Məhkəmə qərarları › İş №2-2(102)-427/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-427/2023

18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-427/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılıb iddiaçıya təhvil verilərək sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 4 a prel tarixli 2-2(103)226/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2017-ci il 14 iyul tarixində verilmiş ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyriyaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.6-cı bəndinə əsasən, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə istifadəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli Ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli 2014-cü il 13 iyun tarixli inşaat paspo rtu hazırlanmışdır. 4. “Bakı Şəhər İcra Hakimiyyəti Başçının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” 2018-ci il 5 mart tarixli 104 saylı sərəncama əsasən İddiaçı MTK-nın 2018-ci il 21 fevral tarixli 01 saylı müraciəti və "xxxx" Mənzil Tikinti Kooperativinin 2018-ci il 21 fevral tarixli 173 saylı razılıq məktubu nəzərə alınaraq Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq v ə Şəhərsalma Baş İdarəsinin 2020-ci il 9 aprel tarixli 27 nömrəli, 2021-ci il 10 iyun tarixli Tİ-53/21 nömrəli və 2022-ci il 5 sentyabr tarixli Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə müvafiq olaraq 1 saylı, 1a saylı, 3 saylı və 2 saylı binaların tikintisinə icazə verilmişdir.

6. Cavabdeh məxsus qeyri-yaşayış sahəsi K.Balakişiyev və Ş.Mirzəyev küçələrinin qovuşduğu yerdə yerləşir. 7. 2022-ci il 16 iyun tarixli 1708 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən, sahəsi 19.276 kv.m olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaç ı MTK-ya icarəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 12 sentyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə adıçəkilən qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayo nu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu iddiaçının adına rəsmiləşdirilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın birinci mərtəbəsində mağaza kimi istifadə edilən və onun mənzilinə bitişik sahənin də ona məxsus olduğunu bildirmişdir. ünvan 3 ünvanında yerləşən mübahisəli qeyriyaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 78 kv.m qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh ilə razılıq alına bilməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 482 nömrəli Qərarına (bundan sonra – “482 nömrəli Qərar”) istinad edilmişdir.

11. Cavabdeh iddia tələbinə q arşı etiraz təqdim etməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 noyabr tarixli e-2-2(113)-4106/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Əhmədova).

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki torpaq sahəsi tikintinin layihələndirilməsi üçün "xxxx" MTK-nın istifadəsinə verilmiş, ayrıc aktı tərtib olunmuş, "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin inşaat pasportu hazırlanmış, daha sonra qeyd olunan sərəncam və inşaat pasportu iddiaçının a dına rəsmiləşdirilmiş, həmin sahədə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sonuncuya tapşırılmışdır. Müvafiq razılıqlar alınaraq 1, 1a, 2 və 3 saylı binanın tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmış, cavabdehin qeyri-yaşayış sahəsinin yerində tikiləcək bina ilə bağlı sənədləşmə işləri aparılmamışdır.

14. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üçün pul təklif etmir, tikintisi üçün icazə alınmış 3 saylı binada qeyri-yaşayış sahəsi təklif edir, cavabdeh də öz növbəsində pul istəmir, ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa olunacaq binada qeyri-yaşayış sahəsi istəyir. İddiaçı sözügedən qeyri-yaşayış s ahəsinin yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulmuş obyektin təyinatının müəyyənləşdirilmədiyini, ona görə də həmin binada qeyri-yaşayış sahəsinin hazırda təklif edilməsinin mümkün olmadığını qeyd edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli Qərarının (bundan sonra – “86 nömrəli Qərar”) 1 və 1.1-ci hissələrində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, so sial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin Qərarın 5-ci hissəsinə görə, bu qərar imzalandığı gündən qüvvəyə minir. 16. 482 nömrəli Qərarın 3 və 4-cü hissələrindən aydın olur ki, 86 nömrəli Qərar ləğv edilmiş və Bakı şəhər i Nizami Rayon İcra Hakimiyyətinə 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradıl ması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi, ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi və s. tapşırılmışdır.

17. Göründüyü kimi, 86 nömrəli Qərar 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvaf iq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 2014-cü il 10 aprel tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, həmin qərarların icrasına cavabdehin maneçilik törətməsi ilə bağlı arqumentləri əsassızdır.

18. Məhkəmə iddiaçının cavabdehin mülkiyyət hüququnu pozmaması ilə bağlı mövqeyi ilə də razılaşm ayaraq qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mülkiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

20. Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi 86 nömrəli Qərar isə 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 nömrəli sərəncamı həmin Qərardan əvvəl, yəni 10 aprel 2014-cü il tarixində qəbul edilmişdir. Ona görə də 86 nömrəli Qərar da hazırkı iş üzrə qanuni əsas kimi qiymətləndi rilə bilməz. Belə olan halda, hazırkı halda iddianın təmin olunması qanunçuluq prinsipinə cavab vermir.

21. Bundan başqa, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən göstərmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində fərdi sahibkar olan cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

22. Qanunvericiliklə sahibkarlıq fəaliyyətinin müstəqil həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müstəqillik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin qanunvericiliklə yol verilən istənilən fəaliyyət növü ilə məşğul olmasında, həmçinin gəlirləri və xərclərinin riskini sahibkarın özünün daşımasında təzahür edir. Belə olan halda, şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir.

23. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyrimüəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.

24. Məhkəmə nəzərə almışdır ki, təsərrüfat obyektinin yerinin dəyişdirilməsi zamanı qeyri-müəyyənliklər cavabdehin sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəkdir. Belə ki, iddia tələbində qeyri-yaşayış sahəsinin hansı binadan, neçənci mərtəbədən verilməli olması, qeyri-yaşayış sahəsinin ünvanı kimi əhəmiyyətli hallar göstərilməmiş, bu məsələnin həllində qeyri-müəyyənliyə yol verilmiş dir. Məhkəmə prosesi zamanı iddiaçı tərəf 3 saylı binadan qeyri-yaşayış sahəsinin veriləcəyini bildirsə də, cavabdeh bununla razılaşmamış, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək binada qeyriyaşayış sahəsi istəmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməmişdir.

25. Mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

26. Cavabdehin mülkiyyət hüququna müdaxilə onun qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu nəzərə alındığında və bu hal iddiaçı tərəfindən ədalətli kompensasiya edilə bilmədiyindən mütənasib deyildir.

27. İddiaçının cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi ilə bağlı izahatları subyektiv mülahizələrdən ibarətdir. Belə ki, iddiaçı cavabdehin yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçı və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmi ş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Həmçinin iddiaçı həmin binada yaşayan digər şəxslərlə bağlı da məhkəmə mübahisələrinin olduğunu qeyd etmişdir. Belə olan halda, cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi işin halları, təqdim edilən sübutlarla təsdiqlənmir, sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

28. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.1, 152.1, 152.5, 152.6-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 1075.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarları, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslan dırmışdır.

29. İddiaçı 2022-ci il 29 dekabr tarixində apellyasiya şikayəti verməklə, həmin iş üzrə qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)-226/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hü ququn mahiyyətini dəyişməməlidir. Əmlakın mülkiyyətçidən məcburi alınması əsasları MM-in 203.3-cü maddəsində göstərilmişdir. Lakin hazırkı işdə həmin əsaslardan heç biri mövcud deyil. 32. 86 nömrəli Qərar 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 2014-cü il 10 aprel tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür.

33. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, həmin qərarların icrasına cavabdehin maneçilik törətməsi ilə bağlı dəlilləri əsassızdır.

34. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyrimüəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.

35. Mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən, hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq h üququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

36. Cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, iddiaçı cavabdehin yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçı və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur.

37. Bundan başqa, iş materiallarında olan fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, yaşayış binası artıq inşa edilmiş və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələri inşa edilməsi planlaşdırılır. Göründüyü kimi, cavabdehin hərəkətləri digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzatmır və onların hüquqlarını pozmur. Ona görə də cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi təsdiqlənmir və sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, MM-in 6.1, 152.1, 152.5, 152.6, 203.3-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. Həmin qətnamə 2023-cü il 17 aprel tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

40. İddiaçı 2023-cü il 1 may tarixində kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

41. MM-in 560.1 və 560.2-ci maddələri üzrə - Cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsi əvəzinə təmirli və daha geniş qeyri-yaşayış sahəsi verilməs indən imtina etməsi, həmçinin qeyri-yaşayış sahəsinin əvəzinə dəyərindən bir neçə dəfə çox pul tələb etməsi tam olaraq hüquqdan sui-istifadədir və bu həm iddiaçı, həm də digər bina sakinlərinə ziyan vurmağa davam edir.

42. MM-in 152-ci maddəsi üzrə - Bakı Şəhər İcra Hakimiyyətinin 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki torpaq sahəsi tikintinin layihələndirilməsi üçün "xxxx" MTK-nın istifadəsinə verilmiş, ayrıc aktı tərtib olunmuş, "xxxx" MTK-nın sifarişi əsasında həmin ünvanda yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin inşaat pasportu hazırlanmış, daha sonra qeyd olunan sərəncam və inşaat pasportu iddiaçının adına rəsmiləşdirilmiş, həmin sahədə yaşayış və qeyri-yaşayış ti kililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sonuncuya tapşırılmışdır. Müvafiq razılıqlar alınaraq 1, 1a, 2 və 3 saylı binanın tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmışdır.

43. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri üzrə - İddiaçının cavabdehin mülkiyyətinin əvəzində ona daha çox kv.m-lik tam təmirli qeyri-yaşayış sahəsi verməsi, cavabdehin mülkiyyət hüququnun pozulması deyil, əksinə, cavabdehin mülkiyyətinin yaxşılaşdırılması, istismar müddəti başa çatmış binanın sökülməsi, qəza baş verməsinin qarşısının alması və paytaxtımızın abadlaşdırılmasıdır. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4 və 6.2-ci bəndləri üzrə Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmiş, məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşa yış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verildiyini göstərsə də, 2014-cü il 10 aprel tarixində qeyd edilən ünvan hazırkı iş üzrə iddiaçıya deyil, digər hüquqi şəxsə ayrılmış və həmin ünvanda tikinti üçün icazə həmin hüquqi şəxsə verilmişdir. Hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Çıxarışdan da görünür ki, iddiaçı 2017-ci il 20 noyabr tarixində dövlət qeydiyyatına alınmaqla təsis edilmişdir. Bundan əlavə, iddiaçı tərəf Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportunun iddiaçının adına rəsmiləşdirildiyini qeyd etsə də, iddiaçının əvvəlki hüquqi şəxs "xxxx" MTK ilə bağlılığı da iş materiallarından görünmür.

46. Bundan əlavə, iddiaçı öz iddiasının əsası kimi 86 nömrəli qərarı qeyd etmiş və göstərmişdir ki, yerli icra hakimiyyətinin Sərəncamı əsasında qəzalı vəziyyətdə binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. İddianın əsaslandığı bu hissədə diqqətçəkən iki hal vardır ki, bu iki halın dəqiqləşdirilməsi məhkəmə tərəfindən ədalətli qərarın çıxarılmasını şərtləndirən vacib hallardandır. Qeyd edilən hallardan birincisi 86 nömrəli qərarı, digəri isə binanın qəzalı vəziyyətdə olması halıdır. İddiaçı həm iddia tələblərində, həm də apellyasiya və kassasiya şikayətlərində 86 nömrəli qərara ist inad etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 86 nömrəli Qərar 25 fevral 2016-cı il tarixində qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 2014-cü il 10 aprel tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Göründüyü kimi, iddianın əsaslandığı qərar yalnız imzalandığı andan sonrakı dövrə (2019-c u il 19 dekabr tarixinədək) aid edilmiş və sonradan ləğv edilmişdir. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı elə iddiaçı tərəfin izahatından görünür ki, Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar aidiyyəti rəyi mövcud deyildir, yalnız FHN X1 Xidmətinin 2014-cü il 9 iyun tarixli rəyi var. Yalnız iddiaçının nümayəndəsinin izahatından görünür ki, binanın inşaatının başa çatdığı il (1954) onun istismar müddətinin başa çatmasını deməyə əsas verir. Lakin bu qeyd edilənlər ehtimaldan başqa bir şey deyildir. Hətta yuxarıda qeyd edilən qərarlarda da binanın istismar müddətinin başa çatmasının deyil, qəzalı vəziyyətdə olub-olmamasının araşdırılması, yalnız bundan sonra müvafiq qərar qəbul edilməsi vurğulanmışdır.

47. Bundan əlavə, kassator öz şikayətində MM-in 152-ci maddəsinin pozulduğuna istinad etmiş və yenə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamını xatırlatmaqla həmin sahənin iddiaçının mülkiyyətində olduğunu göstərmişdir. Lakin kassator qeyd edilən əmlak üzərində hər hansı hüququnu rəsmi reyestrdə qeydə aldırmamışdır. Bundan əlavə, iş materiallarından o da aydın olur ki, cavabdeh mülki qanunvericiliyin mülkiyyətlə bağlı normaları baxımından iddiaçıdan daha üstün hüquqa malikdir. Çünki iş materiallarında surəti olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2017-ci il 14 iyul tarixdə verilmiş ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir.

48. Birinci instansiy a məhkəməsinin qətnaməsinə əsasən, iddiaçının nümayəndəsi bildirmişdir ki, “cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməyib, icazəsi alınmayıb və bu səbəbdən də qeyd edilən yerdə hazırda cavabdehə qeyri-yaşayış sahəsi verilə bilməz. Həmçinin iddiaçı pul yox, yalnız qeyri-yaşayış sahəsi təklif edir”. Həmçinin iddiaçının izahatında o da qeyd edilir ki, “Lakin mübahisə predmeti olan ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki, həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədləri yoxdur.” Bu zaman sual yaranır: - Əgər iddiaçı tərəf mübahisə predmetini təşkil edən binada cavabdeh də daxil olmaqla sakinlərin razılığını əldə edə bilməyibsə, şikayətində hüquqları pozulan sakinlər kimdi r? - İddiaçı cavabdehin mülkiyyətində olan sahədə hələ hansı tikintini həyata keçirəcəyini dəqiqləşdirməyibsə, söküntünün məqsədi nədir və sakinlərə hansı əsasla vəd verərək öhdəlik götürür? Görünən odur ki, iddiaçı hazırkı mübahisəni ehtimallar əsasında irəli sürür və ya cavabdeh üçün daha əlverişsiz şərtlərlə müqavilə bağlanmasına nail olmaq istəyir. Bunun özü də hüquqdan sui-istifadə olmaqla cavabdehin həm mülkiyyət, həm də sahibkarlıq hüquqlarını pozur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikası Konstitusiyasının m üvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sə rəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....” 53. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu”nun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 54. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.2. İnsan hüquqlarına və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusi yasının müvafiq maddəsi göstərilməlidir. 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər....”

55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülki yyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə i stifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. İddiaçı cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə adıçəkilən qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

59. Mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, cavabdeh ona məxsus qeyriyaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirmişdir.

60. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

61. Qətnamədə o da qeyd edilmişdir ki, iş materiallarında olan fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından aydın oldu ki, yaşayış binası artıq inşa edilmiş və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələri inşa edilməsi planlaşdırılır.

62. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qeyri-müəyyənliklər aradan qaldırılmamış, mübahisə həll olunmamış qalmışdır. Bu da iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.

63. Belə ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsinin ilkin şərti iddiaçının sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehə təklif etdiyi sahənin “ədalətli kompensasiya” hesab edilib-edilməməsinin dəqiq müəyyən edilməsidir.

64. Apellyasiya instansiyası məhkəməsi isə bir tərəfdən, qətna mənin əsaslandırıcı hissəsində cavabdehin mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğuna dair mülahizələrinə istinad edir, digər tərəfdən isə işdəki fotoşəkillərə və iddiaçının nümayəndəsinin izahatına istinadən, yaşayış binasının artıq inşa edildiyini və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələrinin inşa edildiyinin planlaşdırıldığını bildirir.

65. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən: iddiaçının aidiyyəti dövlət qurumları təəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş; müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, bir sözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıld ığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilib-tikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olubolmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddiaçı tərəfindən ayrılmamasının səbələrini dəqiqləşdirməmişdir.

66. Əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyri-yaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavab dehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

67. Yalnız göstərilən məsələlərə aydınlıq gətirildikdən sonra iddiaçının təklifinin “ədalətli kompensasiya” meyarına uyğun gəlib-gəlmədiyinə dəqiq cavab vermək mümkündür.

68. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə (bax yuxarıda § 52) görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti i lə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 69. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu”nun 1-ci maddəsinə (bax yuxarıda § 53) əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zər uri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 70. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə (bax yuxarıda § 54) görə, Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Konstitusiyanın müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

71. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə (bax yuxarıda § 55) görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyə nləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

72. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolver ilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.

73. Baxılan işdə isə, yuxarıda göstərilən qeyri-müəyyənlik aradan qaldırılmadığından cavabdehin mülkiyyətinə iddiaçı tərəfindən edilən müdaxilənin qanuni məqsəd daşıyıbdaşımaması, haqq qazandırıla bilən olub-olmaması, bu müdaxilənin “ədalətli kompensasiya” müqabilində baş verilb-verməməsi barədə birmənalı nəticəyə gəlmək olmur.

74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 56) tələblərini pozmuş, nəticədə MPM-in 217. 1-ci maddəsinə (bax yuxarıda § 56) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

75. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 4 aprel tarixli 2-2(103)-226/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

76. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları, o cümlədən yuxarıda göstərilmiş qeyri-müəyyənlikləri iddiaçının təsdiq olunmuş tikinti layihələri və digər mötəbər sübutlar, həmçinin məhkəmənin mümkün hesab edildiyi halda, mütəxəssis (ekspert) rəyləri əsasında aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

77. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Mənzil Tik inti Kooperativinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 4 aprel tarixli 22(103)-226/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar