Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-426/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlk iddia üzrə iddiaçı X1 cavabdeh X6, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2-2(103)-255/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı X1 və cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin ha lları
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan X7 arasında 2012-ci il 28 avqust tarixli, 37LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinq verən ümumi məbləği 2.513.800 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyərinin lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinq alana lizinqə vermişdir.
2. Eyni tərəflər arasında bağlanmış 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən məbləği 408.430 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyər ini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinq alana lizinqə vermişdir. 3. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmri ilə lizinq obyekti olan tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılmışdır. Komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə 2016-cı il 3 fevral tarixli akta tərtib edilərək lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və girişçıxışlar plomblanmışdır. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri X1 ötürülmüşdür.
5. X1yi tərəfindən X6 pretenziya məktubu ünvanlanaraq borcun və cərimə məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
6. X7 tərəfindən X1yinə ün vanlanmış 2021-ci il 13 dekabr tarixli məktubda malların qalıq dəyərinə uyğun olaraq X3 satılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İlk iddia üzrə iddiaçı X1 (bundan sonra-“Agentlik”) cavabdeh X6 (bundan sonra“x3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il 28 avqust tarixli, 37LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli müqavilələr üzrə 788.060 manat gecikdirilmiş əsas borc və 366.200,96 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.154.610,96 manat pul vəsaitinin X3 tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Daha sonra Agentlik iddia tələbinin dəyişdiril məsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 29 avqust tarixinə hesablanmaqla, 2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli müqavilə üzrə 920.920 manat əsas borc və 636.629,28 manat cərimə borcunun, 07-LA/14 nömrəli müqavilə üzrə 149.400 manat gecikdirilmiş əsas borc və 102.906,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, ümumilikdə 1.810.605,88 manat pul vəsaitinin X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğu n olaraq ödənilmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. X3 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib olunduğu 2021-ci il 16 iyul tarixinə 2012-ci il 28 avqust tarixli, 37- LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə 788.060 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
10. İlk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM ”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur.
11. Eyni zamanda x3 qarşılıqlı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, lizinq verənin qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə zidd hərəkətləri nəticəsində lizinq alana vurduğu 50.000 manat maddi ziyanın və 760.000 manat əldən çıxmış faydanın, lizinq alan tərəfindən ödənilmiş 563.950 manat lizinq ödənişinin, lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri hə yata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Agentliyin x3dən tutulmasını tələb etdiyi borc məbləği cavabdehin həmin lizinq obyektindən lizinq verənin qanunvericiliyin və tərəflər arasında mövcud müqavilələrin şərtlərinə zidd olaraq istifadəsinə qadağa qoyduğu və lizinq obyektinin istismarını qadağan edərək giriş-çıxışını plombladığı dövrdən yaranmış borc məbləğidir. Həmin borc məbləğinin lizinq alandan tutulması qanuni hesab oluna bilməz. MM-in 747.1-ci maddəsinin tələbi əsas tutularaq, Agentliyin tələbi qanunsuz və əsassız hesab edilməlidir. 2016-cı il 3 fevral tarixində lizinq obyektinin istifadəsi lizinq alana qadağan edilənədək, idarəetmə bloku təhvil verilmədiyindən dəyəri 408.430 manat olan avadanlıqlardan istifadə etmək mümkün olmamışdır. Digər tərəfdən, idarəetmə bloku təhvil-təslim aktında qeyd olunmamış, həmin sistemin olmadığını “TİTAN şirkətlər qrupu”nun mühəndisləri də müəyyən edə bilməmişlər. x3 tərəfindən hər iki lizinq müqavilələri üzrə "xxxx" ASC-yə 2016-cı il 3 fevral tarixinədək 563.950 manat ödəniş edilsə də, faktiki həmin lizinq obyektindən istifadə etmək imkanından məhrum olmuşdur.
13. Lizinq alanın lizinq obyektindən cəmi bir il natamam istifadə etməsinə görə həmin obyektin istismarını dayandıraraq, lizinq obyektini geri tələb etmədən lizinq ödənişinin tələb edilməsi qarşı tərə fin hüquqdan başqa şəxslərə ziyan vurmaq niyyəti ilə etdiyi və hüquqdan sui-istifadə hesab olunan hərəkətlərdir. Soyuducu anbarda saxlanılan və lizinq alana məxsus olan 100 ton toxumluq kartof ən yüksək məhsuldar toxum olan “nevskiy” sort toxum olmuşdur ki, yaxşı aqrotexniki qulluq olduğu təqdirdə 1 ha torpaq sahəsinə 3550 ton məhsul götürmək olardı. 1 ha torpaq sahəsinə 3 ton toxum sərf olunduğundan 100 ton toxum kartofun 33 ha torpaq sahəsinə əkilməsi üçün Qusar rayonu ərazisində kənd təsərrüfatı təyinatlı münbit torpaq sahəsi də icarəyə götürülmüşdü. 1 ha torpaq sahəsindən orta məhsuldarlığın 42 (35+50/2) ton olduğu nəzərə alındıqda, ümumilikdə 33 ha torpaq sahəsindən orta məhsuldarlıqda 1386 ton kartof məhsulu götürmək mümkün idi ki, həmin məhsulun da 90-95 faizi (1386 ton x 90%=1247 ton) əmtəəlik kartof hesab olunur. Əmtəəlik kartofun 1 kq-nın bazar qiymətinin həmin dövrdə 0,7 manat olduğu nəzərə alındıqda, 872.900 manat (1247 ton x 0,7 manat), yerdə qalan məhsul 138 ton (1386 ton x 10%) kartofun isə bazar qiyməti isə 0,4 manatdan hesabladıqda 55.200 manat (138 ton x 0,4 manat) edir.
14. Ümumilikdə, 33 ha torpaq sahəsindən götürülməsi mümkün olan kartof məhsulunun ümumi dəyəri 928.100 manat təşkil edir ki, 1 ha torpaq sahəsinə bütün xərclər daxil 6.000 manat pul vəsaiti xərc çəkiləcəyini nəzərə alsaq, ümumilikdə çəkilməli olan xərc 168.000 (33 ha x 6.000 manat) manat təşkil edir. Çəkilən xərci əldə olunmuş məhsulun dəyərindən çıxdıqda isə 760.100 (928.100-168.000) manat əldən çıxmış fayda müəyyən olunur. Əldən çıxmış fayda hesablanarkən Azərbaycan Respublikası Kənd T əsərrüfatı Nazirliyi Tərəvəzçilik X10 Kartofçuluq şöbəsinin mütəxəssislərinin “Nevskiy sort” kartof toxumu ilə bağlı rəyindəki elmi-tədqiqi məlumatları əsas götürülmüşdür.
15. Lizinq müqavilələrinin müddəti 10 il müəyyən olunarkən lizinq obyektinin amortizasiyası nəzərə alınmış və müqavilə müddəti lizinq obyektinin istismar müddətinin ən azı 70 faizi təşkil edir. Tərəflər arasındakı mövcud müqavilələrin müddətinin bitməsinə isə - 2012-ci il 28 avqust tarixli müqavilə üzrə təxminən 4 ay, 2014-cü il 28 fevral tarixli müqavilə üzrə isə təxminən 2 il müddət qalır. Bu isə o deməkdir ki, dəyəri 2.513.800 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların istismar müddətinin təxminən 70 faizi, dəyəri 408.430 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu ka rtof saxlama anbarı üçün əlavə avadanlıqların istismar müddətinin isə təxminən 56 faizi bitmişdir. Belə olan halda, lizinq obyekti dəyərinin birinci müqavilə 70 faizi, ikinci müqavilə üzrə 56 faizi itirmişdir. Halbuki, lizinq obyektinin istismarı dayandırıldığı 2016-cı il 3 fevral tarixindən bir dəfə də olsun, nə əsaslı, nə də cari təmir olunmuş, ümumiyyətlə qeyd olunan dövr ərzində lizinq obyektinə heç bir texniki qulluq göstərilməmişdir. Bunun nəticəsidir ki, lizinq obyekti normal köhnəlmədən daha çox köhnəlməyə məruz qalmış, bu isə lizinq obyektinin dəyərinin və istismar müddətinin tam azalmasına səbəb olmuşdur.
16. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 16.1, 21.1, 21.2, 152.5, 152.6, 386.1, 442, 560-560.3-cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanının 3.2-ci bəndinə istinad olunmuşdur. 17. x3in nümayəndəsi vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e-2-2(113)375/2022 saylı qərardadı ilə məhkəmə kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2022-ci il 10 may tarixli, 9/2302 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur: - Maliyyə arayışı, hesabdan çıxarış və digər zəruri sənədlər barədə kifayət qədər məlumat olmadığından məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında qoyulmuş sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Belə olan halda, qeyd edilən səbəblərdən məhkəmə-əmtəəşünaslıq ekspertizasının qarşısında qoyulmuş suallar üzrə “2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələri üzrə aparılmış əməliyyatlara görə Agentliyə x3in yaranmış borc məbləğini müəyyən etmək mümkün olmamışdır. 18. x3in nümayəndəsi vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad q əbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 iyun tarixli, e2-2(113)-375/2022 saylı qərardadı ilə iş üzrə təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 2022-ci il 9 avqust tarixli, 9/4605 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İş materiallarında olan məlumatlar nəzərə alınmaqla və Agentliyin vəsaitindən istifadə “Qaydası”nın 6.1.2-ci bəndində göstərilmiş 40 faizi həcmində güzəşt tətbiq edildikdə, x3in "xxxx" ASC qarşısında 2012-ci il 28 a vqust tarixli, 37-LA/12 saylı müqavilə üzrə olan öhdəliyi 1.999.844,00 manat məbləğində, 2014-cü 28 fevral tarixli, 07-LA/14 saylı müqavilə üzrə 195.058,00 manat məbləğində müəyyən olunmuşdur. - Titan İ.B-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2022-ci il 21 iyul tarixli mütəxəssis rəyinə əsasən ekspert baxışına təqdim olunmuş ümumi sahəsi 2520 m2 (1624 m2 (203 m2 x 8 ədəd soyuducu kamera) olan soyuducu anbarın yuxarıda qeyd edilən qüsurları nəzərə alınmaqla, hal-hazırkı təyinatı üzrə istifadəyə yararsız (yəni təmir-bərpasına çəkiləcək 1.700.000,00 manat nəzərə alınmaqla) vəziyyətdə orta bazar qiyməti təxminən 350.000,00 manat müəyyən olunur.
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli, 2-2(113)-375/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir ( hakim–F.Qasımov).
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə lizinq ödənişlərinə anlayış verilərkən lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət verilmişdir. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmrinə əsasən, lizinq obyekti olan, tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılması, həmin tarixli aktla lizinq avadanlıqlarının istismar ının, yəni istifadəsinin dayandırılması işin mübahisəsiz halı, tələb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olmuşdur.
21. İstər lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir. Buna görə də, ilkin iddia üzrə tələb olunan borc Agentlik tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilkin iddia rədd edilməli və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Agentliyə aid olunmalıdır.
22. Qarşılıqlı iddianın əsasını lizinq obyektlərinin istifadəsinin x3ə qadağan olunması nət icəsində ona vurulmuş zərər təşkil etmişdir. Buna anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşdüyü və əkin nəticəsində əldə oluna biləcək məhsulların realizəsi nəticəsində gəlir aid olmuşdur. 23. x3 tərəfindən anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşməsini təsdiq edən 2016-cı il 16 aprel tarixində Xırdalan şəhərində tərtib olunmuş akt və fotoşəkillər təqdim olunmuşdur. Lakin həmin akt və fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən, onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz x3ə məxsus çıxarılmasına icazə verilmədiyi toxumların olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu m əqsədlə apardığı hazırlıq işləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia həmin hissədə də rədd olunmalıdır.
24. Qarşılıqlı iddianın digər hissələri isə bir-biri ilə bağlı olduğundan, həmin tələblərə birlikdə qiymət verilməlidir. Ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halı x3 tərəfindən məhkəmə araşdırması zamanı mübahisələndirilməmiş, həmçinin hazırkı mübahisəyə baxılana qədər onun tərəfindən "xxxx" ASC-nin hərəkətlərinin qanuniliyi, bu hərəkətlər nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia qaldırılmamışdır.
25. Müqavilənin məzmunundan göründüyü kimi, ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini kommunika siyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, birtərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır. 26. "xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından, texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz. Buna görə də qarşılıqlı iddia ödənilmiş 563.950 manat məbləğinin, lizinq obyektinin amortizasiyasının və faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılma qla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması hissəsində də rədd edilməlidir.
27. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 443.4, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.2, 748-10.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Agentlik tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. 29. x3 tərəfindən həmin qətnamədən verilmiş apellyasi ya şikayətində qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2-2(103)-255/2023 saylı qətnaməsi ilə Agentlik tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, x3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 50.000 manat zərərin rədd edilməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia təmin edilmiş, Agentlikdən 50.000 manat məbləğində pul vəsaitinin tutularaq x3ə ödənilməsi qət edilmiş, qalan hissədə qətna mə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A. Hüseyn).
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, x3dən lizinq ödənişləri üzrə borcun tutulması üçün əsaslar mövcud olmamışdır. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmrinə əsasən, lizinq obyekti olan tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiyanın yaradılması, həmin tarixli aktla lizinq avadanlıqlarının istismarının, yəni istifadəsinin dayandırılması işin mübahisəsiz halı olmuşdur. Tə ləb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olmuşdur. Bu baxımdan, ilk iddia üzrə tələb olunan borc iddiaçı tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilk iddia rədd edilməlidir.
32. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən əsaslı olmuşdur. Qarşılıqlı iddiada irəli sürülmüş birinci tələb vurulmuş 50.000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur və həmin tələb təmin edilməlidir. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmri ilə yaradılmış komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə tərtib edilmiş 2016-cı il 3 fevral tarixli akta əsasən, lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır. Eyni zamanda, həmin aktda soyuducu anbarda lizinq alana məxsus 100 ton toxumluq kartof və 7 ton nar olduğu və məhsulları soyuducu anbardan götürmək üçün "xxxx" ASC tərəfindən şərait yaradılacağının bildirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehə məxsus 100 ton toxumluq (nevskiy sort) kartofun həmin anbarda "xxxx" ASC tərəfindən plomblanaraq saxlanılması sonuncunun tərtib və təsdiq etdiyi aktla sübut olunmuşdur.
33. Eyni zamanda, həmin aktda məhsulları soyuducu anbardan götürmək üçün şərait yaradılacağı qeyd olunsa da, bu işin halları ilə müəyyən olunmamışdır. "xxxx" ASC də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, x3, X11, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstit unun aqronomu X2 və soyuducu anbarın işçisi X1 iştirakı ilə tərtib olunmuş 2016-cı il 12 aprel tarixli akta əsasən, x3in lizinqə götürdüyü Xırdalan şəhəri, Sənaye zonası, Həsən Əliyev küçəsi ünvanında yerləşən soyuducu anbara baxış keçirilən zaman həmin anbarda toxumluq kartofun və narın xarab olduğu müəyyən edilmişdir.
34. Göründüyü kimi, lizinq obyekti olan soyuducu anbarın plomblanması nəticəsində onun içərisində qalan 100 ton toxumluq kartof yararsız olmuşdur. Bu baxımdan, x3 ona dəymiş zərər kimi 100 ton toxumluq kartofun dəyərinin "xxxx" ASC-dən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
35. Dəymiş zərərin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, 2015-ci il 25 avqust tarixində təminatçı kimi x3 ilə təşkilatçı kimi X8 arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Müqavi lənin predmeti tərəflərin qanuni istifadəsində və sahibliyində olan istehsal vasitələrinin, texnoloji avadanlıqların, torpaq sahələrinin və maliyyə vəsaitlərinin səmərəli istifadəsini həyata keçirərək birgə fəaliyyət göstərməsi təşkil etmişdir.
36. Həmin müqaviləyə uyğun olaraq 2015-ci il 27 noyabr tarixində x3 ilə X8 arasında akt tərtib edilmişdir. Həmin aktda tərəflər arasında 2015-ci il 25 avqust tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasından 100 ton toxumluq kartofun alınıb ölkəyə gətirilməsi, bununla bağlı lazım olan icazələrin alınması və digər zəruri sənədləşmə işlərinin aparılması, vergi və rüsumların ödənilməsi üçün 50.000 manat pul vəsaiti nağd formada x3 tərəfindən X5 verilməsi qeyd edilmişdir.
37. Həmçinin, x3 tərəfindən məhkəməyə təqdim edilən 2023-cü il 13 mart tarixli müstəqil auditor hesabatına əsasən, fiziki şəxs x3 tərəfindən 100 ton kartof toxumunun dəyərinə 50.000 manat məbləğində nağd formada pul verilmişdir. Lizinq obyektində plomblanaraq saxlanılmış və bunun nəticəsində yararsız hala düşmüş 100 ton kartof toxumunun dəyəri 50.000 manat təşkil etmişdir. Bu baxımdan, x3 dəymiş zərərə görə 50.000 manat məbləğində pulun Agentlikdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
38. Bununla yanaşı, qarşılıqlı iddiada irəli sürülmüş 760.000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb təmin edilə bilməz. İşdə MM-in 443.4-cü maddəsinin dispozisiya şərtləri mövcud olmamışdır. Çünki x3 əvvəlki illərdə bu işlərin həyata keçirtdiyini və qarşılıqlı iddia ərizəsində qeyd etdiyi nisbətlərdə gəlir əldə etd iyini təsdiq edən maliyyə və mühasibatlıq sənədlərini təqdim etməmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 39. x3 tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü 13 mart il tarixli müstəqil auditor hesabatı isə əldən çıxmış faydanın mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin rəyin kartof toxumunun əkilməsi və gəlirin əldə edilməsi ilə bağlı hissəsi hər hansı maliyyə və ya mühasibat sənədləri ilə əsaslandırılmamışdır. Bu baxımdan, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.
40. Həmçinin, qarşılıqlı iddia tələbləri digər hissələrdə də əsassız olmuşdur. Belə ki, iddianın həmin hissələrdə təmin edilməs i üçün ilkin olaraq lizinq avadanlığının istismarının dayandırılmasında "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.
41. Tərəflər arasında bağlanmış 2012-ci 28 avqust tarixli, 37-LA/12 və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələrinin 5.1 və 5.1.5-ci bəndinə əsasən, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab edilmişdir. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər öd ədiyi məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Müqavilələrin 5.6-cı bəndinə əsasən, lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada müqaviləni ləğv edir, avadanlığın istismarını dayandırır, vurduğu zərərin və avadanlığın dəyərinin 10 faizi məbləğində cərimənin lizinq alandan alınması üçün məhkəməyə müraciət edir.
42. İş üzrə də x3 tərəfindən müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulan məbləğlərin ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi işin mübahisələndirilməyən halı olmuşdur. Lizinq müqavilələrinin məzmunundan göründüyü kimi, ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, birtərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır.
43. Bu baxımdan, "xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmaması, heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz və buna görə də qarşlılıqlı iddia həmin hissələrdə sübutlar (ekspert rəyi və s.) araşdırılmadan rədd edilməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 2 1.2, 443.4, 747.1, 748-1.12, 748-1.12.4, 748-10.1, 1096.1, 1097.1-ci maddələrinə, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Agentlik tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 46. x3 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Agentliyin kassasiya şikayətinin dəlilləri
47. MM-in 14.2.1, 390, 427.3, 445.2.1, 748-7.1, 10 96.1-ci maddələrinin, MPM-in 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur- x3 tərəfindən anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşməsini təsdiq edən 2016-cı il 12 aprel tarixində Xırdalan şəhərində tərtib olunmuş akt və fotoşəkillər təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, həmin akt və fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz x3ə məxsus çıxarılmasına icazə verilmədiyi toxumların olmasını müəyyən etmək mümkün deyildir. 2016-cı il 3 fevral tarixində "xxxx" ASC-nin rəhbərliyinin lizinq obyektinin istismarının dayandırılması barədə əmri əsasında lizinq obyektinin istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışları plomblanmışdır. Həmin vaxt x3in xahişi ilə anbarda olmuş toxumluq kartof və nar orada saxlanılmış və x3ə istədiyi vaxt kartof və narın çıxarılacağını şərait yaradılacağı bildirilmişdir. Qısa müddət sonra x3 tərəfindən ona məxsus meyvə tərəvəz götürülmüşdür. 48. x3 qarşılıqlı iddia ərizəsində əsassız olaraq qeyd edir ki, “2016-cı il 12 aprel tarixində "xxxx" ASC-nin əməkdaşları soyuducu anbarı yoxlamaq üçün gələndə 100 ton kartof toxumunun götürülə biləcəyini bildirmiş, lakin soyuducu anbar açılan vaxt kartof toxumunun bütövlükdə zay olduğu müəyyən olunmuşdur”. Lakin həmin vaxt "xxxx" ASCnin əməkdaşlarının iştirakı ilə meyvə-tərəvəz yükünün götürülməsi zamanı meyvətərəvəzin xarab olması ilə bağlı heç bir sənəd tərtib edilməmişdir. x3 tərəfindən həmin tarixə "xxxx" ASC-yə heç bir aidiyyəti olmayan şəxslərin iştirakı ilə tərtib edildiyi iddia olunan sənəd mötəbər sənəd hesab edilə bilməz. Həmin sənədin nə vaxt, hansı şəraitdə tərtib edildiyi müəyyən deyil, meyvə-tərəvəzin məhz həmin olduğunu müəyyənləşdirmək mümkün deyil. Meyvə-tərəvəzin anbarda saxlanılması anbarın giriş-çıxışı plomblanarkən "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktda qeyd edilmişdir və x3in göstərdiyi kimi, həmin meyvə-tərəvəz "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə ona verilən zaman meyvə-tərəvəzin xarab olduğu müəyyənləşmişdir. Meyvə-tərəvəzin təhvil verilməsi, təhvil zamanı meyvə-tərəvəzin xarab olması da eyni qaydada tərtib edilmiş aktda göstərilməli idi.
49. Meyvə-tərəvəz x3in mülkiyyətində olmuşdur və anbar plomblanarkən o həmin meyvə-tərəvəzi oradan götürə bil ərdi. Meyvə-tərəvəzin anbarda saxlanılması məhz sahibkarın xeyrinə olmuş və onun xahişi ilə edilmişdir. Sahibkar məhz istədiyi vaxt mülkiyyətində olan meyvə-tərəvəzi götürmüşdür. x3 məhkəməyə "xxxx" ASC-yə ona məxsus meyvə tərəvəzin götürülməsi ilə bağlı müraciət etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir.
50. Göründüyü kimi, x3 tərəfindən meyvə-tərəvəzin yararsız vəziyyətə düşməsi sübut olunmamışdır. Belə bir hal olmuş olsaydı belə, bunda Agentliyin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlləri mövcud olmamışdır. Belə ki, əgər sahibkar ona məxsus meyvə-tərəvəzi öz iradəsi ilə plomblanacaq anbarda saxlayırsa və sonradan onu götürməklə bağlı heç bir müraciət etmirsə, "xxxx" ASC-nin MM-in 1096.1-ci maddəsində göstərilən təqsirin nə vaxt yaranması sual olunur. b) x3in kassasiya şikayətinin dəlilləri
51. MM-in 21.1-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instansiya məhkəməsi mülki hüquq pozuntusu törətmiş Agentlikdən x3in əmlakına vurmuş olduğu zərərin əvəzini tam həcmdə təmin etməməklə qeyd olunan maddi hüquq normasını pozmuşdur.
52. MM-in 443.4-cü maddəsinin tələbi pozulmuşdur-apellyasiya instansiya məhkəməsi x3in əldən çıxmış fayda kimi tələb etdiyi məbləği əldə etmək üçün gördüyü tədbirləri və bu məqsədlə apardığı hazırlıq işlərini müəyyən etsə də, (Qusar rayonunda 10 il müddətinə 100 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmüş şəxslə birgə fəaliyyət haqqında müqavilənin bağlanılması, bu məqsədlə 100 ton toxumluq kartofun alınıb ölkəyə gətirilməsi və həmin lizinq obyektində saxlanılması və s.) əsassız ola raq bunu əldən çıxmış faydanın müəyyənləşdirilməsi baxımından nəzərə almamış və qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur.
53. MM-in 1097.1-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instansiya məhkəməsi real zərər hissəsində iddianı təmin etsə də, aşağı instansiya məhkəmələri tərəfindən əldən çıxmış faydanın mövcudluğu ilə bağlı işin müəyyən olunmuş hallarını nəzərə almamış və əldən çıxmış faydanın təmin edilməməsi ilə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
54. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur- x3 tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən əldən çıxmış fayda kimi tələbini təsdiq sübutları da (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik X10 Kartofçuluq şöbəsinin mütəxəssislərinin “Nevskiy sort” kartof toxumu i lə bağlı rəyini, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə götürülməsi barədə müqaviləni, birgə fəaliyyət haqqında müqaviləni, toxumluq kartofun Rusiya Federasiyasından alınıb, ölkəyə gətirilməsini təsdiq edən yük gömrük bəyannaməsini və invoysu) təqdim etsə də, işə baxan məhkəmə kollegiyası buna əhəmiyyət verməmişdir.
55. MPM-in 88, 418.3-cü maddəsinin tələbi pozulmuşdur- işə baxan məhkəmə işin materiallarında olan x3in əldən çıxmış fayda ilə bağlı sübutlarına hüquqi qiymət verməmiş, bununla da mülki prosessual qanunvericiliyin iş üzrə sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması tələblərini pozmuşdur. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. c) Agentliyin kassasiya şikayətinə qarşı etirazın dəlilləri 56. x3 Agentliyin kassasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, soyuducu anbarın istismarının dayandırılması, o cümlədən enerji blokundan ayrılması və girişçıxışının plomblanaraq, lizinq alanın lizinq obyektinə girişinin qadağan edilməsi işin tərəflər arasında mübahisə edilməyən halıdır və Agentliyin özü tərəfindən təqdim olunmuş 2016-cı il 3 fevral tarixli aktla da təsdiq olunur. Eyni zamanda, həmin aktda lizinq obyektində lizinq alana məxsus 100 ton toxumluq kartofun və 7 ton narın olduğu və lizinq alanın həmin məhsulları götürməsi üçün şərait yaradılacağı qeyd olunmuşdur. Soyuducu anbarda saxlanan qeyd olunan məhsulların xüsusi saxlanma temperaturu və rejimi 2016-cı il 3 fevral tarixindən sonra lizinq verən tərəfindən soyuducu anbar enerji blokundan a yrılmaqla, pozulduğundan 2016-cı il 12 aprel tarixində həmin məhsulları götürmək üçün soyuducu anbara girişə icazə verildiyi gün tamamilə xarab olduğu müəyyən olmuş, xarab olmuş məhsulların fotoşəkilləri çəkilməklə həmin gün akt tərtib edilmişdir. Həmin vaxt soyuducu anbarda olan məhsulları götürmək üçün soyuducu anbara girişə icazə verən Agentliyin hüquqi sələfi "xxxx" ASC-nin Texnoloji avadanlıqların lizinqi şöbəsinin aparıcı mütəxəssisi Qoşqar Rzayevin (həmin şəxs 2016-cı il 3 fevral tarixində soyuducu anbarın enerji mənbəyindən ayrılmaqla istismarının qadağan edildiyi gün də soyuducu anbarda olmuş və həmin tarixli aktda adı qeyd olunmuşdur), Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitutunun aqronomu İlham Allahverdiyevin, soyuducu anbarın işçisi Nuryağdı Haqverdiyevin və x3in işt irakı ilə akt tərtib edilmişdir. 2016-cı il 12 aprel tarixli aktda adları qeyd olunan şəxslərdən "xxxx" ASC-nin Texnoloji avadanlıqların lizinqi şöbəsinin aparıcı mütəxəssisi Qoşqar Rzayev aktı imzalamaqdan imtina etmiş, səbəbi barədə aktda hər hansı bir qeyd etməmişdir.
57. Bununla yanaşı, həmin aktı Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitutunun aqronomu İlham Allahverdiyev də imza edərək, həqiqətən soyuducu anbarda saxlanan məhsulların xarab olduğunu təsdiq etmişdir. Agentlik həmin sübutun mövcudluğundan aşağı instansiya məhkəmələrində xəbərdar olsa da, mötəbərliyinə şübhə etməmiş, həmin aktın sübut kimi qəbul edilməsinə etiraz etməmiş, kassasiya şikayətinin dəlillərində həmin aktın mötəbərliyinə dair mövqeyini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.
58. Agentlik ilkin iddia üzrə cavabdeh tərəfindən qısa müddət ərzində ona məxsus olmuş meyvə-tərəvəzin xarab olmamış vəziyyətdə götürüldüyünü təsdiq edən sübutları, eyni zamanda ilkin iddia üzrə cavabdeh tərəfindən ona məxsus məhsulların nə vaxt götürüldüyünə dair sübutlarını nə birinci, nə də apellyasiya məhkəməsinə təqdim edə bilməmişdir.
59. Agentlikdə ilkin iddia üzrə cavabdehə məxsus olmuş məhsulların giriş-çıxışı plomblanmış və istismarı dayandırılmış lizinq obyekti olan soyuducu anbardan götürülməsi üçün icazə verilməsi, bununla bağlı öz əməkdaşını soyuducu anbara ezam etməsi, ilkin iddia üzrə cavabdehə məxsus soyuducu anbarda saxlanılan məhsulların xarab olduğu müəyyən olunduqdan sonra Agentliyin hüquqi sələfi olan "xxxx" ASC-nin əməkdaşının tərtib edilən aktı imza etməkdən imtina etməsi barədə məlu matlar mövcuddur. Lakin həmin məlumatlar məhkəməyə təqdim edilməmişdir.
60. Agentliyin kassasiya şikayətinin meyvə-tərəvəzin cavabdehin mülkiyyətində olması və anbar plomblanarkən onun, həmin meyvə-tərəvəzi oradan götürə bilməsi, meyvə-tərəvəzin anbarda saxlanılmasının məhz sahibkarın xeyrinə olması və sahibkarın məhz istədiyi vaxt mülkiyyətində olan meyvə-tərəvəzi götürməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Agentlik nəzərə sadalananları nəzərə almamışdır. Belə ki, 2016-cı il 3 fevral tarixində, 30 dəqiqə vaxt ərzində soyuducu anbarın istismarı dayandırılmış, giriş-çıxışı plomblanarkən ilkin iddia üzrə cavabdehə məxsus olmuş cəmi çəkisi 107 ton olan məhsulun götürülməsinə imkan verilməmişdir. Həmin çəkidə məhsul götürülməsi üçün 6-7 yük maşınına yığılmalı və həmin çə kidə məhsulun yerləşdirilə bilməsi üçün başqa yerlərə daşınmalı və yerləşdirilməli idi. Bunu isə fiziki cəhətdən hətta 1 gün ərzində yerinə yetirmək mümkün deyildi. İlkin iddia üzrə cavabdehin soyuducu anbarda olan məhsullarını götürmək üçün bir neçə gün möhlət istəməsinə isə əhəmiyyət verilməmişdir. d) x3in kassasiya şikayətinə qarşı etirazın dəlilləri 61. x3in kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
62. Agentliyin kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, ilkin iddianın təmin edilməməsi ilə bağlı hər hansı dəlil irəli sürülməmiş, məhkəmə aktı qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. x3in kassasiya şikayətində isə məhkəmə aktı qarşılıqlı idd ianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Beləliklə, MPM-in 403 və 416cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılacaqdır.
63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
64. Azərbaycan Respubli kasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
443. Öhdəliyinin icra edilməməsi ilə vurulan ziyanın əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilm iş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məblə ği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” ”Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfin dən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
65. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 67. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq norma ları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
68. Məhkəmə kollegiyası baxılan iş üzrə kassasiya baxışının hədlərinə uyğun olaraq, ilk növbədə ilkin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
69. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində iddiaçı tərəfindən lizinq obyektinin istismarının dayandırılması haqqında 2016-cı il 3 fevral tarixli və soyuducu anbara baxış keçirilməsi haqqında 2016-cı il 12 aprel tarixli aktlara istinadla belə qənaətə gəlmişdir ki, istismarı müqavilə şərtlərinə uyğun şəkildə dayandı rılmış soyuducu anbarda qarşılıqlı iddiaçının razılığı ilə saxlanılmış məhsul, qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində xarab olmuşdur. Buna görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, MM-nin 21.2, 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddur.
70. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddələri).
71. Apellyasiya instansiyası məhkəməsi məhsulun xarab olması nətic əsində cavabdehə dəymiş maddi ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqəni müəyyənləşdirərkən, 2016-cı il 3 fevral tarixli aktda məhsulların soyuducu anbardan götürmək üçün şərait yaradılacağının qeyd olunmasına, lakin bunun işin halları ilə müəyyən olunmamasına, iddiaçı tərəfindən isə bununla bağlı hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad etmişdir.
72. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində sübutetmə yükünü düzgün bölüşdürməmiş, bununla da MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur.
73. Belə ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin təqsirli hərəkət nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən tərəfin üzərinə düşür. Lakin baxılan işdə, istismarı dayandırılmış soyuducu anbarda qarşılıqlı iddiaçının özünün razılığı ilə saxlanılmış məhsulun, 2016-cı ilin 3 fevral tarixindən sonra çıxarılması üçün sonuncu tərəfindən hər hansı hərəkət edilməsi, buna baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddiaçı) tərəfindən hər hansı maneənin yaradılması, eləcə də, məhsulun çıxarılmasına icazə verilməməsi, bunun nəticəsində məhsulun xarab olması barədə işin materiallarında hər hansı sübut yoxdur.
74. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən hissədə işin hallarını tam araşdırmamış və qətnaməni MPM-nin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır mamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
76. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm ar qumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
77. İşin yuxarıda qeyd olunan faktiki hallarını və MM-nin 21.2, 1096 və 1097-ci maddlələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qarşılıqlı iddianın təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ilkin iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
78. İşin yeni apellyasiya bax ışı zamanı iddia olunan ziyanla, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqənin olub-olmaması mötəbər sübutlarla müəyyən edilməklə, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.
79. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər əldən çıxmış fayda şəklində ziyanla bağlı təqdim edilmiş sübutlara apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi, əldən çıxmış faydanın mövcudluğu ilə bağlı işin müəyyən olunmuş hallarının məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlı olmuşdur.
80. Məhkəmə kolle giyası MM-in 443.4-cü maddəsinin tələblərinə əsaslanaraq cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə MM-in qeyd edilən maddəsinin dispozisiya şərtlərinin mövcud olmaması ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi sübutlar ətraflı araşdırılaraq, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
81. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolle giyası qərara aldı: İddiaçı X1yi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 22(103)-255/2023 saylı qətnaməsi qismən – X1yindən 50.000 manat məbləğində pul vəsaitinin tutularaq X6 ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: Ə.A.Əhmədov İ.A.Dadaşov