Məhkəmə qərarları › İş №2-2(102)-407/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-407/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-407/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-407/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 22(103)-239/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Təchizatçı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında 2022-ci il 10 iyun tarixində TOP2022/01107 nömrəli təchizat müqaviləsi ilə təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşlər.

2. İddiaçı tərəfindən sübut qismində məhkəməyə Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 10 iyun tarixli müqaviləyə əsasən 13703 manat, hüquqi xidmət göstərilməsi üçün ödənilən 1 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, müqavilə öhdəliyi üzrə 2023-cü il 6 iyul tarixinə qədər olan ümumi borc məbləği 13703 manat müəyyən olunmuş, bununla bağlı cavabdehə pretenziya qaydasında 2023-cü il 6 may tarixdə müraciət edilərək, müqaviləyə əsasən yaranmış borc məbləğinin 15 gün ərzində iddiaçıya qaytarılmasını tələb edilmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. Cavabdeh MMC iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunan müqaviləni qəbul etmir. Müqavilədəki imza birmənalı olaraq cavabdehin direktoru tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən təqdim olunan elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalı və satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna dəlalət etmişdir. Elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim olunmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 oktyabr tarixli, e-2-2(113)4571/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Axundova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2022-ci il 10 iyun tarixli, TOP2022/01107 nömrəli müqavilə üzrə 11003,57 manat əsas borc, 400 manat hüquqi yardım, 200 manat mediasiya xərci olmaqla, cəmi 11603,57 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdehndən 11003,57 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

8. Cavabdehin etirazda müqavilənin direktor tərəfindən imzalanmadığını bildirməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla məhkəmə iclasları cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsinə görə bir neçə dəfə təxirə salınsa da, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, müqavilə imza ilə yanaşı, cavabdehin möhürü ilə də təsdiqlənmişdir. Ona görə də məhkəmə həmin hissə ilə bağlı cavabdehin etirazını əsassız sayır.

9. İddiaçı tərəflər arasında işgüzar münasibətlərin yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirildiyini bildirmişdir. Cavabdeh isə etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz, belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır, satılmış malın təhvil-təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir, elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir. Məhkəmə həmin hissədə də etirazı əsassız saymış və göstərmişdir ki, cavabdeh etirazında birbaşa malların ona təhvil verilmədiyini bildirməyərək, yalnız “elektron qaimələrin təhvil-təsli m aktları olmalıdır, satılmış malın təhvil-təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir, elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir” kimi ifadələrdən istifadə edərək, iddiaya etiraz etmişdir. Məhkəmə qəbul etmişdir ki, tərəflər aralarında heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Buna uyğun olaraq, iddiaçı cavabdehə elektron qaimələr göndərmişdir. Qaimələrdə göndərilmiş malların adları, miqdarı, qiyməti öz əksini tapmışdır. Elektron qaimələrlə bağlı cavabdehin bildirdikləri ona görə inandırıcı görünmür ki, cavabdeh tərəfindən göndərilən bəzi qaimələr geri qaytarılmış, qalanları isə qəbul edilmişdir, yəni cavabdeh tərəfindən iddiaçıya düzəlişlərlə geri qaytarılan qaimələr olmuşdur.

10. Belə ki, iddiaçı tərəfindən satılmış mallara görə 01 may 2023-cü il tarixə hesablaşmaların vəziyyəti barədə məhkəməyə təqdim edilən cədvəldən görünür ki, cavabdehə 68 elektron qaimə (tarix, seriya, nömrə göstərilməklə) göndərilmiş, həmin qaimələrin 5-i sistem tərəfindən, qalanları cavabdeh tərəfindən təsdiqlənmiş, 4 elektron qaimə isə düzəlişə qaytarılmışdır. Həmin qaimələr üzrə cəmi borc 17668,45 manat (14973,24 manat əsas məbləğ, 2695,21 manat ƏDV məbləği) olmuş, həmin məbləğdən 3360,22 manat əsas, 604,84 manat ƏDV məbləği ödənilmiş, qalıq məbləğ 13703,39 manat (11613,02 manat əsas, 2090,37 manat ƏDV məbləğ) olmuşdur. Düzəlişə göndərilmiş 4 elektron qaimə üzrə məbləğ 2699,82 manat olmuşdur. Məhkəmə hesab etmişdir ki, 13703,39 manatdan h əmin 4 qaimə üzrə məbləğ çıxılmaqla, qalan 11003,57 manat (13703,39-2699,82=11003,57) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Eləcə də, məhkəmə hesab etmişdir ki, iddiada göstərilmiş hüquqi yardıma görə cavabdehdən ağlabatan məbləğ olaraq 400 manat və mediasiyaya görə 200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.7, 448.1, 462.1, 467, 567, 598.1, 598.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 2-2(103)-239/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Hüseyndən və R.Ə.Qurbanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 oktyabr tarixli, e-2-2(113)-4571/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, cavabdeh müqavilənin direktor tərəfindən imzalanmadığını bildirsə də, müqavilə eyni zamanda cavabdehin möhürü ilə təsdiq edildiyindən və müqavilədəki möhür əksi isə birinci instansiya qaydasında baxılarkən mü bahisələndirilmədiyindən qeyd edilən müqavilənin cavabdehin iradə ifadəsi ilə bağlanmış etibarlı müqavilə olduğu müəyyən olunmuş və apellyasiya instansiyası mərhələsində möhür əksinin cavabdehə məxsus olduğunun müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizası təyin olunması barədə vəsatət (apellyasiya şikayətində qeyd edilmiş) əsassız hesab edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2024-cü il 21 fevral və 2024-cü il 19 mart tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ekspertiza tədqiqatı üçün zəruri olan sənədlər təqdim olunmamışdır.

16. Bundan əlavə, cavabdehin iddiaçı tərəfindən müqavilə üzrə göndərilmiş elektron qaimələrin bir hissəsini təsdiq etməsi və təqdim olunmuş elektron qaimələrin yalnız 4-nə düzəliş etməsi onu təsdiq etmişd ir ki, düzəlişə göndərilməmiş qaimələr üzrə mallar həqiqətən iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən cavabdehin alğı-satqı müqaviləsi üzrə həyata keçirilmiş ödənişləri ilə bağlı sübutlar təqdim etmiş, maddi prosessual hüququnun normasına əsasən, həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi mümkün olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları po zulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Məcəllənin 329.1, 331.1 və 337-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə - apellyasiya məhkəməsi müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməmişdir. Yazıdan da göründüyü kimi imza Orucov soyadında şəxs tərəfindən icra olunmuşdur. Həmin zaman və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını əsassız olaraq müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. İddiaçı tərəfindən tə qdim edilmiş elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları mövcud olmamışdır. - Mülki Prosessual Məcəllənin 1.3, 88, 97-ci maddələri üzrə - məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət və apellyasiya şikayətində qeyd edilsə də, müqavilədəki imzanı və aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olmasını araşdırmamışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğu nluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdə n müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhə miyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü madd əsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üç ün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 15-16), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.

28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 2-2(103)-239/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar