Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-417/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MTK “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: əsl olmayan cavabdehə qarşı qaldırılmış iddia. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 01.11.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə bağlamaq vəzifəsinin qoyulması və ödənilməmiş kommunal xidmətlər görə haqqın tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-2(103)-201/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə binanın idarə edilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ödənilməmiş 3052 manat kommunal xidmətlərə görə haqqın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat olan «xxxx» MMC kooperativ binanın 1 və 2-ci mərtəbələrində yerləşir. Hal-hazırda klinikada olan daşınmaz əmlak «xxxx» MMC-nin mülkiyyətindədir. Kooperati v rəhbərliyi cavabdeh ilə xidməti müqavilə bağlanmasını tələb etsə də, sonuncu müqavilə bağlamaqdan imtina edib. Bundan əlavə, klinika rəhbərliyinə binaya aid idarə və təsərrüfat xərclərinin ödənilməsi məqsədi ilə dəfələrlə şifahi və yazılı müraciət edilsə də, onlar qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin icrasından əsassız yayınıblar. Hal-hazıradək görülən tədbirlər heç bir nəticə verməyib, bu da binaya aid xərclərin vaxtı-vaxtında ödənilməməsinə və əlavə xərclərin yaranmasına səbəb olub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-402/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi (hakim – İ.B.Əhmədov) ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-371/2018 saylı, 20 avqust 2018-ci il tarixli q ətnaməsi (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-402/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(102)-11/2019 saylı, 16.01,2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – K.N.Bədəlov və S.Ə.Hüseynova) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)371/2018 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-2(103)-201/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev,hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-cı il tarixli, 2-2(81)402/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə iş materiallarını düzgün tədqiq etsəydi MTK tərəfindən göstərilən kommunal xidmətlərlə bağlı və həmin məbləğin hesablanmasına dair sənədlərin iş materiallarında olmasını müəyyən edə bilərdi. MTK ilə alqı-satqı müqaviləsini kimin bağlamasının isə əhəmiyyəti yoxdur. Belə ki, kommunal xidmətlərin haqqını xidmət göstərilən şəxs (hüquqi və ya fiziki) ödəməlidir. Eyni zamanda, artıq sonuncu dəfə işə apellyasiya instansiyasında baxılanadək heç bir halda cavabdehin əsl cavabdeh olmaması əsası ilə iddia tələbinin təmin edilməməli olması qənaətinə gəlinməmişdir. Yalnız Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2-2(103)-201/2019 saylı qətnaməsində göstərilmişdir ki, iddia əsl olmayan cavabdehə qarşı qaldırılmışdır. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarının 6-cı səhifəsində də istinad olunduğu kimi, Mənzil Məcəlləsinin 137.3-cü maddəsinə əsasən təşkilati-hüquqi formasında n asılı olmayaraq, hüquqi səxs tərəfindən və va fərdi sahibkar tərəfindən (bundan sonra - idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq ol unmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə binanın idarə edilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə kassasiya baxışının həddləri ilə bağlı olaraq qeyd edir ki, MPM-in 404-1-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Bununla bağlı olaraq iddiaçının tələblərindən müəyyən olunur ki, onun tərəfindən iki ayrı tələb irəli sürülmüşdür – 1) iddiaçı ilə binanın idarə edilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması və 2) cavabdehdən ödənilməmiş 3052 manat kommunal xidmətlərə görə haqqın tutulması. Beləliklə, bölünən tələblərdən söhbət getdiyi üçün tələbin ikinci hissəsi üzrə (cavabdehdən ödənilməmiş 3052 manat kommunal xidmətlərə görə haqqın tutulması) iddianın qiyməti ilə bağlı məhdudiyyət nəzərə alınmaqa kassasiya şikayətinin verilməsinə yol verilmir. Ona görə də, kassasiya məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-2(102)-417/19 saylı qərardadı ilə kassasiy a şikayəti 3052 manat kommunal xidmətlərə görə haqqın tutulması hissəsində mümkün sayılmayaraq icraata qəbul edilməmişdir. Müvafiq olaraq hazırkı kassasiya baxışının predmetini də iddia tələbinin birinci hissəsi üzrə (iddiaçı ilə binanın idarə edilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması) apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Tələbin həmin hissəsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, mübahisəli obyektin mülkiyyətçisi “xxxx” MMC-dir və mülkiyyətçi ilə “xxxx” MMC arasında 01.08.2013-cü ildə icarə müqaviləsi bağlanmışdır. “xxxx” MMC vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hazırki iş üzrə mübahisəli obyektin mülkiyyətçisi “xxxx” MMC olduğundan apelly asiya baxışı zamanı iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinnin 54-cü maddəsinə əsasən əsl olmayan cavabdehin “xxxx” MMC ilə əvəz olunması təklif olunsa belə, iddiaçı etirazını bildirmişdir. Kollegiya hesab edir ki, iddianın düzgün cavabdehə qarşı qaldırılmadığına istinadla iddianı rədd etməkdə apelyasiya məhkəməsi haqlı olmuşdur. Belə ki, MPM-in 50.1-50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafi q müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən normaların mənasına görə iddia tələbi ilk növbədə iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmalıdır, eləcə də birinci instansiya məhkəməsindəki icraat gedişində məhkəmə tərəfindən iddiaçının razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edilə bilər. Məhkəmə araşdırmaları ilə “xxxx” MMC-nin istifadə etdiyi sahənin mülkiyyətçisinin “x xxx” MMC olduğu müəyyən edildiyindən binanın idarə edilməsi barədə müqavilə bağlamaq tələbinə dair iddia da mülkiyyətçiyə qarşı qaldırılmalıdır. Beləliklə, iddia əsl cavabdehə qarşı qaldırılmadığından onun mahiyyəti üzrə əsaslılığı yoxlanılmadan rədd edilməlidir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-201/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi yoxlanılan - binanın idarə edi lməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-417/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-417/2019
01.11.2019 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver