci ilə kimi Mahir ona... (min... dollar) ödəmiş və... borcları qalmışdır. Sonra da Mahirlə Fikrətin ona qalan borclarından... ci ilə kimi az-az olmaqla Mahir ödənişlər etmişdir. O nun Fikrətdə olan mallarından isə Fikrət və Mahir ona yalnız bir dəfə olmaqla... kq yox,... kq pambıq ipi geri qaytarmışlar. Bu günə kimi də onların ona ödənilməmiş borcları qalmışdır.

9. Həmin məktuba əsasən, qeyd edilən məktub Golam Mohammadi tərəfindən və "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmişdir.

10. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsinə əsasən, o, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. Özünə məxsus avtomobil vasitəsi ilə İddiaçı məxsus ipləri meşok şəklində cavabdeh Fikrət Babayevə məxsus Masallı rayonu, Digah kəndində yerləşən anbarına aparmışdır. Anbarda Fikrətin anabardarı Babək adlı şəxs malları çəkərək təhvil götürmüşdür. Hər bir meşokun çəkis inin təxminən 50 kq olması yadına gəlir. X28 Respublikasından Azərbaycan Respublikasının Biləsuvar rayonuna gəlmiş, oradan da Cəlilabad rayonuna aparılmış, o, həmin malları gedib Cəlilabad rayonundan götürmüşdür. Mal 40 ton olmuş, 1 maşın isə 5 ton yük götürə bilir. Buna görə də 8 dəfə ipləri avtomobilinə yükləyərək, gətirmişdir.

11. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsinə əsasən, o, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. İddiaçı ilə bir neçə müddət şərikli alverləri olmuşdur. Belə ki, iddiaçı ilə şərikli İran İslam Respublikasından Kərbalayı Qulam adlı şəxsdən ip məhsullarını alıb satışını təşkil etmişlər. Lakin onun başqa işlə məşğul olması səbəbindən Mahirlə şəriklikdən imtina etmişdir. X12 ip lərin alınmasında köməklik edəcəyini bildirmişdir. Mahir də Fikrətlə şərikli ip alveri ilə məşğul olmuşdur.

12. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsinə əsasən, o, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət isə bibisinin həyat yoldaşıdır. Hər ayda bir dəfə Mahirə məxsus ipləri Fikrətin anbarına aparıb boşaltmışdır. Ondan başqa Fikrətin fəhlələri orada olmuş, ona köməklik etmişlər. O, Fikrətin fəhləsi kimi anbarda işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Hacıağa oğlu (bundan sonra – “iddiaçı”) 2022-ci il 27 sentyabr tarixində Xna (bundan sonra – “cavabdeh”) qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 40 ton çəkidə sarı XB ip malının natur ada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ip alveri ilə məşqul olmuşlar. İlk əvvəllər İrandan 15 ton sarı ip, 5 ton ağ kapronlu, 6-7 ton rəngli iplər gətizdirməyə başlamışlar. Alverləri 4 ilə yaxın davam etmiş, hər kantenerdə 15 ton olmaqla ümumilikdə 450 ton sarı XB ip, 250 ton ağ kapronlu ip və 250 ton rəngli ip gəlmişdir. Həmin iplərin satışından əldə edilən qazanca cavabdehlə şərik olmuşdurlar. Alverə başlamağa onun pulu ilə maya salmışlar. Onu ip alverinə İranda qaynı Taleh qoşduğundan cavabdehlə də razılaşmışdır ki, onlara gələn malın hər tonuna da 50 manat Taleh üçün ayıracaqdırlar. Sonra alverdən qalan qazancdan və onun qoyduğu mayadan ona pul borclu qalmış, bununla bağlı əlavə qoyduğu mayanı n ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehdən 33.840 ABŞ dolları alınıb ona verilməsi qət edilmişdir. Bundan başqa, İrandan gətirdiyi ip mallarını naturada cavabdeh maşınla topdan satdığından malları cavabdehə təhvil vermişdir. Həmin malları cavabdeh Bakıda Sədərək bazarında və digər rayonlarda satmışdır. İrandan ümumilikdə onlara gələn malların 1,450 ton sarı XB ip, tonu 2.100 ABŞ dolları olmaqla, 450 ton sarı ipin ümumi dəyəri 945,000 ABŞ dolları, 2,250 ton ağ kapronlu ipin tonu 4.100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri 1.000.025 ABŞ dolları, 250 ton rəngli ipin maya tonu 2.100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri 525.000 ABŞ dolları pul etmişdir. Cəmi 2.475.025 ABŞ dolları maya dəyəri olmuşdur. Amma məhkəmə qətnaməsi ilə onun bu alverə qoyduğu maya kimi 33.840 ABŞ dolları pul geri qaytarılmış, mal isə natura şəkilində cavabdehdə qalmış, ümumi bu malların satışından isə 1.000.000 ABŞ dollarından çox qazancı olması nəzərdə tutulmuşdur. İpin kilosu 1.70 maya dəyəri olan ipin bazar satışı 2.70 manat topdan qiymətə satılmışdır. Hesablanmış məbləğ daha da yüksək olmuş olur. Cavabdehin onu aldatdığını və malı vermək istəmədiyini bildiyindən bir səfərində malı götürmədən ötrü cavabdehlə aralarında dava-dalaş düşməsin deyə bir gün əvvəl oğlu Elxan və Orxan, qayınları Taleh və Ceyhunla birlikdə cavabdehin evinə getmiş, həmin vaxt cavabdeh demişdir ki, Ceyhun və Taleh sabah gəlməsin, oğlanlarınla sabah gəlib 40 ton sarı XB ipini aparar. Onun səhərisi gün o, oğlanları ilə birlikdə anbara getmişlər, orada malı götürmək i stəyəndə cavabdehin anbardarı olan Babək bildirmişdir ki, malı götürməyi namusu üzərinə söz verir ki, mal satılıb pulun verəcəklər, əgər satılmasa malı naturada geri qaytaracaqdır. Həmin vaxt 40 ton sarı XB ip anbarda satılmamış qalmışdır. Lakin sonra Babək də verdiyi sözünə əməl etməmiş, nə malın pulunu nə də ki, malı cavabdeh ona verməkdən imtina etmişdir. Cavabdeh anbarda olan malı ona vermədiyindən daha aralarında söz-söhbətləri gərginləşməyə başladığından bir neçə vaxtdan sonra cavabdeh ona aid olmayan xarab malları olan 1 ton 537 kq onluq jilka, 639 kq beşlik jilka, 9 meşok nabor jilka, 2 ton 124 kq qalın jilka, 500 kq meşok ipi, 1 ton 518 kq praplen ip, 1 ton 723 kq pambıq ip malı verdi. Cavabdehin ona verdiyi malların dəyəri alış qiymətdən aşağı olsa da, həmin malları bazarda satış qiymətindən iki dəfə artıq olmaqla 23.328 ABŞ dolları hesabladı. Eyni zamanda bu malları özü çəkərək meşokların üstünə kq yazdığından onları çəkməyib meşokun üzərində olan kq-larla hesablayaraq qəbul etmiş, sonra həmin malları çəkəndə malın çəkisi az çıxmağa başlamışdır. Bu malları cavabdeh ona verəndə bildirdi ki, İranlıyla danışıb və X20 həmin bu malları guya ondan geri götürəcəkdir. Lakin bir neçə gündən sonra Kərbəlayi Qulam Azərbaycana gələndə malların ona aid olmadığını bildirib ondan yalnız malların arasından bir çeşid pambıq ipi olan malı geri götürmüşdür. Həmin bu pambıq ipində də, cavabdeh çəkidə onu aldatmış, çəkidə çox yazıb ona vermiş, İranlı həmin malı çəkib aparanda isə çəkisi az çıxmışdır. İranlı həmin malları ondan geri götürmədiyindən həmin vaxtı İranlı Qulamın yanında q ayını Ceyhunla cavabdehə zəng edib ora gəlməsini, İranlının malı götürmədiyini deyəndə cavabdeh dedi ki, “ora gəlmir, istəyir götürsün istəyir götürməsin, bundan sonra nə İranlıya, nə də ki, ona pul verməyək”. İranlı malı ondan geri götürəndə orada qardaşı, qayını Ceyhun, cavabdehin şoferi Qara adlı şəxs olmuş, malın əskik gəlməsinə bu şəxslərdə şahid olmuşlar. Malı Bakıya da cavabdehin şoferi Qara aparmış, X23 getdikdən bir neçə vaxt sonra pul gecikdiyindən yenə Azərbaycana gəlmiş, Qulamla Masallı şəhərində yerləşən Seyidlər çayxanasında o, cavabdeh, oğlu Elxan oturub həmin bu mallar barəsində söhbət edəndə də, cavabdehin ona əskik çəkidə verdiyi malların İranlıya aid olmadığını və həmin malları cavabdehin geri götürməsini istəyəndə, cavabdeh həmin malları ondan götürməkdən imtina etmişdi r. Bundan başqa onun əvvəlki partiyada gələn maldan İranlıya 60.000 ABŞ dolları məbləğində borcunun olduğunu və bu hissədə malı satıb ona verməyini danışmış, həmin ərəfələrdə cavabdehdə 40 ton çəkidə sarı XB ip malı qaldığını demiş, “Çayxana” da söhbətindən sonra cavabdeh X15 özü tək işləmək istədiyi fikrini bildirdiyi vaxt İranlı Qulam ona iş üzrə iddiaçısız işləməyəcəyini və cavabdehə mal verməyəcəyini bildirmişdir. Həmin vaxt cavabdeh cibindən 10.000 ABŞ dolları çıxarıb İranlı Qulama borcdan vermişdir. Bir neçə gündən sonra cavabdeh İrana gedərək Qulamla görüşüb demişdir ki, qalan malları və pulu iddiaçıya verməyəcək, get özün iddiaçıdan al. Qulam da Bakıya gələrək onun üstünə tanımadığı bir şəxsi gətirərək cavabdehdə qalan malının dəyərində pulu ona ödəməsi ilə bağlı öhdəlik qoymağa ça lışmışlar. Qulam bildirmişdir ki, burda onu tanıyır, malı da ona vermiş, həmin malı cavabdehə vermisən, indi cavabdeh deyir ki, nə pul, nədəki mal verməyəcək, buna görə ya malı ya da malın pulunu qaytarmalısan. Bu vaxt telefonla cavabdehə zəng edərək onla söhbət etmiş, ondan polisə şikayət edəcəyini bildirəndə cavabdeh dedi ki, get hara istəyirsən şikayət elə, hər yerdə adamı var, nə malı, nə də ki, bir qəpikdə pul verməyəcəkdir. Sonra cavabdeh onu söyüb təhqir etmişdir. Belə olan halda İranlı Qulamla gələn şəxs təkidlə Qulama qaytarılacaq malı və yaxud pulunu hədə ilə ondan tələb etmiş, başqa bir bədbəxt hadisə olmaması, uşaqlarının başına bir iş gəlməməsi üçün qardaşlarının, anasının, qayını Ceyhunun, qayını Talehin, dostu Vidadinin, qohumu Cavidin və uşaqlarının yanında bütün əmlakların ı dəyərindən çox ucuz qiymətə satıb cavabdehin borcunu İranlı Qulama əlbə-əl vermişdir. Bundan sonra cavabdehin başqa-başqa şəxsləri aldadaraq pullarını mənimsədiyi üzə çıxmış və həmin adamlar onun qohumları və tanışları olmuşdur. Onlarla birləşib cavabdehin barəsində rayon Prokurorluğuna gedib şikayət etmək istəyən vaxt, cavabdeh bundan xəbər tutduğundan, onunla əlaqə yaradaraq şikayət etməməsi və onda olan sarı XB ip malını, maldan gələn qazancını da geri qaytaracağını söz vermişdir. Lakin cavabdeh buna da, əməl etməmiş, həmin vaxtdan onun İrandan gətizdirdiyi 40 ton çəkidə sarı “XB ip” cavabdehdə qalmışdır. Cavabdehə verdiyi malları əvvəlki gündən ondan almaq istəyən vaxt Babək ona mane olaraq namusu üzərinə and içərək həmin malların pulunu və yaxud cavabdehin qaytarmadığı təqdirdə öz ünün qaytaracağına söz verdiyindən Babək də həmin işə şərik olaraq ona atmışdır, bu səbəbdən Babək də ona borclu qalmışdır. Bu işlə bağlı cavabdehin səs yazıları və digər sübut növündə cavabdehin əl yazmaları onda var və onları məhkəməyə təqdim edir. Bundan əvvəl 2022-ci il 9 mart tarixində tələbi üzrə Masallı rayonunda Mediasiya prosesi baş tutmuş, lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən həmin tarixdə mediasiya arayışı verilmişdir. Odur ki, 40 ton çəkidə sarı “XB ip”in naturada cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152, 157.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4, 35.1, 77-ci mad dələrinə istinad etmişdir.

16. Cavabdeh 2022-ci il 29 noyabr tarixndə iddia ərizəsinə etiraz təqdim etmişdir.

17. Cavabdeh iddiaya etirazında iddiaçının İrandan mal gətirmədiyini və cavabdehin iddiaçıdan mal almadığını bildirmişdir. Cavabdeh iddia ərizəsini alan kimi dərhal Gömrük Komitəsinə va Vergi orqanlarına teleqramlar vurmuşdur. Orqanlardan alınan sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının vəkili Nicatın 950 ton xammalı Cəlilabad uşaqlarının adı ilə iddiaçının ölkəyə idxal etməsi barədə ifadəsinin yalan olduğunu bildirmişdir. Cavabdeh həmin şəxsin məhkəməyə dəvət olunub ifadə verməsini və xammalın gətirilməsini təsdiq edən Gömrük sənədlərinin məhkəməyə təqdim edilməsini bildirmişdir. Cavabdeh etirazında iddiaçının və cavabdehin indiyə qədər xaricdən ö lkəyə mal gətirmədiklərini bildirmişdir. Cavabdeh həmişə daxili bazardan Sədərək Ticarət obyektindən ikinci əl mal aldıqlarını və birbaşa xaricdən mal gətirməyə maddi imkanlarının olmadığını qeyd etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, XB-nin vətəni dünyada 80% Banqladeşdə, 20% Hindistanda yetişir. Onu oradan İrana, sonra Azərbaycan idxal etmək birbaşa Azərbaycana idxal etməkdən 1 manat baha başa gəlir. Ona görə də, onu İrandan gıtirən birbaşa gətirənlə rəqabət apara bilməz. Bu səbəbdən iddianın yalan olduğunu bildirmişdir. Cavabdeh iddiaya etirazında həmçinin qeyd etmişdir ki, XB təbii məhsuldan hazırlanmış xammaldır və rütubətli yerlərdə tez çürüyür. Onu heç vaxt Sədərk ticarət mərkəzindən bir tondan artıq almamışdırlar. Cavabdeh iddiaçının cavabdehin xammalı aparıb bazarda satma sı barədə iddiasına etiraz olaraq bildirir ki, xammalı istehsal edib hazır ip halına salmadan bazarda satmaq olmaz. Bu 950 ton xammalı istehsal etməyə cavabdehin kustar iş yerində 50 ilə qədər vaxt lazım olduğunu qeyd etmişdir. Buna görə də, bu iddianın tamamilə yalan olduğunu bildirmişdir. Cavabdeh məhkəmədən iddiaçı barədə uzun illər ərzində cavabdehə şər atdığına görə qanunauyğun tədbir görülməsini xahiş etmişdir.

18. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli e-2-2(121)-40/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Misirzadə).

19. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına iddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərilmişdir. Həmçinin həmin iplər Qolam Moh ammadiyə məxsus olmuşdur.

20. Məhkəmə araşdırılması zamanı həmçinin XP iplərinin cavabdehə təhvil verilməsi də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına başqa şəxs(lər) tərəfindən göndərildiyindən, hazırkı iş üzrə iddiaçının malın cavabdehdən naturada alınaraq ona verilməsini tələb etməsi əsassızdır, həmin iplər iddiaçıya deyil, Golam Mohammadiyə məxsus olduğundan, iddiaçının mövcud iddianı qaldırmaq hüququ olmamışdır.

22. Məhkəmə qeyd etmişdir ki, müvafiq qanun normasına əsasən iddiaçının həmin mala (ipə) dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir.

23. Bundan başqa, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını gö stərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır.

24. Mübahisəli mallar (iplər) iddiaçının mülkiyyətində deyildir (iddiaçıya məxsus deyildir). Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka (əşyaya) dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur.

25. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MM-in 152.1, 157.2, 157.8-ci, MPM-nin 4.1, 14.2, 77.1-ci maddəl ərinə istinad etməklə əsaslandırmışdır.

27. İddiaçı 2023-cü il 24 fevral tarixində apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli, e-2-2(121)-40/2023 saylı qətnaməsini ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(106)-37/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli, e-2-2(121)-40/2023 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – P.Əhmədov və C.İmanov).

29. Məhkəmə kollegiyası ape llyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

30. Kommersiya mübahisəsinə 2023-cü il 26 aprel tarixində hər iki tərəfin iştirakı ilə keçirilən apellyasiya baxışı zamanı iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu səs yazısı MPM-in 10.10-cu maddəsinin tələblərinə riayət edilməklə dinlənilmiş, səs yazısının tərəflər arasında 2015-ci ildə baş tutmuş telefon danışığından ibarət olduğu müəyyən edilmişdir. Səs yazısında iddiaçı cavabdehdən dəfələrlə malını nə zaman verəcəyini soruşur, lakin malın nə mal olması, hansı çəkidə olması bildirilmir.

31. İddiaçının cavabdehlərə qarşı "pul" tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı 2019-cu il 31 iyul tarixl i qətnaməsinə əsasən işin müəyyən olunmuş halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında İran İslam Respublikasından gətirilmiş ip məhsullarının satılması, satışdan qazanc əldə olunmasından ibarət şifahi şəkildə razıldaşdırılmış münasibətlər olmuşdur. Həmin iş üzrə iddiaçının özü məhkəməyə verdiyi iddiasında qeyd etmişdir ki, "Daha sonra 2016-cı ilin aprel ayında oturub haqq-hesab elədik, öz xətti ilə yazdıki mənə birinci partiyadan 24.000 ABŞ dolları, ondan sonrakı partiyadan 31.340 dollar borclu qalıb. Cavabdehlər mənə borclu qaldığı 55.340 ABŞ dolları borcdan 11.500 ABŞ dolları bir və 10.000 ABŞ dolları bir ödəyiblər. Hazırda mənə 33.840 ABŞ dolları borcları qalmışdır.

32. Göründüyü kimi iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehə qarşı gələn mal partiyala rına görə 33.840 ABŞ dolları məbləğində borcun ödənilməsi tələbini irəli sürmüş, sübut kimi aralarında aparılmış haqq hesabla bağlı cavabdehin yazdığı yazını təqdim etmiş və iddiası həmin hissədə sübuta yetmişdir. Hazırda isə iddiaçı yenidən eyni münasibətlər, yəni İran İslam Respublikasından gətirilmiş ip alveri üzrə cavabdehə qarşı iddia irəli sürərək, cavbdehdə 40 ton çəkidə sarı XB ip malının qaldığını bildirib naturada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdehlə aralarında olan ip alveri üzrə münasibətləri pozulandan sonra, cavabdehdə 40 ton çəkidə sarı XB ip malının qalmasına dair hər hansı bir mötəbər sübut verilməmişdir.

34. Bundan baş qa əgər həqiqətən iddiaçının cavabdehdə həmin malı qalmış olsa idi, 2016-cı ilin aprel ayında apardıqları haqq-hesabda buna da aydınlıq gətirilməli idi. Lakin yuxarda qeyd edildiyi kimi həmin haqq-hesabda iki partiya mal üzrə cavabdehin iddiaçıya borclu qaldığı məbləğdən bəhs edilmişdir ki, buna da məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə; MM-nın 82.3-cü; MPM-in 10.10, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Həmin qətnamə 2023-cü il 15 may tarixində proses iştirakçılarına göndərilmişdir.

37. İddiaçı 2023-cü il 13 iyun tarixində kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixl i, 2-2(106)-37/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

38. MM-in 390.1-ci maddəsinin tələbi pozulmuşdur - iddiaçı və cavabdeh arasında şifahi müqavilə bağlanılaraq iddiaçıya aid olan mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən malların özü və ya dəyəri ödənilməmişdir.

39. MPM-in 418.1-ci maddəsinin tələbləri pozulmuşdur - hazırkı iş üzrə malların verilməsi ilə bağlı əl yazılarına baxış keçirildiyi halda 2(050)-1420/2019 saylı iş üzrə pulların verilməsini təsdiq edən əl yazılarına baxış keçirilmiş və araşdırılmışdır.

40. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur - cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərkən iddiaçıdan heç bir mal almadığını, onunla heç bir alverinin olmamasını əsas gətirmişdir. Lakin apellyasiya instansiyasında səs yazılarında və cavabdeh tərəfindən verilən izahatda sübuta yetirilmişdir ki, iddiaçı və cavabdeh arasında malın alış-verişi olmuşdur. Bu hal sübuta yetirildikdən sonra cavabdeh bildirmişdir ki, 2019-cu il 31 iyul tarixli 2(050)-1420/2019 saylı qətnamə ilə müəyyən edilmiş məbləğ iddiaçının tələb etdiyi malların dəyəridir. Lakin həmin iş üzrə araşdırılma aparılarkən cavabdeh öz ifadəsində iddiaçının ona pul verməsini etiraf etmiş və mülki iş materiallarına əlavə edilmiş əl yazısı kağızlarında göstərilən məbləğlərin də ona verilməsini bildirmişdir. Lakin bu iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əl yazılarında pulun verilməsi yox, cavabde h tərəfindən çəkisi ton şəklində qeyd edilmiş malların verilməsini təsdiq edən əl yazıları təqdim edilmiş və həmin yazıların cavabdehə aid olmasını cavabdeh məhkəmə prosesində təsdiq etmişdir. Cavabdeh bütün məhkəmə proseslərində bu məbləğin qardaşı İlyasın iddiaçıya olan borcu olduğunu bildirmiş, amma Babayev İlyas tərəfindən məhkəməyə həmin borcun ona aid olmamasını göstərən ərizə ünvanlanmış və bu borcun onun iddiaçıya olan borcuna aid olmadığını bildirmişdir. Lakin məhkəmə mübahisəli məqamı araşdırmaq üçün Babayev İlyası məhkəmə prosesinə dəvət etməmiş, bu mübahisəli məqamı araşdırmamışdır. Cavabdeh əl yazılarının və imzanın ona aid olduğunu bildirsə də, həmin malın dəyərinin nə qədər olması və hansı hissənin iddiaçıya qaytarılması, hansı hissənin qaytarılmaması araşdırılmamış və beləl iklə, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhk əməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır

46. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli 2-2(106)-37/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

48. Kassasiya şikayətinin dəlillərinin əsası bundan ibarət olmuşdur ki, iş materiallar ında olan sübutlara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir.

49. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan bütün hallar kifayət qədər araşdırılmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir.

50. Belə ki, iddiaçının cavabdehlərə qarşı "pul" tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Masallı Rayon Məhkəməsinin 2019-cu il 31 iyul tarixli qətnaməsinə əsasən iddiaçı cavabdehə qarşı gələn mal partiyalarına görə 33.840 ABŞ dolları məbləğində borcun ödənilməsi tələbini irəli sürmüş, sübut kimi aralarında aparılmış haqq hesabla bağlı cavabdehin yazdığı yazını təqdim etmiş və İddiaçı iddiası həmin hissədə sübuta yetmişdir. Hazırda isə iddiaçı yenidən eyni münasibətlər, yəni İran İslam Respublikasından gətirilmiş ip alveri üzrə cavabdehə qarşı iddia irəli sürərək, cavbdehdə 40 ton çəkidə sarı XB ip malının qaldığını bildirməklə, naturada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

51. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdehlə aralarında olan ip alveri üzrə münasibətlər pozulandan sonra, cavabdehdə 40 ton çəkidə sarı XB ip malının qalmasına dair hər hansı bir mötəbər sübut verilməmişdir. Digər tərəfdən, əgər həqiqətən iddiaçının cavabdehdə qeyd edilən həcmdə malı qalmış olsa idi, 2016-cı ilin aprel ayında apardıqları haqq-hesabda buna da aydınlıq gətirilməli idi.

52. Lakin yuxarıda qeyd edildiyi kimi, həmin haqq-hesabda iki partiya mal üzrə cavabdehi n iddiaçıya borclu qaldığı məbləğdən bəhs edilmişdir ki, buna da məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Bundan başqa, tərəflərin iştirakı ilə keçirilən apellyasiya baxışı zamanı iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu səs yazısı MPM-in 10.10-cu maddəsinin tələblərinə riayət edilməklə dinlənilmiş, səs yazısının tərəflər arasında 2015-ci ildə baş tutmuş telefon danışığından ibarət olduğu müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, iddiaçı isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

54. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verərək, düzgün nət icəyə gəldiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli 2-2(106)37/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

55. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli 2-2(106)-37/2023 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar