Məhkəmə qərarları › İş №2-2(102)-426/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-426/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-426/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” ilkin və "xxxx" MMC-nin “X1” LLC-yə qarşı razılaşma hesabatının və razılaşmanın etibarsızlığı tələbinə dair qarşılıqlı-iddia ərizələrinə dair iş üzrə QƏRAR Açar sözlər: razılaşma üzrə yaranmış borc, valyutada nağdsız hesablaşma, razılaşmanın etibarsızlığı, kəsici müddət; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili iştirak ı ilə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2-2(103)-391/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 2018-ci il 24 avqust tarixli MMC və LLC arasında "xxxx"nda göstərilmişdir ki, MMC tərəfindən 2017-ci il fevral - 2018-ci il may aylarını əhatə edən dövrdə ümumilikdə 541.000 ABŞ dolları məbləğində pul vəsaitləri və inventar alınmış, 2018-ci ilin aprel-iyul aylarını əhatə edən dövrdə isə ümumilikdə 60.900 ABŞ dolları məbləğində vəsaitlər qaytarılmışdır. MMCnin 2018-ci il 24 avqust tarixə ümumi borcu 480.100 ABŞ dolları təşkil etmişdir. 2. 2018-ci il 24 avqust tarixli (imzalanmış), 23/18 nömrəli razılaşmaya əsasən borclu MMC ş irkətlər arasında imzalanmış 2018-ci il 24 avqust tarixli yekun aktına əsasən və əvvəlki razılaşmalar çərçivəsində aldığı mal-maddi və pul-kredit vəsaitlərinə görə kreditora LLC-yə bu razılaşmanın imzalandığı günə 480.100 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edir, borclu 2018-ci il oktyabr-dekabr, 2019-cu ilin yanvar ayında hər ay 120.025 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürür, razılaşmanın şərtləri borclu tərəfindən pozulduğu halda kreditor qarşılıqlı kredit münasibətlərinin başlandığı andan çəkdiyi xərclərin əvəzi olaraq əlavə 125.000 ABŞ dollarından 60.000 ABŞ dolları əlavə olaraq borcludan tələb etmək hüququna malikdir. 3. 2/08 nömrəli, 2018-ci il 24 avqust tarixli zaminlik müqаviləsinə əsasən Cavabdeh1 (bundan sonra – Cavabdeh1) MMC-nin kreditorla (LLC şirkəti) bağlad ığı 2018-ci il 24 avqust tarixli, 23/18 nömrəli razılaşmaya uyğun olaraq üzərinə götürdüyü borcun qaytarılması üzrə öhdəliklərin bir qisminin icrasına görə kreditor qarşısında cavabdeh qismində çıxış etməyi öz üzərinə götürür. Məsuliyyət məbləği 125.000 ABŞ dolları təşkil edir və bu məsuliyyət borclu tərəfindən kreditora 300.000 ABŞ dolları ödənildiyi zamandan bitmiş sayılır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçı LLC ilk iddia üzrə cavabdeh MMC-yə və Cavabdeh1 qarşı 2020-ci il 11 mart tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 480.100 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125.000 ABŞ dolları məbləğində çəkilmiş xərcin və 96.749 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğini n, ümumilikdə 701.849 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125.000 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, LLC və MMC arasında müxtəlif biznes münasibətləri mövcud olmuşdur. Bu münasibətlərə mal alqı-satqısı, borc, investisiya və.s münasibətlər daxildir. Tərəflər, 2018-ci il 24 avqust tarixdə o dövrə qədər aralarında olan biznes münasibətlərindən yaranmış fərqləri üzləşdirmiş və 2018-ci il 24 avqust tarixli "xxxx" ilə MMC-nin LLC-yə 480.100 ABŞ dolları borcu olduğunu təsdiq etmişdirlər. Bundan əlavə, MMC 2018-ci il 24 avqust tarixli, 23/18 nömrəli razılaşmaya əsasən, "xxxx" ilə tə sdiqlənmiş borc məbləğinin oktyabr, 2018-ci tarixindən başlayaraq yanvar, 2019-cu il tarixinə qədər iddiaçıya tam şəkildə ödəmək öhdəliyi götürmüşdür. 2018-ci il 24 avqust tarixli, 23/18 nömrəli razılaşmanın 6-cı bəndinə əsasən, MMC iddiaçının qarşılıqlı münasibətlərin başlanıldığı andan etibarən 125.000 ABŞ dolları xərc çəkdiyini təsdiq etmiş və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə çəkilən xərcləri də mübahisəsiz şəkildə ödəyəcəyini bildirmişdir. Qeyd edilən razılaşmalara əlavə olaraq, 2018-ci il 24 avqust tarixdə iddiaçı və Cavabdeh1 (zamin) arasında MMC-nin öhdəliklərinin bir qisminə eyni zamanda zaminin də cavabdeh olduğu barədə zaminlik müqaviləsi imzalanmışdır. 2018-ci il 24 avqust tarixli, 2/08 nömrəli zaminlik müqaviləsinə əsasən zaminin cavabdeh olduğu məbləğ 125.000 ABŞ doll arı təşkil edir. Razılaşmanın 2018-ci il 24 avqust tarixində əldə olunması və MMC-nin öhdəliklərini ödəmə müddətinin 2018-ci il oktyabr tarixdə başlamasına baxmayaraq, 2019-cu ilin dekabr ayınadək, MMC tərəfindən heç bir ödəniş edilməmiş və öhdəliklərinə əməl olunmamışdır. Bu vəziyyəti nəzərə alaraq, iddiaçı, etibarnamə əsasında səlahiyyət verdiyi, hüquqi xidmətlər göstərən şirkət vasitəsilə MMC-yə pretenziya məktubu göndərmişdir. Pretenziya məktubu, 2019-cu il 9 dekabr tarixdə MMC-nin qanuni nümayəndəsi X3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 102, X10, 8-ci mərtəbədə yerləşən ofisində imzalanaraq təhvil alınmışdır. Pretenziya məktubunun verilməsindən iki aydan çox müddət keçməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. 2018-ci il 24 avqust tarixli, 23/18 nö mrəli razılaşmada və 2018-ci il 24 avqust tarixli üzləşdirmə nəticəsində müəyyən olunmuş razılaşma hesabatında MMC-nin LLC-yə 2018-ci il 24 avqust tarixinə 480.100 ABŞ dolları borcu olması əksini tapmışdır. 2018-ci il 24 avqust tarixli, 2/08 nömrəli zaminlik müqaviləsində zaminin MMC-nin LLC-yə olan öhdəliklərinin 125.000 ABŞ dolları olan hissəsinə zamin hesab olunduğu əksini tapmışdır. Təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan 480.100 ABŞ dolları əsas öhdəliyə və LLC tərəfindən münasibətlərin başlanğıcından etibarən çəkilmiş xərc olan 125.000 ABŞ dolları vəsaitlərə 2018-ci il üzrə 2018-ci il 24 avqust tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş illik 12 faiz dərəcəsi (10 faiz uçot dərəcəsi + 2 faiz) tətbiq olunmaqla müvafiq olaraq 20.324 ABŞ do lları və 5.291 ABŞ dolları, 2019-ci il üzrə illik 11,75 faiz dərəcəsi tətbiq olunmaqla müvafiq olaraq 56.447 ABŞ dolları və 14.687 ABŞ dolları faizlər hesablanmış və MMC tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğ 701.849 ABŞ dolları olaraq müəyyən olunmuşdur.

6. MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə LLC arasında bağlanmış 2018-ci il 24 avqust tarixli Razılaşma Hesabatının qismən, yəni MMC tərəfindən 150.000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, MMC ilə LLC arasında bağlanmış 2018-ci il 24 avqust tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, MMC LLC-dən təşkilatdan 541.000 ABŞ dolları dəyərində nağd pul vəsaiti və mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və cəmiyyətin mühasibatlıq sənədlərində həmin pul vəsaitinin və malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Buna baxmayaraq həmin aktı imzalayan zaman MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X4 mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Halbuki, cavabdeh təşkilat tərəfindən MMC-nin bank hesabına 2017-ci il 21 fevral tarixdə 100.000 ABŞ dolları və 27 mart 2018-ci il tarixdə 50.000 ABŞ dolları olmaqla, ümumilikdə 150.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunan məbləğdən başqa cavabdeh təşkilat tərəfindən MMC-yə 391.000 ABŞ dolları dəyərində pul vəsaiti və ya mal verilməmiş və bu halı təsdiq edən hər hansı sənəd (sübut) mövcud deyildir. Həmçinin MMC ilə LLC arasında bağlanmış 2018-ci il 24 avqust tarixli, 23/18 saylı "xxxx"ya əsasən, 2018-ci il 24 avqust tarixli "xxxx"nda göstərlmiş borc məbləği MMC tərəfindən 4 ay müddətində hissə-hissə cavabdeh təşkilata ödənilməlidir. 2018-ci il 24 avqust tarixli "xxxx"na əsasən MMC tərəfindən cavabdeh təşkilata 60.900 ABŞ dolları dəyərində pul vəsaiti və mal verilmişdir. Belə olan halda MMC-nin cavabdeh təşkilata 89.100 ABŞ dolları dəyərində borcu qaldığından 2018-ci il 24 avqust tarixli, 23/18 saylı "xxxx"nın əhəmiyyəti qalmamışdır. Sadalanan xüsusatlara əsasən, MMC ilə LLC arasında bağlanmış 2018-ci il 24 avqust tarixli "xxxx"nın qismən, yəni MMC tərəfindən 150.000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsinə və 2018-ci il 24 avqust tarixli, 23/18 saylı "xxxx"nın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir.

8. Daha sonra ilk iddia üzrə iddiaçı LLC məhkəməyə ərizə təqdim edərək iddianın təmin tədbiri kimi cavabdeh MMC-nin “X11 Azerbaijan” ASC-dəki AZ77KABA******************** nömrəli bank hesabına 480.100 ABŞ dolları məbləği həcmində (yəni əsas borc həcmində) həbs qoyulmasını, MMC-yə 221.749 ABŞ dolları dəyəri (vurulmuş zərər və əldən çıxmış faydanın həcmi) həcmindəki əmlakını və pul vəsaitini özgəninkiləşdirmək qadağan edilməsini və hesabda 480.100 ABŞ dolları məbləğ olmadığı halda, iş üzrə məhkəmənin yekun aktı qanuni qüvvəyə minənədək cavabdehə yeni bank hesabının açılması üçün şəhadətnamə-dublikatın alınması və bank hesabı açılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş dir.

9. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1132/2020 saylı, 2020-ci il 16 iyun tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, MMC-nin “X11 Azerbaijan” ASC-dəki AZ77KABA******************** nömrəli bank hesabına 480.100 ABŞ dolları məbləği həcmində həbs qoyulmuşdur.

10. Bununla bağlı ilk iddia üzrə cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 2-2(113)-1132/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, pandemiya dövründə cəmiyyətin hesabına qoyulmuş həbsin müddətinin təxminən 7-8 ay davam etməsi, onun fəaliyyətinin dayanmasına və yüz nəfərdən artıq işçinin iş yerinin itirilməsinə səbəb ola bilər.

11. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1132/2020 saylı, 2020-ci il 16 iyun tarixli qərardadı ilə şi kayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 2-2(113)-1132/2020 nömrəli qərardadı dəyişdirilərək MMC-nin “X11 Azerbaijan” ASC-dəki AZ77KABA******************** nömrəli bank hesabına işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 480.100 ABŞ dolları həcmində həbs qoyulmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, 2-2(113)-1132/2020 saylı qətnaməsi ilə ilk iddia qismən - cavabdeh MMC-dən 480.100 ABŞ dolları məbləğində əsas borc, 24.005 ABŞ dolları faiz, cəmi 504.105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində vəsaitin tutularaq iddiaçı LLC-nin xeyri nə ödənilməsi hissəsində təmin olunmuş, qarşılıqlı iddia rədd edilmişdir (hakim-E.Əliyev).

13. Məhkəmə göstərmişdir ki, MMC-nin iddiaçı LLC qarşısında 480.100 ABŞ dolları məbləğində əsas borcunun olması, Cavabdeh1 isə iddiaçının qarşısında 125.000 ABŞ dolları məbləğə münasibətdə zamin durması məhkəmədə öz təsdiqini tapmış, lakin iddiaçı LLC daxili bazarın monitorinqinə (mütəxəssislərin gəlməsi, qalmaq, yemək və digər xərclər) görə çəkdiyi xərclə bağlı 125.000 ABŞ dolları məbləğində vəsait tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Bununla yanaşı cavabdehin 480.100 ABŞ dolları məbləğində vəsaiti özündə qanunsuz saxlamaqla faydalanması ilə bağlı LLC tərəfindən 1 il üçün 12% dərəcəsi ilə faizin tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, MMC-nin həmin vəsait i özündə saxladığı dövrdə istifadə etməklə fayda, gəlir, artım və ya bəhər əldə etməsi ilə bağlı LLC tərəfindən məhkəməyə sübut təqdim edilmədiyinə görə faiz dərəcəsi Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi ilə deyil, mülki qanunvericilikdə müəyyən olunmuş 5%-lə hesablanmalıdır. Belə ki, illik faiz dərəcəsi 5% olduğu təqdirdə 480.100 ABŞ dolları məbləğində borcun faizi 24.005 ABŞ dolları (480100:100x5) təşkil edir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı MMC LLC ilə arasında bağlanmış 2018-ci il 24 avqust tarixli "xxxx"nın qismən və MMC ilə LLC arasında bağlanmış 2018-ci il 24 avqust tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab olunmasını tələb etsə də, məhkəməyə bununla bağlı sübutları təqdim etməmişdir.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443, 449, 567, 598-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 119.1-ci maddəsi ilə əsaslandırmışdır.

17. İlkin iddia üzrə iddiaçı LLC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələblərinin təmin olunmadığı hissədə ləğv, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 dekabr tarixli, 2-2(113)-1132/2020 nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti, onun verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi əsası ilə geri qaytarılmışdır.

19. İlkin iddia üzrə iddiaçı LLC həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və şikayətin bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-273/2021 saylı, 2021-ci il 8 fevral tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı LLC-nin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 dekabr tarixli, 2-2(113)-1132/2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia tələbi üzrə cavabdeh MMC də apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin 89.100 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2-2(103)-391/2021 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1132/2020 saylı 2020-ci il 14 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər –R.Qurbanov və V.Baxışova).

23. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi ilk iddia üzrə cavabdehlə münasibətlərinin yarandığı gündən çəkdiyi 125.000 ABŞ dolları məbləğində xərcin sonuncudan tutulması dəlili ilə bağlı qeyd etmişdir ki, borclunun 125.000,00 ABŞ dolları məbləğində pulu kreditora ödəməyi öhdəsinə götürməsi barədə tərəflər arasında imperativ razılaşma şərti mövcud olmamışdır. Bu halda borclu sadəcə, gələcəkdə kreditorun ona qarşı müvafiq iddianı qaldırmaq hüququna malik olmasını tanımışdır. Bu hüququn reallaşdırılması isə o halda baş tuta bilər ki, borcun tələb edilməsi anında ya borclu həmin tələbi qəbul edib ödəməyi öz öhdəsinə götürsün, ya da həmin xərclər kreditor tərəfindən sübutlarla əsaslandırmış olsun. Konkret halda borclu (yəni ilk iddia üzrə cavabdeh) həmin borcu qəbul etmir, ilk iddia üzrə iddiaçının isə xərcləri təsdiq edən sübutları mövcud olmamışdır.

24. Məhkəmə kollegiyası eyni zamanda ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə, iddiaçının illik faiz və əldən çıxmış faydaya görə hesablanmış faiz məbləğinin azaldılmasını mübahisələndirən dəlilləri ilə də razılaşmamış və hesab etmişdir ki, borclu 2018-ci il 24 avqust tarixindən etibarən razılaşmada n əzərdə tutulan, dörd ay müddətində ödəməyi öhdəsinə götürdüyü 480.100,00 ABŞ dolları məbləğində borcunu bərabər hissələrlə ödəməyə borclu olduğu halda, həmin borcunu ödəməmiş, kreditor (ilk iddiaçı) isə bunun müqabilində Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq hərəkət etməmiş, razılaşma müddəti bitdikdən bir il sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu baxımdan və Mülki Məcəllənin 458-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ilk iddiaçının faiz tələbinin 24.005,00 ABŞ dolları məbləğində müəyyən edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirmişdir.

25. İlk iddia tələbi üzrə cavabdeh MMC-nin apellyasiya şikayətinin hesabatın və razılaşmanın etibarsız hesab edilməsi ilə bağlı dəlilləri də əsassız olmuşdur. Bel ə ki, konkret halda, onlar tərəfindən 2018-ci il 24 avqust tarixində bir araya gəlinərək, MMC-nin özünün də istinad etdiyi 2017-ci il 18 fevral və 2018-ci il 14 mart tarixli beynəlxalq müqavilələrdən irəli gələn borc pul və mal alğı-satqısından irəli gələn münasibətlərinə aydınlıq gətirməklə, mübahisələndirilən hesabatı və razılaşmanı imzalamaları mülki qanunvericiliyin tələblərinə tamamilə uyğundur. MMC 2018-ci il 24 avqust tarixində imzalayıb təsdiq etdiyi həmin hesabat və razılaşmanın etibarsızlığını mübahisələndirmək üçün mülki qanunvericiliklə müəyyən edilən kəsici iddia müddətini də ötürmüşdür. MMC hesabat və razılaşmanın imzalayıb möhürü ilə təsdiq etdiyi 2018-ci il 24 avqust tarixində onların etibarsızlığına əsas olan halları bilmişdir və ya bilməli olduğu halda, 1 il 9 ay keçdikdə n sonra – 2020-ci il 12 may tarixində sənədlərin etibasızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici iddia müddətini ötürmüşdür.

26. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 351.3, 354.2, 385.1, 881.2, 882.1, 882.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. İlk iddia üzrə cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin 89.100 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni Qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

28. MMC LLC-dən 391.000 ABŞ dolları məbləğində nağd pul vəsaiti v ə mal almamışdır və cəmiyyətin mühasibatlıq sənədlərində mübahisələndirilən “razılaşma hesabatında” qeyd olunmuş pul vəsaitinin nağd qaydada alınmasına və malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçı tərəfindən pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyyənləşdirilməmiş, mübahisələndirilən “razılaşma hesabatında” qeyd olunmuş pul vəsaitlərinin göstərilmiş tarixlərdə nağd qaydada alınmasını təsdiq edən kassa mədaxil orderləri də mövcud deyildir.

29. Tərəflər arasında bağlanmış 2017-ci il 18 fevral tarixli və 2018-ci il 14 mart tarixli müqavilələrin 2.4-cü bəndinə əsasən məhsulun hər partiyasına görə ödəniş Alıcı tərəfindən İnvoys alındıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin Satıcının bank hesabına köçürülməsi yolu ilə, 100% qabaqcadan ödəniş formasında həyata keçirilir. Beləliklə də qeyd olunan müqavilələrdə pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyyənləşdirilməmişdir.

30. Azərbaycan Respublikası Mərkəzi X6 2002-ci il 27 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydaların 2.1.2-ci bəndinin tələblərinə əsaslanara qeyd olunmuşdur ki, mübahisələndirilən "xxxx"nın əsasını təşkil edən, yəni nağd pul vəsaitinin və malın alınmasını təsdiq edən hallar mövcud olmamışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçı tərəfindən pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyyənləşdirilməmiş, iddia tələbind ə qeyd olunmuş nağd pul vəsaitlərinin 2018-ci il 24avqust tarixli Razılaşma Hesabatında qeyd olunan tarixlərdə iddiaçının adından kimin tərəfindən MMC-yə təqdim edilməsi, qeyd olunan nağd pul vəsaitlərinin gömrük orqanlarında bəyan edilməsi, vəsaitlərin ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində Cəmiyyətin kassasına mədaxil edilməsinə dair ilk iddia tələbi üzrə iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi əgər iddiaçı LLC cavabdeh MMC-yə iddia tələbində qeyd olunan məbləğdə nağd pul vəsaitini vermiş olsaydı, o zaman qeyd olunan Qaydaların yuxarıda göstərilən şərtlərinə əməl edilməsini təmin etməli idi. Beləliklə, mübahisələndirilən "xxxx"nın əsasını təşkil edən, yəni nağd pul vəsaitinin və malın alınmasını t əsdiq edən halların mövcud olmamasına baxmayaraq, həmin hesabatı imzalayan zaman MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X4 diqqətsizliyə yol vermiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət edərək imzaladığı razılaşma hesabatının məzmunu barəsində səhv etmişdir.

31. Eyni zamanda ilk iddia tələbinin təmin olunması nəticəsində “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydalarının tələblərinə uyğun olaraq ölkəyə gətirilməmiş və alınmamış külli miqdarda xarici valyuta şəklində pul vəsaitinin məhkəmə qətnaməsinin icrası qaydasında ölkədən çıxarılmasına zəmin yaranmış olur. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edərək mübahisəy ə heç bir aidiyyatı olmadığı halda Mülki Məcəllənin 881.2, 882.1 və 882.5-ci maddəllərini tətbiq edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki tərəf qarşılıqlı şəkildə 2018-ci il 24 avqust tarixində mübahisələndirilən hesabatı və razılaşmanı imzalayıb, müəssisələrin möhürləri ilə təsdiq etməklə qeyd olunan beynəlxalq müqavilələrdən irəli gələn münasibətləri ilə bağlı öz iradə ifadələrini etiraf etmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin predmetini isə (müqavilələrin 1.1 və 1.2-ci bəndlərində) hər hansı borc münasibətləri deyil, balıq məhsullarının tədarük edilməsi təşkil edir və həmin müqavilələrin heç bir bəndində nağd qaydada pul vəsaitlərinin borc kimi verilməsi nəzərdə tutulmamışdır. 32. 2018-ci il 24 avqust tarixli razılaşma hesabatının müvafiq bəndlərində nağ d pulun razılaşmaya əsasən verilməsi qeyd olunsa da, həmin razılaşmanın predmetinin və məzmununun nədən ibarət olması, pul vəsaitinin hansı müddətə və nə məqsədlə verilməsi, eləcədə pul vəsaitinin hansı müddətə qaytarılmalı olması barədə ilk iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Eyni zamanda qeyd edirəm ki, ilk iddiaçı xarici hüquqi şəxsdir, həmin hüquqi şəxsin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı yoxdur, eləcədə Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda hesablaşma hesabı mövcud deyildir. Belə olan halda iddiaçı tərəfindən Azərbaycan Respublikasına nağd qaydada xarici valyuta ilə pul vəsaiti gətirilmədiyi halda külli miqdar təşkil edən xarici valyutanın iddiaçı tərəfindən hardan əldə edilərək MMC-yə nağd qaydada verilməsi aydınla şdırılmamış qalmaqdadır. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi qeyd olunan xüsusatlara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmişdir.

33. Apellyasiya instansiya məhkəməsinin (eləcədə birinci instansiya məhkəməsinin) mübahisəyə yanaşdığı hüquqi mövqeyə əsasən belə nəticə çıxır ki, mübahisələndirilən razılaşma hesabatında nağd qaydada verildiyi iddia edilən məbləğ “yüz min” məbləğlə deyil, “bir milyon”, “on milyon”, “yüz milyon” məbləğində ifadə olunsaydı da belə, razılaşmada tərəflərin imzasının və möhürünün olması həmin məbləğin alınmasının təsdiqi baxımından yetərlidir və həmin məbləğdə nağd pul vəsatinin «Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında» Qaydalarının tələblərinə uy ğun şəkildə rəsmləşdirilməsinin heç bir əhəmiyyəti yoxdur. Belə olan halda istənilən xarici hüquqi şəxs hər hansı bir yerli hüquqi şəxslə yüz milyon dollar məbləğində nağd pul vəsaitinin verilməsinə dair yazılı şəkildə formal sənəd (hazırda mübahisələn Razılaşma Hesabatı formasında) imzalanar, həmin sənəd əsasında məhkəməyə müraciət edilərək iddia tələbi təmin olunar və bununla da yüz milyon dollar məbləğində pul vəsaiti məhkəmə qətnaməsinin icrası qaydasında Ölkədən çıxarılar.

34. Apellyasiya instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsini tətbiq edərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı hesabat və razılaşmanı imzalayıb möhürü ilə təsdiq etdiyi 2018-ci il 24 avqust tarixində onların etibarsızlığına əsas olan halları bilmiş və ya bilməli olduğu halda, 1 il 9 ay keçdik dən sonra - 2020-ci il 12 may tarixində sənədlərin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici müddəti ötürmüşdür. Apellyasiya instansiya məhkəməsin gəldiyi nəticə ilə bağlı onu qeyd edilməlidir ki, hesabat və razılaşma 24 avqust 2018-ci il tarixində imzalanan zaman MMC-nin təsisçiləri və direktoru başqa şəxslər olmuşdur. Həmçinin, 2019-cu ilin noyabr ayında, yəni hesabat və razılaşmanın imzalanması tarixindən 1 il 2 ay sonra MMC-nin təsisçiləri və direktoru dəyişmiş və bu halı təsdiq edən səndlər iş materiallarında mövcuddur. Cəmiyyətin yeni təsisçisinin və direktorunun mübahisələndirilən 2018-ci il 24 avqust tarixli hesabat və razılaşmanın mövcud olmasından 2019-cu ilin dekabr ayında məlumatları olmuşdur. Belə ki, M MC-nə ünvanlanmış 2019-cu il 6 dekabr tarixli pretenziya məktubu 09 dekabr 2019-cu il tarixdə Cəmiyyət tərəfindən qəbul edilmiş və həmin məktubun məzmunu ilə tanış olduqdan sonra əvvəlki direktor tərəfindən qeyd olunan hesabat və razılaşmanın imzalanması məlum olmuşdur. Bundan sonra ilk iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra MMC tərəfindən qeyd olunan hesabat və razılaşmanın etibarsızlığına dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hesabat və razılaşma 2018-ci il 24 avqust tarixində imzalanan zaman MMC-nin təsisçiləri və direktoru başqa şəxslər olmuş, Cəmiyyətin yeni direktorunun və təsisçisinin həmin hesabat və razılaşmanın mövcud olmasından isə 2019cu ilin dekabr ayında məlumatları olmuş və bir il müddət keçmədən hesabat və r azılaşmanın etibarsızlığına dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Həmçinin cavabdeh MMC tərəfindən 2021-ci il 7 sentyabr tarixində məhkəməyə daxil olmuş kassasiya şikayətinə əlavədə göstərilmişdir ki, hazırkı işə apellyasiya məhkəməsi tərəfindən baxılıb iş üzrə qəbul edilən məhkəmə qətnaməsində apellyasiya baxışının predmeti olmayan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı LLC-nin Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, 2-2(113)-1132/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 dekabr tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan LLC tərəfindən verilmiş şikayət isə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli 2021-ci il 8 fevral tarixli qərardadı ilə təmin edilməmişdir. Beləliklə, apellyasiya baxışının predmetini yalnız MMC tərəfindən verilmiş apellyasiya şikayəti təşkil etsə də (bu halı məhkəmə iclas protokolu da təsdiq edir), işə baxan apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməsində apellyasiya baxışının predmeti olmayan apellyasiya şikayətinin dəlillərinə münasibət bildirib hüquqi qiymət vermişdir. 35. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv, ilk iddia tələbinin 89.100 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi.

37. İlk iddia tələbi üzrə iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

38. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə və vəkil ilə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəbinin olması barədə məlumat verməmişdir. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üz rlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İlk iddia üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə

351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti “... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....”. Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər “... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqav ilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqund an dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini b aşqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət KM2 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. [378] 449.2. Bank uçot dərəcəsini Azərbayca n Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. [379] 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə on un ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Maddə

881. Barışıq razılaşması haqqında müqavilə “... 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir....”. Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir....”. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasə n və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Nağdsız hesablaşmaların məqsədi Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə m əşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1. Qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər.

2. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlə r.

3. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.

4. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gətirilmə tarixi, gətirmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bank ına, maliyyə monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürmə bilərlər. Qeyrirezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.

6. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllə r nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

7. Bu maddənin 1-6-cı bəndlərində müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan qeyrirezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən edir.

8. Qeyri-rezidentlər valyuta sərvətlərini manatla almaq və satmaq hüququna malikdirlər. Maddə

13. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta tənzimlənməsinin əsas orqanı kimi

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasınd a valyuta tənzimini həyata keçirən əsas orqandır.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq: a) Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir; b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir; v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını, habelə Azərbaycan Respublikasında qeyri-rezidentlərin milli valyuta ilə və milli valyutada qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını müəyyən edir; q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi, gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda rezidentlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri istisna olmaqla) tərəfindən xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir; d) valyuta əməliyyatları üzrə statistikanın vahid formasını, təqdim olunması qaydasını və müddətini müəyyən edir; e) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və dərc edir; ə) bu Qanunda və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir. “Mərkəzi Bank haqqında” Az ərbaycan Respublikası Qanunu Maddə

8. Mərkəzi Bankın normativ xarakterli aktları 8.1. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. 8.2. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qa ydaları” Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 8 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

43. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

44. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğun luğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2021-ci il 6 may tarixli, 2-2(103)-391/2021 saylı qətnaməsi qismən, ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Apellyasiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, 2018-ci il 24 avqust tarixli 23/18 saylı razılaşmasına əsasən MMC-nin əvvəlki razılaşmalar çərçivəsində aldığı mal-maddi və pul-kredit vəsaitlərinə görə LLC-yə 480.100 ABŞ dolları borcu mövcud olmuşdur.

46. İş materiallarından göründüyü kimi tərəflər arasında 2018-ci il 24 avqust tarixdə "xxxx" imzalanmışdır. Həmin hesabata əsasən LLC tərəfindən MMC-yə 2 017-ci ilin fevral ayında 100.000 ABŞ dolları, 2018-ci ilin mart ayında isə 50.000 ABŞ dolları müqaviləyə əsasən bank köçürməsi yerinə yetirilmiş, 2018-ci ilin fevral ayında 41.000 ABŞ dolları məbləğində mal, eyni zamanda 2018-ci ilin mart ayında 2 dəfə ayrı-ayrılıqda 100.000 ABŞ dolları, 2018-ci ilin may ayında isə ayrı-ayrılıqda 40.000 ABŞ dolları və 60.000 ABŞ dolları nağd pul vəsaitləri verilmişdir.

47. LLC tərəfindən MMC-yə 150.000 ABŞ dolları məbləğində vəsaitin bank köçürməsi yolu ilə ödənilməsi iş materiallarında olan bank qəbzlərinə əsasən öz təsdiqini tapsa da, 41.000 ABŞ dolları dəyərində malın verilməsi, habelə ümumilikdə 350.000 ABŞ dolları nağd pulun verilməsinə dair sübutlar iş materiallarında mövcud olmamışdır. 48. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 49. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər (11.1, 11.5-ci maddələri). 50.Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqandır. Azərbaycan Respublikası Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir (13.1, 13.2b). 51. “Mərkəzi Bank” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normat iv xarakterli aktları müstəqil qəbul edir. 52. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.3-cü maddəsinə əsasən, normativ xarakterli akt, bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin qanunun 4.1.3-cü maddəsi 2016-cı il 30 sentyabr tarixədək olan redaksiyada X2 Azərbaycan Respublikasının normativ xarakterli aktları sırasına aid etmiş, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 2016-cı il 30 sentyabr tarixli Konstitusiya Qanunu ilə “X5” ifadəsi “maliyyə bazarları tənzimləyicisinin qərarları” ifadəsi ilə dəyişd irilmişdir.

53. Aydın olduğu kimi həm “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunu, həm “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası Qanunu, həm də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu X2 normativ xarakterli aktlar sırasına aid etmişdir.

54. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolla rı ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər (2.1, 2.3-cü bəndləri)

55. Normativ xarakterli aktın göstərişindən aydın olduğu kimi, rezident və qeyrirezident hüquqi şəxslər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsinin müəyyən prosedur çərçivəsində mümkün olması müəyyən edilmişdir. Qaydaların tələbləri həmçinin bu məsələ ilə bağlı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun göstərişləri ilə də eynilik təşkil edir (Qanunun 11.5-ci maddəsi).

56. Həmçinin, Azərbaycan Resp ublikası Mərkəzi Bankının 2016-cı il 8 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən, Rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. İdxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəya nnaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Valyuta əməliyyatını təsdiq edən gömrük bəyannaməsi elektron formada tərtib edildikdə, sənədə ödənişin tam və ya qismən həyata keçirilməsi barədə qeyd bankın məsul işçisi tərəfindən elektron formada daxil edilir (5.1, 5.2, 5.3-cü bəndləri).

57. Hazırkı halda, tərəflər arasında bağlanmış 2018-ci il tarixli "xxxx"nda LLC tərəfindən MMC-yə 41.000 ABŞ dolları dəyərində olan malın, habelə nağd qaydada ödənilmiş ümumilikdə 350.000 ABŞ dollarının isə xarici hüquqi şəxs olan LLC tərəfindən Azərbaycan Respublikası ərazisinə qanunvericiliyinə əsasən müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə gə tirilməsi iş materialları müəyyən edilməmiş, hesabatla həyata keçirilmiş əməliyyatların hansı öhdəliklərə əsasən yerinə yetirilməsi aydın olmamış, apellyasiya məhkəməsi isə göstərilən hallarla bağlı tam və hərtərəfli araşdırma aparmamışdır.

58. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (49.2).

59. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqav ilə şərtləri qoymaqda sərbəstdirlər.

60. İş materiallarından aydın olduğu kimi, tərəflər arasında 2018-ci il 24 avqust tarixli MMC-nin LLC-yə 480.100 ABŞ dolları borcunun olduğunu nəzərdə tutan Razılaşma, eyni tarixli "xxxx"nın əsasında bağlanmışdır. Həmin "xxxx"nın isə forma baxımından olmasa da, məzmun və onun icrası prosesi baxımından Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olub-olmaması apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.

61. Apellyasiya məhkəməsi tərəfindən göstərilən halların tam və hərtərəfli araşdırılmadan sadəcə tərəflər arasında olan razılaşma əsasında MMC-nin LLC-yə borcunun olması və valyutada nağd hesablaşmanın təsdiqi üçün kifayət olması qənaətinə gəlməsi isə ölkəyə daxil olan nağd pul vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş prosedur qaydala rının tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsinin əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il 24 avqust tarixli mübahisəli "xxxx"nın məzmunun və onun icrası prosesinin hansı qaydada aparılması MMC tərəfindən onu imzalayan, həmin dövrdə MMC-nin təsisçilərindən biri olan XXXun məkhəmə iclasına dəvət olunaraq dinlənilməsi yolu ilə mümkün ola bilərdi.

62. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasl andırılmalıdır.

64. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi).

65. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

66. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

68. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.

69. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaə tlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

70. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

72. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə işin hallarını araşdırarkən zərurət yarandığı təqdirdə MPM-in 265.4-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərə malikdir.

73. Həmçinin ilk iddia tələbi üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti ge ri qaytarılsa da, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində geri qaytarılmış apellyasiya şikayətinin dəlillərinə hansı səbəbdən münasibət bildirməsi aydın olmamışdır.

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissə ilə bağlı dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirmə aparmağı zəruri hesab edir.

75. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;

76. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər lər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).

77. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, "xxxx" MMC fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq 2018-ci il 24 avqust tarixli razılaşmanı bağlamış, bu MMC-nin direktoru Xəlil İsmayılovun onu imzalamaqla və müəssisənin möhürü ilə təsdiq etməklə rəsmiləşdirilməsi yolu ilə baş vermişdir. Həmin imzanın və müəssisənin möhürünün həqiqiliyi isə MMC tərəfindən mübahisələndirilməmişdir. Hüquqi şəxsin qanuni təmsilçisi və təsisçilərinin dəyişməsi isə onu hüquq və öhdəlikləri ndən azad edə bilməz.

78. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, Mülki Məcəllənin 351-ci maddəsi ilə xüsusi qayda müəyyən edilmişdir. Həmin qaydaya əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (351.3). Bu səbəbdən, MMC-nin razılaşmanın etibarsızlığı ilə bağlı dəlilləri əsaslı olmamışdır.

79. Digər tərəfdən, etibarsızlıqla bağlı dəlillər əsaslı hesab olunduğu halda etibarsız əqdlərin müddətinin tətbiqi məsələsinə qiymət verilməlidir.

80. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı ş əxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (354.1, 354.2)

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 12 mart tarixli Qərarına əsasən, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata k eçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.

82. Qarşılıqlı iddiaçı hesabat və razılaşmanı imzalayıb möhürü ilə təsdiq etdiyi 2018-ci il 24 avqust tarixində onların etibarsızlığına əsas olan halları bildiyi və ya bilməli olduğu halda, 1 il 9 ay keçdikdən sonra – 2020-ci il 12 may tarixində sənədlərin etibasızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici iddia müddətini ötürmüşdür.

83. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

84. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)391/2021 saylı qətnaməsi qismən – ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

85. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-391/2021 saylı qətnaməsi qismən – ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv edilsin və iş həmin hissədə yenidən araşdırılaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar