Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-421/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(104)-68/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 18-ci il 5 iyun tarixli, 1(101)-388/2018 saylı hökmünün surətindən görünür ki, İddiaçı1 qabaqcadan əlbir olan bir qurp şəxslə razılaşaraq Cavabdeh yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dollarını nağd şəkildə və 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş kitabçanın müxtəlif səhifələrində ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə Cavabdeh tərəfindən pulun götürülməsi qeyd olunmuş, xx.xx.2012-ci il tarixdə müqayisə edildikdə (yoxlandıqda) məbləğin 2.167.128 manat t əşkil etməklə, 115 manat artıq olduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 12 iyul tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.167.128 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh şərikli mebel satışı ilə məşğul olmuşlar. Onlar birlikdə bir neçə mebel mağazası açaraq fəaliyyət göstərmişlər. Mebel mağazalarının yerləşdiyi obyektlər iddiaçı tərəfindən seçilmiş və həmin mağazalara Türkiyə və digər xarici ölkələrdən mebellər iddiaçı tərəfindən alınaraq gətirilmişdir. Mağazalara rəhbərlik iddiaçı tərəfindən həyata keçirilmişdir. Tərəflər şərikli işlədikləri müddətdə cavabdeh tərəfindən iddiaçıya məxsus mebel mağazasından ümumilikdə 2.167.128 manat pul götürülmüş və geri qaytarılmamışdır. Cavabdeh tərəfindən götürülmüş həmin məbləğdə pullar geri qaytarılmadığı üçün iddiaçının biznes fəaliyyətinə xeyli miqdarda ziyan dəymişdir. Həmin pulların götürülməsi tərəflərin şərik işlədikləri müddətdə mühasibatlıq kitabında qeyd edilmiş və hər iki tərəfin iştirakı ilə maddi ziyanın üzləşdirilməsi aparılaraq hər ikisinin imzası ilə öz təsdiqini tapmışdır.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edilmişdir.
6. Cavabdeh tərəfində n iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli 2(043)2738/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 23 fevral tarixli 2(104)-639/2022 saylı qərardadı ilə qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli 2-2(115)-704/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – R.Məmmədov).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (mülki hüquq pozuntusu nədicəsində) ona ziyan vurulduğunu iddia edə rək 2.167.128 manat pulun alınaraq ona ödənilməsini tələb etmiş, lakin həmin zərərin nədə ifadə olunmasına dair tələbini əsaslandırmamış və həmin pulun cavabdeh tərəfindən iddiaçıya ziyan vurmaqla götürülməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Tərəflər uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarlıq fəailiyyəti ilə məşğul olsalar da, iddiaçı cavabdehlə bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş sübutlarla, həmçinin şahid ifadələri ilə cavabdehin iddiaçıya 2.167.128 manat məbləğində ziyan vurması təsdiq olunmur.
10. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan son ra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(104)-68/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə cavabdehin iddiaçıya zərər vurması müəyyən edilməmişdir. İddiaçı dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nətic əsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
14. Digər tərəfdən işdən göründüyü kimi iddiaçının birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müddətdə cavabdehin ona ziyan vurduğunu təsdiq edən yeganə dəlil istinad olunan kitabçadakı 2012-ci il 19 dekabr tarixdə aparılmış qeyddir. Həmin qeyddən isə cavabdehin göstərilən məbləği, yəni ümumilikdə 2.167.128 manat miqdarında pulu götürdükdən sonra qaytarmaması mübahisəsiz qaydada təsdiq olunmur. Çünki birincisi, həmin qeyddə cəmi məbləğin 2.167.128 manat təşkil etməklə 115 manat artıq olduğu qeyd edilmişdir ki, bu da cavabdehin iddiaçıya ziyan vurduğunu və ya da onun iddiaçıya borclu qaldığını təsdiq etmir. İkincisi, əgər həmin məbləğ əksiklik (ziyan, cavabdehin kassadan götü rüb qaytarmadığı məbləğ) kimi müəyyən olunurdusa, birgə fəaliyyət göstərdikləri 2016-cı ilin noyabr ayınadək, habelə münasibətlərinin pozulduğu 2016-cı ilin noyabr ayından iddiaçının barəsində cinayət təqibinin başlandığı 2017-ci ilin iyul ayınadək iddiaçının həmin məbləği cavabdehdən tələb etməməsi inandırıcı deyildir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1097.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamə 2023-cü il 27 mart tarixli məktubla tərəflərə göndərilmiş və 2023-cü il 11 aprel tarixdə iddiaçıya rəsmi qaydada çatdırılmış, eləcə də 2023-cü il 3 aprel tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
17. İddiaçı 2023-cü il 2 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Sadalanan prosessual hüquq normalarının tələblərini pozan məhkəmə iddiaçının üzərinə öz tələbindən kənar halların sübut edilməsi vəzifəsini qoyaraq, cavabdeh tərəfindən 2.167.128 manat miqdarında pulun qaytarılmamasının təsdiq edilmədiyini göstərmişdir. Məhkəmə birbaşa cavabdeh tərəfindən götürülən 2.167.128 manat pulun qaytarılmaması barədə sübut etmə vəzifəsini iddiaçının üzərinə qoymuşdur. İddiaçı, ümumilikdə 2.167.128 manat pulun cavabdeh tərəfindən pulun haqq-hesab kitabçasına imza etməklə götürüldüyünü sübut et mişdir. Bu hal mübahisəsizdir. Lakin cavabdehin həmin məbləğdə pulun qaytarılmasını sübut etməsi əvəzinə, məhkəmə bu vəzifəni iddiaçının üzərinə qoymuşdur.
19. Məhkəmə sübutları düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan qarşılıqlı hesablaşma zamanı cavabdehin müxtəlif vaxtlarda kassadan 2.167.128 manat məbləğində pul götürməsi barədə imzası ilə təsdiq olunmuş qeydlər vardır ki, cavabdeh məhkəmə iclaslarında imzanın onun olmadığını və iddiaçıdan pul götürmədiyini heç vaxt bildirməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi iddiaçı ilə şərikli bizneslərində cavabdehin biznesin rəhbəri olduğunu bildirmişdir. Rəhbər olan şəxs kassadan pul götürəndə nə üçün kitabçaya pulun götürülməsi barədə imza atır? Həmçinin, məhkəmədə iddiaçının fəaliyyət müddətində b ir neçə işçi ilə əmək müqaviləsi bağlaması sübut olunmuşdur. Məhkəmə bu halları araşdırmış, lakin sübutları düzgün qiymətləndirməmiş və nəticədə yanlış qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (mülki hüquq pozuntusu nədicəsində) ona ziyan vurulduğunu iddia edərək 2.167.128 manat pulun alınaraq ona ödənilməsini tələb etmiş, lakin həmin zərərin nədə ifadə olunmasına dair tələbini əsaslandırmamış və həmin pulun cavabdeh tərəfindən iddiaçıya ziyan vurmaqla götürülməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı cavabdehlə bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş sübutlarla, həmçinin şahid ifadələri ilə cavabdehin iddiaçıya 2.167.128 manat məbləğində ziyan vurması təsdiq olunmur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhk əməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.
2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxara n təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətlənd irilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(104)68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
24. İddiaçı kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasına istinad etməklə, birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müddətdə cavabdehin ona ziyan vurduğunu təsdiq edən 2012-ci il 19 dekabr tarixli qeydə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmədiyini göstərmişdir.
25. Qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
26. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin 2012-ci il 19 dekabr tarixli qeydin cavabdehin iddiaçıya ziyan vurduğunu və ya onun iddiaçıya borclu qaldığını təsdiq etmədiyinə dair mövqeyi əsaslı olmuş, cavabdehdən dəymiş zərərin əvəzini tələb edən iddiaçı isə tələbi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli məbləğ ək siklik (ziyan, cavabdehin kassadan götürüb qaytarmadığı məbləğ) kimi müəyyən olunurdusa, birgə fəaliyyət göstərdikləri 2016-cı ilin noyabr ayınadək, habelə münasibətlərinin pozulduğu 2016-cı ilin noyabr ayından iddiaçının barəsində cinayət təqibinin başlandığı 2017-ci ilin iyul ayınadək iddiaçının həmin məbləği cavabdehdən tələb etməməsi inandırıcı deyildir.
27. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(104)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
29. Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(104)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.