Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-435/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Nümayəndə1 cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə iddiaçı Nümayəndə1 cavabdeh "xxxx" Firmasına qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(105)-28/2024 nömrəli qətn aməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəyə verən "xxxx" firması ilə icarəçi Nümayəndə1 arasında bağlanmış 2022-ci il 6 may tarixli icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verən Sumqayıt şəhərində yerləşən ümumi sahəsi 1400 kv.m olan qeyri-yaşayış obyektini təhvil-təslim aktı əsasında müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin icarəsinə verməyi, icarəçi isə icarə obyektini icarəsinə qəbul edib əvəzində icarəyə verənə müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən, icarə obyekti 2023-cü il 1 yanvar tarixində icarəyə verən tərəfindən tərəflərin tərtib etdiyi və imzaladığı təhvil-təslim aktı ilə ica rəçiyə təhvil verilir. - 3.5-ci bəndinə əsasən, icarəçi 1 ay əvvəlcədən yazılı xəbərdarlıq təqdim etməklə bu müqaviləyə xitam verə bilər. Bu halda hazırkı müqaviləyə icarəçinin təşəbbüsü ilə xitam verildikdə icarəçi aparılmış təmir-tikinti işlərinin dəyərinin ödənilməsini tələb edə bilməz. - 3.6-cı bəndinə əsasən, icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməyi öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarəçi icarə obyektindən istif adəyə görə təmir müddəti bitdikdən sonra, yəni 2023-cü il 1 aprel tarixdən aylıq icarəyə verənə (vergilər daxil) 14.000 manat məbləğində icarə haqqını ödəyir. - 5.4-cü bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, icarəçi icarəyə verənə müqavilə bağlandıqdan sonra gələcəkdə hər hansı avans və ya bir neçə ayın icarə haqqını əvvəlcədən ödəyərsə, ödəniləcək vəsait gələcəkdə veriləcək icarə haqqı məbləğlərində nəzərə alınacaqdır və çıxılacaqdır. İcarəyə verən avans olaraq aldığı ödəniş müqabilində icarəçiyə ödənişi təsdiq edən müvafiq sənəd verəcək və yaxud bu ödəniş tərəflərin qarşılıqlı razılığı ilə imzaladıqları aktla təsdiq ediləcəkdir.
2. İcarə müqaviləsinin icrasının təmin olunması məqsədi ilə icarəçi Nümayəndə1 tərəfindən icarəyə verən "xxxx" firmasına 70.000 manat məbləğində avans ödə nişi edilmişdir (əsas: 2022-ci il 6 may tarixli akt).
3. Ödənilmiş 70.000 manatlıq avans ödənişinin yarısı, yəni 35.000 manatlıq hissəsi icarəyəverən "xxxx" firması tərəfindən icarəçi Nümayəndə1 geri qaytarılmışdır (əsas: 2023-cü il 11 aprel tarixli akt).
4. Nümayəndə1 "xxxx" firmasından 2022-ci il 6 may tarixli icarə müqaviləsinə və eyni tarixli akta uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyriyaşayış sahəsini bu məktubun alındığı gündən 10 gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Göstərilən müddət ərzində icarə obyekti icarəçiyə təhvil verilmədikdə icarə müqaviləsinə uyğun olaraq ödənilmiş avans məbləğinin iki misli, habalə qanunvericiliyə müvafiq olaraq əlavə təminat tələb olunacağı bildirilmişdir (əsas: 2023-cü il 8 iyun tarixli 2023/01 nömrəli məktub).
5. Nümayəndə1 "xxxx" firmasından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış sahəsini 10 gün müddətinə icarəçiyə təhvil verilməsini xahiş etmişdir. Əks halda bağlanılmış 2022-ci il 6 may tarixli icarə müqaviləsi tərəfindən pozulmaqla müqavilənin 3.6-cı bəndinə müvafiq olaraq ödənilmiş avans məbləğinin iki misli, habelə çəkilmiş bütün xərclərin tələb olunacağı bildirilmişdir (əsas: 2023-cü il 8 iyun tarixli 2023/10 nömrəli məktub).
6. Nümayəndə1 "xxxx" firmasına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının müəyyən olunmuş müddətdə icarəçiyə təhvil verilməməsi və icarə obyektini təhvil verə bilməməsi səbəbindən götürülmüş avans ödənişinin bir qismini geri qaytarması ilə "xxxx" firmasının tərəflər arasında bağlanmış 2022-ci il 6 may tarixli icarə müqaviləsini birtərəfli qaydada pozduğunu, hazırda müqavilənin qüvvədə olmasının formal xarakter daşıdığı bildirmişdir. Eyni zamanda müqavilə formal xarakter daşıdığından onlar tərəfindən də pozulduğu qeyd olunmuş və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş edilmişdir (əsas: 2023-cü il 31 avqust tarixli 2023/14 nömrəli məktub). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. Nümayəndə1 (bundan sonra – “iddiaçı”) "xxxx" firmasına (bundan sonra – “cavabdeh”) qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv/m qeyri-yaşayış binasının (bundan sonra – “qeyri-yaşayış binası”) istifadəyə verilməsinə dair 2022-ci il 6 m ay tarixli icarə müqaviləsinə (bundan sonra müqavilə”) xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70.000 manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35.000 manat çıxılmaqla 105.000 manat və ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5.621,15 manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 manat dövlət rüsumu olmaqla, cəmi 111.427,37 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, qeyri-yaşayış binası fərdi sahibkar olan iddiaçıya 10 il müddətinə icarəyə verilmişdir. İcarəyə verən icarə obyek tini təhvil verməmiş, ona ödənilmiş avans vəsaitini geri qaytarmamış, bu vəsaiti özündə saxlamaqla ondan istifadə və gəlir əldə etmişdir. Bu isə iddiaçının qanunla qorunan mənafeyinin pozulmasına və ona maddi zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq icarəyə verənin icarəçiyə olan faiz borcu gecikdirilmiş günlərin sayı -189 gün olmaqla 5.621,15 manat təşkil edir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməlidir.
9. Cavabdeh bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlananda cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış icarə müqaviləsinin müddətinin 2023-cü il 1 yanvar tarixində bitəcəyini zənn etmiş, sonradan "xxxx" MMC-nin icarə obyektini müqaviləyə əsasən 2023-cü il 15 mart tarixində təhvil verməli olması müəyyən edilmiş, iddi açı ilə icarə obyektinin 2023-cü il 15 mart tarixindən sonra təhvil verilməsi ilə bağlı razılığa gəlinmişdir. Sonradan iddiaçı tərəfin təkidi nəticəsində avans ödənişinin 35.000 manat hissəsi 2023-cü il 11 aprel tarixli akt əsasında icarəçiyə geri qaytarılmışdır. 2023-cü il 15 mart tarixdə aydın olmuşdur ki, "xxxx" MMC əməkdaşlığı davam etdirmək istəyərək icarə obyektini təhvil vermək fikrində deyil. Bu səbəbdən "xxxx" MMC ilə cavabdeh arasında məhkəmə mübahisəsi başlamışdır. İddiaçının bu məsələlərdən xəbəri olmuşdur və o tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndindəki şərtin yerinə yetirilməməsi, yəni icarə obyektinin təhvil verilə bilməməsinin cavabdehin iradəsindən asılı olmadığını bilirdi. Bundan başqa o qeyd etmişdir ki, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödənilməsi üçün tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan müvafiq şərt formalaşmalıdır. Cavabdehin icarə müqaviləsinin 3.6-cı bəndinə istinadən (bax §1) qarşı tərəfdən bu günə qədər müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verilməsi ilə bağlı tələbi olmadığından icarə müqaviləsi hazırda qüvvədədir. Qarşı tərəfin iddia ərizəsində müqaviləyə xitam verilməsi barədə tələbi olsa da, həmin tələblə bağlı pretenziya qaydasına riayət edilməmiş, pretenziya qaydasına riayət edilməsinə dair məhkəməyə iddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir. Müqavilə qüvvədə olduğundan hazırkı mərhələdə avansın geri qaytarılmasının tələb edilməsi mümkünsüzdür. Müqavilənin ləğvi ilə bağlı tələb irəli sürülməsi üçün ilkin şərtlərə riayət edilməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli, e-2-2(119)1067/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış müqaviləyə 2023-cü il 11 aprel tarixindən xitam verilmiş hesab edilməklə, cavabdehdən 105.000 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 manat məbləğində mediasiya xərci və 395 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105.597,5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim H.Alıyeva).
11. Məhkəmə §2-3-də göstərilənlərə istinadən qeyd etmişdir ki, icarəyəverən cavabdeh müqavilənin şərtlərini pozmaqla yanaşı 2023-cü il 11 aprel tarixində avans ödənişini qaytarmaqla sözügedən müqavilənin həmin tarixdən pozulmasını ifadə edən hərəkət etmiş və bununla da onun təşəbbüsü ilə müqaviləyə xitam verilmişdir.
12. Bundan başqa məhkəmə 70.000 manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35.000 manat çıxılmaqla 105.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə §1-də göstərilən müqavilə şərtlərinə istinadən qeyd etmişdir ki, cavabdeh icarə obyektini qeyd olunan vaxtda icarəçiyə təhvil verməmiş, hətta 2023-cü il 11 aprel tarixdə avans məbləğinin yarısını geri qaytarmışdır.
13. Məhkəmə “Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə hesablanmış 5.621,15 manat pulun cavabdehdən idd iaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 385.1, 425.1, 427.3, 442, 675, 700.1, 421.2-ci maddələrinə, Azərbaycan Respu blikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4, 119.1,119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv olunaraq həmin hissədə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(105)-28/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – A.Süleymanova və G.Cabbarova).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldi yi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və §9-da göstərilənlərə istinadən bildirmişdir ki, iş materiallarına Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 sentyabr tarixli e-2-2(113)-2728/2023 nömrəli qətnaməsi əlavə olunmuşdur. Həmin qətnamənin məzmunu ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Firması cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" MMC-nin qəsdi və maneələrinin aradan qaldırılması, cavabdehin hesabına boşaldılması və "xxxx" Firmasına təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 210.000 manat məbləğində pulun və 2023-cü il 15 mart tarixindən hazırki iş üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək aylıq 35.000 manat məbləğində pul (əldən çıxmış fayda), ilkin mediasiya sessi yasında iştirak üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 675 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Sözügedən qətnaməyə əsasən, hazırkı iş üzrə cavabdeh ilə "xxxx" MMC arasında 2012-ci il 19 dekabr tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında qeyriyaşayış sahəsi 10 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmiş, icarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitmişdir.
19. Lakin bu müddət bitmədən cavabdeh eyni icarə obyekti üzrə X2 (icarəçi) (bundan sonra – “V.Cəfərov”) ilə 2022-ci il 23 aprel tarixli icarə müqaviləsi, daha sonra hazırkı iş üzrə iddiaçı ilə 2022-ci il 6 may tarixli icarə müqaviləs i bağlamışdır.
20. Məhkəmə cavabdehin müqavilə münasibətlərində öhdəliyin pozulması halı onun təqsiri üzündən baş verməməsinə, bu səbəbdən müqavilənin ləğv edilməsinə, avansın ikiqat mislinin tələb edilməsinə və hazırkı şəraitdə müqavilənin 3.6-cı bəndi üzrə iddiaçının ödənilmiş avans məbləğinin iki mislini tələb etmək hüququnun olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh digər mülki dövriyyə iştirakçıları ilə müvafiq icarə obyekti ilə bağlı müqavilələr bağlamış, bir müqavilə üzrə aylıq ödənişlər əldə etmiş, digər müqavilə üzrə əvvəlcədən 200.000 manat avans məbləği əldə etmiş, həmin müqavilənin mövcudluğu şəraitində üçüncü kontragentlə, yəni hazırkı iş üzrə iddiaçı ilə də müqavilə bağlamış, bundan əlavə avans məbləği əldə etmişdir. Halbuki, iddiaçı cavabdehlə digər icarəçi arasında müqavilənin bağlanması barədə məlumatlı olsaydı, hazırkı müqavilə bağlanmazdı. İddiaçı hazırkı şəraitdə müqavilənin vicdanlı tərəfi kimi, üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, 70.000 manat ödəniş edərək müqavilədə göstərilən müddətdə və şərtlərlə icarə obyektindən istifadə edəcəyinə və gəlir götürəcəyinə ümid etmiş, bununla bağlı qarşı tərəfə müraciətlər etmiş, qarşı tərəfdən isə müqavilə öhdəliklərinin icrası üçün hər hansı addımın atıldığı, müqavilə şərtlərinin yerinə yetirilməsi üçün hər hansı səy göstərildiyi müəyyən olunmamışdır. Halbuki, müqavilənin 9.4-cü bəndinə əsasən, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən tərəf bu öhdəliklərin yerinə yetirilməsinə görə ona mane olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərd ar etməli idi.
21. Məhkəmə cavabdehin qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı iddia ərizəsinin məhkəməyə hazırlanıb verilməsi üçün işçisi, hazırkı iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 cavabdeh firmaya hüquqşünas vəzifəsinə götürülməsinə, iddiaçının "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini boşaltmasını gözləyəcəyini bildirməsinə, hətta iddiaçının obyekti gözləməsinə etibar edərək "xxxx" MMC-ni obyektdən çıxartmasına dair fikrinə münasibətdə qeyd etmişdir ki, §17-də göstərilən qətnamədən də göründüyü kimi, cavabdeh həmin iddianı qaldırarkən icarəçi V.Cəfərova icarə obyektini vaxtında təhvil verə bilmədiyinə istinad etmişdir.
22. Bundan başqa məhkəmə cavabdehin avans öhdəliyinin icrasının təmini üsulu olmadığından müqaviləyə istinadla onun tənasübsüz yüksək məbləğdə qaytarılmasının t ələb olunmasının hüquqdan sui-istifadə etməklə yanaşı, həm də cavabdehi əlverişsiz vəziyyətə salması ilə bağlı dəlilinə münasibətdə avansın ikiqat mislinin qaytarılması ilə bağlı müqavilə bəndinin tərəflərin mülki hüquq subyekti kimi iradə sərbəstliyini əks etdirdiyini və onların müqavilə azadlığı hüququndan istifadə etməklə bağlanmış olduğunu vurğulamışdır. Cavabdeh müqavilə öhdəliklərini icra etməyəcəyini əvvəlcədən bilərək həmin məbləği iddiaçıdan qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə də bu hal təsdiq olunur. Cavabdehin niyyəti qeyri-yaşayış sahəsini boşaldıb, hazırki iş üzrə iddiaçıya deyil, V.Cəfərova təhvil vermək olmuşdur.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, V.Cəfərovla cavabdeh arasında olan müqavilədən məlumatlı olduqdan sonra tərə flər pulun tam qaytarılması ilə bağlı razılaşsalar da, cavabdeh pulun yarısını qaytarmışdır. Tərəflər arasında artıq müqavilənin pozulması ilə bağlı qarşılıqlı razılaşma olmuşdur. İddiaçı V.Cəfərovla cavabdeh arasında olan müqavilədən cavabdeh "xxxx" MMC-nin obyektdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırılan zaman məlumatlı olmuşdur. İddiaçının cavabdehlə 2022-ci il 6 may tarixdə icarə müqaviləsi bağlanan anda 2022-ci il 23 aprel tarixdə V.Cəfərovla cavabdeh arasında bağlanmış müqavilədən məlumatı olmamışdır.
24. Kollegiyanın iclasında cavabdeh həmçinin o hallara istinad etmişdir ki, iddiaçının nüfuzlu atası cavabdehə təklif etmişdir ki, yerli bazarda tanınmış iş insanı olduğuna görə və əlaqələri olduğu "xxxx" MMC ilə münasibətlərinin pozulmaması üçün müqaviləni başqa şəxsin – Vü sal Cəfərovun adına rəsmiləşdirsinlər. Nümayəndə1 ilə icarə müqaviləsi 06 mayda, eyni şərtlərlə Vüsal Cəfərovla icarə müqaviləsi bu tarixdən 10 gün öncə bağlanmışdır. Nəticədə iddiaçı ilə olan münasibətləri gizlətmək məqsədilə yalan əqd bağlanmışdır. Vüsal Cəfərovla müqavilə bağlandıqdan sonra iddiaçı problem çıxa biləcəyini düşünərək özü ilə müqavilə bağlamağı təklif etmişdir. Vüsal Cəfərovla bağlanmış müqaviləyə xitam verilmiş, 1 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır.
25. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək göstərilən halların heç bir mötəbər sübutla təsdiqlənmədiyini bildirmişdir. Digər tərəfdən §17-də istinad olunan qətnamədə müəyyən olunmuş hallar da bu dəlillərin əsassız olduğunu bir daha təsdiqləyir.
26. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir k i, istinad olunan qətnamənin (§17) qanuni qüvvəyə minməsi iş materialları ilə müəyyən olunmasa da, həmin dəlilləri hazırkı iş üzrə cavabdeh təqdim etmiş, iddiasını həmin hallara istinad etməklə əsaslandırmış və nəticədə onun iddiası qismən təmin edilmişdir.
27. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, cavabdeh hazırda müqavilənin ləğvini istəmədiyini bildirsə də, avans olaraq ödənilmiş pulun onda qalan 35 min manat hissəsini iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bu halı müqavilənin 3.6-cı bəndində qeyd olunmuş avansın ikiqat mislinin ödənilməsi öhdəliyindən cavabdehin yayınması kimi qiymətləndirmişdir.
28. Məhkəmə kollegiyası vurğulamışdır ki, müqavilənin 3.6-cı bəndi (İcarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəf li qaydada səbəbindən aslı olmayaraq vaxtından əvvəl xitam verilməsini tələb edərsə, bu zaman icarəyə verən icarəçidən icarə obyektinə çəkdiyi bütün təmir tikinti xərclərinin və ya icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürür.) yalnız icarəyəverənin tələbi ilə müqaviləyə xitmam verildikdə avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməyi öhdəsinə götürməsini müəyyən etsə də, icarəyəverən tərəfindən əsassız olaraq müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və son nəticədə müqavilənin baş tutmaması səbəbindən müqaviləyə icarəyəverənin təqsirli hərəkətləri ilə birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsi halına gətirib çıxardığı üçün icarəyəverə n bu halda da müqavilə şərtini pozmuş tərəf kimi, avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 (iki) misli həcmində təzminat ödəməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, MM-in 1.1, 1.2, 385.1, 425.1, 427.3, 442, 675, 700.1-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 88, 103, 206.1, 217.4, 372.6, 372.7, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 560.3.4-cü maddəsi üzrə - idd iaçı və cavabdeh arasında səmimi dostluq münasibətləri olmuşdur. Cavabdeh qeyd edir ki, iddiaçıya 35.000 manat ödəniş edilməsi, bununla yanaşı, “icarəçi tərəfindən ödənilmiş avansın 2 qatını qaytarması” şərtini özündə əks etdirən müqaviləni imzalaması da iddiaçı ilə arasında olan səmimi dostluq münasibətinə əsaslandığının sübutudur. Hər şeyi əvvəlcədən planlayaraq, sonradan buna uyğun davranmadan iddiaçının məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan “məhkəməyə müraciət etmək” hüququndan, həm də cavabdehin inamından və güvənindən sui-istifadədir.
32. Müqavilənin 3.5-ci bəndinə əsasən, icarəçi 1 ay əvvəlcədən yazılı xəbərdarlıq təqdim etməklə bu müqaviləyə xitam verə bildiyi halda icarə verənə belə bir hüququ verilməmiş tam əksinə müqavilənin 3.6-cı bəndinə isə icarəyə verən bu müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada səbəbindən asılı olmayaraq vaxtından əvvəl xitam verərsə ondan avansın iki misli 140.000 manat cərimə alınacağı bildirilmişdir. Sadəcə bu iki bənd belə müqavilənin tərəflər arasında hüquq bərabərliyini necə tənasübsüz şəkildə pozduğunu göstərir.
33. Sözügedən müqavilədə iddiaçı tərəfin müqaviləni 1 ay öncədən xəbərdarlıq etməklə xitam verə bilməsi, əksinə cavabdehin belə bir hüququnun olmaması və cavabdehin müqaviləyə səbəbindən asılı olmayaraq (halbuki mülki qanunvericilikdə təqsir məsuliyyəti əsasdır) xitam verməsi halında 70.000 manat cərimə ödəməsinin nəzərdə tutulması açıq şəkildə tərəflər arasındakı etimada və vicdanlılığa ziddir, bu səbəblə də etibarsızdır.
34. MM-in 404.1 və 4 04.2-ci maddələri üzrə - Məhkəmə cavabdehin müqaviləyə uyğun öhdəlikləri icra edə bilməməsi və iddiaçının tələbi üzrə öncədən ödənilmiş avansdan 35.000 manat ödənilməsi hallarını cavabdehin müqaviləyə birtərəfli qaydada xitam verməsi kimi qiymətləndirmişdir. Cavabdeh qeyd edir ki, məhkəmənin bu mövqeyi anlaşılan deyil. Belə ki, cavabdeh əvvəlki icarəçi "xxxx" MMC-yə qarşı iddia qaldıraraq icarə predmeti qismində çıxış edən obyekti boşaltmasını tələb etmişdir. Qeyri-yaşayış binası olan həmin əmlakı icarəyə verən sahibkarın həm həmin əmlakda olan əvvəlki icarəçini çıxarmaq üçün iddia qaldırması, həm də digər tərəfdən həmin əmlakla bağlı yeni icarə müqaviləsinə xitam verməsi anlaşılan deyildir. Cavabdehin 2022-ci il 6 may tarixli müqavilənin xitamına yönələn heç bir açıq iradəsi mövcud deyild ir (bildiriş göndərmək və s.).
35. Cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra edə bilməməsinin səbəbi, əvvəlki icarədarın həmin icarə obyektindən çıxmamasıdır. Yəni öhdəliyin icra edilə bilməməsi cavabdehin özündən asılı olmayan hallar nəticəsində baş vermişdir ki, bu halları aradan qaldırmaq üçün hətta iddiaçı ilə birgə hərəkət etmişdir. Cavabdehin iddiaçıya 35.000 manat ödəməsi müqavilənin xitamına yönələn hərəkət deyil, iddiaçı və cavabdehin əvvəldən mövcud olan səmimiyyətinə görə olmuşdur. İddiaçı maddi çətinliklərinin olmasını bildirərək cavabdehdən pul tələb etmiş, cavabdeh bunun qarşılığında müqaviləni xitam etmək deyil, tamamilə başqa niyyətlə iddiaçıya pul ödəmişdir.
36. Məhkəmə qeyd etmişdir ki, iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam vermək üçün cavabdehə müv afiq bildirişlər göndərmişdir. Beləliklə iddiaçının müqaviləni xitam edilmiş hesab etdiyi halda, yenidən müqaviləyə xitam vermək üçün bildiriş göndərməsi də anlaşılan deyildir. Qeyd edilən və bu kimi digər hallar məhkəmə tərəfindən aydınlaşdırılmamaqla yanaşı, iddiaçı və cavabdehin olduğu şəraitə də diqqət yetirilməmişdir.
37. MPM-in 8.1, 9.1, 217.1, 218.1, 418.1, 418.3-cü maddələri üzrə - məhkəmənin işin hallarını düzgün müəyyən edə bilməməsi və iş üzrə mübahisəsiz faktiki hallara lazımı hüquqi qiymət verməməsi qanunvericilik normalarının düzgün tətbiq edilməməsinə və bununla da, ədalətsiz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə yanaşı işin faktiki hallarının hərtərəfli aydınlaşdırılmasına ümumiy yətlə çalışmamış, sadəcə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir.
38. Həmçinin cavabdeh iddiaçı ilə yaxın və səmimi dostluq münasibətlərini sübut etmək üçün iddiaçının əməkdaşının cavabdeh ilə 2023-cü 13 mart tarixindən müddətsiz əmək müqaviləsi bağlamasını, həmçinin məhkəmələrdə birgə çıxış etdiyini dəfələrlə bildirsə də, bu halların doğruluğunu araşdırmaq üçün məhkəmə heç bir prosessual hərəkət etməməklə yanaşı, cavabdehin izahatlarına tamamilə laqeyd yanaşmışdır.
39. Məhkəmə iddiaçının əvvəlki icarəçi "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini boşaltmasını gözləyəcəyi, tərəflərin bu yöndə birgə hərəkət etmələri, bunun təsdiqi olaraq iddiaçı tərəfin nümayəndəsinin cavabdehdə işə götürülməklə əvvəlki icarəçini obyektdən çıxarmaq üçün məhkəmə işində köməklik g östərməsinə dair cavabdehin dəlillərini araşdırmadan, sadəcə bir cümlə ilə bu dəlilləri əsassız hesab etdiyini bildirmişdir. Məhkəmənin bu qənaətə necə gəldiyi isə ümumiyyətlə məlum deyil.
40. Məhkəmə həmin dəlilin əsassız olması səbəbi kimi bildirmişdir ki, “Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən də göründüyü kimi, həmin iddianı qaldıran "xxxx" firması icarəçi X1 icarə obyektini vaxtında təhvil verə bilmədiyinə istinad etmiş və müvafiq iddianı qaldırmışdır”. Bununla bağlı cavabdeh qeyd edir ki, bu əsaslandırma məhz cavabdehin irəli sürdüyü mövqeyi təsdiq edir ki, öhdəliyin icrasını təmin edə bilmək üçün əvvəlki icarəçini məhkəmə yolu ilə obyektdən çıxarmağa çalışmışdır. Məhkəmə sadəcə iddiaçının nümayəndəsinin belə məhkəmə işində bizə köməklik etdiyinə dair dəlili araşdırsa idi, iddia çı ilə cavabdehin müqavilənin icrası yönündə birgə hərəkət etdiyini və dolayısı ilə də müqavilə bağlanarkən iddiaçının əvvəlki icarəçidən xəbərdar olduğunu müəyyən edərdi. Lakin qeyd edilənlərdən məlum olduğu kimi məhkəmə iş üzrə sübuti əhəmiyyətli faktları araşdırmaqdan imtina etmiş və ümumi mövqe sərgiləməklə işi yekunlaşdırmağı üstün tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, faktiki olaraq cavabdeh icarə obyektini 2023-cü il 1 yanvar tarixində təhvil verməyi öhdəsinə götürsə də, bu obyekti nə iddiaçıya nə də ki eyni yerin digər icarəçisi V.Cəfərova təhvil verməmiş, bununla da öz öhdəliyinin icrasından yayınmışdır. Cavabdehin eyni icarə obyektinə dair "xxxx" MMC ilə icarə müqaviləsinin qüvvədə olması na baxmayaraq digər şəxslərlə eyniməzmunlu icarə müqaviləsini bağlaması onun avans pul vəsaitləri hesabına özünün müvəqqəti pula ehtiyacını təmin etmək olduğunu göstərir. Cavabdeh etimad formalaşdırmaqla icarə müqaviləsinin bağlanmasına nail olmaq və daha sonra icarəçidən avans almaq məqsədi ilə əvvəlcədən düşünülmüş şəkildə avansın 2 mislini qaytaracağı ilə bağlı bəndi müqaviləyə daxil etmişdir. Bəlli olan müxtəlif şəxslərlə bağlanmış hər üç icarə müqaviləsi cavabdeh tərəfindən tərtib olunmuş və həmin tələb oraya əlavə edilmişdir.
42. İddiaçı müqavilənin vacib şərtlərindən olan 3.6-cı bəndə münasibətdə qeyd etmişdir ki, cavabadeh avansın qaytarılmasını süni şəkildə uzatmaqla və mübahisələrlə həmin müddət ərzində nağd şəkildə əldə etdiyi avansdan bəhrələnmişdir. Cavabdeh açıq şəkildə müqav ilənin ləğvini tələb etmədiyini qeyd etsə də, əslində öz hərəkətləri ilə, yəni icarə obyekti barəsində bağladığı müqavilələrlə və icarə obyektini təhvil verməməklə, habelə əldə etdiyi avansı geri qaytarmaqla onu ləğv etdiyini ifadə etmişdir. Qanunvericilik isə bu halı nəzərə alaraq icarəçinin hüquqlarını tanımış və qorumuşdur. Nəzərə alınmalıdır ki, avans məbləğinin geri qaytarılması təşəbbüsü cavabdeh tərəfindən irəli sürülmüş və 35.000 manatlıq hissəsi ödənilmişdir.
43. İddiaçı cavabdehin şikayətinin “iddiaçı ilə cavabdeh arasında səmimi dostluq münasibəti olması və bu səbəbdən "xxxx" MMC-yə münasibətdə birgə hərəkət etmələri” ilə bağlı dəlilinə münasibətdə cavabdehin məhkəməni yanıltmaq məqsədi ilə iddiaçı və cavabdeh arasında hansısa inamın və güvənin olduğunu göstərməyə çalışdığını bi ldirir. Tərəflər arasında faktiki və hüquqi münasibətlər 2022-ci il 6 may tarixli müqavilənin bağlanması çərçivəsində yaranmış, icarə obyekti iddiaçı tərəfindən təhvil alınmışdır. Cavabdeh fəaliyyətə başlasa idi zamanla münasibətlər cavabdehin qeyd etdiyi kimi səmimi dostluq həddində ola bilərdi.
44. Cavabdehin məhkəmənin işin hallarına düzgün qiymət verməməsi kimi arqumenti tam əsassızdır. Belə ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi işin bütün hallarını tam və hər tərəfli araşdırmış, iddiaçı və cavabdehin həqiqi münasibətlərinin müəyyənləşdirilməsi üçün çəkişmə prinsipi təmin edilmiş, tərəflərə öz etirazlarını verməyə imkan yaradılmışdır. Mübahisənin sonunda tam qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilmişdir. Kassasiya baxışının hədləri
45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır....”
47. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, mə sələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirs ə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
48. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzif əsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, müqavilə icarəyə verən üçün əlverişsiz şərtlərlə bağlanmış, cavabdehin müqaviləyə birtərəfli qaydada xitam vermək niyyəti olmamış, o cümlədən müqavilənin xitamına yönələn heç bir açıq iradə ifadəsi mövcud deyil.
51. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin məhkəmə tərəfindən hazırkı qərarın 17-28-ci bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtinə əsasən, icarəyə verən müqavilənin qüvvədə olma müddəti başa çatmadan müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verdiyi halda, icarə obyekti təhvil verilmədiyi müddət ərzində avans olaraq ödənilmiş icarə haqqı məbləğinin 2 misli həcmində təzminat ödəməlidir. Cavabdeh müqavilənin xitamına yönələn iradə ifadəsinin mövcud olmadığını bildirsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisə ləndirilməyən halına görə iddiaçı tərəfindən cavabdehə avans olaraq ödənilmiş 70.000 manatın 35.000 manatı 2023-cü il 11 aprel tarixli aktla cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
52. Məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələbini rəhbər tutaraq kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlillər MPMin 385-ci maddəsinin tələbinə görə apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
53. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
56. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegi yası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(105)-28/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.