Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-427/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-427/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 02 aprel tarixli, 22(103)-303/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 29 yanvar tarixli GPSFD-BHBD/xx/xx/2020 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə "xxxx" MMC Cavabdeh 150000 manat məbləğində nisyə alış limiti ayırmışdır.
2. Müqavilənin təminatı kimi 2020-ci il 29 yanvar tarixdə notariat qaydasında təsdiq edilmiş ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" MMC-nin qarşısında ipotekaya qoymuşdur. 3. "xxxx" MMC tərəfindən Cavabdeh EBAF 920874 saylı dəyəri 17850 manat olan, EBAG 019782 saylı dəyəri 18100 manat olan, EBAG 148764 saylı dəyəri 17700 manat olan, EBAG 369517 saylı dəyəri 17700 manat olan, EBAG 562380 saylı dəyəri 17700 manat olan, EBAG 765409 saylı dəyəri 17175 manat olan, EBAG 797109 saylı dəyəri 17175 manat olan, EBAG 912460 saylı dəyəri 17000 manat olan, EBAH 140048 saylı dəyəri 17255 manat olan, EBAH 359126 saylı dəyəri 12925 manat olan elektron qaimələr göndərilmişdir.
4. Tərtib olunmuş 3 ədəd üzləşmə aktına görə, "xxxx" MMC tərəfindən Cavabdeh cəmi 170580 manat dəyərində mal satılmış, qalıq borc 128580 manat təşkil etmişdir. Həmin üzləşmə aktları cavabdeh tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci il 29 yanvar tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 128580 manat əsas borcun, 20000 manat cərimənin, ümumilikdə 148580 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, 400 manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, lakin borclu 2021-ci il 16 fevral tarixindən başlayaraq müqavilənin şərtlərini pozmuşdur. Borclunun 2021-ci il 15 iyul tarixə təhvil aldığı (nisyə götürdüyü) mallar üzrə 128580 manat məbləğində borcu yaranmışdır. Borc cavabdeh tərəfindən 2021-ci il 18 may tarixli “Üzləşmə Aktı” ilə təsdiq edildikdən sonra, ona xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmişdir.
7. Cavabdeh bi rinci instansiya məhkəməsində iddianı qismən etiraf etmiş və göstərmişdir ki, o, təxminən 150000 manat dəyərində malı təhvil almış, 42000 manat ödəniş etmiş, ödənilməyən borcu isə 108000 manat təşkil etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, e-2-2(113)745/2023 nömrəli qətnaməsi ilə (hakim K.H.Hüseynov) iddia qismən təmin edilmiş, 2020-ci il 29 yanvar tarixli müqaviləyə əsasən 128580 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 280000 manat müəyyən edilməklə, Cavabdeh mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 18,58 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlməklə iddiaçı cavabdehə 170580 manat dəyərində olan malların verildiyini, cavabdehin 42000 manat ödəniş etməklə 128580 manat məbləğində borcunun qaldığını, cavabdeh isə iddianı qismən qəbul edərək 150000 manat dəyərində malların verildiyini və 42000 manat ödəniş etdiyini bildirmişdir.
10. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə əks olunmuş məbləğlərin cəmi sadə riyazi hesablama ilə 170580 manat təşkil edir. Həmçinin cavabdeh 2021-ci il 18 may tarixli üzləşmə aktında iddiaçıya 128580 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə iclasında qeyd edilmiş üzləşmə aktında olan imzanın cavabdehə məxsus olub-olmaması soruşulmuş, cavabdeh imzanın ona aid olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 170580 manat dəyərində olan mallar verilmiş, cavabdeh tərəf isə 42000 manat ödəniş etdikdən sonra 128580 manat borcu qalmışdır.
11. Məhkəmə iddianın 20000 manat cərimə borcunun tələb olunması hissəsinə münasibətdə nə qanunvericilikdə nisyə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı normanın, nə də müqavilədə bu barədə hər hansı bir bəndin mövcud olmadığını vurğulamışdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin 280000 manat, cavabdeh isə təxmini 150000 manat olduğunu bildirmiş, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndində isə ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 280000 manat müəyyən edilmişdir. 13. “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən verilmiş 2022-ci il 28 yanvar tarixli hesabata görə, ipoteka predmetinin dəyəri 216200 manat, likvid dəyəri 194000 manat, "xxxx" MMC tərəfindən verilmiş 2020-ci il 23 yanvar tarixli rəyinə görə isə, ipoteka predmetinin dəyəri 330000 manat, likvid dəyəri isə 280000 manat təşkil etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 280000 manat müəyyən edilməlidir. Belə ki, tərəflər ipoteka müqaviləsində mənzilin qiyməti ilə bağlı razılığa gəlmiş, həmçinin mənzilin çıxarışında onun sahəsinin 166,3 kv.m təşkil etdiyi göstərilmişdir. Belə olan halda isə təmirli, iri ölçü lü ipoteka predmetinin (mənzilin) dəyərinin cavabdehin qeyd etdiyi kimi 150000 manat və yaxud “Yeni Dövr” qiymətləndirmə mərkəzinin qeyd etdiyi kimi 194000 manat olması ağlabatan deyildir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 462.1, 464.1, 567, 600.4-ci; “İpoteka haqqında” Qanunun 59.3-cü; “Mediasiya haqqında” Qanunun 36.5-ci; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini 128000 manat pulun tutulması hissəsində dəyişdirilməsi, iddianın 108000 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya ko llegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-303/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Hüseyndən və V.Ə.Baxışovadan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, e-2-2(113)-745/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə və onun özü tərəfindən imzalanmış üzləşmə aktları ilə iddiaçı tərəfindən ona etiraf etdiyi kimi 150000 manat deyil, 170580 manat dəyərində malların təhvil verildiyi öz təsdiqini tapmışdır. Cavabdehin e tdiyi ödəniş çıxıldıqda isə qalıq borc 108000 deyil, 128580 manat təşkil edir.
19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təqdim edilmiş malların qüsurlu olmasını təsdiq edən sübutları təqdim etməmiş, habelə belə sübutların mövcud olmadığını özü etiraf etmişdir. Bu səbəbdən, sübutların təqdim edilməsinə şərait yaradılmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edilmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 404.1, 404.2, 567, 600.1, 600.3 və 600.4-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - müqavilədən artıq 20000 manat dəyərində malın verilməsi nə müqavilə, nə təhvil-təslim aktı, nə də hər hansı digər sənədlə öz təsdiqini tapmamışdır. Elektron qaimənin tərtib edilməsi isə bu malların təqdim edilməsini və qəbul edilməsini təsdiq etmir. Buna baxmayaraq, aşağı instansiya məhkəmələri bu halı araşdırmamışdır. Cavabdeh məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən təqdim edilmiş malın (quş yemi) istifadəyə yararlı olmadığını və quşlara verildikdən sonra kütləvi zəhərləmə baş verdiyini, ona təxmini 200000 manat cuvarında zərər dəydiyini və ödənişlərin dayandırılmasının da məhz bu səbəbdən baş verdiyini bildirmişdir. Həmin vaxt lazımi ekspertizalar keçirilmiş və bununla bağlı aktlar mövcud olmuşdur. İddiaçının rəhbərliyinə isə bu barədə məlumat verilmiş və müəyyən razılıqlar əldə olunmuşdur. Belə ki, razılığa görə iddiaçı 3 il ərzində cavabdehdən borcun ödənilməsini tələb etm əli deyildi. İddiaçının yeni rəhbərliyi isə öncəki razılaşmalara məhəl qoymamış və pulun ödənilməsini tələb etmişdir. Həmin hadisələrdən uzun müddət keçdiyi üçün məhkəmə ərəfəsində həmin sübutların təqdim edilməsində çətinliklər yaranmış, məhkəmə isə öz təşəbbüsü ilə də cavabdeh üçün hazırda əlçatmaz olan sübutları əldə etməmiş, bu sübutların təqdim edilməsinə şərait yaradılmamışdır. Məhkəmə yalnız üzləşmə aktına istinad edərək külli miqdarda zərər görmüş sahibkarı qətnamə ilə daha da ağır vəziyyətə salmışdır. Qaimələr təhvil-təslim aktları ilə təsdiq edilməmiş, tələb isə müqavilə öhdəliyindən kənara çıxmışdır. - Kassasiya şikayətində Mülki Məcəllənin 404, 567, 600-cu maddələrinin pozulmasına istinad olunsa da, bununla bağlı hər hansı dəlili gətirilməmişdir.
23. Kassasiya şikayətinə Azərba ycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. İddiaçı "xxxx" MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad edilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyəti nə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlilləri nə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
32. Müqavilə üzrə təqdim edilən malların həcminin düzgün müəyyən edilməməsinə dair cavabdehin dəlili açıq-aydın əsassız olmuşdur: belə ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etməsinə dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etdiyi halda, cavabdeh qeyd olunan dəlillə bağlı hər hansı sübutu təqdim edə bilməmişdir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə ta m razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 02 aprel tarixli, 2-2(103)-303/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət