Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-418/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-418/2023 Açar sözlər: müqavilə üzrə yaranmış borcun ödənilməsi, elektron qaimə, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 13 mart tarixli, 22(104)-63/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 2013-cü il 24 dekabr tarixli 049-X-2013 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yüksək sürətli internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçinin Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə internet şəbəkəsinə qoşulması və təqdim olunan digər xidmətlər ilə bağlı münasibətlərin tənzimlənməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə xidmətlərin dəyəri FO üzərindən 12 Mbit/s sürətlə internetə qoşulmaq, limitsiz aylıq xidmət haqqı, cəmi 480 manat, 18% ƏDV, yekun 566,40 manat müəyyən edilmişdir.
2. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi aylıq xidmət haqqını əvvəlcədən icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 (beş) bank günü müddətində köçürmə yolu ilə ödəyir. 3. 2019-cu il 3 iyun, 2019-cu il 1 iyul, 2019-cu il 1 avqust, 2019-cu il 3 sentyabr, 2019cu il 2 oktyabr, 2019-cu il 1 noyabr, 2019-cu il 3 dekabr, 2019-cu il 5 dekabr, 2020-ci il 7 fevral, 2020-ci il 6 mart, 2020-ci il 1 aprel, 2020-ci il 1 may, 2020-ci il 2 iyun, 2020-ci il 2 iyul, 2020-ci il 5 avqust, 2020-ci il 3 sentyabr, 2020-ci il 5 oktyabr, 2020-ci il 5 noyabr, 2020-ci il 1 dekabr, 2020-ci il 9 dekabr, 2021-ci il 5 fevral, 2021-ci il 4 mart, 2021-ci il 2 aprel, 2021-ci il 4 may, 2021-ci il 2 iyun, 2021-ci il 2 iyul, 2021-ci il 3 avqust, 2021-ci il 1 sentyabr, 2021-ci il 4 oktyabr, 2021-ci il 1 noyabr, 2021-ci il 2 dekabr, 2021-ci il 9 dekabr, 2022-ci il 1 fevral, 2022-ci il 2 mart, 2022-ci il 1 aprel, 2022-ci il 4 may tarixli elektron qaimələrdən görünür ki, FO kabel üzəri ndən 12 Mbit/s internet xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq ƏDV-yə cəlb edilən məbləğ 480 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 86 manat 40 qəpik, yekun məbləğ 566 manat 40 qəpik göstərilmişdir.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 2022-ci il 13 sentyabr tarixə (2019-cu il 3 iyun tarixdən 2022-ci il 4 may tarixədək) 20.019 manat 20 qəpik borcu vardır.
5. İddiaçı MMC Cavabdeh MMC-yə 2022-ci il 20 iyul tarixli mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərmişdir.
6. Mediator tərəfindən 2022-ci il 5 sentyabr tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bunda n sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 16 sentyabr tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 19.452,80 (18 % ƏDV ilə) manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2013-cü il 24 dekabr tarixli 049-X-2013 saylı müqavilə imzalanmışdır. Müqaviləyə görə icraçı, yəni iddiaçı sifarişçinin – cavabdehin Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə internet şəbəkəsinə qoşulmasını təmin edir. Müqavilənin 3.2-ci bəndinə görə Sifarişçi aylıq xidmət haqqını əvvəlcədən icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəyir. Lakin cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq iddiaçı tərəfin dən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim edilməsinə baxmayaraq ödəniş etməmişdir. Müqavilənin şərtlərinə müvafiq olaraq cavabdehə hər ay müvafiq xidmətlər göstərilmişdir. Müqavilə üzrə 2019-cu ildən 2022-ci ilədək göstərilən xidmətlərə görə 19.452,80 (18 % ƏDV ilə) manat məbləğində ödəniş bu günə kimi həyata keçirməmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442-ci maddəsinə istinad edilmişdir.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında olan xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından və elektron qaimələrdən görünür ki, cavabdehə 2019-cu il 3 iyun tarixdən 2022 -ci il 4 may tarixədək müvafiq xidmətlər göstərilmiş, lakin cavabdeh xidmətin əvəzi olaraq 2019-cu il 3 iyun tarixdən iddaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. Bununla da iddiaçı tərəf son tarixdən, yəni 2019-cu il 1 may tarixdən 3 il 2 ay sonra, yəni 2022-ci il 20 iyul tarixinə onun müqavilə üzrə hüquqlarının pozulması barədə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Bununla da iddiaçı öz iddia müddətini hər hansı bir üzrlü səbəb olmadan ötürmüşdür.
11. İddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə etiraz edərək göstərmişdir ki, borc 2019-cu ilin iyun ayında deyil, 2019-cu il iyun ayından 2022-ci il may ayınadək olan dövrdə yaranmışdır. MM-in 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn təl əblər üzrə iddia müddəti üç ildir. Borcu təsdiq edən elektron qaimələr üzrə iddia müddəti onların təqdim edildiyi vaxtdan hesablanır. Elektron qaimələrin tarixinə əsasən də iddia müddəti ötürülməmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli e-2-2(115)-2130/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, mediasiya xərci iddiaçıya aid edilmişdir (hakim-G.Quliyeva).
13. Məhkəmə işin hallarına istinad etməklə göstərmişdir ki, tərəflər arasında 2013-cü il 24 dekabr tarixdə yüksək sürətli internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə internet şəbəkəsinə qoşulmasını təmin etməyi, Sifarişçi isə müqavilə üzrə 18% ƏDV daxil 566,40 manat məbləğində haqq ödəməyi öhdəsinə gö türmüşdür.
14. İddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, tərəflər aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişçi tərəfindən aylıq xidmət haqqının icraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, 296034 nömrəli qaimə 2019-cu il 3 iyun tarixdə, saat 16:52-də göndərilmişdir. Buna baxmayaraq qeyd edilən qaimə üzrə ödəniş aparılmamış, habelə 2019-cu il 1 iyul tarixdən 2022-ci il 4 may tarixədək verilmiş e-qaimələr ödənilməmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxt isə 2019-cu il 3 iyun tarixdən başlayaraq 5 bank günü olmuşdur. Həmin tarixdən isə üç i llik müddət ötdükdən sonra qarşı tərəfə mediasiya prosesinin tətbiqi ilə bağlı məktub göndərilmişdir.
15. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.2, 373.3, 375.2, 377.1, 377.2, 377.3, 379.4, 380.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı 2022-ci il 29 dekabr tarixində apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(104)-63/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 17.753,60 manat borc və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.Hüseynzadə).
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə icraçı (iddiaçı) üçün öhdəlik müqavilənin bağlandığı anda dərhal yaranır, digər tərəf sifarişçi (cavabdeh) üçün isə bunun əvəzində öhdəlik yaranmır. Digər tərəf üçün öhdəlik, ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində əmələ gəlir. Buna müvafiq olaraq da həmin andan etibarən icraçının (iddiaçı) sifarişçidən (cavabdeh) öhdəliyi icra etmək hüququnu, yəni müqavi lə üzrə göstərilmiş xidmətin haqqının tələb edilməsi hüququ yaranır. Eyni zamanda diqqətə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti müddətsiz olmuşdur. Yəni tərəflər arasında olan hüquq münasibətləri davam edən hüquq münasibətləri olmuşdur və tərəflər bu müddət ərzində vaxtaşırı olaraq öz öhdəliklərini icra etməyi üzərlərinə götürmüşlər.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 2022-ci il 19 sentyabr tarixdə məhkəməyə müraciət etməklə 2019-cu ilin iyun, iyul və avqust ayları üçün xidmət haqqını (566,40+566,40+566,40=1699,20 manat) tələb etmək üçün 3 illik iddia müddətini ötürmüşdür. Qeyd olunan hal iş materialları ilə sübut olunur. İddiaçı digər aylar üçün yəni 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmət haqqın ın (19.452,80-1699,20=17.753,60) ödənilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmətin haqqı 17.753,60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin cavabdeh tərəfindən mübahisələndirilməsi halı iş materialları ilə sübut olunmur. Bundan əlavə, müqavilə üzrə borc elektron qaimə əsasında hesablanmışdır və cavabdeh tərəf borcu mübahisələndirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən iddia tələbini bütövlükdə təmin etməmişdir.
21. Apellyasiya məhkəməsi g əldiyi nəticəni MM-in 6.2, 372.1, 373.3, 375.2, 377.2, 377.3, 385.1, 386.1, 399.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarının 3-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamə 2023-cü il 3 aprel tarixli məktub ilə tərəflərə göndərilmiş, 2023-cü il 7 aprel tarixdə cavabdehə, 2023-cü il 8 aprel tarixdə isə iddiaçıya rəsmi qaydada çatdırılmışdır.
23. Cavabdeh 2023-cü il 3 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, idd ia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 373.2, 373.3, 377.1, 377.2, 377.3, 379.4,379.4-1, 375.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 32.4.2-ci maddələrinin tələbləri pozulmuşdur. İşdə olan sənədlərdən və maliyyə arayışından görünür ki, cavabdeh ödənişləri 2019-cu il 3 iyun tarixdən 2022-ci il 4 may tarixədək ödəməmişdir. İddiaçı 2022ci il 20 iyul tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehə məktub göndərmişdir. Mediator tərəfindən 2022-ci il 5 sentyabr tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia 2022-ci il 16 sentyabr tarixdə ver ilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, tərəflər aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişçinin aylıq xidmət haqqını icraçının hesab təqdim etdiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəməsi ilə bağlı razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, 296034 nömrəli qaimə 2019cu il 3 iyun tarixdə saat 16:52-də göndərilmişdir. Buna baxmayaraq qeyd edilən qaimə üzrə ödəniş aparılmamış, habelə 2019-cu il 1 iyul tarixdən 2022-ci il 4 may tarixədək verilmiş elektron qaimələr ödənilməmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxt isə 2019-cu il 3 iyun tarixdən başlayaraq 5 bank günü olmuşdur. Həmin tarixdən isə üç illik m üddət ötdükdən sonra qarşı tərəfə mediasiya prosesinin tətbiqi ilə bağlı məktub göndərilmişdir. Göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1, 88, 372.2-ci maddələrinin tələbləri pozulmuşdur. İşin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı üzrlü səbəb olmadan sübutları birinci instansiya məhkəməsinə təqdim etməməyinə baxmayaraq apellyasiya baxışında yeni sübutlar qəbul edib qanunun tələblərini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı sübutunu birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim et məli olsa da, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş yeni sübutu qanunun tələblərinə zidd olaraq qəbul etmiş və ona hüquqi qiymət verərək iddianı təmin etmişdir.
26. İddiaçı cavabdehə qarşı irəli sürdüyü tələblərinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir. İşə baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunan sübutlara isə şübhə ilə yanaşmış, sübutlar düzgün qiymətləndirilməmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar tam nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, MM-in 373.2-ci maddəsi tərəflər arasındakı münasibətlərə tətbiq edilə bilməz. Çünki iddiaçının tələb hüququ müqavilə bağlandıqdan sonra deyil, hər ay xidmət göstərildikdən və elektron qaimələr təsdiq edildikdən sonra yaranmış və öhdəliklər vaxtaşırı icra olunmuşdur. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norma larını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki “Maddə
372. İddia müddəti anlayışı Məcəlləsinin müvafiq müddəalarında 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə
375. İddi a müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesabl anmağa başlanır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır.
35. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı 3 illik iddia müddətini ötürmüş, habelə sübutunu birinci instansiya məhkəməsində işin məh kəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olsa da, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş yeni sübutu qanunun tələblərinə zidd olaraq qəbul etmiş və ona hüquqi qiymət verərək iddianı təmin etmişdir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri razılaşmayaraq onları iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli, 2-2(104)-63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında vaxtaşırı öhdəlik hüquq münasibətlərinin ünsürlərini daşıyan müddətsiz müqavilə bağlanmışdır. M üqaviləyə əsasən, iddiaçının müqavilə bağlandığı andan öhdəlikləri yaranmış, cavabdehin isə iddiaçı tərəfindən hesab təqdim edildiyi gündən 5 gün ərzində bank köçürməsi yolu ilə ödəniş etmək öhdəlikləri yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı olaraq iddiaçı tərəfindən 2019-cu ilin iyun, iyul və avqust ayları üçün 3 illik iddia müddəti ötürülsə də, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayınadək olan dövr üzrə müqavilə üzrə göstərilmiş xidmətlərin haqqının tələb edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir.
38. Bununla yanaşı, iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edildiyi tarixədək, tərəflər arasınd a bağlanmış N049-X-2013 nömrəli müqavilənin öz əksini tapdığı elektron qaimələr təqdim olunmuşdur ki, apellyasiya məhkəməsi əsaslı və qanuni olaraq cavabdeh tərəfindən həmin elektron qaimələrə etiraz olunmamasına istinadla iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçı tərəfindən işin birinci instansiya məhkəməsində baxılmağa hazırlandığı dövrdə, yəni iddia ərizəsi ilə birlikdə verilmiş elektron qaimələrə istinad olunmuşdur ki, cavabdehin apellyasiya məhkəməsinin həmin instansiyada təqdim olunmuş sübutlara əsasən iddianı təmin etməsinə dair dəlili anlaşılan və əsaslı deyildir.
39. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə münasibətdə həmçinin qeyd edilməlidi r ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Hazırkı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir. Beləliklə, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə yuxar ıda göstərilən müvafiq qaydada qiymət verildiyi üçün kassasiya şikayətinə qarşı etirazın dəlillərinə qiymət verilməsinə zərurət aradan qalxmışdır.
41. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli, 2-2(104)-63/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
42. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli, 2-2(104)-63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.