Məhkəmə qərarları › İş №2-2(102)-44/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-44/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-44/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı A-nin cavabdeh B-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: magistral su xətləri, mühafizə zonası, tikilinin sökülməsi 02.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı A-nın vəkili və cavabdeh B-nin vəkilinin iştirakı ilə İddiaçı A cavabdeh B-yə qarşı “magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. X Bələdiyyəsinin (bundan sonra – “Bələdiyyə”) tərəfindən verilmiş qərardan çıxarışın surətindən görünür ki, Bələdiyyənin 2005-ci il 8 noyabr tarixli 29 saylı sərəncamı ilə M.Hadi küçəsindəki evin qarşısında, ticarət və məişət xidməti obyektinin tikintisi məqsədilə vətəndaş V-yə verilmiş (cizgidə göstərilən) 30 m2 torpaq sahəsinin, onun adından B-nin (bundan sonra – “B”) adına rəsmiləşdirilməsi qərara alınmışdır.

2. Bələdiyyə tərəfindən verilmiş 2007-ci il 12 fevral tarixli 9 saylı qərardan çıxarışdan gö rünür ki, Bələdiyyənin 2005-ci il 8 noyabr tarixli, 29 saylı sərəncamı (qərardan çıxarışı) ilə M.Hadi küçəsində, ticarət və məişət xidməti obyekti tikintisi məqsədi ilə vətəndaş V-yə verilmiş (cizgidə göstərilən) 30 m2 torpaq sahəsi, onun adından B-nin adına sənədləşdirilməsi, Bələdiyyə ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş B-yə təhvil verilməsinin təmin edilməsi, tikinti obyektinin layihə-smeta sənədləri B-nin adına hazırlanması və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilməsi qərara alınmışdır.

3. Mühafizə zonasının pozulması barədə rayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, həqiqətən Məhəmməd Hadi küçəsində yerləşən B-yə məxsus qeyri-yaşayış obyekti ( restoran) həmin ərazidən keçən M.Hadi küçəsi və Gəncə prospekti ndə yaşayan sakinləri su ilə təmin edən diametri 300 mm olan yeraltı magistral su xəttinin və diametri 500 mm yağış kollektorunun üzərində inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. A 2017-ci il 1 dekabr tarixində iddia ərizəsi ilə Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət edərəkB-yə qarşı magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, B tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən A-ya məxsus diametri d=500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin sanitar mühafizə zolağın da qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili (restoran) inşa edilmiş, nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddələrinin tələblərindən də görünür ki, magistral su kəmərlərinin üzərində və ya onların sanitar-mühafizə zonalarında yerləşən torpaq sahələrinin tikinti aparılması üçün ayrılması və bu sahələrdə tikinti işlərinin aparılması tamamilə qanunsuzdur.

6. B-nin nümayəndəsi bildirmişdir ki, əslində A-nin əsas məqsədi kollektorun dəyişdirilməsidir və o, bununla bağlı üzərinə düşən məbləği ödəməyə hazırdır. Lakin A-nin əməkdaşları ondan həmin küçədə yerləşən bütün sahibkarlardan bununla bağlı pulu yığmağı tələb etmiş, o razılaşmadığı üçün ona qarşı bu iddia qaldırılmışdır. A mübahisəli qeyri-yaşayış sahəsinin yanında yerləşən və onun oğlunun adına eyni qərarla rəsmiləşdirilmiş digər qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı analoji iddia qaldırmış, iddia təmin edilməmiş, apellyasiya instansiyası tərəfindən də qətnamə qüvvədə saxlanılmışdır.

7. Z İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 2018-ci il 27 fevral tarixli 10 saylı cavab məktubundan məlum olur ki, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır.

8. Bakı şəhər Xətai rayon məhkəməsinin 2018-ci il 23 yanvar tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı məsələlərə dair suallar qoyulmuşdur: Bakı şəhəri, Xətai ray onu, M.Hadi küçəsində A-ya məxsus kollektorlar mövcuddurmu? Həmin ünvanda aparılmış 30 m2 torpaq sahəsində yerləşən tikili (əvvəlki Restoran) A-ya məxsus kollektorlar üzərində və mühafizə zonasında yerləşirmi? Həmin ünvandakı torpaq sahəsində yerləşən B-yə məxsus tikili tikinti normalarına və qaydalarına uyğun aparılmışdırmı?

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 28 sentyabr tarixli 13107 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, ünvan 1 ünvanda A-ya məxsus diametri 500 mm ölçüdə olan yağış kollektorunun mövcud olması və tədqiq olunan ünvanda B tərəfindən inşa edilmiş mübahisəli tikilinin (qeyri-yaşayış sahəsi) A-ya məxsus yağış kollektorunun 10 metrlik mühafizə zonasında yerləşməsi, habelə həmin qeyriyaşayış sahəsinin Azər baycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir.

10. Bakı şəhər Xətai rayon məhkəməsinin 2018-ci il 27 noyabr tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – İ.A).

11. ASC 2019-cu il 24 yanvar tarixində qətnamədən apellyasiya şikayəti verərərk qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2019-cu il 5 mart tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (sədrlik edən – V.H, hakimlər – Ş.M, N.C). 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 iyul tarixli 2-2(82)-iii/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ə.Ə).

14. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla təsdiq edilir ki, Bələdiyyənin 2005-ci il 8 noyabr tarixli 29 saylı sərəncamı ilə M.Hadi küçəsində, ticarət və məişət xidməti obyekti tikintisi məqsədilə vətəndaş V-yə verilmiş (cizgidə göstərilən) 30 m2 torpaq sahəsinin, onun adından B-nin adına rəsmiləşdirilməsi, bələdiyyənin ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş B-yə təhvil verilməsinin təmin etməsi, hazırda olan ti kinti obyektinin layihə-smeta sənədlərinin onun adına hazırlanması və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilməsi qərara alınmışdır. Ona görə də yerli idarəetmə orqanının tikinti barədə mövcud qərarını ləğv etmədən iddia tələbinin təmin edilməsi mümkün deyildir.

15. Məhkəmə bu qənaətini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. A-nin nümayəndəsi 2019-ci il 13 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-2(103)-BAM/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 1 iyul tarixli 2-2(82)-573/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – Ü.M, hakimlər – M.T və K.A).

18. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci, MPM-in 14.2, 76, 80, 88, 106.1, 217.3, 372.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 14-15).

19. Həmin qətnamədən A-nin nümayəndəsi 2020-ci il 7 yanvar tari xində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(102)-78/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-2(103)BAM/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən – R.N, hakimlər – A.H və İ.D).

21. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında yerli özünü idarəetmə orqanının tikinti barədə qərar qəbul etməsinə dair hər hansı sənəd mövcud olmamışdır.

22. Bələdiyyə tərəfindən verilmiş 2007-ci il 12 fevral tarixli 9 saylı qərarda tikintiyə icazənin verilməsi deyil, tikinti məqsədilə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.

23. A iddia ərizəsində torpaq sahəsinin qanuni əsasla verilib-verilməməsi barədə mübahisə açmamışdır. Mübahisə özbaşına tikilinin mühafizə zolağında yerləşdiyinə görə sökülməsi ilə bağlıdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı bəhs edilən hüquq normalarına əsasən faktiki və hüquqi qiymətləndirmə aparmamış, tikilinin özbaşına tikili olmasını, mühafizə zonasında inşa edilməsini yoxlamamışdır.

25. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 180.1, 180.4-cü, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları”nın 6-cı bəndinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli 22(103)-BAM2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 iyul tarixli 2-2(82)-iii/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, mübahisə predmeti olan özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi və həmin qurğuların mühafizə zonas ından boşaldılması, iddianın verilməsinə görə A tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun onun xeyrinə B-dən tutulması, iş üzrə ekspertiza tədqiqatının 100 manat məbləğində dəyərinin A-ya aid edilərək ondan tutulması qət edilmişdir (sədrlik edən – C.Y, hakimlər – V.A və V.B).

27. Apellyasiya instansiyası məhkəməsi öz qənaətini 2018-ci il 28 sentyabr tarixli 13107 nömrəli məhkəmə ekspert rəyi ilə əsaslandırmışdır.

28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan B-nin A-ya təqdim etdiyi 2019-cu il 21 fevral tarixli ərizəsindən ona məxsus tikilinin ASC-nin istifadəsində olan yağış kollektoru və su kəmərinin mühafizə zonasında yerləşdiyini mübahisələndirmədiyi və həmin qurğuların digər təhlükəsiz əraziyə keçirilməsini xahiş etdiyi aydın görünür.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası əsasən hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi A-ya məxsus qurğuların (diametri 500 mm yağış kollektoru və 300 mm olan magistral su kəməri) mühafizə zonasında yerləşir.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, həmin tikili yalnız su təchizatı və kanalizası müəssisənin rəsmi razılığı alındıqdan sonra inşa edilə bilərdi. Tikili inşa edilərkən isə qanunvericiliyin müəyyənləşdirdiyi bu qadağalara riayət olunmamışdır.

31. Həmçinin tikili özbaşına olaraq inşa edilmişdir. Belə ki, Bələdiyyənin 2007-ci il 12 fevral tarixli qərarından görünmüşdür ki, mübahisəli ünvanda qeyri-yaşayış sahəsinin tikintisi məqsədilə 30 m2 sahəsi ayrılsa da, həmin tikilinin layihə-smeta sənədləri rayon icra hakimiyyətinin memarlıq şöbəsi ilə raz ılışdırılmalı, başqa sözlə, tikintiyə icazə alınaraq inşa edilməli idi. Lakin tikilinin eskiz layihəsi tikili sahibinin sifarişinə əsasən rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən təsərrüfat Layihə-Smeta Bürosu tərəfindən tərtib olunsa da, İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən razılaşdırılmamış, tikintiyə icazə sənədi alınmamışdır.

32. Məhkəmə bu qənaətini MM-nin 180.1, 180.4-cü, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri və istifadəsi Qaydaları”nın 6-cı bəndinə istinad etməklə əsaslandırmışdır.

33. Qətnamə 2020-ci il 5 avqust tarixində tərəflərə göndərilmişdir.

34. Həmin qətnamədən 2020-ci il 13 oktyabr tarixində B kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

35. A bir tərəfdən dövlətin maddi dəstəyinə güvənərək sosial layihəsi üzrə yeni infrastruktur layihəni icra edir, digər tərəfdən istismar müddəti çoxdan ötmüş və yararsız vəziyyətə düşmüş diametri 300 mm olan magistral su kəmərinin istismar vəziyyətindən “narahatçılıq keçirərək” fiziki və hüquqi şəxslərə qarşı əsassız iddialar ilə çıxış edir.

36. A öz tələbini diametri 500 mm olan yağış kollektorunun mühafizə zonasına düşməsi ilə əsaslandırmışdır. A nizamnaməsinə uyğun olaraq balansında o lan magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Göründüyü kimi, nizamnamədə yağış kollektoruna daxil olan sular ilə bağlı heç bir qeyd yoxdur.

37. İşə baxan məhkəmələr, ümumiyyətlə, diametri 500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin A-nin balasında olması faktını araşdırmamış və bu məsələyə toxunmamışlar.

38. Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən sübut mənbələrindən biri kimiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri və istifadəsi Qaydaları”nın 6-cı bəndinə istinad edərək müəyyən olunmuş mühafizə zonasının 10 metr oduğunu qeyd etmişdir. Məhkəmənin bu mövqeyi kökündən səhvdir. Məhkəmənin istinad etdiyi 10 metr mühafizə zonası qeyri-yaşayış sahəsinə yəni çöllük əraziyə aiddir. Sözügedən Qaydaların 9-cu bəndinə əsasən - Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədləri planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara əsasən müəyyən edilir. Həmin Qaydaların 10-cu bəndinə əsasən - Hidrotexniki qurğuların mühafizə zonalarının sərhədləri onların mühafizə zonalarının layihələrində dəqiqləşdirilir.

39. Qətnamədə mənə məxsus 30 m2 olan qeyri-yaşayıs sahəsi MM-nin 180.1-cı maddəsi əsas götürürməklə özbaşına tikinti hesab edilmiş və sökülməsi müəyyən edilmişdir. AR Konstitusiyasında, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüququnun mü dafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində də müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Dövlət orqanı tərəfindən mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə qanuni olmalıdır.

40. Kassasiya şikayəti MPM-in 217-ci, 418.1, 418.3-cü, Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, 129 maddələrinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Belvedere Alberghiera S.r.l İtaliyaya qarşı iş” üzrə 2000-ci il 30 may tarixli, “Önəryıldız T ürkiyəyə qarşı iş” üzrə 2004-cü il 30 noyabr tarixli, “ iş” üzrə 2005-ci il 17 noyabr tarixli qərarlarına, “Qerasimova Rusiyaya qarşı iş” üzrə 2004-cü il 16 sentyabr tarixli yekun qərardadına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

42. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olmad ığını, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi, kassasiya şikayətinin təmin edilməsini, qətnamənin tam ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (xxxx-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu xxxx-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (xxxx-nin 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 13.Mülkiyyət... İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyət in və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə 71.İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır....”

47. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” 48. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində aşağıdakılar nəzərdə tutulur: “Maddə

70. Su kəmərləri və kanalizasiya sistemlərinə təsir göstərən qurğuların tikintisi Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğu larının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.” 49. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... “A” Açıq Səhmdar Cəmiyyəti- baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanal izasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı "Su kanal idarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti- baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı...”

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “6. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafi zə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir:... 6.1.2. Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq: 6.1.2.1. 10 kub. m/san qədər olduqda - 10 m; 6.1.2.2. 10-30 kub. m/san olduqda - 25 m; 6.1.2.3. 30-50 kub. m/san olduqda - 60 m; 6.1.2.4. 50 kub. m/san-dən artıq olduqda - 100 m. məsafədə....

9. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə əsasən müəyyən edilir.

10. Hidrotexniki qurğuların mühafizə zonalarının sərhədləri onların mühafizə zonalarının layihələrində dəqiqləşdirilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinl əyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

52. Məhkəmə kollegiyası diametri 300 mm olan magistral su kəmərinin müddətinin çoxdan ötməsi və yararsız vəziyyətə düşməsi bağlı dəlili (bax yuxarıda § 35) əsassız hesab edir. Belə ki, məhkəmə iclasının protokolundan, video yazısından, işin digər materiallarından görünür ki, həmin fakt proses zamanı mübahisələndirilməmiş, araşdırma predmeti olmamışdır, habelə mötəbər sübutlarla təsdiq olunmur.

53. Məhkəmə kollegiyasının qənaəti belədir ki, yağış kollektoruna daxil olan sularla bağlı xidmətlər göstərilməsinin A-nin səlahiyyətinə aid olmaması, yağış kollektorunun və magistral su kəmərinin A-nin balansında olması faktının araşdırılmaması barədə dəlil (bax § 36 ) əsaslı hesab oluna bilməz. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 41-46-cı bəndlərində (bax yuxarıda § 49) magistral borular, su kəməri şəbəkəsi, yağış kollektorlarının istismarı üzrə təbii inhisarçı qurum A və onun strukturuna daxil olan müvafiq Sukanal idarələri müəyyən edilmişdir. Bundan başqa, işin materiallarında olan ekspert rəyində də sözü gedən yağış kollektorunun A-ya məxsus olması qeyd edilmişdir.

54. Eləcə də məhkəmə iclasının protokolundan, video yazısından, habelə işin materiallarında olan digər sənədlərdən görünür ki, yağış kollektorunun və magistral su kəmərinin A-nın balansında olması faktı icraat zamanı heç kim tərəfindən mübahisələndirilməmişdir. B elə olan halda məhkəmə həmin məsələnin araşdırılmasına haqlı olaraq lüzum görməmişdir. Ona görə də yxarıda § 37-də əks etdirilmiş dəlillə də razılaşmaq mümkün deyildir.

55. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədlərinin planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara əsasən müəyyən edilməsi dəlili (bax yuxarıda § 38) ilə bağlı məhkəmə kollegiyası bildirir ki, qətnamədə istinad olunmuş Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 saylı qərarı ilə təsdiq olunmuş Qaydaların 6-cı bəndində (bax yuxarıda § 50) müəyyən edilmiş hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçülərinin, şikayətçinin bildirdiyi kimi, yalnız “qey ri-yaşayış sahəsinə, yəni çöllük əraziyə” aid olması qeyd edilməmişdir.

56. Eləcə də şikayətçinin istinad etdiyi həmin Qaydaların 9 və 10-cu bəndlərində şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədləri müəyyən olunarkən Qaydaların 6-cı bəndindəki ölçülərin tətbiq edilməməsi göstərilməmişdir.

57. Bununla belə, hətta dəlilin əsaslı olması ehtimalında belə, bu, qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin materiallarından görünür ki, mübahisəli obyekt layihələndirilərkən və tikilərkən qanunvericiliklə nəzərdə tutulmuş aidiyyəti dövlət qurumları ilə razılaşdırma işləri həyata keçirilməmiş, eləcə də A-nın icazəsi alınmamışdır. Bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd işin materiallarında yoxdur.

58. A i ddia ərizəsində və kassasiya şikayətində göstərmişdir ki, sözügedən özbaşına tikintinin inşası nəticəsində müvafiq kanalizasiya xəttinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. A-nın bu dəlilləri işin materialları ilə təkzib olunmur.

59. Məhkəmə kollegiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsinə, hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən onun məhkəmə vasitəsi ilə işinin ədalətli araşdı rılması hüququna malik olmasına, dövlət orqanı tərəfindən mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin qanuni olmasına dair dəlili (bax yuxarıda § 39) də əsassız hesab edir.

60. Əvvəla, şikayətçi fikrini ümumi şəkildə ifadə etdiyindən hazırki iş üzrə məhkəmə tərəfindən yol verilmiş hansı konkret hüquq pozuntusunu nəzərədə tutduğu aydın olmur. Bütün proses boyu B-nin icraatda iştirakı təmin olunmuş və o, çəkişmə prinsipinə uyğun olaraq öz mövqeyini lazımi qaydada müdafiə etmək imkanına malik olmuşdur. Lakin işin materialları B-nin mövqeyini əsaslı hesab etməyə imkan vermir. Məhkəmənin A-nin mövqeyini əsaslı hesab etməsi hələ B-nin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmədiyinə, yaxud məhkəmə vasitəsi ilə işin ədalətli araşdırılmadığına dəlalət etmir. İstənilən ko mmersiya mübahisəsində tərəflərdən birinin mövqeyinin əsaslı hesab olunması və digər tərəfin qəbul olunmuş qərardan narazı qalması təbii haldır. Hər hansı tərəfin hüquqlarının məhkəmə tərəfindən təmin olunmaması və ya pozulmasını iddia etmək üçün konkret əsaslandırılmış dəlillər tələb olunur. B isə belə dəlilləri təqdim edə bilməmişdir.

61. Dövlət orqanı tərəfindən mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin qanuni olmasına gəldikdə isə, ölkə Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsində, 71-ci maddəsinin İİ hissəsinə (bax § 46) görə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz, hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıql arı ilə məhdudlaşır.

62. Göründüyü kimi, insan və vətəndaş hüquqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsi konstitusion tələb olduğu kimi, bu hüquqların müəyyən hallarda məhdudlaşdırılması da digər konstitusion tələbdir. Çünki bütün hüquqlar mütləq deyil, nisbi xarakter daşıyır və müəyyən çərçivələrlə məhdudlaşır.

63. Bu baxımdan, qanunsuz tikilmiş obyekt dövlətin müəyyən etdiyi qayda və tələblərin pozulmasına səbəb olur, həmçinin bir sıra hallarda digər insanların həyat və sağlamlığına ciddi təhlükə törədir, habelə mühüm dövlət maraqlarına zərər vurur. Bunun nəticəsidir ki, qanunsuz tikilinin məhkəmə yolu ilə məcburi qaydada sökülməsi imkanı qanunla müəyyən edilmişdir. Hazırkı iş üzrə işin materialları ilə belə halların mövcud olduğu görünür. Bu halları təkzib edən mötəbər sübutl ar işin materiallarında yoxdur.

64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi toplanmış materiallara əsaslanaraq iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir.

65. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli 22(103)-BAM2/2020 saylı qətnaməsi qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar