Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-416/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: zaminliyə və ipotekaya xitam verilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili Kənan Cabbarlının və cavabdehin nümayəndə və vəkili Əsgər Kərimovun iştirakları ilə, iddiaçı "xxxx" Firması tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-2(103)-227/2021 saylı qətnaməsindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Firması (bundan sonra – Firma) 1998-ci il 23 mart tarixdə qeydiyyata alınmışdır. 2013-cü il 26 iyul tarixə qədər 100% təsisçisi X6 (bundan sonra – Q.Cabbarov) olmuş, 2013-cü il 26 iyul tarixdən sonra 100% təsisçisi X2r.
2. Cavabdeh ASC (bundan sonra – ASC)_ ilə Q.Cabbarov arasında 2013-cü il 4 oktyabr tarixdə 117836-1-9130 nömrəli baş kredit razılaşması imzalanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Q.Cabbarova 5.000.000 manat məbləğində kredit xətti açılmışdır.
3. Həmin razılaşmanın 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqa viləsi (ləri) ilə müəyyən edilir.
4. Həmin razılaşmanın 5.1-ci bəndinə əsasən, Kredit üzrə faizlərin miqdarı, ödənilməsi şərtləri və ödənişlərin silinməsi növbəliliyi tərəflər arasında bağlanacaq kredit müqaviləsi (ləri) ilə müəyyən ediləcək.
5. Eyni tarixdə Cavabdeh ASC və Q.Cabbarov arasında 117836-1-9130/1 saylı kommersiya krediti müqaviləsi bağlanmışdır. Müqavilə 2013-cü il 4 oktyabr tarixli 117836-19130 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq bağlanmışdır. Müqaviləyə əsasən bank Q.Cabbarova 60 ay müddətinə 12 faiz dərəcəsi ilə 1.910.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 6. 2013-cü il 4 oktyabr tarixdə Bank VTB (Azərbaycan) ASC ilə ipoteka qoyan "xxxx" firması və kredit alan X6 arasında 117869-NEDVİJ-1780 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsi bağlanmış dır. Müqaviləyə əsasən ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) kredit alanın bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir.
7. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilmiş öhdəliklər Bankla kredit alan arasında Bakı şəhərində bağlanmış 2013-cü il 4 oktyabr tarixli, 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti Kredit alanla Bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir.
8. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, yuxarıda göstərilən Baş Kredit Razılaşmasına əsasən kredit alan bank tərəfindən açılmış 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xəttini, 120 ay müddətində istifadə etməyi və müvafiq ödəniş cədvəl(lər)inə uyğun olaraq həmin kredit xəttindən isti fadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri Baş kredit Razılaşması və onun ayrılmaz hissəsi(ləri)olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onların ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir. 9. 2013-cü il 4 oktyabr tarixdə Cavabdeh ASC ilə zamin "xxxx" firması arasında 117869-G_RAZ-109 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür.
10. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar X6 şəxsində bundan sonra kredit alan adlanacaq və bank arasında bağlanmış 2013-cü il 4 oktyabr tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir.
11. Müqavilənin 2.5-ci bəndinə əsasən, Bank və kredit alan arasında bağlanmış 2013cü il 4 oktyabr tarixli, 117836-1-9130 saylı Baş kredit Razılaşmasının və qeyd olunan Baş kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsinin, Bank qarantiyasının verilməsinə dair Razılaşmasının, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kredit alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə Bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kredit alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. 12. "xxxx" firmasının təsisçilərinin 2013-cü il 27 sentyabr tarixli qərarının surətindən görünür ki, Q.Cabbarov tərəfindən perekreditovka və təmir üçün Cavabdeh ASC-dən 1.910.000 ABŞ dolları məbləğində 60 aylıq kreditin alınmasına "xxxx" Firması tərəfindən zəmanət verilməsi, "xxxx" Firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya və iaşə obyekti) Cavabdeh ASCyə ipoteka qoyulması, ipoteka qoyulması və zamin durulması ilə əlaqədar olaraq müvafiq sənədlərin imzalanması üçün X1 verilməsi qərara alınmışdır. Həmin qərar X4 tərəfindən imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı "xxxx" Firması Cavabdeh ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Q.Cabbarov və bank arasında 117869-NEDVİJ-1780 saylı, 2013-cü il 4 oktyabr tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və iddiaçı ilə bank arasında 117869-G_RAN-109 saylı, 2013-cü il 4 oktyabr tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Q.Cabbarov ilə cavabdeh arası nda bağlanmış baş kredit razılaşmasına əsasən, ona 5.000.000 ABŞ dolları həcmində kredit xətti açılmışdır. Baş kredit xəttinin təminatı kimi Q.Cabbarov və iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanaraq mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə Q.Cabbarovun icarəsində olan 0,317 hektar torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,92 kv.m köməkçi sahədən ibaarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. Həmçinin, baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi də imzalanmışdır. Bundan sonra, Q.Cabbarovla bank arasında mövcud olan kommersiya kredit müqaviləsinə əsasən Q.Cabbarova 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə zaminin razılığı olmadan müqavilə üzrə öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə zaminin məsuliyyətinin artmasına və ya onun üçün əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Hazırkı halda, kredit müqaviləsi üzrə ödəniş cədvəli bir neçə dəfə dəyişdirilməklə öhdəliyin həcminin artılırmasına baxmayaraq, zamin və ipoteka qoyan olaraq iddiaçının bununla bağlı razılığı alınmamışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Bu müddəa ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və sair zəruri şərtlərin göstərilməsini ehtiva edir. Hazırkı halda, baş kredit razılaşmasında faiz dərəcəsi qeyd olunmadığından kommersiya kredit müqaviləsi bağlanarkən faiz dərəcəsi ilə bağlı zaminin və ipoteka qoyanın razılığı alınmadığından, habelə ipoteka və zaminlik müqavilələrində mühüm şərtlər qeyd olunaraq razılaşdırılmadığından 2013-cü il 4 oktyabr tarixli, 117869NEDVİJ-1780 sa ylı ipoteka müqaviləsi üzrə ipotekaya və 2013-cü il 4 oktyabr tarixli, 117869-G_RAN-109 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir.
16. İddiaçı həmçinin hesab etmişdir ki, baş kredit razılaşmasına görə bağlanmış zaminlik və ya ipoteka müqaviləsi sonradan bağlanmış kommersiya krediti müqaviləsinin təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kommersiya krediti müqaviləsinə dair zamin və ipoteka qoyan ilə heç bir müqavilə bağlanmamışdır. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 iyul tarixli, e-2-2(81)986/2019 saylı qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş vəsatət təmin edilmiş, işin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X5, "xxxx" firmasına və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, b orcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair 2(060)-35/2019 saylı işlər birlikdə baxılması üçün birləşdirilməsi qərara alınmış, iddiaçı "xxxx" Firması həmin qərardadı mübahisələndirsə də, qərardad apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələrində qüvvədə saxlanılmışdır.
18. Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 16 mart tarixli, 2(060)-2470/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair işin məhkəmə aidiyyatına dair məsələnin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 iyun tarixli, 2(102)3188/2020 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.(sədrlik edən Elşanə Vəliyeva, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlov)
20. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim-Səbinə Nuriyeva).
21. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2013cü il 4 oktyabr tarixli 117869-G_RAZ-109 saylı zaminlik müqaviləsinə əsasən, iddiaçı baş kredit razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələr üzrə borclu Q.Cabbarovun kreditor qarşısında götürdüyü öhdəliklərin tamailə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının bank qarşısında ipoteka ilə yüklü edilməsinə dair 2013-cü il 4 oktyabr tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliklər bankla kredit alan arasında bağlanmış 2013-cü il 4 oktyabr tarixli, 117836-1-9130 saylı baş kredit razılaşmasından və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. Mübahisəli kommersiya krediti müqaviləsi baş kredit razılaşması ilə eyni gündə bağlanmış, müqavilələrinin tərəfi olan Q.Cabbarov iddiaçı firmanın təsisçisi olmuşdur. Həmçinin hazırda da həmin firmanın qanuni təmsilçisi Qurban Cabbarovun oğlu Q.Cabbarovdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ipoteka və zaminlik müqavilələrinin olması və onların bu müqavilələr barədə məlumatlı olmaları öz təsdiqini tapmışdır.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 14.2.1, 373.2, 375.1, 375.2, 377.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təm in edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 may tarixli, 2-2(103)-227/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Aida Hüseyn, hakimlər Vidadi Məmmədov və Afaq Nuriyeva).
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsaslanmaqla bildirmişdir ki, baş kredit müqaviləsi, kredit müqaviləsi, zaminlik və ipoteka müqavilələri eyni gündə, yəni 2013-cü il 4 oktyabr tarixdə bağlanmışdır. İddiaçı firmanın əvvəlki yeganə təsisçisi borcalan Qurban Cabbarov, 2013-cü il 26 iyul tarixdən sonra isə yeganə təsisçi Xatirə Hüseynova olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı baş kredit razılaşması ilə eyni gündə imzalanan kommersiya krediti müqaviləsindən, ipoteka və zaminlik müqavilələrindən, hansı məbləğdə kreditin hansı müddətə və hansı məqsədlə götürülməsindən xəbərdar olmuşdur.
26. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 25 may tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
27. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
28. Apellyasiya məhkəməsi iddiaçı firmanın 2013-cü il 27 sentyabr tarixli qərarına əsaslanmaqla zamin v ə ipoteka qoyanın baş kredit müqaviləsinin şərtlərindən məlumatlı olması nəticəsinə gəlmişdir. İstinad olunan qərarda isə kreditin məbləği qeyd olunsa da faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki, faiz dərəcəsi ilə bağlı ipoteka qoyanın və zaminin razılığı alınmalı idi. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Lakin, hazırkı halda ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər kredit müqavilələrində dəqiq müəyyən olunmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
29. Məhkəmə kollegiyasının iclas ında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə iddiaçı tərəfindən apellyas iya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır (...) 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin m üəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
36. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər kredit müqavilələrində dəqiq müəyyən olunmamış, faiz dərəcəsi ilə bağlı ipoteka qoyanın və zaminin razılığı alınmamışdır.
38. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlilləri ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
39. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsinə görə iştirakçıl ardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (739.1, 739.2, 741-ci maddələri).
40. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ d igər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəliyini daşıyır. Belə müqavilənin predmetini pul məbləği təşkil etdikdə, həmin müqavilə kredit müqaviləsi sayılır və müqavilədə borcun faizlərlə qaytarılması müəyyənləşdirilə bilər.
41. İş materialları ilə müəyyən olunur ki, ASC ilə Firmanın əvvəlki 100% təsisçisi Q.Cabbarov arasında 2013-cü il 4 oktyabr tarixdə baş kredit razılaşması, eyni tarixdə həmin baş kredit razılaşmasına uyğun olaraq 117836-1-9130/1 saylı kommersiya krediti müqaviləsi bağlanmış, müqaviləyə əsasən Q.Cabbarova 60 ay müddətinə 12 faiz dərəcəsi ilə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin eyni tarixdə ASC ilə Firma və borcalan arasında bağlanmış daşınmaz əmlak ipoteka müqaviləsi ilə, xüsusi mülkiyyət hüquqi ilə Firmaya məxsu s olan qeyri-yaşayış binası borcalanın bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. ASC ilə Firma arasında eyni zamanda 2013-cü il 4 oktyabr tarixli zaminlik müqaviləsi də bağlanmış, müqaviləyə əsasən sonuncu borcalanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə öhdəliyin tam icrasını öhdəsinə götürmüşdür.
42. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
43. Hə min məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;
44. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).
45. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, Q.Cabbarov tərəfindən perekreditovka və təmir üçün ASC-dən 1.910.000 ABŞ dol ları məbləğində 60 aylıq kreditin alınmasına Firma tərəfindən zəmanət verilməsi, Firmaya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya və iaşə obyekti) ASC-yə ipotekaya qoyulması və zamin durulması ilə əlaqədar olaraq müvafiq sənədlərin imzalanması üçün X1 verilməsi barədə Firmanın təsisçiləri 2013-cü il 27 sentyabr tarixli qərar qəbul etmiş, həmin qərar Firmanın 2013-cü il 26 iyul tarixdən 100% təsisçisi olan X4 tərəfindən imzalanmışdır.
46. İstinad olunan maddi normaların mənası ilə əlaqədar olaraq və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası qeyd edirik ki, Firma fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq ipoteka və zaminlik müqavilələrini bağlamış, bu firmanın təsisçiləri tərəfindən səlahiyyət verilmiş direktorunun onları bəyənərək imzalaması, yəni rəsmiləşdirməsi yolu ilə baş vermişdir. Həmçinin, Firmanın direktorunun göstərilən müqavilələrdəki imzasının həqiqiliyi mübahisələndirilməmişdir.
47. Mülki Məcəllənin 351-ci maddəsi ilə xüsusi qayda müəyyən edilmişdir. Həmin qaydaya əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (351.3).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Mülki Məcəllənin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şər tlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin q aydası və digər zəruri şərtləri göstərilməlidir müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
49. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının qəbul edilməsinin məqsədi ipoteka qoyan və zaminləri üzərlərinə öhdəlik götürmədikləri, banklar tərəfindən suiistifadə olunaraq onlar üçün vəziyyətlərini ağırlaşdıracaq məsuliyyətdən azad etməkdir.
50. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı baş kredit razılaşması ilə eyni gündə imzalanan Kommersiya Krediti müqaviləsindən, həmçinin ipoteka və zaminlik müqavilələrindən, hansı məbləğdə kreditin hansı müddətə, hansı faizlə və hansı məqsədlə götürülməsindən xəbərdar olmuşdur. Belə olan halda kassasiya şikayətində qeyd edilən Konstitusiya Məhkəməs inin mövqeyinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.
51. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 may tarixli 2-2(103)-227/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
53. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər.
54. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 may tarixli 2-2(103)-227/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.