Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-407/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, podrat müqaviləsinin xitamının nəticələri, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(103)-190/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2022-ci il 2 mart tarixli 01/133 nömrəli xidmət müqaviləsi ilə İddiaçı MMC Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 8.1-ci bəndində onun müddəti 2023cü il 25 mart tarixinədək müəyyən edilmiş, 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur.
2. İcraçı və sifarişçi arasında 2022-ci il 2 mart tarixdə bağlanmış “X1”nda İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilməli olan xidmətləri n adı, növü və ona dair digər tələblər olmaqla, dəqiq siyahısı göstərilmişdir. Həmin siyahının məzmunundan aydın olur ki, Cavabdeh MMC-nin adı Baş sponsor olaraq İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialının anonslarında, efirdə yayımlanan zaman bölümün əvvəlində və sonunda, serialın iç blokunda yayımlanmalı, hər bölümdə bir dəfə ssenariyə uyğunlaşdırılmış 60 saniyəlik məhsul yerləşdirmə ssenarisi hazırlanmalı və yerləşdirilməli, baş sponsorun TV bantları serialın içində yayınlanmalı və reklam xarakterli digər xidmətlər yerinə yetirilməlidir. Bütün xidmətlərin dəyəri ƏDV daxil 63 720 manat müəyyən edilmişdir. 3. “X1”nda göstərilmişdir ki, Baş sponsorluq paketinə “Ofis işi” serialının aylıq 4 yeni bölümü və 4 təkrar bölümü daxildir, xidmətin icra müddəti “Ofis işi” serialının başlan ma tarixindən etibarən 3 ay təşkil edir. 4. 2022-ci il 2 mart tarixli 01/133 nömrəli xidmət müqaviləsinə Cavabdeh MMC-nin 2022-ci il 13 aprel tarixli bildirişi əsasında 2022-ci il 18 aprel tarixindən xitam verilmişdir. 5. "xxxx" MMC-nin əməkdaşı Vəfa Rüstəmova “Elektron ünvan 1” e-mail ünvanından İddiaçı MMC-nin əməkdaşı Nərgiz Hüseynovanın “Elektron ünvan 2” ünvanına xx.xx.2022ci il tarixdə aşağıdakı məzmunda məktub göndərmişdir: “Hörmətli Nərgiz xanım, Öncədən sizə bildirdiyim kimi, xx.xx.2022-ci il tarixinədək sizdən serialın rəsmi təqdimatında göndərdiyiniz vaxtlara (həftə içi İV gün saat 21:30, təkrar bazar günü) uyğun mediaplanın təqdim olunmasını xahiş edirik. Əks halda, müqaviləni birtərəfli qaydada dayandırmaq məcburiyyətində qalacağıq”.
6. İddiaçı MMC-nin əməkdaşı Nərgiz Hüseynov a tərəfindən həmin məktuba xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda cavab verilmişdir: “Salam. “Ofis işi” serialının çəkilişləri artıq bitdi. Bu gündən biz reklam kampaniyasına start vermək istəyirik və bununla bağlı efir vaxtını sizə elan etmək istəyirik. Öncə qeyd etmək istəyirik ki, sizin söylədiyiniz efir vaxtı ilə bağlı məlumatı bizim tərəfdən heç kim verməyib. Təqdimatın üstündə olan vaxta əsaslanırsınızsa, bunu ilk görüşdə şirkətin direktoru Axundzadə Cəfər qeyd etmişdi ki, serialın ilk seriyası ölkədə ilk lockdown-dan əvvəl efirə çıxan vaxtdır və bu vaxt təbii ki, dəyişəcək. Sizə ATV kanalının təklif etdiyi cümə axşamı saat 22:30 təklif olundu. Təklif olunan vaxt “prime time” olduğuna baxmayaraq Siz bu efir vaxtından imtina etdiniz və qeyd olunan vaxtın “prime time” olmadığı kim i əsas gətirdiniz (təklif olunan vaxtın “prime time” olması haqda sənəd əlavədədir). Buna baxmayaraq və nəzərə alaraq ki, siz bizim serialın baş sponsorusunuz və bu bizim ilk əməkdaşlığımızdır, biz ATV rəhbərliyi ilə yenidən danışdıq və bu serial Azərbaycan teleməkanında çəkilən ən bahalı televeziya serialı olduğunu və ATV kanalının serialın partnyoru olduğunu və kanalın reytinqini nəzərə alaraq, “Ofia işi” serialının efir vaxtını ən reytinqli və baxımlı vaxta keçirmələrini xahiş etdik. Bundan əlavə, ATV kanalı bizə əlavə ikinci təkrarı bonus kimi hədiyyə verdi (ikinci təkrar bu günə qədər ümumiyyətlə müzakirə olunmayıb). Efir vaxtı 23 apreldən başlayaraq şənbə günü saat 22:00-da, 1-ci təkrar bazar günü, 2-ci təkrar həftə içi 00:00-dan sonra. Əgər bu efir vaxtı sizi qane edirsə biz ATV kan alından aldığımız rəsmi media planı siz göndərə bilərik. Hörmətlə, Hüseynzadə Nigar”.
7. İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixindən yayımlanmağa başlanmışdır.
8. Şahid1 MTRK-nın 2024-cü il 26 yanvar tarixli məktubunda göstərilmişdir ki, MTRK ilə Şahid2 MMC arasında bağlanmış 2019-cu il 1 oktyabr tarixli müqavilə üzrə, sosial reklamlar da daxil olmaq üzrə bütün növ reklam çarxlarının..... efirə çıxarılması barədə danışıqlar aparmaq hüququ Şahid2 MMC-nə verilmişdir.
9. Şahid2 MMC-nin 2023-cü il 12 iyul və 2024-cü il 15 yanvar tarixli məktublarında göstərilmişdir ki, “Kontakt home” mağazasının sifarişi ilə "xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən, “Ofis i şi” serialının yayımlandığı 2022-ci il 21 may tarixində saat 22:22:37-də 15 saniyəlik “Kontakt Home” brendinə aid video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında və 2022-ci il 4 iyun tarixində 22:33:29-da 60 saniyəlik “Kontakt home” brendinə aid TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir.
10. Şahid2 MMC-nin 2023-cü il 17 noyabr tarixli məktubunda göstərilmişdir ki, 2022ci ilin may-iyul aylarında “ATV telekanalında “prime time” vaxtları – həftə içi: 18:00-dan 00:00-dək əhatə edən dövr; şənbə: 07.:00-dan 00:00-dək vaxtı əhatə edən dövr; bazar: 07:00-dan 00:00-dək vaxtı əhatə edən dövr olmuşdur. 11. "xxxx" MMC-nin Baş direktoru İddiaçı MMC-nin direktoru Cəfər Axundzadəyə ünvanladığı 2022-ci il 13 aprel tarixli bildirişdə qeyd etmişd ir ki, “aramızda bağlanmış 2022-ci il 2 mart tarixli 01/133 saylı müqavilə ilə tənzimlənən və tərəfinizdən göstərilən xidmətin aramızdakı razılığa uyğun şəkildə həyata keçirilmədiyi üçün həmin müqavilənin 8.2-ci bəndinə əsaslanaraq 2022-ci il 18 aprel tarixindən etibarən ona xitam vermək istəyirik”. 12. “Kontakt home” mağazasının sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən “Ofis işi” serialının yayımlandığı 2023-cü il 21 may tarixində saat 22:22:37-də 15 saniyəlik “Kontakt Home” brendinə aid video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında və 2023-cü il 4 iyun tarixində 22:33:29-da 60 saniyəlik “Kontakt home” brendinə aid TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialınd a yerləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 63.720 manat borcun, 400 manat mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən xidmətləri icra etməyi, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh i ddiaçının çəkdiyi “Ofis işi” serialına baş sponsor olmağı öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış ssenari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və həmin serialın yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh heç bir əsas olmadan tərəflər arasında bağlanmış 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərmişdir. Müqaviləni ləğv etməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bununla bağlı, cavabdehlə də fələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bundan sonra, iddiaçı icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin, pretenziyanı aldıqdan sonra da cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir və ödəməkdən imtina edir.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli, e-2-2(113)-262/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Z.Pirverdiyev).
16. Məhkəmə qeyd etmişdir ki, Şahid1 MTRK-nın 2023-cü il 12 iyul tarixli 116 saylı məktubuna əsasən, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixdən yayımlanmağa başlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə is ə göstərilən tarixdən 5 gün əvvəl, yəni 2023-cü il 18 aprel tarixində xitam verilmişdir. İddiaçı tərəfindən isə müqaviləyə cavabdeh tərəfindən xitam verilməsi əsasları mübahisələndirilməmişdir.
17. Bundan başqa, məhkəmə bildirmişdir ki, iddiaçı müqavilə üzrə xidmətlərin göstərildiyini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni “X1”nda nəzərdə tutulan xidmətləri göstərməsini təsdiq edən hər hansı bir sübutu (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim etməmişdir.
18. Həmçinin, iddiaçı tərəfindən CD-Diskdə məhkəməyə təqdim edilmiş video görüntülərdə isə cavabdehin məhsulları ilə bağlı çəkilişlərin aparıldığı təsdiq edilsə də, bu işlər “X1”nda nəzərdə tutulan xidmətlərə daxil olmadığından həmin dəlil xidmətlərin göstərildiyini təsdiq edən mötəbər sübut növü kimi qi ymətdəndirilə bilməz.
19. İddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının yayımlandığı zaman ATV telekanalının efirində cavabdehə məxsus brendə aid reklam blokları cavabdehin sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R01012022/10 nömrəli müqaviləyə əsasən yayımlanmışdır ki, bunun da iddiaçıya aidiyyatı yoxdur.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 11.1, 390.1, 390.4, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4, 13.5, 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qə tnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli, 2-2(103)-439/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və Z.A.Şirinovdan ibarət tərkibdə).
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasındakı mübahisə 2023-cü il 2 mart tarixdə bağlanmış 01/133 nömrəli baş sponsorluq barədə müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə əlaqədar yaranmışdır. MM-də xidmət müqaviləsi növündə müqavilə növü olmadığından məh kəmə hesab etmişdir ki, mübahisə oxşar, yəni podrat münasibətlərini tənzimləyən normalar və müqavilənin ləğvi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir.
24. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin cavabdeh tərəfindən pozulduğunu iddia edərək serialın hər bölümündə yayınlanması üçün cavabdehin reklamı ilə bağlı hissələrin çəkilməsi ilə əlaqədar bütün müqavilə məbləğini dəymiş zərər olaraq tələb etmişdir.
25. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan müəyyən olunmuşdur ki, müqavilənin ləğvi MM-in 421.1-ci maddəsinin tələbinə uyğundur. Cavabdehin müqavilədən imtina etmək hüququ olduğundan və bununla hər hansı müqav ilə şərtini pozmadığından, iddiaçının MM-in 424.5-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. Belə ki, həmin normaya əsasən iddiaçının xeyrinə zərərin tutulması üçün qarşı tərəfin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması tələb olunur.
26. Məhkəmə qeyd etmişdir ki, MM-in 759.2-ci maddəsində qeyd edilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı halda sifarişçi iddia edir ki, müqaviləyə xitam verilməsinin əsas səbəbi iddiaçı tərəfindən o nlara razılaşdırılmış qaydada media planın təqdim edilməməsi və “Ofis işi” serialının razılaşdırılmış saatda “ATV” kanalında yayımlanmasının təmin edilməməsi olmuşdur.
27. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, razılaşmaya əsasən “Ofis işi” serialı saat 21:30-da yayınlanmalı, bu şərt media planda öz əksini tapmalı idi.
28. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, icraçının qəsdi və ya təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində xidmətin başlama və ya təhvil verilmə, həmçinin qüsurların (hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavəyə uyğun olmaması) aradan qaldırılması müddətində gecikməyə yol verdiyi təqdirdə sifarişçi icraçıya heç bir ödəniş etmədən (ödəniş edildiyi təqdirdə isə onun qaytarılmasını tələb etməklə sifarişdən imt ina edə və/və ya müqaviləyə xitam verə bilər. İcraçı sifarişçinin bu tələbi ilə qeyd şərtsiz razılaşmalı və dərhal icra etməlidir. 5.4-cü bəndində qeyd edilir ki, icraçı özündən asılı olmayan istənilən səbəblərə (rəsmi olaraq fors-major hal kimi qeydə alınmayan, lakin öhdəliyin icrasına əngəl yaradan digər hallar, üçüncü şəxslərin hərəkət/hərəkətsizliyi və s.) görə, hazırkı müqavilənin əlavələrindən kənaraçıxmalara (o cümlədən gecikmələrə) yol verərsə, bu öhdəliyin tam və layiqincə icra olunmaması hesab olunacaqdır. İcraçı istənilən halda sifarişçidən layiqincə, tam və zamanında icra olunmamış öhdəlik üçün xidmət haqqı tələb edə bilməz.
29. Cavabdeh tərəfindən maddi sübut qismində flaş diskdə məhkəməyə tərəflər arasındakı vatsap proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalar (görüntü v ə səsli olaraq) təqdim edilmiş, iddiaçı tərəf həmin yazışmaların həqiqiliyini mübahisələndirməmişdir.
30. İddiaçı tərəfindən icraçı direktor olduğu qeyd edilən Nərgiz adlı xanımla cavabdeh tərəfindən Vəfa adlı xanım arasında gedən həmin danışıqlardan görünür ki, iddiaçının əməkdaşı müqaviləyə əsasən ödənişin həyata keçirilməsini tələb etmiş, cavabdehin nümayəndəsi isə media planın təqdim olunmasını xahiş etmişdir. Nərgiz xanım media planın təqdim edilməli olduğu ilə razılaşaraq media planın ilkin variantını göndərir və yekun variant üçün nümunə göndərilməsini xahiş edir. Bundan sonra cavabdehin əməkdaşı əvvəlki danışıqlara və iddiaçının təqdimatına istinadən qeyd edir ki, razılaşmaya əsasən serial 4-cü gün saat 21-30-da yayınlanmalı olduğu halda, qarşı tərəfin təqdim etdiyi media planın tə sdiq olunmamış ilkin variantında yayın vaxtı 22-45 qeyd edilmişdir. 2022-ci il 30 mart tarixdə Nərgiz xanım bildirmişdir ki, “ATV” kanalından yayının 22-30-da olacağı bildirilmişdir. Yayın vaxtının cavabdeh üçün bu qədər əhəmiyyətli olacağını bilmirdilər. Yayın vaxtını təyin etmək onlardan yox, kanaldan asılı olan məsələdir. Lakin çalışırlar ki, vaxt məsələsini həll edib yekun media planı göndərsinlər. Buna cavab olaraq Vəfa xanim bildirir ki, rəhbərlik bu məsələnin bu qədər uzanmasından narahatdır. Media planın razılaşdırılmış qaydada, yəni serialın saat 21-30-da yayınlanması şərti ilə təsdiq olunaraq təqdim edilməsi üçün aprel ayının 10-dək vaxt müəyyənləşdirilir, əgər bu vaxtadək bu qaydada təqdim olunmazsa baş sponsor olmaqdan imtina edəcəklər. Flaş diskdə eyni zamanda iddiaçının qarşı tərəfə təqdim etdiyi təqdimat öz əksini tapmış, həmin təqdimatda həqiqətən serialın 4-cü gün saat 21-30-da yayınlanacağı göstərilmişdir.
31. Müqaviləyə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolunun” 3-cü bəndində qeyd edilmişdir ki, icraçı xidmətin icrasını hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin rəsmi qaydada təsdiqlədikləri media plan əsasında həyata keçirəcəkdir. Qeyd olunan şərtdən əsasən, yalnız media plan təsdiq edildikdən sonra iddiaçının göstərəcəyi reklam xidməti ilə bağlı bütün standart şərtlər razılaşdırılmış hesab olunacaqdır.
32. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübuta əsasən müəyyənləşdirmişdir ki, iddiaçının göstərəcəyi reklam xidməti ilə əlaqədar qarşı tərəfə təqdim etdiyi təqdimatda öz əksini tapmış şərtlərdən fərqli şərtlər lə media plan təqdim edildiyindən sifarişçi müqavilədən imtina etməyə haqlı olmuşdur.
33. Məhkəmə hesab etmişdir ki, reklamının hansı saatda yayınlanacağı sponsor üçün mühüm şərt olduğundan (daha gec saatlarda yayımlanan serialın daha az izləyici tərəfindən izlənməsi ehtimalı nəzərə alınaraq) iddiaçının əvvəlcədən təklif edilmiş saatı dəyişdirməklə media plan təqdim etməsi müqavilənin əsaslı səbəb kimi qiymətləndirilə bilər.
34. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, müqavilə şərtlərinə əsasən iddiaçı media plan təsdiq edildikdən sonra sifarişçiyə reklam xidməti göstərməli olmadığından və faktiki olaraq reklam xidməti göstərilmədiyindən sifarişçidən hər hansı ödəniş tələb etməyə haqlı deyil. İddiaçının təqdim etdiyi video diskdəki serialın bölümlərində yayınlanmalı olan reklam çəkilişləri bağlı məhkəmə qeyd etmişdir ki, MM-in 759.2-ci maddəsinə əsasən yayına verilməmiş reklam çəkilişlərinə sifarişçinin hər hansı marağı olmadığından və cavabdehin məhsullarının reklamını serialın yayını zamanı digər şirkət həyata keçirdiyindən həmin çəkilişlərə görə müqavilə qiymətinin tam ödənilməsi barədə iddiaçının tələbi əsassızdır.
35. İddiaçı MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 2-2(102)-608/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil miş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (sədrlik edən hakim – E.Şamayev, hakimlər – Z.Babayev, Ə.Xıdırov).
37. Belə ki, məhkəmə razılaşmışdır ki, tərəflər arasında bağlanmış müqavilə “Xidmət müqaviləsi” adlandırılsa da, həmin müqavilə ilə iddiaçı müəyyən işlərin görülərək cavabdehə təhvil vermək, cavabdeh isə görülmüş işlərə görə muzd ödəmək öhdəliklərini üzərlərinə götürdüklərindən, mübahisə podrat münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə həll edilməlidir.
38. Məhkəmə həmçinin qəbul etmişdir ki, müqavilənin şərtlərinə (8.2-ci bəndinə) əsasən cavabdehin bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ verilmiş və o, həmin hüququndan istifadə edərək, iddiaçını qabaqcadan yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermişdir.
39. Lakin, hazırkı mübahisə müqavilənin ləğvi nəticəsində iddiaçıya vurulmuş ziyanla bağlıdır. Belə ki, iddiaçı müqaviləyə xitam verilənədək öhdəliklərini icra etdiyinə istinadən, müqavilə üzrə nəzərdə tutulan muzdun ona ödənilməsini tələb etmişdir.
40. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının göstərməli olduğu reklam xarakterli işlər müqavilənin şərtlərinə uyğun icra edilmədiyindən (“Ofis işi” serialının yayımlanma saatları razılaşdırılan vaxtdan gec saatlarda yayımlanması nəzərdə tutulduğundan), habelə cavabdehin görülmüş işdə marağı qalmadığından iddiaçının cavabdehdən ödəniş tələb etməsi əsassız olmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə razılaşmamışdır.
42. Belə ki, MM- in 405.1-ci maddəsinin ikinci cümləsinə görə müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
43. Hazırkı iş üzrə tərəflərin arasında bağlanmış müqavilədə və ona əlavə olan Qiymətlərin razılaşdırılması protokolunda müqavilənin predmeti olan reklam xarakterli məhsulun hansı saatlarda yayımlanacağı müqavilənin mühüm şərti kimi bilavasitə razılaşdırılmamış, həmçinin bunun mühüm şərt olması “Reklam haqqında” Qanunda və MM-də nəzərdə tutulmamışdır.
44. Halbuki, yayımın saatı cavabdeh üçün əhəmiyyətli olmaqla, müqavilənin mühüm şərti olduğu halda Məcəllənin 401.1-ci maddəsinə əsasən bu tərəflər arasında bağlanan müqav ilədə öz əksini tapmalı idi.
45. Tərəflərin əməkdaşları arasında aparılan telefon danışıqlarda yayımın saatı barədə müzakirələrin aparılması, o cümlədən cavabdehin əməkdaşının saatın dəyişməsindən cavabdeh MMC-nin rəhbərliyinin narahat olmasını bildirməsi, serialın yayımlanma saatlarının müqavilənin mühüm şərti olması anlamına gətirilməsini apellyasiya məhkəməsi müvafiq maddi hüquq normaları ilə əsaslandırmamışdır.
46. Digər tərəfdən, 2022-ci il 2 mart tarixli müqaviləyə əlavə olan X1nda iddiaçı üzərinə “Ofis işi” serialında 11 bənd üzrə öhdəliklər götürmüşdür. Lakin, həmin bəndlərin heç birində ATV kanalının günlük media planının təsdiq edilməsinin iddiaçı tərəfindən öhdəlik kimi üzərinə götürməsi qeyd olunmamışdır. Belə ki, “ATV” telekanalı (Şahid1 MTRK) müstəqil hüquqi şəxs olmaqla, müq avilənin tərəfi olmamış və iddiaçı sonuncunun fəaliyyəti ilə bağlı üzərinə hər hansı bir öhdəlik götürmək imkanında da olmamışdır.
47. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi müqavilənin podratçı olan iddiaçının bilavasitə hərəkətləri nəticəsində baş verən səbəbə görə xitam verildiyinə və cavabdehin görülən işlərdə marağı qalmadığına görə, onun yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ olmaması nəticəsinə gəlməklə, MM-in 759.2-ci maddəsini düzgün tətbiq etməmişdir.
48. Belə ki, həmin normanın şərtinə əsasən sifarişçi görülən işlərin haqqını ödəməkdən imtina üçün: - sifarişçi müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya belə hərəkətlərlə bağlı olan səbəblərə görə xitam verməli, sifarişçinin podratçı tərəfi ndən görülən işlərdə marağı qalmamalıdır.
49. Hazırkı işdə isə qeyd olunan normanın birinci şərtinin mövcudluğuna apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun hüquqi qiymət verilməmişdir.
50. Həmçinin, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən görülən işlərin mahiyyətini də nəzərə almamışdır. Belə ki, müqaviləyə görə cavabdehin sponsorluğu ilə bağlı reklam xarakterli məlumatlar “Ofis işi” serialında yayımlanmalıdır. Bəllidir ki, televiziya serialının çəkilməsi böyük insan və vaxt resurslarını tələb edir.
51. İddiaçı iddia edir ki, müqavilə üzrə işlər onun tərəfindən görülmüş, serialda cavabdehlə bağlı reklam spotları yer almışdır.
52. Lakin, serialın yayımlanması 2022-ci il 23 aprel tarixdə nəzərdə tutulduğu halda, cavabdeh müqaviləyə 2022-ci il 18 aprel tar ixdən xitam vermişdir. Apellyasiya məhkəməsi cavabdehin görülən işdə marağının qalmamasını göstərsə də, iddiaçının müqaviləyə xitam verildiyi tarixdən sonrakı qısa müddət ərzində serialda müvafiq dəyişikliklərin mümkünlüyünü, serialın yayıma verilərkən reklam xarakterli səhnələrin, anonsların və TV bantların qalıb-qalmamasını, qaldığı halda serialın neçə bölümündə olmasını, həmin bölümlərin hansı tarixlərdə yayımlanmasını araşdırmamışdır.
53. Məhkəmə qeyd etmişdir ki, X1na əsasən müqavilə üzrə ümumi məbləğ (ƏDV daxil) 63720 manat, aylıq 21240 manat nəzərdə tutulmuşdur.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı, serialın müqaviləyə xitam verildiyi tarixədək çəkilmiş bölümlərdə müqavilə üzrə göstərilən öhdəliklərini yerinə yetirdiyi və müqavilənin ləğvindən sonra reklam xarakterli m əlumatlar yayıldığı halda, cavabdehin görülən işlərə münasibətdə öhdəliyin icrasından imtinası hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
55. Bu səbəbdən ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaya MM-in 560.3.4-cü maddəsinin tələblərinə uyğun da hüquqi qiymət verilməlidir.
56. Məhkəmə gəldiyi nəticəni MM-in 401.1, 405.1, 560.3.4, 759.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
57. Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(103)-190/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, 2022-ci il 2 mart tarixli 01/133 saylı müqavilə üzrə ödəməli olduğu ƏDV daxil olmaqla 63.720 manat xidmət haqqı, 400 manat mediasiya xərci və 800 manat məbləğində hüquqi yardım xərci olmaqla cəmi 64.920 manat cavabdehdən tutulub iddiaçıya ödənilmiş, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur (sədrlik edən hakim – E.Həsənov, hakimlər – S.Bəhramzadə, L.Əliyeva).
58. Məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən müqavilənin ləğvinə dair bildirişin v erilməsinə səbəb, serialın həftə içi İV gün saat 21:30-da yayımlanacağı ilə bağlı mediaplanın təqdim edilməməsi olmuş, cavabdeh bu halı müqavilə öhdəliyinin iddiaçı tərəfindən pozuntusu olaraq qiymətləndirmişdir.
59. Halbuki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, tərəflər arasında bağlanmış 2022-ci il 2 mart tarixli müqavilədə iddiaçının günlük media planını təsdiq etmək öhdəliyi nəzərdə tutulmamış, habelə, hazırkı işin halları baxımından müqavilənin mühüm şərti sayıla biləcək “serialın yayımlanma saatları ilə bağlı razılaşma (şərt)” təsbit olunmamışdır. Hansı ki, cavabdeh, yayımın saatını müqavilənin mühüm şərti hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi.
60. Digər tərəfdən, “Kontakt home” mağazasının (cavabdeh) sifarişi ilə " xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqavilədə müxtəlif anlayışların izahı verilmiş, "xxxx" MMC və Şahid1 MTRK - “reklam yayıcısı”; Şahid2 MMC – “reklam satıcısı”; reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs (cavabdeh) – “reklam sifarişçisi”; reklam məhsullarının yayıma buraxılması üçün əmtəə nişanı, tarix, vaxt, xronometraj və s. mütləq göstəricilərin cədvəlini əks etdirən rəsmi sənəd – “Media-plan”; reklam məhsulunu televiziya və radio efirində yerləşdirilməsi üçün reklam məhsulunun adı, əmtəə nişanı, yerləşdirmə şərtləri, məbləği və s. mütləq göstəriciləri özündə əks etdirən və “Reklam satıcısı” ilə “Reklam sifarişçisi” arasında razılaşdırılm ış və təsdiq edilmiş rəsmi sənəd (media-plan və ya brift) – “Sifariş” olaraq definisya olunmuşdur.
61. Göründüyü kimi media-plan, reklam satıcısı qismində Şahid2 MMC ilə reklam sifarişçisi qismində cavabdeh arasında razılaşdırılması (təsdiq edilməsi) mümkün olan rəsmi sənəddir və həmin sənədin tərtib olunmamasına görə iddiaçının məsuliyyət daşıyacağı nəzərdə tutulmamışdır.
62. Beləliklə, tərəflər arasında bağlanmış xidmət müqaviləsini və onun tərkib hissəsi olan əlavəni, eləcə də “Kontakt home” mağazasının (cavabdeh) sifarişi ilə "xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli müqaviləni təhlil edən kollegiya hesab etmişdir ki, tərəflər serialın yayımlanma saatlarını, həmçinin iddiaçının media-plan adlandırılan sənədi hazırlamaq öhdəliyi götürdüyünü razılaşdırmamışl ar.
63. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görüləcək işin keyfiyyəti, yaxud spesifik xüsusiyyətləri ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.
64. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab etmişdir ki, cavabdeh yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir.
65. Başqa sözlə, cavabdehin görülən işlərin haqqını ödəməkdən imtina üçün əsası olmamışdır. Çünki belə əsasın mövcudluğu üçün, sifarişçi müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya belə hərəkətlərlə bağlı olan səbəblərə görə xitam verməli; sifarişçinin podratçı tərəfindən görülən işlərdə marağı qalmamalıdır.
66. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixindən yayımlanmağa başlanmış, cavabdeh müqavilənin ləğvinə dair 2022-ci il 13 aprel tarixdə bildiriş ünvanlasa da, 2022-ci il 21 may tarixində saat 22:22:37-də “Kontakt Home” (cavabdeh) brendinə aid 15 saniyəlik video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında, 2022-ci il 4 iyun tarixində 22:33:29- da “Kontakt home” brendinə aid 60 saniyəlik TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir.
67. Qeyd olunmalıdır ki, televiziya serialının çəkilməsi böyük insan və vaxt resurslarını tələb edir, cavabdehin müqaviləyə xitam verdiyi tarixdən sonrakı qısa müddət ərzində serialda müvafiq dəyişikliklər aparılması, reklam xarakterli səhnələrin, anonsların və TV bantların yeniləri ilə əvəzlənməsi üçün də kifayət qədər xərcin çəkilməsi qaçınılmazdır.
68. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı serialın bütün bölümlərinin və bölümlərdə müqavilə üzrə yer almalı olan reklam xarakterli məlumatların çəkilməsini həyata keçirmiş, lakin cavabdeh müqaviləyə serialın yayınlanmağa başlanılmasına 5 gün qalmış xitam verəcəyini bildirmişdir – bu hal isə, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, cavabdehin hüquqdan sui-istifadəsi olaraq qiymətləndirilməlidir.
69. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 385.2, 386.1, 390.1, 390.5, 390.6, 404.1, 404.2, 405.1, 421.1, 421.2, 421.3, 425.1, 560.1, 560.2, 560.3.4, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 763.1, 763.2, 764.1-ci maddələrinə, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.5, 2.0.6, 2.0.7, 2.0.8, 13.2, 13.6-cı maddələrinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
70. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
71. MM-in 404, 405.1, 441, 442, 759, 762.3-cü maddələri üzrə - iddiaçı müqavilə üzrə öhdəliyini tam və layiqli şəkildə icra etməmiş, yəni müqavilədə (əlavəsində, təqdimatda, yazışmalarda, danışıqlarda v s.) şərtləşdirilmiş zaman tələblərini (həftə içi 4-cü gün saat 21:30-da) nəzər ə almadan icra etmişdir. Bu isə cavabdehin işdə marağının itməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı ilə müqavilənin bağlanmasının əsas səbəbi və şərti xidmətin məhz iddiaçının təqdim etdiyi və tərəflərin razılaşdırdıqları Təqdimatda göstərilən müddətdə, yəni həftə içi 4-cü gün saat 21:30-da olması idi. İddiaçı nəinki müqavilə üzrə öhdəliyini layiqli şəkildə, hətta müqavilənin sənədləşməsini sona qədər həyata keçirtməmiş, yəni zəruri əlavəni media planı təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən Təqdimatda göstərilən və tərəflərin razılaşdırdıqları mühüm şərtlər idi ki, onlar da müqavilənin əlavəsində (iddiaçı tərəfindən təqdim edilməli olan media planda) göstəriləcəkdi. MM-də müqavilənin mühüm şərtlərinin müqavilənin tərkib hissəsi sayılan əlavələrində göstərilm əsini qadağan edən və ya buna məhdudiyyət qoyan hər hansı norma mövcud deyildir. Həmçinin müqavilənin əlavələrinin onun tərkib hissəsi olmaması, əlavəyə müqavilədən ayrı baxılması və ya əlavənin aid olduğu müqavilə hesab olunmaması ilə bağlı da heç bir müddəa yoxdur. Çünki müqavilə onun bütün əlavələri ilə birlikdə tam bir sənəd sayılır və ona yalnız belə halda onu düzgün təfsir etmək və ona düzgün hüquqi qiymət vermək olar. İddiaçının təqdim etdiyi və tərəflərin razılaşdırdıqları Təqdimatda şərtləşdirilmiş müddət tələblərinə (həftə içi 4-cü gün saat 21:30-da) cavab verən icranı deyil, tam başqa icranı təqdim etmişdir. Məhkəmə müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş Təqdimatı, müqavilə bağlanandan sonra tərəflər arasındakı yazışmaları və danışıqları sübut qismində qiymətləndirməmişdir.
72. MPM-in 9.3, 88-ci maddələri üzrə - Apellyasiya məhkəməsi işə baxarkən, Məcəllənin bu normalarını nəzərə almamışdır. Belə ki, məhkəmə qətnaməni düzgün əsaslandırmadan qərara gəlmiş və qətnaməni öz şəxsi mülahizəsinə əsasən çıxarmışdır. Məhkəmə işə baxarkən cavabdeh tərəfindən təqdim olunan sübutları düzgün qiymətləndirməmiş, yəni cavabdehin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, lakin iddiaçının təqdim etdiyi, işlə heç bir əlaqəsi olmayan materialları sübut qismində qəbul etmiş və yalnız onlara əsaslanaraq qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etmişdir (Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı maddi, lakin məhkəmə tərəfindən qiymətləndirilməyən sübutlar - İddiaçının Təqdimatı- E-poçt üzərindən aparılan yazışmalar - Whatsapp üzərindən aparılan yazışmalar). e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
73. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
74. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
76. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərd ə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. …” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsin də əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqav ilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağ lanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. …” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülk i hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.... 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podr atçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsu rlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər....” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasüb süzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....”
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
78. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 79. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələ ndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
80. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
81. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi iş üzrə kassasiya instansiya məhkəməsindəki birinci icraat zamanı qəbul edilən qərardakı hüquqi mövqeyə uyğun olaraq əsaslandırılmışdır.
82. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymət ləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
83. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
84. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(103)-190/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.