Məhkəmə qərarları › İş №2-2(102)-435/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-435/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-435/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli, 2-2(104)-171/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərd ən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra -“iddiaçı”) Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş real zərərə görə 197.851 manat və əldən çıxmış fayda olaraq 217.500 manat, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu olmaqla cəmi 416.055,85 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 27 may tarixli e-2-2(115)-79/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 118039 manat məbləğində dəymiş maddi ziyan, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(104)-171/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 118.039 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən, cavabdehdən 25.100 manat və 67.880 manat, ümumilikdə 92.980 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsind ən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2-2(102)- 85/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi və şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunun göstərilməməsi səbəbindən geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(104)-171/2024 saylı qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən qətnamədən yenidən kassasiya şikayəti verilərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunması xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(104)-171/2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilmiş və iş qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə birlikdə kassasiya qaydasında baxılması üçün Ali Məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kol legiyasının 2025-ci il 21 aprel tarixli 2-2(102)-316/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kasssasiya şikayəti qeyri-mümkün hesab edilərək kassasiya şikayəti qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 may tarixli, 2-2(104)-171/2024 saylı qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(104)-171/2024 saylı qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıl mışdır. Qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma şikayətin yalnız müəyyən cizgi daxilində tərtib edilməsini deyil, onu nə zərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir Hazırki halda cavabdeh tərəfindən kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması ilə bağlı sonuncu qərardadından verilsə də, təqdim edilmiş kassasiya şikayətində həmin qərardadın ləğv olunması üçün heç bir dəlil göstərilməmiş, şikayətdə işin mahiyyəti üzrə qəbul edilmiş qətnamə ilə bağlı dəlillər göstərilmi şdir. Başqa sözlə, cavabdehin iddia etdiyi hüquq pozuntuları və onların əsaslandırılması ilə bağlı dəlillər hazırda kassasiya şikayəti verilən qərardada aid olmamaqla, apellyasiya instansiyası məhkəməsinin mahiyyəti üzrə qəbul etdiyi qətnaməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün t ətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli, 2-2(104)-171/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması m əsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar